Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-184/2023 18.09.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, İsmayılova Sənubər Nəcəf qızının katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X8 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X8 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, imayəsində iki nəfər azyaşlı uşağı olan, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, 4-cü mikrarayon ev-17, mənzil-9 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 14 yanvar 2023-cü il tarixdə tanışı Yadigar Babayevin xahişi ilə ona narkotik vasitə tapılmasına köməklik göstərərək Gəncə şəhəri, Abbas Səhhət adına xəstəxananın yaxınlığında şəxsiyyəti istintaqa dəqiq məlum olmayan Elvin adlı tanışından 62 (altmış iki) manat (taksi xidməti daxil olmaqla) pulun qarşılığında 0,379 qram çəkidə psixotrop maddə olan metamfetamini və 0,205 qram çəkidə narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlamaqla Abbas Səhhət adına xəstəxananın yaxınlığında yerləşən 2 saylı yataqxananın qarşısına daşımış, həmin narkotik vasitə və psixotrop maddənin üzərindən şəxsi istifadəsi üçün istintaqa məlum olmayan çəkidə götürmüş və qalan hissəsini Yadigar Babayevə 62 manat (taksi xidməti də daxil olmaqla) qarşılığında vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində, “Gəncə Şərab 2” zavodunun yanında, şəxsiyyəti istintaqa dəqiq məlum olmayan Elvin adlı tanışından təmiz çəkisi, 0,338 qram və 0,393 qram olan psixotrop maddə metamfetamini və təmiz çəkisi 0,024 qram narkotik vasitə olan heroini ümumilikdə 60 (altmış) manat pulun qarşılığında alaraq qanunsuz əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satmaqda şübhəli bilindiyi üçün, Gəncə şəhərində yaşadığı yerin yaxınlığında olarkən saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmiş, onun üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli, gödəkcənin sol yan cibindən 2 ədəd şəffaf rəngli sellofan bükümdə və 1(bir) ədəd kağız bükümdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən kustar üsulla hazırlanmış 0,338 qram və 0,393 qram çəkilərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan 0,024 qram çəkidə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1 maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, anası İradə Qəhrəmanova ilə birlikdə yaşayır. Təxminən 1 il olar ki, psixotrop maddə metamfetamini falqada yandırıb tüstüsünü udmaq yolu ilə istifadə edir. O, Yadigar və İlkini uzun müddətdir ki, tanıyır. Özünün Yadigar ilə münasibəti yaxşı olsa da, İlkinlə heç bir yaxın münasibəti olmamışdır. X4 isə təxminən 2 aydır ki, tanıyır, özünə məxsus ***-***-**-** saylı mobil nömrə ilə Elvinə məxsus ***-***-**-** saylı mobil nömrəyə bu müddət ərzində bir neçə dəfə zəng edərək şəxsi istifadəsi üçün psixotorop maddə metamfetamin almış, onlarla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Yanvar ayı rəfəsində Yadigar ona yaxınlaşaraq ona narkotik vasitə lazım olduöunu bildirmiş, o isə narkotik vasitə satışı ilə məşğul olmadığını bildirərək bundan imtina etmişdir. Daha sonra Yadigar ona özü üçün narkotik aldığı şəxsdən onun üçün də narkotik vasitə tapmasını xahiş etmiş, o isə ona xəbər verəcəyini demişdir. 14 yanvar 2023-cü il tarixdə saat təxminən 19 radələrində o, özünə məxsus mobil nömrə ilə Elvinə məxsus mobil nömrəyə zəng etmiş, Elvinə ona patı lazım olduğunu demişdir. Elvin isə ona özü zəng edəcəyini bildirmişdir. Həmin gün saat 20 radələrində Elvin ona məxsus mobil nömrəyə zəng edərək patı təşkil edə biləcəyini demiş, o, isə ona kakos da lazım olduğunu, ona kakos təşkil edə bilib-bilməyəcəyini demişdir. O, isə ona heç bir problem olmadığını, 60 manat pulun qarşılığında 0.5 qram heroin və 0.5 qram metamfetamin, 2 manat taksi xidməti, cəmi 62 manat qarşılığında narkotik vasitə verə biləcəyini demişdir. O da onunla razılaşıb Yadigara zəng etmişdir. Yadigar pulu ona gətirib verməsini istəyib Abbas Səhət adına xəstəxananın yaxınlığında yerləşən “Can Bir” marketin qarşısına çağırmış, Yadigar oraya gəlmiş, ona 62 manat pul vermiş, Yadigara bildirmişdir ki, 60 manat narkotik vasitənin puludur, 2 manat da narkotik vasitə aldığı şəxsin taksi xidməti üçün tələb etdiyi puldur. O, Yadigara getməsini, ona zəng edən zaman gəlib aldığı narkotiki və psixotrop maddəni gəlib götürməsini demiş, oradan çıxıb yaxınlıqda yerləşən “Oba” marketə getmiş və Elvinə zəng edib kartın nömrəsini deməsini istəmiş, ona “Leo” banka məxsus xatırlamadığı kart nömrəsi demiş, o, 62 manat pulu həmin karta yükləmiş, o, pulu yüklədikdən sonra ona telefonda baxıb pulun gəldiyini deyib narkotiki və psixotrop maddəni haradan götürəcəyi barədə bir müddət sonra ona zəng edib deyəcəyini bildirmişdir. Bundan təxminən yarım saat sonra Elvin ona zəng etmiş, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 3-cü mikrorayonda yerləşən peşə məktəbindən Abbas Səhət adına xəstəxanaya gedən zaman sağa döndükdə birinci ağacın altına qoyduğunu demişdir. O, həmin yerdən 2 ədəd ayrı-ayrı bükümdə olan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürmüş, o, narkotik maddələri götürdükdən sonra orada yerləşən 2 saylı yataqxananın qarşısına getmişdir. Özü də metamfetamin istifadəçisi olduğu üçün metamfetamindən bir istifadəlik götürüb siqaret kağızına bükərək Yadigara zəng edib yataqxananın qarşısına gəlməsini istəmişdir. Yadigar oraya gəlmiş, o, heroini və metamfetamini ona vermiş və ona həmin metamfetamindən öz istifadəsi üçün götürdüyünü demişdir. O, yaşadığı evə getmiş, metamfetamini falqada yandırmaqla istifadə etmiş, bundan sonra 17 yanvar 2023-cü il tarixdə saat təxminən 14 radələrində o, yenə də özünə məxsus telefonla Elvinə zəng etmiş, ona narkotik vasitə və psixotrop maddə lazım olduğunu demiş, o, isə ona 60 manat pulun qarşılığında 1 qram psixotrop maddə metamfetamin və 0.2 qram narkotik vasitə heroin sata biləcəyini demiş, yenə də 4-cü mikrorayonda yerləşən “Oba” marketə getmiş, orada yerləşən terminalın qarşısından Elvinə zəng etmiş, Elvin ona kartın kodunu demiş, Elvinə 60 manat pul göndərmiş, Elvin isə təxminən yarım saat sonra ona zəng edib narkotik vasitə və psixotrop maddəni Gəncə şəhəri Depo qəsəbəsində yerləşən “Gəncə Şərab 2” zavodunun yanında yerləşən küçədə işıq dirəyinin dibinə qoyduğunu oradan götürməsini demişdir. O, oraya getmiş və oradan narkotik vasitəni və psixotrop maddəni götürmüşdür. O, 4-cü mikrorayonda yerləşən evinə getmiş, bir neçə saat yaşadığı evdə olduqdan sonra evdə adamlar olduğu üçün həmin psixotrop maddədən istifadə etmək üçün metamfetamini istifadə etmək üçün ləvazimatları yəni balaca lampanı və boru şəklində olan ətir qapağını, həm də narkotik vasitə ilə psixotrop maddəni götürüb saat təxminən 20 radələrində evdən çıxmış, bundan təxminən 2 dəqiqə sonra orada polis əməkdaşları ona yaxınlaşmış, onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu deyib onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Polis əməkdaşları ilə birlikdə Şəmkir RPŞ-nə gəlmiş, polis şöbəsində onun üzərində narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli bilindiyi üçün saxladıqlarını demiş, bundan sonra maddi imkanı olmadığı üçün o, dövlət hesabına müdafiəçi ilə təmin olunmuş və video çəkilişlə hüquq və vəzifələri izah edilmiş, bu zaman ona üzərində qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə olubolmaması soruşulmuş, o, isə üzərində olan boz rəngli idman gödəkçəsinin sol yan cibində olan 1 ədəd bükümdə narkotik vasitə heroini və 2 ədəd sellofan bükümdə olan psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmiş, həmin kütlələr elektron tərəzidə çəkilmiş, bu zaman heroinin kütləsi tərəzidə olan nasazlıq səbəbi ilə göstərməmiş, 2 ədəd bükümdə olan psixotrop maddə metamfetaminin hər birinin çəkisi isə 0.4 qram təşkil etmiş, o, həmçinin həmin cibində olan psixotrop maddə metamfetamin istifadə etmək üçün alətləri yəni 1 ədəd balaca lampanı və 1 ədəd boruya bənzər trupka adlandırdığı aləti də polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütlələr və alətlər aşkar edildiyi zərfdə qablaşdırılmış və Azərbaycan Respublikası DİNnin 117 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış bu barədə protokol tərtib olunmşdur. O və iştirakçılar qablaşdırmanın üzərinə və protokola imza etmişdir. O, narikotik vasitəni Yadigara satmamışdır, Yadigar onun narkotik vasitə qəbul etdiyini bildiyi üçün ondan narkotik vasitə olan heroin və psixotrop maddə mertamfetamin tapmasını xahiş etmişdir. O, təxminən hadisədən 2 ay əvvəl tanış olduğu Elvin adlı şəxsdən 60 manat müqabilində heroin və psixotrop maddə mertamfetamin alaraq taksi pulu daxil olmaqla 62 manata Yadigara vermişdir. Onun niyəti hər hansı bir narkotik vasitə satmaqla gəlir əldə etmə olmayıb sadəcə olaraq arada vasitəçi olub. Hazırda etdiyi əməldən səmimi peşmandır. Himayəsində iki nəfər azyaşlı uşağı var, uşağı xəstədir və tez tez Türkiyəyə aparmaq məcburiyyətindədir. Ailədə yeganə qazanc gətirən şəxsdir. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X29 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Əvvəllər məhkumluğu olmamışdır. Psixoloji cəhətdən sağlamdır və heç bir psixoloji xəstəliyi yoxdur. Uzun müddətdir ki, narkotik vasitə qəbul edir. O, narkotik vasitənin heroin, maruixuana və psixotrop maddə olan metanfetamin növündən mütamadi olaraq istifadə edir. Gəncə şəhər sakini Babayev Yadigarı tanıyır. xx.xx.2023-cü il tarixdə səhhətində olan problemlərə görə narkotik vasitə istifadə etmək istəmiş, qeyd edilən tarixdə saat 13 radələrində Yadigar ilə Gəncə şəhərində Abbas Səhhət adlanan ərazidə görüşmüş,ondan narkotik vasitə almaq istədiyini söyləmiş, razılaşmalarına əsasən Yadigar ona 160 manat qarşılığında narkotik vasitə heroin, marixuana və psixotrop maddə metanfetamini tapmalı olduğunu demiş, həmin gün saat 17 radələrində Abbas Səhhət adına xəstəxananın yanındakı kafedə o, Yadigardan heroin və metanfetamini almış, Yadigar Babayev ona “sənin verdiyin 160 manat puldan, 100 manat pul qalıb” demiş, Yadigara “qalan 100 manata da mənə marixuana tapasan “demiş, xx.xx.2023-cü il tarixdə saat təxminən 13 radələrində isə Yadigardan Gəncə şəhəri, ərazisində yerləşən “Abbas Səhhət” xəstəxanasının yaxınlığındakı çayxanada marixuananı ondan götürmüş, sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmiş, həmin gün saat 17:30 radələrində Çinarlı qəsəbəsində yerləşən "Səbət" marketin qarşısında olarkən, polis əməkdaşları ona yaxınlaşmış və üzərində narkotik saxlamasında şübhəli olduğunu bildirib Şəmkir rayon polis şöbəsinə gedəcəklərini bildirmiş, o polis əməkdaşlarına heç bir narazılıq etməmiş, polis əməkdaşları onu Şəmkir rayon polis şöbəsinə gətirərək üzərinə hüquqlarını müdafiə edən vəkil X10 iştirakı ilə video çəkilişlə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı narkotik vasitə istifadə edib etməməsi barədə sual verdikdə, narkotik vasitə istifadəçisi olduğunu bildirmiş və vəkilin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, üzərində olan narkotik vasitələr heroin, marixuana və metamfetamini polis əməkdaşlarına təqdim etmiş, üzərindən çıxan narkotik vasitələr elektron tərəzidə çəkilərək 0,5 qram metanfetamin, 0,2 qram heroin və 5,9 qram marixuana olması müəyən edilmiş, sonra şəxsi axtanş protokolu tərtib edilmiş, o, isə şəxsi axtarış protokolunu imzalamış, törətdiyi əməldən səmimi peşmançılıq hissləri keçirmiş, yalnız Yadigardan aldığı narkotik vasitəni və psixotrop maddəni üzərində saxlamış, o, başqa yerdə narkotik vasitə saxlamadığını, həyacanlı olduğu üçün Yadigarın adını səhvən Rövşən kimi demiş, Yadigar dediyi pulu ona vermiş ki, ona qeyd etdiyi narkotik vasitələri tapsın, lakin həmin maddələri narkotik vasitəni haradan və hansı qiymətə əldə etməsini bilmir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və fiziki güc tətbiq olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi işlə məşğul olmuşdur. Rəsmi adı Yadigar olsa da onu yaşadığı mikrorayonda çox şəxs onu “Rikaş” kimi tanıyır. O, İlkini yaşadığı mikrorayondan təxminən 15 ildir ki, Turalı isə təxminən 20 ildir ki, tanıyır. Onlarla münasibəti daima olaraq normal olmuş, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. 13 yanvar 2023-cü il tarixdə saat təxminən 13 radələrində o, Gəncə şəhəri Abbas Səhhət adına xəstəxananın qarşısında, Gəncə şəhəri, Məmməd Xələfov küçəsində yerləşən çayxanada olan zaman İlkin ona yaxınlaşaraq ağrılarının olduğunu, narkotik vasitə tapa bilmədiyini, narkotik vasitə tapmaqda ona köməklik etməyini ona demiş, o, ilkin olaraq ona narkotik satan tanışının olmadığını, bu səbəbdən də ona narkotik vasitə tapa bilməyəcəyini demiş, bir qədər fikirləşdikdən sonra ona Tural ilə danışacağını, Turalın əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, bu səbəbdən də onun narkotik satan tanışının ola biləcəyini demişdir. İlkin isə ona üzərində olan 140 manat pulu çıxarıb vermiş, ondan “patı” adlandırılan psixotrop maddə metafetamin və “kokos” adlandırılan narkotik vasitə heroin almağını xahiş etmiş, bu zaman o, oradan çıxıb Turalın yanına getmiş, Turaldan bir nəfər şəxs üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin lazım olduğunu demiş, o, isə əvvəlcə razılaşmamış, daha sonra təkid etdikdən sonra Tural razılaşaraq tapıb ona məlumat verəcəyini bildirmişdir. Ondan həmin narkotik vasitələrin qiymətini soruşmuş, o, ona hər birinin qarşılığında ona 30 manat, yəni ümumilikdə 60 manat verməli olduğunu demiş, o, Turalın yanından aralaşıb yaşadığı evə getmiş, həmin gün saat təxminən 17 radələrində yaşadığı evdən çıxıb “Abbas Səhhət” adına xəstəxananın qarşısında olan kafeyə getmiş, orada yemək yemiş, bu zaman Tural ona zəng etmiş, ona Abbas Səhət adına xəstəxananın yaxınlığında yerləşən “Can Bir” marketin qarşısına gəldiyini deyib ona oraya gəlməsini istəmiş, oturduğu kafedən durub oraya getmiş, Turala 62 manat pul vermiş, o, həmin pulun 60 manatını aldığı narkotiklər üçün, 2 manatını isə taksi pulu olaraq vermiş və gətirdiyi narkotik vasitələri Turaldan götürmüş, o, kakos və metamfetamini Turaldan götürdükdən sonra kafeyə getmiş, İlkini kafedən çölə çağırıb ayrı-ayrı sellofan bükümlərdə olan kakosu və metamfetamini İlkinə vermiş, qalan 80 manatı isə İlkinə yenə də narkotik vasitə almaq üçün özündə saxlamış, İlkin ondan qalan pul ilə marixuana almağını istəmiş, həmin günün səhərisi İlkin ona zəng edərək ona marixuana alıb-almadığını soruşmuş, o, isə ona tapa bilmədiyini deyən zaman ondan pulunu qaytarmağı istəmiş, o, isə ona tapa bilmədiyi halda onun pulunu geri qaytaracağını demiş, evdən çıxıb gedən zaman yaşadığı binanın yaxınlığında yaşayan “Bonbey” ləqəbli adını bilmədiyi şəxsi görmüş, ondan onun üçün narkotik vasitə marixuana tapmasını istəmiş, bu zaman o, ona 1 kibrit qutusu marixuananı 60 manat pulun qarşılığında tapa biləcəyini demiş, ondan orada gözləməsini, marixuananı alıb gələcəyini demiş, orada həmin şəxsi gözləmiş, təxminən 40-45 dəqiqə sonra həmin şəxs 1 kibrit qutusu marixuana ilə oraya gəlmiş, həmin qutunu ona demiş, bu zaman o, İlkinin yaxınlıqda çayxanada olduğunu bildiyi üçün həmin çayxananın yanına getmiş, İlkini yanına çağırmış və 1 kibrit qutusu marixuananı İlkinə vermişdir. Bundan sonra isə oradan çıxıb yaşadığı evə getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, Şəmkir rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, vəzifəsində işləyir. 15 yanvar 2023-cü il tarixdə Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli yataqxana 17-18 nömrəli evdə qeydiyyatda olan və yaşayan X18 narkotik vasitələr qəbul etməsi, qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuş, bu barədə rəhbərliyə raportla müraciət etdikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X14 və onun iştirakları ilə birlikdə X6 rayonu, “Səbət “ bazarının yaxınlığında saxlanılaraq ona narkotik vasitə saxlamaqda şübhəli olduğu bildirilib onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə getməli olduğunu və üzərində axtarış aparılacağını bildirilmişdir. X29 onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmiş, Şəmkir rayon polis şöbəsinin inzibati binasında X21 təhqiqatçı tərəfindən müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. X29 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi X22 dəvət olunduqdan sonra müdafiəçinin iştirakı ilə video çəkiliş aparılmaqla X18 üzərində axtarış aparılmış, axtarış zamanı X18 üzrərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, X29 üzərində olan qara rəngli gödəkcənin sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bükümü və 1 ədəd kibrit qutusu çıxarmış, sellofan büküm açılarkən içərisində kağıza bükülmüş ağ rəngli metanfetaminə bənzər kütlə və sellofana bükülmüş sarımtıl rəngli heroinə bənzər kütlə aşkar edilmiş, kibrit qutusunu açarkən isə içərisində marixuanaya bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlələr müdafiəçisinin iştirakı ilə elektron tərəzidə ölçülən zaman metanfetaminə bənzər kütlə kağızla birlikdə 0,5 qram, heroinə bənzər kütlə sellofan ilə birlikdə 0,2 qram, marixuanaya bənzər kütlə isə kibrit qutusu ilə birlikdə 5,9 qram təşkil etmiş, aşkar olunmuş kütlələr iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı Musa Cəfərov tərəfindən zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüş, şəxsi axtarış zamanı X29 üzirindən şəxsi axtarış zamanı aşkar edilmiş yuxarıda çəkiləri və adları qeyd edilən narkotik vasitə olan kütələri Gəncə şəhərində Abbas Səhhət adlanan ərazidə Gəncə şəhər sakini Rövşən adı ilə tanınan Yadigardan şəxsi istifadəsi üçün 160 manata aldığını bildirmiş, bundan sonra onun üzərində əlavə şəxsi axtarış aparılmış, lakin aşkar olunan narkotik vasitə olan kütlələrdən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 17 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, 4-cü mikrarayon bina 1, mənzil 11-dəqeydiyyatda olan X7 tərəflərindən tutularaq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, X7 müdafiəçisi X5 üzərində vəkil X5 iştirakı ilə müstəntiq Tusi Rüstəmov tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan əvvəl müstəntiq tərəfindən iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hansısa etirazlarının olub-olmaması soruşulmuş, Yadigar Babayevə üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Yadigar Babayev üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olmadığını bildirmiş, Yadigar Babayev video çəkiliş zamanı 14 yanvar 2023-cü il tarixdə tanışı Əhmədov İlkindən 140 manat pul alaraq qarşılığında narkotik vasitə olan heroin və psixotrop maddə olan metafetamini əldə edərək İlkin Əhmədova vermiş, həmçinin İlkin Əhmədovun vermiş olduğu pulun qalan hissəsinə də 15 yanvar 2023-cü il tarixdə narkotik vasitə olan marixuana əldə edərək İlkin əhmədova vermiş, Yadigar Babayev üzərində olan sübut əhəmiyyətinə malik olmayan Azərbaycanın pul vahidi olan manatlıq əskinasları, 1 ədəd alışqanı, “Leobank”-a məxsus bank kartını, qaz sayğacına məxsus smart tipli kartı istintaq hərəkətinin iştirakçıları qarşısında təqdim etmiş, sonra Şəmkir rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı, X3 Babayevin üzərində şəxsi axtarış aparmış, lakin narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkilmiş və şəxsi axtarış başa çatdırılmışdır. 17 yanvar 2023-cü il tarixdə tarixlərində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz saxlanılmasında və satışında şübhəli bilinən Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs müstəntiq Tusi Rüstəmov tərəfindən şübhəli şəxs qismində tutulmuş və üzərində vəkil Müdafiəçi iştirakı ilə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, şəxsi axtarışa başlamamışdan əvvəl iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri izah olunmuş, hansısa etirazlarının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sol yan cibindən, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşyanı, 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütləni və 2 ədəd şəffaf rəngli sellofan bükümdə psixotrop maddə metafetaminə bənzər kütləni, çıxararaq təqdim etmiş, Təqsirləndirilən şəxs həmin kağız bükümün içərisində narkotik vasitə olan “heroin” və sellofan bükümlərdə metamfetamin olduğunu, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşyadan narkotik vasitə və psixotrop maddələrin qəbulu zamanı istifadə etdiyini bildirmiş, aşkar edilmiş kütlə elektron tərəzidə ölçülən zaman elektron tərəzidə texniki nasazlıq yarandığından çəki qeyd olunmamış, bundan başqa 2 ədəd şəffaf rəngli sellofan bükümdə olan kütlələr də elektron tərəzidə çəkilərkən hər biri ayrı-ayrılıqda 0.4 qram təşkil etmiş, sübut əhəmiyyəti kəsb edə biləcək həmin kağız və sellofan bükümlərdə olan kütlələr, 1 ədəd kiçik kürə formasında şüşə lampa və 1 ədəd qara rəngli boru formasında əşya zərflərə qoyularaq ekspert tədqiqatına göndərilməsi üçün qablaşdırılmış və DİN-nin 118 saylı möhürü ilə möhürlənmiş, sonra Şəmkir rayon polis şöbəsinin PPXB-nün polis nəfəri, polis serjantı, X2 İbrahimovun üzərində şəxsi axtarış aparmış, lakin əlavə narkotik vasitə, psixotrop maddə, onların prekurorsorları, eləcədə dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmədi. Şəxsi axtarış zamanı video çəkilişdən başqa fotoşəkillər çəkilərək şəxsi axtarış başa çatmışdır. İş materiallarında olan: Cinayət işinin 110-111-ci vərəqlərində olan şübhəli şəxs qismində tutma haqqında 17 yanvar 2023-cü il tarixli qərarddan görünür ki, X15 şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 129-130-cu vərəqlərində olan “Şəxsi axtarış aparılması barədə” xx.xx.20213-cü il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki video görüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli gödəkçənin sol yan cibindən 1 ədəd kiçik kürə formasında şüşə lanpa və 1 ədəd qara rəngli boru formasında əşyani, 1 ədəd kağız bükümdə narkotik vasitə heroinə bənzər kütləni və 2 ədəd şəffaf rəngli selofan bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işinin 149-150-ci vərəqlərində olan məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli 16/89 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər iki ayrı-ayrı sellofan bükümdə və narkotik vasitəyə bənzər kağız büküm “yazı və imzaları olan paketdəki 2 ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,338 qram, 0,393 qram, ümümi təmiz çəkisi 0,731 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. 1 ədəd gümüş kağız bükümdə təmiz çəkisi 0,024 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə bənzər iki ayrı-ayrı sellofan bükümdə və narkotik vasitəyə bənzər kağız büküm” yazılar olan kağız paketdəki 2 (iki) büküm metamfetaminlər və 1 (bir) büküm heroin, uyğun olaraq üzərində “şübhəli şəxs X18 üzərindən aşkar edilmiş 0,5 qram metamfetaminə bənzər kütlə, 0,2 qram, heroinə bənzər kütlə, 5,9 qram marixuanaya bənzər kütlə” yazılar olan kağ paketdəki 1 (bir) büküm metamfetamin və 1 (bir) büküm heroinlə kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş..” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şüşə lampadan və kapron borudan düzəldilmiş qurğuda narkotik vasitə və psixotrop maddə izləri aşkar edilmədi. Cinayət işinin 200-202-ci vərəqlərində olan Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 (iki) ay 29 (iyirmi doqquz) gün müddətə, yəni 16 aprel 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmiş həbsə alamanın əvvəli 17 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan Şəmkir Rayon Məhkəməsinin 27 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə işlas zalından dərhal həbsdən azad edilmişdir. İşdə olan Gəncə şəhər MKTİB-nin 6 nömrəli XS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində heç bir yazılı və şifahı şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünük ki, Təqsirləndirilən şəxs himayəsində 01 may 2010-cu ildə anadan olmuş Asif və 16 yanvar 2014-cü ildə anadan olmuş Leyla adlı iki nəfər azyaşlı uşağı var. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 892 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmiş və məhkum olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,15 qram olması, külli miqdarın aşağı həddinin 2 qram, İİ siyahısının 67-ci bəndində metamfetamin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,15 qram, külli miqdarın aşağı həddinin 2 qram olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən Satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülərək onun narkotik vasitələri X1 göstərilmişdir. İttihamın həmin hissədə təsdiqi kimi X7 ifadəsi, eləcə də X18 üzərindən aşkar edilmiş heroin və metamfetaminin İ. Əhmədovun üzərindən aşkar edilmiş heroin və metamfetamin kütləsi ilə eyni tərkibli olması, Təqsirləndirilən şəxs narkotik vasitəni 60 manata alıb, 62 manat (2 manat taksi xidməti daxil olmaqla) qarşılığında, eyni zamanda üzərindən şəxsi istifadəsi üçün götürməsi ilə əsaslandırılmışdır. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı təsdiq edən ən əsas sübut kimi ibtidai istintaq zamanı şübhəli şəxs qismində dindirilmiş X7 və Təqsirləndirilən şəxs özünün ifadəsinə əsaslanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X13 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs özü narkotik vasitə istifadə etdiyi üçün ona yaxınlaşaraq narkotik vasitə tapmasını tələb etmişdir. Təqsirləndirilən şəxs ona 2 manat taksi üçün, 60 manat narkotik vasitənin pulu üçün lazım olduğunu bildirdikdə o həmin 62 manat məbləği ona vermişdir. Taksi xidməti üçün verilən 2 manat da Təqsirləndirilən şəxs özünün taksidən istifadə etməsi üçün deyil, T. İbrahimovun narkotik vasitəni aldığı şəxsin taksi xidməti üçün T. İbrahimovdan istədiyi məbləğ olduğunu ona demişdir. Eyni zamanda T. İbrahimov narkotik vasitəni verərkən öz şəxsi istifadəsi üçün üzərindən narkotik vasitə götürdüyünü ona bildirmişdir. T. İbrahimov yalnız vasitəçi olmuş, onun həmin narkotik vasitəni tapmasını o təkid etmiş, təkid etməsinə səbəb isə T. İbrahimovun əvvəllər narkotik satışı ilə məşğul olmasını eşitməsi, hazırda isə istifadə etməsi barədə məlumatlı olması olmuşdur. Bu səbəbdən dən özünə narkotik tapdığı şəxsdən onun üçün də almasını xahiş etmişdir. Əslində Təqsirləndirilən şəxs ona narkotik vasitə satmamış, yalnız vasitəçilik etmişdir. Ümumiyyətlə təqsirləndirilən şəxsin və şahid Yadigar Bayramovun ibtidai istintaqda verdiyi ifadəsi daxilən ziddiyyətlidir. Belə ki, verilmiş ittihamda tam olaraq Təqsirləndirilən şəxs narkotik vasitə satışı kimi qiymətləndirdikləri 62 (60 manat narkotik 2 manat taksi) manat pulu alması və 60 manatı narkotik vasitə aldığı şəxsə verməsi kimi qeyd edilsə də, Təqsirləndirilən şəxs və Yadigar Babayev məhkəmə istintaqı zamanı verdikləri ifadələrində 62 manatın T. İbrahimova verilməsini, heç bir maddi maraq olmadan, özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmadan 62 manatı dərhal da həmin gün narkotik vasitə aldığı şəxsə T. İbrahimovun verməsini qeyd etmişlər ki, iş materiallarında bu halı təkzib edən (yəni 60 manata alıb, 62 manata satmasını göstərən) hər hansı sübut əlavə olunmamış, ittihamın həmin hissəsi ilə bağlı araşdırma aparmaq zərurəti də görməmişlər. Təqsirləndirilən şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir başqa sübut da yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş heroin və metamfetamin ümumi miqdarı və bükümlərdəki maddələrin ayrı-ayrılıqda çəkisi, eyni zamanda 62 manata alıb, həmin gün də 62 manata Y. Babayevə verməsi təqsirləndirilən şəxsin narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə ibtidai istintaqda verdiyi ifadəsinin inandırıcılığına dəlalət edir. Məhkəmə xüsusi olaraq qeyd etməyi vacib hesab edir ki, şəxsin başqa şəxsin cinayət əməli törətməsi barədə şübhəli şəxs qismində verdiyi ifadə ilə müqayisədə şahid qismində verdiyi ifadə daha mötəbər qəbul edilməlidir. Belə ki, şəxs şübhəli şəxs statusunda olduqda ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilmir və şəxsin cinayət məsuliyyətinə cəlb edilmə təhlükəsi qarşısında özünün məsuliyyətini yüngülləşdirmək üçün yalan ifadə verməsi də mümkün ehtimaldır. Y. Babayev hazırkı iş üzrə ibtidai istintaq zamanı 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində dindirilmiş, protokoldan da göründüyü kimi ona bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdarlıq edilməmişdir. Həmin gün ifadəsində 60 manat narkotik üçün, 2 manat taksi üçün Təqsirləndirilən şəxs verməsini bildirsə də, istintaq dövründə qeyd edilən 2 manatın məhz Təqsirləndirilən şəxs özü üçün alması və narkotik vasitəyə 60 manat verməsi hissəsinə aydınlıq gətirilməmişdir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroin və metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması, daşıması və satması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla yanaşı məhkəmə tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması və daşıması cinayətini törətməsinin təsdiq olunduğunu qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, təqsirləndirilən şəxsin narkotik vasitə olan heroin və metamfetamini satış məqsədi olmadan 14 yanvar 2023-cü il tarixdə və 17 yanvar 2023-cü il tarixdə üzərində daşıması və narkotik vasitələrdən istifadə etməsi öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin və metamfetamin əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Elektron məhkəmə” informasiya sisteminindən əldə edilmiş məlumatdan görünür ki, Təqsirləndirilən şəxs 01.0.2010-cu il təvəllüdlü X19 və xx.xx.2014-cü il təvəllüdlü X12 adlı iki uşağı vardır. Məhkəmə CM-nin 59.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı uşaqlarının olmasını onun cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təkrar törədilməsi cəzasını ağırlaşdıran hal hesab edir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 17 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin 19 yanvar 2023-cü il tarixli qərarı ilə onun barəsində 2 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, xx.xx.2023-cü il tarixli qərarı ilə ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay müddətinə uzadılmış, Şəmkir Rayon Məhkəməsinin 13 iyun 2023-cü il tarixli hazırlıq iclasının qərarı ilə təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halın müəyyən edilməsi və ağırlaşdıran halın müəyyən edilməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsin hökm çıxanadək həbsdə (o cümlədən ev dustaqlığında) saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu 17 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Hökmün icrasını təmin etmək məqsədilə təqsirləndirilən şəxsin barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək başqa yerə getməmək iltizam qətimkan tədbirinə dəyişdirilməlidir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilmıli və o narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,691 qram metanfetamin və 0,014 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs saxlanılan zaman əməliyyataxtarış tədbirinin həyata keçirilməsinin video görüntülərinin qeydə alındığı “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Azərbaycan Respublikası CPM-in 198.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə xərci - ekspertiza tədqiqatlarının dəyəri olan 60.80 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2023-cü il tarixdən 18 sentyabr 2023-cü il tarixədək həbs və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay nəzərə alınmaqla təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş cəzasını çəkmiş hesab olunsun. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,691 qram metamfetamin və 0,014 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs saxlanılan zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntlərin əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-184/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-184/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver