Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-178/2025 29.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X3 dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və iştirakları ilə xx.xx.1990-cı il tarixdə Tovuz rayonu, Qovlar şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, iki uşaq atası, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs “Tayqa Ticarət” şirkəti ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, ƏM 087/2022 nömrəli müqaviləyə əsasən, satış təmsilçisi işlədiyi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə Şəmkir rayonunda ona təhkim olunmuş rayonlardan sifarişləri toplayıb şirkətin mərkəzi uçot şöbəsinə göndərmiş, sifariş olunmuş 84698,49 manat dəyərində ərzaq və qeyri-ərzaq məhsulları müştərilərə çatdırıldıqdan sonra məhsulun pulunu müştərilərdən toplayıb 58891,64 manat hissəsini şirkətin xəzinəsinə mədaxil etmiş, 1788,45 manat dəyərində məhsul şirkətə geri qaytarılmış, 1699,25 manat hissəsi əksikgəlmələrin yekun dəyəri kimi qeydiyyata alınmış, 11994,68 manat dəyərində məhsul şirkətə təhvil verilmiş, yerdə qalan hissəsini isə, yəni xx.xx.2022ci il tarixli akt üzrə 0006 kodlu müştəridən 48,35 manat, 0009 kodlu müştəridən 200 manat, 0022 kodlu müştəridən 20,03 manat, 0026 kodlu müştəridən 157,88 manat, 0028 kodlu müştəridən 31,07 manat, 0035 kodlu müştəridən 2059,29 manat, 0038 kodlu müştəridən 203,72 manat, 0041 kodlu müştəridən 0,40 manat, 0042 kodlu müştəridən 67,57 manat, 0044 kodlu müştəridən 400,75 manat, 0048 kodlu müştəridən 411,97 manat, 0065 kodlu müştəridən 50 manat, xx.xx.2022-ci il tarixli akt üzrə 0014 kodlu müştəridən 33 manat, 0016 kodlu müştəridən 17,42 manat, 0019 kodlu müştəridən 288 manat, 0021 kodlu müştəridən 372,25 manat, 0029 kodlu müştəridən 0,64 manat, 0030 kodlu müştəridən 0,44 manat, 0031 kodlu müştəridən 311,16 manat, 0037 kodlu müştəridən 69,32 manat, 0050 kodlu müştəridən 250 manat, 0052 kodlu müştəridən 3808 manat, 0053 kodlu müştəridən 1,15 manat, 0062 kodlu müştəridən 20,01 manat, 0066 kodlu müştəridən 0,96 manat, 0067 kodlu müştəridən 57,29 manat, 0074 kodlu müştəridən 0,83 manat, 0080 kodlu müştəridən 391,32 manat, 0081 kodlu müştəridən 4,82 manat, 0082 kodlu müştəridən 904,80 manat, 0086 kodlu müştəridən 0,36 manat, 0089 kodlu müştəridən 0,21 manat, 0094 kodlu müştəridən 113,92 manat, 0095 kodlu müştəridən 0,73 manat, 0097 kodlu müştəridən 0,32 manat, 0100 kodlu müştəridən 23,09 manat, 0101 kodlu müştəridən 272,44 manat, 0102 kodlu müştəridən 0,31 manat, 0104 kodlu müştəridən 140 manat, 0106 kodlu müştəridən 413,92 manat olmaqla ümumillikdə 10324,47 manat məbləğində pul vəsaitini tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq öz qulluq mövqeyindən istifadə etməklə ona etibar olunmuş özgə əmlakını “Tayqa Ticarət” şirkətinin xəzinəsinə mədaxil etməyərək müxtəlif vaxtlarda hissə-hissə götürüb vahid niyyətlə mənimsəyərək şəxsi ehtiyaclarına xərcləyib israf etməklə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurub talamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Tovuz rayonu, Qovlar şəhərində yaşayır. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində “Tayqa Ticarət” şirkətində satış təmsilçisi olaraq çalışmışdır. Ona ilk öncə Şəmkir və Gədəbəy rayonları, daha sonra isə yalnız Şəmkir rayonu təhkim olunmuşdur. Aylıq 350-400 manat məbləğində əməkhaqqı, bundan başqa aylıq satdığı məhsulların ümumi dəyərinin 5 faizi miqdarında bonus pul almışdır. İlk vaxtlar, o, öz işini uğurla yerinə yetirsə də, bir müddət sonra, o, bir sıra ərzaq və qeyri-ərzaq məhsullarını ona qoyulmuş hədəf miqdarda sata bilməmişdir. Satış təmsilçisi ay ərzində satmalı olduğu miqdarda məhsulu sata bilmədikdə, sonuncunun digər bonusları 1 faizə düşür. Buna görə də, o, tanış müştərilərdən xahiş edib sonuncuların adına əlavə məhsul sifariş etmiş, məhsul gəldikdən sonra, o, öz hesabına müştərinin adından həmin məhsulun pulunu ödəmişdir. Daha sonra isə əlində olan məhsulları qohum və tanışlarına, o cümlədən mağazalara ucuz qiymətə satıb pulunu götürmüşdür. Ümumiyyətlə, müştəri sifariş verdiyi məhsulun dəyərini 90 gün ərzində ödəmədikdə, həmin borc satış təmsilçisinə keçir. Sonradan tanış müştərilərin adına sifariş verdiyi məhsulların pulunu ödəməyə maddi imkanı çatmamış, onun təxminən 4000-5000 manat arası şirkətə borcu yaranmış, bu barədə bölgə müdiri Şahid1 məlumat vermiş, sonuncu ona qısa müddət ərzində pulu bağlamasını söyləmişdir. Lakin onun borcu getdikcə artmağa başlamışdır. Hətta şirkətə 3000-4000 manat arası məbləğində borcu qalmış bir neçə mağaza müflis olub bağlandığından, həmin 3000-4000 manat arası məbləğində olan borc da onun digər borcunun üstünə gəlmişdir. Belə olan halda Şahid1 şirkətə bu barədə məlumat vermişdir. Şirkətin mərkəzindən yoxlama gələrək onun ümumillikdə fəaliyyət dövrünü yoxlamışlar. Onun tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya müştəri tərəfindən qəbul edilmiş ərzaq və ya qeyri ərzaq məhsullarının (“satışların”) ümumi dəyəri 84698,49 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin məhsulların 1788,45 manat olan hissəsi geri qaytarılmış, 58891,64 manat hissəsi xəzinəyə ödənilmişdir. 11994,68 manat müştəri borcunu ondan sonra satış təmsilçisi olaraq işləyəcək X8 təhvil vermişdir. 10324,48 manat isə çatışmayan məbləğ aşkar edilmişdir. Hazırda əməlindən peşmandır. Şirkətə vurmuş olduğu ziyanı tamamilə ödəmişdir. Məhkəmədən ona ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş hüquqi şəxs “Tayqa Ticarət” şirkətinin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, 2020-ci ilin aprel ayından müqavilə əsasında “Tayqa Ticarət” şirkətində icraçı direktor vəzifəsində çalışır. X6 özünə məxsus “Tayqa Ticarət” şirkəti ərzaq və qeyri ərzaq məhsullarının pərakəndə və topdan satışını həyata keçirir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə satış təmsilçisi vəzifəsində işə götürülmüş, sonuncuya təhkim olunmuş ərazi Şəmkir rayonu olmuş, onun tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya müştəri tərəfindən qəbul edilmiş ərzaq və ya qeyri ərzaq məhsullarının (“satışların”) ümumi dəyəri 84698,49 manat təşkil etmiş, sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya satılmış ərzaq və ya qeyri ərzaq məhsulları üzrə satılmayanlarından onun tərəfindən və ya sonuncunun göstərişi ilə geri qaytarılan malların dəyəri 1788,45 manatdır. Təqsirləndirilən şəxs tərəfindən digər Satış təmsilçisi Əli Qəmbərova təhvil verilmiş malların yekun dəyəri 11994,68 manat olmuşdur. Araz tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya satılmış ərzaq və ya qeyri ərzaq məhsullarının (“satışların”) müştərilərə təhvil qəbulu zamanı qaimədə göstərilən mal ilə faktiki olaraq təhvil verilən malın arasındakı mövcud (“S/Qaytarma”) vəziyyətəksikgəlmələrin yekun dəyəri 1699,25 manat olmuşdur. Araz tərəfindən sahibkarın xəzinəsinə təhvil verilmiş satış pulunun yekun məbləği 58891,64 manat təşkil etmişdir. Nəticədə Arazın hesabında 10324,48 manat əksikgəlmə müəyyən edilmişdir. 16-17 sentyabr 2022-ci il tarixdə Bölgə müdiri Şahid1, satış təmsilçisi Təqsirləndirilən şəxs və yeni satış təmsilçisi X7 iştirakı ilə Şəmkir rayonunda Təqsirləndirilən şəxs təhkim edilmiş mağazalar Əli Qəmbərova təhvil verilmiş, təhvil-təslim zamanı Təqsirləndirilən şəxs hesabında 10324,48 manat əksikgəlmə müəyyən edilmiş və Araz öz imzası ilə borcunu təsdiq etmişdir. Hazırda Təqsirləndirilən şəxs vurmuş olduğu ziyanın əksər hissəsini ödəmiş, onun şirkətə cəmi 621 manat borcu qalmışdır.Həmin məbləği ödədiyi təqdirdə şirkətin təqsirləndirilən şəxsdən heç bir şikayət tələbi olmayacaqdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2022-ci ilin mart ayından müqavilə əsasında “Tayqa Ticarət” şirkətində müdir işləyir. Təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə satış təmsilçisi vəzifəsində işə götürülmüşdür. O, Təqsirləndirilən şəxs iş fəaliyyətindən şübhələnmişdir. Çünki Araz müştərilərdən malın pulunu yığmasına baxmayaraq xəzinəyə az miqdarda pul göndərmişdir. O, dəfələrlə bu barədə Arazı tənbehləsə də, sonuncu hər dəfəsində əksik gələn pulu bərpa edəcəyinə söz vermişdir. Araz sözünü tutub borcunu qaytarmadığı üçün, o, bu barədə şirkətə də məlumat vermişdir. 16-17 sentyabr 2022-ci il tarixdə şirkətin auditi Şahid2, satış təmsilçisi Təqsirləndirilən şəxs, Gədəbəy rayonu üzrə satış təmsilçisi X7 və onun iştirakı ilə Şəmkir rayonunda Təqsirləndirilən şəxs təhkim edilmiş mağazalar Əli Qəmbərova təhvil-təslim edilmişdir. Təhvil-təslim zamanı Təqsirləndirilən şəxs hesabında 10324,47 manat əksikgəlmə müəyyən edilmişdir. Yoxlama zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya müştəri tərəfindən qəbul edilmiş ərzaq və ya qeyri ərzaq məhsullarının (“satışların”) ümumi dəyəri 84698,49 manat, Araz tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya satılmış ərzaq və ya qeyri ərzaq məhsulları üzrə satılmayanlarından geri qaytarılan malların dəyəri 1788,45 manat, Araz tərəfindən digər satış təmsilçisi Əli Qəmbərova təhvil verilmiş malların yekun dəyəri 11994,68 manat, Araz tərəfindən sifariş verilmiş və sahibkarın Bakı şəhərindəki mərkəzi anbarından yüklənmiş, müştərilərə çatdırılmış və ya satılmış ərzaq və ya qeyri ərzaq məhsullarının (“satışların”) müştərilərə təhvil qəbulu zamanı qaimədə göstərilən mal ilə faktiki olaraq təhvil verilən malın arasındakı mövcud (“S/Qaytarma”) vəziyyət - əksikgəlmələrin yekun dəyəri 1699,25 manat, Araz tərəfindən sahibkarın xəzinəsinə təhvil verilmiş satış pulunun yekun məbləği 58891,64 manat təşkil etmişdir. Nəticədə Arazın hesabında 10324,48 manat məbləğdə əksikgəlmə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs borcunu qısa müddətdə ödəyəcəyinə söz versə də, borcunu ödəmədiyi üçün şirkət hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli auditor rəyindən görünür ki, Təqsirləndirilən şəxs satış təmsilçisi işlədiyi dövrdə 84698,49 manat dəyərində ərzaq və qeyri-ərzaq məhsulları müştərilərə çatdırıldıqdan sonra məhsulun pulunu müştərilərdən toplayıb 58891,64 manat hissəsini şirkətin xəzinəsinə mədaxil etmiş, 1788,45 manat dəyərində məhsul şirkətə geri qaytarılmış, 1699,25 manat hissəsi əksikgəlmələrin yekun dəyəri kimi qeydiyyata alınmış, 11994,68 manat dəyərində məhsul şirkətə təhvil verilmiş, 10324,47 manat məbləğində pul vəsaitini isə mənimsəmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli aktlardan görünür ki, Təqsirləndirilən şəxs 0006 kodlu müştəridən 48,35 manat, 0009 kodlu müştəridən 200 manat, 0022 kodlu müştəridən 20,03 manat, 0026 kodlu müştəridən 157,88 manat, 0028 kodlu müştəridən 31,07 manat, 0035 kodlu müştəridən 2059,29 manat, 0038 kodlu müştəridən 203,72 manat, 0041 kodlu müştəridən 0,40 manat, 0042 kodlu müştəridən 67,57 manat, 0044 kodlu müştəridən 400,75 manat, 0048 kodlu müştəridən 411,97 manat, 0065 kodlu müştəridən 50 manat, 0014 kodlu müştəridən 33 manat, 0016 kodlu müştəridən 17,42 manat, 0019 kodlu müştəridən 288 manat, 0021 kodlu müştəridən 372,25 manat, 0029 kodlu müştəridən 0,64 manat, 0030 kodlu müştəridən 0,44 manat, 0031 kodlu müştəridən 311,16 manat, 0037 kodlu müştəridən 69,32 manat, 0050 kodlu müştəridən 250 manat, 0052 kodlu müştəridən 3808 manat, 0053 kodlu müştəridən 1,15 manat, 0062 kodlu müştəridən 20,01 manat, 0066 kodlu müştəridən 0,96 manat, 0067 kodlu müştəridən 57,29 manat, 0074 kodlu müştəridən 0,83 manat, 0080 kodlu müştəridən 391,32 manat, 0081 kodlu müştəridən 4,82 manat, 0082 kodlu müştəridən 904,80 manat, 0086 kodlu müştəridən 0,36 manat, 0089 kodlu müştəridən 0,21 manat, 0094 kodlu müştəridən 113,92 manat, 0095 kodlu müştəridən 0,73 manat, 0097 kodlu müştəridən 0,32 manat, 0100 kodlu müştəridən 23,09 manat, 0101 kodlu müştəridən 272,44 manat, 0102 kodlu müştəridən 0,31 manat, 0104 kodlu müştəridən 140 manat, 0106 kodlu müştəridən 413,92 manat olmaqla ümumillikdə 10324,47 manat məbləğində pul vəsaitini mənimsəmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza mərkəzinin 26 sentyabr 2024-cü il tarixli 9/4186 nömrəli məhkəmə-mühasibat ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, tədqiqata təqdim edilmiş sənədlərlə (iş materiallarında olan kod dövriyyə adlı cədvəllərdən, satış sənədi adlanan kağız şəklində məlumatlardan və s) iş materiallarında öz əksini tapmış audit rəyində Təqsirləndirilən şəxs hesabı üzrə müəyyən edilmiş 10.324,47 manat məbləğində çatışmazlığı ciddi maliyyə mühasibat uçot sənədləri təqdim edilmədiyindən müəyyən etmək mümkün olmadı. Belə ki, tədqiqata təqdim edilmiş sənədlər (iş materiallarında olan kod dövriyyə adlı cədvəllərdən, satış sənədi adlanan kağız şəklində məlumatlardan və s) mühasibat uçotunun və s tələblərinə uyğun olmamışdır. X5 ilə X13 Bildirişindən görünür ki, X9 xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs əmək müqaviləsi üzrə satış təmsilçisi kimi müddətli olaraq işə götürmüşdür. Əmək Müqaviləsi (Kontraktı) görünür ki, “Tayqa Ticarət” fərdi sahibkar X9 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müqavilə bağlanmışdır. X10 Verilməsi ilə X13 Bildirişindən görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs X10 verilmişdir. xx.xx.2024-cü il tarixli “X1 Sistemindən çıxarılmış məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görunur ki, 8500 manat, xx.xx.2025-ci il tarixli qəbzdən görunur ki, 630 manat məbləğində pul Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir Tovuz RİHB-nın Qovlar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2020-ci ildə anadan olmuş Məhsəti və xx.xx.2022-ci ildə anadan olmuş Milana adlı iki uşağı var. Beləliklə məhkəmə, Təqsirləndirilən şəxs elan edilmiş ittihamı iş materialları ilə əlaqəli surətdə hərtərəfli, tam və obyektiv araşdırıb, ittiham və müdafiə tərəflərini dinləyərək, məhkəmə istintaqında tədqiq edilən iş üzrə mövcud sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, onun Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli olması sübuta yetirilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3-cü maddəsinə görə mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə, 179.2.4-cü maddəsinə görə xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 179.2.3 və 179.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hal, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, himayəsində azyaşlı uşaqları olmasını, vurmuş olduğu ziyanı tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 179.2.3 və 179.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunması məqsədəmüvafiqdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqqatının dəyəri olan 200 manat məbləğində pul ondan tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) keçirilməli, hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 257 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4-cü maddələridə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Tovuz rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqqatının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22) keçirilsin. Hökmün icrası Tovuz rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X4 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 257 (iki yüz əlli yeddi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-178/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-178/2025
29.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver