Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-180/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri–Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri X3, Müdafiəçi1, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs2, qanuni nümayəndələr Qanuni nümayəndə1, Qanuni nümayəndə2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə 29 avqust 2007–ci ildə Şəmkir şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxx 2007–ci ildə Şəmkir şəhərində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Zəyəm qəsəbəsində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Yeni–Həyat kəndində yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2007–ci təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2005–ci təvəllüdlü X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2022–ci il tarixdə, saat 04 radələrində Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS 9 ünvanında yerləşən binanın girişindəki açıq vəziyyətdə olan qapısından içəri daxil olaraq 1–ci mərtəbədə yerləşən açıq sahədən vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 200 manat dəyərində olan “STELS” markalı velosipedi və həmin yerdən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 150 manat dəyərində olan “Saft” markalı velosipedi vahid niyyətlə oğurlayaraq Zərərçəkmiş şəxs3 200 (iki yüz) manat, Zərərçəkmiş şəxs1 150 (bir yüz əlli) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2007–ci təvəllüdlü Təqsirləndirilən şəxs2 və xx.xx.2005–ci təvəllüdlü X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2022–ci il tarixdə, saat 04 radələrində Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS 8 ünvanında yerləşən binanın qapısı olmayan girişindən içəri daxil olaraq 1–ci mərtəbədə yerləşən açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 150 manat dəyərində olan “DESNA” markalı velosipedi oğurlayaraq Zərərçəkmiş şəxs2 150 (bir yüz əlli) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Belə ki, o, tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2007–ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2005–ci təvəllüdlü X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2022–ci il tarixdə, saat 04 radələrində Şəmkir şəhəri, Hərbi şəhərcik, DOS 9 ünvanında yerləşən binanın girişindəki açıq vəziyyətdə olan qapısından içəri daxil olaraq 1–ci mərtəbədə yerləşən açıq sahədən vahid niyyətlə Zərərçəkmiş şəxs3 məxsus 1 ədəd 200 manat dəyərində olan “STELS” markalı velosipedi və həmin yerdən Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 150 manat dəyərində olan “Saft” markalı velosipedi vahid niyyətlə oğurlayaraq Zərərçəkmiş şəxs3 200 (iki yüz) manat, Zərərçəkmiş şəxs1 150 (bir yüz əlli) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Bundan başqa o, təkrarən tamah məqsədilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyətilə yetkinlik yaşına çatmayan xx.xx.2007–ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 və xx.xx.2005–ci təvəllüdlü X5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 18 aprel 2022–ci il tarixdə, saat 04 radələrində Şəmkir şəhəri, Hərbi şəhərcik DOS 8 ünvanında yerləşən binanın qapısı olmayan girişindən içəri daxil olaraq 1–ci mərtəbədə yerləşən açıq sahədən Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd 150 manat dəyərində olan “DESNA” markalı velosipedi oğurlayaraq Zərərçəkmiş şəxs2 150 (bir yüz əlli) manat məbləğində ziyan vurmaqla özgə əmlakını gizli olaraq talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələri ilə ittiham verilmişdir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs1 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ramal və Namiqi təxminən 3–4 ildir ki, tanıyır, onlarla dostluq münasibətləri olmuşdur. 18 aprel 2022–ci il tarixdə gecə saat 4 radələrində o, Ramal və Namiq Şəmkir rayonunda Hərbi şəhərcikdə yerləşən binaların arası ilə gedən zaman binalardan birinin blokunda velosiped olduğunu görmüş, bu zaman Ramal onlara həmin velosipedləri götürüb sürmək təklifi etmiş, o və Namiq də Ramala etiraz etməmiş, onlar birlikdə həmin bloka gedib orada olan 2 ədəd velosipedi götürmüş, bu zaman Ramal onların 3 nəfər olduğunu, bir ədəd də velosiped tapıb oğurlamaq lazım olduğunu demiş, onlar orada olan velosipedləri götürüb birlikdə digər binalaın bloklarına baxmağa başlamışlar. Orada binaların bloklarından birində olan 1 ədəd velosipedi də götürüb hər üçü birlikdə velosipedə oturub Dəllər qəsəbəsinə getmiş, orada bir qədər Dəmiryol stansiyasında oturmuş, bir müddət velosipedləri sürdükdən sonra həmin velosipedlərlə Gəncə şəhərinə getmək qərarına gəlmişlər. Onlar hərəsi bir velosipedi sürüb Gəncə şəhərinə getmiş, səhər saatlarında onlar Gəncə şəhərinə çatmış, Gəncə şəhərinə çatdıqdan sonra onlar velosipedlərlə geri qayıtmamaq, həmin velosipedləri satmaq, pulunu isə özləri üçün Gəncədə xərcləmək qərarını almışlar. Gəncə şəhərində, Ramada Plazanın yanında olan zaman bir neçə şəxsə velosipedləri satmaq barədə demiş, bir müddət sonra onlar velosipedləri almaq istəyən bir nəfər şəxs tapmış, həmin velosipedlərin üçünü 100 manat pulun qarşılığnda tanımadıqları həmin şəxsə satmış, həmin 100 manatı isə Gəncə şəhərində xərcləyib həmin günün axşamı Şəmkir rayonuna qayıtmışlar. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş, onlarla barışaraq, razılıq əldə etmişdir. Lakin maddi imkanı olmadığından Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə2 iştirakı ilə dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ramal və Ruslanı təxminən 3–4 ildir ki, tanıyır. Onun həmin şəxslərlə arasında dostluq münasibətləri olmuş, onlar rayon ərazisində mütəmadi olaraq birlikdə gəzmişlər. 18 aprel 2022–ci il tarixdə gecə saat 4 radələrində o, Ramal və Ruslan Şəmkir rayonunda Hərbi şəhərcikdə yerləşən binaların arası ilə gedən zaman binanın blokunda velosiped olduğunu görmüş, bu zaman Ramal onlara velosipedləri oğurlayıb sürmək barədə təklif etmiş, onlar da Ramala heç bir etiraz etməmişlər. Birlikdə orada olan 2 ədəd velosipedə yaxınlaşmış, həmin velosipedləri götürüb birlikdə üçüncü velosipedi axtarmağa başlamışlar. Bundan sonrs başqa bir binanın blokuna daxil olmuş, orada velosiped olduğunu görüb həmin velosipedi də özləri ilə götürmüş, hər üçü velosipedlərə oturub həmin velosipedlərlə Şəmkir rayonu, Dəllər qəsəbəsinə getmiş, orada bir qədər Dəmiryol stansiyasında oturmuş, sonradan bir müddət velosipedləri sürdükdən sonra həmin velosipedlərlə Gəncə şəhərinə getmək qərarına gəlmişlər. Onların hərəsi bir velosipedi sürüb Gəncə şəhərinə getmiş, səhər saatlarında Gəncə şəhərinə çatmış, Gəncə şəhərinə çatdıqdan sonra velosipedlərlə geri qayıtmamaq, həmin velosipedləri satmaq, pulunu isə özləri üçün Gəncədə xərcləmək qərarını almışlar. Gəncə şəhərində Ramada Plazanın yanında olan zaman velosipedləri almaq istəyən bir nəfər şəxs tapmış, həmin velosipedlərin üçünü 100 manat pulun qarşılığında tanımadıqları həmin şəxsə satmış, 100 manat pulu isə Gəncə şəhərində xərcləyib həmin günün axşamı Şəmkir rayonuna qayıtmışlar. Bununla belə hadisədən sonra Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 dəymiş ziyanı ödəmiş, onlarla barışaraq, razılıq əldə etmişdir. Lakin maddi imkanı olmadığından Zərərçəkmiş şəxs2 dəymiş ziyanı ödəyə bilməmişdir. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, təxminən 3 il əvvəl Şəmkir rayonunda yerləşən “Günəş” ticarət mərkəzindən oğlu Elnura 200 manata STELS markalı velosiped almış, həmin velosipedi daima olaraq yaşadıqları binanın 3–cü mərtəbəsində saxlamışlar. 17 aprel 2022–ci il tarixdə saat 17 radələrində oğlu Elnur həmin velosipedi yaşadıqları binanın 2–ci blokuna qoyub dostları ilə oynamağa getmiş, oğlu sonradan yaşadıqları evə qayıdan zaman həmin velosipedi digər blokda unudub yaşadıqları evə gəlmiş, o, oğlundan velosipedin harada olmasını soruşan zaman oğlu velosipedini digər blokda qoyduğunu, səhər götürəcəyini demişdir. 18 aprel 2022–ci il tarixdə saat 09 radələrində Zülfiyyənin oğlu Ayxan oğlu Elnura zəng edərək həm özünə, həm də oğluna məxsus olan velosipedlərin oğurlandığını bildirmişdir. Bundan sonra hadisə barədə polisə məlumat vermişlər. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, təxminən 1 il yarım bundan əvvəl oğlu Ayxana 300 manata “Saft” markalı velosiped almış, oğlu gündəlik olaraq həmin velosipedi idarə edib axşamlar yaşadıqları binada 3–cü mərtəbədə yerləşən evlərinin qarşısında saxlamışdır. 17 aprel 2022–ci il tarixdə saat 17 radələrində oğlu Ayxan qonşuda yaşayan Elnur adlı şəxs ilə birlikdə özlərinə məxsus velosipedləri yaşadıqları binada yerləşən 2–ci blokun girişində qoyub gəzməyə getmiş, həmin vaxtdan sonra oğlu və Elnur velosipedləri idarə etməmiş, velosipedlərin orada olub–olmamasına baxmamışlar. 18 aprel 2022–ci il tarixdə səhər saat 09 radələrində yaşadığı mərtəbədən aşağı baxmış, bu zaman oğlunun velosipedinin binanın girişində olmadığını görmüş, oğlu Ayxanı yuxudan oyatmış, velosipedin yerində olmadığını demişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin velosiped oğurlanmışdır. Bu səbəbdən hadisə barədə polisə məlumat vermişlər. Bununla belə hadisədən sonra dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən bir müddət əvvəl oğlu Salmana 200 manat dəyərində “Desna” markalı velosiped almışlar. Oğlu gündəlik olaraq həmin velosipedi idarə edib axşamlar yaşadıqları binada 1–ci mərtəbədə yerləşən açıq sahədə saxlamışdır. 18 aprel 2022–ci il tarixdə oğlunun velosipedinin binanın girişində olmadığını görmüş və həmin velosipedin oğurlanması ona məlum olmuşdur. Bu səbəbdən hadisə barədə polisə məlumat vermişlər. Hadisə nəticəsində ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxslərdən şikayətçi olmasa da, tələbi ona dəymiş ziyanın ödənilməsindən ibarətdir. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 18 aprel 2022–ci il tarixli və 20 aprel 2022–ci il tarixli protokollardan görünür ki, Şəmkir şəhəri, Hərbi şəhərcik DOS 8 və Şəmkir şəhəri, Hərbi şəhərcik DOS 9 ünvanında yerləşən binaların girişinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla, fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 28 iyul 2022–ci il tarixli, 9/4620 nömrəli rəyindən görünür ki, ekspertiza analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda göstərilən velosipedlərin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 500 manat müəyyən olunur. Həmin malların ayrı–ayrılıqda qiymətləri aşağıdakı kimidir:
1. 2021–ci il istehsallı “Desna” markalı velosiped–150 manat
2. 2021–ci il istehsallı “Stels” markalı velosiped–150 manat
3. 2021–ci il istehsallı “Saft” markalı velosiped–200 manat. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.2–ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin materiallarından X4 barəsində Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.2–ci maddələri ilə ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ– dən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan təqsirləndirilən şəxslər tərəfindən tamamilə ödənilmişdir. Ona görə də, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən özgənin əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Ona görə də, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin əməli Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.2–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.1 və 177.2.2–ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxslər barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə, cinayətin yetkinlik yaşına çatmayan şəxslər tərəfindən törədilməsini, eləcə də, təqsirləndirilən şəxslərin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1 ilə barışıq əldə etmələrini, həmin zərərçəkmiş şəxslərin onlardan heç bir şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində həmin zərərçəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirləndirilən şəxslərin əməlini etiraf edərək peşman olmasını, habelə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxslərə təqsirli bilindikləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2007–ci il təvəllüdlü, Təqsirləndirilən şəxs2 isə xx.xx.2007–ci il təvəllüdlü olmaqla cinayət törədən zaman yetkinlik yaşına çatmamışlar. Bu səbəbdən təqsirləndirilən şəxslərə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edərkən, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1–ci maddəsinin tələblərini rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4–1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.1–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52–1.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00– dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51–2–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Belə ki, təqsirləndirilən şəxslər tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs2 150 manat dəyərində maddi ziyan vurulmuşdur. Lakin həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə həmin zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut olub, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərdən ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxslərə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00–dan saat 07:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olub, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim Taleh Musayev