Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-184/2024 02.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 24 aprel 2024-cü il tarixdə saat 22 radələrində Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən fərdi yaşayış evində keçmiş arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Aidə Mikayılovanın sifət nahiyəsinə qəsdən bir yumruq zərbəsi vuraraq, sonuncuya çənəaltı nahiyənin sol yarsının qançırı və alt çənənin sağ şaxəsinin sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 24 aprel 2024-cü il tarixdə qonşuda olan toya, yəni ciyər axşamın getmişdir. O, ciyər axşamından qayıdıb evə gələn zaman gecə təxminən saat 22 radələrində küçədə azyaşlı nəvəsi Cəsuru görmüş, nəvəsi ona anasının evdə yemək hazırlamadığını və onunla qalmaq istədiyini bildirmişdir. Həmin vaxt o, qızının və kürəkənin yaşadığı fərdi yaşayış evinə getmiş və evə daxil olduqda kürəkəni Şahid3 evdə uzandığını görmüşdür. Bu zaman o, kürəkəni Şahid3 irad bildirib “Sən necə kişisən saat on birdi uşaq küçədə ac qalıb, arvadın da evdə deyil, arvadının harada olmasından xəbərin yoxdur” demişdir. Bu vaxt kürəkəni uzandığı yerdən qalxaraq “Sənə kim icazə verib ki, icazəsiz mənim evimə girirsən” deyərək üzərinə gəlmişdir. Həmin vaxt keçmiş arvadı Zərərçəkmiş şəxs digər otaqdan çıxaraq arxa tərəfdən onun boyun nahiyəsinə əl ataraq boyun nahiyəsini, üzünü cırmış və onu arxadan tutmuş, kürəkəni isə onu döyməyə başlamışdır. Bir qədər sonra onun böyük qızı Hüsniyyə gəlmiş, daha sonra isə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları gələndən sonra Zərərçəkmiş şəxs polislərin yanında ona qarşı nalayiq ifadələr işlədərək, təhqir edən zaman o, Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir sillə zərbəsi vurmuşdur. Zərərçəkmiş şəxs sillə ilə vurmasını orada olan polis əməkdaşları da görmüşdür. Həmin vaxt o, Aidənin çənə nahiyəsinə yumruq zərbəsi vurmamış, onun vurduğu sillənin təsirindən Zərərçəkmiş şəxs çənəsinin sınması qeyri-mümkündür. Ola bilər ki, kürəkəni Şahid3 ona yumruq atarkən Zərərçəkmiş şəxs çənə nahiyəsinə dəymiş və xəsarət almışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun keçmiş əridir. 24 aprel 2024-cü il tarixdə saat 22 radələrində qızı Şahid1 evində yatan zaman Təqsirləndirilən şəxs sərxoş halda evə daxil olub onun ünvanına nəlayiq ifadələr işlədərək, onu söyüb təhqir etməyə başlamışdır. Bu vaxt onların arasında mübahisə baş vermiş və səs-küyə kürəkəni Şahid3 gəlmişdir. Elsevər Surxaya “Arvadın və qaynanan pis yolla qazanır, səndə yeyirsən” demiş, Surxay isə ona çıxıb getməsini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun saçından tutaraq dizi ilə alın nahiyəsinə vurmuşdur. Səs-küyə qonşuluqda yaşayan bacısı X2 və qızı Şahid1 gəlmişdir. Onlar Təqsirləndirilən şəxs zorla küçəyə çıxarmış, ona isə gizlənməsi üçün qonşuya getməyini bildirmişlər. Bir qədər sonra hadisə yerinə, təhqiqatçı X7, polis əməkdaşları X3 və X5 gəlmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının yanında yenidən ona qarşı nalayiq ifadələr işlədərək, təhqir etmiş, o da əsəbləşib Təqsirləndirilən şəxs ünvanına nalayiq ifadələr işlətmiş, həmin vaxt sonuncu əli ilə onun sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq, çənəsini sındırmışdır. Bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs sakitləşdirib, polis şöbəsinə aparmışlar. O, Təqsirləndirilən şəxs şikayətçidir, odur ki, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anası, X8 isə atasıdır. 24 aprel 2024-cü il tarixdə saat 23 radələrində o, yaşadığı evə gələn zaman evdə atası ilə anasının mübahisə etməsini və polis əməkdaşlarının onların yaşadığı ünvanda olmasını görmüşdur. Həmin vaxt polis əməkdaşları ona atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs ilə mübahisə etdiyini, əsəbi olduğu üçün ona xəsarət yetirə biləcəyini deyərək, onu qonşu otağa keçirmişlər. Təxminən 2-3 dəqiqə sonra atası və anasının olduğu otaqdan sillə səsi eşitmiş, həmin vaxt atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vurmasını demişlər. O, həmin vaxt yanlarında olmadığına görə atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs vurmasını görməmişdir. O, bir qədər sonra anası Aidə ilə görüşərkən çənəsində ağrı olduğunu və çənəsinin sındığını demişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs isə yeznəsidir. Yeznəsi Elsevər ilə bacısı Aidənin aralarında baş vermiş mübahisənin şahidi olmamış, sadəcə olaraq bu barədə eşitmişdir. O, səs-küyə bacısı Aidənin yaşadığı evə gəlmiş və polis əməkdaşları gəldikdən sonra səhhətində narahatçılıq olduğuna görə evlərinə getmişdir. Hadisənin səhəri bacısı Zərərçəkmiş şəxs eşitmişdir ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının yanında onun çənə nahiyəsinə bir yumruq zərbəsi vuraraq, çənəsini sındırmışdır. O, Zərərçəkmiş şəxs çənəsinin hansı şəraitdə və kim tərəfindən vurularaq sındırılmasını görməmişdir. Lakin Zərərçəkmiş şəxs aldığı xəsarət nəticəsində Bakı şəhərində xəstəxanada olarkən, sonra isə sonuncunu evinə apararaq evdə ona qulluq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanası, Təqsirləndirilən şəxs isə qaynatasıdır. Uzun müddətdir qaynatası Təqsirləndirilən şəxs ilə aralarında narazılıqlar vardır. 24 aprel 2024-cü il tarixdə o yaşadığı evdə olan zaman onun evində qaynatası Təqsirləndirilən şəxs ilə qaynanası Zərərçəkmiş şəxs mübahisə etmələrini görmüş, daha sonra isə onların yaşadığı ünvana polis əməkdaşları gəlmişlər. O, evdə qaynatası Təqsirləndirilən şəxs ilə sözlə mübahisə etməyə başlamış, həmin vaxt polis əməkdaşları ona evə keçməsini bildirmişlər. Bu zaman qaynatası Təqsirləndirilən şəxs qaynanası Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlədərək, onu təhqir etmişdir. Qaynanası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətmişdir. Həmin vaxt qaynatası Təqsirləndirilən şəxs bayıra çıxmış, bir qədər sonra evə paltarının yaxası açıq vəziyyətdə əlində lezva ilə gələrək qarın nahiyəsini lezva ilə kəsmişdir. Bu zaman yenə qaynatası Təqsirləndirilən şəxs ilə qaynanası Zərərçəkmiş şəxs bir-birinin ünvanına nalayiq ifadələr işlətməyə başlamışlar. Lakin o, Təqsirləndirilən şəxs qaynanası Zərərçəkmiş şəxs vurmasının şahidi olmamış və həmin hadisəni görməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin vəsatəti əsasında dindirilmiş X7 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətindən daxil olmuş məlumat əsasında əməliyyat qrupunun üzvləri X5 və X9 ilə birlikdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə getmişlər. Onlar ünvana çatdıqda Təqsirləndirilən şəxs adlı şəxsin arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etdiklərini görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olmuşdur. Onlar Zərərçəkmiş şəxs, qızı Şahid1 və Şahid3 yaşadıqları evə keçirtmişlər. Onlar söhbət edən zaman Təqsirləndirilən şəxs onların olduğu otağa daxil olmuş və qəfildən Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt onlar Təqsirləndirilən şəxs sakitləşdirərək şöbəyə gətirmişlər. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X3 da şahid X7 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında ekspert qismində dindirilmiş X4 ifadəsində və ona verilmiş suallara cavab olaraq göstərmişdir ki, Şəmkir Rayon Polis Şöbəsinin 24 aprel 2024-cü tarixli qərarı əsasında Zərərçəkmiş şəxs müayinə etmiş və müayinə zamanı sonuncunun alın nahiyəsinin sağ yarısında, yumşaqlığı ilə ətraf toxumadan seçilən göyümtülbənövşəyi rəngdə şişkinlik-dərialtı hematoması olmuş, çənəaltı nahiyənin sol yarısında qırmızımtıl-bənövşəyi rəngdə qançır, sağ çənə bucağı nahiyəsində isə şişkinlik müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş rentgenoqrammada alt çənənin sağ hissəsinin sınığı aşkar edilmişdir. X1 cavab olaraq göstərmişdir ki, küt əşyalar dedikdə yumruq, hər hansı bir predmet dəmir, dəmir parçası, kəsici-deşici alətlər nəzərdə tutulur. Zərərçəkmiş şəxsdə olan xəsarətlər yıxılma nəticəsində əmələ gəlməsi qeyri-mümkündür. Belə ki, yıxılma zamanı bədənin ön hissələri olan yerlərdə, məsələn burun nahiyəsində, eyni zamanda dizdə, qolda, əldə sıyrıqalar yaranır. Zərərçəkmiş şəxsdə aşkar edilmiş xəsarətlər ancaq alın nahiyəsinin sağ yarsının dərialtı hematoması, çənəaltı nahiyəsinin sol yarsının qançırı olmuşdur. Həmin xəsarətlər yıxılma nəticəsində deyil, yalnız vurulmuş zərbə nəticəsində yarana bilən xəsarətlər ola bilər. Alt çənənin sınığı soldan sağa doğru vurulan yumruq zərbəsinin təsiri nəticəsində yaranmaya xarakterik xəsarət olmuşdur. İş materiallarında olan 25 aprel 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 370 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– alın nahiyəsinin sağ yarsının dərialtı hematoması, çənəaltı nahiyəsinin sol yarsının qançırı ilə müşayət olunan alt çənənin sağ şaxəsinin sınığı KÜT əşyalarının təsirindən törənmişlər, törənmə müddətləri, 24 aprel 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin sağ yarsının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, çənəaltı nahiyənin sol yarsının qançırı ilə müşayiət olunan alt çənənin sağ şaxəsinin sınığı isə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, hazırda məhkumğu ödənilmişdir. İşdə olan Şəmkir RİHB–nin Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə olunmuşdur. Belə ki, onun barəsində tez-tez ailə daxili münaqişəsi zəminində nümayəndəliyə şikayətlər daxil olmuşdur. İşdə olan Şəmkir RİHB–nin Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009vü ildə anadan olmuş Gülay adlı bir nəfər yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsi münasibətlər zəminində, baş vermiş mübahisə zamanı Aidə Mikayılovanın sifət nahiyəsinə bir yumruq zərbəsi vuraraq, sonuncuya çənəaltı nahiyənin sol yarsının qançırı və alt çənənin sağ şaxəsinin sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək, hadisənin zərər çəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri nəticəsində baş verməsini, həmçinin onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yalnız sifət nahiyəsinə bir sillə zərbəsi vurmasını, sonuncunun çənə nahiyəsinə yumruq zərbəsi vurmadığını, onun vurduğu sillənin təsirindən Zərərçəkmiş şəxs çənəsinin sınmasının qeyri-mümkün olduğunu qeyd etsədə, iş üzrə zərərçəkmiş şəxsin və şahidlərin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdikləri biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadələri, eyni zamanda zərərçəkmiş şəxsin vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələri, eləcədə iş materiallarında olan digər sənədlərlə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, ekspertiza rəyi, eləcədə iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlər yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs himayəsində bir nəfər yetkinlik yaşına çatmayan uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa az ağır zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin şəxsiyyətini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından aşıq– aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM–nin 58.3–cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qanunvericiliyin yuxarıda sadalanan normalarını rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər bir neçə dəfə məhkum olunmuş, təyin olunmuş cəzalar onun islah olunması üçün yetərli olmamış və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs islah olunmaq əvəzinə yenidən qəsdən cinayət törətmişdir. Buna görə də məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini daha məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 10 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli həbsə alındığı gündən, yəni 02 iyul 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 60 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-184/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-184/2024
02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver