Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-179/2023 22.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X2 qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi- Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1984-cü ildə Şəmkir şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir şəhəri Əzizbəyov küçəsi ev 78 ünvanında qeydiyyatda olan və Şəmkir rayonu “Çəkillik” adlanan yaşayış massivində yaşamış, Şəmkir rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edimiş, xx.xx.2023-cü il tarixdə tutulmuş və hazırda 2 saylı İstintaq Təcridxanasında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəmkir rayonu “Çəkillik” adlandırılan yeni yaşayış massivində yerləşən ünvansız fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs 11 may 2023-cü il tarixdə saat 23 radələrində spirtli içki qəbul edərək sərxoş vəziyyətdə mübahisə yaratması nəticəsində yaranmış münaqişə zamanı, yaşadığı evdə arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsindən qəsdən əli ilə vuraraq ona üst dodağın selikli hissəsinin sağ yarasının əzilmiş yarası ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır və onunla birlikdə yaşayırdılar. Arvadı Zərərçəkmiş şəxs ilə 17 ildir rəsmi olaraq ailə həyatı qurmuş, iki övladları olmuş, biri oğlan, digəri isə qızıdır, onunla birlikdə yaşamır. Əvvəllər aralarında heç bir ədavətləri, düşmənçilikləri olmamışdır, münasibətləri normal olmuşdur. Onların münasibətləri sonradan pisləşməyə başlamışdır. Arvadı Zərərçəkmiş şəxs təxminən bir ilə yaxındır ki, Şəmkir şəhərində yerləşən çörək bişirilən yerdə işlədiyini bildirmişdir. Onların arasında olan dava-dalaş onun arvadı Zərərçəkmiş şəxs tələb edirmiş ki, işdən çıxsın işləməsin, lakin o, işdən çıxmayacağını bildirmişdir. Bu səbəbdən də aralarında tez-tez mübahisə baş verirmiş. 11 may 2023-cü il tarixdə axşam saat təxminən 18 radələrində o, işdən çıxmış və evə getmişdir. O, evə gələndə arvadı Zərərçəkmiş şəxs evdə olmamışdır. Biraz keçdikdən sonra arvadı Əfsanə evə gələndə ondan evə niyə gec gəlməsi barədə xəbər almış, həmin vaxt onunla kobud danışmışdır. Bundan sonra arvadı Əfsanə ilə onun arasında mübahisə yaranmışdır. Mübahisə zamanı o, arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə əli ilə bir zərbə vurmuşdur. Bundan sonra o, Əfsanənin ağzından qan gəlməsini görmüş, həmin vaxt vurmağı üçün ürəyi ağrımış, peşman olmuş və içmək üçün arvadı Əfsanəyə su vermişdir. Bundan sonra ona məlum olmuşdur ki, o, Əfsanəni vurduğu üçün Əfsanə polisə ərizə ilə şikayət etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadə verərək ifadəsində göstərdi ki, barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxsla 17 ildir rəsmi olaraq ailə həyatı qurmuş iki övladları olmuşdur. Onların arasında olan dava-dalaş əri Təqsirləndirilən şəxs işləyib pul qazanmaması, evə lazımı əşyaların almadığını və ondan işlədiyi çörək sexindən işdən çıxmağını tələb etməsidir. Bu səbəbdən də aralarında tez-tez mübahisə baş vermiş, həmişə içib evə dava saldığını bildirmişdir. 11 may 2023-cü il tarixdə axşam saat təxminən 18 radələrində əri Təqsirləndirilən şəxs evə gəlmişdir. Hər gün olduğu kimi yenə heçnədən evə dava salaraq onunla kobud danışmışdır. Bu zaman o, əri Təqsirləndirilən şəxs dava salmamağını, onu vurmamağını bildirmişdir. Lakin o, yaşadıqları evdə saat təxminən 23 radələrində onunla mübahisə edərək əli ilə sifət nahiyəsinə ağzına və sağ ayağına bir neçə dəfə zərbələr vuraraq onu döymüşdür. Onu da qeyd etmişdir ki, evin mətbəx hissəsində stolun üzərində olan bıçaqla onu hədələmişdir. Bundan sonra onu və uşaqları evdən qovmuş, o da uşaqlarla birlikdə küçədə qaldığı üçün DİN-nin 102 zəng xidmətinə müraciət etmişdir. Hazırda Təqsirləndirilən şəxsla barışmış, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan işin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısıdır və Şəmkir rayonu Çəkillik yeni yaşayış massivində əri Təqsirləndirilən şəxs ilə birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs araq içmiş evə dava salaraq və aralarında tez-tez dava-dalaş olduğunu bildirmişdir. Onun bacısı Əfsanə həmişə belə dava-dalaş olduqda utanmış müraciət etməmişdir. 11 may 2023-cü il tarixdə saat təxminə 23 radələrində bacısı Zərərçəkmiş şəxs özünə məxsus mobil nömrə ilə zəng edərək əri Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onu döyərək xəsarət yetirdiyini, uşaqlarla birlikdə küçəyə atıldığını və bıçaqla hədələdiyini bildirmişdir. Bu zaman o, bacısı Zərərçəkmiş şəxs polisə müraciət etməyini bildirmişdir. Biraz keçdikdən sonra bacısı Əfsanə ona təkrar zəng edərək polisin gəldiyini bildirmişdir. -Şəmkir rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli qərarı ilə müəyyən edilir ki, xx.xx.1984-cü ildə ünvan 3 ünvanında qeydiyyatda olan və Şəmkir rayonu Çəkillik adlanan ərazidə yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edimişdir. -Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş tədbirlər nəticəsində xx.xx.2023-cü il tarixdə Gədəbəy ərazisində müəyyən edilərək tutulmuşdur. -Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 525 nömrəli, 12 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət-üst dodağın selikli hissəsinin sağ yarısının əzilmiş yarası KÜT əşyaların təsirindən törənmişdir, törənmə müddəti 11 may 2023cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. -İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayon polis şöbəsinin 18 may 2023-cü il tarixli arayışından görünür ki, Şəmkir rayonu, Çəkillik yeni yaşayış massivində yaşayan xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-cü maddələri ilə Şəmkir rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən şərti maliyyə vahidinin 2000 misli miqdarında cərimə cəzasına məhkum edilməsi müəyyən edilmişdir. -İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, xx.xx.1984-cü ildə ünvan 5 ünvanında qeydiyyatda olan və hal-hazırda Şəmkir rayon Çəkillik yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində şikayət və cinayət xarakterli materiallar Şəmkir şəhər İƏD-si üzrə nümayəndəliyə daxil olmamışdır. -İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli (**********558) saylı ərizə ilə, Zərərçəkmiş şəxs tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində işin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM 73.2-ci maddəsində sadalanan cinayətlər üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur və əvvəllər bu əsasla cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs oğıu barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 10 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 60 (altmış) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-179/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-179/2023
22.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver