Məhkəmə qərarları › İş №1(076)-179/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-179/2024

24.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-179/2024 24.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, zərər çəkmiş şəxs– Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə, 14 avqust 1999–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tanışları X5 və X6 ilə tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyətilə, qabaqcadan əlbir olaraq bir qrup şəxs halında birləşib 2021-ci ilin may ayının əvvəllərində gecə saat 23 radələrində Təqsirləndirilən şəxs və X11 rayonu, Zəyəm qəsəbəsi Vaqif küçəsi ev 21 ünvanında yerləşən Zərərçəkmiş şəxs məxsus yaşayış evinə hasarın üzərindən aşaraq həyətyanı sahəsinə, oradan isə evin pəncərəsində olan karton materialdan olan örtüyü sökməklə pəncərədən qanunsuz olaraq evə daxil olub evin içərisindən əvvəllər istifadə olunmuş üzərində buta naxışları olan 2,3x1.6 metr ölçüdə 60 (altmış) manat dəyərində xalçanı, bir ədəd üzərində gül naxışları olan 2x3 metr ölçülərdə olan 90 (doxsan) manat dəyərində xalçanı, üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli 2,8x1.9 metr ölçüdə 80 (səksən) manat dəyərində xalçanı, bir ədəd üzərində gül və buta naxışları olan 3x2 metr ölçüdə olan 90 (doxsan) manat dəyərində xalçanı və bir ədəd üzərində “ÇAYİRLİ Carpets, Model in Germany, X9 and Trade Company” sözləri yazılmış 5.1x2.4 metr ölçüdə 250 (iki yüz əlli) manat dəyərində xalça əmlakı özləri ilə evin həyətinə çıxartmış, lakin həmin əmlakın həcmi və çəkisi böyük olduğundan əldə edə bilməyəcəklərini anlayıb qabaqcadan hadisənin baş verdiyi ünvana gəlməsi barədə razılaşdıqları Nicat Hümbətova zəng edib sonuncunu həmin yerə çağıraraq xalçaları hasarın üzərindən keçirməklə ona məxsus VAZ 21011 markalı avtomobilə yükləyib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus ümumilikdə 570 (beş yüz yetmiş) manat dəyərində əmlakı gizli talayıb oğurluq etmişlər. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İkram adlı şəxsi təxminən 7-8 il olar ki tanıyır. O, İkramla 2021-ci ilin may ayının əvvəllərində söhbət edən zaman İkrama İlqarla birlikdə İkram gilin yaşadığı evin yaxınlığında olan köhnə evdən su daşı oğurladıqlarını demişdir. Təxminən iki-üç gün keçdikdən sonra İkramla söhbət edən zaman İkram ona pul lazım olduğunu demiş, İkram ona əvvəlcə oğurluq etdiyini dediyi evdən oğurluq etməyi təklif etmişdir. O, İkrama həmin evdən su daşını oğurladıqlarını demiş, İkram ona gedək evin içərisinə girəcəyini demişdir. Onlar həmin gün saat 18 radələrində həmin evə gedib təkrar İkramla birlikdə kənardan baxmışlar. Onlar birlikdə evə baxdıqdan sonra axşam saat 22-23 radələrində həmin küçənin baş hissəsində görüşüb oğurluq etmək haqqında razılaşmışlar. Həmin günü saat 22 radələrində İkramla həmin küçədə oğurluq edəcəkləri evin hasarının yaxınlığında görüşmüşlər. Onlar həmin yerdə görüşdükdən sonra İkram Nicata zəng edib ona birazdan zəng edəcəyini, zəng etdikdə o deyən yerə gəlməsini demişdir. Onlar həmin evə evin hasarının alçaq olduğu hissədən daxil olmuşlar. Həmin vaxt ilk olaraq İkram hasarın üzərindən aşaraq həyətə daxil olmuş, İkram daxil olduqdan sonra onun ardı ilə həyətə daxil olmuşdur. Həmin evin qabaq hissəsində olan iki ədəd pəncərələrdən qapının sağ tərəfində olan pəncərənin üzərinə çəkilmiş kağız kardonu əli ilə cırmış, həmin pəncərədən evə daxil olmuşlar. İkram evə daxil olduqdan sonra evi axtaran zaman onu pəncərənin qarşısında gözləmiş, İkram ona evdə oğurlamaq üçün xalçalar olduğunu demiş, İkram həmin vaxt pəncərədən ona 05 (beş) ədəd müxtəlif ölçülərdə xalçalar vermişdir. O, həmin xalçaları qapının qarşısına yığmış, İkram daha sonra evdə bir ədəd böyük xalça olduğunu deyib ondan həmin xalçaya kömək etməyini istəmişdir. O, pəncərədən onun ardı ilə evə daxil olmuş, O, qonaq otağına daxil olmuş, həmin otaqda stol, stul, şkaf və divan olmuşdur. Həmin otaqda stolun altına sərilmiş vəziyyətdə təxminən 3x4 metr ölçüdə xalça olmuş, İkrama kömək edib həmin xalçanı çıxarıb yumru hala gətirmişlər. O, daha sonra digər otaqlara baxmış, həmin ev dörd otaq olmuş, həmin qonaq otağından soldakı otaqda yataq, şkaf və güzgü olmuşdur. Həmin otağın yanındakı otaqda yataq, uşaq üçün beşik formasında yataq və güzgülü şkaf olmuşdur. Həmin otağa üzbəüz olan otaqda yataq, divan, televizor və jurnalnı stol olmuşdur. Onlar xalçaları evdən çıxardıqdan sonra hasarın dibinə yığmışlar. Onlar xalçaları hasarın dibinə yığan zaman İkram Nicata zəng edib ondan ona oğurluq etdikləri yeri izah edib küçənin baş hissəsinə gəlməsini demişdir. Təxminən beş dəqiqə sonra Nicat həmin yerə gəlmiş, Nicat gəldikdən sonra İkram ona həmin evdən xalçalar oğurladıqlarını demiş, İkram Nicata həmin xalçaları onun avtomobili ilə aparmağa razılıq verməsini istəmişdir. Nicat əvvəlcə razılaşmamış, lakin İkram onunla bir qədər danışdıqdan sonra xalçaları onun avtomobili ilə aparmağa razı salmışdır. İkram Nicata ona 20 manat pul verəcəklərini demiş, Nicat razılaşmışdır. İkram hasardan içəri daxil olmuş, o, xalçaları hasarın üzərindən ona vermiş, həmin xalçaları hasarın üzərindən İkram verdikdən sonra götürüb Nicata məxsus “VAZ 21011” markalı avtomobilin salonuna yığmışdır. İkram Nicatla birlikdə onun avtomobilinə minib oradan birlikdə getmişlər. O, həmin vaxt piyada evə qayıtmış, İkram təxminən beş dəqiqə sonra ona zəng edib xalçaları gətirib onlara qoymağı təklif etmişdir. O, İkramla razılaşmışdır. Təxminən saat 01 radələrində İkram Nicatla birlikdə onun yaşadığı evə gəlmişlər. O, xalçaları yaşadığı evin həyətində darvazadan içəri yerə yığmış, həmin günün sabahsı atası Qoşqar ondan həmin xalçaların haradan olduğunu soruşduqda həmin xalçaları uşaqlardan 100 manata aldığını və həmin xalçaları satacağını demişdir. Həmin günü saat 12 radələrində İkram onun yaşadığı evə gəlmiş, Nicat həmin axşam yol nəqliyyat hadisəsi törətdiyi üçün sabahsı gün İkram piyada gəlmişdir. Bundan sonra qohumu Vəzirdən xahiş edib ondan küçəyə dəyib gələcəyini deyib avtomobilini ona verməsini xahiş etmişdir. O, Vəzirdən ona məxsus “VAZ 21011” markalı avtomobili götürüb yaşadığı evə qayıtmışdır. İkramla birlikdə xalçaları avtomobilə yığıb o biri küçəyə aparmışlar. İkram ona həmin xalçaları Hafizə verəcəyini demiş, Hafizin özünün həmin xalçaları satacağını demişdir. O, İkramdan Hafizin nə reaksiya verəcəyini soruşduqda özü Hafizlə bu barədə danışıb xalçaların onun özünün olduğunu deyəcəyini demişdir. Onlar birlikdə Hafiz gilin qapısına getmişlər. Hafiz gilin evinin qarşısına getdikdən sonra Hafiz xalçaları onun evi ilə üzbəüz olan evin qapısına düşürməyini istəmişdir. O, xalçaları onun evinin qarşısında olan aqlaylı, qabağında ağaclar, güllər olan evin qarşısına boşaltmış, İkram Hafizə həmin xalçaların ona məxsus olduğunu demiş, Hafiz xalçaların oğurluq olduğunu bilməmişdir. Hafiz həmin evin həyətinə girib nəsə deyib çıxmışdır. Həmin vaxt evdən bir nəfər qadın çıxmış, xalçaları boşaltdıqdan sonra çıxıb getmişdir. O, avtomobili aparıb geri qaytarmış, təkrar İkramın yanına onun əvvəlcədən dediyi yerə küçənin baş hissəsinə qayıtmışdır. İkramla həmin yerdə təxminən 20 dəqiqə gözlədikdən sonra Hafiz həmin yerə gəlmiş, Hafiz gəldikdən sonra İkrama 100 manat pul vermiş, İkram həmin puldan 20 manat Hafizə vermişdir. Onlar qalan 80 manat pul isə iki yerə adama 40 manat bölmüşlər. O, bundan sonra öz evinə getmiş, onlar həmin vaxt Nicatı görməmişlər. Nicat təxminən 4-5 gün sonra Zəyəm qəsəbəsində onu görən zaman onun pulunu verməyini tələb etmiş, ona imkan olmadığını, İkramında olmadığını, pulunu daha sonra verəcəyini demişdir. Bununla belə hadisədən sonra zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışaraq razılıq əldə etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hazırda Bakı şəhərində yaşayır. X2 “Facebook” sosial şəbəkəsi vasitəsilə Daxili İşlər Nazirliyinin elektron səhifəsinə etmiş olduğu müraciətlə tanış olmuş, X10 2018-ci ildən Almanya Federativ Respublikasında yaşayır. X15 Federativ Respublikasına getməzdən əvvəl Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən ata evlərini və həmin evdə olan bütün əmlakı ona bağışlamışdır. Həmin ev və evdə olan bütün əşyalar faktiki olaraq ona məxsusdur. O, hazırda Bakı şəhərində yaşadığı üçün ünvan 2 ünvanında yerləşən evə daimi olaraq gələ və nəzarət edə bilməmişdir. Atası İlqar 2021-ci ilin iyul ayında Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayan adlarını bilmədiyi tanışları və dostları ilə telefonla danışan zaman atasına tanışları evi nəzarətsiz qoyduqları üçün evin yararsız vəziyyətə düşdüyünü demişdir. Həmçinin atasının adını bilmədiyi tanışı atasına evdən bir neçə dəfə adlarını bilmədiyi müxtəlif şəxslərin oğurluq etdiyini eşitdiyini demişdir. Atası İlqar həmin ev ata evi olduğu üçün bundan sonra sosial şəbəkə vasitəsilə Daxili İşlər Nazirliyinə müraciət etmişdir. O, atası Daxili İşlər Nazirliyinə müraciət etdikdən sonra onunla danışan zaman ona evi nəzarətsiz qoyduğunu evdən oğurluqlar olduğunu demişdir. O, evdən kimlərin oğurluq etdiyini soruşduqda konkret olaraq kimin oğurluq etdiyini bilmədiyini, bu barədə polisə müraciət etdiyini demişdir. Təxminən bir ay keçdikdən sonra atası ilə danışan zaman ona polisdən onunla əlaqə saxladıqlarını, oğurluq edən şəxslərin müəyyən edildiyini və oğurlanmış əşyalarının tapıldığını, evdən oğurluq edən şəxslərin qəsəbə sakinləri olduğunu demişdir. O, 2021-ci ilin sentyabr ayının sonlarında evlərinə nəzarət etmək və hansı əşyaların oğurlandığını müəyyən etmək məqsədilə Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən evlərinə gedərək baxış keçirmiş, ona məxsus olan evin pəncərəsinə vurmuş olduqları kağız materialdan olan örtüyün sındırılmış halda olduğunu görmüşdür. Həmin evə və həyətyanı sahəsinə baxan zaman həmin evdən ona məxsus evin qonaq otağında və digər otaqlarda mebellərin içərisinə yığılmış qablardan 02 ədəd böyük boşqab, 06 ədəd dördbucaqlı kiçik ölçülü boşqabların, 06 ədəd orta ölçülü boşqabların, üzərində sarı rəngli gül və yarpaq şəkili olan 02 ədəd böyük ölçülü boşqabların, 06 ədəd dərin boşqabların, üzərində qadın şəkili olan 01 ədəd boşqabın, üzərində göy dairəvi xətlər olan böyük ölçülü 02 ədəd boşqabların, üzərində qadın şəkili olan 01 ədəd böyük ölçülü boşqabın, qara rəngli 06 ədəd fincanların, 01 ədəd boşqabın, 01 ədəd böyük kasanın, 06 ədəd böyük düz boşqabların, həmin otaqlarda olan istifadə olunmuş 06 ədəd xalçaların yəni,- bir ədəd üzərində buta naxışları olan xalçanın, bir ədəd üzərində gül naxışları olan xalçanın, bir ədəd üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli xalçanın, bir ədəd üzərində gül və buta naxışları olan xalçanın, bir ədəd almanya istehsalı olan xalçanın yerində olmadığını evin dağınıq vəziyyətdə olduğunu müəyyən etmişdir. Oğurlanmış 06 ədəd xalçalar ümumilikdə təxminən 300 manat dəyərində, digər qablar və su daşı hamısı birlikdə ümumilikdə təxminən 270 manat dəyərində olmuşdur. Həmin əşyaların oğurlanması nəticəsində ümumilikdə ona təxminən 570 manat maddi ziyan dəymişdir. Həmçinin evin həyətyanı sahəsinə və yardımçı tikililərinə baxan zaman orada olan su süzmək üçün olan kustar üsulla daşdan yonularaq hazırlanmış su daşının yerində olmadığını oğurlandığını müəyyən etmişdir. O, evə baxdıqdan sonra Bakı şəhərinə geri qayıtmışdır. O, atası İlqar evdən oğurluq barədə polisə müraciət etdiyini dediyi üçün əlavə olaraq polisə müraciət etməmişdir. Bununla belə ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərdikləri halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, Həsənov Hafiz yaxın qonşusudur, təxminən 2021-ci ilin may ayında dəqiq xatırlamadığı vaxtda Hafiz digər qonşusu Şəfiqənin evinin qarşısına xalçalar gətirmişdir. Hafiz həmin xalçaların satışda olmasını bildirmişdir. Qonşusu Şəfiqənin evinin həyətində həmin xalçalardan 03 ədədini gəlini Yeganə seçib satın almışdır. Gəlini Yeganə xalçaları yaşadıqları evə gətirərək ondan 30 manat istəmişdir. O isə, gəlini Yeganədən “Birdən həmin xalçalar oğurluq olar” deyə soruşduqda həmin xalçaları Hafizin satdığını onların oğurluq olmadığını demişdir. O, bundan sonra həmin xalçaların pulunu verməsi üçün gəlini Yeganəyə 30 manat pul vermişdir. Qeyd etdiklərindən başqa hadisə barədə heç bir məlumatı olmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 Rustam qızının və Şahid1 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadələrini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. İş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid3 Rustam qızı ifadəsində göstərmişdir ki, Həsənov Hafiz onların yaxın qonşularıdır. Təxminən 2021-ci ilin may ayında dəqiq xatırlamadığı vaxtda Hafiz onların yaşadıqları ünvana gəlmiş, Hafiz onların yaşadıqları evin qarşısına 06 ədəd xalçalar gətirmişdir. Onlar evlərinin həyətində qonşusu Yeganə ilə birlikdə həmin xalçalara baxmışlar. O, gəlini Aytənlə birlikdə həmin xalçalara baxmışlar. Onlar həmin xalçalara baxdıqdan sonra Hafizdən həmin xalçaların oğurluq olubolmadığını soruşmuşlar. Hafiz həmin xalçaların oğurluq olmadığını demiş, gəlini Aytənlə birlikdə seçib üç ədəd böyük xalçaları götürmüş, Hafizə həmin xalçalara görə ümumilikdə 90 manat pul vermişdir. O, həmin xalçaları aldıqdan sonra yaşadığı evdə istifadə etmişdir. Onlar həmin xalçaların oğurluq olmasından məlumatsız olmuşlar. Hafizdən həmin xalçaların birdən oğurluq olması haqqında soruşduqda Hafiz xalçaların oğurluq olmadığını, buna cavabdeh olduğunu bildirmişdir. İş üzrə ibtidai istintaq mərhələsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, O, Zəyəm texnologiyalar parkında ilməkçi işləyir. O, Şəmkir rayon sakinləri İkram və Kənan adlı şəxsləri təxminən 4-5 il olar ki tanıyır. Onun həmin şəxslərlə elə bir münasibəti olmamışdır. İkram 2021-ci ilin may ayında dəqiq xatırlamadığı vaxtda ona zəng edərək 06 ədəd xalçaları olduğunu demişdir. O, İkramla danışan zaman ondan həmin xalçaların oğurluq olub-olmadığını soruşmuşdur. İkram özünün barəsində nəlayiq ifadələr işlədərək həmin xalçaların oğurluq olmadığını demiş, həmin günü onunla danışdıqdan sonra qonşusu Aytən və Yeganə ilə danışmışdır. O, onlarla danışan zaman işlənmiş xalçalar olduğunu demişdir. O, onlarla danışan zaman xalçalara baxdıqdan sonra danışarıq demişlər, İkramla danışaraq ona zəng edib xalçaları gətirməsini istəmişdir. Kənan həmin xalçaları tanımadığı avtomobillə gətirmişdir. Onlar həmin xalçaları gətirib Aytəngilin evinin qarşısına boşaltmışlar. Onlar getdikdən sonra Aytən həmin xalçalardan üç ədədini seçmiş, həmin xalçalardan üç ədədini 90 manat qiymətinə satmışdır. Bundan başqa üç ədəd digər xalçaları digər qonşu Həmidə adlı qonşuya 30 manata satmışdır. O, həmin əşyaları satdıqdan sonra İkramgilin yanına gedib onunla görüşmüşdür. O, həmin vaxt onlara xalçaları 100 manata satdığını demişdir. O, İkrama 100 manat pul vermiş, İkrama verdiyi 100 manatdan İkram ona 20 manat pul vermişdir. Onun həmin əşyaların oğurluq olması haqqında məlumatı olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 08 avqust 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Şahid3 Rustam qızı və Şahid2 təqdim etdikləri ümumilikdə 06 ədəd hamısı istifadə olunmuş, bir ədəd üzərində buta naxışları olan 2,3x1.6 metr ölçüdə olan xalça, bir ədəd üzərində gül naxışları olan 2x3 metr ölçüdə olan xalça, bir ədəd üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli 2,8x1.9 metr ölçüdə olan xalça, bir ədəd üzərində gül və buta naxışları olan 3x2 metr ölçüdə olan xalça, bir ədəd üzərində “ ÇAYİRLİ Carpets, Model in Germany, X9 and Trade Company” sözləri yazılmış 5.1x2.4 metr ölçüdə olan xalçalara Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilərkən Təqsirləndirilən şəxs həmin xalçaların İkram və Nicat adlı şəxslərlə birlikdə X7 məxsus evdən oğurladıqları xalçalar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin xalçalara baxış keçirilərkən fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 15 noyabr 2021-ci il tarixli, 9/8095 nömrəli rəyində, ekspertiza təyini haqqında qərarda göstərilən 18 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci ilin mart-may aylarına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 01 ədəd su daşı 80 manat, 02 ədəd üzərində göy və çəhrayı rəngli güllər olan böyük boşqab 4 manat, 06 ədəd dördbucaqlı kiçik ölçülü boşqab 3 manat, 06 ədəd sarı rəngli üzərində yarpaq və üzüm rəsmi olan orta ölçülü boşqab 6 manat, 02 ədəd üzərində sarı rəngli gül və yarpaq şəkili olan böyük ölçülü boşqab 4 manat, 06 ədəd dərin boşqab 12 manat, 01 ədəd üzərində qadın şəkili olan boşqab 1 manat, 02 ədəd üzərində göy dairəvi xətlər olan böyük ölçülü boşqab 4 manat, 01 ədəd üzərində qadın şəkili olan böyük ölçülü boşqab 2 manat, 06 ədəd qara rəngli fincan 6 manat, 01 ədəd boşqab 1 manat, 01 ədəd böyük kasa 2 manat, 06 ədəd böyük düz boşqab 12 manat, 01 ədəd buta naxışları olan 2.3x1.6 metr ölçüdə olan xalça 60 manat, 01 ədəd üzərində gül naxışları olan 2x3 metr ölçüdə olan xalça 90 manat, 01 ədəd üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli 2.8x1.9 metr ölçüdə olan xalça 80 manat, 01 ədəd üzərində gül və buta naxışları olan 3x2 metr ölçüdə olan xalça 90 manat, 01 ədəd üzərində “ÇAYİRLİ Carpets, Model in Germany, X9 and Trade Company” sözləri yazılmış 5.1x2.4 metr ölçüdə olan xalça 250 manat, cəmi dəyər 707,0 manat müəyyən edilir. İşin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşin materiallarında olan ərizədən görünür ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 05 oktyabr 2021-ci il tarixdə ünvan 3 ünvanında yerləşən evindən baş vermiş oğurluq hadisəsi ilə əlaqədar olaraq ona dəymiş ziyanın tamamilə ödəndiyini bununla əlaqədar olaraq heç bir şikayət və tələbi olmadığını bildirmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdi ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq cinayət əməllərini törətmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM– in 177.2.1 və 177.2.3–cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ittiham hökmü çıxarılmalı və o, təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunmalıdır. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, zərərçəkmiş şəxsə dəymiş ziyan tam şəkildə ödənilməsini, zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs heç bir şikayətinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirləndirilən şəxsin cinayət əməlini etiraf edib əməlindən səmimi peşman olmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək şübhəli şəxs qismində və həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 avqust 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 11 avqust 2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “Başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilməklə Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Həmçinin, cinayət işinin materiallarında olan xx.xx.2021–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaqdan gizləndiyi üçün axtarış elan edilmişdir. Eləcə də, “Axtarışda olmuş şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 17 aprel 2024-cü il tarixdə yeri müəyyən edilərək saxlanılaraq tutulmuş və xx.xx.2024-cü il tarixdə Şəmkir RPŞ-yə təhvil verilmiş və həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələri ilə ona yenidən ittiham elan edilrək barəsində olan qətimkan tədbiri “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilməklə Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində və həbsdə saxlanıldığı müddət ümumilikdə 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 09 avqust 2021–ci il tarixdən 11 avqust 2023–cü il tarixədək şübhəli şəxs qismində və 17 aprel 2024–cü il tarixdən 18 aprel 2024–cü il tarixədək həbsdə saxlanıldığı ümumilikdə 03 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, cəmi 06 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan, bir ədəd üzərində buta naxışları olan 2,3x1.6 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində gül naxışları olan 2x3 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli 2,8x1.9 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində gül və buta naxışları olan 3x2 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində “ ÇAYİRLİ Carpets, Model in Germany, X9 and Trade Company” sözləri yazılmış 5.1x2.4 metr ölçüdə olan xalçanın qanuni sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 14 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3–cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il, 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 avqust 2021–ci il tarixdən 11 avqust 2021–ci il tarixədək şebhəli şəxs qismində və 17 aprel 2024–cü il tarixdən 18 aprel 2024–cü il tarixədək həbsdə saxlanıldığı 03 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il, 05 (beş) ay, 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlansın. İş üzrə maddi sübut olan, bir ədəd üzərində buta naxışları olan 2,3x1.6 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində gül naxışları olan 2x3 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində müxtəlif gül naxışları olan qırmızı rəngli 2,8x1.9 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində gül və buta naxışları olan 3x2 metr ölçüdə olan xalçanın, bir ədəd üzərində “ ÇAYİRLİ Carpets, Model in Germany, X9 and Trade Company” sözləri yazılmış 5.1x2.4 metr ölçüdə olan xalçanın qanuni sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 84 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar