Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-170/2023 03.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1971–cı ildə Gədəbəy rayonu, Şəkərbəy kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu, Şəkərbəy kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cinayətin edilməsi haqqında bilə–bilə yalan xəbərçilik etmişdir. Belə ki, o, X17in azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra qaynı Şahid3, arvadı Vüsalə Abdullayevanın və sonuncunun qardaşı Şahid1 onu yaşadığı fərdi yaşayış evindən çıxartmaqlarına görə onlardan qisas almaq niyyətilə 17 oktyabr 2022–ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmət mərkəzinə və Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya Şahid1 həmin tarixdə, saat 15:30 radələrində Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində onu döyərək pul qabısında olan 575 manat məbləğində pulu ondan aldığını bildirib ona qarşı soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətməkdə ittiham olunması ilə bağlı bilə–bilə yalan xəbərçilik etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, əri X7 hazırda oğurluq cinayəti törətdiyinə görə cəzaçəkmə müəssisəsində cəza çəkir. Buna görə də o, mərhum atasının yurduna köçüb qardaşı X1 adına olan, Gədəbəy rayonu, Şəkərbəy kəndində yerləşən evdə yaşamışdır. Gədəbəy rayonu, Dəyirmandağı kəndində X17ə məxsus fərdi yaşayış evi olmuşdur. Qeyd etdiyi yaşayış evi qaynatasından qalmışdır. X17 həbs edildikdən sonra eltisi Vüsalə Abdullayeva və əri Şahid3 onu evdən çıxarmışlar. Vüsalə Abdullayevanın qardaşı Şahid1 da onun evdən çıxarılmağında bacısı Vüsaləyə dəstək olmuşdur. Bundan sonra onda Şahid1, Şahid3 və Vüsalə Abdullayevaya qarşı kin yaranmış, ona qarşı elədiklərinin əvəzini çıxmağa çalışmışdır. 17 oktyabr 2022–ci il tarixdə saat 15:30 radələrində Şəmkir şəhərində kirayədə yaşamağa ev axtarmışdır. Həmin vaxt evdən çıxarılmağına səbəbkar olmuş Vüsalə Abdullayevanın və qardaşı Şahid1 günahkar olduğunu hesab etdiyi üçün, Şahid1 barəsində yalan məlumat vermək və şər atmaq qərarına gəlmişdir. Daha sonra DİN–nin 102 zəng xidmətinə zəng edərək Şahid1 Şəmkir şəhəri R.Rəhimov küçəsində onu döyərək, pul qabında olan 575 manat pulu götürməsini bildirmişdir. Həmçinin, eyni məzmunlu məlumatla bağlı Şəmkir Rayon Polis Şöbəsinə yazılı şikayət ərizəsi ilə müraciət etmişdir. Şahid1, bacısı Vüsalə Abdullayeva, sonuncunun əri Şahid3 onu Gədəbəy rayonu, Dəyirmandağı kəndində yerləşən evdən çıxardıqlarından onlardan qisas almaq məqsədi ilə bu cür yalan məlumat vermiş, Şahid1 tutulacağı təqdirdə onu evə buraxacaqlarını güman etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Belə ki, Ağgül qaynı Buta Abdullayevin qeyri–rəsmi yaşadığı qadın olmuşdur. Lakin onun və ailəsinin Ağgül ilə heç bir əlaqəsi olmamışdır. Buta Abdullayev onun əri Şahid3 ən kiçik qardaşıdır. Buta Abdullayev uzun müddətdir ki, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2005–ci il tarixdə qayınatası Şahbaz Abdullayev və qayınanası Qəndab Abdullayeva xəstəlikdən vəfat etmişlər. 2008–ci il tarixdən o, əri Mehriban ilə birlikdə Gədəbəy rayonu, Dəyirman Dağı kəndində yerləşən ata evlərində yaşamağa başlamışlar. 2011–ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evdə öz payının olduğunu və buna görə də onların evdən çıxmalı olduğunu demişdir. Ağgül bununla bağlı dəfələrlə əsassız olaraq hüquq–mühafizə orqanlarına şikayətlər etmişdir. Lakin Ağgülün şikayətləri əsassız olduğundan xeyrinə qərar qəbul olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs onlara düşmənçilik münasibəti bəsləmişdir. Şahid1 isə onun doğma qardaşıdır. Şahid1 da Təqsirləndirilən şəxs ilə heç bir münasibəti və əlaqəsi olmamışdır. xx.xx.2022– ci il tarixdə Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında bacısı Xəyalənin qızı İlhamənin toy məclisi təşkil edilmişdir. Bütün qohumlar, o cümlədən qardaşı Namiq də ailəsi ilə birlikdə həmin toyda iştirak etmişdir. Toy məclisi saat 14:00–da başlanmışdır. Namiq də arvadı Şahid4 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə saat 14 radələrindən 18:00–dək həmin toyda iştirak etmişlər. Saat 18 radələrində Namiq ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışdır. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində Namiqin arvadı Sevda ona zəng edərək Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadıqları evə gələrək guya Namiqin xx.xx.2022–ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində Təqsirləndirilən şəxs döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü bildirərək Namiqi polis şöbəsinə apardıqlarını demişdir. O, dərhal Şəmkir Rayon Polis Şöbəsinə getmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs söylədiyi xüsusatı araşdıraraq Təqsirləndirilən şəxs Namiqə şər atması qənaətinə gələrək Namiqi sərbəst buraxmışlar. Çünki Namiq xx.xx.2022–ci il tarixdə saat 14 radələrindən 18:00–dək Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında bacısı Xəyalənin qızı İlhamənin toy məclisində olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşı arvadıdır. Belə ki, Ağgül qardaşı Buta Abdullayevin qeyri–rəsmi yaşadığı qadın olmuşdur. Lakin onun və ailəsinin Ağgül ilə heç bir əlaqəsi olmamışdır. Buta Abdullayev onun ən kiçik qardaşıdır. Buta Abdullayev uzun müddətdir ki, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. 2005–ci il tarixdə atası Şahbaz Abdullayev və anası Qəndab Abdullayeva xəstəlikdən vəfat etmişlər. 2008–ci il tarixdən o, arvadı Vüsalə ilə birlikdə Gədəbəy rayonu, Dəyirman Dağ kəndində yerləşən ata evlərində yaşamağa başlamışlar. 2011–ci il tarixdə Təqsirləndirilən şəxs yaşadıqları evdə özünün da payının olduğunu və buna görə də onların evdən çıxmalı olduqlarını demişdir. Ağgül bununla bağlı dəfələrlə əsassız olaraq hüquq–mühafizə orqanlarına şikayətlər etmişdir. Lakin Ağgülün şikayətləri əsassız olduğundan xeyrinə qərar qəbul olunmamışdır. Buna görə də Təqsirləndirilən şəxs onlara düşmənçilik münasibəti bəsləmişdir. Şahid1 isə onun qaynıdır. xx.xx.2022–ci il tarixdə Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında baldızı Xəyalənin qızı İlhamənin toy məclisi təşkil edilmişdir. Bütün qohumlar, o cümlədən Namiq də ailəsi ilə birlikdə həmin toyda iştirak etmişdir. Toy məclisi saat 14:00–da başlanmışdır. Namiq də arvadı Şahid4 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə saat 14 radələrindən 18:00–dək həmin toyda iştirak etmişlər. Saat 18 radələrində Namiq ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışdır. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində arvadı Vüsalə ona zəng edərək Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının Namiqin yaşadığı evə gələrək guya Namiqin xx.xx.2022–ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində Təqsirləndirilən şəxs döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü bildirərək Namiqi polis şöbəsinə apardıqlarını demişdir. Lakin polis əməkdaşları Təqsirləndirilən şəxs söylədiyi xüsusatı araşdıraraq Namiqin haqlı olmağı və Təqsirləndirilən şəxs Namiqə şər atması qənaətinə gələrək Namiqi sərbəst buraxmışlar. Çünki Namiq xx.xx.2022–ci il tarixdə saat 14 radələrindən 18:00–dək Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında baldızı Xəyalənin qızı İlhamənin toy məclisində olmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Belə ki, Ağgül bacısı Vüsalənin qaynı Buta Abdullayevin qeyri–rəsmi yaşadığı qadın olmuşdur. Şahid1 onun qardaşıdır. xx.xx.2022–ci il tarixdə Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında qızı İlhamənin toy məclisi təşkil edilmişdir. Bütün qohumlar, o cümlədən qardaşı Namiq də ailəsi ilə birlikdə həmin toyda iştirak etmişdir. Toy məclisi saat 14:00–da başlanmışdır. Namiq də arvadı Şahid4 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə saat 14 radələrindən 18:00–dək həmin toyda iştirak etmişlər. Saat 18 radələrində Şahid1 ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışdır. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində Namiqin arvadı Sevda ona zəng edərək Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadıqları evə gələrək guya Namiqin xx.xx.2022–ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində Təqsirləndirilən şəxs döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü bildirərək Namiqi polis şöbəsinə apardıqlarını demişdir. Bir neçə saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxs söylədiyi xüsusatı araşdıraraq Namiqin haqlı olmağı və Təqsirləndirilən şəxs ona şər atması qənaətinə gələrək Namiqi sərbəst buraxmışlar. Çünki Namiq xx.xx.2022–ci il tarixdə saat 14 radələrindən 18:00–dək Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında qızı İlhamənin toy məclisində olmuşdur. Həmçinin, qeyd edir ki, X16 Abdullayeva ilə qeyri–rəsmi olaraq yaşamışdır. Ona görə də X11 rayonu, Dəyirmandağı kəndində yerləşən evini oğlu Orxan Abdullayevə hədiyyə etmişdir. Bundan qıcıqlanan Ağgül Vüsalə və Mehribanla ədavət aparmağa başlamış və dəfələrlə guya Mehribanın onu döyməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə şikayət etmişdir. X18 rayonu, Dəyirmandağı kəndində yerləşən sözügedən evi öz adına sənədləşdirmək istəmişdir. Lakin Gədəbəy Rayon Polis Şöbəsinə etdiyi şikayət də əsassız olduğu üçün şikayətinə baxılması dayandırılmışdır. Buna görə də Ağgül növbəti dəfə qardaşı Namiqi şərləyərək guya döyüb 575 manat məbləğində pulunu götürməyi ilə bağlı barəsində əsassız və yalan şikayət etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Belə ki, Ağgül xalası Vüsalənin qaynı Buta Abdullayevin qeyri–rəsmi yaşadığı qadın olmuşdur. Lakin onun və ailəsinin Ağgül ilə heç bir əlaqəsi olmamışdır. O, ümumiyyətlə heç vaxt Təqsirləndirilən şəxs görməmişdir. Buta Abdullayev uzun müddətdir ki, cəzaçəkmə müəssisəsində cəza çəkmişdir. Belə ki, Buta Abdullayev tez–tez məhkum olunmuşdur. X9 onun dayısıdır. Namiqin Ağgül ilə heç bir münasibəti və əlaqəsi olmamışdır. xx.xx.2022–ci il tarixdə Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında bacısı İlhamənin toy məclisi təşkil edilmişdir. Bütün qohumlar, o cümlədən dayısı Namiq də ailəsi ilə birlikdə həmin toyda iştirak etmişdir. Toy məclisi saat 14:00–da başlanmışdır. Namiq də arvadı Şahid4 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə saat 14 radələrindən 18:00–dək həmin toyda iştirak etmişlər. Saat 18 radələrində Namiq ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışdır. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində Namiqin arvadı Sevda anası Xəyaləyə zəng edərək Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının yaşadıqları evə gələrək guya Namiqin xx.xx.2022–ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində Təqsirləndirilən şəxs döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü bildirərək Namiqi polis şöbəsinə apardıqlarını demişdir. Bir neçə saat sonra polis əməkdaşları Təqsirləndirilən şəxs söylədiyi xüsusatı araşdıraraq Namiqin haqlı olmağı və Təqsirləndirilən şəxs Namiqə şər atması qənaətinə gələrək Namiqi sərbəst buraxmışlar. Çünki Namiq xx.xx.2022–ci il tarixdə saat 14 radələrindən 18:00–dək Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında bacısı qızı İlhamənin toy məclisində olmuşdur. Həmçinin, qeyd edir ki, X16 Abdullayeva ilə qeyri–rəsmi olaraq yaşamışdır. Ona görə də X11 rayonu, Dəyirmandağı kəndində yerləşən evini Mehribanın oğlu Orxan Abdullayevə hədiyyə etmişdir. Bundan qıcıqlanan Ağgül Vüsalə və Mehribanla ədavət aparmağa başlamış və dəfələrlə guya Mehribanın Ağgülü döyməsi ilə bağlı Gədəbəy Rayon Polis Şöbəsinə şikayət etmişdir. X18 rayonu, Dəyirmandağı kəndində yerləşən sözügedən evi öz adına sənədləşdirmək istəmişdir. Lakin Gədəbəy Rayon Polis Şöbəsinə etdiyi şikayət də əsassız olduğu üçün şikayətinə baxılması dayandırılmışdır. Buna görə də Ağgül növbəti dəfə dayısı Namiqi şərləyərək guya Ağgülü döyüb 575 manat məbləğində pulunu götürməyi ilə bağlı barəsində əsassız və yalan şikayət etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzaq qohumudur. Lakin onun və ailəsinin Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamışdır. Hətta o, Ağgülü təxminən 20 il müddətdir ki, görməmişdir. O, Şahid4 ilə ailə qurmuş və bu evlilikdən 3 övladı dünyaya gəlmişdir. O, ailəsi ilə birlikdə Şəmkir rayonu, Sarıtəpə kəndində kirayədə yaşamışdır. Təqsirləndirilən şəxs onun bacısı Vüsalə Abdullayevanın qayını Buta Abdullayevin arvadıdır. Onun və ailəsinin Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022–ci il tarixdə, saat 12 radələrində arvadı Şahid4 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə Şəmkir rayonuna gəlmişlər. Belə ki, həmin gün Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında bacısı Xəyalənin qızı İlhamənin toyu olmuşdur. Saat 14 radələrində onlar sözügedən restorana daxil olmuş və toy başlamışdır. Saat 18 radələrində ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışlar. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları yaşadıqları evə gələrək onun barəsində şikayət olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. O, polis şöbəsində olarkən Təqsirləndirilən şəxs onun üzünə qarşı guya xx.xx.2022–ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü bildirmiş və qışqıraraq səs–küy salmağa başlamışdır. O, üzünü polis əməkdaşlarına tutaraq Ağgül Abdullayevin dediyi vaxtda bacısı Xəyalənin qızı İlhamənin toy məclisində olduğunu bildirmişdir. Polis əməkdaşları onun söylədiyi xüsusatı araşdıraraq onun haqlı olmağı və Təqsirləndirilən şəxs ona şər atması qənaətinə gələrək onu sərbəst buraxmışlar. Təqsirləndirilən şəxs X17 hal–hazırda cəzaçəkmə müəssisəsində cəza çəkir. Təqsirləndirilən şəxs ilə qeyri–rəsmi olaraq yaşamışdır. Ona görə də X11 rayonu, Dəyirmandağı kəndində yerləşən evini qardaşı, yəni onun bacısı Vüsalənin oğluna hədiyyə etmişdir. Bundan qıcıqlanan Ağgül bacısı Vüsalə və əri Mehriban ilə ədavət aparmağa başlamış və guya Mehribanın Ağgülü döyməsi ilə bağlı Gədəbəy rayon polis şöbəsinə şikayət etmişdir. X18 rayonu, Dəyirmandağı kəndində yerləşən sözügedən evi öz adına sənədləşdirmək istəmişdir. Lakin Gədəbəy rayon polis şöbəsinə etdiyi şikayət də əsassız olduğu üçün şikayətinə baxılması dayandırılmışdır. Buna görə də Təqsirləndirilən şəxs növbəti dəfə onu şərləyərək guya döyüb 575 manat məbləğində pulunu götürməyi ilə bağlı barəsində əsassız və yalan şikayət etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şahid1 onun əri, Təqsirləndirilən şəxs isə uzaq qohumudur. Lakin onun və ailəsinin Təqsirləndirilən şəxs ilə heç bir əlaqəsi olmamışdır. O ailəsi ilə birlikdə Şəmkir rayonu, Sarıtəpə kəndində kirayədə yaşayır. Təqsirləndirilən şəxs Namiqin bacısı Vüsalə Abdullayevanın qayını Buta Abdullayevin arvadıdır. Onun və ailəsinin Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2022–ci il tarixdə, saat 12 radələrində o, əri Şahid1 və qızları Aytən Məmmədova, Əminə Məmmədova və Aysel Məmmədova ilə birlikdə marşrut ilə Şəmkir rayonuna gəlmişlər. Belə ki, həmin gün Şəmkir rayonunda yerləşən “Xan sarayı” adlı şadlıq sarayında Namiqin bacısı Xəyalənin qızı İlhamənin toyu olmuşdur. Saat 14 radələrində onlar sözügedən restorana daxil olmuş və toy başlamışdır. Saat 18 radələrində ailəsi ilə birlikdə restorandan çıxmış və marşrutla Sarıtəpə kəndində yerləşən evlərinə qayıtmışlar. xx.xx.2022–ci il tarixdə, saat 10 radələrində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək Namiqin barəsində şikayət olduğunu bildirib polis şöbəsinə aparmışlar. Bir qədər sonra o, əri Şahid1 guya xx.xx.2022– ci il tarixdə, saat 15:30 radələrində, Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində Təqsirləndirilən şəxs döyərək pul qabısında olan 575 manat məbləğində pulu götürdüyünü, Ağgülün əsassız şikayət etdiyini öyrənmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yalan şikayət etdiyini bilib Namiqi sərbəst buraxmışlar. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Gədəbəy rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi tərəfindən verilmiş 02 may 2023–cü il tarixli, 6– 38/2–372/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs narkoloji və psixonevroloji kabinetlərdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. Cinayət işinin materiallarında olan Gədəbəy RİHB–nin Şəkərbəy kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə şifahi və ya yazılı şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs X17in azadlıqdan məhrumetmə cəzasına məhkum olunduqdan sonra qaynı Şahid3, arvadı Vüsalə Abdullayevanın və sonuncunun qardaşı Şahid1 onu yaşadığı fərdi yaşayış evindən çıxartmaqlarına görə onlardan qisas almaq niyyətilə 17 oktyabr 2022–ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 “Qaynar Xətt” xidmət mərkəzinə və Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək guya Şahid1 həmin tarixdə, saat 15:30 radələrində Şəmkir şəhəri, Rövşən Rəhimov küçəsində onu döyərək pul qabısında olan 575 manat məbləğində pulu ondan aldığını bildirib ona qarşı soyğunçuluq, yəni özgənin əmlakını açıq talama cinayətini törətməkdə ittiham olunması ilə bağlı bilə–bilə yalan xəbərçilik etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM–in 296.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, dövlət hakimiyyəti əleyhinə olan, qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, təqsirləndirilən şəxsə təyin olunacaq cəzanın real çəkilməli olub–olmaması məsələsinə gəldikdə məhkəmə onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, eləcə də ona təyin olunacaq cəzanı çəkmədən də islah olunmasını mümkün sayaraq, barəsində Azərbaycan Respublikası CM–in 70–ci maddəsinin tətbiq edilməsini və təyin ediləcək cəzanın şərti hesab edilməsini qanuni, eləcə də, ədalətli hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Məhkəmə işin araşdırılmış digər hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da, üzərinə müəyyən vəzifələr qoyulmaqla təyin edilmiş cəzasını real olaraq çəkməyə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41–ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM–in 70.1–ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2–ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3–cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 70–ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan və ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X5 bilə–bilə yalan xəbərçilik etdiyini təsdiq etməsi barədə verdiyi 19 oktytabr 2022–ci il tarixli izahatını özündə əks etdirən 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxsnlın üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və ilkin yoxlama zamanı Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X5 bilə–bilə yalan xəbərçilik etdiyini təsdiq etməsi barədə verdiyi 19 oktytabr 2022–ci il tarixli izahatını özündə əks etdirən 01 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-170/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-170/2023
03.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver