Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-175/2024 18.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərşəkmiş şəxsin hüquqi varisi- X5, təqsirləndirilən şəxsin müdafiəçisi–Qazax Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 1973–cü il tarixdə Qazax rayonun, Meyvə Tinklik kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Respublikasının Torpaqların X2 7 saylı Təmizləmə dəstəsinin 2-ci qrup, 5-ci bölməsinin minaaxtaranı vəzifəsində işləyən, əvvəllər məhkum olunmayan, Ağstafa rayonu, Saloğlu qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Belə ki, o, 03 dekabr 2023-cü il tarixdə təxminən saat 18:20 radələrində Bakı- Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən 391-ci kilometrliyində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və bununlada hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməyərək idarə etdiyi Opel Astra markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilini Bakı istiqamətində hərəkət etdirərkən avtomobilin ön sol hissəsi ilə yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada Zərərçəkmiş şəxs vurması nəticəsində sonuncuya başın tüklü hissəsində təpə-ənsə nahiyəsinin, sağ almacıq nahiyəsinin və burunun sağ yan səthinin sıyırıqları, çənəltı nahiyənin əzilmiş yarası, kəllə qapağı və kəllə əsası sümüklərinin, alt çənə sümüyünün çoxqəlpəli, yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilib-dağılması, döş qəfəsinin ön və sağ yan səthinin, sağ qalça tini nahiyəsinin, bel nahiyəsinin sol yarısının, sağ budun yuxarı üçdə birinin bayır səthinin və sol ayaq pəncəsinin iç topuq nahiyəsinin sıyırıqları ilə müşaiyət edilən xəsarətlər yetirməklə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 03 dekabr 2023-cü il tarixdə saat 18:20 radələrində o, Qubadlı rayonuna öz avtomobili ilə işə gedən zaman Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən 391-ci km-də idarə etdiyi Opel Astra markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilini 90 km/saat sürətlə Bakı istiqamətində hərəkət etdirərkən qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan yük avtomaşınını ötmək üçün yol həmin yük avtomobilini ötüb keçməyə imkan verdiyini görüb avtomobilin güzgüsündə arxaya baxıb arxadan gələn maşının olmamasını görüb sürətini artırıb yola çıxaraq, yük avtomobilini keçmək istəyən zaman qəflətən avtomobilinə nəyinsə dəyməsini hiss edərək avtomobili dərhal kənara çəkərək dayandırmışdır. Avtomobildən düşüb, həmin istiqamətə doğru hərəkət etdikdə adını bilmədiyi bir şəxsin yolu hərəkət hissəsini ayıran beton zolağına dəydiyini görmüşdür. O, dərhal təcili tibbi yardım xidmətinin və Şəmkir rayon polis şöbəsinin DYP yol polisinə hadisə barədə məlumat vermişdir. Zərərərçəkmiş şəxsin yolun hansı istiqamətindən çıxmasını görməmiş, əgər görmüş olsa hadisənin qarşısını ala bilərdi, çünki həmin vaxt sürət həddi çox olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək onlara maddi və mənəvi dəstək olmuşdur. Hazırda zərərçəkmiş şəxsin hüquqi varisi X5 ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona görə də qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını və onun barəsində bəraət hökmünün çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Gədəbəy rayonu Minkinli kəndində yaşasada ailəsi ilə birgə Şəmkir rayonu Kür qəsəbəsi ərazisidə heyvandarlıqla məşğuldur. Mərhum Zərərçəkmiş şəxs oğlu olmuş, sağlığında bir evdə yaşamışlar. xx.xx.2023-cü il tarixdə günorta saatlarında fermada olduğu zaman oğlu Yusif Şəmkir rayonu Barlı-Bağ kəndində yaşayan bacısı evinə qonaq getmək qərarına gəldiyi üçün ondan icazə alıb fermadan çıxıb getmişdir. Bundan bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə səhər saatlarında maraq üçün qızına zəng edərək hal-əhval tutub Yusifin nə etdiyini soruşanda qızı Yusifin dünəndən onlara gəlmədiyini bildirmişdir. Bunu eşdəndən sonra Yusifin telefonuna zəng etsədə telefona zəng çatmamışdır. Bundan sonra fermadan çıxıb qızı evinə gedəndə Gədəbəy rayonu Misginli kəndində yaşayan bacısı ona zəng edərək Yusifin Bakı- Qazax yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən hissəsində avtoqəzaya uğradığı və alımış olduğu xəsarətdən öldüyünü, meytinin isə Şəmkir mərkəzi rayon xəstəxanasında olduğunu bildirmişdir. Bu xəbəri eşidəndən sonra dərhal qeyd edilən meyitxanaya getmiş və meyitxanaya çatanda oğlu Yusifin meyitini görmüşdür. Həmin vaxt ona məlum olmuşdur ki, oğlu Yusif Şəmkir rayonu Barlı-Bağ kəndində yaşayan bacısı evinə gedəndə Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisində yolun Bakı istiqamətindən digər istiqamətinə keçmək istəyəndə həmin istiqamətdə hərəkətdə olan sürücü, adını sonradan bildiyi Ağstafa rayon sakini Təqsirləndirilən şəxs idarə etdiyi Opel markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə vurulmuş və almış olduğu xəsarətlədən hadisə yerində ölmüşdür. Lakin üzərində sənəd olmadığı üçün həmin vaxt şəxsiyyəti polis əməkdaşlarına məlum olmamışdır. Hazırda təqsirləndirilən şəxslə barışmışdır və onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında dindirilmiş müstəntiq X6 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında yaşayır. Azərbaycan Respublikası DİN-in Bİ və Tİ-nin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin baş müstəntiqi vəzifəsində işləyir. Yol-nəqliyyat hadisəsi baş verdikdən sonra təhqiqatçı tərəfindən yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş və hadisə yeri müayinə edilmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi Opel Astra markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobili Bakı istiqamətində hərəkət etdirərkən ötmə əməliyyatı aparmaq məqsədilə sağdan birinci zolaqdan çıxmaqla sol zolağa daxil olub ötmədə olarkən qarşısı ilə eyni istiqamətdə hərəkətdə olan yük avtomaşınının bərabərliyinə çatanda piyada Zərərçəkmiş şəxs yolun sağ kənarından sol tərəfə doğru keçərkən vurmuş və nəticədə piyada hadisə yerində almış olduğu xəsarətlərdən vəfat etmişdir. Piyada Opel-Astra markalı avtomobillə vurulana qədər 6.2 metr məsafə qət etmişdir. Sürücü Təqsirləndirilən şəxs piyadanı yolun hərəkət hissəsinin hansı hissəsində görməsini deyə bilmir. Bundan başqa X1 cavablandırarkən qeyd etdi ki, təqsirləndirilən şəxsin görmə bucağı ekspert tərəfindən müəyyən edilə bilər. Sürücü Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sürücünün göstərdiklərinə, eyni zamanda hadisə yerinin müayinəsi protokolu əsasında ekspertiza təyin olunmuş və ekspert tərəfindən sürücünün hərəkətlərində “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması aşkar olunmuşdur. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 03 dekabr 2023–cü il tarixli protokoldan görünür ki, yol–nəqliyyat hadisəsi Bakı-Qazax- Gürcüstan sərhəddi yolunun Şəmkir rayonu Seyfəli kəndi ərazisindən keçən 391-ci km- dir. Hadisə yerində hava qaranlıq, yol asflat örtükülü olmaqla quru, hamar və düz profillidir, sürücülərin hərəkəti üçün təhlükəsizdir, yol yaşayış məntəqəsinə daxil deyildir, sürət həddi 110 km/saat sürətdir,yol işıqlandırılmır, yolda piyada keçidi üçün nəzərdə tutulmuş yol nişanı yoxdur. Yol birtərəfli olmaqla iki hərəkət istiqamətindən ibarətdir, hərəkət istiqamətlərini beton sədd ayırır. Yolun Bakı istiqamətindəki hərəkət istiqaməti 2 zolaqdan ibarətdir, zolaqları qırıq-qırıq xətt ayırır. Yolun Bakı istiqamətindəki hərəkət hissəsi ümumi eni 7,3 metrdir. Hadisə yerində hərəkət istiqamətlərini ayıran beton səddən hərəkət hissəyə doğru 2,5 metr məsafədən sonra bütöv ağ xətt çəkilmişdir. Yolun Bakı istiqamətinin sağ kənarında 3 metr enində yol çiyni vardır. X12 markalı **-VL- *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı istiqamətində hərəkətdə olarkən yolun sağ tərəfindən sol tərəfmə keçmək istəyən piyada, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuşdur. Baxış zamanı piyadanın vurulduğu yer müəyyən edilmiş, piyadanın vurulduğu yer yolun Bakı istiqamətindəki hərəkət istiqamətinin soldan birinci hərəkət zolağının üzərində,sağdan sola doğru 5,2 metr məsafədə yerləşir. Piyada vurulduqdan sonra zərbənin təsirindən yolun orta hissəsində olan beton arakəsməyə çırpılaraq yolun digər tərəfinə yəni, Qazax istiqamtindəki hərəkət zolağının üzərinə düşmüş, baxış zamanı həmin yerdə qana bənzər ləkələr aşkar edilmişdir. Hadisə zamanı Opel markalı avtomobilin ön sol hissəsi əzilmiş ön sol işıq farası sınmış ön banperin sol hissəsi sınıb dağılmış, ön sol qanadı əzilmiş, ön alın şüşəsinin sol tərəfəi sınıb-çatlamışdır. Hadisə yerinə baxış zamanı hər hansı bir tormoz izi aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan sərxoşluğun müayinə edilməsi haqqında 03 dekabr 2023–cü il tarixli 352 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə tibbi ekspertizasının 03 dekabr 2023–cü il tarixli 56 nömrəli ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitinin bədənində aşkar edilmiş xəsarətlər–başm tüklü hissəsində təpəənsə nahiyəsinin, sağ almacıq nahiyəsinin və burunun sağ yan səthinin sıyırıqları, çənəltı nahiyənin əzilmiş yarası, kəllə qapağı və ləllə əsası sümüklərinin, alt çənə sümüyünün çoxqəlpəli, yerini dəyişmiş sınıqları, beyinin yumşaq qişasına geniş qansızmalar, beyin toxumasının əzilib-dağılması, döş qəfəsinin ön və sağ yan səthinin, sağ qalça tini nahiyəsinin, bel nahiyəsinin sol yarısının, sağ budun yuxarı üçdə birinin arxa səthinin, orta üçdə birinin bayır səthinin, sağ diz oynağının ön və iç sətinin, sağ baldırın yuxarı-orta üçdə birinin bayır səthinin və sol ayaq pəncəsinin iç topuq nahiyəsinin sıyırıqları KÜT əşyaların təsirindən törənmişlər, 03 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. Zərərçəkmiş şəxs ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə-beyin travması nəticəsində baş beyin toxumasının əzilib dağılması olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu dekək olur ki, Zərərçəkmiş şəxs ölmü meyitin müayinəyə başlanmasından 14-18 saat əvvəl baş vermişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol–nəqliyyat hadisələri ekspertizaları şöbəsi ekspertinin 19 mart 2024–cü il tarixli 8/655 nömrəli rəyindən görünür ki, Opel Astra markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü Təqsirləndirilən şəxs hərəkətlərində «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin materiallarında olan “İfadənin yerində yoxlanılması haqqında” 23 fevral 2024–cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və DİN–nin BDYPİ–nin Tovuz RQİ və TBŞ–si tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 016–509 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına xx.xx.2015–ci il tarixdə xx.xx.2025–ci il tarixə kimi AZ–315887 saylı “BC” dərəcəli sürücülük vəsiqəsi verilmişdir. Həmin şəxsin adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. Cinayət işinin materiallarında olan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş M/V 088776 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2011-ci il anadan olmuş Nuranə adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı vardır. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən xx.xx.2024–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməsədə, iş üzrə ibtidai araşdırma zamanı qanunvericiliyin tələblərinə riayət edilməklə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, təqsirləndirilən şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, istintaq orqanının xx.xx.2024–cü il tarixli qərarı ilə yol– nəqliyyat hadisələri ekspertizası təyin edilmiş, xx.xx.2024–cü il tarixi 8/55 nömrəli rəy ilə təqdim edilmiş məlumatlar natamam olduğundan Təqsirləndirilən şəxs hərəkətləri üzrə tədqiqat aparılmamış, bu səbəbdən yenidən hadisə yerinə baxış keçirilmiş, istintaq orqanının xx.xx.2024–cü il tarixli qərarı ilə əlavə yol–nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və xx.xx.2024–cü il tarixi 8/655 nömrəli rəy əldə edilmişdir. Məhkəmə yol–nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024–cü il tarixli rəyində hadisə yeri ətraflı müayinə olunaraq ekspert qarşısında qoyulmuş suallara tam və dolğun cavab verilmişdir. xx.xx.2024–cü il tarixli ekspert rəyindən görünür ki, piyadanın yolun sağ kənarından hərəkət hissəsinə daxil olduğu andan sürücünün hərəkəti üçün təhlükənin yaranması, piyadanın vurulma yerinə kimi qət etdiyi məsafə, onun hərəkət sürəti, Opel Astra markalı 99–VL–924 dövlət qeydiyyat nişanlı avtomobilin piyadanı vurduğu yerdən olduğu məsafə, sürücünün texniki imkanı və digər zəruri hallar üzrə araşdırma aparılmış və sürücünün “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə, (yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) hadisənin qarşısını almağa texniki imkanının olması müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından məhkəmə iclasında tədqiq edilmiş digər sübutlar mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs “X9” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmaqla ölümünə səbəb olan yol–nəqliyyat hadisəsi törətmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2–ci maddəsi ilə düzgün tövsif edilmişdir. «X9» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini və onunla barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, müharibə veteranı olmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza, məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməli və cəzanın icrası yerinə onun göndərilməsi Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən icra məmurunun təqdim etdiyi göstəriş əsasında həyata keçirilməlidir. Cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan Opel Astara markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzanın başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilməsi və nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəzanın icrasına nəzarət Ağstafa Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti azadlıqdan məhrum etmə növündə təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmdə əlavə cəza üçün müəyyən edilmiş müddətə şamil olunsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan Opel Astara markalı **-VL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X4, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-175/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-175/2024
18.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver