Məhkəmə qərarları › İş №1(076)-172/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-172/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-172/2025 04.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı, xx.xx.1985-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, Nizami küçəsi ev 23-də qeydiyyatda olmaqla, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi, ev 4, mənzil 28də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 221.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə təqsirəndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, verilən ittihama görə Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsində yerləşən binanın qarşısında əvvəlcədən aralarında ədavət olduğu qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus “Mitsubishi Pajero” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürərək qorxutmasını bəhanə edib bir neçə dəqiqə sonra onunla heç bir əsaslı səbəb olmadan mübahisə edərək küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə istintaqla əldə edilməsi mümkün olmayan daş parçasını silah qismində istifadə edərək həmin daşla Vüsalə Tanrəverdiyevaya vurub, daha sonra əlbəyaxa olaraq sonuncuya alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsini, sağ baldırın yuxarı və aşağı üçdə birinin şişkinlik fonunda qançırları və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid, döş qəfəsinin ön səthindən Vİ-Vİİ qabırğa səviyyəsinin sıyrıqları ilə müşyaiət sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı dindirilərkən ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 4, mənzil 28-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq dərzi kimi çalışır. Zərərçəkmiş şəxs uzun illərdir ki, tanıyır, Vüsalə Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də onunla qonşuluqda yaşayır. Vüsalə ilə münasibəti yaxşı deyil, nəyinki onun, ümumiyyətlə Vüsalə heç bir qonşu ilə yola getmir. Daimi olaraq qonşularla mübahisə edir, onların ünvanına qarğışlar edir, binada birgəyaşayış qaydalarına əməl etmir. O, binanın qarşısında olan özlərinə məxsus qarajda dərzi fəaliyyəti ilə məşğul olur. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində binanın yaxınlığında olan qarajın qapısı açıb içəri daxil olmaq istədikdə Vüsalə heç bir səbəb olmadan avtomobili onun üstünə tərəf sürmüş və o, qorxmuş, Vüsalə sürüb getmiş, o, da ağlamışdır. Həmin vaxt qonşusu Xanım onu sakitləşdirməyə çalışmış, qonşusu Aidəni çağırmış, Aidə ona su gətirmiş, o, DİN-in 102 xidmətinə zəng edərək Vüsalənin özünə məxsus “Mitsubishi” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürməsi barədə məlumat vermişdir. Təxminən 10 dəqiqə sonra Vüsalə ora gəlib binanın qarşısında dayanmış, avtomobildən düşüb onu söyərək yerdən yekə daş götürüb ona tərəf atmış, daş sifətinə dəyməsin deyə kürəyini çevirmiş və daş kürəyinə dəymişdir. Daş qarşısına düşmüş və o, da yerdəki daşı Vüsaləyə tərəf atmış, lakin həmin daş Vüsaləyə dəyməmişdir. Bundan sonra Vüsalə üzərinə gələrək saçından tutub yolmuş, Vüsalə iki əlli saçından tutub buraxmamış, onun əllərindən tutub qurtulmaq istəmiş, Vüsalə onu sağa-sola silkələmişdir. Xanım onu Vüsalənin əlindən almaq istədikdə o, Xanımı da itələmiş və Xanım səntirləyərək geri getmiş, Xanım səs-küy salmış və oraya gələn Xanım və Arifə onu Vüsalənin əlindən zorla almışlar. Vüsalə isə avtomobilinə minərək oradan getmişdir. Bundan sonra o, tibbi yardım üçün Şəmkir rayon mərkəzi xəstəxanasına müraciət etmişdir. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisədən bir neçə müddət əvvəl Vüsalə ilə münasibətləri pisləşmiş, belə ki, Vüsalə onların yaşadığı binanın qarışısında tikilmiş və ümumi qonşular tərəfindən istifadə olunun tikililəri, sakinlərin öz mənzillərində tikmiş olduğu artırmaları müvafiq dövlət orqanlarına, həmçinin Fövqəladə Hallar Nazirliyinə, İcra Hakimiyyətinə müraciət edərək qanunsuz olduqlarına görə sökdürmək istəmiş, hətta bəzilərini sökdürmüşdə, hazırda Vüsalə bununla bağlı Şəmkir rayon məhkəməsinə iddia vermişdir. Sakinlərin xərc çəkərək tikdikləri və neçə illər ərzində istifadə etdikləri tikililəri Vüsalənin şikayəti əsasında söküldükdən sonra Vüsaləyə qarşı hamıda qəzəb və hirsli yaratmışdır. Beləlilkə, hərəkətləri səbəbindən Vüsalə və qonşularla münaqişə yaranmışdır. Hər gün qonşular arasında sözlü mübahisə düşür və bunu qonşular videogörüntüyə alırlar. Həmçinin Vüsalə qonşulara qarşı saymazyana münasibət göstərir, binanın qarşısında olan oturacağı palçıq edir, yüksək səslə musiqiyə qulaq asır, bloka zibil atır və sair bu kimi hərəkətlər etdiyi üçün heç bir qonşunun ondan xoşu gəlmir. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Vüsalənin özünə məxsus “Mitsubishi” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürərək onu qorxutmuş, lakin həmin vaxt onu vurmamışdır. O, da əsəbləşərək nalaiq ifadələr işlətmiş, bundan bir neçə dəqiqə sonra isə binanın qarşısına gələrək heç bir səbəb olmadan Vüsalə onu döymüş, dava-dalaş zamanı Vüsalə onun saçından tutub yolmuş, o, da Vüsalənin saçından tutmuşdur. Həmin vaxt o, xəsarətlər almış, hətta Vüsalə onu yerə də yıxmışdır. O, sadəcə Vüsalənin saçından yolmuşdur. İlkin ifadəsində Zərərçəkmiş şəxs kürəyinə daşla vurmasını, onun da həmin daşla kürəyinə vurduğunu bildirməsi barədə verilən sualı belə cavablandırmışdır ki, sadəcə onu deyə bilər ki, onun atdığı daşın Vüsaləyə dəyib-dəyməməsini bilməmişdir. Dava-dalaş zamanı Vüsalənin onu ikinci dəfə vurmaq istədiyi daşı onun əlindən alıb yerə atmışdır. Vüsalə yalan deyir, o, hər qonşu ilə ayrı-ayrı səbəblərə görə dalaşmışdır. Hadisə vaxtı isə Vüsalə onunla öz təşəbbüsü ilə dalaşmışdır, hadisə Vüsalənin onun üstünə avtomobil sürməsi səbəbindən baş vermişdir, qonşular onu Vüsalənin əlindən almışlar. Dava-dalaşdan dərhal sonra Vüsalə onu döyməsinə görə məsuliyyətdən yayınmaq üçün bu formada yalan yerə şikayət etmişdir. Vüsalə ilə onun dava-dalaşı təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa Xanım olmuşdur, Xanım Aidə ilə birlikdə onu ayırmışdır, davadalaşdan təxminən 10 dəqiqə sonra isə ora Vüsalə, Qətibə, Elnarə, Maral və tanımadığı 2- 3 nəfər şəxs gəlmişdir. Hazırda zərərçəkmiş şəxslə barışığa cəhd etsə də, zərərçəkmiş şəxs buna razı olmur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də ailə bir övladı ilə birlikdə yaşayır, evli olub ayrılmışdır, bir övladı var, rəsmi olaraq Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən Şəmkir rayonu, H.Tağıyev adına 2 saylı tam orta məktəbdə ingilis dili müəllimi işləyir. O, binada 5-ci mərtəbədə yaşayır, qonşularla münasibəti normaldır, lakin onlarla çox da əlaqəsi yoxdur. Bunun əsas səbəbi isə 2018-ci il tarixdə yağan yağışın həm onun, həm də ondan aşağıda olan mənzillərin təmirinə ziyan vurması, bundan sonra isə qonşularının ona inanmayaraq evlərinin təmirinin pozulmasının günahını onda görmələri olmuşdur. Bu barədə hətta Şəmkir rayon məhkəməsində araşdırma aparılmış, həmin araşdırmada da o qalib gəlmişdir. Həmin vaxtlar qonşularının heç biri onun tərəfini saxlamamışdır. Bu səbəbdən də münasibətlər pozulmuşdur. 2024-cü ilin sentyabr ayında evdə olan zaman oğlu Hüseyn şalvarını ipdən asan zaman şalvar onun əlindən qonşusu Aidənin qanunsuz tikdiyi tikilinin üstünə düşmüş, oğlu Aidədən şalvarını istəmiş, Aidə isə ikinci qrup oğluna “ay xəstə sənin şalvarın mənim yanımda nə gəzir” demiş, Aidəyə bu barədə dedikdə o, bu söhbəti yozaraq oğlunun şalvarının onun yanında nə gəzdiyini demiş, bundan sonra isə onun ünvanına nalayiq ifadələrlə söymüşdür. O da heç bir söz deməmişdir. Bundan sonra o, Fövqaladə Hallar Nazirliyinə “online” qaydada müraciət edərək qonşuların qanunsuz tikililəri barədə müraciət etmişdir. Təxminən 10 gün sonra Fövqaladə Hallar Nazirliyinin əməkdaşı ona zəng edərək ona şikayət ərizəsi əsasında gəldiklərini demiş, ona ora çağırmışlar. O həmin yerə getdikdə FHN-in əməkdaşları binalarında olan bütün qanunsuz tikililərə baxış keçirmişlər. Həmin vaxt binalarının birinci mərtəbəsində yaşayan Elnarəgil binanın blokunun girişini tam bağlayaraq orada mətbəx tikmişlər. Bundan bir neçə gün sonra da qanunsuz tikililərlə bağlı başqa əməkdaş gəlmiş, qonşular ondan ərizəsini geri götürməyini tələb etmişlər, lakin o, ərizəsini götürməmişdir. Qonşuların qanunsuz tikililərini sökdürməyə nail olmuşdur.Həmçinin digər qanunsuz tikililərlə bağlı hazırda Şəmkir rayon məhkəməsində mülki iddiasına baxılır. Bu səbəbdən qonşularla, o cümlədən Təqsirləndirilən şəxs ilə münaqişəsi yaranmış və münasibəti tamamilə pisləşmişdir. Hadisədən əvvəldə mütəmadi olaraq münaqişə yaşamışlar. Elnarə və digər qonşularla şəxsi münasibətləri əvvəlcədən pozulmuşdur. Elnarə digər qonşularla birgə onu narahat edir, binanın qarşısında olan tikililərin sökülməsi ilə bağlı hər gün demək olar ki, münaqişə yaşamışlar. 22 oktyabr 2024cü il tarixdə saat 13 radələrində özünə məxsus “Mitsubishi Pajero” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə binanın həyətinə gələn zaman qonşuları Elnarə, Xanım, Qətibənin qızı, Rənanın gəlini, Təqsirləndirilən şəxs avtomobilinə tərəf gəldiklərini görmüşdür. O çörək almaq yadından çıxdığı üçün geri qayıtmış və binanın digər tərəfindən ora gəlmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs avtomobilinin qarşısına gələrək əlində olan dəmir parçası ilə avtomobilinin ön avtomobil şüşəsinə vurmuş, ön alın şüşəsi çatlamışdır. O, Elnarənin etdiyi hərəkətin səbəbini soruşmaq üçün yerə düşmüş, həmin anda Elnarə onun üstünə gəlmiş, eyni zamanda yerdən götürdüyü daş parçasını ona atmış, o geri çevrildikdə daş kürəyinə dəymiş, həmçinin eyni zamanda Xanım, hər iki Elnarə və Aidə onun üstünə gələrək onu döymüş, onun saçını yolmuş, başına və bədəninə əl zərbələri ilə vurmuş, onu döymüşlər. Bundan sonra orada olan səs-küyə camaat yığılmış, o isə onların əlindən çıxıb avtomobilinə minib qaçmışdır. Qeyd etmişdir ki, hadisə zamanı onun əlində olan avtomobilinin açarı sınmışdır.Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Elnarə yalan deyir, hadisə onun danışdığı kimi baş vermişdir. O, Elnarənin üzərinə maşın sürməmişdir, Elnarə əksinə olaraq onun avtomobilinin şüşəsini sındırmışdır, daha sonra isə qonşuları hər iki Elnarə, Xanım və Aidə birləşərək onu döymüşlər. Bunun səbəbi isə onun onların qanunsuz tikililəri barədə şikayət etməsi olmuşdur. Elnarə onu daşla vurmuş, lakin o, Elnarəni vurmamışdır. Bundan sonra onlar Vüsaləni döymüşlər. Hadisəni çox adam görmüşdür, həmin şəxslərdən Asif, İntizar, Zəri olmasını xatırlayır. Digər şəxslər başqa binanın sakinləri olduqları üçün adlarını bilməmişdir. Dava-dalaş təxminən 15 dəqiqə davam etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Təqsirləndirilən şəxs hadisə nəticəsində ona dəymiş 2000 manat ziyanı ödəmədiyinə görə onunla barışmır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 6, mənzil 5-də ailə üzvləri ilə birlikdə yaşayır, evli olub ayrılmışdır, dörd övladı var, Şəmkir rayon İH-nin MKTİB-də xadiməçi-süpürgəçi işləyir. Zərərçəkmiş şəxs Hidayət qızını uzun illərdir ki, tanıyır, o, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də onunla qonşuluqda yaşayır. Vüsalə ilə münasibətiləri yaxşı olmamışdır, nəyinki onun, ümumiyyətlə o, heç bir qonşusu ilə yola getməmişdir. Daimi olaraq qonşularla mübahisə etmiş, onların ünvanlarına qarğışlar etmiş, binada birgəyaşayış qaydalarına əməl etməmişdir. Təqsirləndirilən şəxs da onunla qonşuıluqda yaşayır, onunla qonşu kimi normal münasibəti var. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində o binalarının qarşısında çörək almaq üçün göndərdiyi uşağı gözləyirmiş, həmin vaxt Vüsalənin özünə məxsus “Mitsubishi” markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun qarşısından getməsini, onu gördükdə isə dilini çıxardaraq ona acıq verdiyini görmüşdür, həmin vaxt digər qonşusu Elnarə isə “saxla köpək qızı mənimi basassan” deyərək ağlaya-ağlaya avtomobilin arxasınca gəlmişdir. Elnarədən nə olmasını soruşduqda o, Vüsalənin idarə etdiyi avtomobili üstünə sürməsini və qorxmasını demiş, o digər qonşusu Aidəni də çağırmış, Aidə Elnarəyə su gətirmişdir. Bir neçə dəqiqə sonra Vüsalə öz avtomobili ilə yenidən binanın qarşısına gəlib dayanmışdır. Vüsalə maşından düşən zaman Elnarə durub ona tərəf gedərək “sən kimin üstünə maşın sürürdün” demiş, o da dalaşmamaları üçün irəli getmişdir. Həmin vaxt Vüsalə yerdən daş götürmüş, Elnarəyə tərəf atmışdır, Elnarə daş sifətinə dəyməsin deyə geri çevrildikdə daş onun kürəyinə dəymiş, Elnarə də həmin yekə daşı götürüb Vüsaləyə atmış və daş eyni qaydada Vüsalənin kürəyinə dəymişdir, bundan sonra Vüsalə Elnarənin üstünə gəlib saçından tutub yolmağa başlamış, saçını yola-yola da onu o tərəf, bu tərəfə silkələmiş, Elnarə də aşağı çöməlib əlləri ilə başını tutub “saçımı burax” deyə qışqırmışdır. Həmin anda o, onları aralaşdırmaq istəmişdir, Elnarənin saçını Vüsalənin əlindən almaq istədikdə Vüsalə əlindən tutub geri burmuş, həmin vaxt 3-cü barmağı onun əlində geri qatlanmış və xəsarət almış, həmçinin onu gövdəsi ilə vurub itələdikdə geri-geri gedərək avtomobilə çırpılmışdır. O, onları ayırmağa gücü çatmadığını görüb qonşuları köməyə çağırmış, qonşular Aidə, Vüsalə, Qətibə və o, biri binada yaşayan tanımadığı qonşu qadınlar ora toplaşaraq onları ayırmışlar. Vüsalə isə avtomobilinə minərək oradan getmişdir. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsalə onun qonşusudur, onunla münasibətləri yaxşı deyil, Vüsalə tək onun deyil, bütün qonşulara sataşır, qarğış edir, heç kimlə yola getmir. Vüsalə binanın qarşısında olan oturacağı palçıq edir, yüksək səslə musiqiyə qulaq asır, bloka zibil atır və sair bu kimi hərəkətlər etdiyi üçün heç bir qonşunun ondan xoşu gəlmir. Həmçinin Vüsalə yaşadıqları binada qonşular tərəfindən tikilən əlavə sahələri sökdürdüyünə görə bütün qonşular ona qarşı hirsli olmuş və nəticədə aralarında tez-tez münaqişə yaranmışdır. Hadisə zamanı Vüsalə digər qonşusu Elnarə ilə dalaşmış və həmin vaxt Vüsalə heç bir səbəb olmadan ona xəsarət yetirmişdir. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Elnarənin ağlayaraq Vüsalənin avtomobilinin arxasınca getməsini görmüş, bu zaman Elnarə ona Vüsalənin onun üzərinə avtomobil sürməsini demişdir. Ona məlum olmuşdur ki, Vüsalə avtomobili ilə Elnarənin üstünə sürüb onu qorxutmuşdur. Bir neçə dəqiqə sonra isə Vüsalə yenidən ora gəlmiş və yerdən daş götürüb Elnarənin kürəyinə vurmuşdur, Elnarə də həmin daşla Vüsalənin kürəyindən vurmuşdur. Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, hadisə vaxtı Elnarəni Vüsalənin əlindən almağa çalışmışlar. Elnarə isə daşla Vüsalənin kürəyinə vurmuşdur, Vüsalənin maşınına heç kim dəyməmişdir. Dava-dalaşdan dərhal sonra Vüsalə Elnarəni döyməsinə görə məsuliyyətdən yayınmaq üçün bu formada yalan yerə şikayət etmişdir. Elnarə ilə Vüsalənin dava-dalaşı təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt orada Vüsalədən və Elnarədən başqa bir o var imiş, daha sonra isə qonşuları köməyə çağırmışdır, dava dalaşdan sonra həmin yerə digər qonşular gəlmişlər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 4, mənzil 1-də ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. Zərərçəkmiş şəxs Hidayət qızını uzun illərdir ki, tanıyır, o, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də onunla qonşuluqda yaşayır. Vüsalə ilə münasibətləri yaxşı olmamışdır, nəyinki onun, ümumiyyətlə o, heç bir qonşuları ilə yola getməmişdir. Daimi olaraq qonşularla mübahisə etmiş, onların ünvanlarına qarğışlar etmiş, binada birgəyaşayış qaydalarına əməl etməmişdir. Hələ onlar evlənməmişdən əvvəl əri X9gil yaşadıqları evin qarşısını artırmışlar. Bununla bağlı Vüsalə bir müddət əvvəl Fövqaladə Hallar Nazirliyinə şikayət etmişdir. Həmin şikayətlə bağlı əməkdaşlar gələrək binanın qarşısında olan əlavə tikiliyə baxmışlar. Həmin əlavə tikilinin Vüsaləyə heç bir narahatçılığı olmamışdır, sadəcə olaraq Vüsalə elə qonşular ilə bir səbəb tapıb düşmənçilik edir. Vüsalənin şikayəti əsasında artırma tikili sökülmüş və bundan sonra Vüsalə ilə bina sakinləri arasında münaqişə yaşanmışdır. Belə ki, onlar binanın birinci mərtəbəsində yaşayır, 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində Aidə evdə olmuş, həmin vaxt Xanım həyəcanlı formada ondan su istəmiş, o, Elnarəyə su vermişdir, ona məlum olmuşdur ki, Vüsalə avtomobili ilə Elnarənin üstünə sürmüş, onu qorxutmuş, Elnarə də bu barədə DİN-in 102 xidmətinə məlumat vermişdir. O. su verəndən sonra evə girmiş, bir neçə dəqiqə sonra səs-küy eşidib çölə çıxmış, qonşusu Xanım qışqıraraq “kömək edin” deyərək qışqırmışdır. O, da çölə çıxdıqda Vüsalənin Elnarə ilə əlbəyaxa olmasını, Vüsalənin Elnarənin saçından tutub yolduğunu görmüş, Aidə onları ayırmaq məqsədilə araya girib ayırmışdır. Onların hər ikisi yerə yıxılmışlar. Bundan sonra Vüsalə duraraq oradan çıxıb getmişdir. Şahid2 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsalə onun qonşusudur, onunla münasibətləri yaxşı olmamışdır, hadisə vaxtı isə Vüsalə Elnarə ilə dalaşmışdır, Xanımla Aidə isə onları aralaşdırmışdır. O dava-dalaşa gec çatmışdır, onları ayırdıqdan sonra ona məlum olmuşdur ki, Vüsalə Xanıma da xəsarət yetirmişdir. Vüsalənin maşınına heç kim dəyməmişdir. Dava-dalaşdan dərhal sonra Vüsalə Elnarəni döyməsinə görə məsuliyyətdən yayınmaq üçün bu formada yalan yerə şikayət etmişdir. Vüsalə ilə Elnarənin dava-dalaşı təxminən 10 dəqiqə davam etmiş, həmin vaxt orada onlardan başqa Xanım olmuşdur, Xanımın çağırışı ilə o hadisə yerinə gedib onları aralamışdır. Tərəfləri ayırandan sonra isə oraya digər qonşular gəlmişlər. Həqiqətən də evlərinin qarşısında əlavə tikili var, həmin tikilinin heç bir sənədi yoxdur, həmin tikilini uzun illər əvvəl qayınatası tikmişdir və bu barədə Vüsalə müxtəlif orqanlara müraciət edərək tikilini sökdürmək istəmiş və bir neçə tikilini sökdürmüşdür. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 4, mənzil 02-də ailə üzvləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs Hidayət qızını uzun illərdir ki, tanıyır, o, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də onunla qonşuluqda yaşayır. Vüsalə ilə münasibətləri yaxşı deyil, nəyinki onun, ümumiyyətlə o, heç bir qonşusu ilə yola getmir. Daimi olaraq qonşularla mübahisə edir, onların ünvanlarına qarğışlar edir, binada birgəyaşayış qaydalarına əməl etmir. Vüsalə qonşular barəsində şikayətlər edir, qonşuların binanın qarşısında inşa etmiş olduğu tikililər barəsində şikayət edərək, onlardan bəzilərini sökdürmüşdür. Bu səbəbdən Vüsalə ilə bütün qonşular arasında münaqişə yaranmış və dəfələrlə qonşular arasında mübahisə düşmüşdür. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində o evində olan zaman binalarının yaxınlığında olan səs-küyü eşidib həmin tərəfə getdikdə Vüsalənin maşını sürüb getdiyini görmüşdür. Elnarə isə orada olmuş və döyülmüş vəziyyətdə olmuşdur. Maraqlandıqda ona məlum olmuşdur ki, həmin vaxt Vüsalə Elnarəni döymüş, həmin vaxt onları ayırmağa girən Xanımın barmağını isə sındırmışdır. Elnarənin isə saçları yolunmuş vəziyyətdə olmuşdur. Lakin o, dava-dalaşı öz gözləri ilə görməmişdir. Həmin səs-küyə qonşular toplaşmışdır. Mübahisəni Vüsalə başlatmış, həmin vaxt Xanım və Aidə isə onları aralaşdırmışdır, Vüsalə Elnarə və Xanıma xəsarət yetirmişdir. O isə həmin dava-dalaşın sonuna çatmışdır və həmin vaxt Vüsalə oradan getmişdir. O dava-dalaşın sonuna çatdığı üçün nə qədər davam etməsini bilməmişdir. Lakin həmin vaxt orada Aidə, Vüsalə, Elnarə, Xanım və tanımadığı 2-3 nəfər şəxs gəlmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ev 4, mənzil 02-də qızları və onların ailəsi ilə birlikdə yaşayır, duldur, 3 övladı var, heç bir yerdə işləmir, evdar qadındır, eyni zamanda təqaüdçüdür. Zərərçəkmiş şəxs Hidayət qızını uzun illərdir ki, tanıyır, o, Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsi ev 4, mənzil 25-də onunla qonşuluqda yaşayır. Vüsalə ilə münasibətləri yaxşı deyil, nəyinki onun, ümumiyyətlə o, heç bir qonşusu ilə yola getmir. Daimi olaraq qonşularla mübahisə edir, onların ünvanına qarğışlar edir, binada birgəyaşayış qaydalarına əməl etmir. 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində o evində olan zaman binalarının yaxınlığında olan səs-küyü eşidib çölə çıxdıqda Vüsalənin maşını sürüb getdiyini görmüşdür. Elnarə isə orada olmuş, və kiminsə Elnarəni döydüyünü anlamışdır. Maraqlandıqda ona məlum olmuşdur ki, həmin vaxt Vüsalə Elnarəni döymüş, həmin vaxt onları ayırmağa girən Xanımın barmağını isə sındırmışdır. Elnarənin isə saçları yolunmuş vəziyyətdə olmuşdur. Lakin o, dava-dalaşı öz gözləri ilə görməmişdir. Həmin səs-küyə qonşular toplaşmışdır. O, Xanımı və Elnarəni binanın qarşısına gətirmişdir. Şahid4 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Vüsalə yalan deyir, elə bir hadisə baş verməmişdir, əksinə olaraq Vüsalə Elnarə ilə dalaşmış, həmin vaxt Xanım və Aidə isə onları aralaşdırmışdır, Vüsalə Elnarə və Xanıma xəsaət yetirmişdir. Qızı Elnarə isə onunla birlikdə həmin dava-dalaşın sonuna çatmış və həmin vaxt Vüsalə oradan getmişdir.Vüsalə qonşu kimi onlarla da yola getmədiyi üçün ona şər atır. O, dava-dalaşın sonuna çatdığı üçün nə qədər davam etməsini bilməmişdir. Lakin həmin vaxt orada Aidə, Vüsalə, Elnarə, Xanım və tanımadığı 2-3 nəfər şəxs gəlmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Kür qəsəbəsi, Təbriz küçəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Zərərçəkmiş şəxs Hidayət qızını müəllimə kimi tanıyır, Şahid1 isə əvvəllər tanımamışdır, onlarla heç bir münasibəti olmamışdır. Bacısı Şəmkir rayonu, M.Rəsulzadə küçəsində yerləşən binada yaşayır, oktyabr ayının ortalarında 2024-cü il tarixdə saat təxminən 13 radələrində o, bacısının evinə getmişdir, həmin vaxt 4 cü binanın qarşısında səs-küy eşitmiş, qadınların dava-dalaş etməsini görmüşdür. Həmin vaxt bir nəfər qadının yerdən daş götürüb Vüsalənin kürəyinə vurmasını görmüş, lakin orada dayanmamış və çıxıb getmişdir. O gedərkən də dava-dalaş davam etmiş, lakin onlara fikir verməmişdir. Təxminən bir həftə sonra Kür qəsəbə bazarında Vüsaləni görüb ondan səs-küyün nəyə görə olmasını soruşub maraqlandıqda Vüsalə onun hadisəni gördüyünü bilib şahid kimi ifadə verməyini xahiş etmişdir. O da onun xahişi ilə öz istəyi ilə gəlib ifadə vermək istəmişdir. Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, dava-dalaşı təxminən 2-3 dəqiqə avtomobil ilə ordan keçən zaman görmüşdür və orada dayanmamış, dava-dalaşın bir qısa bir hissəsini görmüşdür, həmin vaxt Vüsalə bir nəfər qadınla mübahisə etmiş və həmin qadın yerdən daş götürüb Vüsaləyə atmışdır. Vüsalə ilə digər qadın arasında olan məsafə təxminən 5-6 metr olmuşdur. Vüsalənin avtomobili də davadalaşın olduğu yerdə olmuş, Vüsalə avtomobildən düşəndən sonra qadın daşla Vüsalənin kürəyindən vurmuşdur, lakin orada avtomobilin şüşəsinin sındırılmasını görməmişdir. Əgər elə bir şey olmuşdursa da dava-dalaşdan sonra olmuşdur. Dava-dalaş yerində təxminən 7- 8 nəfər şəxs görmüşdür. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: 23 oktyabr 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinə Şahid1 İsrafil qızının iştirakı ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 24 oktyabr 2024–cü il tarixli 1065 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsini, sağ baldırın yuxarı və aşağı üçdə birinin şişkinlik fonunda qançırları və ağrı halında əzniyi, döş qəfəsinin ön səthindən Vİ-Vİİ qabırğa səviyyəsinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 22 oktyabr 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsini, sağ baldırın yuxarı və aşağı üçdə birinin şişkinlik fonunda qançırları və ağrı halında əzniyi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa YÜNGÜL zərər vurmaya aiddirlər, döş qəfəsinin ön səthindən Vİ-Vİİ qabırğa səviyyəsinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB–nin Kür qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası X2 Rayonlararası Şəmkir Şöbəsinin 21 aprel 2025-ci tarixli məktubundan və əlavə edilmiş ərizənin məzmunundan görünür ki, “Məlumunuz edirəm ki, Şəmkir rayonu Kür qəsəbə sakini Təqsirləndirilən şəxs təşkilatımıza müraciət edərək bildirir ki mənim heç bir günahım olmadan mənim qonşum Zərərçəkmiş şəxs mənə qarşı saysız-hesabsız çirkin cinayət əməlləri olduğu halda və onun oğlu Hüseyn Amirkhanov otverka ilə məni öldürməklə bildirməyinə baxmayaraq Vüsalənin və onun oğlu Hüseynin bu qədər cinayət əməlləri olduğu halda Şəmkir rayon Polis şöbəsinin istintaq bölməsinin əməkdaşları vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, Vüsalənin və onun oğlunun cinayət əməllərinə göz yumaraq və qanunsuz olaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* No-li cinayət işi üzrə ittiham aktı tərtib etmişdilər. Vüsalənin saysız-hesabsız çirkin əməlləri olduğu halda Vüsaləyə Azərbaycan Respublikasının cinayət məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi tərtib etmişdilər. Təqsirləndirilən şəxs bildirir ki, Zərərçəkmiş şəxs 20 oktyabr 2024-cü ilə mən binadan çölə çıxarkən Vüsalə özünə məxsus Mitsubishi markalı qeydiyyat nömrəsi ** CV *** olan ağ rəngli avtomaşınını üstümə sürdü, az qaldı ki məni divara vurub öldürmək istədi. Sonra avtomaşını dayandırıb mənə daş atdı, daş İsə mənə dəymədi. Vüsalə daşın mənə dəymədiyini görüb mənə hücum edib başımın saçını yoldu. Elnarə ərizəsində qeyd edir ki, Vüsalə 21 oktyabr 2024-cü ildə mənim həyat yoldaşım X4 məxsus VAZ-21012 markalı qeydiyyat nişanı ** BL *** olan avtomaşınını təpiklə vuraraq əzmişdir. Vüsalənin bu hərəkəti əmlakı qəsdən məhv etmə və ya zədələmə deməkdir. Elnarə bildirir ki, 31 mart 2025-ci ildə Vüsalə məni çəkiliş edib nalayiq kişi sözləri ilə təhqir etdiyi üçün mən onda X6 zəng edib ededim ki, mən özümü bu Vüsalənin əlindən öldürəcəyəm. Vüsalə məni tik-tok və yutuba qoyur. Mənə deyir ki sənin şəklini tik-toka qoyub ailəni dağıdacam. AR-nın Cinayət Məcəlləsinin 125-ci maddəsində qeyd edilir ki, özünü ödürmə həddinə çatdırma. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəllləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* No-li cinayət işi üzrə İttiham Aktı əsassız və qərəzli halda birtərəfli hazırlanaraq Şəmkir rayon Məhkəməsi qarşısında qanunsuz olaraq İttiham aktı əsasında iddia qaldırılmışdır. Təşkilatımızın müraciətini nəzərə alıb Şəmkir rayon Məhkəməsinin icraatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair ********* No-li cinayət işi üzrə İttiham aktı Şəmkir rayon Prokurorluğuna və Şəmkir rayon Polis şöbəsinə qaytarılaraq ləğv edilib, təqdim etdiyim faktlar əsasında araşdırma aparılıb Zərərçəkmiş şəxs və onun oğlu Hüseyn Amirkhanova Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilməsinə dair İttiham aktı tərtib edilməsinə qərar verəsiniz.” Təqsirləndirilən şəxs Arzu qızı tərəfindən yazılmış ərizənin məzmunundan görünür ki, “Yazıb məlumunuz edirəm ki, biz sakinlər qonşuluqda yaşayan Zərərçəkmiş şəxs şikayətçiyik. Həmin şəxsin bizlərə qarşı törətdiyi iyrənc əməllər bizim rahat yaşamağımıza manecilik törədir, nalayiq söyüşlərlə bizi təhqir edir, oğlunun ruhi-əsəb xəstəliyindən sulistifadə edərək əlinə otvyorka verib üstümüzə hücum etdirir, binanın qabağını zibilləyir, başımıza zibil atır, içkili halda üstümüzə maşın sürür, bizlərə qarşı fiziki zorakılıq tətbiq edir, bizə deyir ki, qapımın ağzından keçməyin, qazi anası olan Şahid1 İsrafil qızına və mənə qarşı kişi söyüşləri söyərək təhqir edir, üzümüzə tüpürüb, görür ki, kişi xaylağı xanımı ilə pilləkənlə evinə gedir qəsdən mahnı qoyur oynaya-oynaya qabaqlarına çıxır özünü kişi xeylağının üstünə yıxır, bir sözlə həyatımızı cəhənnəmə çevirdiyi üçün biz hamımız ondan qorxuruq, öz evimizdə qorxu içində yaşayırıq, Vüsalənin əlindən evimizi satmaq istəsək də sata bilmirik, alan şəxs bilir ki, Vüsalə ilə qonşu olacaq, ona görədə firiklərindən dönürlər. Onuda qeyd edim ki, həmin Zərərçəkmiş şəxs qız ali təhsilli ingilis dili müəllimidir. Vüsalə Şəmkir rayonu Kür qəsəbəsi H.Z.Tağıyev adına 2 saylı tam orta məktəbində ingilis dili fənnini tədris edir. Maraqlısı odur ki, o bu ağılasığmaz hərəkətləri məktəbdə etmir, ancaq — yaşadığımız binada bu belə ağlasığmaz hərəkətləri edir, belə təhsilə layiq olmayan qadını belə ağılla təhsildə (məktəbdə) saxlayırlar. Biz tələb edirik ki, Vüsalənin psixololi vəziyyəti yoxlanılsın və qanunla müəyyən edilmiş qaydada tədbir görülsün. X1 22 oktyabr 2024-cü ildə mən binadan çölə çıxarkən Vüsalə özünə məxsus Mitsubishi markalı qeydiyyat nömrəsi ** CV *** olan ağ rəngli maşınını üstümə sürdü, az qaldı ki, məni divara vurub öldürmək istədi. Sonra maşını dayandırıb mənə daş atdı daş İsə mənə dəymədi. Vüsalə daşın mənə dəymədiyini görüb gəlib mənə hücum edib başımın saçını yoldu. Bizi aralayan Xanım xalanın barmağı qırıldı. Biz təcili yardıma müraciət etdik təcili yardım gəlib Xanım xalanın barğamığını gipsə qoydu, belini isə snimka etdilər. 24 oktyabr 2024-cü ildə mən evdən çıxıb işə gedərkən mənim arxamca ayaqqabısını atdı və məni kişi söyüşləri ilə təhqir etdib, mənə dedi ki, sizi burada vaşamava qovmavacağam. Vüsalənin oğlu Hüseyn Amirkhanov məni harada görürsə məni atvorka ilə hədələyib mənə deyir ki, səni atvorka ilə öldürəcəm. Vüsalə həmişə məni çöldə görəndə mənə deyir ki, səni tik-toka və yutuba qoyub şontai edəcəm. Öz şəklinə özün baxarsan. Mən nə etmişəm ki, Vüsalə mənimlə belə hərəkətlər edir? Səbəb olmadan heç kəs vətəndaşı şantai edə bilməz. Vüsalənin mənə qarşı belə hərəkətləri cinayətdir. 21 oktyabr 2024-cü ildə mənim həyat yoldaşım X7 məxsus VAZ-21012 markalı qeydiyyat nişanı ** BL *** olan avtomaşınını təpiklə vuraraq əzmişdir və mənim yoldaşımı avtomaşından yerə salıb nalayiq sözlərlə təhqir edib deyir ki, sənin o lazımsızını surutmə çəkib polisə 200 (iki yüz) manat pul verəcəm. Vüsala və özünə məxsus avtomaşınını dəfələrlə mənim üstümə sürüb ki məni maşınla vursun, mən isə həmişə qaçaraq özümü xilas etmişəm. 31 mart 2025-ci ildə Vüsalə məni çəkiliş edib nalayiq kişi sözləri ilə təhqir etdiyi üçün mən anam X6 zəng edib dedim ki, mən özümü bu Vüsalənin əlindən öldürəcəyəm. Vüsalə məni tiktoka və yutuba qoyur. Mənə deyir ki, sənin şəklini tik-toka və yutuba qoyub ailəni dağıdacağam. Mənim anam Mehri Kür qəsəbə polisinə gəlib mənim barəmdə olanları məlumat verib, Azərbaycan Respublikasının DİN-nin 102 saylı bölməsinə zəng edib məlumat verib bizə gələndə Vüsalə və onun oğlu Hüseyn anası ilə birlikdə anamı döyüb nalayiq sözlərlə təhqir edib. Biz yaşadığımız binaın 4cü mərtəbəsinin aynasından yerə atmaq istəyəndə qonşular anamı Vüsalənin əlindən alıblar. Sonra Vüsalə evinə girib qışqırır ki, məni öldürürlər polisə və 102-yə zəng edin. Vüsalənin qapısı önündə heç kəs olmadığı halda Vüsaləni öldürən kimdir? Vüsalə mənim anamı döydüyü üçün anam Mehrini Kür qəsəbəsinə polisə çağırdılar və anamdan izahat aldılar və Məhkəmə tibbi ekspertizasına göndərdilər. Mənim ərizəmi nəzərə alıb köməkdarlıq etməyinizi Sizdən xahiş edirəm.” ünvan 1 ünvanında yerləşən bir qrup sakinlər tərəfindən müxtəlif orqanlara ünvanlanmış şikayət ərizəsinin məzmunundan görünür ki, “biz sakinlər qonşuluqda yaşayan Zərərçəkmiş şəxs şikayətçiyik. Həmin şəxsin bizlərə qarşı törətdiyi iyrənc əməllər rahat yaşamağımıza maneçəlik törədir, nalayiq söyüşlərlə təhqir edir, oğlunun ruhi-əsəb xəstəliyindən sui-istifadə edərək əlinə atvyorka verib üstümüzə hücum etdirir, binanın qabağını zibilləyir başımıza zibil atır, içkili halda üstümüzə maşın sürür, bizlərə qarşı fiziki zorakılıq tətbiq edir, bizə deyir ki, qapımın ağzından keçməyin qazi anası olan Şahid1 İsrafil qızına qarşı kişi söyüşləri söyərək təhqir edir, üzünə tüpürür, görür ki, kişi xeylağı xanımı ilə pilləkənlə evinə gedir qəsdən mahnı qoyur oynaya-oynaya qabaqlarına çıxır özünü kişi xeylağının üstünə yıxır — bir sözlə həyatımızı cəhənnəmə çevirdiyi üçün biz hamımız ondan qorxuruq, öz evimizdə qorxu içində yaşayırıq, evimizi satmaq istəsək də sata bilmirik, alan şəxs bilir ki, Vüsalə ilə qonşuyuq fikirlərindən dönürlər.Bununla bağlı dəfələrlə Şəmkir rayon X15, Şəmkir Rayon Məhkəməsinə müraciət etmişik, buna baxmayaraq hələ ki, işimizdə irəliləyiş olmamışdır, çox təəssüf ki, həmin Vüsalənin öhtəsindən heç kim gələ bilmir. Biz istəyirik ki, bir xəta törədilməmiş bunun əməllərinin qarşısı alınsın. Hətta işimiz Şəmkir Rayon Məhkəməsindədir, bəllidir ki, yenə qalıb Zərərçəkmiş şəxs olacaq. Əvvəlcədən Sizə minnətdarlığımızı bildiririk və ərizəmizə qonşuluqda yaşayan 18 nəfərin imzalarını əlavə edirik.” Məhkəmə iclasında Vüsalə Tanırverdiyava tərəfindən təqdim edilmiş DVD disk baxış keçirilən zaman müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs və digər qonşular arasında dəfələrlə mübahisə yaşanmışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş və onun əməli düzgün tövsif edilməmişdir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə 22 oktyabr 2024-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla baş vermiş hadisəyə hüquqi qiymət verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən və zərərçəkmiş şəxsin hadisədən qabaq, hadisə zamanı və hadisədən sonrakı davranışlarının müəyyən edilərək təhlil olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai araşdırma, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələri müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir, ifadələrdəki mübahisəli hissələrə münasibətdə isə həmin ifadələrin mənbəyi, mötəbərliyi və mümkünlüyü baxımından qiymət verilməli olduğu qənaətinə gəlir. Hadisə ilə bağlı həm ibtidai araşdırma materialları, həm də məhkəmə istintaqının gedişatında əldə edilmiş sübutların müqayisəli tədqiqi nəticəsində məhkəmə tərəfindən mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, 22 oktyabr 2024-cü il tarixdə Şəmkir rayonu, Kür qəsəbəsi, M. Rəsulzadə küçəsində yerləşən binanın qarşısında Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə Zərərçəkmiş şəxs daşla vurub, daha sonra isə əli ona zərbələr yetirib zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. AR CM-nin 221.3-cü maddəsində isə AR CM-nin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduğu halda həmin maddə ilə cinayət məsuliyyətinin yaranması təsbit olunmuşdur. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, Cinayət Məcəlləsinin 221.3cümaddəsinin mənasına görə təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221 -ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011 -ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221 -ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” 12 oktyabr 2022-ci il tarixli qərardadında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1 -ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək, yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi- qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Bu baxımdan, "xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1 -ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, əməl xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif edilir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Bəzi hallarda xuliqanlıq niyyəti müəyyən olunmadan şəxsin əsassız olaraq xuliqanlığa və yaxud bu niyyətlə törədilən digər cinayətə görə təqsirli bilinməsi ondan irəli gəlir ki, ibtidai istintaq orqanları və məhkəmələr hansı halların şəxsi ictimai təhlükəli əməli törətməyə sövq etməsinə (hərəkətverici amil rolunu nə kimi halların oynadığına) lazımi əhəmiyyət vermədən və təqsirləndirilənin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən, müstəsna olaraq zahiri əlamətlərdən, xüsusilə də hadisənin ictimai yerdə baş verməsindən, hadisə yerinə kənar şəxslərin toplaşmasından, hadisənin digərlərinin gözləri qarşısında baş verməsindən çıxış etməklə, əməli xuliqanlıq və yaxud xuliqanlıq niyyətilə törədilən digər cinayət kimi qiymətləndirirlər (halbuki, zor tətbiq etməklə, zor tətbiq etmə hədəsi, əmlakın məhv edilməsi və yaxud zədələnməsi ilə müşayiət edilən hadisənin digərlərinin gözləri qarşısında baş verməsi, hadisə ilə əlaqədar həmin yerə kənar adamların toplaşması özü-özlüyündə əməlin xuliqanlıq niyyəti ilə törədilməsini şərtləndirən hallar deyil və əməlin hüquqi tövsifinə təsir göstərən digər hallarla birlikdə götürülməklə nəzərdən keçirilməlidir). İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə, həmçinin, qeyd edir ki, xuliqanlıq formal tərkibli cinayət olduğundan və başa çatmış cinayət tərkibinin mövcud olması üçün ictimai təhlükəli nəticələrin baş verməsi tələb olunmadığından, kifayətdir ki, təqsirkar qərəzli hərəkətlərinin (digər şəxsə zor tətbiq etməsinin, zor tətbiq etməklə hədələməsinin, özgə əmlakını məhv etməsinin və yaxud zədələməsinin) xuliqanlıq kimi alçaq niyyətdən, yəni məhz ictimai qaydanı pozmaq istəyindən, bu qaydalara etinasızlığından, cəmiyyətin qəbul etdiyi dəyərlərə hörmətsizliyindən irəli gəldiyini dərk etsin və məhz bu şəkildə (özünün ictimai qaydalardan, cəmiyyətin təqdir etdiyi dəyərlərdən üstün olduğunu nümayiş etdirməklə) şəxsə qarşı zor tətbiq etməsini, zor tətbiq etməklə hədələməsini, özgə əmlakını məhv etməsini və yaxud zədələnməsini arzu etsin (belə olan halda, təqsirkarın qərəzli hərəkətləri xuliqanlıq niyyətindən irəli gəlməklə xaraktercə də, yəni özü-özlüyündə ictimai qaydaları pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən məzmun daşıdığından, təqsirkarın əməlində xuliqanlıq cinayətinin tərkibini şərtləndirən bütün zəruri əlamətlər mövcud olur). Belə ki, verilən ittihama görə Təqsirləndirilən şəxs 22 oktyabr 2024-cü il tarixdə saat 13 radələrində yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsi, M.Rəsulzadə küçəsində yerləşən binanın qarşısında əvvəlcədən aralarında ədavət olduğu qonşusu Zərərçəkmiş şəxs idarə etdiyi özünə məxsus “Mitsubishi Pajero” markalı, ** CD *** dövlət qeydiyyat nişanlı avtomobili onun üzərinə sürərək qorxutmasını bəhanə edib bir neçə dəqiqə sonra onunla heç bir əsaslı səbəb olmadan mübahisə edərək küçədə ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcan yaranmasına səbəb olan ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, küçədə olan çoxsaylı şəxslərin 15-20 dəqiqə ərzində narahatçılıqlarına, ətrafa toplaşmasına səbəb və şərait yaradaraq qəsdən qərəzli xuliqanlıq hərəkətləri etməklə istintaqla əldə edilməsi mümkün olmayan daş parçasını silah qismində istifadə edərək həmin daşla Vüsalə Tanrəverdiyevaya vurub, daha sonra əlbəyaxa olaraq sonuncuya alın nahiyəsinin sol yarısının, döş qəfəsinin arxa səthinin, bel nahiyəsini, sağ baldırın yuxarı və aşağı üçdə birinin şişkinlik fonunda qançırları və ağrı halında əzniyi ilə müşayiət olunan sağlamlığa qısa müddətə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmaya aid, döş qəfəsinin ön səthindən Vİ-Vİİ qabırğa səviyyəsinin sıyrıqları ilə müşyaiət sağlamlığa zərər vurmadığından dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmişdir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, yəni təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahid ifadələri, proses iştirakçıları tərəfindən təqdim edillmiş videogörüntülər və səs yazıları, digər sənədlərlə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs arasında olan şəxsi münasibətlər əvvəlcədən pozulmuş, bunun səbəbi isə Zərərçəkmiş şəxs tərəflərin yaşadığı binada qonşulara məxsus əlavə tikililəri müxtəlif orqanlara şikayət edərək sökdürməsi olmuşdur. Belə ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs xuliqanlıq hərəkətləri etmək niyyətinin olması, onun xuliqanlıq hərəkətlərinin nəticələrinin qabaqcadan görməsi və bu nəticələrin baş verməsini arzu etməsi müəyyən edilmir. Əksinə, məhkəmə istintaqı zamanı tədqiq olunan ittiham tərəfinin sübutları ilə müəyyən olunmuşdur ki, mübahisə zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış, yəni zərər çəkmiş şəxs heç bir əsaslı səbəb olmadan avtomobili Təqsirləndirilən şəxs üstünə tərəf sürmüş, və bu da mübahisənin başlamasına və sonrakı cinayət hadisəsinin baş verməsinə səbəb olmuşdur. Zərərçəkmiş şəxs üzərinə avtomobili sürməsi halı özü özlüyündə ibtidai istintaq tərəfindən təqsirləndirilən şəxsə elan edilmiş ittihamdada qeyd edilmişdir. Belə ki, elan edilmiş ittihamda münaqişənin yaranması və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmasının səbəbi kimi sonuncunun Təqsirləndirilən şəxs üzərinə avtomobili sürməsi olması göstərilmişdir. Həmçinin istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda tərəflərin arasında əvvəlcədən ədavət olduğu da açıq-aydın göstərilmişdir. Bununla da, hadisənin əvvəlcədən pozulmuş şəxsi münasibətlər zəminində baş verməsi təsdiq olunmuşdur. Bundan başqa, istintaq orqanı ittiham irəli sürərəkən təqsirləndirilən şəxsin qanunsuz hərəkətləri nəticəsində ictimai qaydanın kobud şəkildə pozulmasını qeyd etsədə, təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın pozulmasını təsdiq edən hər hansı mötəbər sübut iş materiallarına əlavə etməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, hadisə baş verən yerə toplaşmış şəxslər cinayət əməlinin bitməsindən sonra oraya gəlmişlər. Belə ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında uzun müddət zərərçəkmiş şəxsin müxtəlif orqanlara tərəflərin yaşadıqları binanın həyətindənki tikililərlə bağlı müraciət etməsi və onlardan bəzilərini sökdürməsi ilə bağlı mübahisə və bundan irəli gələn münaqişəli və ədavətli vəziyyət olmuş və qeyd olunan zorakı hərəkətlərin törədilməsini də həmin şəxsi münasibətlər şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, müstəntiq təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham irəli sürərkən həmin maddənin dispozisiyasında xuliqanlıq hadisəsini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənmiş, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirməmiş və öz ehtimalları əsasında şəxsə ittiham irəli sürmüşdür. Halbuki, məhkəmə istintaqı zamanı şübhəsiz qaydada müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hərəkətlərində ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi əlamətləri mövcud olmamış və onun belə niyyətinin olması öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hadisənin baş verdiyi yerdə ictimai qaydanın məhz kobud şəkildə pozulmasına, bu pozuntunun nədə ifadə olunduğunu göstərən, o cümlədən, cəmiyyətə açıqca hörmətsizlik edilməsinə dəlalət edən konkret hallar məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Halbuki, "Məhkəmə hökmü haqqında” AR Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 30-cu bəndində göstərilmişdir ki, CM-in müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in cü maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən "ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli qərarına əsasən cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət- hüquqi nəticələrə səbəb olan əmələ verilən hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Lakin göründüyü kimi, ibtidai araşdırma orqanı AR CM-nin 221.3-cü maddəsinin dispozisiyasında xuliqanlıq cinayətini xarakterizə edən əlamətləri sadalamaqla kifayətlənərək, təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olmasını müəyyənləşdirmədən, Təqsirləndirilən şəxs əməlinin hansı əlamətlərə əsasən məhz xuliqanlıq kimi qiymətləndirilməsinin, yəni onun xuliqanlıq hərəkətlərinin mahiyyətinin nədən ibarət olmasının, ictimai qaydanı pozmasının və cəmiyyətə qarşı açıqca hörmətsizliyinin onun konkret hansı hərəkətləri ilə ifadə olunmasını ona qarşı irəli sürülmüş ittihamda göstərmədən, təqsirləndirilən şəxsin şəxsiyyətini, əvvəlki davranışını, o cümlədən hadisəyə qədər sosial əlaqələrində hamılıqla qəbul edilmiş qaydalara, ictimai dəyərlərə münasibətini öyrənmədən sadəcə təqsirləndirilən şəxsin cüzi səbəbdən zərərçəkən şəxsi vurması və davam edən mübahisənin bınanın qarşısında olmasına əsaslanaraq əməli xuliqanlıq kimi qiymətləndirmişdir. Lakin müstəntiq hadisə yerində kənar şəxslərin toplanmış olduğu halda həmin şəxsləri müəyyən edərək ifadələrini almamış və yaranmış mübahisənin isə hansı səbəbdən baş verdiyini və əvvəllər arasında münaqişəli vəziyyətin olmasını araşdırmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, ibtidai araşdırma orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif etmişdir. "Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 37-ci bəndinə əsasən CPM-in 318.1 -ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Odur ki, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs qəsdi Cinayət Məcəlləsinin iyirmi beşinci fəslinin normaları, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, şəxsiyyət əleyhinə yönələn hərəkətlərdə ifadə olunduğundan onun əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül zərər vurma kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma — min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1 -ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2- ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1 -ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3- cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, ilk dəfə az ağır cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Şəmkir Rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki iş üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və ekspertiza xərci yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçina məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayonu Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar