Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-181/2025 11.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1998-ci il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yəni, sonuncunun Şəmkir rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(076)-100/2021 nömrəli qətnaməsinə əsasən onun himayəsinə verilmiş övladı X1 əri Şahid1 tərəfindən bir neçə saat əvvəl yaşadığı evə aparılaraq orada saxlaması və işləri ilə bağlı rayon mərkəzinə getdiyi üçün bir neçə saatlıq nəzarət etmək üçün Zərərçəkmiş şəxs verməsi, sonuncunun isə oğlu İslam Həsənovu ona qaytarmaqdan imtina etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq məqsədilə Zərərçəkmiş şəxs istintaqa məlum olmayan daş parçası ilə qəsdən vuraraq ona başın tüklü hissəsində sol təpə nahiyəsinin və ənsə nahiyəsinin sağ yarısının əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi meyvə bağlarında fəhləlik edərək gəlirini əldə edir. Subaydır 2 övladı var. Şahid2 onun atasıdır. Şahid1 onun keçmiş əridir. Zərərçəkmiş şəxs onun keçmiş əri Şahid1 qonşusudur. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Şahid1 ilə 10 fevral 2016-cı il tarixdə ailə həyatı qurmuşlar, lakin 2020-ci il oktyabr ayından ondan ayrılmışdır. Şahid1 ilə birgə ailəli olduqları müddət ərzində iki övladları dünyaya gəlmişdir. Şəmkir rayon məhkəməsinin qətnaməsi ilə azyaşlı övladları İslam Həsənov və Nuran Həsənov hər ikisi onun himayəsinə verilmişdir. 2024-cü ilin təxminən noyabr ayında o, azyaşlı oğlu İslam Həsənovu özü ilə birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi bazarına aparmış, orada İslam Həsənova geyim əşyaları alıb yaşadıqları ünvana qayıdan zaman avtobusda keçmiş əri Şahid1 ilə qarşılaşmışdır. Həmin vaxt Şahid1 ona azyaşlı övadı İslam Həsənovu özü ilə toy məclisinə aprmaq istəməsini bildirərək, İslam Həsənovu ona verməyini ondan tələb etmişdir. O, da Şahid1 ilə razılaşıb azyaşlı övladı İslam Həsənovu ona vermək istəmiş, lakin İslam Həsənov atası Şahid1 ilə getmək istəməyərək ağlamağa başlamışdır. Həmin vaxt Şahid1 azyaşlı övladı İslam Həsənovun onunla getməməsini onun tərəfindən öyrədilməsini başa düşərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Ruslan Həsənəov əli onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, da Şahid1 barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, Şahid1 onu döyməsini bildirmişdir. 2025-ci ilin yanvar ayının əvvəlində Şahid1 azyaşlı övladı İslam Həsənovu oxuduğu Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən Suliddin Məmmədov adına tam orta məktəbdən çıxdıqdan sonra onun icazəsi olmadan özü ilə yaşadığı ünvana aparmışdır. 4 gün müddəti ərzində İslam Həsənov atası Şahid1 yanında yaşadığı üçün o, məktəbə gedə bilməmişdir. Bu səbəbdən də o, 12 yanvar 2025-ci il tarixdə Şahid1 tərəfindən döyülməyi ilə bağlı araşdırma aparan Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinə gəlib adını xatırlamadığı təhqiqatçıya Şahid1 tərəfindən azyaşlı oğlu İslam Həsənovun onun razılığı olmadan aparılmasını bildirmişdir. Lakin həmin vaxt polis əməkdaşları ona X4 Həsənovdan alınaraq ona verilməsinin onların səlahiyyətində olmaması bildirmişlər. Həmin tarixdə, saat 15 radələrində o, Şahid1 Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən yaşadığı ünvana gedib azyaşlı oğlu İslam Həsənovu götürüb özü ilə yaşadığı ünvana gətimək üçün Şahid1 yaşadığı ünvandan çıxıb ünvan 3in həmin vaxt Şahid1 qonşusu Zərərçəkmiş şəxs və onun az yaşlı övladı Ramilə adlı şəxs ona yaxınlaşaraq Şahid1 Şəmkir rayon Polis şöbəsinə getməsini və azyaşlı övladı İslam Həsənovu ona tapşırmasını Zərərçəkmiş şəxs ona bildirərək, İslam Həsənovu özü ilə yaşadığı ünvana aparmağına etirzaını bildirmişdir. Həmin tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisələri baş vermişdir, mübahisə zamanı Zərərçəkmiş şəxs onun İV barmağını əks istiqamətdə burmaqla həmin barmağının dırnaq sədəfini qopardıb, əli ilə onun sifət və alın nahiyəsindən vurub ona qəsdən xəsarət yetirmişdir. Həmçinin həmin vaxt Zərərçəkmiş şəxs azyaşlı qızı Ramilə adlı şəxs əlindəki taxta parçası ilə onun kürək və baş nahiyələrindən vurmuşdur. Həmin mübahisə zamanı o, da yerdən daş parçasını götürüb Zərərçəkmiş şəxs baş nahiyəsindən bir dəfə vurub ona qəsdən xəsarət yetirmişdir. Daha sonra Zərərçəkmiş şəxs azyaşlı övladı İslam Həsənovu ondan alaraq onu keçmiş əri Şahid1 ona tapşırmasını bildirərək özü ilə yaşadığı ünvana aparmışdır. O, da Zərərçəkmiş şəxs arxasınca gedib azyaşlı övaldı İslam Həsənovu istəmişdir. Ancaq Zərərçəkmiş şəxs azyaşlı övladı İslam Həsənovu ona vermədiyi üçün o, kömək məqsədilə atası Şahid2 mobil telefon vasitəsi ilə zəng edib onu Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına çağırmışdır. Həmin tarixdə, saat 16 radələrində atası Şahid2 Zərərçəkmiş şəxs yaşadığı evin qarşısına gəlmişdir. Azyaşlı övladı İslam Həsənov atası Şahid2 görən kimi Zərərçəkmiş şəxs yanından aralaşıb atası Şahid2 yanına getmişdir. Daha sonra o, da Zərərçəkmiş şəxs yaşadığı ünvandan çıxıb atası Şahid2 və İslam Həsənov ilə yaşadıqları ünvana Şahid4 idarə etdiyi avtomobillə gəlmişlər. Təqsirləndirilən şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs və onun azyaşlı qızı Ramilə adlı şəxs ilə aralarında dava-dalaş hadisəsi baş verərəkən yanlarında heç kim olmamasını, Zərərçəkmiş şəxs və onun azyaşlı qızı Ramilə adlı şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsinin təxminən 2-3 dəqiqə davam etməsini, Zərərçəkmiş şəxs və onun azyaşlı qızı Ramilə adlı şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində torpaq yolun kənarında baş verməsini, Zərərçəkmiş şəxs yalan deməsini, 12 yanvar 2025-ci il tarixdə, saat 16:00 radələrində Zərərçəkmiş şəxs atası Şahid2 bıçağın arxası ilə vurmamasını, eləcədə ümumiyyətlə ona toxunmamasını və ona heç bir xəsarət yetirməməsini, Zərərçəkmiş şəxs atası Şahid2 barəsində dediklərinin hamısının şərböhtan olmasını, Şahid2 Nəhayət Hüsenzadənin yaşadığı evin qarşısına gətirən taksi sürücüsü Şahid4 da orada olmasını və Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş davadava zamanı o, Zərərçəkmiş şəxs bıçaqla hədələməməsini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Subaydır 5 övladı var. Şahid1 onun qonşusudur. Təqsirləndirilən şəxs onun qonşusu Şahid1 keçmiş arvadıdır. Şahid2 isə Təqsirləndirilən şəxs atasıdır. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. 12 yanvar 2025-ci il tarixdə qonşusu Şahid1 ona mobil telefon vasitəsi ilə zəng edərək, onun Şəmkir rayon Polis şöbəsinə çağrılmasını, az yaşlı oğlu İslam Həsənovu onun yaşadığı ünvana göndərəcəyini və onun da İslam Həsənova nəzarət edib baxmağını ondan xahiş etmişdir. Daha sonra Şahid1 azyaşlı oğlu İslam Həsənov onun yaşadığı ünvana gəlmişdir. Həmin tarixdə, saat 15 radələrində X6 rayon Polis şöbəsinin təhqiqatçısı Orxan Bayramov zəng edib ona küçəyə çıxmasını və atası Şahid1 yanına gətiriləcəyini bildirmişdir. Həmin vaxt İslam Həsənov onun yaşadığı evin qarşısına çıxan zaman orada Təqsirləndirilən şəxs ona yaxınlaşmasını görmüşdür. O, İslam Həsənova və Təqsirləndirilən şəxs yaxınlaşıb onun atası Şahid1 Şəmkir rayon Polis şöbəsinə çağrılmasını və İslam Həsənova onun nəzarət etməyini ondan xahiş etməsini Təqsirləndirilən şəxs bildirmişdir. Lakin həmin vaxt Təqsirləndirilən şəxs ona İslam Həsənovu özü ilə yaşadığı ünvana aparacağını demişdir. O, Təqsirləndirilən şəxs İslam Həsənovu atası Şahid1 ona tapşırmasını təkrar olaraq deyib İslam Həsənovu ona verməyəcəyini bildirmişdir. Lakin həmin tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs yerdə olan daş parçasını götürüb onun baş nahiyəsindən bir dəfə vurub ona qəsdən xəsarət yetirmişdir. Lakin həmin mübahisə zamanı o, elcədə yetkinlik yaşına çatmayan qızı Şahid3 Təqsirləndirilən şəxs vurmamışlar və ona heç bir xəsarət yetirməmişlər. Daha sonra o, X5 Bayramovadan alaraq onu özü ilə yaşadığı ünvana aparmışdır. Təqsirləndirilən şəxs da onun arxasınca onun yaşadığı evin həyətinə gəlmişdir. Ancaq o, X5 Bayramovaya vermədiyi üçün o, kömək məqsədilə atası Şahid2 mobil telefon vasitəsi ilə zəng edib Şahid2 onun yaşadığı evin həyətinə çağırmışdır. Həmin tarixdə, saat 16 radələrində Təqsirləndirilən şəxs atası Şahid2 onun yaşadığı evin həyətinə gəlmişdir. Həmin vaxt İslam Həsənov babası Şahid2 görən kimi onun yanından aralaşıb Şahid2 yanına getmişdir. Daha sonra Təqsirləndirilən şəxs da onun yaşadığı ünvandan çıxıb atası Şahid2 və azyaşlı oğlu İslam Həsənov ilə birlikdə yaşadıqları ev istiqamətində getmişlər. Zərərçəkmiş şəxs verilən sualların mahiyyəti üzrə bildirmişdir ki, 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs onun baş nahiyəsindən daşla vuraraq ona xəsarət yetirməsi üçün və qonşusu Şahid1 ona tapşrdığı azyaşlı övladı İslam Həsənovu ondan alıb apardıqlarına görə o, əsəbi halda ilkin izahatında Təqsirləndirilən şəxs onun əllərindən tutmasını və Şahid2 əlindəki bıçağın arxası ilə onun baş nahiyəsindən vurması barədə bildirməsini, lakin həmin mübahisə zamanı Şahid2 onu ümumiyyətlə vurmamasını və ona heç bir xəsarət yetirməməsini, həmin dava-dalaş hadisəsi zamanı onun yalnız Təqsirləndirilən şəxs baş nahiyəsindən daşla vurmasını, Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş zamanı o, eləcədə yetkinlik yaşına çatmayan qızı Şahid3 Təqsirləndirilən şəxs vurmamalarını və ona heç bir xəsarət yetirməmələrini, Təqsirləndirilən şəxs ilə aralarında dava-dalaş hadisəsi baş verərəkən yanlarında heç kim olmamasını, Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsinin təxminən 2-3 dəqiqə davam etməsini və Təqsirləndirilən şəxs ilə arlarında baş vermiş dava-dalaş hadisəsinin Şəmkir rayonu, Yuxarı Seyfəli kəndi ərazisində torpaq yolun kənarında baş verməsini, Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş hadisəsi zaman o, əsəbi olduğu üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, Təqsirləndirilən şəxs onu bıçaqla hədələməsi barədə məlumat verməsini, lakin həmin mübahisə zamanı Təqsirləndirilən şəxs onu bıçaqla hədələməməsini və ona bıçaqla heç bir xəsarət yetirməməsini bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2025-ci il tarixli, 27 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sol təpə nahiyəsinin və ənsə nahiyəsinin sağ yarısının əzilmiş yaraları KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 12 yanvar 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Yuxarı Seyfəli İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yəni, sonuncunun Şəmkir rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(076)-100/2021 nömrəli qətnaməsinə əsasən onun himayəsinə verilmiş övladı X1 əri Şahid1 tərəfindən bir neçə saat əvvəl yaşadığı evə aparılaraq orada saxlaması və işləri ilə bağlı rayon mərkəzinə getdiyi üçün bir neçə saatlıq nəzarət etmək üçün Zərərçəkmiş şəxs verməsi, sonuncunun isə oğlu İslam Həsənovu ona qaytarmaqdan imtina etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı ondan qisas almaq məqsədilə Zərərçəkmiş şəxs istintaqa məlum olmayan daş parçası ilə qəsdən vuraraq ona başın tüklü hissəsində sol təpə nahiyəsinin və ənsə nahiyəsinin sağ yarısının əzilmiş yaraları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 (otuz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-181/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-181/2025
11.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver