Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-172/2023 30.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X5 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs, onun nümayəndəsi vəkil X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 (mülki cavabdeh), müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxx 2000-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə və 04 avqust 1998-ci ildə Şəmkir rayonu, Düyərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Düyərli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 vasitəsilə 2022- ci ilin mart-iyun aylarında, istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə və vaxtda sonuncunun Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşadığı evdə onunla birgə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus yataq otağında saxlanc yeri hesab edilən sandıqdan 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 2 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klonu gizli talayıb Şəmkir rayonu Düyərli kəndində yaşadığı evin yaxınlığında ona vermiş, Təqsirləndirilən şəxs1 isə həmin qızıl-zinyət əşyalarını Şəmkir rayonunda və Gəncə şəhərində istinaqa məlum olmayan ünvanlarda sataraq əldə etdiyi pulları Təqsirləndirilən şəxs2 ilə bölmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 10380 (on min üç yüz səksən) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin mart-iyun aylarında, istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə və vaxtda Şəmkir rayonu Düyərli kəndində yerləşən yaşadığı evdə onunla birgə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus yataq otağinda saxlanc yeri hesab edilən sandıqdan 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd, hər biri 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə halqa formalı sadə qızıl uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klon və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klonu gizli talamış, qızılların 10380 manat dəyərində olan hissəsini Şəmkir rayonu, Düyərli kəndində yaşadığı evin yaxınlığında Təqsirləndirilən şəxs1 vermiş, sonuncu isə həmin qızıl-zinyət əşyalarını Şəmkir rayonunda və Gəncə şəhərində istinaqa məlum olmayan ünvanlarda sataraq əldə etdiyi pulları onunla bölmüş, bununla da Zərərçəkmiş şəxs ümumilikdə 29365 (iyirmi doqquz min üç yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 qeyd olunan ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, fərdi olaraq avtomobil təmiri ustası kimi işləyir. Təqsirləndirilən şəxs2 tanıyır, həmkəndlisidir. Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Düyərli kənd orta məktəbində ondan iki sinif yuxarı oxumuş, məktəb vaxtı bir-birlərini sevmişlər. 2018-ci ildə Fatma həmkəndliləri X9 ilə, o isə 2019-cu ildə başqa qadınla ailə qurmuşdur. Fatma ailə qurandan bir neçə ay sonra ona sms yazmış və bir müddət yazışmışlar. 2021-ci ilin yay aylarında Fatma “instagram”da yenə ona sms yazmış və ondan sonra sosial şəbəkədə yazışmışlar. Təxminən 2-3 aydan sonra həyat yoldaşı onun Fatma ilə yazışmasını bilmiş və bundan sonra əlaqələri kəsilmişdir. Təxminən 2021-ci ilin noyabrdekabr ayında “instagramda Fatmanın səhifəsinə sms yazdıqdan sonra yazışmaları davam etməyə başlamışdır. 2022-ci ilin mart ayının sonlarında, dəqiq xatırlamadığı gündə “instagram”da yazışan zaman Fatma ərinin və digər ailə üzvlərinin ona olan soyuq münasibətindən, baxımsızlığından gileylənmiş, özü üçün aldığı paltarlara görə borcu olduğunu, özünə məxsus olan qızıl boyunbağını satmaqda ona köməklik etməsini demişdir. Səhəri günü Fatma ilə onların yaşadıqları küçədən iki küçə o tərəfdə, çox uzaq olan bir yerdə görüşmüş və Fatma satmaq üçün ona bir ədəd təxminən 60 qramlıq qızıl boyunbağı vermişdir. Həmin boyunbağını Şəmkir şəhərində “Bazar Küçəsində yerləşən, adını bilmədiyi lombarda girov qoyaraq 2970 manat pul götürmüş, həmin günü axşam vaxtı yaşadıqları Düyərli kəndində Fatma ilə görüşərək 2970 manat pulu ona vermişdir. Fatma da həmin puldan 800 manat ona qaytarmışdır. 14-15 aprel 2022-ci il tarixdə Fatma ona İ7 qarmlıq qızıl boyunbağı verərək satmasını xahiş etmiş, həmin boyunbağını Gəncə şəhərində yaşayan Samir adlı tanışının vasitəsilə 1230 manata satmış və həmin pulu da gətirib Fatmanın özünə vermişdir. 2022-ci ilin aprel ayının sonlarında Fatma satmaq üçün yenə ona 9 qramlıq, üç hissədən qırılmış qızıl qolbağı vermiş, həmin qızılı da Samir adlı tanışının vasitəsilə Gəncə şəhərində 560 manata satmış, pulu Fatmaya verən zaman pula ehtiyacı olduğunu demiş və Fatma həmin puldan ona 380 manat vermişdir. Ondan təxminən 10 gün sonra Fatma ondan 50 manat pul istəmiş, o, isə Fatmaya 100 manat pul vermişdir. 2022-ci ilin may ayının sonlarında Fatma “instagramda ona yazaraq pul lazım olduğunu demiş və satmaq üçün 2 cüt sırğa və l ədəd qızıl üzük vermişdir. Həmin qızılları da Samir adlı tanışının vasitəsi ilə təxminən 1500 manata satmış, pulu Fatmaya verən zaman onun razılığı ilə 400 manatını özü üçün götürmüşdür. 2022-ci ilin iyul ayının ortalarında Fatma satmaq üçün ona 1 ədəd qızıl “beşlik”Vermiş, həmin qızılı da Gəncə şəhərində Samirin vasitəsilə 560 manata satmiş və pulu Fatmaya verən zaman pula ehtiyacı olduğunu deyərək həmin puldan 360 manatını özü üçün götürmüş, 200 manatını isə Fatmaya vermişdir. Bir neçə gün sonra telefonunu satıb işləmək üçün Bakı şəhərinə getmiş və ondan sonra Fatma ilə əlaqəsi kəsilmişdir. 20 iyul 2022-ci il tarixdə Bakı şəhərində olan zaman həmkəndlilərindən və qardaşı Elməddindən Fatmanın onun barəsində polisə şikayət etdiyini eşitmişdir. Səhəri günü qardaşı Elməddin “instagramda ona sms yazaraq Fatmanın qızılları onu şantaj edərək aldığınını deməsini bildirmişdir. Ondan sonra qorxduğu üçün heç kimlə əlaqə saxlamamış və 25 iyul 2022-ci il tarixdə Rusiya Federasiyasına getmiş, 09 oktyabr 2022-ci il tarixdə isə Azərbaycana qayıtmışdır. Atası Şahid1 onun lombarda girov qoyduğu 60 qramlıq qızıl boyunbağını pul ödəməklə lombarddan götürərək Fatmanın qaynı Mahirə vermiş, bundan başqa atası Elçin bir ədəd 18, 84 qramlıq qızıl boyunbağı, 1 ədəd 40,1 qramlıq qızıl boyunbağı və bir ədəd qızıl “beşlik” alaraq Fatmanın qaynı Mahirə vermişdir. Təqsirləndirilən şəxs2 ona satmaq üçün 1 ədəd 60 qramlıq qızıl boyunbağı, 1 ədəd 17 qarmlıq qızıl boyunbağı, 1 ədəd 9 qramlıq qızıl qolbağı, 2 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd qızıl “beşlik”dən əlavə heç bir qızıl verməmiş, həmin qızılların da özünə məxsus olduğunu demişdir. Həmin qızılların dəyərindən də artıq qızılların məbləğində qızıl alınaraq zərərçəkmiş şəxsə ödənilmişdir. Fatmaya hədə-qorxu gəlməmiş, onunla olan smslərini və şəkillərini yaymaqla hədələməmiş, ondan hədə-qorxu ilə qızıl tələb etməmiş, ona qaynı arvadı Lalayə məxsus qızılları oğurlayıb ona verməsini deməmişdir. Təqsirləndirilən şəxs2 satmaq üçün ona verdiyi qızılları Gəncə şəhərində satmaqda ona köməklik edən Samir adlı şəxsi 2017-ci ildə Gəncə şəhərində “Hərbi şəhərcik”də qohumu gildə qalan zaman tanımış, Samirin yaşadığı ünvanı dəqiq bilmir, evlərini tanımır, ata adını və soyadını bilmir, onun telefon nömrəsini isə xatırlamır. Samirin qızılı kimə satdığını bilməmişdir. Təqsirləndirilən şəxs2 qızıl-zinət əşyalarının özünə məxsus olduğunu desə də, ailə üzvlərinin həmin qızılları mağazada görə biləcəyindən ehtiyyat etdiyi üçün qızılları Şəmkir şəhərində satmamış, qızılları Gəncə şəhərində Samirin vasitəsilə satmışdır. Təqsirləndirilən şəxs2 onu bir neçə dəfə yaşadıqları evə dəvət etmiş, ancaq qonşularında müşahidə kamerası olduğu üçün ehtiyat edərək getməmişdir. əməlindən səmimi peşmandır. Himayəsində bir nəfər azyaşlı uşağı var və ailədə qazanc gətirən yeganə şəxsdir. Odur ki, qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 qeyd olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2018-ci ildə Şəmkir rayonu, Düyərli kənd sakini X9 ilə ailə qurmuş və həmin nigahdan iki övladı var. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, onu orta məktəbdən tanıyır. Ailə qurandan 1 il sonra Təqsirləndirilən şəxs1 onun istifadəsində olan telefon nömrəsini əldə edərək “WhatsApp”da ona sevgi mesajları yazmış, həmin vaxtı İlkinlə təxminən 15 gün mesajlaşmışlar. Sonra İlkinin anası Sahilə bu barədə onun anasına demiş və həmin vaxt telefon nömrəsini dəyişmişdir. İlkinlə əlaqələri kəsilmiş və bir müddət onu görməmişdir. Təxminən 1 il əvvəl İlkini qonşuluqda yaşayan qohumları gilə gəlib-gedərkən təsadüfən uzaqdan görmüş, ondan sonra İlkin yenə “WhatsApp”da ona sevgi mesajları yazmışdır. Sonra İlkinin anası və arvadı ona zəng edərək İlkinlə yazışmamasınıı demiş, bundan sonra yenə telefon nömrəsini dəyişərək İlkinlə əlaqəni kəsmişdir. 2022-ci ilin mart ayında “instagram” sosial şəbəkəsində “Məçhul”adlı səhifəsinə İlkin sevgi mesajları yazmiş və yenə də onunla bir neçə gün yazışmışlar. İlkin ondan şəklini istəmiş, özünün şəkillərini İnstagram vasitəsi ilə İlkinə göndərmişdir. Bir neçə gün yazışdıqdan sonra İlkin ona probleminin olduğunu deyərək pul istəmiş, İlkinə pulunun olmadığını, ailə üzvülərinin ona ehtiyacı olan qədər pul verdiklərini demişdir. İlkin isə onun qızıllarını lombarda girov qoyub pul götürməsini, mart ayının 23-ü tarixində Rusiyadan ona pul gələcəyini və həmin vaxt qızılları girovdan çıxardıb qaytaracağını demişdir. İlkinə qızılları ona verə bilməyəcəyini dedikdə, İlkin ona əgər qızılları verməsə yazışdığı mesajları və şəkilləri kənd sakinlərinə, qaynına, ərinə və başqa qohumlarına göndərəcəyini, onun guya başqa oğlanlarla da danışdığını deməklə rüsvay edəcəyini bildirmişdir. İlkinin onu biabır etməsindən, ailəsini dağılmasından qorxaraq özünə məxsus olan qızılları ona verməyə məcbur olmuşdur. 08 mart 2022-ci il tarixdə İlkinlə mesajlaşaraq saat 15 radələrində Düyərli kəndində ata evinin yaxınlığında yerləşən çayın kənarında onunla görüşmüş, özünə məxsus 3 ədəd qızıl üzük, 3 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd qızıl klon və 3 cüt qızıl sırğanı İlkinə vermişdir. Mart ayının 23-ü tarixinə İlkinə qızılları qaytarmağı dedikdə o işlərin düz alınmadığını, qızılları girovdan çıxarmaq üçün lazım olan pulun bir hissəsinin düzəlmədiyini, ona yenə pul lazım olduğunu demişdir. İlkinə pulunun olmadığını deyəndə o, qızıl verməsini, qızılı satıb əvvəl verdiyi qızılları lombarddan çıxaracağını bildirmişdir. İlkinə özünə məxsus qızılların hamısını ona verdiyini, başqa qızılının olmadığını demişdir. 2022-ci ilin aprel ayının ortalarında, dəqiq xatırlamadığı gündə "instagramda" yazışan zaman İlkin ona qaynı arvadı Lalənin qızıllarını gizlin götürüb ona verməsini, qızılları satıb ona məxsus qızılları lombarddan çıxardıb qaytaracağını, həm də qalan pulu onunla bölüşəcəyini demişdir. İlkinə Lalənin qızıllarını götürməyə qorxduğunu, bunu bilsələr ailəsinin dağılacağını demiş, İlkin isə ona narahat olmamasını, Lalənin qızıllarını götürüb ona verərsə bunu heç kimin bilməyəcəyini demişdir. İlkinin təkidindən sonra qaynı arvadı Lalənin qızıllarını gizlin götürüb ona verməyə razı olmuşdur. Lalənin qızıllarını götürüb İlkinə verərəsə o, qızılları satıb onun qızıllarını girovluqdan çıxaracağını, həm də qızılın puldan ona da verəcəyini düşünmüşdür. Qaynı arvadı Lalə Hacıyava ilə bir evdə yaşayırlar və həmişə yaxşı münasibətləri olmuşdur. Lalənin özünə məxsus qızılları özünün yataq otağındakı sandığın içərisində saxladığını və sandığın açarının həmin otaqda şkafda olduğunu bilmişdir. Açarı götürüb sandığı açmış və Lalənin topa qızıllarının içərisindən 1 ədəd qızıl boyunbağı götürmüş, bundan sonra İlkinlə mesajlaşaraq saat 18 radələrində yenə çayın kənarında onunla görüşərək qızıl boyunbağını İlkinə vermişdir. 17 may 2022-ci il tarixdə qaynı arvadı Lalə qardaşının nişanına hazırlaşan zaman 1 ədəd qızıl boyunbağının sandıqda olmadığını aşkar etmişdir. Lalə ondan bu barədə soruşduqda xəbəri olmadığını demişdir. Ondan sonra İlkin ona narahat olmamasını deyərək yenə qızıl istəmişdir. İlkin ona qaynı Mahirin imkanı olduğu üçün onun arvadı Lalənin qızılının çox olduğunu, Lalənin qızıllarından yenə götürüb ona verməsini demiş, öz qızıllarının geri qaytarılması üçün İlkinin təklifi ilə yenə razılaşmışdır. 2022-ci ilin iyun ayının əvvəllərindən həmin ayın ortalarına kimi olan müddətdə 4 dəfə Laləyə məxsus qızılları gizlin götürərək İlkinə vermişdir. Həmin qızıllar boyunbağı, üzük və sırğadan ibarət olmuşdur. 10 iyul 2022-ci il tarixdə Lalə qızıllarının olmadığını bilmiş və bu barədə ondan soruşmuşdur. Laləyə onun özünün də qızıllarının yerində olmadığını və necə olduğunu bilmədiyini demişdir. 19 iyul 2022-ci il tarixdə qaynı Mahir Rusiyadan qayıtmış, bundan sonra bütün ailə üzvüləri qızılların olmadığını bilmişlər. Qaynı Mahir və digər ailə üzvüləri onunla söhbət etdikdə ondan şübhələndiklərini başa düşmüş və bundan sonra qızılları götürüb İlkinə verdiyini onlara demişdir. 22 iyul 2022-ci il tarixdə qaynı Mahirlə birlikdə Zəyəm polis bölməsinə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Qaynı arvadı Zərərçəkmiş şəxs məxsus olan qızıl əşyaları yaşadıqları evdə onun yataq otağındakı sandıqdan götürdüyünü heç kim görməmiş və həmin vaxtı İlkindən başqa bu barədə heç kimin məlumatı olmamışdır. Zərərçəkmiş şəxs məxsus olan qızıl əşyaları 2022-ci ilin mart-iyun aylarında, müxtəlif günlərdə hissə-hissə götürmüş və dərhal sonra İlkinlə telefonla danışaraq yaşadıqları evin yaxınlığında İlkinə vermişdir. Bundan başqa bir dəfə Lalənin qızıllarını götürəndən sonra İlkinlə danışan zaman ona həmkəndliləri Baboşun gəlib götürəcəyini demiş, elə həmin günü yaşadıqları evin yaxınlığında Baboşla görüşərək kağıza bükülü vəziyyətdə olan bir neçə ədəd qızıl əşyaları ona vermiş, sonra İlkin ona zəng edərək qızılları Baboşdan götürdüyünü bildirmişdir. Baboşu əvvəllər tanımamış, sonradan onun həmkəndliləri X2 olduğunu bilmişdir. Ancaq, bir dəfə də eltisinə məxsus qalan qızılların hamısını götürəndən sonra İlkinlə danışarkən o bir az kənarda olduğunu demiş və tanımadığı 10 yaşlarında olan oğlan uşağını onların evinin yaxınlığına göndərmiş, Laləyə məxsus qızıllardan qalan hissəsini kağıza bükülü vəziyyətdə həmin uşağa vermişdir. Sonra İlkin ona zəng edərək qızılları uşaqdan götürdüyünü demişdir. Qızılları tanımadığı 10 yaşlı uşağa və Ələsgər Pirverdiyevə verən zaman kağıza bükülü vəziyyətdə olmuş, bükümdə nə olduğunu bilməmişlər. İlkin onun öz qızıllarını qaytarmamış və Lalənin qızıllarının pulundan ona verməmişdir. Zərərçəkmiş şəxs məxsus 8 ədəd qızıl boyunbağı, 7 ədəd klon, 7 ədəd qızıl qolbağı, 12 ədəd qızıl üzük, 4 cüt qızıl sırğa və 1 ədəd qızıl “beşlik” götürmüş və həmin qızılların hamısını Təqsirləndirilən şəxs1 vermişdir. Həmin qızıl əşyaların əksəriyyəti “rekert” formasında olmuş, ancak qızılların çəkisini bilməmiş, digər əlamətlərini isə xatırlamır. Qızıllar ümumilikdə 350-400 qram çəkidə olmuşdur. Qeyd edilənləri nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs2 onun qaynı Səbuhi Namazovun arvadıdır, bir evdə yaşamışlar. Fatmadan yaşca böyük olduğu üçün onun, özünün və ailənin bütün qızıllarını o saxlamışdır. 2022-ci ilin mart ayında Fatma ondan öz qızıllarını istəmiş, içərisindən azyaşlı qızına aid sırğanı düzəltdirəcəyini demiş, o da Fatmanın özünə aid qızıllarını ona vermişdir. Bir neçə gündən sonra Fatmadan qızılları qaytarmasını deyəndə sonra verəcəyini demişdir. 2022-ci ilin may ayının təxminən 8-10 tarixlərində qardaşının nişanına hazırlaşan zaman özünə məxsus qızıllardan bir ədəd qızıl sepin olmadığını görmüş, bu barədə Fatmadan soruşmuş, Fatma isə öz qızıllarını da tapa bilmədiyini demişdir. 08 iyul 2022-ci il tarixində əri Mahir Rusiya Federasiyasından ona zəng edərək işi ilə bağlı pul lazım olduğunu bildirərək evdə olan qızılların çəkisini soruşmuş, həmin vaxt qızılları saxladığı sandığın qıfılını açıb içərisinə baxdıqda qızılların olmadığını görmüş, bunu əri Mahirə demişdir. 15 iyul 2022-ci il tarixində əri Mahir Rusiya Federasiyasından gəlmiş və ailə üzvləri ilə bir yerdə qızılları axtarmış, ancaq tapa bilməmişlər. X14 və digər ailə üzvüləri bu barədə Təqsirləndirilən şəxs2 ilə söhbət etmişlər. Fatma onlara danışmışdır ki, həmkəndliləri Təqsirləndirilən şəxs1la bir müddətdir İnstagram sosial şəbəkəsi ilə mesajlaşır, sonra İlkin mesajları ərinə, ailə üzvülərinə, kənd sakinlərinə göstərəcəyini deyərək onu qorxudaraq qızıllarını istəmiş, qorxduğu üçün özünə və ona aid qızılları mart ayından iyul ayına kimi olan müddətdə hissə-hissə Təqsirləndirilən şəxs1 vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 Şəmkir RPŞ-nin Zəyəm PB-nə gedərək bu barədə ərizə ilə müraciət etmişdir. Lakin, ondan bir neçə gün sonra Fatma ona demişdir ki, İlkin ona hədə-qorxu gəldiyi üçün öz qızıllarını İlkinə vermiş, ondan sonra İlkin ona qızılları lombarda girov qoyduğunu, lombarddan çıxarmaq və qalan pulu da öz aralarında bölüşdürmək üçün onun qızıllarını oğurlamasını təklif etmiş, bundan sonra qızılları oğurlayaraq İlkinə vermişdir. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la mesajlaşmasından, telefonla danışmasından, həmçinin qızılları ona verməsindən xəbəri olmamışdır. Ona məxsus 1 ədəd 58 qramlıq “rekert” boyunbağı, 1 ədəd 25 qramlıq “rekert” boyunbağı, 1 ədəd 45 qramlıq “rekert” boyunbağı, 1 ədəd 40 qramlıq “rekert” boyunbağı, 1 ədəd 10 qramlıq “rekert” boyunbağı, 1 ədəd 12 qramlıq “rekert” boyunbağı, 1 ədəd 18 qramlıq “rekert” boyunbağı, 1 ədəd 2 qramlıq üzərində “mələk” klan olan boyunbağı, 2 ədəd 7 qramlıq “rekert” qolbağı, 2 ədəd 10 qramlıq “rekert” qolbağı, 1 ədəd 6 qramlıq “rekert” qolbağı, 1 ədəd 8 qramlıq “rekert" qolbağı, 1 ədəd 5 qramlıq “rekert” qolbağı, 6 ədəd 3 qramlıq birliyant qaşlı üzüklər. 4 ədəd 4 qramlıq birliyant qaşlı üzüklər, 1 ədəd 2,5 qramlıq üzük, 10 qarmlıq birliyant qaşlı üzük və sırğa dəsti, 2 ədəd 2 qaramlıq halqa formalı sadə uşaq sırğası, 1 ədəd 2 qramlıq gül formalı uşaq sıqrası, 1 ədəd kitab formalı 3 qramlıq klon, 1 ədəd paxlava formalı 4,5 qramlıq çox qaşlı klon, 1 ədəd “şanel” formalı 1,5 qramlıq klon, 1 ədəd ürək formalı 1,5 qramlıq klon, 1 ədəd yarpaq formalı, qırmızı qaşlı 1,5 qramlıq klon, 1 ədəd dairəvi firmalı, üzərində ərəb yazısı olan 2 qramlıq klon və 1 ədəd “beşlik" klon oğurlanmışdır. Oğurlanmış qızıl zinət əşyalarının ayrı-ayrılıqda qiymətlərini dəqiq bilmir. Ancaq oğurlanmış həmin qızıl-zinət əşyalarının ümumilikdə dəyəri təxminən 48000 (qırx səkkiz min) manatdır. Sonda zərər çəkmiş şəxs təqsirləndirilən şəxslər ona dəymiş zərəri ödəmədiyini qeyd edərək, təqsirləndirilən şəxslərin ən ağır şəkildə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi vəkil X7 ifadə verərək bildirmişdir ki, Zərərçəkmiş şəxs ifadəsini təsdiq edir. Əlavə olaraq onu qeyd edir ki, mülki iddia təmin edilməsini və məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, həmişə yaxşı münasibətləri olub. Ancaq həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə heç bir tanışlığı olmamışdır. Təxminən 2022-ci ilin may ayında, dəqiq xatırlamadığı gündə günorta vaxtlarında Təqsirləndirilən şəxs1 ona zəng edərək “kənddə 2-ci- küçədə sənə bir şey verəcəklər, götürərsən, sonra sənə deyəcəyəm” demişdir. İlkinin ona deməsinə görə özü Bakı şəhərində olmuşdur. Həmin günü saat 15 radələrində Düyərli kəndində 2-ci küçəyə getmiş və orada Fatma ona bir ədəd sellofan büküm verərək İlkinə çatacağını demişdir. Həmin bükümü Fatmadan alandan sonra oradan uzaqlaşmış, İlkinlə telefonda danışmış, İlkin ona həmin bükümü aparıb Tovuz rayonu Aşağı Ayıblı kəndində qızıl satan Ceyhuna verməsini və sonuncunun ona pul verəcəyini demişdir. Ondan sonra bilmişdir ki, Fatmanın ona verdiyi sellofan bükümdə olan qızıl əşyalardır. Ancaq bükümü açıb baxmamış, İlkinə belə işdən qorxduğunu, bükümü harasa qoymasını və özünün gəlib götürməsini demişdir. Ondan sonra həmin bükümü aparıb kənddə 6-cı küçədə bulağın dibində görünməyən yerə qoymuş və İlkinə zəng edib demişdir. Ondan sonra İlkini görməmiş və 15 gün sonra Rusiyaya getmişdir. Rusiyadan gələndən sonra eşitmişdir ki, Təqsirləndirilən şəxs1 Fatma ilə münasibəti olmuş, İlkin Fatmaya hədə-qorxu gələrək onun şəkillərini ərinə göndərəcəyini demiş və Fatmadan çoxlu sayda qızıllar almişdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Düyərli kəndində yaşayır. Təqsirləndirilən şəxs2 onun qızıdır. Təqsirləndirilən şəxs2 2018-ci ildə Şəmkir rayonu, Düyərli kənd sakini X9 ilə ailə qurmuş və həmin nigahdan iki övladları var. Fatma ailə qurandan sonra qaynı Mahir Namazovun ailsə ilə birlikdə Düyərli kəndində yaşamışlar. 2022-ci ilin iyul ayında eşitmişdir ki, qızı Fatma həmkəndliləri Təqsirləndirilən şəxs1 sosial şəbəkələrdə danışıb və birbirlərinə mesajlar yazıblar. Fatma özünə məxsus olan və onunla bir evdə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus qızılları Təqsirləndirilən şəxs1 veribdir. Fatmanın qaynı arvadı Lalə və qaynı Mahir bunu biləndən sonra ailələrində problem yaranıb, həmin vaxtdan qızı Fatma onun evində yaşayır. X15 Hüseynovla aralarında olan münasibətdən və qızılları ona necə verməsi barədə ona hər şeyi danışıbdır. Fatmanın ona deməsinə görə Təqsirləndirilən şəxs1 onun telefon nömrəsini hardansa öyrənib sosial şəbəkədə ona mesajlar yazmış, bundan sonra İlkin ona hədə-qorxu gəlmişdir ki, əgər qızıllarını ona verməsə aralarında olan mesajları ərinə və ailə üzvlərinə göndərəcək. Fatma da qorxduğu üçün öz qızıllarını İlkinə vermiş, ondan sonra İlkin Fatmaya güya qızılları lombarda girov qoyduğunu, qızılları oradan götürmək üçün pul lazım olduğunu demiş, bundan sonra isə Fatma İlkinin təkidi ilə qaynı arvadı Laləyə məxsus olan qızılları gizlin götürərək İlkinə vermişdir. Fatmanın deməsinə görə bunların hamısı 2022-ci ilin mart-iyun aylarında baş vermişdir. X13 Hüseynovla hər hansı münasibətinin olması, özünə və qaynı arvadı Zərərçəkmiş şəxs məxsus qızılları Təqsirləndirilən şəxs1 verməsi barədə əvvəlcədən heç bir məlumatı olmamışdır İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 5/1175 nömrəli rəyindən görünür ki, təqdim edilmiş sensor ekranlı “Android 11” əməliyyat sistemi ilə təhciz olumuş “Samsung Galaxy A51” markalı “SM- A515F/DSM” modelli “**********17666, **********17662” “ımeı” kodlu mobil smartfon halhazırda işlək vəziyyətdədir. Tədqiq olunan “Samsung Galaxy A51” markalı “SM- A515F/DSM” modelli mobil yaddaşında (kontaktlar, zənglər, SMS mesajlar, foto, video, audio fayllar, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış foto fayllar və sairə fayllar) mövcud olan və pozulmuş məlumatlar müəyyən olundu. xx.xx.2022-ci il tarixli baxış keçirilməsi barədə protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 oktyabr 2022-ci il tarixli, 5/1175 nömrəli rəyinə əlavə edilmiş yaddaş qurğusuna baxış keçirilmiş, baxış keçirən zaman Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında telefonla və sosial şəbəkə üzərindən aparılan smslər, eləcə də iş üzrə əhəmiyyət kəsb edən digər hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 fevral 2023-cü il tarixli, 9/740 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən qızıl zinyət əşyaları - 1 ədəd 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı 4930 manat dəyərində, 1 ədəd 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı 2125 manat dəyərində, 1 ədəd 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı 3825 manat dəyərində, 1 ədəd 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı 3400 manat dəyərində, 1 ədəd 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı 850 manat dəyərində, 1 ədəd 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı 1020 manat dəyərində, 1 ədəd 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı 1530 manat dəyərində, 1 ədəd 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon 170 manat dəyərində, 2 ədəd 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağının hər biri 595 manat dəyərində olmaqla cəmi 1190 manat dəyərində, 2 ədəd 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı hər biri 850 manat dəyərində olmaqla cəmi 1700 manat dəyərində, 1 ədəd 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı 510 manat dəyərində, 1 ədəd 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı 680 manat dəyərində, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər hər biri 255 manat dəyərində olmaqla cəmi 1530 manat dəyərində, 4 ədəd 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər hər biri 340 manat dəyərində olmaqla cəmi 1360 manat dəyərində, 1 ədəd 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük 1060 manat dəyərində, 1 ədəd 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti 850 manat dəyərində, 2 ədəd, 583 əyarlı, 2 qram çəkidə halqa formalı sadə qızıl uşaq sırğası hər biri 170 manat dəyərində olmaqla cəmi 340 manat dəyərində, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası 17,0 manat dəyərində, 1 ədəd 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon 255 manat dəyərində, 1 ədəd 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon 380 manat dəyərində, 1 ədəd 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon 125 manat dəyərində, 1 ədəd 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon 125 manat dəyərində, 1 ədəd 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon 125 manat dəyərində, 1 ədəd 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klon 170 manat dəyərində və 1 ədəd 583 əyarlı, “beşlik” qızıl klon 520 manat dəyərində olmaqla, həmin qızıl-zinət əşyalarının 2022ci ilin mart-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 29365 (iyirmi doqquz min üç yüz altmış beş) manat müəyyən edilir. Cinayət işinin 24-cü vərəqində olan şübhəli olan şəxsin tutulması haqqında 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 103-105-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 13 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə, yəni 10 yanvar 2023-cü il tarixədək ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İşdə olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 10 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İşdə olan təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi haqqına 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmişdir. İşdə olan cinayət işi üzrə icraatın dayandırılması haqqında 06 fevral 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. İşdə olan cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında 31 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. İşdə olan təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında 31 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 113-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 114-cü vərəqində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 218-ci vərəqində olan Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 221-ci vərəqində olan Düyərli kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülərək onun tərəfindən zərərçəkmiş şəxsə dəymiş ziyanın 29365 manat məbləğində olması qeyd edilmişdir. Belə ki, o tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 vasitəsilə 2022- ci ilin mart-iyun aylarında, istintaqa dəqiq məlum olmayan müxtəlif tarixlərdə və vaxtda sonuncunun Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşadığı evdə onunlabirgə yaşayan qaynı arvadı Zərərçəkmiş şəxs məxsus yataq otağında saxlanc yeri hesab edilən sandıqdan 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd, hər biri 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə halqa formalı sadə qızıl uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klon və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klonu gizli talayıb Şəmkir rayonu Düyərli kəndində yaşadığı evin yaxınlığında ona vermiş, Təqsirləndirilən şəxs1 isə həmin qızıl-zinyət əşyalarını Şəmkir rayonunda və Gəncə şəhərində istinaqa məlum olmayan ünvanlarda sataraq əldə etdiyi pulları Təqsirləndirilən şəxs2 ilə bölmüş, bununla da Zərərçəkmiş şəxs vahid niyyətlə ümumilikdə 29365 (iyirmi doqquz min üç yüz altmış beş) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 tərəfindən dəymiş ziyanın məbləğinin 29365 manat dəyərində olması qeyd edilsə də, dəymiş ziyanın məbləğinin qeyd edilən 29365 manat dəyərində yox, 10380 manat dəyərində olması qeyd edilməli idi. Çünki 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 2 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klon adlı qızıl-zinət əşyalarından başqa F. F. Qasımova tərəfindən oğurlanmış digər qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs2 tərəfindən Təqsirləndirilən şəxs1 verilməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 1 ədəd 4930 manat dəyərində, 583 əyarlı, 58 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1530 manat dəyərində, 583 əyarlı, 18 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 2 cüt sırğa, 1 ədəd qızıl üzük və 1 ədəd 520 manat dəyərində, 583 əyarlı, “beşlik” qızıl klon adlı qızıl-zinət əşyalarını Təqsirləndirilən şəxs1 özünə və Ələsgər Pirverdiyev vasitəsilə Təqsirləndirilən şəxs1 verməsini qeyd etmiş, həmin fakt məhkəmə iclası zamanı Ələsgər Pirverdiyevin və Təqsirləndirilən şəxs1 ifadələri öz təsdiqini tapmışdır. Digər qızıl-zinət əşyaları 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd hər biri 170 manat dəyərində 583 əyarlı, 2 qramlıq çəkidə halqa formalı uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon və 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klonu yaşadığı evdən gizlin olaraq götürməsini və Təqsirləndirilən şəxs1 göndərdiyi adını bilmədiyi 10 yaşlı uşaq vasitəçiliyi ilə İ. E. Hüseyonova verməsini qeyd etsə də, nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı həmin 10 yaşlı uşağın kim olması müəyyən edilməmiş, qeyd edilən 10 yaşlı uşaq vasitəçiliyi ilə qızılların İ. E. Hüseynova verilməsi öz təsdiqini tapmamışdır. Məhkəmə iclasında F. F. Qasımova ifadə verərkən ittihamda qeyd edilən qızıl-zinət əşyalarını gizli olaraq talamasını danmasa da, həmin qızılların qalan hissəsini məhz nə üçün tanımadığı və adını bilmədiyi qeyri-müəyyən şəraitdə 10 yaşlı uşağa verməsini izah edə bilməmiş, 10 yaşlı uşağın kimliyi barədə heç bir məlumat verə bilməmişdir. Nə ibtidai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı qalan qızılların 10 yaşlı uşağa verilməsi və uşağın kimliyi müəyyən edilməmişdir. Bu isə Təqsirləndirilən şəxs1 söylədiklərinin doğru olması ehtimalını artırır, bir daha qalan qızılların İ. E. Hüseynova verilməsi şübhə doğurur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda dəymiş zərərin 29365 manat olması qismən, 10365 manata aid hissəsi sübuta yetirildiyindən, Təqsirləndirilən şəxs1 münasibətdə dəymiş zərərə aid 18985 manat hissəsi ittihamdan çıxarılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası CPM-in 139.0-cı maddəsində göstərilmişdir ki, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2.1-146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi ibtidai araşdırmanın və ya məhkəmə baxışının məqsədyönlü aparılmasına, cinayət təqibi üzrə məhkəmə perspektivinin vaxtında müəyyən edilməsinə, cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə nail olunmasına kömək edir. Həmin Məcəllənin 145.3-cü maddəsinə görə isə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90.9 və 91.7-ci maddələrinin şərh edilməsinə dair” 14 oktyabr 2019-cu il tarixli qərarında qeyd edilir ki, qanunverici ədalət mühakiməsinin həyata keçirilməsi əsaslarını və qaydasını müəyyən edərkən işin qanuni, əsaslı və ədalətli həlli naminə cinayət prosesinin bütün mərhələlərində tələb olunan qaydalara riayət olunmasını təmin edən mexanizm nəzərdə tutmuşdur. Burada məqsəd cinayət hadisəsinə dair bütün halların müəyyən edilməsindən, onların düzgün hüquqi qiymətləndirilməsindən, cəmiyyətə və ayrı-ayrı şəxslərə dəymiş zərərin və şəxsin təqsirinin müəyyən edilməsindən ibarətdir. Buna isə aidlik, mümkünlük və etibarlılıq şərtlərinə cavab verən sübutların yoxlanılması və dəyərləndirilməsi əsasında nail olunur. Yalnız belə halda məhkəmə, təqsirləndirilən şəxsin törədilməsində ittiham olunduğu əməlin həqiqətən baş verib-verməməsini, əməlin cinayət olub-olmamasını, təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini və cinayət qanununun hansı norması ilə nəzərdə tutulmasını müəyyən edə bilər. Yuxarıda qeyd edildiyi kimi, düzgün nəticəyə nail olmaq üçün işin həqiqi halları müəyyən edilməli, daha sonra bu hallara uyğun cinayət qanununun norması seçilərək tətbiq edilməlidir. İşin həqiqi hallarının müəyyən edilməsinin prosessual qaydaları Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuşdur. “İnsan Hüquqlarının və X6 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (“Van de Huk Niderlanda qarşı” iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Azərbaycan Respublikası CPM-in 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Həmin Məcəllənin 349.5.1 və 349.5.3-cü maddələrinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd hər biri 170 manat dəyərində 583 əyarlı, 2 qramlıq çəkidə halqa formalı uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon və 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klonu 10 yaşlı uşaq vasitəsilə X1 götürməsi və müxtəlif vaxtlarda satması və zərərçəkmiş şəxsə 18985 manat dəyərində maddi ziyan vurması bəndi ittihamdan çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ibtidai istintaqda və məhkəmə iclasında verdiyi ifadəsində 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3400 manat dəyərində, 583 əyarlı, 40 qram çəkidə “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd hər biri 170 manat dəyərində 583 əyarlı, 2 qramlıq çəkidə halqa formalı uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon və 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klonu da 10 yaşlı uşaq vasitəsilə İ. E. Hüseynova verməsini qeyd etməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən cinayət hadisəsi törədilmişdir, həmin törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin İ. E. Hüseynov və F. F. Qasımova tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə edilməlidir. Təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, ailədə qazanc gətirən yeganə şəxs olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs2 yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını, iki nəfər azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Zərər çəkmiş şəxs məhkəmə iclasında təqsirləndirilən şəxslərə ən ağır cəza təyin olunmasını tələb etmiş, məhkəmə zərərçəkmiş şəxsə qismən ödəniş olunmasını nəzərə alıb, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə cəza təyin edərkən aşağıdakıları da qeyd etməyi zəruri hesab edir. Belə ki, Avropa Şurası Nazirlər Komitəsinin üzv dövlətlərə tövsiyyələrində də vurğulanır ki, cəzaçəkmə yerlərinin maliyyə məsrəflərinin cəmiyyətin üzərində ağır yük olduğunu və həbsin çox zaman mənfi nəticələr doğurduğu və hüquq pozucularını islah etmədiyi tədqiqatlar nəticəsində aşkar edilir. Azərbaycan Respublikası Prezidentinin Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Sərəncamından irəli gələn prinsipləri də xüsusilə nəzərə almaq lazımdır. Məhkəmə hakimiyyəti üçün yol xəritəsi olan Sərəncamın 8, 10 və 13-cü bəndlərindən irəli gələn tövsiyyələrə məhkəmə xüsusi diqqət yetirməklə nəzərə alınmasını zəruri hesab edir. Həmin Sərəncamda göstərilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Yuxarıda göstərilən prinsiplərdən yanaşdıqda, həmçinin ümumilikdə götürdükdə aydın olur ki, heç də ağır cəzaların, o cümlədən, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi həmişə cəzanın məqsədlərinə xidmət etmir. Hər bir cinayət əməli törətmiş şəxsə, törədilmiş cinayətin ictimai təhlükəliliyinə, cinayət əməlini törətmiş şəxsin cinayət əməlini törətdikdən sonrakı davranışlarına, cinayət əməlini töpətmiş şəxsin fərdi xüsusiyyətlərinə, onun cəmiyyətdəki mövqeyinə, ailə vəziyyətinə, cinayət əməli törətdiyi vaxtla, cinayət əməli törətdikdən sonra cəmiyyətdə tutduğu mövqeyə, statusuna, onun kriminal əməllərə meyilli olub-olmamasma aid məlumatlar nəzərə alınmaqla fərdi yanaşılmalı və bütün bunlara kompleks şəkilində bir-birilə əlaqəli halda qiymət verilməlidir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxslərin törədilən cinayət əməlinə görə zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməməsi, barışıq əldə etməməsi səbəbindən, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlığı məhdudlaşdırılması cəzasının təyin edilməsi ədalət və humaniz prinsiplərinə uyğun olardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onların şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə və ev dustaqlığında olduğu müddət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 10 oktyabr 2022-ci il tarixdən 13 oktyabr 2022-ci ilə tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı və 13 oktyabr 2022-ci il tarixdən 10 yanvar 2023-сü il tarixədək еv dustaqlığında olduğu 03 ay müddət nəzərə alınaraq həbsdə saxlandığı və ev dustaqlığında olduğu müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla, ona təyin edilməli olan cəzadan çıxılmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən аzadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 130 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Müdafiəçi2 Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Buna görə də Müdafiəçi2 ibtidai istintaq və məhkəmə zamanı göstərdiyi hüquqi yardıma görə ümumilikdə 120 manat pul dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Cinayət işi üzrə zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs nümayəndəsi X7 mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia verərək Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 37620 manat dəyərində qızıl-zinət əşyalarının, özləri olmadıqda onların dəyərinin mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq mülki iddiaçıya ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında mülki iddiaçının nümayəndəsi X7 mülki iddiaları müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs2 izahatında mülki iddianı qəbul etmədiyini, qızılların hamısını Təqsirləndirilən şəxs1 verməsini və həmin qızılların dəyərinin ona çatmamasını bildirərək ona aid hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Mülki cavabdeh Təqsirləndirilən şəxs1 izahatında mülki iddianı qəbul etmədiyini, qızılların ona verilən hissəsinin dəyərini mülki iddiaçıya ödədiyini, qalan hissəsi olan 18985 manat dəyərində qızılların ona verilmədiyini bildirərək iddianın ona aid hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə mülki iddialarla bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs2 təqsirli olaraq törətdiyi hüquqazidd əməl nəticəsində mülki iddiaçıya ittihamda göstərilən həcmdə, 18985 manat maddi zərər vurması öz təsdiqini tapdığından mülki iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; 181.1.2. ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. Qeyd olunan normaların tələblərinə uyğun olaraq Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı verdiyi mülki iddia qismən təmin edilməli, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs cinayət nəticəsində vurulmuş maddi zərərə görə 18985 manat dəyərində qızıl-zinət əşyaları, onlar olmadıqda dəyəri alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə maddi sübut və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 10 oktyabr 2022ci il tarixdən 13 oktyabr 2022-ci ilə tarixədək şübhəli şəxs qismində həbsdə saxlanıldığı və 13 oktyabr 2022-ci il tarixdən 10 yanvar 2023-сü il tarixədək ev dustaqlığında olduğu 03 ay müddət azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulması hesabı ilə hesablanmaqla ona təyin edilmiş cəzasından çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Düyərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 20 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul Müdafiəçi2 ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Zərərçəkmiş şəxs mülki iddiası qismən təmin edilsin. Zərərçəkmiş şəxs vurulmuş zərərin əvəzi qismində 1 ədəd 2125 manat dəyərində, 583 əyarlı, 25 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 3825 manat dəyərində, 583 əyarlı, 45 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl boyunbağı, 1 ədəd 1020 manat dəyərində, 583 əyarlı, 12 qram çəkisi olan qızıl boyunbağı, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkisi olan “mələk” qızıl klon, 2 ədəd, hər biri 595 manat dəyərində, 583 əyarlı, 7 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 2 ədəd, hər biri 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkisi olan “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 510 manat dəyərində, 583 əyarlı, 6 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 680 manat dəyərində, 583 əyarlı, 8 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 1 ədəd 425 manat dəyərində 583 əyarlı, 5 qram çəkidə “Rekert” formalı qızıl qolbağı, 6 ədəd, hər biri 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə birilyant qaşlı üzüklər, 4 ədəd, hər biri 340 manat dəyərində, 583 əyarlı, 4 qram çəkidə birilyant qaşlı üzüklər, 1 ədəd 1060 manat dəyərində, 583 əyarlı, 12,5 qram çəkidə qızıl üzük, 1 ədəd 850 manat dəyərində, 583 əyarlı, 10 qram çəkidə qızıl üzük və sırğa dəsti, 2 ədəd, hər biri 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə halqa formalı sadə qızıl uşaq sırğası, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə gül formalı qızıl uşaq sırğası, 1 ədəd 255 manat dəyərində, 583 əyarlı, 3 qram çəkidə kitab formalı qızıl klon, 1 ədəd 380 manat dəyərində, 583 əyarlı, 4,5 qram çəkidə paxlava formalı çox qaşlı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə “şanel” formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı,1,5 qram çəkidə ürək formalı qızıl klon, 1 ədəd 125 manat dəyərində, 583 əyarlı, 1,5 qram çəkidə yarpaq formalı qızıl klon, 1 ədəd 170 manat dəyərində, 583 əyarlı, 2 qram çəkidə dairəvi formalı, üzərində ərəb yazısı olan qızıl klon adlı qızılzinət əşyaları, həmin qızıl-zinət əşyaları olmadığı təqdirdə isə onların dəyəri 18985 manat pul Təqsirləndirilən şəxs2 alınaraq Zərərçəkmiş şəxs verilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-172/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-172/2023
30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver