Məhkəmə qərarları › İş №1(076)-170/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-170/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-170/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayon, Mahmudlu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayının sonlarında yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarında yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığaraq qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən, narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlamış, sonra isə Şəmkir rayonu ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis X6 bölməsinin polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə saat 16:30 radələrində Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində saxlanılaraq Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli qış gödəkçəsinin içəri hissəsində saxladığı 01(bir) ədəd narıncı rəngli sellofan paketdə ümumi təmiz çəkisi 240 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Mahmudlu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir. Rəsmi iş yeri yoxdur, fərdi əməklə məşğul olur. Təxminən beş ildir ki, narkotik vasitə istifadə edir, narkotik vasitənin marixuana növündən istifadə edir, başqa növündən istifadə etmir. 2024-cü ilin sentyabr ayının sonlarında o, yaşadığı Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yabanı halda bitmiş çətənə bitkisi diqqətini çəkmişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün daha sonra istifadə etmək məqsədilə həmin çətənə bitkisinin hissələrindən yığıb həmin yerdə boş sahədə qurutduqdan sonra bir hissəsini istifadə etmiş, yerdə qalan hissəsini isə sellofan paketin içərisində Mahmudlu kəndində su kanalının kənarında gizlədib saxlamışdır. 10 fevral 2025-ci il tarixdə, təxminən saat 16-17 radələrində Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində piyada hərəkətdə olan zaman mülki geyimdə olan dörd nəfər polis əməkdaşı onu saxladıb, özlərini Şəmkir RPŞ-nin Kür polis bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ona narkotik vasitələrin saxlanılmasında və gəzdirilməsində şübhəli olduğu bildirilmişdir, həmin vaxt narkotik vasitə isə onun üzərində olmuşdur. Üzərinə üst baxış keçirilmiş, həmin proseslər fasiləsiz videoçəkilişlə çəkilmişdir. Üst baxışı keçirilən zaman polis əməkdaşları cibində və üzərində nə varsa çıxarmağı ona təklif etmişlər. O, isə onsuzda ifşa olunacağını düşündüyü üçün əynində olan qış gödəkçəsinin içəri hissəsində gizlətdiyi 01 (bir) ədəd narıncı rəngli sellofan paketdə olan marixuanaya bənzər kütləni polis əməkdaşlarına təqdim etmişdir. Bundan əlavə onun üzərindən 01 (bir) ədəd “Prima” markalı siqaret qutusu, 02 (iki) ədəd alışqan aşkar olunmuşdur. Həmin 01 (bir) ədəd narıncı rəngli sellofan paketdə olan marixuanaya bənzər kütlənin çəkisi polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə cəkilmiş və 01 (bir) ədəd sellofan paketlə birlikdə 255 qram olması məlum olmuşdur. Təqdim etdiyi kütlə polis əməkdaşları tərəfindən zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Üzərindən çıxan digər əşyalar ona geri qaytarılmışdır. Bundan sonra polis əməkdaşları tərəfindən Şəmkir rayon polis X6 bölməsinə gətirilmişdir. Şəmkir rayon Polis X6 bölməsində olan zaman təhqiqatçı tərəfindən ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququnun olması izah edilərkən, o, maddi imkanının olmadığını bildirmişdir. Bu vaxt təhqiqatçı tərəfindən ona Şəmkir rayon ərazisində fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Həmin vaxt ona təqdim edilmiş siyahıdan o, Şəmkir rayon Vəkil Bürosunun vəkili X1, hüquqlarını müdafiə etməsi üçün dəvət edilməsini xahiş etmişdir. Müdafiəçi X5 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı da ona üzərində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə və sair qanunla dövriyyəsi qadağan edilmiş predmet olub-olmaması soruşulmuş, olduğu halda təqdim etməsi təklif edilmişdir, lakin həmin vaxt onun üzərindən qanunla qadağan edilmiş heç bir şey aşkar edilməmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd narıncı rəngli sellofan paketdə təmiz çəkisi 240 qram narkotik vasitə olan marixuananı öz şəxsi istifadəsi üçün üzərində gəzdirməklə saxlamışdır. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd narıncı rəngli sellofan paketdə təmiz çəkisi 240 qram narkotik vasitə olan marixuananı heç kimə satmamış və yaxud hədiyyə etməmişdir. Həmçinin üzərində narkotik vasitə olan marixuananın olması ilə bağlı heç kimə bildirməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd narıncı rəngli sellofan paketdə təmiz çəkisi 240 qram narkotik vasitə olan marixuananı 2024-cü ilin sentyabr ayının sonlarında Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində piyada hərəkətdə olan zaman su kanalının kənarında yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığaraq əldə etmişdir, əgər lazım olarsa həmin yeri göstərə bilər. Əlavə olaraq mobil telefon işlətmədiyini və 10 fevral 2025-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı ona qarşı heç bir zorakılıq hərəkətlərinin edilməməsini bildirmişdir. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirərək onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində, polis kiçik leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 10 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis X6 bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında onun tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2, Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 və Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2025-ci il tarixdə, saat 16:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində su kanalının yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt sahə polis nəfəri Şahid4 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin içəri hissəsindən çıxararaq 01(bir) ədəd narıncı rəngli sellofan paketdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2024-cü ilin sentyabr ayının sonlarında Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığıb qurudaraq, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, həmin kütlə onun tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan paket ilə birlikdə çəkisinin 255 qram olması müəyyən edilmişdir, daha sonra həmin sellofan paket içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Prima” markalı siqaret qutusu, 02(iki) ədəd alışqan aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X6 bölməsinə gətirmiş və onun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 01(bir) ədəd zərfi Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 10 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis X6 bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2025-ci il tarixdə, saat 16:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində su kanalının yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt sahə polis nəfəri Şahid4 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin içəri hissəsindən çıxararaq 01(bir) ədəd narıncı rəngli sellofan paketdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2024-cü ilin sentyabr ayının sonlarında Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığıb qurudaraq, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, həmin kütlə əməliyyat müvəkkili Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan paket ilə birlikdə çəkisinin 255 qram olması müəyyən edilmişdir, daha sonra həmin sellofan paket içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Prima” markalı siqaret qutusu, 02(iki) ədəd alışqan aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X6 bölməsinə gətirmiş və onun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 01(bir) ədəd zərfi Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim etmişlər. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsi ilə xidmət edir. Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanımışdır. Belə ki, 10 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, Mahmudlu kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə Şəmkir rayon polis X6 bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş qərara əsasən ondan, Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid1, Şəmkir rayon polis X6 bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 10 fevral 2025-ci il tarixdə, saat 16:30 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində su kanalının yaxınlığında piyada hərəkətdə olan Təqsirləndirilən şəxs saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt onun tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin içəri hissəsindən çıxararaq 01(bir) ədəd narıncı rəngli sellofan paketdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı təxminən 2024-cü ilin sentyabr ayının sonlarında Şəmkir rayonu, Mahmudlu kəndi ərazisində yerləşən su kanalının kənarı ilə piyada hərəkətdə olan zaman yabanı halda bitmiş çətənə bitkisinin hissələrindən yığıb qurudaraq, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir, həmin kütlə əməliyyat müvəkkili Şahid1 tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş və sellofan paket ilə birlikdə çəkisinin 255 qram olması müəyyən edilmişdir, daha sonra həmin sellofan paket içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 117 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd “Prima” markalı siqaret qutusu, 02(iki) ədəd alışqan aşkar edilmiş, həmin əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X6 bölməsinə gətirmiş və onun üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı 01(bir) ədəd zərfi Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminliyə təqdim etmişlər. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə götürülmüşdür, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Əli Eminliyə təqdim etmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Əli Eminli tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Şəmkir RPŞ-nin Kür PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində çalışır. Təqsirləndirilən şəxs barəsində Şöbəyə məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, lakin o həmin əməliyyatda iştirak etməmişdir. Onun və Şöbənin digər əməkdaşları tərəfindən hər hansı təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Polis X6 Bölməsində görmüşdür. Həmin vaxt da təqsirləndirilən şəxsə qarşı hər hansı təzyiq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və saxlanılan şəxsin üstünün yoxlanılmasına dair” 10 fevral 2025-ci il tarixli protokolda qeyd edilmişdir ki, üst yoxlama aparılmazdan əvvəl Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin içərisində saxladığı narıncı rəngli sellofana bükülmüş vəziyyətdə tünd rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan marixuanaya bənzər kütləni təqdim edərək, uzun müddət narkotik vasitələrdən istifadə etdiyini və həmin narkotik vasitəyə bənzər kütləni 2024-cü ilin sentyabır ayının sonlarında Şəmkir rayonu Mahmudlu kəndi ərazisindən keçən su kanalının kənarında bitən yabanı çətənə bitkilərindən yığaraq, qurutduğunu və şəxsi istifadəsi üçün saxladığını bildirdi. Həmin kəskin iyli, tünd rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəfimdən elektron tərəzi ilə çəkildi və çəkisi 0.255 kq oldu. Daha sonra həmin kəskin iyli, tünd rəngli narkotik vasitə olan marixuanaya bənzər kütlə tərəfimdən bir ədəd zərfdə qablaşdırıldı və üzəri möhürləndikdən sonra imzalanaraq götürüldü. Daha sonra Təqsirləndirilən şəxs üzərinə üst yoxlama aparılan zaman, onun üzərindən bir ədəd "Prima" adlı tütün məlumatı və iki eded alışqan aşkar edildi. Həmin bir ədəd "Prima" adlı tütün məlumatı və iki ədəd alışqan, iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarıldı. Daha sonra Təqsirləndirilən şəxs üzərinə üst yoxlama aparılan zaman başqa narkotik vasite, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar olunmadı. Baxış günorta vaxtı təbii işıqlandırma şəraitində keçirildi. Baxış zamanı “PANASONİC” markalı videokamera vasitəsi ilə Şəmkir rayon polis X6 bölməsinin sahə polis nəfəri, polis baş serjantı Şahid4 tərəfindən video çəkiliş aparıldı. “Şübhəli şəxsi tutma haqqında” 10 fevral 2025-ci il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında 12 fevral 2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 10 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. “Cinayət işi başlanması və icraata qəbul edilməsi barədə” 11 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Məhkəmə-bioloji ekspertizasının 11 fevral 2025-ci il tarixli, 16/122 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan paketdə olan digər 01(bir) ədəd narıncı rəngli polietilen paketdə təmiz çəkisi 240 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. (Qeyd: marixuana təmiz çəkisi 240 qram tədqiqata sərf edildi-0,1 qr, qalıq – 239,9 qram) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 22 fevral 2025-ci il tarixli, 280 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. Şəmkir rayon Mahmudlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur, himayəsində xx.xx.2012-ci il təvəllüdlü Rəhim, xx.xx.2012-ci il təvəllüdlü Rəhman və xx.xx.2023-cü il təvəllüdlü Muhəmməd adlı azyaşlı uşaqları vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan marixuananı (kannabis) əldə etməsi, daşıması və saxlaması tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirməsini, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində 3 azyaşlı uşaq olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bununla belə məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, azadlıqdan məhrum etmə cəzası təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasına alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını yüngülləşdirən halların olması və cəzasını ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmin Məcəllənin 52-1.3.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək əlavə vəzifəsi müəyyən edə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulmalıdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan 239.9 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 14 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardımın görə 109 (bir yüz doqquz) manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar – Şəmkir Rayon Polis Şöbəsində saxlanılan çəkisi 239.9 qram olan marixuana məhv edilsin, 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 14 saat hüquqi yardıma görə 109 (bir yüz doqquz) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar