Məhkəmə qərarları › İş №1(076)-181/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-181/2024

17.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-181/2024 17.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi X2, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi qınının və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1983–cü il tarixdə Şəmkir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Belə ki, o, xx.xx.2023-cü il tarixdə, təkrarən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixlərdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 X3 filialına “qoyunçuluq təsərrüfatı” biznes ideyasının qeydiyyata alınması və sonradan qeydiyyatinin dayandırılması barədə müraciətlərini bəhanə gətirərək heç bir əsaslı səbəb olmadan ictimai asayişin pozulmasına, vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, ictimai qaydanı kobud surətdə pozan, ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, etik normalara və ictimai birgəyaşayış qaydaları ilə bir araya sığmayan, orada olan şəxslərin 30-40 dəqiqə ərzində narahatçılıqlarına və qəsdən iş rejiminin pozulmasına səbəb olan qərəzli hərəkətlər etmiş, bundan əlavə o, qərəzli xuliqanlıq hərəkətlərini təkrarən davam etdirərək xx.xx.2023-cü il tarixdə silah qismində istifadə olunan dəmir parçasından istifadə etməklə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 X3 filialının balasında olan 500 manat dəyərində 1 ədəd “DELL” markalı kompüteri, xx.xx.2023-cü il tarixdə isə təkrarən eyni hərəkətləri ilə 120 manat dəyərində 1 ədəd “ACER” markalı kompüter, 30 manat dəyərində 1 ədəd klaviatura və 15 manat dəyərində 1 ədəd qapı dəstəyini məhv etməklə və zədələməklə, ümumilikdə 665 (altı yüz altmış beş) manat dəyərində dövlət əmlakını qəsdən yararsız hala salmaqla xuliqanlıq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən 3 il əvvəl Şəmkir məşğulluq mərkəzinə müraciət edərək ona saxlanılması üçün heyvan vermələrini xahiş etmişdir. Hər dəfə də ona yalandan söz vermişlər ki, xırda buynuzlu heyvan ayrılacaqdır, lakin ona heyvan verilməmişdir. 2022-ci ilin dekabr ayının əvvəllərindən yenidən mütəmadi olaraq Şəmkir Məşğulluq idarəsinə gedərək heyvan ayrılmasını tələb etmiş, lakin heyvanlar verilməmişdir. Məşğulluq idarəsində heyvan ayrılmadığına görə özünə qəsd edəcəyi barədə dəfələrlə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat vermişdir. Bununla bağlı rayon polis şöbəsində olmuşdur. Son vaxtlar əsəb sistemində ciddi dəyişikliklər baş vermişdir. Artıq başında ağrılar baş vermiş, gecələr yata bilməmiş, ruhi əsəb xəstəliyinə tutulmuşdur. 2022-ci ilin dekabr ayının 8-də xəstəliyi ilə əlaqədar X13 xəstəxanasına yerləşdirilmiş və 21 gün müalicə almışdır. 2022-ci ilin dekabr ayının 30-da xəstəxanadan buraxılmışdır. Ondan sonra da dəfələrlə Şəmkir Məşğulluq idarəsinə getmiş və onlardan ona heyvan vermələrini tələb etmişdir. Bundan başqa o, xx.xx.2022ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə də, Şəmkir məşğulluq mərkəzinə gedərək heyvan vermələrini tələb etmiş, işçilərlə də mübahisə etmiş, lakin onun müraciətlərinə yenədə baxılmamışdır. Bundan başqa o, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə də, Şəmkir məşğulluq mərkəzinə gedərək heyvan vermələrini tələb etmişdir. Mübahisə edərək əsəbi olduğu üçün onları hədələmiş, onlara və özünə xəsarətlər yetirəcəyini, intihar edəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Məşğulluq şöbəsinə gedərək şöbənin işçilərindən heyvan vermələrini tələb etmiş, işçilərlə də mübahisə etmiş və əsəbi olduğu üçün onları hədələmiş, onlara və özünə xəsarətlər yetirəcəyini, intihar edəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə yenidən Məşğulluq şöbəsinə gedərək heyvan vermələrini tələb etmiş, lakin ona müsbət cavab verilmədiyi üçün əsəbləşib işçilərlə mübahisə edərək kompüterin monitorunu vurub sındırmış, eləcə də, məşğulluq idarəsinin qapısını təpiklə vurub sındırmışdır. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Uzun müddət ərzində müraciətinə baxılmadığı üçün əsəbləşib, əsəblərini cilovlaya bilməmişdir və şöbəninin inventarlarını vurub zədələmişdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin nümayəndəsi X7 ifadəsində göstərdi ki, X3 Filialının Şəmkir rayon xidmət şöbəsində böyük mütəxəssis kimi fəaliyyət göstərir. Təqsirləndirilən şəxs 2020-ci ildə Məşğulluq sistemində iş axtaran kimi qeydiyyat düşüb və özünü məşğulluq proqramı çərçivəsində qoyunçuluq təsərrüfatı biznes ideyası üzrə müraciət etmişdir. Lakin 2022-ci ilin aprel ayında qeydiyyatın dayandırılması barədə 142 qaynar xəttə müraciət etmiş və Məşğulluq sistemində qeydiyyatı dayandırılmışdır. 29 avqust 2022-ci il tarixdə saat 12 radələrində Təqsirləndirilən şəxs Şəmkir şəhəri H.Əliyev prospektində yerləşən Məşğulluq filialına gələrək ona 120 baş qoyun verməli olduqlarını tələb etməyə başlamış, onlar Anarı sakitləşdirmək istəsə də bu mümkün olmamış və Anar əsəbləşərək filialın giriş qapısının şüşəsini sındırmış, bu barədə DİN-in 102 xidmətinə məlumat verilmişdir. Sonradan Təqsirləndirilən şəxs qardaşı pəncərə şüşəsini bərpa etdiyi üçün şikayətçi olmamışlar. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs məşğulluq filialına gəlib təkrar qeydiyyata düşməkdən imtina barədə ərizə vermişdir. 01 dekabr 2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs yenidən Məşğulluq filialına gələrək təkrarən 120 heyvan verməli olduqlarını demiş, onlarla mübahisə etməyə başlamışdır. Anar özü ilə gətirdiyi şüşə parçasını çıxararaq özünə və onlara xəsarətlər yetirəcəyi ilə hədələmişdir. Onlar isə Anarla mehriban davranmağa sakitləşdirməyə çalışmış və polisin 102 xidmətinə məlumat vermişlər. Sonra polis əməkdaşları Anarı aparmışlar. xx.xx.2022-ci ildə, xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə Təqsirləndirilən şəxs yenidən məşğulluq filialına gələrək öz hərəkətlərini davam etdirmiş, hər dəfə təxminən 30-40 dəqiqə onların iş rejimini pozaraq işləməyə imkan verməmiş, hər dəfə özü ilə kəsici alətlər gətirərək onlara və özünə xəsarətlər yetirəcəyi ilə onları hədələmişdir. Bu barədə DİN-nin 102 xidmətinə məlumat verilmişdir. xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə saat 11 və 12 radələrində təkrarən məşğulluq filialına gələrək ona 120 baş heyvan verilməsə özünə və onlara xəsarətlər yetirəcəyi ilə hədələmiş, hər dəfə təxminən 30-40 dəqiqə filialın iş rejimini pozmuşdur. 27 yanvar 2023-cü ildə saat 11:30 radələrində Təqsirləndirilən şəxs yenidən məşğulluq filialına gələrək 120 baş heyvanı tələb etmiş, Anara yenidən qeydiyyata alınmalı olması və bundan sonra onun məsələsinə baxılacağı izah edilmiş, lakin Anar onları təhqir edərək masa üzərində olan kompüterin monitorunu qaldırıb masaya çırpmaqla yararsız hala salmış və qızdırıcını isə təpiklə vuraraq məşğulluq filanının əmlakına ziyan vurmuşdur. Bu barədə əməkdaşlar tərəfindən akt tərtib edilmişdir. Sonuncu dəfə 07 fevral 2022-ci ildə saat 11 radələrində Təqsirləndirilən şəxs yenidən məşğulluq filialına gələrək 1 dəqiqəyə Qazax Regional idarəsinin müdiri Elçin Nəsibovun onun yanında olmalı olduğunu hökmlə deyərək əks halda işləməyə qoymayacağını bildirmiş və onu sakitləşdirmək istəyəndə daha da aqressivləşərək onları təhqir edib masa üzərində olan kompüterin monitorunu, klaviaturasını yerə çırparaq sındırmış, məşğulluq filialının giriş qapısının dəstəyini təpiklə vurub sındırmışdır. Bu barədə də rəsmi polis şöbəsinə məlumat vermişlər. Anar ona və hər hansı işçiyə xəsarət yetirməmiş, amma dəfələrlə onlara və özünə xəsarətlər yetirəcəyi ilə hədələmişdir. Anar özü ilə kəsici alətlər gətirib və nümayiş etdirərək onları hədələmişdir. Təqsirləndirilən şəxs qəsd etdiyi əmlak şöbənin inventarı olmuşdur və ümumilikdə 665 manat maddi ziyan dəymişdir. Anar 500 manat dəyərində 1 ədəd DELL markalı kompüter, 120 manat dəyərində 1 ədəd “ACER” markalı kompüter, 30 manat dəyərində 1 ədəd klaviatura və 15 manat dəyərində 1 ədəd qapı dəstəyini sındırmışdır. Dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödəmilməmişdir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4, Şahid3, Şahid2, Şahid5 və Şahid1 da zərərçəkmiş şəxsin nümayəndəsi X7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 X3 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyata düşmüş və həmin tarixdə özünəməşğulluq proqramı çərçivəsində “qoyunçuluq təsərrüfatı” biznes ideyası (üzrə) qeydiyyata alınmışdır. xx.xx.2022-ci il tarixdə qeydiyatının dayandırılması ilə bağlı müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Nazirliyin tabeliyində X4 X3 filialı tərəfindən MEİS-in “Məşğulluq” altsistemindəki qeydiyyatı dayandırılmış, xx.xx.2022-ci il tarixdə Filialın Şəmkir rayon xidmət şöbəsinə gələrək “qoyunçuluq təsərrüfatı” biznes ideyası üzrə 120 baş qoyunla təmin olunmaq istədiyini bildirərək qapının şüşəsini sındırmiş və xx.xx.2022-ci il tarixdə təkrar Filialın Şəmkir rayon xidmət şöbəsinə gələrək qeydiyyata düşmək istəmədiyi ilə bağlı ərizə yazmışdır. Cinayət işinin materiallarında olan 07 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X5 X3 filialının Şəmkir rayon xidmət şöbəsinə 2 dəfə gəlmiş, xuliqanlıq hərəkətləri edərək şöbənin işinə mane olmuş, özünün müalicəsi üçün pul tələb etmiş və filialda olan avadanlıqlara ziyan vurmuşdur. Cinayət işinin materiallarında olan 08 dekabr 2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə X5 X3 filialının Şəmkir rayon xidmət şöbəsinə gəlmiş, həmin tarixdə şöbənin işinə mane olmuş, işçilərə özünə qəsd edəcəyi ilə bağlı hədə qorxu gəlmiş, daha sonra şüşə butulkanı idarənin pilləkənlərinə vuraraq sındırmış və həmin şüşə ilə özünə xətər yetirməklə hədələmiş, hərəkətlərini davamı olaraq idarənin damına çıxaraq özünü oradan ataraq intihar edəcəyi ilə hədələmişdir. Cinayət işinin materiallarında olan 06 yanvar 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X5 X3 filialının Şəmkir rayon xidmət şöbəsinə gəlmiş, xuliqanlıq hərəkətləri edərək şöbənin işinə mane olmuş, ruhi dispanserdə xəstə yatdığını səbəb göstərərək artıq onun hüquq mühafizə orqanlarından çəkinmədiyini demiş və kəsici aləti (bıçağı) göstərərək işçilərə daha sonra özünə xəsarət yetirəcəyini bildirmişdir. Cinayət işinin materiallarında olan 27 yanvar 2023-cü il tarixdə tərtib olunmuş aktdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə X5 X3 filialının Şəmkir rayon xidmət şöbəsinə gəlmiş, xuliqanlıq hərəkətləri edərək istilik peçini ayağıyla vuraraq, 1 ədəd kompüteri isə stola vuraraq sındırmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 X3 filialının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə yenidən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində X5 X3 filialının Şəmkir rayon xidmət şöbəsinin inzibati binasına gəlmiş, xuliqanlıq hərəkətləri edərək Şöbənin işinə mane olmuş, daha sonra 1 ədəd kompüteri stola vuraraq yararsız hala salmış və giriş qapısının tutacağını ayaq zərbəsiylə sındırmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Şahid4 iştirakı ilə hadisə yerinə baxış keçirilmiş və bu barədə protokol tərtib olunmaqla fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan X5 X3 filialının xx.xx.2023-cü il tarixli aktından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə filialının Şəmkir rayon xidmət şöbəsinə gələrək, 500 manat məbləğində 1 ədəd “DELL” markalı kompüteri, xx.xx.2023-cü il tarixdə isə yenidən xidmət şöbəsinə gələrək 120 manat məbləğində 1 ədəd “ACER” markalı kompüteri, 30 manat məbləğində 1 ədəd klaviaturanı və 1 ədəd 15 manat dəyərində qapı dəstəyini sındırmışdır. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 18 mart 2024-cü il tarixli, 49 saylı rəyindən görünür ki, aparılmış eksperimentalpsixoloji müayinə gedişində Təqsirləndirilən şəxs əqli intellektual imkanlarında, psixi vəziyyətində dəyişiklik aşkar olunmamışdır. Belə ki, yoxlanılan şəxsin idrak proseslərinin, sensor-perseptiv proseslərinin, psixi-emosional vəziyyətinin tədqiqi zamanı qavramasının, yaddaş xüsusiyyətlərinin normaya uyğun çıxış etdiyi, assosiativ və emosional yaddaşın kifayət qədər aktiv olduğu, diqqətinin nisbətən gec mərkəzləşdiyi, emosional vəziyyətində solğunluq, laqeydlik, maraq dairəsinin bir qədər məhdud olması, təfəkkürünün bir qədər autik və ləng tempdə olmasına baxmayaraq ümumiləşdirmə, təhliletmə və proqnozlaçdırma proseslərində normadan kənaraçıxma hallarına təsadüf olunmadığı, tənqidi münasibətinin tam həcmdə olduğu müəyyən edilmiş, Təqsirləndirilən şəxs öz hərəkətlərini dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malik olmuş, xroniki ruhi xəstəlik olan şizofreniya xəstəliyinin paranoid formasından əziyyət çəkdiyi müəyyən edilmişdir. Paranoid şizofreniya xroniki prosessual psixi patologiyadır. Psixi vəziyyətinə görə özü və ətrafındakılar üçün sosial təhlükə kəsb etmir. Ona ittiham olunan cinayət əməlini törədərkən “Şizofreniya, paranoid forma” xroniki psixi xəstəliyindən əziyyət çəkmiş, lakin o, cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuş, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci və 21.3-cü maddələrinin təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 noyabr 2006–cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə təqsirli bilinərək, cinayət məcəlləsinin 66.3cü maddəsinə əsasən 12 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Apellyasiya Məhkəməsinin 12 yanvar 2007-ci il tarixli qərarı ilə onun cəzası 11 il 03 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07 oktyabr 2016-cı il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 10 ay 27 gün hissəsindən vaxtından əvvəl şərti azad edilmişdir. İşdə olan Şəmkir Rayon İcra və Probasiya Şöbəsinin 03 iyun 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzası xx.xx.2017-ci il tarixdə başa çatmışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Poliklinikasının xx.xx.2024–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında narkoloji kabinetdə qeydiyyatda dayanmır. Şizofreniya paranoiq forma diaqnozu ilə psixiatrik kabinetdə qeydiyyatda dayanır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması və özgənin əmlakının məhv edilməsi və zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011–ci il tarixli qərarında göstərilmişdir ki, xuliqanlıq obyektiv cəhətdən CM–nin 221–ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004–cü il tarixli qərarının 2–ci bəndinə görə Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221–ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, işin müəyyən olunmuş hallarına görə təqsirləndirilən şəxsin hərəkətləri ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasını, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik, etinasızlıq göstərməsini, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlığı, habelə silah qismində istifadə olunan əşyadan istifadə etməklə özgənin əmlakının məhv edilməsini özündə ehtiva edir. Göstərilənlərə əsasən məhkəmə, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsi ilə düzgün tövsif edilmiş və ona təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3–cü maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq–aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM–in 221.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, ictimai qayda, cəmiyyətin mənafeləri, vətəndaşların həyatı və sağlamlığı əleyhinə olan qərəzli hərəkətlərlə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 06 noyabr 2006–cı il tarixli hökmü ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını çəkib qurtardıqdan sonra, məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən cinayət törədərkən də məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4–cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsə alındığı gündən, yəni 17 sentyabr 2024–cü il tarixdən hesablanmalıdır və Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut hesab olunan, 1 ədəd “DELL” markalı, 1 ədəd “ACER” markalı kompüterlər, 1 ədəd klaviatura və 1 ədəd qapı dəstəyi qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olubolmamasıdır. Belə ki, Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə 665 manat maddi ziyan vurulmuş, lakin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət- Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 02 il 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 17 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut hesab olunan, 1 ədəd “DELL” markalı, 1 ədəd “ACER” markalı kompüterlər, 1 ədəd klaviatura və 1 ədəd qapı dəstəyi qanuni sahibinə qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin X5 X3 filialının nümayəndəsinə mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar