Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-170/2024 21.05.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4 və Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985–ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları olan, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Mingəçevir şəhəri, Günəşli qəsəbəsi 12-ci küçə, ev-20 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 15 yanvar 2024-cü il tarixdə təxminən saat 07:40 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu, Əliyaqublu kəndi ərazisindən keçən 396-cı kilometrliyində “X8” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi HYUNDAİ HD 78 markalı **- JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Qazax istiqamətində hərəkət etdirərkən avtomobilin ön hissəsi ilə qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan sürücü Şahid idarə etdiyi ZİL 431412 ASPT 510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomaşının arxa hissəsi ilə toqquşması nəticəsində idarə etdiyi avtomobildə sərnişin olan Zərərçəkmiş şəxs alm nahiyəsinin sağ yarısının sıyırığı, alın və sağ almacıq sümüyünün qəlpəli, batıq sınıqları, kəllə əsası sümüklərinin sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ bud sümüyünün orta üçdə birinin qapalı, hər iki baldır sümüklərinin orta üçdə birinin açıq, yerini dəyişmiş sınıqları, hər iki baldır nahiyəsinin ön səthinin əzilmiş yaraları və sıyırıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərdi ki, Yevlax rayonu Avarlı kəndində yerləşən "xxxx" MMC-də sürücü işləyərkən, MMC-yə məxsus HYUNDAİ HD 78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə müxtəlif rayonlara şirkətə məxsus yükləri daşımışdır. xx.xx.2024-cü il tarixdə səhər saat 06 radələrində iş yerində olarkən Şəmkir rayonunda yerləşən mağazalara yük (yuyucu vasitələr) aparmaq üçün malları qeyd edilən avtomobilin yük yerinə yığdırmış, bundan sonra iş yoldaşı X6 avtomobilin ön sağ oturacağında əyləşəndən sonra o, sükan arxasına keçib avtomobili idarə edərək Yevlax rayonundan Bakı-Qazax yoluna çıxıb Şəmkir rayonu istiqamətində hərəkətə başlamışdır. Təxminən saat 07:40 radələrində 70-80 km/saat sürətlə həmin yolun Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçəndə iş yoldaşı Ceyhundan mal verəcəkləri mağazaların siyahısına baxmağını xahiş etmişdir. Ceyhun siyahını açanada o, diqqətini yoldan ayırıb yola baxmadan sağ tərəfə boylanaraq siyahıya baxmış və bir anda başını sola çevirib yola baxanda qarşısı ilə eyni istiqamətdə ZİL markalı yük avtomaşınının hərəkətdə olmasını görmüşdür. Lakin həmin vaxt aradakı məsafə az olduğundan avtomobili saxlaya bilməyib ön hissəsi ilə ZİL markalı yük avtomaşının arxa hissəsindən toqquşmuşdur. Hadisə zamanı avtomobilin ön hissəsi deformasiyaya uğradığı üçün Ceyhun və özü kabinada saxışıb qalmış, bundan sonra hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları gəlib xüsusi vasitələrlə əzilmiş hissəsləri kəsib-aralıyaraq avtomobildən onları çıxarıb təcili tibbi yardım avtomaşını ilə xəstəxanaya yola salmışlar. Xəstəxanada olarkən eşitmişdir ki, baş vermiş hadisə zamanı avtomobilidə sərnişin olan iş yoldaşı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərdən ölmüşdür. Hadisə zamanı o, özüdə xəsarət almışdır və əməlindən səmimi peşmandır. Mərhum Zərərçəkmiş şəxs üç nəfər azyaşlı uşağı və arvadı qalmışdır. Onun ehtiyatsızlığı səbəbindən zərərçəkmiş şəxsin ailəsi və uşağı ailə başçısını itirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək onlara maddi və mənəvi dəstək olmuşdur və o, bundan sonra da, onun ailəsinə və uşaqlarına maddi və mənəvi dəsdək olacaqdır. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X4 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin özünün himayəsində üç azyaşlı uşaqları vardır, ailədə yeganə qazanc gətirən şəxsdir, ona görə də məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs doğma qardaşıdır. Sağlığında Mingəçevir şəhərində yaşamaqla "xxxx" MMC-də işləmiş, işi ilə əlaqədar olaraq müntəzəm şəkildə şirkətə məxsus malları müxtəlif rayonlara aparıb mağazalara paylamışdır. xx.xx.2024-cü il tarixdə səhər saatlarında evdə olduğu zaman mobil telefonuna zəng edilərək qardaşı Ceyhunun Bakı-Qazax yolunun Şəmkir rayonu ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və almış olduğu xəsarətlərdən öldüyü üçün rayon xəstəxanasının meyitxanasına aparıldığı bildirilmişdir. Bu xəbəri eşidəndən sonra dərhal qeyd edilən meyitxanaya getmiş və orada qardaşı Ceyhunun meyitini görmüşdür. Həmin vaxt məlum olmuşdur ki, qardaşı Ceyhun sərnişini olduğu, yəni iş yoldaşı Təqsirləndirilən şəxs idarə etdiyi şirkətə məxsus Hyundai HD 78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolu ilə Bakı istiqamətində hərəkətdə olarkən həmin yolun Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçəndə qarşıları ilə eyni istiqamətdə hərəkətdə olan, adını sonradan bildiyi Şahid idarə etdiyi Zİl markalı yük avtomaşının arxa hissəsi ilə toqquşmuş, nəticədə qardaşı Ceyhun almış olduğu xəsarətlədən ölmüş, sürücü Təqsirləndirilən şəxs isə xəsarət almışdır. Onun, baş vermiş hadisə zamanı qardaşı Zərərçəkmiş şəxs almış olduğu xəsarətlədən öldüyünə görə heç kimə qarşı şikayət və tələbi yoxdur. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, ZİL 431412ASPT510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı su çənli yük avtomaşını etibaranmə əsasında idarə edir, avtomaşını idarə etmək üçün “BC” dərəcəli sürücülük vəsiqəm var. xx.xx.2024-cü il tarixdə qeyd edilən avtomaşının su çəninə Gəncə şəhərindən su doldurduqdan sonra suyu Şəmkir rayonu Sarıtəpə kəndinə aparmaq üçün səhər saatlarında Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna çıxaraq Qazax istiqamətində hərəkətə başladım, təxminən saat 07:40 radələrində,sübh çağı vaxtı həmin yolun Şəmkir rayonu Əliyaqublu kəndi ərazisindən keçəndə sağ zolaqla 40-50 km/saat sürətlə hərəkətdə olan zaman qəflətən arxadan eyni istiqamətdə hərəkətdə olan avtomobilin ön hissəsi ilə idarə etdiyim avtomaşının arxa hissədən vurmasını his etmiş, avtomaşını yolun sağ tərəfində saxlayıb yerə düşəndə idarə etdiyim avtomaşıınn arxa hissədən vuran nəqliyyat vasitəsinin arxadan eyni istiqamətdə hərəkətdə olan HYUNDAİ HD78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin olmasını, avtomobilin sürücüsü və kabinanın sağ tərəfində əyləşmiş sərnişinin sıxışıb qalmalartmı görüb ətarfa toplaşan şəxslərlə birgə avtomobildən çıxarmağa çalışmış,lakin çıxara bilməmiş, sonra FHN-nin əməkdaşları hadisə yerinə gəlib həmin şəxsləri çıxarmış, sərnişin avtomobildən çıxarılanda öldüyünü görmüşdür. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 15 yanvar 2024–cü il tarixli protokoldan görünür ki, yol–nəqliyyat hadisəsi Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Əliyaqublu kəndi ərazisindən keçən 396-cı km-dir hissəsində baş vermişdir. Yol–nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla hadisə yerində düz və hamardır, sürücülərin hərəkətləri üçün maneəsizdir. Yol–nəqliyyat hadisəsindən əvvəl yol quru vəziyyətdə olmuşdur. Lakin toqquşmadan sonra Zil su daşıyan avtomobildən tökülən su səbəbindən yolun sağ zolağının üzərində buz təbəqəsi yaranmışdır. Avtomobil yolu iki tərəfli hərəkət üçün nəzərdə tutulmuşdur. Hadisə yerinə baxış zamanı müəyyən edildi ki, yol–nəqliyyat hadisəsi baş vermiş avtomobil yolunun ümumi eni 7.4 metrdir. Baxış zamanı müəyyən olundu ki, yol– nəqliyyat hadisəsi baş vermiş yerdə icazə verilən maksimal sürət 90 km/saatdır. Hadisə baş vermiş yol işıqlandırılmır. Hadisə yerində toqquşmadan sonra HYUNDAİ HD78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı yük avtomobili və ZİL 431412 ASPT 510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Qazax istiqamətindəki yolun sağ tərəfində dayanmışlar. Hadisə yerində tormuzlama izləri yoxdur. Bu barədə hadisə yerinə baxış protokolu tərtib edilərək şəkli və sxemi çəkilmişdir. Toqquşma nəticəsində HYUNDAİ HD78 markalı **-JP- *** dövlət qeydiyyat nişanlı yük avtomobilin ön hissəsi tamamilə əzilmiş, alın və yan şüşələri sınmış, ön sağ təkər oxundan sınıb yolun sağ hissəsində qalmışdır və yük yerinin sağ tərəfi əzilmişdir. ZİL 431412 ASPT 510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin isə arxa hissəsi əzilmişdir. Bundan başqa şüşə qırıntıları və ehtiyat hisələr yolun sağ zolağının üzərinə səpələnmişdir. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında 15 yanvar 2024–cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 15 yanvar 2024–cü il tarixli 03 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər– alın nahiyəsinin sağ yarısının sıyırığı, alın və sağ almacıq sümüyünün qəlpəli, batıq sınıqları, kəllə əsası sümüklərinin sınığı, beyinin yumşaq qişasına qansızmalar, beyin toxumasının əzilməsi, sağ bud sümüyünün orta üçdə birinin qapalı, hər baldır sümüklərinin orta üçdə birinin açıq, yerini dəyişmiş sınıqları, hər iki baldır nahiyəsinin ön səthinin əzilmiş yaraları və sıyırıqları KÜT əşyaların təsirindən törənmişlər. xx.xx.2024-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ğlümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu dekək olur ki, Zərərçəkmiş şəxs ölmü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, probil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazolon, l,4 benzidiaepin törəmələri və salisilatlar aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 18 mart 2024–cü il tarixli 8/730 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai HD78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. ZİL431412 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 016–521 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2014–cü il tarixdə xx.xx.2024–cü il tarixə kimi AZ–209909 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İHMK X1 188 saylı MBKX tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Mingəçevir şəhər İHMK X1 187 saylı xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü Nuray, 2015-ci il təvəllüdlü Mələk və 2022-ci il təvəllüdlü Sərdar adlı bir azyaşlı və iki yetkinlik yaşına çatmayan uşaqları vardır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin hüquqi varisi X5 tərəfindən xx.xx.2024–cü il tarixdə notarial qaydada yazılmış və məhkəmə iclas zalında şəxsən özü tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol–nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin pozuntu nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. «X8» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələbinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin ölümü ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç nəfər azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan HYUNDAİ HD78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ”KARVAN 2002” MMC-yə və ZİL 431412 ASPT 510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobil qanuni sahibi Şahid qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 128 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 13 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan HYUNDAİ HD78 markalı **-JP-*** dövlət qeydiyyat nişanlı avtomobilin ”KARVAN 2002” MMC-yə və ZİL 431412 ASPT 510 markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Şahid qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 128 ((bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 78 (yetmiş səkkiz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-170/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-170/2024
21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver