Məhkəmə qərarları › İş №1(076)-177/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-177/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-177/2025 18.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştiraklrı ilə, xx.xx.1989–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və həmin ünvanda həbs olunanadək yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 178.2.2 və 178.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ildə, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan, tanışı Zərərçəkmiş şəxs11 sonuncunun yaşadığı evin həyətində hər biri dişi cinsli olmaqla 2 yaşlı, hər birinin diri çəkiləri 45 kq, hər birinin təmiz ətlik çəkiləri 24 kq çəkisi olan xırdabuynuzlu heyvanları (qoyun), ümumilikdə 10 baş xırdabuynuzlu heyvanları ələ keçirib və yaxın müddət ərzində heyvanları ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs11 2300 (iki min üç yüz) manat məbləğində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs11 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin avqust ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs12 hər biri erkək cinsli olmaqla diri çəkiləri 50 kq, yaşı 6 aylıq olmaqla təmiz ətlik çəkiləri 27 kq çəkisi olan xırdabuynuzlu heyvanlar (qoç), hər biri dişi cinsli olmaqla 4 yaşlı, diri çəkiləri 50 kq, təmiz ətlik çəkiləri 27 kq xırdabuynuzlu heyvanları (qoyun), hər biri erkək cinsli olmqla 6 aylıq yaşı olan, diri çəkiləri 30 kq çəkisi olmaqla təmiz ətlik çəkiləri 24 kq çəkisi olan xırdabuynuzlu heyvanları (qoyun), ümumilikdə 2900 (iki min doqquz yüz) manat dəyərində olan 13 baş xırdabuynuzlu heyvanları ələ keçirib və yaxın müddət ərzində heyvanları ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu 2023-cü ilin sentyabr ayında qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs12 2900 (iki min doqquz yüz) manat məbləğində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs12 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin sentyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şəmkir rayon sakinləri, şəxsiyyətləri istintaqla müəyyən olmayan İlqar və Ramiz adlı şəxslərlə şərik olduğu hər biri erkək cinsli olmaqla yaşları 7 aylıq, ağ rəngli diri çəkiləri 45 kq çəkisi olan 60 (altmış) ədəd xırdabuynuzlu heyvanları sonuncuya məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fermada almış, həmin gün almış olduğu xırdabuynuzlu heyvanların dəyəri olan 15800 (on beş min səkkiz yüz) manat məbləğində pulunu Zərərçəkmiş şəxs3 etibarını qazanmaq məqsədilə nəğd şəkildə ona ödəmiş, bundan 3-4 gün sonra hər biri erkək cinsli olmaqla yaşları 7 aylıq, ağ rəngli diri çəkiləri 45 kq çəkisi olanümumilikdə həmin vaxt fermada qalmış 224 (iki yüz iyirmi dörd) baş xırdabuynuzlu heyvanlardan66 (altmış altı) ədədiniseçib götürməklə,aralarında olan razılaşmaya əsasən 20300 (iyirmi min üç yüz) manat pulun qarşılığında ələ keçirmiş, həmin məbləğin 10000 (on min) manatını Zərərçəkmiş şəxs3 ödəməklə, yenidən sonuncunun və onun şəriklərinin etibarını qazanmış, qalan 10300 (on min üç yüz) manatını isə bir neçə gün ərzində heyvanları ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb,vahid niyyətlə ümumilikdə Zərərçəkmiş şəxs3 10300 (on min üç yüz)manat məbləğində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz, Gədəbəy və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin sentyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs6 sonuncuya məxsus yaşayış evlərinin həyətində hər biri erkək cinsli, hər birinin diri çəkiləri 18 kq, qiyməti 122 manat olmaqla cəmi 140 baş xırdabuynuzlu heyvanları (keçi) 17000 (on yeddi min) manat pulun qarşılığında razılaşaraq almış,bundan 20 gün sonra Müdafiəçi1 etibarını qazanmaq məqsədilə borclu olduğu məbləğin 17 000 ( on yeddi min) manatını nəğd şəkildə ona ödəmiş, 2023-cü ilin sentyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində kəndində Müdafiəçi1 məxsus hər biri erkək cinsli, 7 aylıq olmaqla, ağ rəngli, hər birinin diri çəkisi 40 kq çəkisi olan 2 baş xıdabuynuzlu heyvanları (quzu), hər biri dişi cinsli, ağ rəngli olmaqla hər birinin diri çəkisi 45 kq çəkisi olan 8 baş xıdabuynuzlu heyvanları, ümumilikdə 10 baş 2200 (iki min əlli) manat dəyərində olan xırdabuynuzlu heyvanları ələ keçirib və yaxın müddət ərzində heyvanları Samux rayonunda yerləşən ət kəsimi məntəqəsinə satacağına söz verib, daha sonra 1550 manat pulunu qaytarıb, bundan sonra borclu olduğu 650 (altı yüz əlli) manat pulunu qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Müdafiəçi1 650 ( altı yüz əlli) manat məbləğində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxs Müdafiəçi1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 sonucuya məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fermada olan hər biri erkək cinsli, 1 yaşlı, hər biri sarı rəngli olmaqla 45 kq çəkisi olan 3 baş xırdabuynuzlu heyvanları (qoyun), hər biri dişi cinsli olmaqla 1 yaşlı, hər birinin diri çəkiləri 35 kq çəkisi olmaqla hər biri ağ rəngli, ümumilikdə 5200 (beş min iki yüz) manat dəyərində olanümumilikdə 30 (otuz) baş xırdabuynuzlu heyvanları (qoyunu)bir-bir alaraq özünə məxsus qəssəbxanada kəsərək satıb, pulunu vermək istəyi barədə fikrinə Zərərçəkmiş şəxs2 Rusiya Federasiyasiya getdiyi üçün özünə məxsus xırdabuynuzlu heyvanların hamısını birlikdə satmaq niyyətinin olması ilə əlaqədar rədd cavabı aldıqdan sonra, sonuncuya məxsus əmlakı aldatma yolu ilə ələ keçirtmək niyyəti ilə 2023-cü ilin sentyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Zərərçəkmiş şəxs2 fermasına gələrək orada müvəqqəti olaraq xırdabuynuzlu heyvanlara baxan Şahid2Zərərçəkmiş şəxs2 məxsus olan 30 (otuz) baş xırdabuynuzlu heyvanları sonuncu ilə razılaşıb aldığını bildirməkləaldadaraq inandırıb, istintaqa məlum olmayan “Qazel” markalı yük maşınına yükləyərək Zərərçəkmiş şəxs2 5200 (beş min iki yüz) manat dəyərində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs2 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şəmkir rayon sakinləri, şəxsiyyətləri istintaqla müəyyən olmayan İlqar və Ramiz adlı şəxslərlə şərik olduğu hər biri erkək cinsli olmaqla yaşları 7 aylıq, ağ rəngli diri çəkiləri 45 kq çəkisi olmaqla, ümumilikdə 17300 (on yeddi min üç yüz) manat dəyərində olan 60 (altmış) ədədxırdabuynuzlu heyvanları sonuncuya məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fermadaələ keçirib və yaxın müddət ərzində Samux rayonunda yerləşən ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu bir neçə günə qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs317300 (on yeddi min üç yüz) manatdəyərində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz, Gədəbəy və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdəŞəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs4 sonuncunun qardaşı Zərərçəkmiş şəxs5 ilə şərik olduğu hər biri dişi cinsli, hər biri 3 yaşlı olmaqla hər biri ağ rəngli, hər birinin diri çəkiləri 40 kq olmaqla, ümumilikdə 7000 (yeddi min) manat dəyərində olan 24 (iyirmi dörd) ədəd xırdabuynuzlu heyvanlarıət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıbələ keçirtmiş, bir neçəgündən sonra almış olduğu xırdabuynuzlu heyvanların (qoyun) pulunun bir hissəsi olan 3500 (üç min beş yüz) manatını Zərərçəkmiş şəxs4 etibarını qazanmaq məqsədilə nəğd şəkildə qardaşı Zərərçəkmiş şəxs5 ödəmiş, qalan 3500 (üç min beş yüz) manat məbğində əmlakını isə ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs7 hər biri dişi cinsli olmaqla hər biri 3 yaşlı, hər biri ağ rəngli, hər birinin 100 (bir yüz) dəyəri manat, diri çəkiləri 32 kqolmaqla, ümumilikdə 1800 (bir min səkkiz yüz) manat dəyərində olan 18 (on səkkiz) ədəd xırdabuynuzlu heyvanları (keçiləri) sonuncuya məxsus Şəmkir rayonu, Könüllü kəndindəyerləşən fərdi yaşayış evinin həyətində ələ keçirib və Samux rayonunda yerləşən ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu 15 gün müddət ərzində qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs7 1800 (bir min səkkiz yüz) manat dəyərində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz rayonunda yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs7 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayan Zərərçəkmiş şəxs3 sonuncunun tanışı Şəmkir rayon sakinləri, şəxsiyyətləri istintaqla müəyyən olmayan İlqar və Ramiz adlı şəxslərlə şərik olduğu hər biri erkək cinsli olmaqla yaşları 7 aylıq, ağ rəngli diri çəkiləri 45 kq çəkisi olmaqla, ümumilikdə 30400 (otuz min dörd yüz) manat dəyərində olan 98 (doxsan səkkiz) ədəd xırdabuynuzlu heyvanları sonuncuya məxsus Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fermada ələ keçirib və yaxın müddət ərzində Samux rayonunda yerləşən ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu bir neçə günə qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs3 30400 (otuz min dörd yüz) manatdəyərində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz, Gədəbəy və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs3 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ilin oktyabr ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs1 hər biri dişi cinsli olmaqla 7 aylıq, hər birinin qiyməti 160 (bir yüz altmış) manat, diri çəkiləri 14 kq olmaqla, ümumilikdə 9440 (doqquz min dörd yüz qırx) manat dəyərində olan 59 (əlli doqquz) ədəd xırdabuynuzlu heyvanları (keçiləri) sonuncuya məxsus Şəmkir rayonu, Könüllü kəndində yerləşən fərdi yaşayış evinin həyətində yerləşən tövlədəələ keçirib və Samux rayonunda yerləşən ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu 24 oktyabr 2023-cü il tarixədək müddət ərzində qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs1 9440 (doqquz min dörd yüz qırx) manat dəyərində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz rayonunda yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək Zərərçəkmiş şəxs1 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, heyvan alqı-satqısı ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs1 tanımamış, əvvəllərdə aralarında tanışlıq olmamışdır. Zərərçəkmiş şəxs1 Şəmkir rayonu, Könüllü kəndində yaşayan tanışı Elçinin vasitəsi ilə tanımış. Belə ki, o, Könüllü kənd sakini Elçindən xırdabuynuzlu heyvanlar satın almış və ona söz verdiyi vaxtda pulunu gətirib vermişdir. X8 rayonu, Könüllü kəndində 2023-cü il tarixdə yadında qalmayan ay və günündə söhbət edən zaman Müdafiəçi1 ona həmkəndlisi Zərərçəkmiş şəxs1 xırdabuynuzlu heyvanlar (keçi) olduğunu, həmin heyvanları kökəltmə saxladığını və satmaq istədiyini bildirmiş, 17 oktyabr 2023-cü il tarixdə saat 16 radələrində tanışı Elçinlə birlikdə Zərərçəkmiş şəxs1gilə getmiş, Zərərçəkmiş şəxs1 ona etibar edib özünə məxsus 59 baş xırdabuynuzlu heyvanları ona vermiş və o da Zərərçəkmiş şəxs1 bir həftə müddətində xırdabuynuzlu heyvanları satıb onun 9440 manat pulunu gətirib verəcəyinə vəd vermişdir. Xırdabuynuzlu heyvanları yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsinə evlərinin həyətinə aparmış, bir neçə gün sonra Zərərçəkmiş şəxs1 satın aldığı 59 baş xırdabuynuzlu heyvanları Tovuz rayon heyvan bazarına aparmış, həmin bazarda 59 baş xırdabuynuzlu heyvanların hər birini 130 manata, yəni aşağı qiymətə tanımadığı şəxslərə satmışdır. Zərərçəkmiş şəxs1 satın aldığı xırdabuynuzlu heyvanları satıb ümumilikdə 9100 manat pul əldə etmiş, həmin pulu borcu olduğu üçün borclarına vermişdir. Bundan başqa, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs2 tanıyır. 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs2lə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evlərinin yaxınlığında görüşüb söhbət edən zaman Nurlan ona özünə məxsus 30 baş xırdabuynuzlu heyvanları satıb Rusiya Federasiyasına getmək istədiyini və əlində 7000 manat pul olduğunu bildirmişdir.Zərərçəkmiş şəxs2 ona Rusiya Federasiyasına gedəcəyini və həmin 7000 manat pulu ona verməsini, onun hər həftə olaraq onun adına olan plastik kartına qazancından pul göndərməsini, o, pulu Zərərçəkmiş şəxs2 alandan sonra onun pulu ilə xırdabuynuzlu heyvanlar alıb satmış, hər həftədə olaraq onun adınaolan plastik kartına hər həftənin bazar günləri hissə-hissə olaraq 200 və 3000, elə olmuşdur ki, 400 manat pul köçürmüşdür. Zərərçəkmiş şəxs2 3 aydan sonra Rusiya Federasiyasından gələndən sonra onunla evlərinin qarşısında görüşüb ona 500 manat pul vermiş. X9 atası Şahid1 1 baş erkək cinsli heyvan vermiş ki, aparıb satsın və ona verdiyi 7000 manat puldan çıxsın. O, Zərərçəkmiş şəxs2 7000 manat pulundan 2000 manat hissəsini vermiş, onların arasında 5000 manat pul qalmışdır. Bundan başqa, barəsində şikayət edən Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, Zərərçəkmiş şəxs3 həmkədlisi Vahibin vasitəsi ilə tanımışdır. Zərərçəkmiş şəxs3 şərikləri Ramiz və Elfaqla birlikdə Yeni Həyat kəndində saxladıqları heyvanlara gedib baxmışlar. O, Zərərçəkmiş şəxs3 həmin xırdabuynuzlu heyvanları hansı qiymətlə ona satacağını soruşmuş, Zərərçəkmiş şəxs3 ona hər bir xırdabuynuzlu heyvanları diri çəkisi 1 kiloqramı 7 manatdan olmaqla satacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs3la razılaşmış və həmin heyvanları nisyə ala biləcəyini, həmin xırdabuynuzlu heyvanları Qarabağ zonasında yerləşən şirkətə satacağını və daha sonra isə onların pulunu bir həftə ərzində verə biləcəyinə söz vermişdir. O, Zərərçəkmiş şəxs3 söz vermiş ki, 284 baş xırdabuynuzlu heyvanları diri çəkisi 7 manat olmaqla nisyə satın alacağına və hər həftə satdığı heyvanların pulunu gətirib verəcəyinə söz vermişdir. Xırdabuynuzlu heyvanlara baxdıqdan sonra adlarını çəkdiyim şəxslərin yanında 60 baş xırdabuynuzlu heyvanları satın alacağını demiş, Zərərçəkmiş şəxs3 məxsus 284 baş xırdabuynuzlu heyvanların içərisindən 60 baş xırdabuynuzlu heyvanları seçərək satın alacağını və ona 15.800 AZN verəcəyini bildirmişdir. Onlar razılaşmışlar və xırdabuynuzlu heyvanların aparılması üçün Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan tanışı Səmədin oğlunun mobil nömrəsinə zəng edib özünə məxsus yük avtomobili ilə onun dediyi yerə gəlməsini bildirmiş, onun telefon zəngindən təxminən 30-40 dəqiqə sonra əvvəllər tanımadığı şəxs özünə məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə gəlmiş və Zərərçəkmiş şəxs3 satın aldığı 60 baş xırdabuynuzlu heyvanları yük avtomobilinə yığmışlar. Zərərçəkmiş şəxs3 15.800 manat pul vermiş, üzərindən təxminən 3-4 gün keçəndən sonra Zərərçəkmiş şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək ona Qarabağ ərazisində yerləşən işlədiyi şirkətə xırdabuynuzlu heyvanlar alağacını bildirib fermada olub-olmadığını soruşmuş, Zərərçəkmiş şəxs3 ona Şəmkir rayonu, Yeni Həyat kəndində yerləşən fermada olduğunu bildirmişdir. Telefon zənglərindən təxminən 30-40 dəqiqə sonra özünə məxsus “ VAZ 2106” markalı avtomobili ilə fermaya getmiş, həmin vaxt o, ora tək olaraq getmiş və yanında heç kim olmamışdır. Təxminən 20 dəqiqə sonra tanışı Vahib adlı şəxsdə onların yanına gəlmiş, birlikdə xırdabuynuzlu heyvanların olduğu saxlanc yerinə getmiş və Zərərçəkmiş şəxs3 ona satacağı xırdabuynuzlu heyvanlara baxmış və həmin xırdabuynuzlu heyvanlardan 66 baş xırdabuynuzlu heyvanları seçərək alacağını demişdir. Zərərçəkmiş şəxs3la qiymətdə razılaşaraq 66 baş xırdabuynuzlu heyvanları 20.300 AZN məbləğində ona vermiş, həmin vaxt o, Zərərçəkmiş şəxs3 bildirmiş ki, şirkət üçün almış olduğu xırdabuynuzlu heyvanların 10.000 manat hissəsini indi ödəyəcək, qalan 10.300 manat hissəsini isə heyvanları şirkətə təhvil verəndən sonra bir neçə gün ərzində gətirib 10.300 manat pulu verəcəyinə vəd vermişdir. X4 zəng edərək “Ateko” markalı yük avtomobili ilə onun dediyi yerə gəlməsini bildirmişdir. Təxminən 20-25 dəqiqə sonra “Mersedes Ateko” markalı yük avtomobilinə yükləyərək aparmışdır. Təxminən bir həftə sonra o, Zərərçəkmiş şəxs3 yenə istifadəsində olan mobil nömrəsinə zəng edərək ona görüşümələrini bildirmiş, Zərərçəkmiş şəxs3 ona fermada olduğunu bildirib həmin yerə gəlməsini demişdir. Telefon zəngindən sonra yenə özünə məxsus “VAZ 2106” markalı avomobili ilə onun yanına getmiş, Zərərçəkmiş şəxs3 bildirmiş ki, Qarabağ ərazisində işlədiyi şirkətə xırdabuynuzlu heyvanlar lazımdır və ona 60 baş kök xırdabuynuzlu heyvanlar satmağını demişdir. Zərərçəkmiş şəxs3 keçən dəfə götürüdüyü xırdabuynuzlu heyvanlardan 10.300 manat qaldığını və ona nə vaxt verəcəyini soruşan zaman o, hazırda verəcəyi 60 baş xırdabuynuzlu heyvanları aparacağını və şirkətə təhvil verəndən sonra gətirib həm 10.300 manatı və sonuncu dəfə götürdüyü 17.300 manat pulu birlikdə verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs3 onunla razılaşmış və ona inanmşdır. Ondan 2023-cü ilin yadında qalmayan günündə 60 baş xırdabuynuzlu heyvanları nisyə olaraq və ona vəd verək Səmədin oğluna məxsus “Mersedes Ateko” markalı yük avtomobilinə yığaraq aparmışdır. Zərərçəkmiş şəxs3 ona hər iki gündən bir mobil telefon nömrəsinə zəng edən zaman telefonda ona şirkətdən pulunu ala bilməmiş, alan kimi gətirib apardığı heyvanların pulunu verəcəyini bildirmişdir. Təxminən 7-8 gün sonra o, Zərərçəkmiş şəxs3 yenə onun istifadəsində olan mobil nömrəsinə zəng edərək 98 baş xırdabuynuzlu heyvanlar lazım olduğunu, işlədiyi Qarabağ ərazisində yerləşən şirkətə verəcəyini, köhnədən apardığı xırdabuynuzlu heyvanların pulunu gətirib verəcəyini demiş və ona xırdabuynuzlu heyvanlar verməsini bildirmişdir. Zərərçəkmiş şəxs3 Yeni Həyat kəndində yerləşən fermada olduğunu bildirib həmin yerə gəlməsini demiş, təxminən onunla telefon danışığından 20 dəqiqə sonraonun yanına getmiş, Zərərçəkmiş şəxs3 Qarabağ ərazisində işlədiyi şirkətdən ikinci və üçüncü dəfə almış olduğu heyvanların pulunu hazırda şirkətdən ala bilmədiyini, əgər ona 98 baş xırdabuynuzlu heyvanlar verərsə aparıb həmin heyvanları şirkətə verəcəyini və köhnədən olan və hazırda aparacağı 98 baş xırdabuynuzlu heyvanların pulunu alıb hamısını birlikdə gətirib köhnədən qalan 27,600 manat pulunu və hazırda aldığı 98 baş heyvanların 30.400 manat hissəsini verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs3 ona inanaraq etibar etmiş və ona 98 baş xırdabuynuzlu heyvanları 30.400 manat məbləğində nisyə olaraq vermişdir. Yenədə tanışı Səmədin oğlu İsmixana zəng edərək özünə məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə gəlməsini, xıdabuynuzlu heyvanlar olduğunu və həmin 98 baş xırdabuynuzlu heyvanları yığaraq aparmağını bildirmişdir. Zərərçəkmiş şəxs3 üzərindən bir neçə gün keçmişdir ki, ona zəng etmiş və pulunu gətirib verəcəyini deyən zaman ona müxtəlif bəhanələr gətirərək ondan nisyə olaraq apardığı xırdabuynuzlu heyvanları Qarabağ ərazisində yerləşən şirkətə verdiyini, hələ pulunu ala bilmədiyini bildirib yaxın vaxtda gətirib verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs3 hazırda onun 25 000 manat pul ödəmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs8 tanıyır, onunla münasibətləri yaxşı olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs8la tanışlığı belə olub ki, onunla neçə dəfələrlə heyvan bazarında heyvan alqı-satqısı ilə məşğul olmuş və neçə dəfələrlə ona satmaq üçün heyvan tapmışdır. Zərərçəkmiş şəxs8 ona tapdığı heyvanların üzərindən ona hər dəfəsində 100 manat pul vermiş, 2023-cü ilin sentyabr ayında Zərərçəkmiş şəxs8la Şəmkir rayonu, Qarıqocalı kəndində yerləşən ata yurdunda onunla görüşmüş, onunla söhbət edən zaman Zərərçəkmiş şəxs8 ona özünə məxsus 168 baş xırdabuynuzlu heyvanları heyvan bazarına aparıb satacağını bildirmişdir. Zərərçəkmiş şəxs8 həmin hevanları aparıb satmamasını və ona satmasını demiş, Zərərçəkmiş şəxs8 onunla razılaşmış və 168 baş xırdabuynuzlu heyvanları (keçi) ümumilikdə 26.700 manata satacağını demiş, ona heyvanlara baxmasını və gördükdən sonra qiymətdə razılaşacaqlarını demişdir. Onunla birlikdə ata yurdunda yerləşən fermasında ona məxsus 168 baş xırdabuynuzlu heyvanlara (keçilərə) baxmış və həmin heyvanlar onun xoşuna gəlmişdir. Zərərçəkmiş şəxs8 söz vermiş ki, ona məxsus 68 baş keçiləri nisyə olaraq 26.700 manata ona verməsini, həmin xırdabuynuzlu heyvanları ət kəsimi məntəqəsinə aparıb verəcəyini, xırdabuynuzlu heyvanları verdiyi məntəqədən pulu alandan sonra gətirib onun pulunu verəcəyinə söz vermişdir. Ona 2023-cü ilin sentyabr ayının 21-dək gətirib pulunu verəcəyini demiş, ondan xırdabuynuzlu heyvanları almış və həmkəndlisi Səmədin oğlu İsmixanın mobil nömrəsinə zəng edərək özünə məxsus “Mersedes Benz ATEKO” markalı yük avtomobili ilə Zərərçəkmiş şəxs8gilə gəlməsini və ondan aldığı 168 baş xırdabuynuzlu heyvanları Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evlərinə aparmasını bildirmiş, Zərərçəkmiş şəxs8 satın aldığı 168 baş xırdabuynuzlu heyvanları Bərdə rayon heyvan bazarına aparıb tanımadığı şəxslərə hissə-hissə olaraq dəyərindən aşağı qiymətə satmışdır. Əldə etdiyi pulu başqa şəxslərə borcu olduğu üçün aparıb borcuna vermişdir. Zərərçəkmiş şəxs8 onun istifadəsində olan mobil nömrəsinə neçə dəfələrlə zəng edərək onunla danışmış, Zərərçəkmiş şəxs8 söz verdiyi müddətdə pulunu verə bilmədiyini bildirib yaxın vaxtda 26.700 manat pulu düzəldib verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs8 7200 manat pul vermiş, qalıq isə 19.500 manat pul borcu qalmışdır. Bundan başqa, Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs5 tanıyır. Onu Şəmkir rayonu, Könüllü kənd sakini Zərərçəkmiş şəxs7 vasitəsi ilə tanımışdır. 2023-cü ilin oktyabr ayında Zərərçəkmiş şəxs5lə Şəmkir rayonu, Könüllü kəndində görüşmüş, Elsevərin qardaşı Zərərçəkmiş şəxs4lə birlikdə şərik saxladığı 24 baş xırda buynuzlu heyvanlara baxmış və həmin heyvanlar kök olduğu üçün almaq qərarına gəlmişdir. Elsevərə onlara məxsus 24 baş xırda buynuzlu heyvanları ona nisyə olaraq satmasını, həmin xırdabuynuzlu heyvanları aparıb işlədiyi ət kəsimi məntəqəsinə verəcəyini, heyvanları verdikdən sonra özünə məxsus olan plastik kartına pul köçürüləcəyini, sonra gətirib onların pulunu verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs5 dediyi elə bir ət kəsimi məntəqəsi olmamış, onun inanması və etibar etməsi üçün elə sözlər demişdir. Xırdabuynuzlu heyvanları aldığı gündən 20 gün keçəndən sonra Zərərçəkmiş şəxs5 gətirib 4500 manat pulu evlərində vermiş, onların aralarında 2500 manat pul qalmış və həmin pulu iki gündən sonra, məntəqənin kartına pul köçürüləndən sonra gətirib verəcəyini bildirdmişdir. Lakin o, Elsevərə söz verdiyi müddətdə gətirib onun 2500 manat pulu verə bilməmiş, Zərərçəkmiş şəxs5 neçə dəfələrlə ona zəng edib pulunu istəməsinə baxmayaraq pul olmadığı üçün onun pulunu söz verdiyi müddətdə verə bilməmişdir. Sonradan eşitmiş ki, Zərərçəkmiş şəxs5 və qardaşı Zərərçəkmiş şəxs4 onun barəsində Şəmkir rayon polis şöbəsinə şikayət ediblər. Ondan aldığı xırda buynuzlu heyvanları tanışı Aynura məxsus “Qazel” markalı yük avtomobili ilə 150 manat qarşılığında Tovuz rayonu ərazisində yerləşən heyvan bazarında tanımadığı şəxslərə dəyərindən aşağı qiymətə satmış, əldə etdiyi pulu borclu olduğu şəxslər olmuş, onların borclarını vermişdir. Bundan başqa, Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs6 tanıyır. Onunla əvvəllər aralarında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Müdafiəçi1 onun heyvan alqı-satqısı ilə məşğul olduğunu bilmiş, 2023-cü ilin sentyabr ayında heyvan almaq məqsədi ilə onlara getmiş, ona Samux rayonunda yerləşən ət kəsimi və satqısı şirkəti olduğunu, həmin ət kəsimi və satqısı şirkəti ilə əlbir işlədiyini, ondan alacağ heyvanları aparıb həmin ət kəsimi şirkətinə verəcəyini və dediyi vaxtda gətirib pulunu verəcəyinə söz vermişdir. Onunla bu barədə söhbət etdikdən sonra onun inancı yaranmış və özünə məxsus heyvanları ona satmaq qərarına gəlmişdir. Ona məxsus 140 baş heyvanlara (keçi) baxaraq həmin heyvanların şəklini çəkmiş və kiməsə göndərəcəyini bildirib bir qədər kənarlaşmışdır. Təxminən bir neçə dəqiqdən sonra onların yanına gəlib heyvanların şəklini dediyi adama göndərdiyini və xoşlarına gəldiyini bildirmişdir. O, 140 baş xırda xırdabuynuzlu heyvanları 17.000 manata razılaşmış və 20 gün müddətində gətirib pulunu verəcəyi barədə söz vermişdir. Müdafiəçi1 ona inandığı və ona 140 baş xırdabuynuzlu heyvanları özü ilə gətirdiyi tanışı Aynur Elman oğluna məxsus “Qazel” markalı yük avtomobilinin arxa yük yerinə yerləşdirib aparmışdır. Üzərindən 20 gün keçdikdən sonra o, onlara gəlib evlərinin həyətində 10.000 manat pul vermiş, üzərindən iki gün keçdikdən sonra o, həmin 17.000 manat puldan gətirib evlərində 4000 manat yenə pul vermişdir. Sonra həmin gündən iki gün sonra ona 2000 manat yenə pul vermiş, O, 09 baş xırdabuynuzlu ( quzu) heyvanlar saxlamış, 2023-cü ilin sentyabr ayında ona zəng edib yaşadığı kənddə olduğunu və heyvan almağa gələcəyini bildirmişdir. Ona xırdabuynuzlu heyvanları varsa ona satmağı bildirmiş, Müdafiəçi1 ona 9 baş quzusu olduğunu bildirmiş, ona zəng etdiyi günün səhəri gəlib aparacağını və satmamasını bildirmişir. Onunla telefonla danışığının günün axşamı onlara getmiş və həmin heyvanları Samux rayonunda yerləşən ət kəsimi şirkətinə verəcəyini bildirib ona satmasını demişdir. Halbu ki, Samux rayonunda elə bir şirkət olmamış, ona məxsus heyvanlara baxmağını, əgər xoşuna gələrsə heyvanları alacağını demişdir. O, Müdafiəçi1 məxsus 9 baş xırdabuynuzlu heyvanlara gəlib evin həyətində yerləşən saxlanc yerində baxmış və xoşuna gəldiyini bildirib almaq istədiyini demişdir. Onunla 9 baş xırdabuynuzlu heyvanların hər birini 210 manata razılaşmış və ona 2050 manat pul verəcəyini bildirmişdir Müdafiəçi1 bildirmiş ki, 9 baş xırdabuynuzlu heyvanları ondan alıb həmin günün səhəri pulunu verəcəyini demiş, o, özünə məxsus 9 baş xırdabuynuzlu heyvanları ona satmış və gəldiyi Aynur Elman oğluna məxsus “Qazel” markalı yük avtomobilinə yükləyib heyvanları aparmışdır. O, ona söz verdiyi müddətdə pul verə bilməmiş, Onun istifadəsində olan mobil nömrəsinə zəng etməsinə baxmayaraq ona müxtəlif günlərdə söz vermiş ki, pulunu gətirib verəcək, lakin söz verdiyi müddətdə Müdafiəçi1 olan pulunu gətirib verə bilməmişdir. Ondan aldığı xırda buynuzlu heyvanları tanışı Səmədin oğluna məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə 150 manat qarşılığında Bərdə rayonu ərazisində yerləşən heyvan bazarında tanımadığı şəxsə heyvanın dəyərindən aşağı qiymətə satmış, əldə etdiyi pulu borclu olduğu digər şəxsə vermişdir. Zərərçəkmiş şəxs6 borcunun müəyyən hissəsini ödəmiş, qalıq ona borcu 650 manat pul qalmışdır. Bundan başqa, Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs7 tanıyır.Zərərçəkmiş şəxs7la onun arasında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətimiz yaxşı olmuş aralarında heyvan alqı-satqısı olmuşdur. Zərərçəkmiş şəxs7 onun heyvan alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bilmişdir. O, tez-tez onun yaşadığı kəndə gedərək başqa şəxslərdən heyvan alıb aparır və gətirib həmin şəxslərin pullarını vermişdir. Zərərçəkmiş şəxs7 özünə məxsus 26 baş xırdabuynuzlu heyvan (keçi) saxlaması barədə məlumatı olmuş, 2023-cü ilin oktyabr ayında o, Zərərçəkmiş şəxs7 istifadəsində olan tam dəqiq yadında qalmayan mobil nömrəsinə zəng edib ona heyvanı varsa ona satmasını demişdir. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan gündə Zərərçəkmiş şəxs7gilə getmiş, həmin vaxt o, dostu Aynur Elman oğlu ilə birlikdə getmiş, Onunla 2023-cü ilin oktyabr ayında yaşadığı Könüllü kəndində yerləşən evlərinin həyətində görüşmüş və ona satacağı xırdabuynuzlu heyvanlar barəsində söhbət edib həmin heyvanları ona nisyə şəkildə verməsini və yaxın 15 gün müddətdə pulunu gətirib verəcəyini bildirmişdir. Ona hətta bildirmiş ki, ət kəsimi şirkətində işləyir, həmin heyvanları həmin şirkətin vasitəsi ilə Qarabağ ərazisində işləyən işçilərə göndərəcəyini, şirkət tərəfindən onun kartına pul mədaxil olandan sonra gətirib verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs7 onunla razılaşmış və 20 baş xırdabuynuzlu (keçi) heyvanları hər birini 100 manat olmaqla ona nisyə olaraq satmışdır. Coşqaun Sadıqova yenə bildirmiş ki, yaxın 15 gün müddətdə gətirib pulunu verəcək və narahat olmasın. Üzərindən 15 gün keçdikdən sonra istifadəsində olan mobil nömrəsinə zəng edib ondan aldığı 20 baş xırdabuynuzlu heyvanların pulunu gətirib verməsini bildirmiş, O Coşqaun Sadıqova müxtəlif bəhanələr gətirməyə başlamış, telefonu bağladmışdır. Sonradan məlumatı olmuş ki, Zərərçəkmiş şəxs7 Şəmkir rayon polis şöbəsinə ərizə ilə müraciət edib.Zərərçəkmiş şəxs7 aldığı 20 baş xırda buynuzlu heyvanları Şəmkir rayonu,Çinarlı qəsəbəsində yaşayan Aynura məxsus “Qazel” markalı yük avtomobili ilə Tovuz rayonu ərazisində yerləşən heyvan bazarına aparmış və heyvan bazarında tanımadığı şəxslərə dəyərindən aşağı qiymətlərlə satmışdır. Onun Zərərçəkmiş şəxs7 2000 manat pul verəcəyi olmuş, onun 250 manat pulunu ödəmiş, qalıq isə aralarında 1750 manat pul borcu qalmışdır.Bundan başqa, Zərərçəkmiş şəxs10 tanıyır, onunla aralarında münasibətləri yaxşı olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. Onunla tanışlığı 2023-cü ildən yaranmışdır. 2023-cü ilin yadında qalmayan ayında Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs10la mobil telefonla əlaqə saxlayaraq onlara gələcəyini bildirmişdir. O, özünə məxsus “VAZ 2106” markalı, lakin dövlət qeydiyyat nişanlı göy rəngli avtomobillə onlara getmiş, onunla görüşmüş və hal əhval edərək evlərinin həyətində olan stolda əyləşərək söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Zərərçəkmiş şəxs10 demiş ki, ona 3500 manat pul versin, həmin pulun üzərinə özüdə pul əlavə edib heyvan alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcəkdir Həmin qazancının əlli faizini ona verəcəyinə söz vermişdir. Həmin vaxt Zərərçəkmiş şəxs10 ona 3500 manat pulunun olduğunu bildirib evdən 3500 manat pulu götürüb gətirib evlərinin həyətində ona vermişdir. Pulu verən zaman yanlarında Zərərçəkmiş şəxs10 arvadı İmleyla Namazovda olmuşdur. Ondan pulu alan zaman ona vəd vermiş ki, həmin pulla xırdabyunuzlu və iribuynuzlu heyvanlar alacaq, heyvanlardan əldə etdiyi qazancının yarı hissəsini ona verəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs10 3500 manat pulu alandan sonra gəldiyi özünə məxsus “VAZ 2106” markalı avtomobillə əyləşərək çıxıb getmişdir. 2023-cü ilin yadında qalmayan günündə eyni şərtlərlə o, Zərərçəkmiş şəxs10 2000 AZN götürmüşdür.Zərərçəkmiş şəxs10 aldatrmaq fikri olmamış, onunla arasında borc mübahisəsi olmuşdur, belə ki, Zərərçəkmiş şəxs10la iş qurmaq istəmiş sonradan ziyana düşdüyündən sonuncuya pulu qaytara bilməmişdir. Bundan başqa, Zərərçəkmiş şəxs12 tanıyır, onunla aralarında münasibətləri yaxşı olmuş, heç bir narazılıqları və ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs12la 2023-cü ilin avqust ayının yadında qalmayan günündə onunla yaşadığı Aşağı Seyfəli kəndi ərazisində görüşmüş və Qabil ona 12 baş xırdabuynuzlu heyvanları satmaq istədiyini, əgər almaq istəyirsə onlara gəlməyi xahiş etdmişdir. O, onunla danışığının üzərindən bir gün keçəndən sonra Qabilin istifadəsində olan mobil nömrəsinə zəng edərək onlara gələcəyini və xırdabuynuzlu heyvanlara baxacağını demişdir. Zərərçəkmiş şəxs12 ona evdə olduğunu bildirib gəlməsini demişdir. Telefon danışığının üzərindən təxminən 30-40 dəqiqə keçəndən sonra o, onlara getmişdir. Həmin vaxt onlara tək olaraq getmişdir. Ona satacağı xırdabuynuzlu heyvanları ona göstərməsini demişdir. Onu xırdabuynuzlu heyvanların olduğu tövləyə aparmış və o, heyvanlara baxmış, bəyənərək alacağını demişdir. Onunla 12 baş xırdabuynuzlu heyvanların qiyməti barədə söhbət etməyə başlamış, ona heyvanları 2900 manat məbləğində satacağını bildirmişdir. O onunla razılaşmış, ona bildirmiş ki, ondan aldığı xırdabuynuzlu heyvanları ət kəsimi məntəqəsinə verəcək, həmin məntəqədən pulu alandan sonra onun pulunu gəitib verəcəyinə söz vermişdir. O, həmin vaxt Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Elman Sultan oğlunun mobil nömrəsinə zəng edərək özünə məxsus “Qazel” markalı yük avtomobili ilə gəlməsini və xırdabuynuzlu heyvanları aparmaqlarını bildirmişdir. Təxminən 30-40 dəqiqə sonra Elman Sultan oğlu onun zəngi əsasında Zərərçəkmiş şəxs12gilə gəlmiş və özünə məxsus “QAZEL” markalı yük avtomobilinə yığaraq aparmışdır. Zərərçəkmiş şəxs12 almış olduğu xırdabuynuzlu heyvanları almış olduğu qiymətdən aşağı qiymətə satıb geri qayıtmışdır. Zərərçəkmiş şəxs12 onu 2023-cü ilin sentyabr 30-dək olan müddəti gözləmiş, lakin ona zəng etməmişdir Sonradan imkanı olmadığından sonuncunun pulunu verə bilməmişdir. Onun hal hazırda Zərərçəkmiş şəxs12 2500 manat borc var. Bundan başqa, Zərərçəkmiş şəxs11 tanıyır, onunla aralarında əvvəllər heç bir narazılıqları olmamışdır. O, heyvan alqı satqısı ilə məşğul olduğu üçün məlumatı olmuş ki, Zərərçəkmiş şəxs11 10 baş xırdabuynuzlu heyvanlar satmaq istəyir. Onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək xırdabuynuzlu heyvanlar satmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs11 ona evdə olduğunu bildirmiş və gəlməsini ona demişdir. Təxminən onunla telefon danışığından 30 dəqiqə sonra Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evlərinə getmiş, onunla görüşərək ona satacağı 10 baş xırdabuynuzlu heyvanlara baxmaq istədiyini demişdir. Zərərçəkmiş şəxs11 onu özü ilə heyvanlar olan tövləyə aparmış və o, Zərərçəkmiş şəxs11 məxsus heyvanlara baxmışdır. Ona bildirmiş ki, ondan aldığı xırdabuynuzlu heyvanları ət kəsimi məntəqəsi olduğunu, ondan 10 baş xırdabuynuzlu heyvanları nisyə alıb aparıb ət kəsimi məntəqəsinə verəcəyinbi, həmin məntəqədən pulu alandan sonra gətirib onun pulunu verəcəyini bildirmişdir. O, yaşadığı kənd sakinlərindən xırdabuynuzlu heyvanlar alıb gətirib onların pulunu verməsinə barədə onun məlumatı olduğu üçün ona tam inanmış və etibar etmişdir. O, Loöman Bağırova heyvanları hansı qiymətə satacağını soruşandan sonra hər bir xırdabuynuzlu heyvanların birini 280 manat məbləğində satacağını bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs11 həmin xırdabuynuzlu heyvanların hər birini 230 manat məbləğində alacağını bildirmişdir. O, Zərərçəkmiş şəxs11 söz vermişdir ki, ondan aldığı heyvanların pulunu 10 gün müddətində gətirib verəcək. Loğman Mahmudovdan aldığı heyvanları Aynur adlı tanışına məxsus “Qazel” markalı yük avtomobilinə yığaraq Tovuz rayonu ərazisində yerləşən heyvan bazarına aparmış və heyvan bazarında ucuz qiymətə satmışdır. Bundan başqa, 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan günündə Zərərçəkmiş şəxs1 Şəmkir rayonu, Könüllü kəndində öz evlərində 59 baş xıdabuynuzlu heyvanları ət kəsimi məntəqəsinə verəcəyi və həmin xırdabuynuzlu heyvanların pulunu məntəqədən alandan sonra gətirib verəcəyinə vəd vermişdir. Zərərçəkmiş şəxs1 59 baş xırdabuynuzlu heyvanlar (keçi) almışdır. Bundan başqa Zərərçəkmiş şəxs2 tanıyır, sonuncu özü ona 2023-cü il tarixdə 7000 manat pulu verərək həmin pulu istifadə etməsini və həmin puldan əldə olunan qazancından onun hər bazar günü pulunu verməsini demişdir. O, Zərərçəkmiş şəxs2 fikri ilə razı olmuş, ondan 7000 manat pulu qazanc əldə etmək və əldə olunan qazancından onun hər bazar günləri pulunu vermək şərti ilə götürmüşdür. Pulu Zərərçəkmiş şəxs2 götürəndən sonra hər bazar günləri onun adına olan plastik kartına hissə-hissə olaraq ümumilikdə 1800 manat pul köçürmüşdür. Həmin 1800 manat pul əsas məbləğ olan 7000 manat pula aidiyyəti olmamış və o Zərərçəkmiş şəxs2 qazancından vermişdir. Zərərçəkmiş şəxs2 7000 AZN pulu qazanc əldə edib bölmək şərti ilə alan zaman yanlarında heç kim olmamışdır. Zərərçəkmiş şəxs2 özü ona 2023-cü il tarixdə 7000 manat pulu özü ona verərək həmin pulu istifadə etməsini və həmin puldan əldə olunan qazancından onun hər bazar günü pulunu verməsini demişdir. Zərərçəkmiş şəxs2 hazırda 5200 manat verəcəyi vardır. Zərərçəkmiş şəxs3 istintaq zamanı 25 000 manat ziyan ödəmişdir. Zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs9 tanımır, Kazımdan xırdabuynuzlu heyvan almış və Kazıma onların pulunu ödəməmişdir.Kazıma 19972 manat borcu vardır. Ələmdarın ola bilsin ki, xırdabuynuzlu heyvanları Kazım tərəfindən baxılırdı. Həmin məsələyə görə məhkəmənin qətnaməsi vardır. Bildirir ki, zərərçəkmiş şəxsləri aldatmaq fikri olmamışdır, borcları çox olduğundan, ziyana düşdüyündən aldığı xırdabuynuzlu heyvanların pulunu sahiblərinə ödəyə bilməmişdir. Qazandığı pulları borclarına vermiş və zərərçəkmiş şəxslərə də borcları yaranmışdır. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərdən üzr istəmişdir, dəymiş ziyanı ödəməyə maddi imkanı yoxdur, himayəsində özünün iki və bacısının iki olmaqla 4 uşaq var, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, aralarında normal münasibətlər olmuş, ədavət, narazılıqları olmamışdır. 2023-cü ilin sentyabr ayında ölkə xaricinə getmək istəməsi əlaqədar özünə məxsus 30 baş xırdabuynuzlu heyvanları satmaq fikrinə düşmüş, Təqsirləndirilən şəxs də bunu eşidib onun yanıma gələrək ona hər gün 1 (bir) baş xırdabuynuzlu heyvanları ondan alıb aparıb işlətdiyi qəssabxanasında kəsib sata biləcəyini təklif etmiş, o da onunla razılaşmayaraq özünə məxsus 30 baş xırdabuynuzlu heyvanların hamısını birlikdə satmaq istədiyini ona demiş və o, çıxıb getmişdir. Təxminən 2-3 gün sonra isə Təqsirləndirilən şəxs onun xəbəri olmadan xırdabuynuzlu heyvanlarına nəzarət edən Ruslan Natiq oğlunun yanına getmiş və ona guya onun məlumatının olduğunu, onunla danışdığını və onun razılığı ilə xırdabuynuzlu heyvanları alıb kəsməyə aparacağını, xırdabuynuzlu heyvanların qiymətini onunla danışdığını bildirib Ruslanı aldatmışdır. Ruslanda həmin vaxt ona inanaraq heçnə deməmiş və ona zəng çatmadığı üçün ona inanıb heyvanları ona vermiş və Taleh də ona məxsus 30 baş xırdabuynuzlu heyvanları aparmışdır. O da həmin gün 2 saat sonra alıcı ilə birlikdə heyvanları satmaq üçün fermaya getdikdə heyvanların orada olmadığını görmüş və Ruslana ona məxsus 30 baş xırdabuynuzlu heyvanların harada olduğunu Ruslandan soruşan zaman ona bildirmiş ki, Təqsirləndirilən şəxs o fermada olmayan zaman yanına gəlmiş, ona guya onun məlumatının olduğunu və heyvanların qiymətini onunla danışdığını və onun məlumatı əsasında xırdabuynuzlu heyvanları aparacağını bildirib “Qazel” markalı yük avtomobilinə yığaraq aparmışdır. O da Talehin onu aldatdığını və heyvanlarını dələduzluq yolu ilə ələ keçirdiyini başa düşmüşdür. Heyvanlarının ümumi dəyəri 5200 manat olmuş və Taleh ona 5200 manat maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona vurmuş olduğu 5200 manat ziyanlığın heç bir hissəsini ödəməmişdir. Hazırda ona dəymiş ziyanla bağlı Talehdən heç bir şikayəti yoxdur, onunla barışmışdır. Məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır. Onunla əvvəllər aramızda heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs heyvan alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bilmişdir. O, tez-tez yaşadıqları kəndə gələrək həmkəndlilərindən xırdabuynuzlu və iribuynuzlu heyvanlar alıb aparmışdır. Özünə məxsus 26 baş xırdabuynuzlu heyvanları (keçi) olmuş, O, həmin xırdabuynuzlu heyvanlara yem çatdıra bilmədiyi üçün 18 baş hissəsini satmaq qərarına gəlmişdir. Özünə məxsus xıdabuynuzlu heyvanları satacağı barədə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Teleh Əsgərovun məlumatı olmuşdur. 2023-cü ilin oktyabr ayında Təqsirləndirilən şəxs istifadəsində olan tam dəqiq yadında qalmayan mobil nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib xırdabuynuzlu heyvanlarını satacağı barədə məlumatı olduğunu və onunla görüşüb həmin xırdabuynuzlu hevanlara baxmaq istədiyini, almaq fikrində olduğunu bildirmişdir. Ona telefonda istəyirsə gəlib baxmasını demişdir. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan gündə Təqsirləndirilən şəxs onlara gəlmiş, həmin vaxt o, adını bilmədiyi iki nəfər şəxslə onlara gəlmişdir.Onunla xırdabuynuzlu heyvanlar barəsində söhbət edib həmin heyvanları ona nisyə şəkildə verməsini, həmin heyvanları aparıb ət kəsimi məntəqəsinə verəcəyini, həmin məntəqədən verdiyi heyvanların pulunu alandan sonra yaxın 15 gün müddətdə pulunu gətirib verəcəyinə söz vermişdir. O Talehin sözünə inanmış və ona etibar etmişdir.O Təqsirləndirilən şəxsla razılaşmış və 18 baş xırdabuynuzlu (keçi) heyvanların hər birini 100 manat olmaqla nisyə ona satmışdır. Təqsirləndirilən şəxs yenə ona yaxın 15 gün müddətdə gətirib pulunu verəcəyinə və narahat olmamasını bildirmişdir. Üzərindən 15 gün keçdikdən sonra Təqsirləndirilən şəxs mobil nömrəsinə zəng edib ondan aldığı 18 baş xırdabuynuzlu heyvanların pulunu gətirib verməsini bildirmişdir. Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək onu aldatmağa başlamış, belə ki, ona məntəqədən pulu almadığını bildirmişdir. O, neçə dəfələrlə onunla telefon əlaqəsi saxlamağına baxmayaraq Taleh ona yenədə müxtəlif bəhanələr gətirərək pulu verməkdən yayınmağa başlamışdır. Sonadan ona Təqsirləndirilən şəxs ondan aldığı 18 baş xırdabuynuzlu heyvanları Tovuz rayonu ərazisində yerləşən heyvan bazarında ucuz qiymətə satması məlum olmuşdur. Təqsirləndirilən şəxs satdığı 18 baş xırdabuynuzlu heyvanların (keçi) hər biri dişi cinsli olmuşdur. Təqsirləndirilən şəxs ondan 18 baş xırdabuynuzlu heyvanları alan zaman yanlarında onun zəngi əsasında gələn yük avtomobilinin adını bilmədiyi sürücüsü olmuşdur.Hazırda ona dəymiş zərər ödənilməmişdir. Son olaraq ona 1800 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri və heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri yaxşı olmuş, aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. O, Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanların alqı satqısı ilə məşğul oduğunu əvvəlcədən bilmişdir.Özünə məxsus Şəmkir rayonu, Seyfəli kəndi ərazisində ferması var. 2023-cü ilin dəqiq yadında qalmayan ay və günündə tanışı Zərərçəkmiş şəxs9la Şəmkir rayonu, Seyfəli kəndində yerləşən yaşadığı evdə görüşüb belə qərara gəlmişlər ki, xırdabuynuzlu heyvanlar satın alıb şərik saxlasaınlar, sonra isə kökəldib satsınlar. 2023-cü ilin fevral ayında dostu Zərərçəkmiş şəxs9la birlikdə Gəncə şəhərində yerləşın heyvan bazarına getmiş və 168 baş xırdabuynuzlu heyvanlar satın almışlar. Həmin heyvanların 138 baş hissəsi keçi və 30 baş hissəsi isə qoyun olmuşdur. Zərərçəkmiş şəxs9la birlikdə həmin heyvanları təxminən 5 ay saxlamağa başlamış və həmin heyvanların kökəldiyini görüb Zərərçəkmiş şəxs9la birlikdə həmin heyvanları satmaq qərarına gəlmişlər. Həmin 168 baş xırdabuynuzlu heyvanlardan 138 baş keçinin 60 baş hissəsinin hər biri 20 kq, hər birinin diri çəkiləri 20 kq, hər biri erkək cinsli, 78 baş hissəsi isə 3 yaşlı, dişi cinsli, diri çəkiləri 40 kq olmuşdur. 30 baş xırdabuynuzlu heyvanların (qoyun) 15 baş hissəsi 4 yaş, diri çəkiləri 40 kq, dişi cinsli, 15 baş hissəsi isə erkək cinsli diri çəkiləri 30 kq, 6 aylıq olmuşdur. 2023-cü ilin iyul ayında həmkəndlisi Təqsirləndirilən şəxsla Şəmkir rayonu Seyfəli kəndi ərazisində görüşmüş, Təqsirləndirilən şəxs ona Samux rayonu ərazisində ət kəsimi məntəqəsi olduğunu, həmin heyvanları ondan alıb həmin ət kəsimi məntəqəsinə təhvil verəcəyini, həmin məntəqədən pulu alıb ondan aldığı xırdabuynuzlu heyvanların pulunu gətirib verəcəyinə vəd vermişdir. Onunla tanışlığı olduğu üçün ona etibar edərək inanmışdır. Onunla razılaşmış və şəriki Zərərçəkmiş şəxs9la telefon əlaqəsi saxlayaraq ona bu barədə məlumat vermiş, Zərərçəkmiş şəxs9 Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanları verməyə razı olmuşdur. 2023-cü ilin iyun ayının 20-də Təqsirləndirilən şəxs Şəmkir rayonu, Seyfəli kəndində yerləşən ona məxsus fermaya gəlmiş, Təqsirləndirilən şəxs ona satacağı heyvanlara baxmaq istədiyini bildirmiş, O Təqsirləndirilən şəxs satacağım heyvanları ona göstərmiş və xırdabuynuzlu heyvanlar onun xoşuna gəlmişdir. Birinci dəfə Təqsirləndirilən şəxs 41 baş heyvan (keçi) satmış və həmin heyvanların hər birinin qiymətini 130 manatdan razılaşmışdır. Təqsirləndirilən şəxs Aynur adlı adamın “Qazel” markalı yük avtomobilinə yığaraq aparmışdır. Satış olandan 3 gün keçmiş və Təqsirləndirilən şəxs kənddə ona 41 baş keçinin pulunu gətirib öz evində vermişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs ona zəng edərək ona satacağı heyvanlara gəlib baxacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona fermada olduğunu və gəlib baxmasını demişdir. Üzərindən təxminən 1 saat keçəndən sonra Təqsirləndirilən şəxs fermaya gəlmiş və ona satacağı 97 baş xırdabuynuzlu heyvanlara (keçi) baxmış və hər birinin qiyməti 130 manat olmaqla ona satmışdır. Təqsirləndirilən şəxs ona həmin heyvanları ət kəsimi məntəqəsinə aparıb təhvil verdikdən sonra pulu məntəqədən ona verəndən sonra gətirib onun pulunu verəcəyini bildirmişdir. O Təqsirləndirilən şəxs etibar edərək 2023-cü ilin iyul ayında 97 baş xırdabuynuzlu heyvanları (keçi) ona vermişdir. Üzərindən bir neçə gün keçəndən sonra Taleh Əsəgərov gətirib ona öz evində 2800 manat pul vermiş və qalan pulu isə məntəqənin direktorunun ona pul vermədiyini, bu səbəbdən onlardan aldığı heyvanların pulunu vermədiyini bildirmişdir. O Talehə yenədə inanmışdır. Üzərindən bir neçə gün keçəndən sonra, yəni 2023-cü ilin avqust ayında Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edərək xırdabuynuzlu heyvanları satıb satmamağını soruşmuş, O, Talehə 30 baş xırdabuynuzlu heyvanlarının (qoyun) olduğunu və hər birini 267 manatdan satacağını bildirmişdir. Təqsirləndirilən şəxs ona gəlib xırdabuynuzlu heyvanlara baxacağını demişdir. O Təqsirləndirilən şəxs fermada olacağını və gəlib baxmasını bildirmişdir. Təqsirləndirilən şəxs fermaya gələrək 30 baş xırdabuynuzlu heyvanlara baxmış və həmin heyvanlar xoşuna gəlmişdir. Təqsirləndirilən şəxs ona həmin heyvanları aparıb yuxarıda qeyd etdiyi ət kəsimi məntəqəsinə verəcəyini, həmin məntəqədən pulu aldıqdan sonra pulu gətirib verəcəyinə vəd vermişdir. Yenədə o, Talehə etibar edərək onunla razılaşmışdır. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Seyfəli kəndində yaşayan Aynur adlı şəxsə zəng edərək gəlməsini və heyvanları onun yük avtomobilinə yığaraq aparmasını demişdir. Təxminən 1 saat sonra Aynur adında yük avtomobilin sürücüsü onlara gəlmiş və 30 baş heyvanları yük avtomobilinə yığaraq aparmışdır. Təqsirləndirilən şəxs ona söz verərək 2023-cü ilin sentyabr ayında ikinci və üçüncü dəfə apardığı heyvanların pulunu verəcəyinə söz vermiş, üzərindən bir neçə gün keçdikdən sonra məlumatı olmuş ki, Təqsirləndirilən şəxs ondan aldığı xırdabuynuzlu heyvanları aparıb Tovuz rayon heyvan bazarında ucuz qiymətə satmışdır.O, ümumilikdə Təqsirləndirilən şəxs 168 baş xırda buynuzlu heyvanı nisyə olaraq 26700 manat qarşılığında satmış və Təqsirləndirilən şəxs ona olan borcundan 6728 manat ödəmiş, hal-hazırda onun 19972 manat borcu qalmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs ondan aldığı və bir hissəsi Zərərçəkmiş şəxs9 məxsus olan heyvanların pulunu qaytarmaması səbəbindən mülki iddia ilə məhkəməyə müraciət etmiş və məhkəmə bu barədə qətnamə çıxarmışdır, Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə məhkəmə cavabdeh Təqsirləndirilən şəxs 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 150 (bir yüz əlli) manat alınaraq ona verilməsini qət etmişdir. Bildirmişdr ki, Talehin ona borcu vardır. Hazırda ona dəymiş zərər ödənilməmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 da Zərərçəkmiş şəxs8 ilə eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri özünə aid hisssədə bir daha təsdiq etmişdir. Həmçinin bildirmişdir ki, o Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvan satmamışdır. Onun heyvanlarına Kazım öz təsərrüfatında baxmış və heyvanları şərikli olmuşdur, heyvanları Talehə Kazım satmışdır. Onun Talehlə söhbəti olmamışdır, Kazım ona zəng etmişdir ki, heyvanları Talehə satır, o da razılıq vermişdir. Kazm heyvanları satarkən o orada olmamışdır. X5 və ona aldığı heyvanlara görə 19972 manat borcu vardır. Kazım bu barədə məhkəməyə iddia ilə müraciət etmiş və qətnamə çıxmışdır. Taleh borcunu bu günə qədər qaytarmamışdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla əvvəllər aralarında heç bir narazılıqları və ədavətləri olmamış, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs heyvan alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bilmişdir. 2023-cü ilin sentyabr ayında Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanlar almaq məqsədi ilə onlara gəlmiş, Təqsirləndirilən şəxs ona Samux rayonunda yerləşən ət kəsimi və satqısı şirkəti var, həmin ət kəsimi və satqısı şirkəti ilə əlbir işlədiyini, məndən alacağı xıdabuynuzlu heyvanları aparıb həmin ət kəsimi şirkətinə verəcəyini və dediyi vaxtda gətirib pulumu verəcəyini bildirmişdir. Onunla bu barədə söhbət etdikdən sonrao, Təqsirləndirilən şəxs inanmış və etibar etmişdir. Özümə məxsus xırdabuynuzlu heyvanları ona vermək qərarına gəlmiş, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Könüllü kəndində yerləşən öz həyətində olan 140 baş xırdabuynuzlu heyvanlara (keçi) baxaraq həmin heyvanların fotoşəkilini çəkmiş və kiməsə göndərəcəyini bildirib bir qədər kənarlaşmışdır. Təxminən bir neçə dəqiqədən sonra Təqsirləndirilən şəxs gəlib ona məxsus xırdabuynuzlu heyvanların fotoşəkillərini göndərdiyini və həmin xırdabuynuzlu heyvanların danışdığı adamların xoşlarına gəldiyini bildirmiş, Təqsirləndirilən şəxs ona məxsus 140 baş xırda xırdabuynuzlu heyvanları 17.000 manata razılaşmış və 20 gün müddətində gətirib pulunu verəcəyinə söz vermişdir. Ona inanmış və Təqsirləndirilən şəxs ona məxsus 140 baş xırdabuynuzlu heyvanları özü ilə gətirdiyi “Qazel” markalı yük avtomobilinin arxa yük yerinə yerləşdirib aparmışdır. Üzərindən 20 gün keçdikdən sonra Təqsirləndirilən şəxs bir neçə gün ərzində gətirib öz evində 17000 manat pulunu qaytarmış, bundan sonra Təqsirləndirilən şəxs ondan 9 baş xırdabuynuzlu heyvanlar alıb ümumilikdə 2200 manat pul verəcəyin söz vermiş daha sonra həmin pulun 1550 manat hissəsini ödəmiş, qalan 650 manat pulu isə ödəməkdən yayınmışdır. Bununla da, Təqsirləndirilən şəxs ona 650 manat pulunu ələ keçirmişdir. İstintaqda hansı səbəbdən ona dəymiş ziyanın 3050 manat kimi qeyd edilməsini bilmir. Belə ki, müstəntiqə dindirmə zamanı və üzləşdirmə zamanı bildirmişdir ki, Taleh onun 650 manat pulunu ələ keçirmişdir. Son olaraq ona 650 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə İşləmir, heyvandarlıqla məşğul oluraraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, 2023-cü ilin avqust ayında qardaşı Zərərçəkmiş şəxs5lə şərik olaraq 90 baş xırdabuynuzlu heyvanlar almış, həmin heyvanları aldıqdan sonra kökəldib 66 baş heyvanları satmış və qalan 24 baş heyvanlar arıq olduğu üçün satmayıb kökətlmək qərarına gəlmişlər. Həmin heyvanları 2023-cü ilin oktyabr ayına qədər olan müddəti yem verib kökəltmişlər. 2023-cü ilin oktyabr ayında dəqiq yadında qalmayan vaxtda qalan 24 baş heyvanların 14 baş heyvanları qardaşı Zərərçəkmiş şəxs5lə birlikdə Gəncə şəhərində yerləşən heyvan bazarına satmağa aparmış, həmin heyvan bazarında Şəmkir rayon Çinarlı qəsəbə sakini Təqsirləndirilən şəxsla görüşmüşlər. Təqsirləndirilən şəxs orada onlara özü ət kəsimi və satqısı şirkətində işlədiyini və ətli heyvanlar alıb həmin ət kəsimi və satqısı şirkətinə aparacağını bildirmişdir. O və qardaşı ona 18 baş bazarda və 8 baş isə evdə heyvan olduğunu ona bildirmişdir. Təqsirləndirilən şəxs bazara gətirdiləri heyvanları da götürüb yaşadıqları kəndə getmələrini və evdə olan xırdabuynuzlu heyvanları da birlikdə alacağını bildirmişdir. O və qardaşı onunla razılaşmış və heyvanları götürüb evə aparmışlar. Təqsirləndirilən şəxs onlarla bərabər gəlmiş, qardaşım Zərərçəkmiş şəxs5lə birlikdə heyvanları yük avtomobilindən həyətə düşürmüş və evdə olan heyvanları da bazardan gətirdikləri xırdabuynuzlu heyvnlara birləşdirmişdir. Təqsirləndirilən şəxs həmin heyvanlara baxmış və xoşuna gəldiyini bildirmişdir. Təqsirləndirilən şəxs qardaşı Elsevər və ona məxsus 24 baş xırdabuynuzlu heyvanların hər birini 260 manat məbləğində razlaşmışlar. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 24 baş xırda buynuzlu heyvanları aparacaq və 20 gündən sonra gətirib pulu verəcəyinə söz vermişdir. Lakin Təqsirləndirilən şəxs söz verdiyi 20 gün gəlib çatmış və Talehdən bir xəbər çıxmamışdır. Qardaşı Talehin istifadəsində olan mobil nömrəsinə zəng edib pulu gətirməsini bildirmiş, Lakin Təqsirləndirilən şəxs qardaşı Elsevər Əsgərova verəcəyi 7.000 manat pulu iki gündən sonra gətirib verəcəyinə söz vermiş, Lakin iki gün keçdikdən sonra qardaşı Zərərçəkmiş şəxs5 Talehə zəng etmiş və Təqsirləndirilən şəxs yenə ona üç gündə gözləməsini demişdir. Lakin üç gün keçdikdən sonra yenə Taleh pulu gətirib verməmiş, nəhayət 15 gün sonra Təqsirləndirilən şəxs gətirib qardaşı Zərərçəkmiş şəxs5 3.500 manat pul vermiş, qalan 3500 manat pulu yaxın vaxtda gətirib verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng edib ona pulu verməsini bildirməsinə baxmayaraq, Taleh qardaşı Elsevərə müxtəlif bəhanlər gətirməyə başlamış və pulu verməmişdir. Üzərindən bir neçə gün keçdikdən sonra Talehin istifadəsində olan mobil nömrəsinə zəng etmiş, lakin Talehin mobil nömrəsinə zəng çatmamış, üzərindən bir neçə ay keçməsinə baxmayaraq Taleh onu və qardaşını aldadaraq heyvanlarını aparıb və ona pulu söz verdiyi vaxtda geri qaytarmamışdır. Sonra qardaşım Zərərçəkmiş şəxs5 Şəmkir rayon polis şöbəsinə şikayət etməsini fikirləşmiş və gedib Şəmkir rayon polis şöbəsinə Talehin onlara etdiyi dələduzluqla bağlı şikayət ərizəsi ilə müraciət etmişdir. Son olaraq ona 3500 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın tətbiq edilməsini məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 da Zərərçəkmiş şəxs4 ilə eyni məzmunlu ifadə verib yuxarıda göstərilənləri özünə aid hisssədə bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, heç bir yerdə rəsmi olaraq işləmir, təsərüffat işləri və heyvandarlıqla məşğul olub ailəsini dolandırır. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Təqsirləndirilən şəxs ondan xırdabuynuzlu heyvanları satın alan zaman tanımışdır. Sonradanda onunla aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. 2023-cü ilin fevral ayında Gəncə şəhərində yerləşən “Uni bank”-dan 10.000 manat kredit götürmeş həmin pulla Gəncə şəhəri ərazisində yerləşən heyvan bazarına gedərək 59 baş xırdabuynuzlu heyvanlar satın almış, həmin heyvanları arıq çəkidə satın almış və onun fikirində o, olmuşdur ki, həmin heyvanları kökəldib satsın. Xırdabuynuzlu heyvanları o, 2023-cü ilin oktyabr ayınadək kökəldib satmaq fikrində olmuş, 2023-cü ilin oktyabr ayının 17-də Təqsirləndirilən şəxs həmkəndlisi Coşqun Oruc oğlu ilə birlikdə onlara gəlmiş, Təqsirləndirilən şəxs onların yaşayış evinin istiqamətini bilmədiyi üçün həmkəndlisi Zərərçəkmiş şəxs7 ona yol göstərmək üçün gəlmişdir.Əvvəlcədəndə həmkəndlisi Zərərçəkmiş şəxs7 tanışı Taleh Əgərova onda satılıq xırdabuynuzlu heyvanlar (keçi) olduğunu bildirmiş, Təqsirləndirilən şəxs onunla görüşən zaman satılıq xırdabuynuzlu heyvanlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs onda satılıq xırdabuynuzlu heyvanlar (keçi) olduğunu bildirmişdir. Ona məxsus 59 baş xırdabuynuzlu heyvanların hər biri dişi cinsli, hər biri 7 aylıq, hər birinin diri çəkisi 14 kq olmuşdur. Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanlara baxmaq istədiyini demiş, O Təqsirləndirilən şəxs özü ilə həyətində tikdirdiyi tövlədə saxladığı xırdabuynuzlu heyvanların olduğu yerə aparmış və o, heyvanlara baxmışdır. Ona məxsus xırdabuynuzlu heyvanlar onun xoşuna gəlmiş, həmin heyvanları hansı qiymətə ona satacağı barədə söhbət etməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs ona məxsus xırdabuynuzlu heyvanları nisyə götürücəyini, həmin xırdabuynuzlu heyvanları fonda verəcəyini və həmin fond vasitəsi ilə Qarabağ zonasına içilərə göndərəcəyini, fonddan onun kartına pul mədaxil olunduqdan sonra onun pulunu gətirib verəcəyinə vəd vermişdir. O da ona etibar etmiş və inanmışdır. Təqsirləndirilən şəxs ona məxsus 59 baş xırdabuynuzlu heyvanların hər birini 160 manatdan razılaşmış və o, tanımadığı şəxsə zəng edərək özünə məxsus yük avtomobilini gətirməsini, ondan satın aldığı xırdabuynuzlu heyvanları aparmağı bildirmişdir. Təxminən 30 dəqiqə sonra “MAZ “ markalı yük üvtomobili onların həyətin giriş darvazasının qarşısında saxlamış və ona məxsus 59 baş xırdabuynuzlu heyvanları yük avtomobilinə yükləmiş,xırdabuynuzlu heyvanları yük avtomobilinə yüklədikdən sonra həyətdən çıxan zaman 2023-cü ilin oktyabr ayının 24-dək fonddan plastik kartına pul yüklənildikdən sonra gətirib pulu verəcəyini bildirmişdir. Həmin yük avtomobilini idarə edən şəxsi isə o, tanımamışdır Lakin Təqsirləndirilən şəxs söz verdiyi müddətdə onun pulunu gətirməmişdir.O,Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəsinə zəng etməsinə baxmayaraq telefon nömrəsinə zəng çatmamış, söz verdiyi müddətin üzərindən 3-4 gün keçdikdən sonra onun yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evinə getmişdir. Onun evində olan zaman atası Şahid1 ona Talehin evdə olmadığını bildirmiş və Şahid1 ona oğlu Talehin ondan fond üçün 59 baş xırdabuynuzlu heyvanlar aldığını və söz verdiyi müddətdə həmin pulu gətirib vermədiyini bildirmiş, atası Şahid1 ona elə bir adda oğlu olmadığını və gedib nə istəyirsiniz edin demiş, sonradan aldığı məlumata görə ondan aldığı heyvanları Təqsirləndirilən şəxs Tovuz rayonu ərazisində yerləşən heyvan bazarında ucuz qiymətə satmış, Təqsirləndirilən şəxs onun pulunu gətirib vermədiyini və ona qarşı dələduzluq etdiyinə görə onun barəsində Şəmkir rayon polis şöbəsinə şikayət etmək qərarına gəlmiş, sonra Şəmkir rayon polis şöbəsinə gedib Təqsirləndirilən şəxs onu aldadıb əmlakımı ələ keçirərək ona qarşı dələduzluq etməsi ilə bağlı şikayət ərizə ilə müraciət etmişdir. Son olaraq ona 9440 bmanat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri və heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla yaxından münasibətləri olmamışdır. Aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. O, Təqsirləndirilən şəxs xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul oduğunu əvvəlcədən bilmişdir. Özümə məxsus 1000 baş xırdabuynuzlu heyvanları olmuş, həmin xırdabuynuzlu heyvanlardan 10 baş xırdabuynuzlu heyvanları ehtiyacı olduğu üçün satmaq qərarına gəlmiş, elə olmuş ki, Təqsirləndirilən şəxs onun istifadəsində olan ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək demiş ki, xırdabuynuzlu heyvanlar satması barədə məlumatı olduğunu və görüşmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs evdə olduğunu bildirmiş və gəlməsini demişdir. Təxminən onunla telefon danışığından 30 dəqiqə sonra Təqsirləndirilən şəxs Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evlərinə gəlmiş, onunla görüşmüş və ona satacağı 10 baş xırdabuynuzlu heyvanlara baxmaq istədiyini demişdir. O, Təqsirləndirilən şəxs özü ilə xırdabuynuzlu heyvanlar olan tövləyə aparmış və Təqsirləndirilən şəxs heyvanlara baxmışdır. Təqsirləndirilən şəxs ondan aldığı heyvanları Samux rayonu, ərazisində Mehribah xanım Əliyevaya məxsus ət kəsimi məntəqəsi olduğunu, ondan 10 baş xırdabuynuzlu heyvanları nisyə alıb aparıb adını qeyd etdiyi ət kəsimi məntəqəsinə verəcəyini, həmin məntəqədən pulu alandan sonra gətirib onun pulunu verəcəyinə vəd vermişdir. Təqsirləndirilən şəxs yaşadığı kənd sakinlərindən xırdabuynuzlu heyvanlar alıb gətirib onların pulunu verməsi barədə məlumatı olduğu üçün ona tam inanmış və etibar etmişdir. Təqsirləndirilən şəxs ondan aldğı xırdabuynuzlu heyvanların pulunu 10 gün müddətində gətirib verəcəyinə ona söz vermiş, onunla razılaşmış və Təqsirləndirilən şəxs Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Aynur adlı şəxslə telefon əlaqəsi saxlamış və Aynur adlı şəxs özünə məzxsus “Qazel markalı yük avtomobili ilə onlara gəlmiş, Təqsirləndirilən şəxs ondan aldığı xırdabuynuzlu heyvanları yük avtomobilinə yığaraq aparmışdır. Üzərindən 10 gün keçəndən sonra onun istifadəsində olan mobil nömrəsinə zəng edib pulu gətirib verməsini demiş, lakin Təqsirləndirilən şəxs ona ət kəsimi məntəqəsindən pulu ala bilmdiyini bildirib ona müxtəlif bəhanələr gətirməyə başlamışdır. Sonradan məlumatı olmuş ki, Təqsirləndirilən şəxs ondan almış olduğu 10 baş xırdabuynuzlu heyvanları Tovuz və Bərdə rayon heyvan bazarlarında ucuz qiymətə satmışdır.Heyvanları damazdığ olaraq satmış və ədədi ilə qiymətini razılamışdır. Bir baş xirdabuynuzlu heyvanın qiymətini 230 manata razılaşmışlar. İbtidai istintaq zamanı ziyanla bağlı qeyd edilənlərlər reallığı əks etdirmir. Son olaraq ona 2300 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri və heyvandarlıqla məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla yaxından münasibətləri olmuş, onunla aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs atası Şahid1la münasibətləri yaxşı olmuş olmuşdur. 2023-cü ili avqust ayında 30 baş xırdabuynuzlu heyvanları olmuş, borcu olduğu üçün həmin xırdabuynuzlu heyvanlardan 12 baş hissəsini satıb 3000 manat borcunu ödəmək istəmişdir. Təqsirləndirilən şəxsla 2023-cü ilin avqust ayının yadında qalmayan günündə onunla yaşadığı Aşağı Seyfəli ərazisində görüşmüş və ona 12 baş xırdabuynuzlu heyvanları satmaq istədiyini, əgər almaq istəyirsə onlara gəlməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsla danışıqlarının üzərindən bir gün keçəndən sonra o, onun istifadəsində olan mobil nömrəsinə zəng edərək onlara gələcəyini və xırdabuynuzlu heyvanlara baxacağını demişdir. Təqsirləndirilən şəxs ona evdə olduğunu bildirib gəlməsini demişdir. Telefon danışıqlarının üzərindən təxminən 30-40 dəqiqə keçəndən sonra Təqsirləndirilən şəxs onlara gəlmiş, həmin vaxt o, tək gəlmişdir. Taleh Əsərov ona satacağı xırdabuynuzlu heyvanları göstərməsini demiş, onu özü ilə tövləyə aparmış və o heyvanlara baxmış və bəyənərək alacağını bildirmişdir. Onunla 13 baş xırdabuynuzlu heyvanların qiyməti barədə söhbət etmiş və ona satacağı xırdabuynuzlu heyvanları ümumilikdə 2900 manat məbləğində satacağını bildirmiş, o Taleh Əsfgərovla bu barədə razılaşmış və xırdabuynuzlu heyvanları ondan aldıqdan sonra 2023-cü ilin sentyabr ayının axırınadək pulu gətirib verəcəyinə vəd vermişdir. O Təqsirləndirilən şəxs inanaraq etibar etmiş və xırdanbuynuzlu heyvanları ona vermişdir. Təqsirləndirilən şəxs həmin vaxt Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Elman Sultan oğlunun mobil nömrəsinə zəng edərək özünə məxsus “Qazel” markalı yük avtomobili ilə gəlməsini və xırdabuynuzlu heyvanları aparmasını bildirmişdir. Təxminən 30-40 dəqiqə sonra Elman Sultan oğlu onun zəngi əsasında onlara gəlmiş və özünə məxsus “Qazel” markalı yük avtomobilinə yığaraq aparmışdır. O, 2023-cü ilin sentyabr 30-dək olan müddəti gözləmiş, lakin Təqsirləndirilən şəxs ona heç bir zəng etməmişdir. O, Talehin mobil nömrəsinə zəng edərək pulu gətirib verməsini demiş, lakin Təqsirləndirilən şəxs ona müxtəlif bəhanələr gətirərək bu gün, sabah, bir həftədən sonra verəcəyinə söz verməsinə baxmayaraq Taleh onu aldadıb ona etibarından istifadə edərək ona qarşı dələduzluq etmişdir. Sonradan məlumatı olmuş ki, Təqsirləndirilən şəxs ondan almış olduğu 10 baş xırdabuynuzlu heyvanları Tovuz və Bərdə rayon heyvan bazarlarında ucuz qiymətə satmışdır. Son olaraq ona 2900 manat mabləğində maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, təsərüffat işləri ilə məşğul olaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs tanıyır, onunla tanışlığı 2023-cü ildən yaranmışdır. Təqsirləndirilən şəxs heyvan alqısı-satqısı ilə məşğul olan şəxs kimi tanımış, Təqsirləndirilən şəxs bir neçə dəfə iribuynuzlu və xırdabuynuzlu heyvanlar satmış, həmin vaxtdan münasibətləri yaranmış və davam etmişdir. 2023-cü ilin yadında qalmayan ayında Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evlərində olan zaman Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 2106” markalı, lakin dövlət qeydiyyat nişanlı göy rəngli avtomobillə onlara gəlmiş, onunla görüşmüş və hal əhval edərək evlərinin həyətində olan stolda əyləşərək söhbət etməyə başlamışdır. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona 3500 manat pul vermiş, həmin pulun üzərinə özüdə pul qoyub heyvan alqı-satqısı ilə məşğul olub qazanc əldə edəcək və həmin qazancının əlli faizini ona verəcəyinə söz vermişdir. Həmin vaxt onun 3500 manat pulu olmuş və o evdən 3500 manat pulu götürərək gətirib evlərinin həyətində ona vermiş, pulu verən zaman yanlarında arvadı İmleyla Namazova olmuş, Təqsirləndirilən şəxs ondan pulu alan zaman ona vəd vermiş ki, həmin pulla xırdabyunuzlu və iribuynuzlu heyvanlar alacağını, heyvanlardan əldə etdiyi qazancının yarı hissəsini ona verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs ondan 3500 manat pulu alandan sonra gəldiyi özünə məxsus “VAZ 2106” markalı avtomobillə əyləşərək çıxıb getmiş, sonra Təqsirləndirilən şəxs neçə dəfələrlə zəng edərək telefonda ona çatmalı olan qazancından olan pulu verməsini bildirən zaman Taleh ona yalandan heyvanlarda ziyan etdiyini bildirib pulu geri qaytarmamışdır. Taleh ilə əvvəldən heyvan alqı-satqısı etmiş, sonuncu dəfə Təqsirləndirilən şəxs ona yenə də alver etməyi təklif etmiş və Zərərçəkmiş şəxs10 ona 5500 manat borc pul vermişdir. Daha sonra həmin borc məbləğindən cavabdeh tərəfindən hissə-hissə ödənişlər edilməklə ona cəmi 1335 manat pul geri qaytarılmışdır. İş qurmaq üçün Talehə verdiyi pulu sonuncu qaytarmadığına görə məhkəməyə mülki qaydada müraciət etmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh Təqsirləndirilən şəxs 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində pul alınıb ona verilməsi qət edilmişdir. Son olaraq ona Təqsirləndirilən şəxs iş qurmaq üçün borca verdiyi 4200 manat mabləğində pulu geri qaytarılmasını tələb edir. Ona 4200 manat maddi ziyan vurulduğunu və həmin məbləğdə pulu tələb etdiyini bildirmişdir. Ona görə də məhkəmədən təqsirləndirilən şəxsin barəsində qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxsla aralarında normal münasibətlər olmuşdur. Özünə məxsus “Mersedes Asteko” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı yük avtomobili var. Həmin yük avtomobili ilə o, Gəncə şəhər, Gədəbəy rayon və digər rayonlara pulu qarşılığında iribuynuzlu və xırdabuynuzlu heyvanlar aparır. Təqsirləndirilən şəxs iribuynuzlu və xırdabuynuzlu heyvanların alqı-satqısı ilə məşğul olduğunu əvvəlcədən bilmiş, Təqsirləndirilən şəxs heyvanların alqı-satqısı ilə məşğul olduğu üçün ona neçə dəfələrlə zəng edib xırdabuynuzlu heyvanlar aldığını və onun dediyi yerə gəlib onun satın aldığı heyvanları gətirməyini bildirmiş və o da onun dediyi yerə gedib onunla birlikdə satın aldığı heyvanları özünə məxsus yük avtomobili ilə gətirmişdir. 2023-cü ilin dəqiq yadında qalmayan günündə Təqsirləndirilən şəxs telefon zəngi əsasında özünə məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə Şəmkir rayonu, Könüllü kəndində yaşayan Zərərçəkmiş şəxs1gilə getmiş, Zərərçəkmiş şəxs1gilə çatandan sonra Taleh ona Zərərçəkmiş şəxs1 59 baş xırdabuynuzlu heyvanlar satın aldığını və həmin heyvanları öz yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsinə aparacağını bildirmiş, Taleh satın aldığı 59 baş xırdabuynuzlu heyvanları ona məxsus “Mersedes Ateko” markalı yük avtomobilinin yük yerinə yığaraq yaşadığı Çinarlı kəndində yerləşən evlərinin həyətində boşaltmış və o, heyvanları gətirməyi qarşılığında ona 60 manat pul vermişdir. Bundan başqa 2023-cü ilin dəqiq yadında qalmayan ayında Təqsirləndirilən şəxs telefon zəngi əsasında Şəmkir rayonu, Yeni Həyat kəndinə getmiş, həmin kənd sakini Zərərçəkmiş şəxs3 xıprdabuynuzlu heyvanlar satın aldığını ona bildirmiş, həmin vaxt Zərərçəkmiş şəxs3 yanlarından olmuş, Zərərçəkmiş şəxs3 ilk dəfə 60 baş satın aldığı xırdabuynuzlu heyvanları ona məxsus “Mersedes Ateko” markalı yük avtomobilinə yığaraq yaşasdığı Şəmkir rayonu, Çinarlı qəsəbəsinə aparmış, elə həmin gün saat 23 radələrində onun Zərərçəkmiş şəxs3 satın aldığı xırdabuynuzlu heyvanları Gədəbəy rayonu heyvan baxzarına aparmış və heyvanları satdıqdan sonra qayıtmışlar. Taleh ona zəhməthaqqı olaraq 100 manat pul vermiş, Təqsirləndirilən şəxsla birlikdə Zərərçəkmiş şəxs3 satın aldığı xırdabuynuzlu heyvanları bir neçə dəfə gedib özünə məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə gedib gətirmiş və yaşadığı Çinarlı qəsəbəsində yerləşən evlərinin həyətində olan dəmir torla hasara alnmış saxlanc yerinə boşaltmışdır. Bunlardan başqa, 2023-cü ilin tam dəqiq yasdında qalmayan ayında Təqsirləndirilən şəxs telefon zəngi əsasında özünə məxsus “Mersedes Ateko” markalı yük avtomobili ilə Şəmkir rayonu, Qarıqocalı kəndinə getmiş və Zərərçəkmiş şəxs8 almış olduğu xırdabuynuzlu heyvanları ona məxsus “ Mersedes Ateko” markalı yük avtomobili ilə arxa yük yerinə yığaraq yaşadığı Çinarlı qəsəbəsində yerləşən öz evlərinin həyətində olan saxlanc yerinə boşaldaraq xidmət haqqı pulunu alıb getmişdir. Məhkəmə, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid6 Zilfiqar oğlunun, Şahid5, Şahid2 və Şahid4 oğlunun məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə şahid olan Şahid6 Zilfiqar oğlunun ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs tanıyır, onun qonşusudur, onunla əvvəllər aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. Həmkəndli kimi münasibətləri yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayında Təqsirləndirilən şəxsla görüşmüş və ona bildirmiş ki, Elfaq adlı tanışında xırdabuynuzlu heyvanlar var və həmin heyvanları satır. Mən ona həmin heyvanları satın almaq istədiyini bildirib Elfaqla görüşmək istədiyini və xırdabuynuzlu heyvanların qiyməti barədə söhbət etməyi bildirmiş, O, Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonu, Yeni həyat kəndinə getmiş və orada Elfaq, şərikləri Ramiz və Zərərçəkmiş şəxs3la görüşmüşlər. O, Elfaqa satılacaq heyvanları onlara göstərməsini bildirmiş, Zərərçəkmiş şəxs3, Elfaq və Ramiz satacaqları xırdabuynuzlu heyvanları Talehə göstərməsini xahiş etmiş və Taleh gedib heyvanlara baxmışdır. Taleh onlara həmin heyvanları nisyə alacağını və həmin xırdabuynuzlu heyvanları satdıqdan sonra, yəni xx.xx.2023-cü il tarixədək pulu gətirib verəcəyini bildirmiş, Zərərçəkmiş şəxs3, Ramiz və Elfaq ona narazılıq etmiş, O, Elfaqa və digər iki nəfər tanışına Təqsirləndirilən şəxs həmin xırdabuynuzlu heyvanları almaq üçün hazırda pulu yoxdur, əgər nisyə vermək fikrləri varsa onun atası Nazimlə telefon əlaqəsi saxlasın və ondan sonra heyvanları nisyə verməsini xahiş etmiş, O, Elfaq, Məşdi və Ramizin yanında həmkəndlisi Şahid1la Məşdi, Elfaq və Ramizin yanında telefon əlaqəsi saxlamış və Şahid1 telefonda əgər Talehə xırdabuynuzlu heyvanları nisyə olaraq satacacaqlarsa az sayda xırdabuynuzlu heyvanları, yəni 15.00-25.000 manat məbləğində xırdabuyunuzlu heyvanları verməsini bildirmiş, o, Şahid1la telefon danışığından sonra Elfaq, Məşdi və Ramizə Talehin qonşusu olduğunu və ona həmin 15.000-25.000 məbləğində heyvanları nisyə olaraq verməsini bildirmiş, Elfaq, Ramiz və Məşdi ilə münasibətləri və aralarımnda olan hörmətə görə Təqsirləndirilən şəxs 55 baş xırdabuynuzlu heyvanları (erkək cinsli heyvan) 16.500 manata məbləğində nisyə olaraq almış, X11, Məşdiyə və Ramizə həmin 55 baş xırdabuynuzlu heyvanları satıb bir həftə ərzində pulunu gətirib verəcəyinə söz vermişdir. Üzərindən bir həftə keçdikdən sonra Təqsirləndirilən şəxs onlara gəlib onunla görüşmüş, ona cibindən 4600 manat pulu çıxarıb ona vermiş ki, o utandığından həmin pulu özü aparıb Məşdiyə verə bilmədiyini və ondan həmin pulu aparıb Məşdiyə verməsini xahiş etmişdir. O, Taleh Əsərova 55 baş xırdabuynuzlu heyvanların pulunun hamısını verəcəyini soruşmüş, Talehdə ona 16.500 manat puldan qalan 11.800 manat pulu 2-3 gün ərzində gətirib verəcəyini demiş, O Təqsirləndirilən şəxs 4700 manat pulu almış və aparıb Şəmkir rayonu,Yenihəyat kəndində yerləşən fermada Elfaqa vermiş, Elfaqa yaxın müddətdə, yəni 2-3 gün ərzində gətirib qalan pulu verəcəyini bildirmiş, təxminən Elfaqla görüşdükdən bir həftə sonra Taleh ona zəng edib harada olduğunu və həmin Elfaqa, Məşdiyə və Ramizə borclu olduğu 11,800 manat pulu gətirdiyini bildirmiş, ona Məşdiyə məxsus Yeni Həyat kəndində yerləşən fermasına gəlməsini demiş, o, təxminən 40 dəqiqə sonra Taleh onların yanına gəlmikş, Taleh onun, Məşdinin, Ramizin yanında 11.800 manat pulu Elfaqa vermiş, Təqsirləndirilən şəxs ona yenə xırdabuynuzlu heyvanları nisyə ona satmalarını Məşdidən, Ramizdən və Elfaqdan xahiş etmiş, Təqsirləndirilən şəxs onlara xırdabuynuzlu heyvanları verməsini bildirmiş, Məşdi və şərikləri ilə bir araya gələrək Təqsirləndirilən şəxs 70 baş xırdabuynuzlu heyvanları nisyə olaraq vermiş, həmin 70 baş xırdabuynuzlu heyvanları Məşdi Təqsirləndirilən şəxs 22.000 manat məbləğində nisyə olaraq satmış, Təqsirləndirilən şəxs həmin xırdabuynuzlu heyvanları tanımadığı şəxsə məxsus “Ateko” markalı yük avtomobilinin yük yerinə yığaraq aparmış, o, evdə olan zaman Elfaq onun istifadəsində olan mobil nömrəsinə zəng edib Təqsirləndirilən şəxs apardığı xırdabuynuzlu heyvanların pulunu, yəni 22.000 manat pulu gətirib onlara verdiyini ona demiş, təxminən üzərindən 10 gün keçdikdən sonra Şəmkir rayonu, Yeni həyat kəndində Zərərçəkmiş şəxs3, Ramiz və Elfaqın yanında olan zaman Taleh ona zəng edib görüşmələrini bildirmiş, ona Yeni Həyat kəndinə gəlməsini demiş, o, təxminən 30 dəqiqə sonra onun dediyi yerə gəlmiş, onunla görüşərək Təqsirləndirilən şəxs bildirmiş ki, ona 28.500 manat məbləğində xırdabuynuzlu heyvanları (erkək cinsli) verməsini və satıb həmin pulu 10 gün müddətində qaytaracığını bildirmikş, Məşdi və şərikləri birinci olaraq Talehə xırdabuynuzlu heyvanları vermək istəməmiş, o, sonardan xahiş edərək ona nisyə olaraq 28.000 manat məbləğində xırdabuynuzlu heyvanları verməsini demiçşdir. Onlara onun xahişini nəzərə alaraq Təqsirləndirilən şəxs 28.000 manat məbləğində nisyə olaraq xırdabuynuzlu heyvanları vermiş, lakin üzərindən 10 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs 28.500 manat pulu gətirib Məşdiyə verməmiş, ona zamin durduğu üçün 28.500 manat pulu aparıb özündən Zərərçəkmiş şəxs3 vermiş, onun sonrasından olanlar barədə heç bir məlumatı olmamışdır. İş üzrə şahid olan Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə istintaqında elan edilmiş ifadəsindən görünür ki, yuxarıda qeyd etdiyimünvanda yaşayır, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs tanıyır, onunla aralarında yaxşı münasibətləri olmuş. Təqsirləndirilən şəxs iribuynuzlu və xırdabuynuzlu hyeyvanların alqısatıqı ilə məşğul olmuş, Onunla aralarında dostluq münasibətləri olduğu üçün, eyni zamanda maddi imkanı zəif olduğu üçün ona təklif etmiş ki, onunla hər bazar günləri heyvan bazarına getsin və ona köməklik etsin. Heç bir yerdə işləmədiyi və heç bir yerdən qazancı gəlmədiyi üçün onunla razılaşmış və hər bazar günləri heyvan bazarına getməyə başlamışdır. Onunla hər heyvan bazarına getdiyi gün Təqsirləndirilən şəxs heyvan bazarına apardığı xırdabuynuzlu heyvnların satılmasına köməklik etdiyi üçün ona əziyyət haqqı olaraq 50 manat,hərdən isə 60 manat pul verirmişdir. Təqsirləndirilən şəxsla o, Gəncə şəhər, Gədəbəy rayonu və İmişli rayon heyvan bazarlarına getmiş, Təqsirləndirilən şəxs hər dəfəsində xırdabuynuzlu heyvanlar aparmış və həmin xırdabuynuzlu heyvanları satıb özü ilə onu gətirmidir. Onunla aralarında dostluq münasbətləri olduğu üçün yaşadığı bir neçə nəfər şəxsdən ona zamin duraraq nisyə olaraq xırdabuynuzlu heyvanlar alıb vermiş, bir neçə nəfərin pulunu gətirib vermiş, lakin bəzilərinin pulunu gətirib verməmişdir. Sonradan məlumatı olmuş ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunda yaşayan adlarını bilmədiyi bir neçə nəfərdən xırdabuynuzlu heyvanlar alaraq onları aldadıb onlara qarşı dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxsla 2023-cü ilin yadında qalmayan ayın bazar günlərində hevna bazarlarına gedib ona köməklik etmiş, o yalnız ona əziyyət haqqı olaraq pul vermiş, əlavə ona heç bir pul verməmişdir. Təqsirləndirilən şəxs Şəmkir rayonu, Seyfəli kənd sakinləri Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs11 və rayonun digər yerlərində yaşayan sakinlərindən nisyə olaraq xırdabuynuzlu heyvanlar alması mbarədə məlumatı olmuş, həmin heyvanları Təqsirləndirilən şəxs yuxarıda adlarını qeyd etdiyi heyvan bazarlarına aprıb satmışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2024-cü il tarixli “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablanmışdır.. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025–ci il tarixli, 9/10172 nömrəli məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarıda göstərilən xırdabuynuzlu heyvanların 2023cü ilin avqust-oktyabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 169980,00 manat müəyyən edilir. Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (076)-2795/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Zərərçəkmiş şəxs10 cavabdeh Təqsirləndirilən şəxs qarşı 4465 manat məbləğində pulun alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının və iş materiallarında tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs10 cavabdeh Təqsirləndirilən şəxs borc pul vermişdir. İddia əsaslı olduğundan təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs10 verilməsi qət etmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (076)-974/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Zərərçəkmiş şəxs8 cavabdeh Təqsirləndirilən şəxs qarşı 19972 manat borcun, alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının və iş materiallarında tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs8 cavabdehə xırdabuynuzlu heyvanları xx.xx.2023-cü il tarixinədək ödəmək şərti ilə 26700 manata satmış, cavabdeh borcun bir qismini, yəni 6728 manat ödəmiş, lakin qalan hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh nisyə almış olduğu xırdabuynuzlu heyvanlarının pulundan ödənişlər etmiş və onun 19972 manat borcu qalmışdır. İddia əsaslı olduğundan təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs8 verilməsi qət etmişdir. Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır və onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü ildə anadan olmuş Hüseyn adlı və xx.xx.2016-cı ildə anadan olmuş Banuçiçək adlı azyaşlı uşaqları var. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayətişi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsləri aldatmaq fikri olmadığını, borcları çox olduğuna, ziyan etdiyinə görə zərərçəkmiş şəxslərdən almış olduğu heyvanların pulunu ödəməməsi barədə ifadəsinə tənqidi yanaşır və bunu özünümüdafiə xarakterli hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Şəxsin əmlakın ona verilməsi ilə bağlı öhdəlikləri yerinə yetirmək üçün əvvəlcədən real maliyyə imkanlarının, yaxud əmlakın idarə edilməsi üçün onun icazəsinin olmaması, əmlakı (əmlaka olan hüququ) əldə edərkən saxta sənədlərdən istifadə etməsi, başqa şəxslərə və ya kredit təşkilatlarına borcunun və ya girovda əmlakının olması haqda məlumatları gizlətməsi, əqdin bağlanması zamanı tərəflərdən biri kimi çıxış edən yalançı müəssisələr yaratması onun özgə əmlakının talanmasına yönəlmiş niyyətinin olmasına dəlalət edən hallar kimi çıxış edə bilər. Lakin bu halların da mövcud olması birmənalı olaraq şəxsin dələduzluq cinayətini törətməsi barədə nəticəyə gəlmək üçün əsas vermir və hər bir konkret işin hallarına əsaslanaraq təqsirkarın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmaması müəyyən edilməlidir. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən biləbilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkarar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 177-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 177182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, Mülki münasibətlərdən irəli gələn (məsələn, qanuna müvafiq olaraq bağlanmış borc, kredit, icarə və sair müqavilələr üzrə) öhdəliklərin yerinə yetirilməməsi yalnız o halda dələduzluq kimi qiymətləndirilə bilər ki, şəxsin həmin müqavilələri bağlamazdan əvvəl özgənin əmlakını və ya əmlaka olan hüququnu əvəzsiz olaraq ələ keçirmək niyyətində olması müəyyən edilmiş olsun. Qalan hallarda belə öhdəliklərin yerinə yetirilməməsi məsələsinə mülki mühakimə icraatı qaydasında baxıla bilər. Qanuna müvafiq qaydada kredit, borc, girov, alqı-satqı və bu kimi başqa mülki münasibətlərdən irəli gələn müqavilə bağlandıqdan sonra şəxs digər şəxsin müqavilənin şərtlərinə zidd olan hərəkətləri nəticəsində əmlakından və ya əmlaka olan hüququndan məhrum olduqda və həmin əmlakın qaytarılması (əmlaka olan hüququnun bərpa edilməsi) iddiası ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etdikdə, məhkəmə bu xarakterli iddialara mülki-prosessual qanunvericiliyinin tələblərinə uyğun qaydada baxmalı, bu baxış zamanı əmlakı ələ keçirmiş və ya əmlak hüququnu əldə etmiş şəxsin əməllərində talama, o cümlədən dələduzluq cinayətinin əlamətlərinin olmasını müəyyən etdikdə isə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 265.4-cü maddəsinin tələblərinə müvafiq olaraq bu haqda xüsusi qərardad çıxarmaqla prokurora xəbər verməlidir. Məhkəmə həmçinin tədqiq edilmiş sübutları, o cümlədən təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrini, habelə iş materiallarında olan digər sübutları müqayisəli təhlil edərək belə hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs10 (4200 manat pulunun) , Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 (19972 manat pulunun) əmlaklarının ələ keçirilməsi faktında dələduzluq əməlinin tərkib əlamətləri yoxdur. Belə ki, istintaq zamanı elan edilmiş ittihama görə, Təqsirləndirilən şəxs məhkəməyə verilmişdir ondan ötrü ki, tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2023-cü ildə, istintaqa dəqiq məlum olmayan tarixdə əvvəllər aralarında iribuynuzlu və xırdabuynuzlu heyvanların alış-verişi ilə əlaqədar münasibətləri olduğu, tanışı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs10 yaşadığı evin həyətyanı sahəsində iribuynuzlu və xırdabuynuzlu heyvanların ucuz qiymətə satın alıb baha qiymətə sataraq birgə biznes fəaliyyəti ilə məşğul olub qazanc əldə edəcəklərinə dair yalan məlumat verib aldadaraq inandırıb vahid niyyətlə ilk dəfə 3500 (üç min beş yüz) manat məbləğində nəğd pulunu, eyni niyyətlə ikinci dəfə 2000 (iki min) manat məbləğində nəğd pulunu, ümumilikdə Zərərçəkmiş şəxs10 5500 (beş min beş yüz) manat məbləğində nəğd pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə 20 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Zərərçəkmiş şəxs8 sonuncunun tanışı Şəmkir rayon sakini Zərərçəkmiş şəxs9 ilə şərik olduğu hər biri erkək cinsli, hər birinin diri çəkiləri 20 kq, qiyməti 130 manat olmaqla cəmi 41 baş xırdabuynuzlu heyvanları (keçi) almış, 3 gün sonra almış olduğu xırdabuynuzlu heyvanların (keçi) pulunu Zərərçəkmiş şəxs8 etibarını qazanmaq məqsədilə nəğd şəkildə ona ödəmiş, bundan sonra 2023-cü ilin iyul-avqust ayında, istintaqa məlum olmayan tarixlərdə hissə-hissə olmaqla vahid niyyətlə hər biri erkək cinsli, hər birinin diri çəkiləri 20 kq çəkisi olmaqla 60 baş xırdabuynuzlu heyvanları (keçi), hər biri dişi cinsli olmaqla 3 yaşlı, hər birinin diri çəkiləri 40 kq çəkisi olan 78 baş xırdabuynuzlu heyvanları (keçi), hər biri dişi cinsli olmaqla hər birinin diri çəkiləri 40 kq çəkisi olan 15 baş xırdbuynuzlu heyvanları (qoyun), hər biri ekək cinsli olmaqla 6 aylıq yaşı olan, hər birinin diri çəkiləri 30 kq çəkisi olan 15 baş xırdabuynuzlu heyvanları (qoyun) ümumilikdə 168 baş xırdabuynuzlu heyvanları ələ keçiribhəmin puldan 6728 (altı min yeddi yüz iyirmi səkkiz) manat məbləğində olan hissəsini ödəmiş və qalan məbləği 2023cü ilin sentyabr ayı ərzində ət kəsimi məntəqəsinə satıb, həmin məntəqədən aldıqdan sonra gətirib pulunu qaytaracağına dair yalan vədlər verib aldadaraq inandırıb, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 19972 (on doqquz min doqquz yüz yetmiş səkkiz) manat məbğində əmlakını ələ keçirmiş, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Lakin məhkəmə iclasında Zərərçəkmiş şəxs10 bildirmişdir ki, hazırda Təqsirləndirilən şəxs ona 4200 manat borcu vardır və onların arasında olan borc məsələsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmiş, pulun tam olaraq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs8 məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxsla aralarında borc məsələsi vardır, 19972 manat borcla bağlı məhkəməyə mülki iddia ilə müraciət etmiş, pulun tam olaraq ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Zərərçəkmiş şəxs9 məhkəmə iclasında bildirmişdir ki, heyvanları Talehə Kazıma satmışdır, həmin vaxt orada olmamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (076)-2795/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Zərərçəkmiş şəxs10 cavabdeh Təqsirləndirilən şəxs qarşı 4465 manat məbləğində pulun alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının və iş materiallarında tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs10 cavabdeh Təqsirləndirilən şəxs borc pul vermişdir. İddia əsaslı olduğundan təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 4465 (dörd min dörd yüz altmış beş) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs10 verilməsi qət etmişdir. Qətnamədən görünür ki, qətnamə qəbul etmiş məhkəmə artıq Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 arasında yaranmış münasibətləri mülki münasibət kimi qiymətləndirmiş və Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs10 arasında olan məsələyə borc münasibəti kimi yanaşmış, Təqsirləndirilən şəxs mülki öhdəliklərindən irəli gələn vəzifələrinə yerinə yetirmədiyinə görə iddiaçının iddiası təmin edilmişdir. Şəmkir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2 (076)-974/2024 saylı qətnaməsindən görünür ki, İddiaçı Zərərçəkmiş şəxs8 cavabdeh Təqsirləndirilən şəxs qarşı 19972 manat borcun, alınıb ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının və iş materiallarında tədqiqi nəticəsində müəyyən etmişdir ki, iddiaçı Zərərçəkmiş şəxs8 cavabdehə xırdabuynuzlu heyvanları xx.xx.2023-cü il tarixinədək ödəmək şərti ilə 26700 manata satmış, cavabdeh borcun bir qismini, yəni 6728 manat ödəmiş, lakin qalan hissəsi ödənilməmiş qalmışdır. Cavabdeh nisyə almış olduğu xırdabuynuzlu heyvanlarının pulundan ödənişlər etmiş və onun 19972 manat borcu qalmışdır. Təqsirləndirilən şəxs mülki müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə, iddia əsaslı olduğundan təmin edilmiş və cavabdeh Təqsirləndirilən şəxs 19972 (on doqquz min doqquz yüz yetmiş iki) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs8 verilməsi qət etmişdir. Qətnamədən görünür ki, qətnamə qəbul etmiş məhkəmə tərəflər arasında olan münasibətlərə alqı- satqı münasibəti kimi yanaşmış, və Təqsirləndirilən şəxs müqavilə öhdəliyinin icra etməməsi səbəbindən məhkəmə Zərərçəkmiş şəxs8 iddiasını təmin etmişdir. Hətta mülki icraat zamanı Zərərçəkmiş şəxs8 özü izahat vermişdir ki, Təqsirləndirilən şəxsla arasında alqı-satqı müqaviləsi olmuşdur. Odur ki, əmlakı sahibliyinə keçirərkən (məsələn, müəyyən razılaşmaya, müqaviləyə əsasən) şəxsdə bu cür (aldatma, etibardan sui-istifadə etməklə özgə əmlakını əvəzsiz olaraq ələ keçirmə) niyyətinin olmaması, sonrakı dövrdə əmlak, əmlakın əvəzi hər hansı bir səbəbdən mülkiyyətçiyə qaytarılmadıqda şəxsin belə hərəkət etməsi CM-nin 178-ci maddəsinin dispozisiyası nöqteyi-nəzərindən cinayət hüquqi məna kəsb etməyərək əvvəlki razılaşmanın (müqavilə üzrə öhdəliyin) lazımınca icra olunmaması, yəni mülkihüquqi xarakterli pozuntu kimi çıxış edir və göstərilən hal şəxsi mülki-hüquq münasibətlərinin subyektindən dələduza çevirmir. Beləliklə, dələduzluq cinayətinin obyektini talamanın digər formalarında olduğu kimi mülkiyyət münasibətləri təşkil etsə də, bu cinayətin predmeti talama cinayətlərinin digər formalarının predmetindən fərqlənir. Dələduzluq özünün törədilmə üsuluna görə iki növə ayrılır: aldatma yolu ilə dələduzluq və etibardan sui-istifadə yolu ilə dələduzluq. Aldatma dedikdə, həm həqiqətin şüurlu surətdə təhrif edilməsi, saxtalaşdırılması, həm də həqiqət haqqında susma başa düşülür. Etibardan sui-istifadə etmə zamanı isə təqsirkar onunla əmlakın sahibi və ya mülkiyyətçisi arasında yaranan müəyyən etibar, inam münasibətlərindən istifadə edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında araşdırılmış sübutlara cinayət-prosesual qanunverciliyin tələbləri baxımından hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs10 arasında və Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs8 arasında mülki hüquq münasibətləri mövcud olmuş və onlar arasında mübahisə məhz mülki qanunvericiliklə tənzimlənən öhdəliyin icrası ilə bağlı yaranmışdır. Məhkəmə yuxarıda sadalananlara istinad edərək ibtidai araşdırma orqanının gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Cinayət–Prosessual məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Ona görə də, məhkəmə bu qənaətdədir ki, Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamdan Zərərçəkmiş şəxs10 5500 (beş min beş yüz) manat məbləğində nəğd pulunu ələ keçirməsi, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs10 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etməsinə dair və Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 19972 (on doqquz min doqquz yüz yetmiş səkkiz) manat məbğində əmlakını ələ keçirməsi, sonradan həmin heyvanları Tovuz və Bərdə rayonlarında yerləşən heyvan bazarında dəyərindən ucuz qiymətə sataraq pulunu mənimsəməklə vədinə əməl etməyərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsi hissələri törədilmiş əməldə cinayət tərkibi olmadığından ittihamdan xaric edilməlidir. Həmçinin yuxarıda qeyd edilənlərdən başqa, məhkəmə qeyd etməyi zərur hesab edir ki, istintaq orqanı zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 təqsirləndirilən şəxs tərəfindən 4000 manat pulunun ələ keçirilməsi müəyyən olunsada, məhkəmə iclasında zərərçəkmiş şəxslər bildirmişdirlər ki, Təqsirləndirilən şəxs ilk olaraq onların etibarını qazanmaq üçün 24 ədəd xırdabuynuzlu heyvanları onlardan alandan sonra, 3500 manat pulu onlara ödəmiş, 3500 manat hissəsini isə ələ keçirmişdir. Məhkəmə hesab edir ki, ittihamın həcmi həmin hissədə azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 vurduğu maddi zərərin məbləği 3500 ( üç min beş yüz) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, İstintaq orqanı Zərərçəkmiş şəxs11 təqsirləndirilən şəxs tərəfindən 3000 ( üç min) manat pulunun ələ keçirilməsi müəyyən olunsada, məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk olaraq onların etibarını qazanmaq üçün əvvəllər xırdabuynuzlu heyvanları almış pulunu vermiş, sonradan ondan 10 ədəd xırdabuynuzlu heyvan götürmüş, pulunu ödəməyərək, 2300 (iki min üç yüz) manat pulunu ələ keçirmişdir. Məhkəmə hesab edir ki, ittihamın həcmi həmin hissədə azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs11 vurduğu maddi zərərin məbləği 2300 (iki min üç yüz) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Həmçinin məhkəmə qeyd edir ki, İstintaq orqanı Zərərçəkmiş şəxs6 təqsirləndirilən şəxs tərəfindən 3050 (üç min əlli) manat pulunun ələ keçirilməsi müəyyən olunsada, məhkəmə iclasında zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk olaraq onların etibarını qazanmaq üçün əvvəllər xırdabuynuzlu heyvanları almış pulunu vermiş, sonradan ondan 09 ədəd xırdabuynuzlu heyvanını götürmüş, ümumilidkə 2200 manat məbləğində pul verməli olduğu təqdirdə, 1550 manat pul vermiş, 650 ( altı yüz əlli) manat pulunu ələ keçirmişdir. Məhkəmə hesab edir ki, ittihamın həcmi həmin hissədə azaldılmalı, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs6 vurduğu maddi zərərin məbləği 3050 (üç min əlli) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsini, Zərərçəkmiş şəxs3 vurmuş olduğu ziyandan 25000 (iyirmi beş min) manat hissəsini ödəməsini, iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməllərinin, vurmuş olduğu ziyanın məbləğnin və zərərçəkmiş şəxslərin sayının çox olmasını, dəymiş maddi ziyandan hadisəni törədən vaxtdan - yəni 2023-cü ildən hal hazıradək hər hansı məbləğdə ödəniş etməməsini, digər zərərçəkmiş şəxslərin ondan şikayətçi olmalarını nəzərə alıb hesab edir ki, ona azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, onun cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2024–cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərlə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5 dəymiş ziyan ödənilməmişdir. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə, zərərçəkmiş şəxslərə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxslər tərəfindən mülki iddia verilmədiyindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 275 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, onun cəzaçəkmə müddətinin əvvəli 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərər çəkmiş şəxslə Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs4, X2, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs5 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. İş üzrə maddi sübut olan, cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs ifadəsinin videoçəkilişinin görüntülərinin köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işininin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE**********0002088501 Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 275 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar