Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-175/2023 31.05.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə Şəmkir rayonu Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə, saat 19 radələrində Şəmkir rayonu Qasımalılar kəndində yolun kənarında əvvəllər fermasında çoban kimi işləmiş Şəmkir rayonu Göyməmmədli kənd sakini Zərərçəkmiş şəxs borc verdiyi 3400 manat pulu istədiyi üçün tərəflər arasında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sifət nahiyyəsinə əli ilə vuraraq ona sol yanağın selikli hissəsinin əzilmiş yarası, üst çənədə soldan V-Vİ dişlərin travmatik düşməsi ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığıa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs 2022-ci ilin sentyabr ayının 15-i tarixindən 2023-cü ilin aprel ayının 15-i tarixinə kimi onun Şəmkir rayonu Qasımalılar kəndi ərazisində yerləşən fermasında çoban kimi işləmiş, bu müddət ərzində Zərərçəkmiş şəxs övladının müalicəsi ilə bağlı ondan hissə-hissə ümumilikdə 3400 manat borc pul almış, 2023cü il aprel ayının 15-i tarixində isə ona demədən fermadan çıxıb getmiş, hazırda yaşadığı kəndin sakinlərinin heyvanlarını otarmaqla məşğul olur. Həmin vaxtdan hazıra kimi dəfələrlə Zərərçəkmiş şəxs yanına gedib pulunu istəsə də Zərərçəkmiş şəxs hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verməmişdir. Həmçinin xx.xx.2029-cü il tarixdə Şəmkir rayonu Qasımalılar kəndinə getmiş, kəndin giriş hissəsində yerləşən çayxanada olan Zərərçəkmiş şəxs bayıra çağırmış, çayxanaın yan tərəfində yolun kənarında aralarında olan söhbət zamanı Zərərçəkmiş şəxs pulunu hissə-hissə olsa da qaytarmasını, ya da çobanlıq etməsini demiş, ancaq Zərərçəkmiş şəxs onun yanında işləməyəcəyini, pulunu da olanda qaytaracağını dediyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs sözlərindən əsəbləşərək əli ilə Zərərçəkmiş şəxs sifətinə vurub xəsarət yetirmişdir. Halhazırda zərər çəkmiş şəxs Zərərçəkmiş şəxsla barışmışdır, zərər çəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə hazırlıq iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2022-ci ilin sentyabr ayının 15-i tarixindən 2023-cü ilin aprel ayının 15i tarixinə kimi Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs fermasında çoban kimi işləmiş, bu müddət ərzində övladının müalicəsi ilə bağlı Təqsirləndirilən şəxs hissə-hissə ümumilikdə 3400 manat borc pul almış, sonradan isə Təqsirləndirilən şəxs fermasından çıxmış, hazıra kimi maddi imkanı olmadığından Təqsirləndirilən şəxs pulunu verə bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şəmkir rayonu Qasımalılar kəndində yerləşən Dilqəm adlı şəxsə məxsus, çayxanada olarkən Təqsirləndirilən şəxs oraya gələrək onu bayıra çağırmış, çayxananın yan tərəfində yolun kənarında söhbət etmişlər, Təqsirləndirilən şəxs ondan pulunu istəmiş, o, pulunun olmadığını, olanda hissə-hissə verəcəyini dediyi üçün aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs əli ilə onun sifəti nahiyyəsinə vurub xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxslə barışmışdır və ona qarşı şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, 07 may 2023-cü il tarixdə saat 19 radələrində “Taksi” kimi fəaliyyət göstərdiyi idarə etdiyi VAZ 2106 markalı avtomobillə həmkəndlisi Təqsirləndirilən şəxs Şəmkir rayonu Qasımallılar kəndinə aparmış, kəndin giriş hissəsində yerləşən çayxanaın yanında avtomobilini saxlamış, Təqsirləndirilən şəxs ona pul borcu olan Zərərçəkmiş şəxs pulunu istəmək üçün çayxananın qarşısına getmiş, Anarı bayıra çağırmış, çayxanaın yan tərəfində söhbət etmişlər, həmin vaxt o, avtomobilinin suyu azaldığı üçün su tökmüş, bu zaman kənardan mübahisə səsi eşitmiş, həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla çəkişdiyini görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 08 may 2023-cü il tarixli, 490 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – sol yanağın selikli hissəsinin əzilmiş yarası, üst çənədə soldan V-Vİ dişlərin travmatik düşməsi küt əşyanın (əşyaların) təsirindən törənmişlər, törənmə müddətləri 07 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Şəmkir Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 127.1, 133.2.3, 145.2.4, 145.2.5, 66.3-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş bütün ziyan ödənilmişdır. İş materiallarında olan cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərər çəkmiş şəxslə barışmış, zərər çəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə Təqsirləndirilən şəxs оğlu bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Həmçinin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Belə olan təqdirdə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissədə sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Məhkəmədə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-175/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-175/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver