Məhkəmə qərarları › İş №1(076)-171/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-171/2024

21.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-171/2024 21.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində üç nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Şeyidlər kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 23 dekabr 2023-cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Şeyidlər kəndində yerləşən ərzaq mağazasının qarşısında atasının əmisi oğlu Zərərçəkmiş şəxs aralarında uzun müddət davam edən ailəsinə məxsus torpaq sahəsinin zəbt olunması və bir neçə ay əvvəl anası Şahid1 tərəfindən qardaşı Şahid3 barəsində Şəmkir rayon Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət etməsi səbəbindən yaranmış mübahisə zamanı onu nalayiq sözlərlə təhqir etdiyinə görə ondan qisas almaq niyyəti ilə əli və ayaqları ilə qəsdən vuraraq ona sol gözətrafı yumşaq toxumaların şişkinlik fonunda qançırı ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və sol əng və almacıq sümüyünün, alt çənə sümüyünün sol şaxəsinin sınıqları ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına AZ AĞİR zərər vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Zərərçəkmiş şəxs onun həm qohumu, həm də ki, həmkəndlisidir. Zərərçəkmiş şəxs atası Şahid2 onun əmisi oğludur. Qardaşı Şahid3 isə Zərərçəkmiş şəxsla qonşudur. Təxminən 10 ildən artıq müddətdir ki, İsmət ilə Mobil arasında həyətyanı torpaq sahəsinə görə narazılıqları vardır. Onların arasındakı narazılığa səbəb İsmətin həyətyanı sahəsində ev tikmək istəməsi və buna görə də, İsmətin onların torpaq sahələrindən Mobilin yaşadığı evin həyətyanı sahəsinə düşən hissəsini ona geri verməsini tələb etməsidir. Lakin Mobil və atası Qəməndər İsmətin istədiyi 5 sot toraq sahəsini bu barədə onların xeyirlərinə məhkəmə qərarı olmasına baxmayaraq verməmişdir. Buna görə də, uzun müddətdir ki, aralarında narazılıq vardır. 2023-cü ilin dekabr ayında Mobilin anası Səlfinaz İsmətdən şikayət etmişdir. Səlfinaz şikayətində İsmətin onu tüfənglə vuracağı ilə hədələməsini bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində onun yaşadığı kəndin mərkəzində yerləşən Turalın dükanının qarşısından keçərkən Mobilin dükanın qabağında dayanmasını görmüşdür. O, Mobilə yaxınlaşmış və ondan nə üçün anası Səlfinazın onun qardaşı İsmət barəsində yalan şikayət etməsini soruşmuşdur. Mobil də, ona nalayiq ifadələr işlədərək anası Səlfinazın yaxşı edib şikayət etməsini bildirmişdir. Buna görə də aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı isə Mobilin onu təhqir etməsinə əsəbləşmiş və bir dəfə yumruq ilə Mobilin sifət nahiyəsindən vurmuşdur. Həmin vaxt Mobilin üzündən qan gəlmiş, bundan sonra Mobil həmin yerdən getmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etsədə, lakin Zərərçəkmiş şəxs onunla barışmamışdır. Hazırda əməlindən peşmandır. himayəsində üç nəfə azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Həmçinin zərər çəkmiş şəxs tərəfindən ona qarşı qaldırılmış mülki iddianı qəbul etmir. Hesab edir ki, ona qarşı əsassız olaraq mülki iddia qaldırılmışdır, o zərər çəkmiş şəxsə heç bir ziyan vurmamışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini və mülki iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğlunu tanıyır. Təqsirləndirilən şəxs onun həm qohumu, həm də həmkəndlisidir. Nicat onun atası Şahid2 əmisi oğludur. Təqsirləndirilən şəxs qardaşı Şahid3 ilə onlar qonşudur. Təxminən 10 ildən artıqdır ki, İsmət ilə aralarında həyətyanı sahə üstündə narazılıq vardır. Narazılığa səbəb İsmətin həyətyanı sahəsində tövlə tikmək istəməsi və buna görə də, onlardan həyətyanı sahələrindən ona 1 sot torpaq vermələrini tələb etməsidir. Buna görə də, uzun müddətdir ki, onların aralarında narazılıq vardır. Hətta 2023-cü ilin dekabr ayında İsmət onun anası Şahid1 sözlə tüfənglə vuracağı ilə hədələmişdir. Buna görə də, anası Səlfinaz İsmət barəsində Şəmkir RPŞ-nə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində o, yaşadığı kənddə yerləşən çayxanadan çıxıb çayxanın yanında olan mağazanın qabağında siqaret çəkən vaxt Təqsirləndirilən şəxs onun yanından keçib mağazaya daxil olmuşdur. Aradan təxminən 1-2 dəqiqə keçdikdən sonra Nicat mağazadan çölə çıxmış və ona yaxınlaşmışdır. Həmin vaxt Nicat ona və ailə üzvlərinə nalayiq ifadələr işlədərək nə üçün anası Səlfinazın onun qardaşı İsmət barəsində şikayət etməsini soruşmuşdur. O, da, Nicata sözlərinə fikir verməsini və onları təhqir etməməsini bildirmiş və qardaşı İsmətin onun anası Səlfinazı tüfənglə hədələdiyi üçün anası Səlfinazın məcbur olub ondan şikayət etdiyini bildirmişdir. Lakin Nicat onun sözlərinə məhəl qoymamış, ona və ailəsinə yenə də, nalayiq ifadələr işlətməyə başlamışdır. Buna görə də, Nicat ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Nicat qəfildən bir dəfə yumruqla onun sol göz nahiyəsindən vurmuşdur. Onun üzü qanamış, həmin vaxt əlləri ilə üzünü tutmuş və özünü tarazlayıb mağazanın divarına söykənmişdir. Nicat isə daha sonra bir dəfə təpiklə onun sağ ayaq nahiyəsindən vurmuşdur. O də, həmin vaxt huşunu itirib yerə yıxılmışdır. Aradan təxminən 1-2 dəqiqə keçdikdən sonra o, ayağa qalxmışdır. Nicat onu həmin yerdə saxlayaraq getmişdir. O özünə gəldikdən sonra yaşadığı evə gəlmişdir. Evdə olan zaman anası Səlfinaz onun üzündə xəsarət olmasını görmüş və ondan nə baş verməsini soruşmuş, o da, hadisəni anası Səlfinaza danışaraq Nicatın onu döyməsini bildirmişdir. Daha sonra isə anası Səlfinaz ilə birlikdə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına getmişdir. Təqsirləndirilən şəxs onu vurması nəticəsində səhhətində narahatçılıq yaranmış və X2 müayinə və müalicə olunmuşdur. Daha sonra, Azərbaycan Tibb Universitetinin X3 üz-çənə nahiyyəsindən əməliyyat olunmuşdur. Həmin əməliyyat üçün ümumilikdə 5000 manat məbləğində pul xərcləmişdir. Hazırda da müalicəsi davam edir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, məhkəmədən mülki iddianın təmin edilməsi və təqsirləndirilən şəxsə ağır cəza verilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və onun qardaşı Şahid3 tanıyır. Təqsirləndirilən şəxs və Şahid3 onun əri Şahid2 əmisi oğlanları, İsmət isə qonşularıdır. Təxminən 10 ildən artıqdır ki, İsmət ilə aralarında həyətyanı torpaq sahəsinə görə narazılıq vardır. Narazılığa səbəb İsmətin həyətyanı sahəsində tövlə tikmək istəməsi və buna görə də, onlardan həyətyanı sahələrindən ona 1 sot torpaq vermələrini tələb etməsidir. Buna görə də, uzun müddətdir ki, aralarında naralıq vardır. xx.xx.2023cü il tarixdə İsmət sözlə onu tüfənglə öldürəcəyi ilə hədələmişdir. Buna görə də, o, İsmət barəsində Şəmkir RPŞ-nə şikayət etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 15 radələrində yaşadığı evdə olarkən oğlu Zərərçəkmiş şəxs evə gəlmiş və həmin vaxt onun üzündə xəsarət olmasını görmüşdür. O, Mobildən nə baş verməsini soruşmuş, Mobil ona yaşadıları kənddə yerləşən mağazanın yanında Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini, mübahisə zamanı Nicatın onu vuraraq xəsarət yetirməsini bildirmişdir. Daha sonra O, oğlu Mobili Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Təqsirləndirilən şəxs oğlu Mobili vurması nəticəsində onun səhhətində narahatçılıq yaranmış və X2 müayinə və müalicə olunmuşdur. Daha sonra, Azərbaycan Tibb Universitetinin X3 üz-çənə nahiyyəsindən əməliyyat olunmuşdur. Həmin əməliyyat üçün xəstəxana xərcləri, eləcədə yol xərci olaraq ümumilikdə 5000 manat məbləğində pul xərclənmişdir. Oğlum Mobilin hazırda da səhhətində narahatçılıq vardır və müalicəsi davam edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Mobil ilə qonşudur. Həmçinin Mobil onun əmisi oğlu Şahid2 oğludur. Təxminən 10 ildən artıqdır ki, Mobil və Qəməndər ilə aralarında həyətyanı torpaq sahəsinə görə narazılıq vardır. Narazılığa səbəb onun yaşadığı evin həyətyanı sahəsinin təxminən 5 sot hissəsinin Mobilin və Qəməndərin yaşadığı evin həyətyanı sahəsinə düşməsidir. Bu barədə onun xeyrinə məhkəmə qərarı olmasına baxmayaraq Mobil və Qəməndər ona məxsus 5 sot torpaq sahəsini qaytarmır. Buna görə də, aralarında narazılıq vardır. xx.xx.2023-cü il tarixdə Mobilin anası Səlfinaz ondan Şəmkir RPŞ-nə şikayət etmişdir. Şikayətində Səlfinaz onu tüfənglə hədələməsini bildirmişdir. O, heç vaxt Səlfinazı tüfənglə hədələməmişdir. xx.xx.2203-cü il tarixdə saat təxminən 16 radələrində küçəyə çıxarkən kənd sakinlərindən qardaşı Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs dalaşmalarını eşitmişdir. Həmin günün axşamı, yəni xx.xx.2023-cü il tarixdə saat təxminən 17:30 radələrində Nicat onun yaşadığı evə gəlmişdir. Həmin vaxt o, Nicatdan Mobil ilə aralarında olan mübahisə barədə soruşmuş, Nicat da, ona Mobilin ona nalayiq ifadələr işlətməsinə görə aralarında mübahisə baş verdiyini və mübahisə zamana onun bir dəfə yumruqla Mobilin sifət nahiyəsindən vuraraq ona xəsarət yetirməsini bildirmişdir. Cinayət işinin materiallarında olan 24 dekabr 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 25 dekabr 2023-cü il tarixli 1502 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol gözətrafı yumşaq toxumalarının şişkinlik fonunda qançrır, sol əng və almacıq sümüyünün, alt çənə sümüyünün sol şaxəsinin snıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 23 dekbar 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əng və almacıq sümüyüuün və alt çənə sümüyünün sol şaxəsinin sınıqları sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər, sol gözətrafı yumşaq toxumaların şişkinlik fonunda qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024– cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoljoi kabinetdə qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şeidlər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində kənd nümayəndəliyinə yazılı və şifahi şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şeidlər kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014–cü il təvəllüdlü Yaşar, xx.xx.2016– cı il təvəllüdlü Fidan və xx.xx.2023–cü il təvəllüdlü Yusif adlı uşaqları vardır. Cinayət işinin materiallarına əlavə edilmiş X4 23 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinədən keçmiş və Sol maksillar sinus divarlarında, sol ziqamatik arkusta və Mandibulanın sol yarımında sınıq xəsarətləri qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş X4 23 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə müayinədən keçmiş və Sol maksillar sinus divarlarında, sol ziqamatik arkusta və Mandibulanın sol yarımında sınıq xəsarətləri qeyd edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-ci tarixli ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Azərbaycan Tibb Universitetinin X3 müayinə olunmuş və müayinə üçün 50 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2024-ci tarixli ödəniş qəbzindən görünür ki, Zərərçəkmiş şəxs həmin tarixdə Azərbaycan Tibb Universitetinin X3 üz-çənə cərrahının müayinəsindən keçmiş və müayinə üçün 40 manat məbləğində ödəniş etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Tibb Universitetinin X5 10 yanvar 2024-cü il tarixli arayışdan görünür ki, Zərərçəkmiş şəxs həmin klinikanın üz-çənə cərrahiyəsi şöbəsinə qəbul olunub və “Sınıq fraqmentlərinin Limberq qarmağı ilə repozisiyası, titan mini lövhə və vintlərlə osteosinteti, tac çıxıntının qapalı reduksiyası əməliyyatı icra olunmuşdur. Həmin əməliyyat üçün xəstəxana xərcləri 1000 manat təşkil etmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, eləcədə zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd etməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 3–cü bəndinin 2–ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Qeyd olunanlara əsasən məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən tam təcrid olunmadan, ona Azərbaycan Respublikası CM–in 127.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmasını daha məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin şübhəli şəxs qismində saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 26 mart 2024–cü il tarixdə Şəmkir rayonu ərazisində saxlanılaraq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmiş və o, həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlandığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə cinayət işi üzrə zərərçəkmiş şəxs, həmçinin mülki iddiaçı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı sağlamlığının pozulması ilə bağlı çəkdiyi xərclərin əvəzi olaraq 5000 manat məbləğində pul və 70 manat dövlət rüsumunun tutulması tələbinə dair mülki iddiasını iş materialları ilə əlaqəli şəkildə araşdıraraq, belə nəticəyə gəlir ki, mülki iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Məhkəmə, mülki iddianın qismən təmin edilməsi ilə bağlı öz mövqeyini onunla əsaslandırır ki, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli hərəkətləri nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına zərər dəymişdir, lakin onun sağlamlığı üçün çəkdiyi xərc, təqdim edilmiş sənədlərlə 5000 manat olması öz əksini tapmamışdır. Ona görə də məhkəmə, mülki iddianı qismən təmin edilməsinin qanuni və əsaslı hesab edir. Məhkəmə Zərərçəkmiş şəxs mülki iddiasına qiymət verərək hesab edir ki, mülki iddiaçının iddia ərizəsində tələb etdiyi məbləğ kifayət qədər yüksək olduğundan, habelə, çəkilmiş xərclərlə bağlı məhkəməyə sübut təqdim edilmədiyindən, məhkəmə mülki iddianın həmin hissəsini mülki iddiaçının tələb etdiyi həcmdə deyil, maddi zərərin 1090 manat məbləğində təmin edilməsini işin həqiqi hallarına uyğun və ağlabatan hesab edir. Belə ki, məhkəməyə təqdim olunmuş Azərbaycan Tibb Universitetinin X5 arayışlarından görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2024-ci tarixdə Azərbaycan Tibb Universitetinin X3 müayinə olunarkən 50 manat məbləğində, daha sonra həmin tarixdə üz-çənə cərrahının müayinəsindən keçərkən 40 manat məbləğində, eləcədə əməliyyat üçün ümumilikdə 1000 manat məbləğində ödəniş etmişdir. Müki iddiaçı tərəfindən məhkəməyə müxtəlif tarixlərdə olan ödəniş qəbzləri təqdim edilsədə, həmin ödənişlərin kim tərəfindən icra olunması, eləcədə hansı xəstə üçün icra olunmasını müəyyən etmək mümkün olmamış, həmçinin iddiaçı iddia ərizəsində əməliyyat üçün, xəstəxana xərcləri və yol-nəqliyyat xərclərinin ümumilikdə 5000 manat təşkil etməsini göstərsədə həmin xərcləri təsdiq edən heç bir mötəbər sübut təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs müayinə və müalicəsi üçün 1090 manat məbləğində pul xərcləməsi işdə olan sənədlərlə öz təsdiqini tapdığından mülki iddia tələbi həmin hissədə və ödənilmiş 70 manat dövlət rüsumuna aid hissədə təmin olunmalıdır. Məhkəmə, həmçinin mülki iddianın sübut və həll edilməsi üçün tələbin hüquqi əsasının təşkil edən maddi hüquq normasının müəyyən edlməsi ilə əlaqədar olaraq qeyd edir ki, tərəflər arasında yaranmış mübahisənin predmeti dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğundan, mübahisənin həlli zamanı cinayət prosessual qanunvericiliyin müddəaları ilə yanaşı, mülki hüquq pozuntularından əmələ gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən mülki hüquq normalarının müddəaları müvafiq olaraq tətbiq edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Həmin Məcəllənin 179.2-ci maddəsinə əsasən mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki-prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcələnin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə sadalanan cinayət-prosessual qanunvericiliyin və mülki hüquq normalarının tələbləri baxımından bir daha qeyd edir ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs təqsirli bilinmiş, onun təqsiri üzündən mülki iddiaçı Zərərçəkmiş şəxs sağlamlığına xəsarət vurulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 181.1.1 və 181.1.2-ci maddələrinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və yaxud ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 181.2-ci maddəsinə əsasən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə fiziki və ya hüquqi şəxsə maddi ziyan vurulduqda o, ziyanın ödənilməsi barədə mülki iddia verməklə, itirilmiş və ya zədələnmiş əmlakın dəyərinin, mümkün olan hallarda isə əmlakın natura şəklində ödənilməsini, itirilmiş əmlakın satın alınmasına, habelə zədələnmiş əmlakın keyfiyyətinin, əmtəə görünüşünün bərpa və təmir edilməsinə sərf olunmuş xərclərin ödənilməsini, itirilmiş gəlirin ödənilməsini, mənəvi ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 181.3-cü maddəsinə əsasən maddi ziyan o halda cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuş hesab olunur ki, zərər çəkmiş şəxsin müalicəsinə və ona qulluq göstərilməsinə; zərər çəkmiş şəxsin dəfninə, sığorta ödəməsinə, müavinət və pensiya verilməsinə, əmlakın mühafizəsinə dair müqavilənin icrasına çəkilən xərclər şəklində özünü göstərir. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, zərərçəkmiş şəxsə maddi ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulmuşdur. Ona görə də zərərçəkmiş şəxsin sağlamlığının pozulması ilə əlaqədar dəymiş maddi zərərin əvəzi təqsirləndirilən şəxsdən alınıb mülki iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 354.1 və 354.1.1-ci maddələrinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Beləliklə məhkəmə istintaqında müəyyən edildi ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar Zərərçəkmiş şəxs dəymiş maddi zərərin əvəzi olaraq 1090 manat məbləğində pul və ödənilmiş 70 manat dövlət rüsumu Təqsirləndirilən şəxs alınaraq mülki iddiaçıya verilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə ketməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 22 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 naödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 mart 2024–cü il tarixdən 28 mart 2024–cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonu hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar maddi zərərə görə 1090 (bir min doxsan) manat məbləğində pul və 70 (yetmiş) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs alınıb mülki iddiaçı Zərərçəkmiş şəxs verilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 132 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar