Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-174/2025 07.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Həşimov Ağaxan Habil oğlunun katibliyi, Dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx.xx.1977-ci ildə Şəmkir rayonu, Qədimqala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs NaTəqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda qeyd olunur ki,Təqsirləndirilən şəxs 1998-ci ildən, istintaqa dəqiq məlum olmayan tarixdən 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” J№-148 nömrəli (kod ********), 14 oktyabr 1998-ci il tarixli Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,09 hektar (9 sot) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla və həmin torpaq sahəsi üzərində yonca bitkisi əkib becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində əkinçilik təsərrüfatı ilə məşğul olur. Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs təxminən 9-10 ay müddətdir tanıyır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində ona məxsus çıxarışlı 0,65 (65 sot) hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmçinin onun qardaşı X2 məxsus həmin ərazidə təxminən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. X11 20 il müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Təxminən 3 il bundan əvvəl X11 ilə mobil telefon vasitəsi ilə əlaqə yaradan zaman Azər Rüstəmov ona bildirmişdir ki, ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsinə nəzarət etməyini və eləcədə həmin torpaq sahəsində əkin işləri aparmağını təklif etmişdir. Həmin vaxt o, X11 ilə razılaşmışdır. Beləliklə də o, 2022-ci ilin aprel ayından Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən X11a məxsus 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yonca bitkisi əkərək həmin torpaq sahəsində becərmə işləri aparmağa başlamışdır. 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən ona məxsus 0,65 (65 sot) hektar ərazini əhatə edən istilikxanaya gələrək, orada onun ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək orada özbaşına becərmə işləri aparmağını bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs X11a məxsus həmin ərazidə yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yonca bitkisi əkərək becərmə işləri aparmağını bildirmişdir. Lakin 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən onun X11a məxsus 2 hektar torpaq sahəsinə Şəmkir rayonu, Yeni-Həyat kəndinin sabiq bələdiyyəsi Vaqif adlı şəxs ilə gələrək orada onun tərəfindən özünə məxsus 0,09 hektar torpaq sahəsinin əkib becərməyini ona bildirmişlər. Sonradan ona məlum olmuşdur ki, Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən X11un ona bildirdiyi 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Daha sonra Zərərçəkmiş şəxs onun ona məxsus həmin torpaq sahəsini 26 il müddət ərzində əkib bercərməyini iddia etmişdir. Lakin o, Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2022-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində bilməyərəkdən özbaşına becərmə işləri aparmışdır. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs məxsus Şəmkir rayonu, Yeni- Həyat kəndinin ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yalnız o, təkbaşına bilməyərəkdən becərmə işləri aparmasını, o, eləcədə qardaşı X1 rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olmasını 2024-cü ilin may ayında Zərərçəkmiş şəxs ona bildirdikdən sonra bilməsini, Zərərçəkmiş şəxs məxsus 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2022-ci ilin aprel ayından yonca bitkisi əkərək 3 il müddəti ərzində həmin torpaq sahəsində becərmə işləri aparmasını, o, həmin ərazinin X11a məxsus olmasını bildiyi üçün həmin ərazidə becərmə işləri aparmağa davam etməsini, Zərərçəkmiş şəxs və Şəmkir rayonu, Yeni-Həyat kəndinin sabiq bələdiyyə sədri Vaqi adlı şəxsin ona X11a məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən 2 hekatr torpaq sahəsinin arasında Zərərçəkmiş şəxs məxsus 0,09 hekar torpaq sahəsinin olmasını bildirmələrini, lakin dəqiqliyi ilə göstərməmələrini, həmçinin həmin torpaq sahəsinə dair heç bir sənəd təqdim etməmələrini, bu səbəbdən də o, onlara inanmayaraq 2024-cü ilin sentyabr ayınadək həmin ərazidə becərmə işləri aparmağa davam etməsini bildirmişdir. Hazırda həmin torpaq sahəsini rəsmi alqı-satqı müqaviləsi ilə almışdır, ailə üzvünün adına rəsmiləşdirilmişdir. Əməlindən peşman olaraq zərərçəkmiş şəxsdən üzrxahlıq etmiş, ona dəymiş ziyanı tamamilə ödəmiş, zərərçəkmiş şəxs onunla barışmışdır. Odur ki, məhkəmədən barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd hesabına dolanır. Subaydır 3 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. O, 44 günlük Vətən müharibəsinin iştirakçısıdır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs təxminən 9-10 ay müddətdir tanıyır. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində ona məxsus çıxarışlı 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmin torpaq sahəsini Təqsirləndirilən şəxs zəbt etmişdir. Ona məxsus olan Şəmkir rayonu, Qədimqala kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona Dövlətimiz tərəfindən 12 iyun 1998-ci il tarixli, 52 nömrəli qərarı ilə həmin tarixdə verilmişdir. O, da həmin vaxt Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beyləqan rayon ərazisində yerləşən N saylı hərbi hissəsində xidmətdə olmuşdur. Daha sonra o, 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə iştirak edən zaman 10 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılmış mərmi partlayışı nəticəsində kəllə-beyin travması, eləcədə baş-beyin sirkələnməsi və bədənin müxtəlif nahiyələrindən qəlpə yaraları aldığı üçün hərbidən təqaüdə buraxılmışdır. Bir müddət Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Kilin Hospitalında müalicə aldıqdan sonra yaşadığı Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən fərdi yaşayış evinə gəlmişdir. Daha sonra səhhətiylə bağlı özünü yaxşı hiss etdikdən sonra ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində əkinçilik təsərrfatı ilə məşğul olmaq istəmişdir. Beləliklə də o, 2024-cü ilin may ayının ortalarında həmkəndlisi Şahid1 ilə birlikdə Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən özünə məxsus olan 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə getmişlər. Orada ona məxsus olan həmin 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yonca bitkisi əkilərək, özbaşına həmin torpaq sahəsində becərmə işləri aparılmasını görmüşdür. O, da özünə məxsus 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik ərazidə olan istilikxanaya yaxınlaşıb orada Şəmkir rayonu, Qədimqala kənd sakini Təqsirləndirilən şəxs ilə görüşüb ondan ona məxsus həmin torpaq sahəsinin kim və yaxud kimlər tərəfindən yonca bitkisi əkilərək, özbaşına istifadə edilməsini soruşmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs ona məxsus 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin onun tərəfindən yonca bitkisi əkilərək istifadə edilməsini bildirmişdir. O, da Təqsirləndirilən şəxs ona məxsus 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini ondan icazəsiz əkib-becərməsinin səbəbini soruşan zaman Təqsirləndirilən şəxs ona heçnə deməmişdir. Daha sonra o, Təqsirləndirilən şəxs ona məxsus 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxaraq ona təhvil verməsini tələb etmişdir. Lakin Təqsirləndirilən şəxs ona həmin 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünə məxsus olmasını iddia edərək, həmin torpaq sahəsindən istifadə edəcəyini demişdir. Daha sonra o, ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs yaxınlaşaraq ona məxsus həmin torpaq sahəsində özbaşına əkib-becərmə işləri aparmasına son qoymasını xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olmasına inanmayaraq həmin torpaq sahəsində əkdiyi yonca sahəsini sulamağa və becərmə işləri aparmağa davam etmişdir. O, da 2024-cü ilin may ayının sonunda Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olmasını sübut etmək məqsədilə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş ona məxsus 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid sənədlərini, Şəmkir rayonu, Yeni-Həyat kəndinin sabiq bələdiyyə sədri Şahid2 və tanışı Şahid1 götürərək həmin torpaq sahəsinə getmişlər. Orada Şahid2 sabiq bələdiyyə sədri onun və Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs zəbt edərək becərmə işləri apardığı 0,09 hekatar torpaq sahəsini göstərək, həmin ərazinin ona məxsus olmasını Təqsirləndirilən şəxs izah edərək bildirmişlər. Ancaq bunlara baxmayaraq Təqsirləndirilən şəxs ona məxsus həmin 0,09 hekat torpaq sahəsində özbaşına becərmə işləri aparmağa davam etdiyi üçün o, əlacsız qalaraq bununla bağlı Şəmkir rayon Polis şöbəsinə və Şəmkir rayon Prokurorluğuna ərizə ilə müraciət edərək bildirmişdir. Lakin buna baxmayaraq Təqsirləndirilən şəxs 2024-cü ilin sentyabr ayınadək ona məxsus olan həmin 0,09 hektar torpaq sahəsində özbaşına becərmə işləri aparmışdır. Zərərçəkmiş şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin zəbt edilməsi nəticəsində ona ümumilikdə 7650 (yeddi min altı yüz əlli) manat məbləğində maddi ziyanlıq dəyməsini, Təqsirləndirilən şəxs ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 1998-ci ildən zəbt edərək orada özbaşına becərmə işləri aparmasını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmişdir, o, Təqsirləndirilən şəxsla barışmışdır, sonuncudan şikayəti və tələbi yoxdur, sözügedən torpaq sahəsini təqsirləndirilən şəxsə satmışdır, məhkəmədən qeyd olunanları nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Yeni-Həyat kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Ailəlidir 4 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bilirmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə Şəmkir rayonu, Qədimqala kənd sakindir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs ilə Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində görüşən zaman söhbət əsnasında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, yaşadıqları kənd ərazisində Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi zəbt edilərək, orada özbaşına becərmə işləri aparılır. Bununla bağlı o, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə məxsus olmasını bildirsədə, lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin onun özünə məxsus olmamasını iddia etmişdir. 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs onunla birlikdə Şəmkir rayonu, Yeni-Həyat kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus 0,09 kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedərək, orada Təqsirləndirilən şəxs 0,09 torpaq sahəsini göstərməklə həmin ərazinin Zərərçəkmiş şəxs məxsus olmasını bildirərək, orada özbaşına becərmə işləri aparmasına son qoymasını tələb etmişlər. Lakin Təqsirləndirilən şəxs onlara inanmamışdır. Daha sonra o, Zərərçəkmiş şəxs ilə Yeni-Həyat kəndi ərazisində təkrar görüşən zaman Zərərçəkmiş şəxs ona bildirmişdir ki, sabiq Yeni-Həyat kənd bələdiyyəsinin sədri Şahid2 ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0,09 hekar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedib orada həmin torpaq sahəsini ona məxsus olmasını Təqsirləndirilən şəxs göstərək izah etməsini xahiş etmişdir. Beləliklə də o, 2024-cü ilin may ayının sonunda Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olmasını sübut etmək məqsədilə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş Zərərçəkmiş şəxs məxsus 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmkəndlisi Şahid2, Zərərçəkmiş şəxs ilə birlikdə getmişlər. Orada Şahid2 sabiq bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs zəbt edərək becərmə işləri apardığı 0,09 hektar torpaq sahəsini göstərək, həmin ərazinin Zərərçəkmiş şəxs məxsus olmasını Təqsirləndirilən şəxs izah edərək bildirmişdir. Daha sonra onlar yaşadıqları ünvana qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara inanmayaraq Zərərçəkmiş şəxs məxsus həmin 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində özbaşına becərmə işləri aparmağa davam etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində ailə üzvlərim ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təqaüd hesabına dolanır. Ailəlidir 3 övladı var. İfadə vermməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bilirmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir. Təqsirləndirilən şəxs isə Şəmkir rayonu, Qədimqala kənd sakindir. Təqsirləndirilən şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamış, münasibətləri həmişə yaxşı olmuşdur. O, 2000-ci ildən 2015-ci ilədək olan müddət ərzində Şəmkir rayonu, Yeni-Həyat kəndinin bələdiyyə sədri vəzifəsində işləmişdir. Hal-hazırda təqaüddədir. 2024-cü ilin may ayının sonunda Zərərçəkmiş şəxs ilə Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində görüşən zaman söhbət əsnasında Zərərçəkmiş şəxs ona bildirmişdir ki, yaşadıqları kənd ərazisində Təqsirləndirilən şəxs tərəfindən ona məxsus 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi zəbt edilərək, orada özbaşına becərmə işləri aparılır. Bununla bağlı o, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin ona məxsus olmasını bildirsədə, lakin Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin onun özünə məxsus olmamasını iddia etməsini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs ondan sabiq Yeni-Həyat kənd bələdiyyəsinin sədri olduğu üçün xahiş etmişdir ki, onunla birlikdə Şəmkir rayonu, Yeni- Həyat kəndi ərazisində yerləşən ona məxsus 0,09 hekar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə gedib orada həmin torpaq sahəsini ona məxsus olmasını Təqsirləndirilən şəxs göstərək izah etsin. O, da Zərərçəkmiş şəxs heç bir etiraz etmədən onunla razılaşmışdır. Beləliklə də o, 2024-cü ilin may ayının sonunda Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin Zərərçəkmiş şəxs məxsus olmasını sübut etmək məqsədilə Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş Zərərçəkmiş şəxs məxsus 0,09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə həmkəndlisi Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə getmişlər. Orada o, sabiq bələdiyyə sədri kimi Təqsirləndirilən şəxs zəbt edərək becərmə işləri apardığı 0,09 hektar torpaq sahəsini göstərək, həmin ərazinin Zərərçəkmiş şəxs məxsus olmasını Təqsirləndirilən şəxs izah edərək bildirmişdir. Daha sonra onlar yaşadıqları ünvana qayıtmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs onlara inanmayaraq Zərərçəkmiş şəxs məxsus həmin torpaq sahəsində özbaşına becərmə işləri aparmağa davam etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, iş üzrə şahid olan X5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, o, Şəmkir rayonu, Qədimqala kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 1 övladı var. İfadə vermməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bilirmişdir ki, Təqsirləndirilən şəxs onun qaynıdır. Şəmkir rayonu, Yeni-Həyat kənd sakini Zərərçəkmiş şəxs təxminən 9-10 ay müddətdir tanıyır. Zərərçəkmiş şəxs ilə aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində qohumu Təqsirləndirilən şəxs məxsus çıxarışlı 0,65 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Həmçinin onun əri X2 məxsus həmin ərazidə təxminən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Azər Rüstəmov 20 il müddətdir ki, Rusiya Federasiyasının Moskva şəhərində yaşayır. Təxminən 3 il bundan əvvəl əri Azər Rüstəmov ilə qaynı Təqsirləndirilən şəxs mobil telefon vasitəsi ilə əlaqə yaradan zaman Azər Rüstəmov Təqsirləndirilən şəxs bildirmişdir ki, onlara məxsus Şəmkir rayonu, Yeni- Həyat kəndi ərazisində yerləşən 2 hektar torpaq sahəsinə nəzarət etməyini və eləcədə həmin torpaq sahəsində əkin işləri aparmağını təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Azər Rüstəmov ilə razılaşmışdır. Beləliklə də qaynı Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən əri Azər Rüstəmova məxsus 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yonca bitkisi əkərək həmin torpaq sahəsində becərmə işləri aparmağa başlamışdır. 2024-cü ilin may ayının ortalarında Zərərçəkmiş şəxs Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən Təqsirləndirilən şəxs məxsus 0,65 hektar ərazini əhatə edən istilikxanaya gələrək, orada Təqsirləndirilən şəxs ona məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini zəbt edərək orada özbaşına becərmə işləri aparmağını bildirmişdir. Həmin vaxt qaynı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əri Azər Rüstəmova məxsus həmin ərazidə yerləşən 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində yonca bitkisi əkərək becərmə işləri aparmağını bildirmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs həmin ərazidə yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə aid sənədləri və Şəmkir rayonu, Yeni-Həyat kəndinin sabiq bələdiyyəsi Vaqif adlı şəxsi həmin torpaq sahəsinə gətirərək orada Təqsirləndirilən şəxs ona məxsus əkdiyi torpaq sahəsini göstərmişlər. Sonradan onlara məlum olmuşdur ki, Şəmkir rayonu, Yeni- Həyat kəndinin ərazisində yerləşən əri X13 Rüstəmova bildirdiyi 2 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə bitişik 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zərərçəkmiş şəxs məxsusdur. Daha sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ona məxsus həmin torpaq sahəsini 26 il müddət ərzində əkib bercərməyini iddia etmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona məxsus Şəmkir rayonu, Yeni- Həyat kəndinin ərazisində yerləşən 0.09 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində 2022-ci ilin aprel ayından 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində bilməyərəkdən özbaşına becərmə işləri aparmağını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək yonca bitkisi əkdiyi torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. DƏDKR-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan və arayışından görünür ki, X6 və ailə üzvlərinə məxsus Şəmkir rayonu, Yeni-Həyat kəndi ərazisində yerləşən 0.09 ha torpaq sahəsinin Təqsirləndirilən şəxs tərəfindən istifadə olunması müəyyən edilmişdir. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB-nın Qədimqala kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Şəmkir RİHB-nın Dəllər qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Qədimqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Şəmkir RİHB-nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X9 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.. Zərərçəkmiş şəxs notariyal qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və torpaq sahəsini satın almasını bildirmişdir. Məhkəmədə baxışında dövlət ittihamçısı Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini xahiş etdi. Dövlət ittihamçısı fikrini onunla əsaslandırdı ki, Təqsirləndirilən şəxs 1998-ci ildən, istintaqa dəqiq məlum olmayan tarixdən 2024-cü ilin sentyabr ayınadək olan müddət ərzində Şəmkir rayonu, Yeni-Həyat kəndinin ərazisində yerləşən “Torpağa mülkiyyət hüququna dair” J№-148 nömrəli (kod ********), 14 oktyabr 1998-ci il tarixli Dövlət Aktına əsasən X3 mülkiyyətində olan 0,09 hektar (9 sot) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmaqla və həmin torpaq sahəsi üzərində yonca bitkisi əkib becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün, zərərçəkmiş şəxsin, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş digər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə baxışı gedişində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs Müşfiq Orucovla barışmış və qeyd olunan torpaq sahəsini ondan satın almışdır. Belə olunan halda hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilməlidir. Xahiş etmişdir ki, Cinayət Məcəlləsinin 74–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Həmçinin cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi dövlət ittihamçısının mövqeyi ilə razı olduqlarını, cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam edilməsinə etirazları olmadıqlarını bildirdilər. Məhkəmə hesab edir ki, dövlət ittihamçısı cinayət təqibindən imtina etdiyindən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli olduğundan, təqsirləndirilən şəxs və onun müdafiəçisi bəraətverici əsaslar olmadan cinayət işinin icraatına xitam verilməsinə razı olduğundan dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi məhkəmə tərəfindən qəbul edilməli və cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət Məcəlləsi: Maddə 74: Şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Prosessual Məcəllə: 7.0.4. cinayət təqibi — cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir; 7.0.20. ittiham — bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir; Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar 40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. 40.3. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 41.3. Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən və bu Məcəllənin 40.3-cü və 40.4-cü maddələrində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı bəraətverici əsaslar olmadıqda təqsirləndirilən şəxs barəsində ittihamdan müdafiə tərəfinin razılığı ilə imtina edir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. 41.6. Dövlət ittihamçısı bu Məcəllənin 40.2-ci maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur. Maddə 43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Göründüyü kimi, Cinayət-Prosessual Məcəllənin 43.1.1-ci maddəsinə əsasən dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Həmin Məcəllənin 346.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında cinayət məsuliyyətindən azad etmə üçün əsasların olub-olmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Qeyd edilməlidir ki, CPM-in müddəalarına görə, ittihamın sübuta yetirilməsi, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlillərin təkzib edilməsi vəzifəsi bütövlükdə ittiham tərəfinin üzərinə düşür. İttiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayət törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir. Müdafiə tərəfinin funksiyası isə cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib etməkdən və ya cinayət posesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yungülləşdirən halların mövcudluğuna cəlb etməkdən, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verməkdən ibarətdir (CPM-in 21.3, 32.2.3 və 32.2.4-cü maddələri). Prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir. CPM-in 32.2.8-ci maddəsinə əsasən dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Dövlət ittihamçısı ictimai və ictimai-xüsusi ittihamı qanuna müvafiq olaraq və yalnız onun hədlərində müdafiə etməyə borcludur. Bunun üçün o, məhkəmədə təqsirləndirilən şəxs barəsində cinayət təqibini istisna edən hallar aşkar edərsə, cinayət təqibindən imtina etməlidir (CPM-in 39.1 və 41.3-cü maddələri). Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar edilərsə isə, dövlət ittihamçısı borclu olmasa da, cinayət təqibindən imtina etməyə haqlıdır (CPM-in 40 və 41.6-cı maddələri).(Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair 15 fevral 2008-ci il tarixli Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Göründüyü kimi, qanunverici tərəfindən Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsində göstərilən hallar cinayət təqibini istisna edən hallara aid deyil, cinayət təqibinin həyata keçrilməməsinə imkan verən hallara aid edilmişdir. Belə ki, hazırki iş üzrə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza təyin edilməsini xahiş etməyərək, həyata keçirdiyi cinayət təqibini sona çatdırmamışdır. Halbu ki, cinayət təqibi özündə cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsini və s. ehtiva edir. İttiham tərəfinin həyata keçirdiyi cinayət təqibinin isə məntiqi yekunu təqsirləndirilən şəxsə törətdiyi əmələ görə cəza tələb edilməsi ilə bitir. Hazırda baxılan iş üzrə dövlət ittihamçısı Cinayət Prosessual Məcəllənin 40.2-ci maddəsində göstərilən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74cü (şəraitin dəyişməsi ilə bağlı cinayət məsuliyyətindən azad etmə) maddəsində təsbit edilən halı aşkar edərək cinayət işi üzrə icraata şəraitin dəyişməsi ilə bağlı xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməsini və şəxsin şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilməsini xahiş etməsi ilə cinayət təqibindən imtina etmiş hesab olunur. Qanunun mənasına görə dövlət ittihamçısı Cinayət Prosessual Məcəllənin 40.2ci maddəsində göstərilən hallar üzrə cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, cinayət təqibindən imtina etməyə haqlıdır və göründüyü kimi, hazırki cinayət işi üzrə dövlət ittihamçısı Cinayət Məcəlləsinin 74-cü maddəsində qeyd olunan halı aşkar etmiş və qanunla ona verilən hüququndan istifadə etmişdir. CPM-in 43.1.1-ci maddəsi dövlət ittihamçısının və xüsusi ittihamçının cinayət təqibindən imtina etməsini məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarının çıxarılması hallarından biri kimi müəyyənləşdirmişdir. CPM-in 43-cü maddəsinin mənasına görə məhkəmə baxışı gedişində dövlət ittihamçısının ictimai ittiham qaydasında aparılmış cinayət təqibindən (ittihamın müdafiəsindən) imtina etməsi məhkəmənin cinayət təqibinə şərtsiz xitam verilməsilə nəticələnməlidir(15 fevral 2008-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı). Yuxarıda sadalanlara əsasən məhkəmə hesab edir ki, dövlət ittihamçısı Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə müdafiə tərəfinin razılığı ilə cinayət təqibindən imtina etdiyindən, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli, həmçinin sonuncu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsini və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 32, 40, 41, 43, 314, 344-345, 356-cı, 358 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə olan cinayət işi üzrə dövlət ittihamçısı məhkəmə baxışında Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə cinayət təqibindən müdafiə tərəfininin razılığı ilə imtina etdiyinə görə Cinayət Məcəlləsinin 74-cü maddəsinə və Cinayət Prosessual Məcəlləsinin 43.1.1.-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qarşı cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-174/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-174/2025
07.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver