Məhkəmə qərarları › İş №1(076)-176/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-176/2023

28.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-176/2023 28.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X8 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayon vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Şəmkir rayonu, Qaralar kəndində qeydiyyatda olmaqla yaşamış, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-149/2023 saylı qərarına əsasən 15 iyun 2023-cü il tarixdən həbsdə olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilir ondan ötrü ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130,00 manat məbləğində aliment alınıb tləbkar Zərərçəkmiş şəxs verilməsinə dair Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Şəmkir Rayon Məhkəməsinin 3(076)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətinə inzibati qaydada həbs olunmasına, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2022-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixədək 2060 manat məbləğində aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs oğlu ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində bildirdi ki, O Zərərçəkmiş şəxs ilə 2009-cu ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Zərərçəkmiş şəxs ilə olan nikahlarından bir övladları olmuşdur. Zərərçəkmiş şəxs ondan ayrılaraq Hüseyn adlı uşağı da özü ilə atası evinə aparmışdır. Şəmkir Rayon Məhkəməsinin 2(076)1831/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment alınıb Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin müvafiq qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Hazırda bir sıra demək istəmədiyi səbəblər var ki, o səbəblərə görə alimenti ödəməyəcəkdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, O Təqsirləndirilən şəxs ilə 2009-cu ildə faktiki olaraq evlənmişlər, nikahları xx.xx.2009-cu il tarixdə rəsmiləşdirilmişdir. Təqsirləndirilən şəxs ilə olan nikahlarından bir övladları olmuşdur. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olsa da, sonradan pisləşmişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona və övladına baxmamışdır. Bu səbəbdən o, 2021-ci ildə məhkəməyə müraciət etdiyinə görə Şəmkir Rayon Məhkəməsinin 2(076)1831/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment alınıb ona verilməsi qət edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Şəmkir rayon icra və probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, Təqsirləndirilən şəxs tələbin dərhal icrası haqqında bildiriş göndərilmiş və dəfələrlə xəbərdarlıq edilmişdir. Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsi qanuni qüvvəyə minmiş qətnaməsini icra etmədiyi üçün Şəmkir Rayon Məhkəməsinin müvafiq qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Həmçinin icra məmurunun təqdimatına əsasən, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. Lakin buna baxmayaraq, öz qərəzli hərəkətlərini davam etdirərək, mənə olan aliment borcunu ödəməmişdir. Bundan sonra icra məmuru tərəfindən ona yeni müddətlər verilərək, cinayət məsuliyyəti barədə dəfələrlə xəbərdarlıqlar edilsə də, təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək yaranmış olan 2060 manat aliment borcunu ödəməmişdir. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs alınaraq tam şəkildə ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada ciddi cəza tədbirləri görülməsini xahiş edir. O, Təqsirləndirilən şəxs 2014-cü ildən ayrılmış, hal-hazırda da ayrı yaşyaır, rəsmi nikahları olmasına baxmayaraq Nuran uşağın saxlanılması üçün ona heç bir maddi yardım etmir. Uşaq serebral iflic xəstəsidir. Neçə ildir ki, uşağı təkbaşına saxlayır. Bu səbəbdən də Təqsirləndirilən şəxs ona olan aliment borcunun ödənilməsini tələb edir. Əgər vermirsə ona ən ağır cəza verilməsini və azadlıqdan məhrum edilməsi barədə qərar qəbul olunmasını tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 saylı 29 iyul 2021-ci il tarixli icra sənədinə əsasən 10 iyun 2021-ci il tarixdən başlayaraq, borclu Təqsirləndirilən şəxs bir uşağın yetkinlik yaşına çatandək saxlanması üçün hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində aliment alınaraq, tələbkar Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə xx.xx.2021-ci il tarixdə Şəmkir Rayon İcra və Probasiya Şöbəsində başlanılmış,icraat zamanı borclu alimenti ödəməmiş, onda tələbin yönəldilə biləcəyi gəlirlər aşkar olunmamışdır. Borcluya dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq borcunu ödəməmişdir. Bundan sonra borclu yenədə borcunu ödəməmiş, buna görə də, 29 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs məcburi qaydada Şəmkir rayon icra və probasiya şöbəsinə gətirilərək, izahatı alınmış və barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün məhkəməyə təqdim olunmuşdur. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli 3(076)-250 saylı qərarı ilə 08 gün müddətində inzibati qaydada həbs edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli 8(076)-199 saylı qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Bundan sonra borcluya yaranmış aliment borcunun ödənilməsi üçün yeni müddət təyin edilmiş, lakin həmin müddətdə də o, borcunu ödəməmişdir. Aliment üzrə ödənilməmiş borc xx.xx.2022-ci il tarixədək cəmi 2060,00 manat təşkil edir. Bildirirəm ki, Təqsirləndirilən şəxs icra dövründə aliment üzrə olan borcundan cəmi 150,00 ödəniş etmişdir. Borclu Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 saylı, 29 iyul 2021-ci il tarixli qətnaməsində göstərilən tələbi icra etməkdən qərəzli olaraq boyun qaçırır, məhkəmə qərarını icra etmədiyinə görə inzibati qaydada həbs olunmasına baxmayaraq nəticə çıxarmamış, dəfələrlə cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdarlıq edilsə də aliment üzrə yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərməmişdir. X1 ərizə yazaraq borclu Təqsirləndirilən şəxs ona olan 2060,00 manat aliment borcunu qərəzli olaraq ödəmədiyinə görə onun cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmuru Şahid2 ifadəsində icra məmuru Şahid1 göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli icra etməməsini bir daha göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən başlayaraq xx.xx.2011-ci il təvəllüdlü Hüseyn adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 130 manat məbləğində aliment alınıb tləbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Həmin icra sənədi müvafiq olaraq, xx.xx.2021-ci il tarixdə Şəmkir rаyоn icrа və prоbаsiyа şöbəsinin icraatına daxil olmaqla, qeyd edilən tarixdə icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. -“Tələbin könüllü icrası haqqında” xx.xx.2021-ci il tarixli bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə, ona Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 saylı, 29 iyul 2021-ci il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 (on) gün vaxt verilmişdir. -Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq icra olunmadığı üçün Şəmkir rayon icra və probasiya şöbəsinin icra məmurunun təqdimatı əsasında Şəmkir Rayon Məhkəməsinin 8(076)-199/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. -İşdə olan Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2007ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2008-ci il tarixdə isə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən məhkumluğu ödənilmişdir. -Şəmkir Rayon Məhkəməsinin 15 aprel 2022-ci il tarixli, 3(076)-250/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 gün müddətinə inzibati həbs edilmişdir. -xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından, eyni zamanda Şəmkir Rayon Məhkəməsinin 3(076)-250/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinin icra edilmədiyi təqdirdə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. -“Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. -Müstəntiq S.Əliyev tərəfindən xx.xx.2023-cü il tarixdə qəbul edilmiş qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və sonuncunun tutularaq Bakı şəhəri Yasamal RPİ-nin MSY-nə yerləşdirlməklə bu barədə dərhal Ədliyyə Nazirliyi İstintaq İdarəsinə məlumat verilməsi qərara alınmışdır. -xx.xx.2023-cü il tarixdə axtarışda olmuş şəxsin tutulması haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu Kür qəsəbəsi ərazisində müəyyən edilərək tutulub aidiyyatı üzrə Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. -xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və eyni tarixli qərarla Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerindən azad edilmişdir. -Şəmkir rayon Məhkəməsinin 06 iyun 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilməsi qərara alınmışdır. -Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şəmkir rayonu Kür qəsəbəsi ərazisində müəyyən edilərək tutulub aidiyyatı üzrə Şəmkir RPŞ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ona istinad olunan cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, cinayət işi üzrə toplanmış sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 1764-1766). Təqsirləndirilən şəxsin əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 18 dekabr 2014-cü il tarixli Qərarında qeyd edilir ki, məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - məhkəmə qərarında nəzərdə tutulmuş tələblərin həmin qərarda müəyyən edilmiş müddət ərzində icra edilməməsi; - borcluya məhkəmə qərarının icra edilməməsi haqqında dəfələrlə rəsmi xəbərdarlıq edilməsi; - borclunun məhkəmə qərarını icra etməməsinə görə inzibati məsuliyyətə cəlb edilməsi; - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması. Eyni zamanda, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi ilə məhkəmə qərarının icrasından yayınma məhkəmə aktlarının qərəzli icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işində Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli birbaşa qəsdlə törədilən cinayətdir. Yəni, təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə aktını qərəzli olaraq icra etmədiyini dərk etmiş, bununla ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsini və zərər çəkmiş şəxsin hüquqlarının pozulmasını görmüş və bunları arzu etmişdir. Digər tərəfdən, təqsirləndirilən şəxs dəfələrlə ona edilmiş xəbərdarlıqlara, məhkəmə qərarını icra etməməyə görə inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq, bu əməli davamlı olaraq uzun müddət ərzində qərəzli olaraq həyata keçirmişdir. Çünki, onun Şəmkir Rayon Məhkəməsinin 2(076)-1831/2021 saylı, xx.xx.2021-ci il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və təqdimat verilən xx.xx.2022-ci il tarixədək olan müddət hesablanmış cəmi 2060 manat aliment borcundan bu günədək heç bir ödəniş etməməsi məhkəmənin qərarının qərəzli olaraq icra edilməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs icra məmurunun qanuni tələblərini icra etməməklə, Azərbaycan Respublikası adından qəbul edilmiş, qanuni qüvvədə olan qətnaməsini bilərəkdən və qərəzli şəkildə icra etməmişdir. Həmçinin məhkəmə iclasında da ödəməyəcəyi barədə izahat vermişdir. Məhkəmə xüsusilə qeyd edir ki, məhkəmənin qərarının və digər aktının icra edilməməsinin təhlükəliliyi ondan ibarətdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarını icra etməmə məhkəmə orqanlarını nüfuzdan salır, pozulmuş hüquqların bərpası, dəymiş ziyanın ödənilməsi qeyri-mümkün olur və ədalət mühakiməsinin həyata keçirilməsi zamanı dövlət adından çıxarılmış qərarlar kağız üzərində qalır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” işdə (7 may 2002ci il) eyni xarakterli məsələlərə bir daha münasibət bildirərək qeyd etmişdir ki, məhkəmə qərarlarının icrası üçün zəruri tədbirlər görməkdən uzun müddət yayınma 6-cı maddənin 1-ci bəndində ifadəsini tapmış müddəanı faydalılıq qüvvəsindən məhrum etmiş olur. “Tarverdiyev Azərbaycana qarşı” işdə Avropa Məhkəməsi xatırlatmışdır ki, ərizəçi məhkəmə çəkişməsini udduqdan sonra bu uduşdan yararlanmağa maneələrin yaradılması Konvensiyanın 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozuntusudur. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etmək üçün zəruri tədbirlərin görülməməsi ilə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin səmərəsi heçə endirilir. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 306.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları müəyyən etməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında 5 növ cəza, yəni cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsi nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 27 dekabr 1996-cı il tarixli 4№-li Qərarının, 13-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin etmək hallarına yol verməməlidir. Qeyd etmək lazımdır ki, ədalətli cəzanın təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni ədalətin bərpasına və məhkumun islah olunmasına nail olmaq sahəsində mühüm vasitədir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin təqsirli bilindiyi 306.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəza təyin təyin edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili X6 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu bir gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi bir gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını çəkmə müddətinin əvvəli 28 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-149/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə olması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar