Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-176/2024 24.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxsin nümayəndəsi- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxx 1986-cı il tarixdə Gədəbəy rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan, orta təhsilli, işsiz, evli, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşl uşaqları olan, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cu ilin payız aylarından 2024-cü ilin mart ayınadək olan müddət ərzində, istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 1,20 hektar (X=567669: Y=4515007) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 2018-ci ildən ailə üzvlərini dolandırmaq üçün Şəmkir rayonu Ələsgərli kəndində yerləşən bələdiyyə fonduna məxsus torpaq sahəsini heç bir sənədləşdirmə aparmadan 1.20 hektar torpaq sahəsində buğda əkməyə başlamışdır. Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin mərhum sədri Aydın Xəlilov ona zəbt etdiyi torpaq sahəsi ilə bağlı bələdiyyə ilə şifahı müqavilə bağlamağını təklif etmişdir. O da Aydın Xəlilovla razılaşmış, 2018-2019-cu il ərzində əkdiyi buğda sahəsinə görə o, Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinə 210 manat dövlət rüsumu keçirtmişdir. 2020-ci ildə X21 rayon Ələsgərli kənd bələdiyyəsinin sədri vəzifəsindən çıxmış və həmin ildə rəhmətə getmişdir. 2020-ci ildə Şəmkir rayon Ələsgərli kənd bələdiyyəsinin yeni sədri Məsimov Bəxtiyar seçilmişdir. Bəxtiyar Mənsimov isə təxminən 1 il işlədikdən sonra yerinə Zərərçəkmiş şəxs təyin olunmuşdur. O, qeyd edilən vaxtdan əkin işləri aparmağa davam etmişdir. 14 sentyabr 2022-ci il tarixdə Daşınmaz əmlakın işçiləri tərəfindən baxış keçirilərək X=567669: Y=4515007 koordinatlarında olan 1.20 hektar torpap sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. O, həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs dəfələrlə müraciət etsə də Zərərçəkmiş şəxs razılıq verməmişdir və ondan bir sot torpaq sahəsi dövlət rüsumu üçün 3 manat pul istəmişdir. O, Zərərçəkmiş şəxslə razılaşmadan hər hansı razılıq olmadan həmin torpaq sahəsində buğda əkərək öz ailəsin dolanışığını təmin etməyə məcbur olmuşdur. Zəbt etdiyi 1.20 hektar torpaq sahəsinə hal-hazırda buğda əkmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşağı var və ailədə yeganə qazanc gətirən şəxsdir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs izahatında göstərdi ki, O, 26 may 2022-ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar olaraq Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin heç kim ona qulaq asmamışdır. O, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri X5, X16, X17, X1, Təqsirləndirilən şəxs, X8, X11, X19, X7 və X13 tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022-ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları Şahid3, Şahid1 və Şahid2 onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin Təqsirləndirilən şəxs və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxs 1.20 hektar (X=567669: Y=4515007), X11 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və X13 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X14 və X11 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə əkin işləri aparmağa davam edirlər. Həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxsu Cahan oğlu 1.20 hektar (X=567669: Y=4515007), X11 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və X13 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Təqsirləndirilən şəxsdən həmin torpaq sahəsindən çıxmasını və bələdiyyəyə dəymiş ziyanın odənilməsini tələb edir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanini qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 oğlu ifadəsində göstərdi ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022-ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin X5, X16, X11, X1, Təqsirləndirilən şəxs, X8, X11, X19, X7 və X13 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X9 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri Təqsirləndirilən şəxs və X8 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), Təqsirləndirilən şəxs 1.20 hektar (X=567669: Y=4515007), X11 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X19 0.75 hektar (X=566829: Y=4520211) və X13 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X14 və X11 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı-satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt edərək üzərində tikinti apardığı torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin Ələsgərli kənd bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfat təyinatlı örüş sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan xx.xx.2022-ci il tarixli məktubdan və ona əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ƏMDX-nin Qazax ərazi şöbəsinin işçiləri tərəfindən Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin müraciəti əsasında Şəmkir rayonu, Ələsgərli kəndində monitorinq keçirilmiş, monitorinq zamanı Təqsirləndirilən şəxs tərəfindən 1.20 ha (x=567669: y=4515007) kənd təsərrüfatı təyinatlı örüş, torpaq sahəsində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işlərin aparılması faktı aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2007-ci il təvəllüdlü Fərid adlı bir nəfər yetkinlik yaşına çatmayan və xx.xx.2015-ci il təvəllüdlü Günəş adlı bir nəfər azyaşlı uşaqları vardır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB-nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində bir nəfər yetkinlik yaşına çatmayan, bir nəfər azyaşlı uşaqlarının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk emktməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-176/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-176/2024
24.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver