Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-185/2023 18.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, İbrahimova Türkan Qulu qızının katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs Fərhad qızının iştirakları ilə, xx.xx.1987-ci ildə Ermənistan Ararat rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, məhkumluğu olmayan, işsiz, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 18 may 2023-cü il tarixdə saat 09 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs Fərhad qızına qohumları ilə tez-tez telefonla əlaqə saxlamamasını, atası evinə getməməsini, həmçinin bir gün əvvəl qahumu ilə telefonda artıq danışmasını irad tutaraq ev işləri ilə məşğul olmasını bildirdiyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs saçından tutub dartaraq başını aşağıya tərəf əymiş və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyyəsinə vuraraq ona burun əsnasının qançırı ilə müşayət olunan burun sümüyünün dəyişməyən sınığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu, Çinarlı kəndində yaşayır. Arvadı Zərərçəkmiş şəxs Fərhad qızı ilə əvvəllərdə qohumları ilə tez-tez telefon vasitəsilə əlaqə saxlaması, tez-tez atası evinə getməsi ilə bağlı aralarında sözlə mübahisələr olmuş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdə birlikdə olduqları vaxt arvadı Zərərçəkmiş şəxs qohumu hazırda hərbi xidmətdə olan Rəşad zəng edərək məzuniyyətə gəlməsini, atası evinə gəlməsini görüşmək istədiyini demiş, həmin vaxt o, icazə vermədiyi üçün arvadı Zərərçəkmiş şəxs atası evinə getməmiş, qohumu Rəşadla görüşməmiş, bu səbəbdən aralarında sözlə mübahisə olmuşdur. Səhəri gün isə yəni, 18 may 2023-cü il tarixdə saat 09 radələrində yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs səhər yeməyi hazırlayan vaxt aralarında olan söhbət zamanı o, arvadı Zərərçəkmiş şəxs dünən qohumu Rəşadla telefonda səmimi danışmasını irad tutaraq bu cür halların təkrarlanmamasını deyib ev işləri ilə məşqul olmasını bildirmiş, həmin vaxt arvadı Zərərçəkmiş şəxs isə ona qohumları ilə əlaqə saxlamayacağını, bununla bağlı qadağa qoya bilməyəcəyini dediyi üçüb aralarında mübahisə baş vermiş, o, arvadı Zərərçəkmiş şəxs kobud cavab verməsindən əsəbləşərək əli ilə Könülün saçından tutub dartaraq başını ağağıya tərəf əymiş və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs Fərhad qızı məhkəmə iclasında ifadə verərək ifadəsində göstərdi ki, əri Təqsirləndirilən şəxsla əvvəllər də aralarında qısqanclıq zəmnində sözlə mübahisələr olmuş, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadıqları evdə əri Rizvanla birlikdə olduqları vaxt hazırda hərbi xidmətdə olan qohumu Rəşad mobil telefonuna zəng edərək məzuniyyətə gəlməsini, onun atası evinə gəlməsini görüşmək istədiyini demiş, həmin vaxt əri Təqsirləndirilən şəxs icazə vermədiyi üçün atası evinə getməmiş, qohumu Rəşadla görüşməmişdir Bundan sonra səhərisi gün yəni xx.xx.2023-cü il tarixdə saat 09 radələrində evlərində əri Rizvana yemək hazırlayan vaxt əri Təqsirləndirilən şəxs dünən qohumu Rəşadla telefonda səmimi danışmasını irad tutaraq bu cür halların təkrarlanmamasını deyib ev işləriilə məşqul olmasını bildirmiş. o, isə qohumları ilə əlaqə saxlayacağını, bununla bağlı qadağa qoya bilməyəcəyini dediyi üçün aralarında mübahisə baş vermiş, mübahisə zamanı əri Təqsirləndirilən şəxs onun saçından tutaraq başını aşağıya tərəf əymiş və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Hazırda təqsirləndirilən şəxs Rəşad Əhmədovla barışmış, ona dəymiş ziyanı Təqsirləndirilən şəxs tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, 18 may 2023-cü il tarixdə saat 09 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşadıqları evdə oğlu Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs dünənki tarixdə hərbi xidmətdən məzuniyyətə gəlmiş qohumu Rəşadla telefonda səmimi danışmasını, ümumiyyətlə qohumları ilə tez-tez əlaqə saxlamasını, ev işləri ilə məşğul olmamasını irad tutmuş, bu səbəbdəndə aralarında mübahisə baş vermişdir. Mübahisə zamanı oğlu Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs saçından tutub dartaraq başını aşağıya tərəf əymiş və yumruqla aşağıdan yuxarıya doğru burun nahiyyəsinə vuraraq xəsarət yetirmişdir. Sonra o, oğlu Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X1 535 nömrəli, 19 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs Fərhad qızının bədən səthində aşkar olunmuş xəsarətlər-burun əsnasının qançırı ilə müşayət olunan burun sümüyünün dəyişməyən sınığı KÜT əşyanın təsirindən törənmişdir, törənmə müddəti 18 may 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayon polis şöbəsinin 23 may 2023-cü il tarixli arayışından görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan xx.xx.1987-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2014-cü ildə Rusiya Federasiyasının Novosibirsk şəhərində məhkum olunmuş, 2015-ci ildə cəzadan azad olunmuş və məhkumluğu ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Çinarlı qəsəbə İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli xasiyyətna məsindən görünür ki, xx.xx.1987-ci ildə Ermənistan Ararat rayonunda anadan olmuş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olan və hal-hazırda həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində yaşadığı müddət ərzində şikayət və cinayət xarakterli materiallar Çinarlı qəsəbə İƏD-si üzrə nümayəndəliyə daxil olmamışdır. İş materiallarında olan Şəmkir rayon 1 saylı notariat ofisi tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli (**********159) saylı ərizə ilə, Zərərçəkmiş şəxs Fərhad qızı tərəfindən imzalanaraq məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək, Zərərçəkmiş şəxs Fərhad qızı ilə barışdığını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödədiyini və Zərərçəkmiş şəxs ondan heç bir şikayət və tələbinin olmadığını bildirmiş və məhkəmədən onun barəsində işin icraatına xitam verilməsi və onun məsuliyyətdən azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmidir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona vurulmuş zərər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər AR CM 73.2-ci maddəsində sadalanan cinayətlər üzrə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur və əvvəllər bu əsasla cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Fərhad qızına dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına xitam verilməlidir. İş üzrə maddi subut və mülki iddia yoxdur. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs oğıu barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icrааtа xitаm verilsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqında iştirak etməyə görə sərf edilmiş 6 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 36 (otuz altı) manat pul vəsaiti dövlət büdcəsi hesabına ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Şəfəq Məmmədova
Məhkəmə qərarları › İş №1(076)-185/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-185/2023
18.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver