Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-186/2025 16.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslərin müdafiəçiləri– Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X1, Müdafiəçi2, təqsirləndirilən şəxslər–Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştiraklrı ilə, xx.xx.1975–ci il tarixdə Şəmkir rayonu, Könüllü kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.4–cü maddələri ilə, xx.xx.1995–ci il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.4–cü maddələri ilə, xx.xx.2003–cü il tarixdə Ucar rayonunda anadan olmuş, Azəbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM–in 177.2.1 və 177.2.4–cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Seyfəli kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinin açıq ərazisindən hərbi hissəyə aid hər biri N (üç min iki yüz əlli bir) manat dəyərində olan cəmi 6 (altı) ədəd “RAYS” tipli elektron hədəfqaldırıcını, hər biri 1030,06 (bir min otuz manat, altı qəpik) dəyərində olan 5 (beş) ədəd “UMUS” hədəfqaldırıcını, bir metri 4,20 (4 manat iyirmi qəpik) manat olan, cəmi 185 (yüz səksən beş) metr uzunluğunda 4x4x2,5 ölçüdə, 777 (yeddi yüz yetmiş beş) manat dəyərində olan naqili, hər biri 26 (iyirmi altı) manat dəyərində olan cəmi 7 (yeddi) ədəd (ŞM-66) qidapaylayıcını və hər biri 50 (əlli) manat dəyərində olan cəmi 5 (beş) ədəd lukun üst qapağını gizli yolla talayaraq, ümumilikdə vahid niyyətlə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinə 25865,30 (iyirmi beş min səkkiz yüz altmış beş manat otuz qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Seyfəli kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinin açıq ərazisindən hərbi hissəyə aid hər biri N (üç min iki yüz əlli bir) manat dəyərində olan cəmi 6 (altı) ədəd “RAYS” tipli elektron hədəfqaldırıcını, hər biri 1030,06 (bir min otuz manat, altı qəpik) dəyərində olan 5 (beş) ədəd “UMUS” hədəfqaldırıcını, bir metri 4,20 (4 manat iyirmi qəpik) manat olan, cəmi 185 (yüz səksən beş) metr uzunluğunda 4x4x2,5 ölçüdə, 777 (yeddi yüz yetmiş beş) manat dəyərində olan naqili, hər biri 26 (iyirmi altı) manat dəyərində olan cəmi 7 (yeddi) ədəd (ŞM-66) qidapaylayıcını və hər biri 50 (əlli) manat dəyərində olan cəmi 5 (beş) ədəd lukun üst qapağını gizli yolla talayaraq, ümumilikdə vahid niyyətlə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinə 25865,30 (iyirmi beş min səkkiz yüz altmış beş manat otuz qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs3 qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli olaraq talama niyyəti ilə oğurluq etmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu Seyfəli kəndində yerləşən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinin açıq ərazisindən hərbi hissəyə aid hər biri N (üç min iki yüz əlli bir) manat dəyərində olan cəmi 6 (altı) ədəd “RAYS” tipli elektron hədəfqaldırıcını, hər biri 1030,06 (bir min otuz manat, altı qəpik) dəyərində olan 5 (beş) “UMUS” hədəfqaldırıcını, bir metri 4,20 (4 manat iyirmi qəpik) manat olan, cəmi 185 (yüz səksən beş) metr uzunluğunda 4x4x2,5 ölçüdə, 777 (yeddi yüz yetmiş beş) manat dəyərində olan naqili, hər biri 26 (iyirmi altı) manat dəyərində olan cəmi 7 (yeddi) ədəd (ŞM-66) qidapaylayıcını və hər biri 50 (əlli) manat dəyərində olan cəmi 5 (beş) ədəd lukun üst qapağını gizli yolla talayaraq, ümumilikdə vahid niyyətlə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N №-li Hərbi Hissəsinə 25865,30 (iyirmi beş min səkkiz yüz altmış beş manat otuz qəpik) manat məbləğində, xeyli miqdarda zərər vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır.. Şəmkir rayonu Könüllü kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq kredit ilə aldığı, etibarnamə əsasında özünə məxsus “Vaz 2107” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Mahiyyət üzrə bildirmişdir ki, taski fəaliyyəti ilə məşğul olmaqdan başqa iş olmayan zamanlarda günəmuzd fəhləlik də edir, təxminən bir həftə əvvələ qədər suvaqustası olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 yanında fəhləlik etmiş, Gəncə şəhərində işləmişlər. Həmin şəxsləri də iş prosesində tanımış, iş vaxtı da münasibətləri yaranmışdır. Lakin bir həftə əvvəl işləri dayanmışdır. 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində Rəhim və Əmrahla görüşüb Şəmkir rayonu, Seyfəli kəndində Rəhim onlara kənddə yerləşən poliqonun ərazisində mis olmasını, orada mühafizə olmadığını deyərək gedib həmin misi oğurlayıb aparıb metal qəbulu məntəqəsinə satıb pul əldə etməyi təklif etmiş, maddi imkanı olmadığı üçün o, da razılaşmış və Əmrah da bu fikirə razı olmuşdur. Saat 21 radələrində onun “Vaz 2107” markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəmkir rayonu Seyfəli kəndində yaşayan Əmrahın evinin qarşısına getmişlər. Maşını orada saxlamış, piyada poliqon istiqamətində getmişlər, təxminən bir saat gedb poliqona çatmışlar. Poliqonun ərazisinin ətrafında hasar olmamışdır. Onlar poliqonun ərazisində olan zaman Rəhim onlara qurğuları göstərmiş, onlar qurğuları yerindən çıxarmışlar. Üçü də qurğuları çıxarmış, bir kənara N ədəd qaldırıcı qurğunu yığmışlar. Eyni zamanda üçü də təxminən 8-10 metr uzunluğunda qaldırıcı qurğuya aid naqilin torpaqdan çıxarmışlar. Qaldırıcı qurğuları və naqili oğurlamaqda məqsədləri içərisində olan misi çıxarıb satmaq olmuşdur. Lakin axşam vaxtı qaldırıcı qurğuların altısını da oradan çıxarmaq təhlükəli olduğundan əvvəlcə qurğuları ağacın dibində gizlətmişlər. Bundan sonra üçü də gedib onun maşınını yaxına gətirmişlər, maşını gətirən zaman isə onları görən olmasın deyə işıqdan istifadə etməmişlər. Bundan sonra bir yerə yığdıqları yerdən bir ədəd qaldırıcı qurğunu gətirib maşına qoymuşlar. Maşınla qurğuları yığdıqları yerin arasında olan məsafə təxminən 2-3 kilometr olmuşdur. Həmin səbəbdən qurğulara dəyməmişlər və naqili maşına aparmışlar, digərlərini isə növbəti günlərdə gəlib aparmağı düşünmüşlər. Növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə saat 09 radələrində Rəhimlə zəngləşib yenidən həmin yerə getmiş, maşını kənarda saxlamış, axşam gizlətdikləri yerdən bir ədəd qaldıcı qurğunu və naqili götürüb maşına aparmışlar, daha sonra həmin əmlakları Əmrah və Rəhimin birgə yaşadığı evə gətirmişlər. Onların həyətində Əmrah, Rəhim və o, qaldırıcı qurğunu sökmüşlər, içərisindən aliminium və dəmir metal əldə etmişlər, naqili isə əridib içərisindən mis əldə etmişlər. Bundan sonra əldə etdikləri metalı Əmrahla birlikdə Şəmkir rayonu Könüllü kəndində yerləşən əvvəlcədən tanıdığı Feyzu adlı şəxsin yanına aparmışlar. Feyzuya metal satmaq üçün gəldiklərini demişlər, ona misin bir kiloqramı 10 manat olmaqla 6 kiloqram mis, bir kiloqramı 1,80 manat olmaqla 17 kq, 600 qram aliminium və bir kiloqramı 0,45 manat olmaqla 21 kiloqram dəmir satmışlar, qarşılığında Feyzu onlara ümumilikdə 98 manat pul vermiş, oradan çıxıb pulu bölmüşlər. Şəmkir rayonu Seyfəli kəndində yerləşən “Asiman Petrol” YDM-dən mənim maşınına 6 manatlıq yanacaq tökmüşlər, yerdə qalan pulu isə üç yerə bölmqşlər, ona 31 manat pul çatmışdır. Həmin pulla isə Şəmkir rayonu, Könüllü kəndində kəndində yerləşən “Oba” marketdən evinə bazarlıq etmişdir. 13 yanvar N5-ci il tarixdə isə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, hadisə 11 yanvar N5-ci il tarixdən 12 yanvar N5-ci il tarixə keçən gecə deyil, 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində onun və tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilmişdir. Lakin onlar hərbi hissənin göstərdiyi qədər əmlak oğurlamamışlar, onlar hərbi hissədən yalnız N ədəd qaldırıcı qurğu və təxminən 8-10 metr naqil oğurlamışlar. Qaldırıcı qurğunu və naqili sökərək metal kimi satmışlar, 5 ədəd qaldırıcı qurğunu isə sonrakı müddətdə aparıb satmaq üçün poliqonun ərazisində gizlətmişlər. Həmin yeri və qaldırıcı qurğuları təqdim etmişlər. Digər əmlaklardan isə onun xəbəri yoxdur. Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissəyə aid əmlakı oğurlayaraq metal kimi satmaq təklifi Rəhimdən gəlmişdir, Əmrah və o, da bu təkliflə razılaşmışlar. Oğurluğu bir yerdə bərabər iştirakla törətmişlər, lakin onun avtomobilindən istifadə etmişlər və onun tanışı olan Feyzu adlı şəxsə satmışlar. O, yalnız 11 yanvar N5-ci il tarixdə göstərdiyi cinayəti törətmiş, başqa heç bir cinayət törətməmişdir.Onların üçündən başqa bu hadisə barədə heç kimin məlumatı olmamışdır. Əmrahın evində metal əldə edən zaman evdə heç kim olmamışdır. Feyzu isə metalı oğurluqla əldə etdiklərini bilməmişdir, ona ümumiyyətlə metalı haradan əldə etmələri ilə bağlı heç nə deməmişlər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu Seyfəli kəndində qaynanası və ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi iş yeri yoxdur, fərdi olaraq malyar ustası kimi işləyir. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs3 onun qaynıdır, onunla eyni evdə yaşayırlar. O, Əmrahla birlikdə usta işləyir, Təqsirləndirilən şəxs1 isə təxminən 3-4 aydır ki, tanıyır, Əli də onun yanında fəhləlik edir. Təxminən bir həftə əvvəl Gəncə şəhərində malyar işi görən zaman Əliyə yaşadığı Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissənin poliqonunda dəmir qırıqları olmasını eşitdiyini deyib gedib oradan dəmir yığıb satmağı təklif etmişdir. O, kənd camaatından orada partladılan minaların dəmirlərinin olmasını eşitmişdir. 11 yanvar N5-ci il tarixdə axşamtərəfi evdə məclis təşkil etmişlər, Əmrahla araq içmiş, evdə isə pul olmamışdır. Həmin vaxt Əliyə zəng edib çağırmış və gedib poliqondan dəmir gətirməyi təklif etmişdir. Saat 21 radələrində Əmrah, Əli və o, piyada Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissənin poliqonuna getmişlər. Onlar dəmir axtaran zaman aliminium materialdan qaldırıcı qurğular olmasını görmüşlər. Onlar həmin qurğuları oğurlamaq qərarına gəlmişlər və yerdə olan N ədəd qaldırıcı qurğunu əlləri ilə sökmüşlər, bundan sonra altı ədəd qaldırıcı qurğunu və təxminən 4-5 metr uzunluğunda naqili götürüb xeyli yolu yuxarı tərəfə piyada daşımışlar və orada gizlətmişlər. Məqsəd növbəti gün gəlib qurğuları aparmaq olmuşdur. Bundan sonra piyada kəndə qayıtmışlar. Növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə saat 09 radələrində Əliyə zəng edib çağırmış, Əli özünə məxsus “Vaz 2107” markalı avtomobil ilə onlara gəlmiş, Əmrah evdə qalmış və o, Əli ilə yenidən kənddə yerləşən poliqonun yaxınlığına getmişlər. Onlar piyada gedib qaldırıcı qurğuları gizlətdikləri yerdən bir ədəd qurğunu və naqili götürüb maşının yanına gəlmişlər. Qaldırıcı qurğunu və naqili maşına qoyub evə qayıtmışlar, Əmrah, Əli və o, qaldırıcı qurğunu sökmüş, naqili isə yandırmışlar, qaldırıcı qurğudan həm aliminium, həm dəmir əldə etmişlər, naqili isə əridib mis əldə etmişlər. Bundan sonra Əli metal qəbul edən tanışı olmasını demiş, Əmrah və Əli metalları satmağa getmişlər. Təxminən bir saat sonra Əmrah və Əli geri qayıtmış, onlar metalları 38 manata satdıqlarını demişlər, 8 manatı yanacaq üçün çıxmışlar və hərəsinə 10 manat pul düşmüşdür. Bundan sonra isə birlikdə kafeyə getmişlər və kətə yemişlər. Daha sonra isə evə gəlmişlər. 13 yanvar N5-cil il tarixdə isə törətdikləri əmələ görə ifşa olunmuşlar və polis əməkdaşları onları saxlayaraq Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdirki, 11 yanvar N5-ci il tarixdən 12 yanvar N5-ci il tarixə keçən gecə deyil, 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində onun və tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Lakin onlar hərbi hissənin göstərdiyi qədər əmlak oğurlamamışlar, onlar hərbi hissədən yalnız N ədəd qaldırıcı qurğu və təxminən 4-5 metr naqil oğurlamışlar. 1 ədəd qaldırıcı qurğunu və naqili sökərək metal kimi satmışlar, 5 ədəd qaldırıcı qurğunu isə sonrakı müddətdə aparıb satmaq üçün poliqonun ərazisində gizlətmişlər. Həmin yeri və qaldırıcı qurğuları təqdim etmişlər. Digər əmlaklardan isə onun xəbəri yoxdur. Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissəyə aid əmlakı oğurlayaraq metal kimi satmaq təklifi ondan gəlmişdir, Əmrah və Əli də bu təkliflə razılaşmışlar. Oğurluğu bir yerdə bərabər iştirakla törətmişlər, belə ki, 11 yanvar N5-ci il tarixdə piyada poliqona gedərək qaldırıcı qurğuları və naqili oğurlayaraq ağacın dibində gizlətmişlər, növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə saat 09 radələrində isə Əli ilə gedib həmin qaldırıcı qurğuların birini və naqili götürüb evə gəlmişlər, Əmrah, Əli və o, Əmrahla birlikdə yaşadığı evin həyətində qaldırıcı qurğunu sökmüşlər və naqili əritmişlər. Elə həmin gün Əmrah və Əli əmlakları aparıb metal qəbulu məntəqəsinə satmışlar. O, yalnız 11 yanvar N5-ci il tarixdə izahatında göstərdiyim cinayəti törətmişdir, başqa heç bir cinayət törətməmişdir. Onların üçündən başqa bu hadisə barədə heç kimin məlumatı olmamışdır. Onlar evdə metal əldə edən zaman evdə heç kim olmamışdır. Feyzu adlı şəxsə isə metalı Əmrah və Əli satmışdır, bu barədə heç bir məlumatı yoxdur. Əli yalan deyir, hadisə o, dediyi kimi baş vermişdir. Oğurluğu 11 yanvar N5-ci il tarixdə Əli və Əmrahla birlikdə edərək əldə etdikləri N ədəd qaldırıcı qurğunu və təxminən 4-5 metr naqili ərazidə ağacın dibində gizlətmişlər. Metal qəbulundan isə cəmi 38 manat pul əldə edilmişdir və Əli 8 manatı maşınının yanacağı üçün çıxaraq Əmrah və onun hərəsinə 10 manat pul vermişdir.Onlar qaldırıcı qurğuları xatırlamasına görə əlləri ilə sökmüşlər. Hazırda əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismndə dindirilmiş Təqsirləndirilən şəxs3 özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. Şəmkir rayonu Seyfəli kəndində anası, bacısı, bacısının əri Təqsirləndirilən şəxs2 və onların övladları ilə birlikdə yaşayır, subaydır, rəsmi iş yeri yoxdur, fərdi olaraq malyar ustası kimi işləyir. Mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs2la bir yerdə yaşayır, həm də işləyir, Təqsirləndirilən şəxs1 isə uzun illərdir ki, tanıyır, Əli də son vaxtlarda Gəncə şəhərində onlarla birlikdə işləmişdir. Təxminən bir həftə əvvəl Gəncə şəhərində malyar işi görən zaman Rəhim yaşadıqları Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissənin poliqonunda dəmir qırıqları olmasını eşitdiyini deyib gedib oradan dəmir yığıb satmağı təklif etmişdir. 11 yanvar N5-ci il tarixdə axşamtərəfi evdə məclis təşkil etmişlər, Rəhimlə araq içmişlər, evdə isə pul olmamışdır. Həmin vaxt Əli Rəhimə zəng edib görüşməyi təklif etmiş, daha sonra Rəhim Əliyə zəng edib bizə çağırmış və gedib poliqondan dəmir gətirməyi təklif etmişdir. Saat 21 radələrində Rəhim, Əli və o, Əlinin maşını ilə Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissənin poliqonun yaxınlığında getmiş, orada maşını qoyub piyada poliqonun ərazisinə getmişlər. Əli getməmişdən əvvəl maşından xeyli açar götürmüş və nəsə sökmək lazım olsa açarla sökəcəyini demişdir. Onlar dəmir axtaran zaman aliminium materialdan qaldırıcı qurğular olmasını görmüşlər. Onlar həmin qurğuları oğurlamaq qərarına gəlmişlər və yerdə olan N ədəd qaldırıcı qurğunu 17 nömrə açarla sökmüşlər, bundan sonra altı ədəd qaldırıcı qurğunu və təxminən 4-5 metr uzunluğunda naqili götürüb xeyli yolu yuxarı tərəfə piyada daşımışlar və orada gizlətmişlər. Məqsəd növbəti gün gəlib qurğuları aparmaq olmuşdur. Həmin qurğular ağır olduğundan və maşın da uzaqda olduğundan həmin vaxt qurğuları götürməmişlər. Bundan sonra piyada maşının yanına qayıtmışlar, daha sonra da evə getmişlər. Növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə saat 07 radələrində Əli onun telefonuma zəng edib gedib qurğuları gətirməyi təklif etmiş, o, isə yatdığını deyib yatmışdır. Saat 08 radələrində yuxudan duranda Rəhimin evdə olmamasını görmüş, soruşduqda bacısı Rəhimin Əli ilə çıxıb getdiyini demişdir. Təxminən iki saat sonra Əli və Rəhim gəlmiş, onlar bir ədəd qaldırıcı qurğu və təxminən 10 metrdən çox naqil gətirmişdilər. Qaldırıcı qurğunu sökmüşlər, naqili isə əritmişlər, qaldırıcı qurğudan əldə etdikləri təxminən 15-20 kiloqram aliminiumu, 3-4 kiloqram misi və təxminən 20 kiloqram dəmiri maşına yığmışlar. Əli ilə birlikdə onun tanışı olan Feyzu ləqəbli metal alan şəxsin məntəqəsinə getmişlər. Əli ilə birlikdə metalları Feyzuya satmışlar, lakin həmin vaxt metalların çəkisini neçə olmasını xatırlamır. Həmin vaxt Feyzu ona 40 manat pul vermiş və ona 2 manat xırda qaytarmış, bundan sonra 38 manat qazancın 8 manatını maşının yanacağına çıxmışlar, 30 manatı isə 3 yerə bölmüşlər, hərəsi 10 manat pul götürmüşlər. Həmin gün günorta da gedib kətə yemişlər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, 11 yanvar N5-ci il tarixdən 12 yanvar N5-ci il tarixə keçən gecə deyil, 11 yanvar N5-ci il tarixdə saat 21 radələrində onun və tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən törədilmişdir. Lakin onlar hərbi hissənin göstərdiyi qədər əmlak oğurlamamışlar, onlar hərbi hissədən yalnız N ədəd qaldırıcı qurğu və təxminən 10 metr naqil oğurlamışlar. 1 ədəd qaldırıcı qurğunu və naqili sökərək metal kimi satmışlar, 5 ədəd qaldırıcı qurğunu isə sonrakı müddətdə aparıb satmaq üçün poliqonun ərazisində gizlətmişlər. Həmin yeri və qaldırıcı qurğuları təqdim etmişlər. Digər əmlaklardan isə onun xəbəri yoxdur. Şəmkir rayonu Seyfəli kəndində yerləşən hərbi hissəyə aid əmlakı oğurlayaraq metal kimi satmaq təklifi Rəhimdən gəlmişdir, onunla Əli də bu təkliflə razılaşmışlar. Oğurluğu bir yerdə bərabər iştirakla törətmişlər, belə ki, 11 yanvar N5-ci il tarixdə piyada poliqona gedərək qaldırıcı qurğuları və naqili oğurlayaraq ağacın dibində gizlətmişlər, növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə saat 09 radələrində isə Əli ilə Rəhim gedib həmin qaldırıcı qurğuların birini və naqili götürüb evə gəlmişlər, onları yaşadıqları evin həyətində qaldırıcı qurğunu sökmüşlər və naqili əritmişlər. Elə həmin gün Əli ilə əmlakları aparıb metal qəbulu məntəqəsinə satmışlar. Pulu isə yanacaq pulunu çıxdıqdan sonra üç yerə bölmüşlər. O, yalnız 11 yanvar N5-ci il tarixdə izahatında göstərdiyi cinayəti törətmişdir, başqa heç bir cinayət törətməmişdir.Onların üçündən başqa bu hadisə barədə heç kimin məlumatı olmamışdır. Onlar evdə metal əldə edən zaman evdə heç kim olmamışdır, ailə üzvləri həmin vaxt xalasıgildə olmuşdur. Feyzu adlı şəxsə isə metalı satan zaman ona oğurluq barədə heç bir şey deməmişlər. Əli yalan deyir, hadisə o, dediyi kimi baş vermişdir. Oğurluğu 11 yanvar N5-ci il tarixdə Əli və Rəhimlə birlikdə edərək əldə etdikləri N ədəd qaldırıcı qurğunu və təxminən 10 metr naqili ərazidə ağacın dibində gizlətmişlər. Metal qəbulundan isə cəmi 38 manat pul əldə edilmişdir və Əli 8 manatı maşınının yanacağı üçün çıxaraq Rəhim və onun hərəsinə 10 manat pul vermişdir.Onlar qaldırıcı qurğuları 17 nömrə açarla sökmüşlər. Ora getməmişdən əvvəl Əli maşınından açarlar götürmüşdür. Hazırda əməlindən peşmandır, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışı iclasında izahatı alınmış zərərçəkmiş huqiqi şəxs Azərbaycan Respublikası Müdafi Nazirliyi N №-li hərbi hissənin müvəkkil etdiyi Nümayəndə ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Sevinc qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var. Mahiyyət üzrə bildirmişdir ki, 2012-ci ilin oktyabr ayından Müdafiə Nazirliyində xidmət edir, 2017-ci ilin noyabr ayından isə Müdafiə Nazirliyi N №-li Hərbi hissəndə Dağlıq və X6 Meydanının rəisi vəzifəsində gizir rütbəsi ilə xidmət edir. Hərbi Hissənin təyinatı Müdafiə Nazirliyinin şəxsi heyəti üçün təlim mərkəzidir. Onun vəzifəsi isə atış təlimi olan zaman həmin ərazilərdə təhlükəsizliyi təmin etmək, həmçinin orada olan hərbi sursatlar və hərbi əmlaklara cavabdehlik etməkdir. Hərbi Hissə Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşir, hərbi hissənin ərazisi N hektardır. Hərbi hissənin ərazisinin ətrafı hasarlı deyil, lakin təlim sahəsində xəbərdaredici lövhələr quraşdırılmışdır. Hərbi Hissə həmin ərazidə uzun illərdir ki, həmin ərazidə yerləşir və Şəmkir rayon sakinlərinin də demək olar hamısı bilir ki, həmin əraziyə daxil olmaq olmaz. Təlim mərkəzinin ərazisində nişangahlar, hədəfqaldırıcı qurğular, maketlər, dəmir relslər, yeraltı və yerüstü naqillər və sair bu kimi əmlaklar vardır. 11 yanvar N5-ci il tarixdə axşam saatların həmin əraziyə baxış keçirmiş, daha sonra isə xidmət vaxtını tamamlayıb evinə getmiş, növbəti gün, yəni 12 yanvar N5-ci il tarixdə səhər saatlarında yenidən işdə olan zaman dağlıq və X6 meydanının ərazisinə yenidən baxış keçirən zaman ərazidə olan N ədəd Rays tipli elektron hədəfqaldırıcı, 5 ədəd UMUS-27 hədəfqaldırıcı, 185 metr 4x4x2,5 metr ölçüdə yeraltı mis naqil, 7 ədəd qidapaylayıcı və 5 ədəd lukun üst qapağının olmamasını görmüş, 11 yanvar N5-ci il tarixdən 12 yanvar N5-ci il tarixə keçən gecə hərbi hissənin açıq ərazisindən oğurluq edilməsini başa düşmüş, bu barədə komandirinə məlumat vermiş, daha sonra Şəmkir rayon polis şöbəsinə Hərbi Hissənin adından məktub ünvanlanmışdır. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, 11 yanvar N5-ci il tarixdə axşam saatlarından 12 yanvar N5-ci il tarixdə səhər saatlarınadək olan müddət ərzində Müdafiə Nazirliyi N №-li Hərbi hissəsinin Dağlıq və X6 meydanından 6 (altı) ədəd “RAYS” tipli elektron hədəfqaldırıcı, beş ədəd “UMUS” hədəfqaldırıcı, 185 (yüz səksən beş) metr uzunluğunda 4x4x2,5 ölçüdə mis naqil, 7 (yeddi) ədəd (ŞM-66) qidapaylayıcı və 5 (beş) ədəd lukun üst qapağı naməlum şəxs (şəxslər) tərəfindən oğurlanmışdır. Qeyd etmişfit ki, hər bir əmlak hərbi hissəyə təhvil verilən zaman əmlakın istismar müddəti olur, onlar hazırda həmin əmlakların qiymətləri barədə hesablama aparan zaman əmlakın ümumi dəyəri istismar müddəti barədə il sayına bölünür, qalıq dövr ərzində olan qiyməti hesablanır. Həmin hesablamaya görə RAYS tipli elektron hədəfqaldırıcının bir ədədinin təzəsinin qiyməti 22757 manat, hadisə baş verən vaxtda qiyməti 3251 manat, UMUS hədəfqaldıcının bir ədədinin ilkin qiyməti 1623,58 manat, hadisə vaxtına hesablanmış qiyməti 1030,06 manat, naqilin bir metrinin təzəsinin qiyməti 5 manat, hazırda qiyməti 4,20 manat, qidapaylayıcının təzəsinin qiyməti 36 manat, hazırda qiyməti 26 manat, lukun üst qapağının bir ədəd təzəsinin qiyməti 70 manat, hazırda qiyməti 50 manatdır. Həmin əmlakların hazırki qiymətləri hesablanan zaman istismar müddətləri və köhnəlmə faizləri, fiziki aşınmaları, amortizasiyaları nəzərə alınmışdır və əmlakların oğurlanması ilə hərbi hissəyə ümumilikdə 25865,3 manat ziyan dəymişdir. Müdafiə Nazirliyi N №-li Hərbi hissəsinin Dağlıq və X6 meydanından oğurlanmış əmlaklardan 5 ədəd RAYS tipli elektron hədəfqaldırıcının hərbi hissəyə qaytarılması ilə vurulmuş 25865,3 manat ziyanın 16255 manatı aradan qaldırılır, ziyanın qalan 9610,3 manat hissəsinin də ödətdidirilməsini xahiş edir. Hərbi hissənin ərazisi 999 hektar olduğu üçün bütün ərazinin ətrafında hasar olması mümkün deyil, ona görə də oğurluq edildiyi ərazinin ətrafında hasar mövcud deyil, həmin ərazi kəndin əkin torpaqları ilə həmsərhəddir. Lakin təxminən ***-**** metrdən bir xəbərdaredici lövhələr quraşdırılmışdır. Hazırda Müdafi Nazirliyi N №-li hərbi hissəninə dəymiş ziyanı tamamilə ödəmişdir, onun təqsirləndirilən şəxslərə qarşə heç bir şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şəmkir rayonu Abbaslı kəndində ailə üzvləri ilə birlikdə yaşayır, evlidir, iki övladı var, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi olaraq həyətyanı sahəsində metal qəbulu məntəqəsi işlədir, əsasən yaşadığı kənd və qonşu kəndlərdən metal alır, aldığı qiymətin üzərində 2-5 qəpik qoyub sataraq dolanır. Hansı səbəbə görə dindirildiyini bilmiş və mahiyyət üzrə bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Əliş ləqəbi ilə uzun illərdir ki, tanıyır, ondan əvvəllər bir neçə dəfə metal almış, lakin sonuncu dəfə təxminən iki il əvvəl almışdır. 12 yanvar N5ci il tarixdə təxminən saat 10-11 radələrində yaşadığı evdə olan zaman Əli və yanında bir nəfər tanımadığı şəxs ora gəlmiş, Əli metal gətirdiyini demişdir. Onun gətirdiyi metal hissələrə bölünmüşdür, həm aliminium, həm mis olmuş, az çəkidə də dəmir olmuşdur. O, aliminiumun bir kiloqramını 1,80 manata, misin bir kiloqramını 10 manata, dəmirin bir kiloqramını isə 0,35 manata alır. Dəqiq çəkiləri xatırlamasa da yekunda Əliyə 98 manat pul vermiş, ondan 2 manat pul alıb 100 manat pul vermişdir. Bundan sonra onlar getmişlər. Sonradan isə o, həmin əmlakların oğurluq olmasını bilmiş, buna görə də əmlakları satmamış və hazırda həmin əmlakı təqdim edə bilər. Verilmiş sualların mahiyyəti üzrə bildirmişdir ki, Əlini uzun müddətdir tanıyır, buna görə də ona güvənmişdir. Əlinin satdığı əmlakı haradan əldə etməsi barədə heç nə soruşmamış, heç Əli də bu barədə heç nə deməmişdir. Lakin onun satdığı metallar sökülmüş vəziyyətdə olduğu üçün metalın nədən çıxarılmasını bilmək mümkün deyil. O, həmin əmlakın oğurluq olmasını bilsəydi almazdı, hətta polisə də məlumat verərmiş. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında” 13 yanvar N5-ci il tarixli protokoldan görünür ki, oğurlayaraq gizlətdikləri hədəfqaldırıcı qurğuları təqdim edən zaman təqsirləndirilən şəxslərin iştirakları ilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. “Əşyaya baxış keçirilməsi və götürmə haqqında” 13 yanvar N5-ci il tarixli protokoldan görünür ki, Şahid Təqsirləndirilən şəxs1 tərəfindən satılmış metal əşyaları təqdim edən zaman baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə, fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Müdafi Nazirliyi N №-li hərbi hissə tərəfindən N yanvar N5- il tarixdə verilmiş məktubdan görünür ki, hərbi hissənin balansında olan hədəfqaldırıcı və naqillərin ilkin qiyməti və N5-ci il tarixə olan qalıq dəyərləri cəmi 25865,30 manat təşkil edir. “Təqsirləndirilən şəxsin İfadəsinin yerində yoxlanılması haqqında” 06 mart N5-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 istintaqa verdiyi ifadələrində göstərilənləri əyani olaraq bir daha təsdiq etmişlər və Azərbaycan Respublikası Müdafi Nazirliyi N №-li hərbi hissəsinin balansında olan hədəfqaldırıcı qurğuları talayaraq oğuraldığı yeri istintaq hərəkətinin iştirakçılarına göstərmişlər və 06 mart N5-ci il tarixli protokolla ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun təqsirləndirilən şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.N0-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Məhkəməsinin qeyd olunan hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 03 ay müddətinə azadlığın məhdudlaçdırılması cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.N1-ci tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.N1-ci il tarixli Amnistiya qərarına əsasən azadlığın məhdudlaşdırılması cəzasından azad edilmiş və üzərindən məhkumluq götürülmüşdür. Şəmkir Rayon Poliklinikasının xx.xx.N5–cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmırlar. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.N5-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.N5-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.N5-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.N5-ci il tarixdə, saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.N5-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.N5-ci il tarixdə, saat 19:30-də şübhəli şəxs qismində tutulmuşdur. Şəmkir Rayon Məhkəməsinin xx.xx.N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə almanın əvvəli 13 yanvar N5-ci il tarixdən hesablanmışdır. nin seçilməsindən imtina edilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.N5-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmişdir. “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.N5-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 21 yanvar N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 21 yanvar N5-ci il tarixdən hesablanmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 17 yanvar N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 17 yanvar N5-ci il tarixdən hesablanmışdır. Şəmkir Rayon Məhkəməsinin xx.xx.N5-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilib polisin nəzarəti altına vermə qətimkan tədbiri ilə əvəz edilmiş, onlar həmin tarixdə həbsdən azad edilmişlər. Şəmkir RİHB-nın Könüllü kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir RİHB-nın Abbaslı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Şəmkir RİHB-nın Aşağı Seyfəli kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.N5-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Elektron Məhkəmə İnformasiya Sistemindən Çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.N0-ci ildə anadan olmuş Mətin və xx.xx.N2-ci ildə anadan olmuş Yusif adlı iki nəfər azyaşlı uşağı var. Zərərçəkmiş hüquqi şəxs olan Müdafi Nazirliyi N №-li hərbi hissə tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən vurulmuş ziyan ödənilmlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 1 nömrəli Qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlləri Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Onların tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Bu səbəbdən də Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinməli, təqsirə görə məsuliyyət prinsipi baxımından ona cəza təyin olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq az ağır cinayət törətməsini, himayəsində azyaşlı uşağı olmasını, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş hüquqi şəxsə dəymiş ziyanın tamamilə ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Səfxan Məmmədovun cəmiyyətdən təcrid olunmadan islah edilmələrinin mümkünlüyü qənaətinə gələrək onlara CM-in 177.2.1 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Səfxan Məmmədova azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs3 13 yanvar N5–ci il tarixdən 04 iyun N5-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 22 gün, Təqsirləndirilən şəxs1 13 yanvar N5-ci il tarixdən 15 yanvar N5-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 17 yanvar N5-ci il tarixdən 04 iyun N5-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 18 gün və Təqsirləndirilən şəxs2 13 yanvar N5-ci il tarixdən 15 yanvar N5-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün və 21 yanvar N5-ci il tarixdən 04 iyun N5-ci il tarixədək həbsdə saxlanıldığı 04 ay 14 gün onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı, onların cəzaçəkmə müddətlərinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları tarixdən hesablanmalı, üzərlərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalı, barələrində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ–də saxlanılan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə məxsus N ədəd UMUS hədəfqaldırcı qurğunun sökülmüş vəziyyətdə hissələri və əridilmiş naqil Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə qaytarılmalı, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində saxlanılan, həmin hərbi hisəyə məxsus 05 ədəd Rays tipli elektron hədəfqaldırıcı qeyd olunan hərbi hissəsinin istifadəsinə verilməli, iş materiallarına əlavə edilmiş, hədəfqaldırıcılara baxış keçirilən zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəmədə iştirak etdiyi 28 saata görə 253 manat, Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 22 saata görə N manat və Təqsirləndirilən şəxs3 göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 məhkəmədə iştirak etdiyi 24 saata görə 239 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci və xüsusi müsadirə ediləsi əmlak yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 13 yanvar N5–ci il tarixdən 15 yanvar N5-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 17 yanvar N5–ci il tarixdən 04 iyun N5–ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 18 (on səkkiz) gün müddət olmaqla cəmi 04 (dörd) ay 20 (iyirmi) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 yanvar N5-ci il tarixdən 15 yanvar N5-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 21 yanvar N5-ci il tarixdən 04 iyun N5–ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 14 (on dörd) gün müddət olmaqla cəmi 04 (dörd) ay 16 (on altı) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 13 yanvar N5–ci il tarixdən 04 iyun N5-ci il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 22 (iyirmi iki) gün müddət, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, ona təyin edilmiş 02 (iki) il 04 (dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 06 (altı) ay 16 (on altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs3 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş polisin nəzarəti altına verməqətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübutlar olan, Şəmkir RPŞ–də saxlanılan, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə məxsus N ədəd UMUS hədəfqaldırcı qurğunun sökülmüş vəziyyətdə hissələri və əridilmiş naqil Müdafiə Nazirliyinin N №-li hərbi hissəsinə qaytarılsın, Müdafiə Nazirliyinin N №-li hərbi hissəsində saxlanılan, həmin hərbi hisəyə məxsus 05 ədəd Rays tipli elektron hədəfqaldırıcı qeyd olunan hərbi hissəsinin istifadəsinə verilsin, iş materiallarına əlavə edilmiş, hədəfqaldırıcılara baxış keçirilən zaman çəkilmiş videogörüntünün köçürüldüyü 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 253 manat, Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına N manat və Təqsirləndirilən şəxs3 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 İsamay oğluna ödənilməsi üçün dövlət büdcəsinin hesabına 239 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №1(076)-186/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-186/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver