Məhkəmə qərarları › İş №1(076)-176/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-176/2025

27.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-176/2025 27.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Qələndər oğlunun, onun müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Qazaxıstan Respublikası Manqışlak vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayon, Dəllər qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qələndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs 0,6 promill alkoqol sərxoşluğu vəziyyətində 30 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs məxsus, 1998-ci il buraxışlı, VAZ-2106 markalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobili Şəmkir rayonu, Dəllər qəsəbəsi ərazisində yerləşən körpünün yaxınlığında dayanmış vəziyyətdə qapısının açıq və üzərində açarının olmasından istifadə edib talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək niyyəti ilə qaçırmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Qələndər oğlu ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində yaşayır və fərdi əmək fəaliyyəti ilə məşğul olur. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində yaşadığı Şəmkir rayonu Dəllər qəsəbəsinə gəlirmiş. Həmin vaxt o sərxoş olmuşdur. O, günorta yeməyi zamanı spirtli içki qəbul etmişdir. Həmin vaxt Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zəyəm yolu deyilən yerdən keçərkən oradakı körpünün yaxınlığında yolun sağ tərəfində bir ədəd “Vaz 2106” markalı **-CD-*** d.q.n-lı avtomobilin olmasını görmüşdür. O, həmin maşının yanından keçərkən sürücü tərəfdən olan yan pəncərənin yarıya açıq olmasını və həmçinin də, maşının açarının üstündə olmasını görmüşdür. O, maşının sürücü tərəfədən olan ön qapısına əlini atmış və həmin qapı da açıq olmuşdur. Ona görə də, qərara gəlmişdir ki, bir az həmin maşını sürsün. O, maşının qapısının açıq olmasından və açarırının üstündə olmasından istifadə edib maşına əyləşmiş və maşını Şəmkir rayonu, Dəllər qəsbəsinə sürmüçdür. O, təxminən yarım saat həmin maşını Dəllər qəsəbəsinə gedən yolda sürmüşdür. Daha sonra isə həmin maşını götürdüyü yerə qoymaq üçün geri qayıtmışdır. O, geri qayıdan zaman polis əməkdaşları onu saxlatmışr və maşınla birlikdə onu Şəmkir RPŞ-nə gətirmişlər. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstəmişdir ki, o, xx.xx.2024-cü il tarixdə sərxoş olmuşdur və həmin vaxt “Vaz 2106” markalı **-CD-*** d.q.n-lı avtomobilin yanından keçərkən maşının qapılarının açıq olmasını və açarının üstündə olmasını görüb həmin maşını rayon ərazisində bir az sürmək qərarına gəlmişdir. Ona görə də, maşına əyləşərək maşını rayon ərazisində sürməyə başlamışdır. Daha sonra o, maşını götürdüyü yerə qaytaran zaman yolda polis əməkdaşları məni saxlatmışlar. Onun həmin maşını qaçırmaq fikrim olmayıb və maşını sadəcə olaraq sürdükdən sonra qaytarıb onu aldığı yerə qoyacaqmış. O, həmin maşından heç nə götürməmişdir. Həmin vaxt orada ondan başqa heç kim olmamış, maşını götürməsini heç kim görməmişdir. Onun sürücülük vəsiqəsi yoxdur. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayətləri və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Dəllər Cəyir kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində o, özünə məxsus “Vaz 2106” markalı, **-CD-*** d.q.n. avtomobili Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zəyəm yolu adlanan yolda körpünün yaxınlığında saxlamış və işi ilə əlaqdar olaraq yaxınlıqdakı istixanaya getmişdir. Aradan təxminən yarım saat keçdikdən sonra geri qayıdarkən avtomobilini yerində tapmamışdır. Ona görə də, o, dərhal Şəmkir RPŞ-nə gedərək ona məxsus “Vaz 2106” markalı, **-CD- *** d.q.n. avtomoiblin qaçırılması ilə bağlı məlumat vermişdir. Aradan təxminən 40-50 dəqiqə keçdikdən sonra polis əməkdaşları ona məxsus “Vaz 2106” markalı, **-CD-*** d.q.n. avtomobili Şəmkir rayonu, Zəyəm-Cırdaxan avtomobil yolunda tapmış və daha sonra Şəmkir RPŞ-də avtomobili ona təhvil vermişlər. Həmçinin Zərərçəkmiş şəxs oğlıu ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində özünə məxsus “Vaz 2106” markalı, **-CD-*** d.q.n. avotmobili Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən Zəyəm yolundakı körpünün yaxınlığında saxlayıb işi ilə əlaqədar yaxınlıqdakı istixanaya getmişdir. Həmin vaxt avtomliblin qapıları açıq olmuşdur. Onlar kilidli olmamışdır. Həmçinin avtomobilin açarı da, üstündə olmuşdur. Sonradan bildiyinə görə o, avtomobili saxlayıb getdikdən sonra avtomobilin yanından keçən sərxoş vəziyyətdə olan Təqsirləndirilən şəxs adlı şəxs avtomobilin açarının üstündə olmasını və qapılarının kilidli olmamasını görmüş və həmin avtomobili sürmək qərarına gəlmiş və avtomobilə əylərəşək onu rayon ərazisində sürmüşdür. Daha sonra isə polis əməkdaşları onu saxlayaraq avtomobil ilə brlikdə Şəmkir RPŞ-nə gətirmiş və orada avotmiblini mənə təhvil vermişlər. Təqsirləndirilən şəxs avtomlibli qaçıran zaman onun avtomobilindən heç bir əşya və ya pul götürməmişdir. Həmin vaxt onun avtomobilində heç bir əşya və ya pul olmamışdır. O, avtomobili körpünün yaxınlığında saxlayan zaman orada ondan başqa heç kim olmamışdır. Təqsirləndirilən şəxsla barışdığını nəzərə alınmasını və cinayət işinin icraatına xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs Qələndər oğlu ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Şəmkir rayon sakini Təqsirləndirilən şəxs əvvəllər tanımayıb, onunla heç bir qohumluq əlaqələri, münasibəti, ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yaşayan Zərərçəkmiş şəxs Şəmkir RPŞ-nə ərizə ilə müraciət edərək ona məxsus VAZ 2106 makalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin 30 oktyabr 2024-cü il tarixdə saat 18 radələrində Şəmkir rayonu, Dəllər qəsəbəsində yerləşən körpünün yaxınlığından qaçırılması ilə bağlı məlumat vermişdir. Zərərçəkmiş şəxs müraciət ilə əlaqdar olaraq onun və Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində VAZ 2106 makalı, **-CD-*** dövlət qeydiyyat nişanlı avtomobilin Şəmkir rayonu, Dəllər qəsəbə sakini Təqsirləndirilən şəxs tərəfindən qaçırıldığı müəyyən olunmuş və Təqsirləndirilən şəxs avtomobil ilə birlikdə Şəmkir rayon ərazisində saxlanaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt sərxoş olmuşdur. İbdtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Azərbaycan CM-nin 306.1-ci maddəsi Şəmkir Rayon Məhkəməsi tərəfindən 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs Qələndər oğlu ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Qələndər oğlu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Qələndər oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Qələndər oğlu böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi və onların barışmasını əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.1-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1ci, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Qələndər oğlu barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 185.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs Qələndər oğlu barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Qələndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs Qələndər oğlu barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 10 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat olmaqla 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar