Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-18/2024 23.02.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X1 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X1 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir Rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 2021-ci ilin təxminən yay aylarında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən Qobu çayının yatağında, torpağın altından tapıb, qanunsuz olaraq əldə etdiyi 1 ədəd 7,62 mm kalibrli, Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat silahı, 01 ədəd Kalaşnikov konstruksiyalı silahların komplekt hissəsi hesab olunan darağı və 23 ədəd 7,62x39 mm kalibrli döyüş sursatı hesab edilən patronları üzərində daşımaqla, yaşadığı Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinin tavanında gizlədərək saxlamış, onun qanunsuz hərəkətləri ilə bağlı Şəmkir rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 26 aprel 2023cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində, yaşadığı Şəmkir rayonu Dəllər-Cəyir kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilərkən, evin tavanından parça örtüyə bükülü vəziyyətdə texniki cəhətdən saz və atəşə yararlı, 01 ədəd zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7,62 mm kalibrli, odlu yivli Kalaşnikov konstruksiyalı AKMS modelli avtomat silah, texniki cəhətdən saz və istifadəyə yararlı 01 ədəd 7,62x39 mm kalibrli patronları yerləşdirmək üçün nəzərdə tutulmuş Kalaşnikov konstruksiyalı silahlarının komplekt hissəsi hesab olunan daraq və 23 ədəd atəş üçün yararlı zavod üsulu ilə keçmiş “SSRİ” dövlətində istehsal olunmuş 7.62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahlardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, Kriminalistik Təhqiqatlar İdarəsinin rəyi, baxış protokolu, həmin protokollara əlavə olunmuş fotocədvəl və videogörüntü, maddi sübutla və habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ibtidai istintaq dövründə verdiyi ifadəsini təkzib edərək ifadəsində göstərdi ki, o, ibtidai istintaq dövründə ona təzyiq olunduğu üçün ifadəsində göstərmişdir ki, o, 2021-ci ilin təxminən yay aylarında yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evdən çıxıb Dəllər-Cəyir kəndində yerləşən Qobu çayının içərisindən parniklər olan tərəfə gedən zaman həmin yerdə torpaqın altından nə isə dəmir silaha oxşar əşya görmüş, o, həmin yerə yaxınlaşan zaman torpağı təmizləmiş, torpağı təmizlədikdən sonra orada torpağın altında 1 ədəd qundağı qatlanan kalaşnikov avtomatı olduğunu görmüş, həmin vaxt avtomatın sandığının da yerində olduğunu gördüyü üçün sandığı çıxarmış, içərisində güllələr olduğunu görmüşdür. O, orada bir qədər dayanıb ətrafa baxdıqdan sonra həmin avtomatı yaşadığı evə aparmaq, yaşadığı evdə gizlətmək qərarına gəlmişdir. Həmin avtomatı açıqda evə apara bilməyəcəyini bildiyi üçün torpağın altında yenidən gizlətmiş, yaşadığı evə gedib yaşadığı evdən 1 ədəd böyük dəsmal və 1 ədəd böyük sellofan götürmüş, o, həmin əşyaları götürdükdən sonra həmin yerə qayıtmış, avtomatın darağını çıxarıb avtomatla birlikdə dəsmala bükmüş, sellofana qoyub yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqdan sonra evin damına çıxmış, həmin silahı evin damında bir kənarda gizlətmiş, bundan sonra uzun müddət ümumiyyətlə həmin silaha dəyməmiş, 26 aprel 2023cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evin yaxınlığında olan zaman mülki geyimli bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını, yaşadığı evə baxış keçirilməli olduqlarını demiş, o, da heç bir etiraz etməyərək polislərlə birlikdə yaşadığı evə getmiş, evində baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Evin həyətinə daxil olub çəkilişə başlayan zaman o, polis əməkdaşlarına yaşadığı evin damında 1 ədəd avtomat, daraq və güllələr olduğunu demiş, bu zaman polis əməkdaşları evin damına çıxmış, damda parçaya bükülmüş vəziyyətdə olan həmin avtomatı və darağı götürmüş, həmin silahı və hissələrini götürdükdən sonra evə baxışı davam etdirmiş, lakin baxış zamanı başqa heç nə aşkar edilməmiş, sonradan həmin avtomat qablaşdırılmış, üzəri imzalanmış, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmiş, orada o, dövlət hesabına vəkillə təmin edilmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. O, həmin avtomatı sadəcə maraq üçün yaşadığı evə aparıb saxlamış, həmin avtomatdan ondan başqa heç kimin məlumatı olmamış, onun həmin avtomatı kimə isə satmaq niyyəti olmamış, həmin avtomatdan istifadə etməmişdir. O, ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilmir. Silah onun olmamışdır, belə ki, o, evdə yatdığı zaman polis əməkdaşları onun evinə gələrək, evində axtarış aparmışlar. Bundan sonra ona evə silah qoyacaqlarını və həmin silahı öz silahi kimi təqdim etməsini bildirmişlər. Polis əməkdaşlarının sözlərinə təzyiq altında olduğundan qəbul etmiş və polis əməkdaşları silahi evdə əl damı olan hissənin damina qoyaraq ona yerini göstərmişdir. Bundan sonra çəkiliş zamanı o həmin silahın yerini polis əməkdaşlarına göstərərək silahın özünə məxsus olmasını bildirmişdir. Silah yerinə baxış keçirilən zaman ümumiyyətlə vəkilin iştirakı da təmin edilməmişdir. Odur ki, ifadəsində qeyd etdiyi halları nəzərə alaraq ona məhkəmədən bəraət verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, şöbəyə Malik adlı şəxsin yaşadığı evdə avtomat və hissələrini saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, keçirilmiş əməliyyat nəticəsində həmin şəxsin Şəmkir rayonu, Dəllər- Cəyir kəndində yaşayan Təqsirləndirilən şəxs olduğu müəyyən edilmiş, bundan sonra 26 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi və onun yerinin müəyyən olunaraq yaşadığı evə baxış və üzərində şəxsi axtarış keçirilməsi barədə qərar çıxarılmışdır. Həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında olması, yaşadığı evdə avtomat olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra, həmin məlumat əsasında Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid3, Şahid2 və PPXB-nün polis nəfəri Şahid4 ilə birlikdə Şəmkir rayonu, Dəllər-Cəyir kəndinə getmiş, onlar Təqsirləndirilən şəxs olduğu yerə çatıb kənardan Təqsirləndirilən şəxs yaxınlıqda dayandığını müşahidə etmiş, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı elan edib, yaşadığı evə baxış keçirilməli olduğunu demiş, Təqsirləndirilən şəxs onlara etiraz etməyərək onlarla birlikdə yaşadığı evə getmiş, yaşadığı evin həyətyanı sahəsində olan zaman Təqsirləndirilən şəxs yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı predmet və ya əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs onlara evin tavanında avtomat, daraq və patron olduğunu bildirmiş, evin tavanına baxış keçirilən zaman tavandan 1 ədəd AKMS markalı avtomat, 1 ədəd həmin avtomata aid daraq və 23 ədəd patron aşkar edilərək götürülmüş, bundan sonra evdə baxış aparılmış, baxış zamanı əlavə olaraq qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmiş, sonra Təqsirləndirilən şəxsla birlikdə Şəmkir RPŞ-yə gəlmiş, Şəmkir RPŞ-də müdafiəçinin də iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid2 və Şahid4, eyni zamanda ibtidai istintaq dövründə verdiyi ifadəsi məhkəmə iclasında elan edilmiş Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 27 aprel 2023-cü il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. 26 aprel 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən baxış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. “Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. 26 aprel 2023-cü il tarixdə Şəmkir Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi haqqında protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnın barəsində 03 (üç) ay müddətinə, yəni xx.xx.2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanma müddətinin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2023-ci tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Təhqiqatlar İdarəsindən alınmış 27 aprel 2023-cü il tarixli 23/328B nömrəli rəydən görünür ki, - Tədqiqata təqdim edlmiş 01 ədəd N-si silinmiş silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, Kalaşnikov konstruksiyalı AKMS modelli avtomatdır, odli yivli silahdır, texniki cəhətdən sazdır və atəşə üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan silahın təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Tədqiqata təqdim edilmiş 23 ədəd patron, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibirli olmaqla, həmin kalibirli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomatların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmiş və izahatının doğruluğunu imzalayaraq təsdiq etmişdir. 28 aprel 2023-cü il tarixdə Təqsirləndirilən şəxs silahı tapdığı Şəmkir rayonunda yerləşən yerdə ifadənin yerində yoxlanması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsinidə göstərdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Şəmkir RİHB Şiştəpə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 34511 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Şiştəpə kəndində arvadı və uşaqları ilə birlikdə yaşayır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfidnən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. 28 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, müdafiəçinin iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittaham üzrə özünü təqsirli bilmiş və ifadəsinin doğruluğunu imzalayaraq təsdiq edərək bildirmişdir ki, o, 2021-ci ilin təxminən yay aylarında yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evdən çıxıb Dəllər-Cəyir kəndində yerləşən Qobu çayının içərisindən parniklər olan tərəfə gedən zaman həmin yerdə torpaqın altından nə isə dəmir silaha oxşar əşya görmüş, o, həmin yerə yaxınlaşan zaman torpağı təmizləmiş, torpağı təmizlədikdən sonra orada torpağın altında 1 ədəd qundağı qatlanan kalaşnikov avtomatı olduğunu görmüş, həmin vaxt avtomatın sandığının da yerində olduğunu gördüyü üçün sandığı çıxarmış, içərisində güllələr olduğunu görmüşdür. O, orada bir qədər dayanıb ətrafa baxdıqdan sonra həmin avtomatı yaşadığı evə aparmaq, yaşadığı evdə gizlətmək qərarına gəlmişdir. Həmin avtomatı açıqda evə apara bilməyəcəyini bildiyi üçün torpağın altında yenidən gizlətmiş, yaşadığı evə gedib yaşadığı evdən 1 ədəd böyük dəsmal və 1 ədəd böyük sellofan götürmüş, o, həmin əşyaları götürdükdən sonra həmin yerə qayıtmış, avtomatın darağını çıxarıb avtomatla birlikdə dəsmala bükmüş, sellofana qoyub yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqdan sonra evin damına çıxmış, həmin silahı evin damında bir kənarda gizlətmiş, bundan sonra uzun müddət ümumiyyətlə həmin silaha dəyməmiş, 26 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evin yaxınlığında olan zaman mülki geyimli bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını, yaşadığı evə baxış keçirilməli olduqlarını demiş, o, da heç bir etiraz etməyərək polislərlə birlikdə yaşadığı evə getmiş, evində baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Evin həyətinə daxil olub çəkilişə başlayan zaman o, polis əməkdaşlarına yaşadığı evin damında 1 ədəd avtomat, daraq və güllələr olduğunu demiş, bu zaman polis əməkdaşları evin damına çıxmış, damda parçaya bükülmüş vəziyyətdə olan həmin avtomatı və darağı götürmüş, həmin silahı və hissələrini götürdükdən sonra evə baxışı davam etdirmiş, lakin baxış zamanı başqa heç nə aşkar edilməmiş, sonradan həmin avtomat qablaşdırılmış, üzəri imzalanmış, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmiş, orada o, dövlət hesabına vəkillə təmin edilmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. O, həmin avtomatı sadəcə maraq üçün yaşadığı evə aparıb saxlamış, həmin avtomatdan ondan başqa heç kimin məlumatı olmamış, onun həmin avtomatı kimə isə satmaq niyyəti olmamış, həmin avtomatdan istifadə etməmişdir. Onun üzərinə vəkil Müdafiəçi iştirakı ilə birlikdə baxış keçirilmiş və şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində dövriyyəsi qadağan olunan hər hansı bir əşyanın olub olmadığını soruşulan zamanı o, narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, odlu silah onun komponentləri eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməmiş və ona polis əməkdaşları tərəfindən zor tətbiq edilməsi, polis əməkdaşlarının zorakı təsiri ilə silahın ona məxsus olmasını bildirmiş, silahın ona məxsus olmaması barədə dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, iş üzrə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək 2021-ci ilin təxminən yay aylarında yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evdən çıxıb Dəllər-Cəyir kəndində yerləşən Qobu çayının içərisindən parniklər olan tərəfə gedən zaman həmin yerdə torpaqın altından nə isə dəmir silaha oxşar əşya görmüş, o, həmin yerə yaxınlaşan zaman torpağı təmizləmiş, torpağı təmizlədikdən sonra orada torpağın altında 1 ədəd qundağı qatlanan kalaşnikov avtomatı olduğunu görmüş, həmin vaxt avtomatın sandığının da yerində olduğunu gördüyü üçün sandığı çıxarmış, içərisində güllələr olduğunu görmüşdür. O, orada bir qədər dayanıb ətrafa baxdıqdan sonra həmin avtomatı yaşadığı evə aparmaq, yaşadığı evdə gizlətmək qərarına gəlmişdir. Həmin avtomatı açıqda evə apara bilməyəcəyini bildiyi üçün torpağın altında yenidən gizlətmiş, yaşadığı evə gedib yaşadığı evdən 1 ədəd böyük dəsmal və 1 ədəd böyük sellofan götürmüş, o, həmin əşyaları götürdükdən sonra həmin yerə qayıtmış, avtomatın darağını çıxarıb avtomatla birlikdə dəsmala bükmüş, sellofana qoyub yaşadığı evə getmişdir. O, yaşadığı evə çatdıqdan sonra evin damına çıxmış, həmin silahı evin damında bir kənarda gizlətmiş, bundan sonra uzun müddət ümumiyyətlə həmin silaha dəyməmiş, 26 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində yerləşən evin yaxınlığında olan zaman mülki geyimli bir neçə polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim etmiş, ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını, yaşadığı evə baxış keçirilməli olduqlarını demiş, o, da heç bir etiraz etməyərək polislərlə birlikdə yaşadığı evə getmiş, evində baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Evin həyətinə daxil olub çəkilişə başlayan zaman o, polis əməkdaşlarına yaşadığı evin damında 1 ədəd avtomat, daraq və güllələr olduğunu demiş, bu zaman polis əməkdaşları evin damına çıxmış, damda parçaya bükülmüş vəziyyətdə olan həmin avtomatı və darağı götürmüş, həmin silahı və hissələrini götürdükdən sonra evə baxışı davam etdirmiş, lakin baxış zamanı başqa heç nə aşkar edilməmiş, sonradan həmin avtomat qablaşdırılmış, üzəri imzalanmış, bundan sonra o, polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmiş, orada o, dövlət hesabına vəkillə təmin edilmiş, ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. O, həmin avtomatı sadəcə maraq üçün yaşadığı evə aparıb saxlamış, həmin avtomatdan ondan başqa heç kimin məlumatı olmamış, onun həmin avtomatı kimə isə satmaq niyyəti olmamış, həmin avtomatdan istifadə etməmişdir. 26 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində yaşadığı Şəmkir rayonu, Dəllər-Cəyir kəndində saxlayaraq ona yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığını, yaşadığı evə baxış keçirilməli olduqlarını demiş, o, da heç bir etiraz etməyərək polislərlə birlikdə yaşadığı evə getmiş, evində baxış keçirilməsinə heç bir etiraz etməmişdir. Bir çox istintaq hərəkətlərində ifadələrini təsdiq etmiş, bu hərəkətlər müdafiəçinin iştirakı ilə keçirilmiş, üzərinə baxış keçirilərkən, polis şöbəsində dindirilməsi barədə etiraz və şikayət etməmiş, müdafiəçisinə ona polis əməkdaşları tərəfindən təsir göstərilməsi, silahın ona məxsus olmaması barədə heç bir söz deməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxışda müdafiəçisi iştirak etmiş və video çəkilişlə aparılmışdır. Odur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyi, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-228.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona isnad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi özünün etirafedici ifadəsi, şahid ifadələri, istintaq hərkətləri protokolları və ekspert rəyi ilə və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə yuxarıda göstərilən mötəbər sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq, ədalət prinsipini və sosial ədalətin bərpasını, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59 və 61-ci maddələrinə əsasən məsuliyyətini yüngüləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi əməlin ictimai-təhlükəlilik dərəcəsini, yaşadığı yer üzrə mənfi xarakterizə olunmasını, dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını tətbiq edilməsini ona görə məqsədəmüvafiq hesab edir ki, həmin şəxsin azadlıqdan məhrum etmə cəzası olmadan islah olunmasını və cəzanın məqsədlərinin, həmçinin törədilmiş cinayətlə cəza arasındakı balansın tam təmin olunmasını mümkün hesab edir. Odur ki, məhkəmənin qənaətinə görə həmin şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli tutulduğu tarixdən, yəni 26 aprel 2023-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş 1 ədəd AKMS modelli avtomat, 1 ədəd həmin avtomata aid daraq və eksperimental atəşlər edildikdən sonra qalan 20 ədəd güllə dövlət nəfinə müsadirə olunmalı, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, İş üzrə maddi sübut olan əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman görüntlərin qeydə alındığı “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə ekspertiza və digər məhkəmə xərci yoxdur. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsnın hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 26 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Şəmkir Rayon Polis Şöbəsinin anbarında saxlanılan 1 ədəd AKMS modelli avtomat, 1 ədəd həmin avtomata aid daraq və eksperimental atəşlər edildikdən sonra qalan 20 ədəd güllə hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir Rayon Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə təqdim olunduğu gündən 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-18/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-18/2024
23.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver