Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-187/2025 05.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs 2024-cü ilin noyabr ayının ortalarında, istintaqa məlum olmayan tarixdə Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində yabanı halda bitmiş çətənə kollarının yarpaqlarından yığıb toplamaqla qurutduğu “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”in İ siyahısının İ bəndi, həmçinin “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı ilə müəyyən edilən narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə daşımış, həmin qurudulmuş marixuananı bölərək 02 (iki) ədəd kibrit qutusunda qablaşdırmış, 26 noyabr 2024-cü il tarixdə həmin kibrit qutusunda olan qurudulmuş marixuananın 01 (bir) ədədini tanışı Şahid4 hədiyyə etmiş, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Şahid4 26 noyabr 2024-cü il tarixdə, saat 18:05-də Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə M.Hüseynzadə küçəsinin kəsişməsində saxlanılaraq polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən Təqsirləndirilən şəxs hədiyyə etdiyi 01 (bir) ədəd kibrit qutusunun içinə qoyulmuş, ümumi təmiz çəkisi 6,25 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüş, istintaq zamanı Şahid4 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın tanışı Təqsirləndirilən şəxs tərəfindən hədiyyə edildiyini bildirdiyinə görə, Şəmkir rayon Polis şöbəsinin Cinayətaxtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 27 noyabr 2024-cü il tarixdə, saat 19:50-də Şəmkir şəhəri, 20 Yanvar küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib polis əməkdaşları tərəfindən üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 (bir) ədəd şəffaf sellofan bükümün içinə qoyulmuş, Şahid4 hədiyyə etdiyi narkotik vasitə olan qurudulmuş marixuana ilə eyni xassəli və eyni tərkibli ümumi təmiz çəkisi 6,77 qram, xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, ünvan 3 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir, 1 övladı var. Təxminən 20 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. 2024-cü ilin noyabr ayının 15-20 arasında o, Şəmkir rayonu, Yeni-Həyat kəndinə gedilən yolun kənarında yabanı halda bitmiş çətənə kollarının olmasını görüb həmin çətənə kollarından toplayaraq həmin yerdən tapdığı şəffaf sellofana yığmışdır. Daha sonra o, həmin narkotik vasitəyə bənzər bitkiləri sellofanla birlikdə əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoyaraq özü ilə birlikdə yaşadığı ünvana gətirmişdir. Təxminən həmin vaxtdan 3-4 gün sonra o, həmin vasitəyə bənzər kütləni iki hissəyə bölüb bir hissəsini həmin sellofanda, qalan bir hissəsini isə kibrit qutusuna yığmışdır. 27 noyabr 2024-cü il tarixdə, saat 19 radələrində Şəmkir şəhəri, 20 Yanvar küçəsində piyada hərəkətdə olan zaman mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini Şəmkir rayon Polis şöbəsinin polis əməkdaşları kimi təqdim edərək, narkotik vasitələrin istifadəsində, satışında və saxlanmasında şübhəli bilindiyi üçün onu Şəmkir rayon Polis şöbəsinə aparacaqlarını və orada üzərinə baxış keçirəcəklərini bildirmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Daha sonra polis əməkdaşları onu Şəmkir rayon Polis şöbəsinə gətirmişlər. Şəmkir rayon Polis şöbəsində polis əməkdaşları videoçəkiliş etməklə ondan üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı əşya olub-olmaması soruşulmuşdur. O da polis əməkdaşlarına heç bir etiraz etmədən əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofanda qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə olan marixuana polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsi ilə çəkilmiş və sellofanla birlikdə ümumi çəkisinin 7,59 qram olması müəyyən edilmişdir. Daha sonra onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlə polis əməkdaşları tərəfindən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş, o da üzərinə imza etmişdir. Şəmkir şəhər sakini Şahid4 təxminən 30 il müddətdir ki, tanıyır, Şahid4la münasibətləri həmişə yaxşı olmuş, onunla aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Həmçinin Şahid4 onun az yaşlı oğlu Zeynal Məmmədovun kirvəsidir. Şahid4la 4–5 il müddətdir ki, narkotik vasitə olan marixuanadan birlikdə istifadə edirlər, bu səbəbdən də 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində Şahid4 onun yaşadığı ünvana gəlmiş, həmin vaxt o, yaşadığı evin yataq otağında yatmışdır. O, yuxudan oyanıb Şahid4la salamlaşaraq yatdığı çarpayıdan ona yaşadığı ünvana nə səbəb gəlməsini soruşmuş, Şahid4 da ondan narkotik vasitə marixuanasının olub-olmamasını soruşmuşdur. O, da Şahid4 yatdığı çarpayının ayaq hissəsində olan özünə məxsus göy rəngli cins şalvarının sol yan cibində kibrit qutusunun içərisində narkotik vasitə olan marixuananın olmasını bildirərək, oradan götürməsini bildirmiş, özü yuxulu olduğundan Şahid4 narkotik vasitəni özü verməmiş, V. İbrahimov özü onun cibindən götürmüşdür. Daha sonra Şahid4 onun yaşadığı ünvandan çıxaraq getmişdir Sonda təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və ona həmin maddə ilə yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Polis şöbəsinin X2 baş əməliyyat müvəkkili vəzifəsində, polis polkovnikleytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Şahid4 və Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 26 dekabr 2024-cü il tarixdə Şəmkir şəhəri, X10 küçəsi, ev 29 ünvanında qeydiyyatda olmaqla yaşayan Şahid4 qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş məlumat barədə onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı X5 və Şəmkir rayon Polis şöbəsinin Təminat hissəsinin polis nəfəri X1 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 18:05 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, Həsən Əliyev küçəsi ilə Mehdi Hüseynzadə küçəsinin kəsişməsinə gedilərək orada Şahid4 onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Şahid4 onlara heç bir etiraz etməmişdir. Daha sonra əməliyyat müvəkkili Ramin Əliyev tərəfindən videogörüntü çəkilmişdir. Şahid4 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, eləcə də gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Həmin vaxt Şahid4 təqdim etdiyi 01 (bir) ədəd kibrit qutusunun içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Şahid4 üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu elektron tərəzi vasitəsi ilə çəkilmiş və ümumi çəkisinin 8,85 qram olması müəyyən edilmişdir. Şahid4 həmin marixuananı 26 noyabr 2024-cü il tarixdə, saat 12 radələrində tanışı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs alaraq əldə etməsini və şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmişdir. Daha sonra Şahid4 üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusu iş üçün əhəmiyyət kəsb etdiyindən onun tərəfindən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra Şahid4 Şəmkir rayon Polis şöbəsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd kibrit qutusunun qablaşdırıldığı bir ədəd zərf onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin tədqiqatçısı, polis baş leytenantı Vüqar Abdullaya təqdim edilmiş və sonuncu tərəfindən həmin zərf videogörüntü ilə götürülmüş, eləcə də Şahid4 üzərinə imza etmişdir. Aparılmış təhqiqatdan sonra onlara məlum olmuşdur ki, Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinin tədqiqatçısı, polis baş leytenantı Vüqar Abdullalı tərəfindən Şahid4 şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən əlavə hər hansı əşya və predmet aşkar edilməmişdir. Bundan əlavə 27 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə ona daxil olmuş məlumat əsasında onun tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və Şəmkir rayon Polis şöbəsinin X2 əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, 20 Yanvar küçəsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların sıx toplaşmasının, hava şəraitinin qaranlıq olmasının və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünə yoxlanılması saxlanıldığı yerdə mümkün olmadığı üçün Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinə aparıldıqdan sonra orada üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Həmin tarixdə, saat 20:05-də Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Növbətçi hissəsinə gətirmişlər. Orada əməliyyat müvəkkili Şahid2 tərəfindən videogörüntü çəkilmiş, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, eləcə də olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 7,59 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı 2024-cü ilin noyabr ayının ortalarında Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində bitmiş çətənə kollarından yığıb toplamaqla əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən onun tərəfindən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs, eləcə də üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümün qablaşdırıldığı bir ədəd zərf onun tərəfindən istintaqa təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Şəmkir rayon Polis şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində, polis leytenantı rütbəsi ilə xidmət edir. Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 27 dekabr 2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri Şəmkir rayonu ərazisində daşıması, saxlaması və istifadəsi barədə Şəmkir rayon Polis şöbəsinin X2 baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı X6 məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında baş əməliyyat müvəkkili Qoşqar Əliyev tərəfindən Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında baş əməliyyat müvəkkili Qoşqar Əliyev tərəfindən qəbul edilmiş qərara əsasən onun rəhbərliyi ilə Şəmkir rayon Polis şöbəsinin X2 əməliyyat müvəkkili polis kiçik leytenantı Şahid3 və ondan ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 19:50 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir şəhəri, 20 Yanvar küçəsinə gedilərək orada Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona satış məqsədilə qanunsuz olaraq narkotik vasitələr saxlamaqda şübhəli olduğunu bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxlanıldığı yerdə insanların sıx toplaşmasının, hava şəraitinin qaranlıq olmasının və avtomobillərin intensiv hərəkət etməsi səbəbindən onun üstünün yoxlanılması saxlanıldığı yerdə mümkün olmadığı üçün Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinə aparıldıqdan sonra orada üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs onlara heç bir etiraz etməmişdir. Həmin tarixdə, saat 20:05-də Təqsirləndirilən şəxs Şəmkir rayon Polis şöbəsinin Növbətçi hissəsinə gətirmişlər. Orada onun tərəfindən videogörüntü çəkilmişdir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, eləcə də olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükümündə qurudulmuş marixuanaya bənzər kütləni çıxararaq təqdim etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd şəffaf sellofan bükümün içərisinə baxılan zaman içərisində narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər spesifik iyli ot kütləsi olmasını görmüşlər. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm elektron tərəzi vasitəsilə çəkilmiş və ümumi çəkisinin 7,59 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin marixuananı 2024-cü ilin noyabr ayının ortalarında Şəmkir rayonu, Yeni Həyat kəndi ərazisində bitmiş çətənə kollarından yığıb toplamaqla əldə etməsini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan büküm iş üçün əhəmiyyət kəsb etdiyindən baş əməliyyat müvəkkili Qoşqar Əliyev tərəfindən qablaşdırılaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 118 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılarla üzərinə imza etmişlər. Üst yoxlama prosesi bitdikdən sonra keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir rayon Polis şöbəsinin rəisinə raportla məruzə edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan marixuananın olduğu 01 (bir) ədəd şəffaf sellofan bükümün qablaşdırıldığı bir ədəd zərf və Təqsirləndirilən şəxs özü baş əməliyyat müvəkkili Qoşqar Əliyev tərəfindən istintaqa təqdim edilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Şəmkir şəhərində yaşayır. Tahir ilə dostluq münasibətləri vardır, onun kirvəsidir. Əvvəllər Tahir ilə birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. O özü polis əməkdaşları tərəfindən saxlanılan gün Tahirin evinə getmişdir. Evə daxil olduqda Tahirin həyat yoldaşı ona bildirmişdir ki, Tahir hələ yuxudan oyanmayıb. Bundan sonra o Tahirin yatdığı otağa daxil olmuş və onu oyatmağa çalışmışdır. Tahir qismən oyanaraq ona narkotik vasitənin yerini bildirmiş, o özü narkotik vasitəni Təqsirləndirilən şəxs cibindən götürərək evi tərk etmişdir. Sonradan o evdən çıxdıqdan sonra polis əməkdaşları tərəfindən saxlanılmış və bu səbəbdən Şəmkir Rayon Məhkəməsinin hökmü ilə cəzalandırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, AR CM 234.1-ci və 234.2-ci maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaq materiallarından Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlanış zamanı, Şahid4 əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmişdir. Şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şahid4 öz ifadəsində bildirmişdir ki, narkotik vasitəni tanışı Tahirdən pulsuz almışdır. Əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanmasına dair xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, üstünü yoxlanış zamanı, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd selofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etdi. Həmin kütlə elektron tərəzidə çəkilən zaman kibrit qutusu ilə birlikdə 7,59 qram təşkil etdi. Cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2024-cü protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə nun AR CN-nin məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsinə kifayət qədər əsaslar olduğundan şübhəli şəxs qismində tutulmuşdur. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması” haqqında 27 noyabr 2024-cü il tarixli protokoldan, “ təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2024-cü il tarixli qərardan və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 29 noyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə-bioloji ekspertizasının 28 noyabr 2024-cü il tarixli, 16/1093 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində «Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd sellofan büküm» yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 6,77 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Saxlanılan şəxs X4 üzərindən 1 ədəd kibrit qutusunda marixuanaya bənzər kütlə aşkar edilmişdir” yazılar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuana və üzərində “Saxlanılan şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd selofan büküm” yazılar olan kağız paketdəki 1 ədəd şəffaf selofan bükümdə olan qurudulmuş marixuana, tərkiblərinə görə eynidirlər (Qeyd: marixuana təmiz çəkisi 6,77 qram tədqiqata sərf edildi-0,04 qr, qalıq – 6,73 qram). Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(076)-160/2024 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs – xx.xx.1986-cı il tarixdə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, hazırda Şəmkir rayon Məhkəməsində barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi olan, ünvan 5 ünvanında qeydiyyatda olmaqla və yaşayan Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə, yəni 27 fevral 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Təqsirləndirilən şəxs barəsində Şəmkir rayon məhkəməsində AR CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Məhkəmə Elektron İnformasiya sistemindən əldə olunmuş məlumatından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X7 adlı uşağı vardır. Şəmkir şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, dörd övladı var. O, özünü ictimaiyyət arasında nizam-intizamlıdır, onun barəsində Şəmkir şəhər İƏD üzrə icra nümayəndəliyinə kənd sakinləri tərəfindən ərizə, şikayət və orqan tərəfindən məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 177 nömrəli rəyinin nəticə hissəsindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs özünü qismən, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək, xx.xx.2024-cü il tarixdə üzərindən aşkar edilmiş 1 ədəd şəffaf bükümdə narkotik vasitə olan marixuananı yalnız öz istifadəsi üçün üzərində saxladığını və gəzdirdiyini, həmin narkotik vasitəni kiməsə satmaq niyyətinin olmadığını, ümumiyyətlə heç kimə satmadığını, Şahid4 narkotik vasitəni özü onun cibindən götürdüyünü qeyd etməsi barədə ifadəsini və dəlillərini əsassız hesab edərək məhkəmə qeyd edir ki, Şahid4 xx.xx.2024-cü il tarixdə saxlanılarkən şübhəli şəxs qismində, təqirləndirilən şəxs qismində həm ibtidai istintaq dövründə həm məhkəmə istintaqı dövründə ifadə verərkən narkotik vasitəni Təqsirləndirilən şəxs istəməsini, T. M. Məmmədovun narkotik vasitəni ona istifadə üçün verməsini bildirmiş, həmçinin məhkəmə iclasında araşdırılmış digər sübutlarla (şəxsi axtarış və götürmə protokolu, maddi sübutlar, ekspert rəyləri, istintaq hərəkətlərinin protokolları, video görüntülər, şahid ifadələri və cinayət işinə əlavə edilmiş digər sənədlərlə) Təqsirləndirilən şəxs ona istinad olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarının 8ci bəndinə görə Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2ci maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxsin hazırkı cinayəti törətməsi şahid ifadələri, istintaq hərəkətləri protokolları, ekspert rəyləri və işdə olan digər sənədlərlə sübut olunur. Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar özünün müdafiəsinə yönəlmişdir və iş materiallarında olan sübutlarla təkzib edilir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan Şəmkir Rayon Polis Şöbəsinin Saxlanc anbarında saxlanılan 6,73 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və cinayət işinin materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsini həyata keçirmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma 25 saat vaxt sərf etmişdir. Buna görə də müdafiəçiyə göstərdiyi yardıma görə cəmi 245 manat pul dövlət büdcəsinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxs dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 6,73 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxsə göstərdiyi 25 saat hüquqi yardıma görə 245 (iki yüz qırx beş) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-187/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-187/2025
05.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver