Məhkəmə qərarları › İş №1(076)-177/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-177/2024

17.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-177/2024 17.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə 28 oktyabr 1965–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Rusiya Federasiyaının Sankt- Peterburq şəhəri, Vasili Astroviski rayonu, Kajermaya küçəsi, ev-8/5 ünvanında qeydiyyatda olan, Şəmkir rayonu, Kür qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 14 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsinin ərazisində tanışı Zərərçəkmiş şəxs bir neçə dəqiqə əvvəl ümumi tanışları Şahid1 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra qısa müddət ərzində məclisi tərk etdikdən sonra Zərərçəkmiş şəxs ardınca çıxaraq yaşadığı ev istiqamətində gedərək sonuncunun yaşadığı evin qarşısında dayanmasını görüb arvadı Şahid2 ilə sevgi münasibətlərinin olmasından şübhələnərək Zərərçəkmiş şəxsla sözlə mübahisə edən zaman sonuncunun onu əli ilə itələyib yerə yıxmasından hiddətlənərək şəxsi münasibətlər zəminində ondan qısas almaq niyyətilə üzərində daşıdığı istintaqa məlum olmayan mətbəxt baçağı ilə Zərərçəkmiş şəxs qarın hissəsindən iki dəfə zərbə vuraraq ona qarının ön divarının sol epiqastrol nahiyənin və sol qalça tini nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun tanışı, Şahid1 iş yoldaşı və Şahid2 isə onun arvadıdır, onlarla əvvəllər münasibəti yaxşı olmuş, lakin sonradan qısqanclıq zəminində münasibətləri pisləşmişdir. Belə ki, o, Şahid1 ilə 10 il müddətdir ki, dosluq işlədir. Zərərçəkmiş şəxs ilə 14 sentyabr 2023-cü il tarixdə dostu Şahid1 yaşadığı evdə onun vasitəsi ilə tanış olmuşdur. O, həmin tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində istilik sistemində iş yoldaşı Şahid1 ilə birlikdə işlədikdən sonra Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən Şahid1 məxsus fərdi yaşayış evinə gəlmişlər. Həmin vaxt Şahid1 məxsus fərdi yaşayış evində spirtli içkilər qəbul edərək, yemək yeyən zaman Şahid1 tanışı Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, Şəmkir rayonu, Kür qəsəbə ərazisində olmasını bildirən zaman Şahid1 Zərərçəkmiş şəxs öz evinə dəvət etmişdir. Zərərçəkmiş şəxs həmin tarixdə, saat 22 radələrində iş yoldaşı Şahid1 evinə əlində aldığı sok və sularla daxil olmuşdur. O, həmin vaxt Zərərçəkmiş şəxs ilə orada tanış olmuşdur. Təxminən onlar bir saat yeyib içdikdən sonra Zərərçəkmiş şəxs onlara işinin olmasını və bir saat müddətində geri qayıdacağını bildirərək, Şahid1 evindən çıxıb getmişdir. O, yornuq olduğu üçün həmin tarixdə, saat 23 radələrində Şahid1 evindən çıxıb qəsəbə ərazisində yerləşən öz fərdi yaşayış evinə gedən zaman Zərərçəkmiş şəxs yaşadığı evin qapısını döyməsini görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs nə səbəbə onun yaşadığı evə gəlməsini soruşan zaman Zərərçəkmiş şəxs ona onun övladlarını 15 sentyabr 2023-cü il tarixdə məktəbə getmələrini təbrik etmək üçün gəlməsini demişdir. Lakin o, həmin vaxt Zərərçəkmiş şəxs onun icazəsi olmadan yaşadığı evə gəlməsinə öz iradını bildirib onun qolundan tutub itələyərkən, Zərərçəkmiş şəxs onunla mübahisə etməyə başlamışdır. O, yerə yıxılmış, Zərərçəkmiş şəxs isə getməyə çalışan zaman o, sərxoş oldğu üçün hardan əldə etdiyini xatırlamadığı mətbəğ bıçağı ilə arvadı Xumar X2sqanmağı səbəbindən Zərərçəkmiş şəxs sol qılçasından və sol qarın nahiyəsindən vuraraq sərxoş vəziyyətdə ona xəsarət yetirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onu əli ilə vurmuşdur. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi bitdikdən sonra o, hadisə yerindən getmişdir. Həmin vaxt arvadı Şahid2 onun Zərərçəkmiş şəxs ilə dalaşmalarını görmüş, lakin Şahid2 ondan qoruxduğu üçün hadisənin baş verdiyi əraziyə yaxınlaşmamışdır. O, həmin vaxt sərxoş olduğu üçün Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəğ bıçağını qəsəbə ərazisində xatırlamadğı yerə tulamışdır. Daha sonra o, sərxoş vəziyyətdə iş yoldaşı Şahid1 yaşadığı ünvana gedib orada yatmışdır. 15 sentyabr 2023-cü il tarixdə, saat 04 radələrində Şəmkir Rayon Polis X8 Bölməsinin polis əməkdaşları tanışı Şahid1 yaşadığı evə gələrək, onu özləri ilə Şəmkir Rayon Polis X8 Bölməsinə aparmışlar. Hazırda əməlindən peşmandır. Zərərcəkmiş şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxs ondan şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır. Şahid1 isə dostudur və Şahid1 ilə 30 il müddətdir ki, dosluq işlədir. Təqsirləndirilən şəxs isə 2023-cü ilin təxminən mart-aprel aylarından dostu Şahid1 vasitəsi ilə tanımışdır. 14 sentyabr 2023-cü il tarixdə, saat 21 radələrində o, Gəncə şəhərində olarkən, mobil telefon vasitəsi ilə dostu Şahid1 zəng edib ondan harada olmasını soruşmuşdur. Həmin vaxt Şahid1 ona özünə məxsus Şəmkir rayonu, Kür qəsəbəsində yerləşən evində olmasını demişdir. O, Şahid1 onunla görüşmək istədiyini demişdir. Şahid1 onun təklifini qəbul etmişdir. O, taksi sifariş edib Gəncə şəhərindən Şəmkir rayonu, Kür qəsəbəsinə dostu Şahid1 yaşadığı evin yaxınlığında yerləşən «OBA» marketə gəlib orada spirtli içkilər və müxtəlif növ qida məhsulları alıb dsotu Şahid1 yaşadığı evə getmişdir. Şahid1 yaşadığı evdə Təqsirləndirilən şəxs və Şahid1la yeyib içdikdən sonra o, qohumu X1 yaşadığı evə getmək istədiyini, dostu Şahid1 yaşadığı evin qapısını bağlamamağını və geri qayıdacağını bildirmişdir. O, həmin tarixdə, saat 23 radələrində Şahid1 yaşadığı evdən çıxıb qohumu Bəhman Aslanovun yaşadığı evə qəsəbənin ara küçəsi ilə gedən zaman təxminən Təqsirləndirilən şəxs yaşadığı evin qarşısından keçərkən Təqsirləndirilən şəxs ona yaxınlaşaraq ondan hara getməsini soruşmuşdur. O, Təqsirləndirilən şəxs qəsəbə ərazisində yaşayan qohumu Bəhman Aslanovun yaşadığı evlərinə getməyini demişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs ona arvadı Şahid2 qısqanmasını bildirərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs bıçaqla onun qarın nahiyəsindən iki dəfə vuraraq ona xəsarət yetirmişdir. O, həmin vaxt özünü müdafiə etmək üçün Təqsirləndirilən şəxs sinə nahiyəsindən əli ilə bir dəfə vurub onu özündən uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yerə yıxılmışdır. Daha sonra Təqsirləndirilən şəxs arvadı Şahid2 səs-küyü eşidib küçəyə çıxıb onun yaralı olduğunu görüb uca səslə qışqırmağa başlamışdır. O, Şahid2 qorxmamasını bildirib X7 xidmətinin qaynar xəttinə zəng etməsini xahiş etmişdir. Lakin Təqsirləndirilən şəxs isə hadisə yerindən dərhal qaçmışdır. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları və Təcili Tibbi yardım xidmətinin tibb işçiləri gəlib orada ona ilkin tibbi yardım göstərdikdən sonra onu Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Həmin tarixdə Şəmkir rayon Mərkəzi xəstənasında həkimlər tərəfindən müayinə olunduqdan sonra qarın nahiyəsindən aldığı bıçaq xəsarətini tikib ona köməklik etmişlər. X3 barışaraq ona dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışıq əldə etmişdir ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 və Şahid1 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Kür qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Subaydır 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Təqsirləndirilən şəxs onun keçmiş əridir. Təqsirləndirilən şəxs ilə münasibəti əvvəllər yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Təqsirləndirilən şəxs ilə 2014cü ildə ailə həyatı qurmuşdur. Lakin 2022-ci ilin yay aylarından isə Təqsirləndirilən şəxs ilə ayrılmışdır. Təqsirləndirilən şəxs ayrılmağına səbəb isə əri Təqsirləndirilən şəxs ilə birgə yaşayış dövründə Təqsirləndirilən şəxs mütəmaddi olaraq spirtli içkilər qəbul edib sərxoş vəziyyətdə yaşadıqları evə gəlib narahadçılıq yaradırmış. 14 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evin qarşısında ucadan dava-dalaş səsləri gəlməsini eşidib küçəyə çıxan zaman sonradan adı ona Zərərçəkmiş şəxs kimi məlum olan şəxsin keçmiş əri Təqsirləndirilən şəxs ilə dalaşdıqlarını və əri Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaq xəsarəti yetirməsini bilmişdir. Lakin o, həmin vaxt qorxduğu üçün Təqsirləndirilən şəxs və Vüqar Rəslova yaxınlaşa bilməmiş və öz yaşadığı evə geri qayıdıb küçədən evə daxil olub qapını içəridən bağlamışdır. O, həmin vaxt uca səslə çığırıb köməyə küçə sakinlərini çağırmağa çalışmış, lakin həmin vaxt sutkanın gecə vaxtı olduğu üçün hadisə yerinə heç kim gəlməmişdir. Bir qədər sonra isə əri Təqsirləndirilən şəxs hadisə yerindən qaçmış və oraya polis əməkdaşları və tibb işçiləri gəlib Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasına aparmışlar. Şahid2 verilən sualları cavablandırarkən, 14 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurarkən sutkanın qaranlıq vaxtı olduğu üçün hadisə yerində başqa şəxslərin olmamasını bildirmişdir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Kür qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Zərərçəkmiş şəxs onun tanışı və Təqsirləndirilən şəxs isə iş yoldaşıdır. 14 sentyabr 2023-cü il tarixdə Şəmkir rayonu, Əliyaqublu kəndində istilik sistemində iş yoldaşı Təqsirləndirilən şəxs ilə birlikdə işlədikdən sonra Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində yerləşən ona məxsus fərdi yaşayış evinə gəlmişlər. O, tanışı Təqsirləndirilən şəxs ilə birlikdə özünə məxsus fərdi yaşayış evində spirtli içkilər qəbul edərək, yemək yeyən zaman tanışı Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, Şəmkir rayonu, Kür qəsəbəsi ərazisində olmasını bildirmişdir. O, Zərərçəkmiş şəxs öz yaşadığı evə dəvət etmişdir. Zərərçəkmiş şəxs həmin tarixdə, saat 22 radələrində onun yaşadığı ünvana əlində aldığı sok və sularla daxil olmuşdur. Təxminən onlar 01 saat yeyib içdikdən sonra Zərərçəkmiş şəxs onlara işinin olmasını və 01 sata müddətində geri qayıdacağını bildirərək, onun yaşadığı evdən çıxıb getmişdir. Həmin tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs ona yornuq olduğunu bildirərək, yaşadığı evdən çıxıb qəsəbə ərazisində yerləşən öz fərdi yaşayış evinə getmişdir. Daha sonra o, sərxoş vəziyyətdə olduğu üçün yataq otağına keçib yatmışdır. 15 sentyabr 2023cü il tarixdə, saat 04 radələrində Şəmkir rayon Polis şöbəsinin Kür Polis bölməsinin polis əməkdaşları onun yaşadığı ünvana gələrək, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirməsini bildirərək, Təqsirləndirilən şəxs onun yaşadığı ünvandan aparmışlar. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində ona məxsus fərdi yaşayış evindən çıxaraq öz yaşadığı evlərinə gedən zaman tanışı Zərərçəkmiş şəxs ona məxsus fərdi yaşayış evinə daxil olmasını və arvadı Şahid2 ilə söhbət etməsini görmüşdür. Lakin həmin vaxt Təqsirləndirilən şəxs arvadı Şahid2 Zərərçəkmiş şəxs qısqanması səbəbindən aralarında yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq ona xəsarət yetirməsini daha sonra qorxduğu üçün ona məxsus fərdi yaşayış evinə gəlib orada yatmasını bilmişdir. Cinayət işinin materiallarında olan 15 sentyabr 2023–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 18 sentyabr 2023–cü il tarixli, 1111 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–qarının ön divarının sol epiqastral nahiyənin və sol qalça tini nahiyəsinin kəsilmiş-deşilmiş yaraları İTİ kənarlı əşya ilə, ola bilsin ki, bıçaqla yetirilmişdir, yetirlmə müddəti 14 sentyabr 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nın Kür qəsəbə MTİS-nin rəisi Z.K.Bağırov tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 14 sentyabr 2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsinin ərazisində tanışı Zərərçəkmiş şəxs bir neçə dəqiqə əvvəl ümumi tanışları Şahid1 ilə birlikdə yemək yeyib spirtli içki qəbul etdikdən sonra qısa müddət ərzində məclisi tərk etdikdən sonra Zərərçəkmiş şəxs ardınca çıxaraq yaşadığı ev istiqamətində gedərək sonuncunun yaşadığı evin qarşısında dayanmasını görüb arvadı Şahid2 ilə sevgi münasibətlərinin olmasından şübhələnərək Zərərçəkmiş şəxsla sözlə mübahisə edən zaman sonuncunun onu əli ilə itələyib yerə yıxmasından hiddətlənərək şəxsi münasibətlər zəminində ondan qısas almaq niyyətilə üzərində daşıdığı istintaqa məlum olmayan mətbəxt baçağı ilə Zərərçəkmiş şəxs qarın hissəsindən iki dəfə zərbə vuraraq ona qarının ön divarının sol epiqastral nahiyənin və sol qalça tini nahiyəsinin kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan xəsarətlər yetirərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar