Məhkəmə qərarları › İş №1(076)-182/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-182/2025

04.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-182/2025 04.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cü ildə Yevlax rayonu, Qoyunbinəsi kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Yevlax rayonu, Qoyunbinəsi kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri Yasamal rayonu, H.Cavid 78 Turan hərbi yataqxasında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək təkrar dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və adatma yolu ilə X1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, daha sonra Elman Şəkərliyevi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir rayon X6 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə güya Fövqəladə Hallar Nazirliyində işləyən yaxın tanışları vasitəsi ilə köməklik göstərəcəyinə dair yalan vədlər verərək, bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda qeyd edilən məsələ ilə bağlı danışıb razılığa gələrək, əslində Zərərçəkmiş şəxs2 məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb sonuncudan vahid niyyətlə, ilkin olaraq 15 iyul 2023-cü il tarixdə özünün adına olan “6863-0558” nömrəli “LeoBank“ kartı hesabına ünvan 1 ünvanında yerləşən “Bazarstore” marketin içərisindəki ödəmə terminalı ilə 1500 (min beş yüz) manat, sonradan isə 05 sentyabr 2024-cü il tarixdə saat 08:56-da Yardımlı rayonu, Hanuba kəndinin ərazisində “Birbank“ tətbiqi vasitəsi ilə yenidən tanışı X8 adına olan “4098-5844-5877-9343” nömrəli bank kartı hesabına 100 (bir yüz) manat, ümumilikdə 1600 (bir min altı yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs2 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və adatma yolu ilə Zərərçəkmiş şəxs1 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə biləbilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, daha sonra Zərərçəkmiş şəxs1 kirvəlik münasibətində olduğu Şahid Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X6 Xidmətinin Şəmkir rayon X6 hissəsinə yanğınsöndürən vəzifəsinə işə düzəlməsinə güya Fövqəladə Hallar Nazirliyində işləyən yaxın tanışları vasitəsi ilə köməklik göstərəcəyinə dair yalan vədlər verərək, bununla əlaqədar hər hansı bir səlahiyyətə malik olmadığı halda qeyd edilən məsələ ilə bağlı danışıb razılığa gələrək, əslində Zərərçəkmiş şəxs1 məxsus pulu ələ keçirmək məqsədi ilə aldadıb sonuncudan 2023-cü ilin avqust ayının əvvəllərində, istintaqa dəqiq məlum olmayan tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Zərərçəkmiş şəxs1 küçəsində yerləşən “Motel“ avtomobil təmiri sexində vahid niyyətlə, ilkin olaraq 1500 (bir min beş yüz) manat, 5-6 gün sonra həmin ünvanda 500 (beş yüz) manat, 2023-cü ilin avqust ayının ortalarında, istintaqa dəqiq məlum olmayan tarixdə 300 (üç yüz) manat, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 xahişi ilə X9 tərəfindən Şəmkir rayonu, Düşqışlaq kəndində yerləşən “EL market”in içərisindəki ödəmə terminalı vasitəsilə əvvəlcədən fotoşəkilini göndərdiyi özünün adına olan “6863-0558” nömrəli “LeoBank“ kartı hesabına köçürməklə 100 (bir yüz) manat, xx.xx.2024-cü il tarixdə, saat 19:54-də Şəmkir rayonu, Qaracəmirli kəndində yerləşən “OBA market”in içərisindəki ödəmə terminalı vasitəsilə əvvəlcədən fotoşəkilini göndərdiyi tanışı X8 adına olan “4098- 5844-5877-9343” nömrəli bank kartı hesabına köçürməklə 100 (bir yüz) manat, ümumilikdə 2500 (iki min beş yüz) manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, 2000-2005-ci illerde o, Mudafia Nazirliyinin Qaradağ rayonu Guzdək qesebeinde yerləşən N saylı herbi hissəsində baş gizir vəzifəsində işləmişdir. Həmin zaman o orada Əflatun Məmmədovla tanış olmuş və oda həmin hissədə gizir vəzifəsində işləmişdir. Müqaviləsi bitdikdə o, hərbi hissədə ayrılmış, amma Əflatun hələ də orada işləmişdir. 2009-2017-ci illərdə o, FHN-nin Binəqədi rayon Biləcəri qəsəbəsində yerləşən Mülki Müdafiə Qoşunlarında baş gizir vəzifəsində işləmiş və öz ərizəsi ilə işdən ayrılmışdır. Əflatunla daimi olaraq mobil telefonla əlaqə saxlamış və özündən eşitmiş ki, o Binəqədi rayopn Biləcəri qəsəbəsi Zərərçəkmiş şəxs1 küçəsində yerləşən “ Motel” avtotəmir sexində rəqsaz işləyir. 2023-cü ilin avqust ayında əvvələrində Əflatun ona mobil telefon vasitəsi ilə zəng edərək iş yoldaşının kirvəsini FHN-nə işə düzəldb-düzəldə bilməyəcəyini ondan soruşmuşdur. Həmin ərəfədə borcu olduğundan hesab etmiş ki, Əflatunun dediyi şəxsin kirvəsini FHNnə rəhbər vəzifəli şəxslərin qəbuluna saldırar və işə qəbulla bağlı sənədləri toplayıb verərik, bəlkə həmin şəxsi işə qəbul edərlər, o, da Əflatunun dediyi şəxsdən pulu alıb borclarını verər. Bu baxımdan Əflatuna demiş ki, onun məsələsini həll edə bilər. Əflatun da ona demiş ki, həmin şəxslə görüşüb sohbət etmək lazımdır. O, da razılıq vermiş və 2023-cü ilin avqust ayının əvvəllərində Əflatunun Biləcəri qəsəbəsi Zərərçəkmiş şəxs1 küçəsində yerləşən “Motel” avtotəmir sexində təklikdə getmişdir. Orada Əflatun onu əvvəllər tanımadığı Zərərçəkmiş şəxs1 və kirvəsi, yəni işə düzəltmək istəyən Şahid ilə tanış etmişdir. Onlar sakitlikdə söhbət etmək üçün yaxınlıqda olan çayxanaya getmişlər, həmin zaman onların yanında Raufun tanışı da olmuşdur. Rauf özünü təqdim etdikdən sonra ona demiş ki, kirvəsi olan Rəşadı FHN-də işə düzəltmək istəyir. O, da Rəşadın Şəmkir rayonunda olduğunu bildiyi üçün təklif etmiş ki, Rəşadı yaşadığı əraziyə uyğun olaraq FHN-nin Yanğından Mühafizə Xidmətinin Şəmkir rayonunda yerləşən şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldə biləcəyimi demiş və bunun üçün 7500 (yeddi min beş yüz) manat pul lazım olmasını demişdir. Amma söhbət zamanı o, onlara demiş ki, əvvəllər FHN-də işləsə də sonradan işdən ayrılmışdır. Həmçinin o, qeyd edilən yerə mülki geyimdə getmişdir. Bundan sonra Rauf bu işə necə təşkil edəcəyini ondan soruşduqda ona demiş ki, FHN-də işləyən köhnə tanışlarının vasitəsi ilə Rəşadı işlə təmin edəcək, orada heç bir tanışının adını çəkməmişdir. Əlavə olaraq Raufa demiş ki, tələb olunan pulun 2500 (iki min beş) manatını ilk öncə, 15 sentyabr 2023-cü il tarixdə əmri verildikdən sonra 5000 (beş min) manatı ondan alacağını bildirmişdir. Eyni zamanda bildirmiş ki, Rəşad həkim müayinələrindən keçməli və idman normativini verməlidir. Rauf razılaşdığı üçün ona 1500 (min beş) manat pul vermişdir. O, da aldığı pulu borcuna sərf etmiş və heç kimə Rəşadın işə qəbulu ilə müraciət etməmişdir. Rəşada demiş ki, o sənədləri toplasın və atdığı tərcümeyi halı yazıb təqdim etsin. Eləcə də Rəşada demiş ki, o narkolji və digər tibbi analızlərinidə verib nəticəsini təqdim etsin. İlk görüşdən 5-6 gün sonra o, Raufa zəng edərək bəhanə edərək guya Rəşadın sənədlərini FHN-də qaydasına qoymaq üçün 500 (beş yüz) manat pul istəmişdir. Rauf razılıq verdiyi üçün o, 2023-cü ilin avqust ayının ortalarında Raufun işlədiyi “ Motel” servisə gedərək 500 (beş yüz) manatı ondan almışdır. Həmin məbləği də şəxsi istifadəsi üçün xərcləmişdir. Yenə də 5-6 gün sonra o, Raufun iş yerinə getmiş və ondan borc olaraq 300 (üç yüz) manat pul istəyərək almışdır. Pulu qutardığı üçün 10-15 gün sonra Raufa zəng edərək yenədə bəhanə edərək guya Rəşadın işlərin qaydasına qoymaq və həkim müayinəsi həll etmək üçün 100 ( yüz ) manat, eləcə də hər ehtimala lazim olarsa kiməsə də şirinlik vermək adı ilə 100 (yüz) manat olmaqla ondan cəmi 200 (iki yüz) manat pul istəmişdir. Rauf ona demiş ki, həmin məbləği Rəşad ona göndərəcəkdir. Daha sonra həmin pulları Rəşad 18 avqust 2023-cü il tarixdə və 05 sentyabr 2023-cü il tarixdə ona Vatcap sosial şəbəkəsi göndərdiyi öz adına olan 4098-5844-5577-9343 saylı və dostu X2 hesab nömrəsinə göndərmişdir. Pulları kartdan çıxardıb şəxsi istifadəsinə xərcləmişdir. Daha sonra o, Rəşadı Şəmkir rayonundan Bakı şəhərinə gətizdirib 3-4 dəfə FHN-nin inzibatl binasında vəzifəli şəxslərin qəbuluna saldırmış ki, bəlkə onu işə götürürlər, amma rəhbərlikdən Rəşadı işə qəbul edən olmamışdır. Dediyi vaxtda isə qəbul məsələsi alınmayanda Rauf pulunu geri istəmişdir. O, da vaxt qazanmaq üçün ona yalanlar danışaraq guya Şəmkirdə işini danışdığını işlərin qaydasında getdiyini, əmrin yaxın günlərdə olacağını yalandan vədlər vermişdir. O, Raufun kirvəsi Rəşadı işə düzəltmək adı ilə ümumilikdə 2500 ( iki min beş yüz ) manat pul almış və halhazırda həmin məbləğdən heç bir ödəniş etməmişdir. Bundan başqa onu qeyd etmək istəmiş ki,Yardımlı rayon Honuba kənd sakini Zərərçəkmiş şəxs2 tanıyır. Zərərçəkmiş şəxs2 onun iş yoldaşı olub onunla o, Qaradağ rayonu Guzdək qesebeinde yerləşən N saylı hərbi hissəsində xidmət aparmışdır. 2009-cü ildə o və Elman Şəkəriliyev hərbidən tərxis olmular. O, müntəzəm olaraq Zərərçəkmiş şəxs2lə əlaqə saxlayırdı. 2023-cü ilin iyun-iyul ayında Elman ona zəng edərək bildirmiş ki, işsizdi onu işə düzəldə bilərmi, o Elmana bildirmiş ki, onu FHN-də işə düzəldə bilər.15 iyul 2023-cü il tarixdə o, Elman zəng edərək işi düzəltmək üçün ilkin olaraq 1500 (min beş yüz) manat pul lazım olduğunu bildirmişdir. O isə ona pulu hansı formada göndərəcəyini bildirdikdə o, Elmana öz adına olan son 8 (səkkiz) rəqəmi 6863-0558 olan Leobanka aid plastik kartını ona göndərmişdir. Elman isə ona Şamaxı şəhərində olduğunu bildirirək 1500 (min beş yüz) manat pulu ona göndərmişdir. Bundan sonra o, Elmana zəng edərək bildirmiş ki, onun üçün endirim etdiyi və 250 (iki yüz əlli) manat pulunu ona geri qaytaracağını bildirmişdir. O, da Elmanın ona göndərdiyi plastik karta 2500 (iki yüz əlli) manat pulu ona geri qaytarmışdır. Təxminən 2023-cü ilin sentyabr ayında Elmana zəng edərək sənədləşmə üçün 100 (yüz) manat pul lazım olduğunu bildirmişdir. O isə hal-hazırda Yardımlı rayonunda yaşadığı ünvanda olduğunu bildirirək ona plastik kart göndərməyimi bildirmişdir. O, da Vatcap sosial şəbəkəsi vasitəsi ilə ona öz adına olan son 8 (səkkiz) rəqəmi 6863-0558 olan Leobanka aid plastik kartını ona göndərmişdir. Bundan sonra Elman ona məxsus plastik karta 100 (yüz) manat pul göndərmişdir. Sonra isə Elman ona zəng edərək işinin nə vaxt düzələcəyini soruşsada o, da ona bu gün sabah işin düzələcəyini bildirib onu aldatmağa başlamışdır. O, Elmanı işə düzəltmək üçün ümumilikdə ondan 1600 ( min altı yüz ) manat pul almış və həmin puldan 250 (iki yüz əlli) manatını geri qaytarmışdır.Təqsirləndirilən şəxs verilmiş sualara cavab olaraq bildirmişdir ki, Rauf və Elman adlı şəxslərdən aldığı 2500 (iki min beş yüz) manat və 1600 (min altı yüz) manat pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin onuda qeyd etmək istəmiş ki, Elmandan aldığı 1600 (min altı yüz) manat pulun 250 (iki yüz əlli) manatını geri qaytarmışdır. Onun Azərbaycan Respublikası FHN-də işə düzəltmək üçün heç bir səlahəti yoxdur. Hazırda əməlindən peşmandır. Zərər çəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödəyərək onlarla barışıq əldə etmiş, həmçinin dəymiş ziyanın iyirmi beş faizi məbləğində dövlət büdcəsinə ödəniş olunmuşdur. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Şəmkir rayon sakini Şahid kirvəsidir. Rəşad hərbi xidmətdən qayıtdıqdan sonra özü iş tapmaq üçün bir çox yerlərə müraciət etsə də iş tapa bilməmişdir. O, da bir kirvə kimi ona söz vermiş ki, Rəşadı özü işə düzəldəcək. 2023-cü ilin avqust ayının əvvəllərində Motel avtotəmir sexində iş yoldaşı Əflatunla bu barədə söhbət etdikdə o ona demiş ki, Aqil adlı tanışı var və Rəşadı onun vasitəsi ilə işə düzəldə bilər. Əflatundan Aqilin kim olmasını soruşduqda ona demiş ki, o, əvvəllər Aqillə MAXE kimi birlikdə işləyiblər, o xidmətdən ayrılsa da Aqil sonradan iş yerini FHN-yə dəyişib və Aqil hazırda Fövqəladə Hallar Nazirliyində çalışır. O, Əflatundan xahiş etmiş ki, o, onu Aqillə görüşdürsün. 2-3 gün sonra Təqsirləndirilən şəxs kimi sonradan tanıdığı şəxs işlədiyi servisə gəldikdə Əflatun onları tanış etmişdir. Sonradan o, tanışı Rauf Şamçıyev, kirvəsi Şahid və Aqil servisin yaxınlığında olan çayxanada oturaraq bu barədə söhbət etməyə başlamışlar. Həmin zaman Rəşad iş axtardığını, lakin tapa bilmədiyini qeyd etmişdir. Aqil özünü FHN-nin əməkdaşı kimi qələmə vermiş və bildirmiş ki, Rəşadı 7500 manat pulun müqabilində FHN-də işləyən, adını çəkmədiyi yaxın tanışlarının vasitəsilə FHN-nin Yanğından Mühafizə Xidmətinin Şəmkir rayonunda yerləşən şöbəsinə yanğın söndürən vəzifəsinə işə düzəldəcəkdir, heç bir problem olmayacaqdır. Hətta Aqil mənə dedi ki, Rəşad işə qəbuldan öncə hərbi həkim komissiyasında müayinədən keçməli, idman normativlərini verdikdən sonra xx.xx.2023-cü il tarixədək əmrini verdirəcəkdir. Aqil çox əminlikdə danışdığı və FHN-də işlədiyini zənn etdiyi üçün ona inanmış və üzərində olan 1500 manat pulu ona təqdim etmişdir. Aqil 1500 manat pulu sayaraq cibinə qoymuşdur. Rəşaddan tələb olunan sənədləri çatdırmasını istəmiş və demiş ki, məndən aldığı 1500 manat pulla Rəşadın sənədlərini FHN-də qaydasına qoyaraq təsdiqlədəcək . eyni zamanda razılaşmışlar ki, pulun 1000 manat hissəsini qısa zamanda, 5000 manat hissəsini isə əmr veriləndən sonra Aqilə təqdim edəcəklər, 5- 6 gün sonra Aqil ***-***-**-** saylı GSM nömrəsi İlə ona zəng edərək Rəşadın işi ilə bağlı veriləcək 500 manat pulu istəmişdir. O, da həmin məbləği 2023 cü ilin avqust ayının ortalarında işlədiyi Motel servisdə Aqilin özünə vermiş. 5- 6 gün sonra Aqil yenə də servisə gəlmiş və ondan əlavə olaraq 300 manat pul almışdır. sonrakı 10-15 gün ərzində Aqil ondan 200 manat pulu istədikdə Bakı şəhərində olmadığı üçün ona Rəşada zəng edib pulu almasını demişdir. X12 rayonundan mobil tətbiq vasitəsi ilə 2 dəfəyə hər dəfə 100 manat olmaqla cəmi 200 manat pulu kart hesabına köçürmüşdür. Aqillə danışdıqda özü də etiraf etmiş ki, o, Rəşaddan 200 manat pulu kart hesabına köçürülmək ilə əldə etmişdir. O, da özündən Rəşadın verdiyi 200 manat pulu sonradan Rəşadın özünə vermiş ki, onun bütün xərclərini özü çəkəcəyini əvvəlcədən demişdir. 2023cü ilin sentyabr ayının əvvəllərində Rəşad həkim müayinəsindən keçmək üçün Aqillə birlikdə FNH-də olmuş, Rəşad bayırda gözləsə də Aqil inzibati binaya daxil olaraq 15-20 dəqiqə sonra geri qayıdıb həkim müayinəsindən və idman normativindən keçməyin vacib olmadığını demişdir. 2023cü ilin sentyabr ayında Rəşadın əmri verilmədi və o bu barədə Aqillə danışdıqda 0, xx.xx.2023-cü ilədək əmrin bugün-sabah veriləcəyi adı ilə onu aldatmağa başlamışdır. Hətta xx.xx.2023-cü il tarixdə ***-***-**-** saylı GSM nömrəsindən tanımadığı bir nəfər kişi ona demiş ki, guya Rəşadın adı FHN-nin Hövsan qəsəbəsində yerləşən kursuna yazılıb, Rəşadın işi ilə bağlı heç bir problem yaşanmayacaqdır. O, bunu araşdırdıqda yalan olmasını görüb Aqilə verdiyi 2500 manat pulu geri istəmişdir. Lakin Aqil hazır ki, vaxtadək yalan bəhanələrlə onu yenə də alıdadıb pulunu qaytarmamışdır. Daha sonra o, Aqilin onu aldatması barədə Əflatunla söhbət etdikdə özündən eşitmiş ki, Aqil ondan da borca aldığı pulu qaytarmır.Aqil ona demiş ki, Rəşadın sənədlərini FHN-də qaydasına qoymaq üçün ona 100 manat pul lazımdır. İkinci dəfə də demiş ki, kiməsə 100 manat şirinlik verməli di. O, da Rəşada demiş ki Aqilin kartına 200 manat pul köçürsün. Aqillə apardığı bütün vhatsapp yazılarını saxlamış və təqdim edə biləcəyini bildirmişdir.O, bütün danışıqları Aqillə aparmış vəd verən olmamışdır. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2003-cü il tarixdən tanıyır. Belə ki, o Təqsirləndirilən şəxs ilə Müdafiə Nazirliyinin gizir hərbi qulluğçusu olmuşlar və Bakı şəhərində işləmişlər. 2009-cu ildə o və Təqsirləndirilən şəxs hərbidən tərxis olunmuşlar. Təqsirləndirilən şəxs ilə o müntəzəm olaraq əlaqə saxlayıb görüşmüşlər. Sonuncu dəfə Təqsirləndirilən şəxs ilə Bakı şəhərində 2023-cü il tarixdə ona pulu göndərməmişdən 20 gün əvvəl söhbət edən zaman ona işləmədiyini bildirdikdə o, onu Azərbaycan Respublikası FHN-nə işə düzəldəcəyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Şamaxı şəhərində olan zaman Təqsirləndirilən şəxs ona zəng vurub işimin düzəldiyini və bunun müqabilində 1500 (min beş yüz) manat pul lazım olmasını və kart hesabına pulu göndərməyini demişdir. Bundan sonra o, həmin tarixdə saat 18 radələrində 1500 (min beş yüz) manat pulu Şamaxı şəhəri Şəhriyar küçəsində yerləşən “Bazarstore”dən "Millön" aparatı vasitəsi ilə son 8 rəqəmi 68630558 olan Təqsirləndirilən şəxs kart hesabına göndərmişdir. Sonra isə Təqsirləndirilən şəxs ona zəng vurub pulun çatmasını bildirmişdir. Bundan təxminən 2 saat sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq onun üçün endirim etdiyini, bu səbəbdən 250 manat pulu geri qaytardığını demişdir. Təxminən 15 gün sonra isə o, Yardımlı rayonunda olan zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq sənədləşmə üçün 100 manat pul lazım olduğunu demiş və o “Birbank” tətbiqi vasitəsi ilə onun kart hesabına 100 manat pul göndərmişdir. Həmin vaxtdan sonra Aqil Hüseyinovun ***-***-**-** mobil nömrəsinə zəng vursa da müxtəlif bəhanələr gətirmiş və onun pulunu qaytarmamışdır. Bu səbəbdəndə o, bu barədə Azərbaycan Respublikası DİN-in 102 xidmətinə məlumat vermişdir. Bildirmiş ki, hadisə nəticəsində ona ümümilikdə 1350 manat maddi ziyan dəymişdir ki, 1500 manat pulu xx.xx.2023cü il tarixdə Şamaxı şəhərində olan zaman Təqsirləndirilən şəxs son 8 rəqəmi 68630558 olan kart hesabına göndərmiş, bundan təxminən 2 saat sonra Təqsirləndirilən şəxs ona zəng vuraraq onun üçün endirim etdiyini, bu səbəbdən 250 manat pulu geri qaytardığını demişdir. Daha sonra Təxminən 15 gün sonra isə o, Yardımlı rayonu, Honuba kəndində olan zaman Təqsirləndirilən şəxs ona zəng vuraraq sənədləşmə üçün 100 manat pul lazım olduğunu demiş və o “Birbank” tətbiqi vasitəsi ilə onun yuxarıda göstərdiyi kart hesabına 100 manat pul göndərmişdir. Həmin tarixdən təxminən 10 gün sonra Təqsirləndirilən şəxsla Bakı şəhərində görüşmüşlər və ona işinin bir neçə günə hazır olacağını demişdir. Hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Onun Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir rayonu Qaracəmirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin aprel ayında hərbi xidmətə gedib 2022-ci ilin oktyabr ayında təxris olunmuşdur. Sonradan bir çox yerlərə işə qəbulla bağlı müraciət etsə də nəticə olmamışdır.Zərərçəkmiş şəxs1 onun kirvəsidir və o, ona söz verirmiş ki, onu bir işə qoyacaq. 2023-cü ilin avqust ayının əvvəllərində Zərərçəkmiş şəxs1 ona zəng edərək işlədiyi “Motel” avtotəmir sexinə çağırmış və onları servisin yaxınlığında olan çayxanada oturmuşlar. Həmin zaman orada ondan başqa əvvəllər tanımadığı kirvəmin tanışı Rauf Şamçıyev və Təqsirləndirilən şəxs da olmuşdur. Söhbət zamanı Aqil özünü FHN-nin əməkdaşı kimi qələmə vermiş və bildirmiş ki, o, onu 7500 manat pulun müqabilində FHN-də işləyən, adını çəkmədiyi yaxın tanışlarının vasitəsilə FHN-nin Yanğından Mühafizə Xidmətinin Şəmkir rayonunda yerləşən şöbəsinə yanğınsöndürən vəzifəsinə işə düzəldəcəkdir, heç bir problem olmayacaqdır. Aqil əlavə demiş ki, o işə qəbuldan öncə hərbi həkim komissiyasından müayinədən keçməlidi, idman normativlərini verməlidi və o, bundan sonra xx.xx.2023-cü il tarixədək onun əmrini verdirəcəkdir. Həmin vaxt kirvəm Rauf Aqildən soruşmuş ki, onun işə qəbulumda gələcəkdə problem yarana bilərmi. Aqil bir daha vəd etmiş ki, o, özü onun işə qəbulunu həyata keçirəcəkdir və problem olmayacaqdır. Bu sözdən sonra kirvəsi Rauf onların yanında 1500 manat pulu Aqilə təqdim etmişdir. Aqil 1500 manat pulu sayaraq cibinə qoymuş və ondan tələb olunan sənədləri çatdırmağını istəmiş və demiş ki, 1500 manat pulla onun sənədlərini FHN-də qaydasına qoyaraq təsdiqlədəcək. Eyni zamanda kirvəsi ilə Aqil razılaşmışlar ki, pulun 1000 manat hissəsini qısa zamanda, 5000 manat hissəsini isə onun işə qəbulu ilə bağlı əmr veriləndən sonra Aqilə verilməlidir. Aqilin istəyi üzrə o, məhkumluq və sağlamlıq haqqında arayışlar almışdı, eləcə də Aqilin nümunə kimi atdığı yazı ilə tərcümeyi hal yazmış və ona göndərmişdir. Aqilin istəyi üzrə o, xx.xx.2023-cü il tarixdə tibbi sənədləri həll etmək üçün Aqilin 4098-5844-5877-9343 saylı LEObank kart hesabını alaraq həmin hesaba Şəmkir rayonu ərazisindəki ödəmə terminalından 64 manat pul köçürmüşdür. Həmin 84 manat pulu ona kirvəsi Rauf vermişdir. 2023cü ilin avqust ayının ortalarında kirvəsi Rauf ona zəng etmiş ki, Aqil ondan onun sənədlərini FHN-də qaydasına qoymaq üçün 100 maat pul istəyir, özü Bakı şəhərində olmadığı üçün Aqilin kart hesabına 100 manat pul köçürməyini demişdir. O, da xx.xx.2023-cü il tarixdə Aqilin onda olan kart hesabına Şəmkir rayonu Düzqışlaq kəndinin ərazisində yerləşən ödəmə terminalı ilə 100 manat pulu köçürmüşdür. xx.xx.2023-cü il tarixdə yenə də kirvəsi Rauf mənə zəng edərək Aqilin ondan kiməsə şirinlik verəcəyi adı ilə hesabına 100 manat pul köçürməyini istəmişdir. O, Aqillə vhatsapla yazışmış və o, ona kart hesabı vermiş və o həmin gün Şəmkir rayonu Qaracəmirli kəndinin ərazisindəki ödəmə terminalından 100 manat pulu köçürmüşdür. Sonradan Kirvəsi 200 manat köçürdüyü pulları ona qaytarmışdır. Həmin ərəfələrdə o, Aqilin istəyi üzrə FHN-ə, hərbi həkim komissiyasından və Yasamal rayonu ərazisində yerləşən narkoloii müayinədən keçmək üçün Bakı şəhərinə çağırmışdır. 5-6 dəfə Aqil onu FHN-nin inzibati binasına aparmış, özü bayırda gözləsə də onu içəri saldırıb nazir müavini Etbar Mirzəyevin qəbuluna adını yazdırmış, lakin hər dəfə o, qəbula düşə bilməyib oradan uzaqlaşmışdır. Aqil ona demiş ki, nazir müzvini onu qəbul edəcək, amma o özü də bilmirmiş ki, qəbul olunduğu zaman o orada nə deməlidir. Aqil də demiş ki, sən qəbula gir, sonra hər şey özü həll olunacaqdır. Daha sonra onu FHN-nin Xətai rayonu ərazisində yerləşən binalarından birinə aparmış və orada özü içəri daxil olaraq onu bayırda gözlətmiş, daha sonra çıxaraq əlində sağlamlıq haqqında arayışla çıxmış və ona demiş ki, idman normativini özü həll edəcəkdir. Sonradan kirvəsi Raufla danışdıqda özündən eşitmiş ki. o, Aqilə onun işə qəbulu ilə bağlı 200 manatdan başqa 2300 manat pul verib. 2023-cü ilin sentyabr ayında onu işə qəbulu ilə bağlı əmri verilməmiş və Aqil xx.xx.2023-cü ilədək əmrin bugün-sabah veriləcəyi adı ilə onları aldatmağa başlamışdır. Daha sonra kirvəsi Rauf Aqildən 2500 manat pulu geri istəmiş, geri ala bilmədikdə onun barəsində şikayət vermişdir. Hazırda Aqillə bağlı vhatsapla yazışmalarını təqdim edə biləcəyini bildirmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını, da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ–dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 32.4, 312.2, 66.3 və 69.4-cü maddələrinə əsasən təqsirli bilinib 3.500 manat cərimə cəzasına məhkum edilmişdir. Hazırda məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə dövlət büdcəsinə 1027 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxsqabaqcadan əlbir olan bir qrup şəxs halında etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə təkrarən dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxslər X3 və Zərərçəkmiş şəxs1 hər biri ayrıayrılıqda notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadıqlarını bildirmişlər. Həmçinin, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxsbarəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərlə yanaşı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 18 saata görə 178 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi Vaqıf oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 178 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar