Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-187/2024 03.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994–cü il tarixdə Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Cırdaxan kəndində qeydiyyatda olmaqla, Şəmkir rayonu, Qaranüy kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, xx.xx.2024-ci il tarixdə saat 21 radələrində Şəmkir rayonu, Qaranüy kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs və əri Təqsirləndirilən şəxs arasında şəxsi və ailə münasibətlərin pozulması zəmində, yəni Zərərçəkmiş şəxs Şəmkir rayonu, dəllər-Cırdaxan kəndində yerləşən ata evindəki yas mərasimindən əri Təqsirləndirilən şəxs istəyi ilə onunla birlikdə Qaranüy kəndində yerləşən və birgə yaşadıqları fərdi yaşayış evinə qayıtdıqdan sonra Zərərçəkmiş şəxs bu barədə əri Təqsirləndirilən şəxs irad bildirməsinə görə tərəflər arasında ilkin olaraq söz mübahisəsi baş vermişdir. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə gələrək onun bədəninin müxtəlif nahiyələrinə sillə və ayaq zərbələri ilə qəsdən vuraraq sonuncuya sol almacıq və yanaq nahiyəsinin dərialtı hematoması, burunun orta üçdə birinin qançırı, döş qəfəsinin sol yan səthinin və sol əlin 1-ci barmağının ovuc səthinin daraq sümüyü proyeksiyasında şişkinlik fonunda qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır və 6 ildir ki, qeyri-rəsmi nikahdadırlar. Bu nikahdan 1 övladı vardır. Yoldaşı ilə nikahının ilk günündən münasibətləri normal deyildir. Buna səbəb Səmanın anası Vüsalənin ailə məsələlərinə müdaxilə etməsidir. Əvvəllər də 3-4 dəfə Səma ondan ayrılmış, lakin qısa müddət sonra maddi çətinliklərinə görə geri qayıtmışdır. O, 8 may 2024-cü il tarixdə etibarən işlədiyi Rusiya Federasiyasından evinə qayıtmışdır. xx.xx.2024cü il tarixdə saat 09 radələrində yoldaşının xahişi ilə onu nənəsinin yas mərasiminə görə ata evinə aparmışdır. Saat 22 radələrində isə yoldaşını öz evinə gətirmiş və evdə olan zaman onunla aralarında söz mübahisəsi yaranmışdır. Mübahisə zamanı əsəbindən onun üzərinə getmiş və əsəbi halda 3-4 dəfə sillə ilə Səmanın sifət nahiyəsinə sillə zərbələri vurmuşdur. Sonra isə yaxasından tutub onu çarpayıya itələmişdir. Səma isə dırnaqları ilə öz üzünü cıraraq səbəbsiz yerə qışqırmağa başlamışdır. O isə gecə saatları olduğu üçün əli ilə onun ağzını tutmuşdur. Səma yenə çarpayıdan qalxaraq masanın üzərində olan bankanı sındıraraq şüşə ilə özünə xəsarət yetirəcəyini bildirmişdir. Yaranmış səs-küyə anası Şahid2 gəlmiş və Səmanı sakitləşdirməyə çalışmışdır. Müəyyən müddətdən sonra isə Səma sakitləşmiş və onlar birlikdə söhbət etməyə çalışmışdırlar. Bu zamanlarda Səmanın anası Şahid1 evinə gələrək qızını özü ilə yaşadıqları Dəllər-Cırdaxan kəndinə aparmışdır. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslə barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir və onlar 6 il müddətdir ki, evlidirlər. Aralarında rəsmi nikah yoxdur və bu qeyri-rəsmi nikahdan 1 övladları vardır. Evliliklərinin ilk dövrlərindən Təqsirləndirilən şəxslə münasibətləri normal deyildir. Çünki, o, mütəmadi olaraq onu heç bir səbəb olmadan qısqanır və buna görə də mübahisələr yaradır. Mübahisələr zamanı isə Təqsirləndirilən şəxs onu nalayiq ifadələrlə təhqir edir və döyür. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Dəllər-Cırdaxan kəndində ata evində rəhmətlik nənəsinin yas yerində olan zaman Sahil onunla səbəbsiz münaqişə yaradaraq döymüş və zorla evinə aparmışdır. Dünən, yəni xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Qaranüy kəndində birlikdə yaşadıqları evdə olan zaman Sahil ona niyə gülübdanışmadığını soruşduqda ona ev işləri ilə məşğul olduğunu bildirmişdir. O da buna əsəbiləşmiş və üzərinə gəlmişdir. İlk olaraq sillə və yumruq zərbələri ilə sifət nahiyəsinə zərbələr vurmuşdur. Sonra Sahil qapını örtüb yenidən yanına gəlmiş və onu yerə yıxmışdır. Yerdə olan zaman isə Sahil yenidən əl və ayaq zərbələri ilə sifət və bədəninin digər nahiyələrinə ardıcıl zərbələr vururdu. Hətta o, əlləri ilə boğazından tutub onu boğmaq istəyirdi. O, çətinliklə olsa da, Sahilin əlindən çıxıb həyətə getmiş və qayınanası Şahid2 uca səslə çağırmışdır. Sahilə xanım onların yanına çatan zaman isə arxadan yaxınlaşan Sahil onu yenidən yerə yıxıb başını yerə döşənmiş betona vurmuşdur. Şahid2 mübahisələrinə mane olmuş və oğlunu sakitləşdirmişdir. Qısa zaman sonra isə anası Şahid1 da evinə gəlmiş və onunla birlikdə Dəllər-Cırdaxan kəndindəki ata evinə qayıtmışdır. Mübahisə Şəmkir rayonu, Qaranüy kəndində yaşadığı evdə baş vermiş, təxminən 5-10 dəqiqə davam etmiş və yanlarında qayınanası Şahid2 olmuşdu. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o isə bağışlayaraq Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qızı, Təqsirləndirilən şəxs isə kürəkənidir. Onlar 6 il müddətdir ki, evlidirlər və aralarında normal münasibətlər yoxdur. Belə ki, Təqsirləndirilən şəxs dəfələrlə heç bir səbəb olmadan qısqanclıqlar edərək qızını döymüşdür. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 21 radələrində qudası Şahid2 ona mobil telefon ilə zəng edərək oğlu Sahilin Səmanı döyməsini bildirmiş və Şahid1 köməyə çağırmışdır. O isə, dərhal onlara getmiş və Sahildən qızını döyməsinin səbəbini sorşduqda heç bir şey deməmişdir. Şahid1 narahat olduğu üçün qızını özü ilə evlərinə gətirmişdir. Evdə olan zaman isə AR DİN-in 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermişdir. Məhkəmə baxışı iclası zamanı Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə gəlinidir. Onlar birlikdə yaşayır və gəlini ilə oğlu arasında normal münasibətlər yoxdur. Əvvəllər aralarında yalnız söz mübahisələri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 22 radələrində evdə olan zaman həyətdən səs-küy eşitmiş və dərhal həmin tərəfə getmişdir. Çatdıqda Səma ilə Sahilin mübahisə etməsini görmüş və dərhal aralarına girib onlara mane olmuşdur. Bundan sonra isə Səmanın anası Vüsaləyə mobil telefon ilə zəng edib onların yaşadığı evə gəlməsini və Səmanı aparmasını demişdir. Qeyd edir ki, Sahilin Səmanı döyməsini görməmişdir. Cinayət işinin materiallarında olan 12 may 2024–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 13 may 2024–cü il tarixli, 417 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sol almacıq və yanaq nahiyəsinin dərialtı hematoması, burunun orta üçdə birinin qançırı, döş qəfəsinin sol yan səthinin və sol əlin 1-ci barmağının ovuc səthinin daraq sümüyü proyeksiyasında şişkinlik fonunda qançırları KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətləri 12 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Dəllər-Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs, 12 may 2024–cü il tarixdə saat 21 radələrində yaşadığı Şəmkir rayonu, Qaranüy kəndində yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs ilə arasında şəxsi və ailə münasibətlərin pozulması zəmində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə sillə və ayaq zərbələri ilə vuraraq sonuncuya sol almacıq və yanaq nahiyəsinin dərialtı hematoması, burunun orta üçdə birinin qançırı, döş qəfəsinin sol yan səthinin və sol əlin 1-ci barmağının ovuc səthinin daraq sümüyü proyeksiyasında şişkinlik fonunda qançırları ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və zərərçəkmiş şəxsin onun barəsində heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 6 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 36 (otuz altı) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN– :**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-187/2024
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-187/2024
03.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver