Məhkəmə qərarları › İş №1(076)-188/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-188/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-188/2025 08.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, Müəyyənetdi: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yəni, Şəmkir rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(076)-100/2021 nömrəli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs himayəsinə verilmiş övladı X1 əri Şahid4 tərəfindən bir neçə saat əvvəl yaşadığı evə aparılaraq orada saxlaması və işləri ilə bağlı rayon mərkəzinə getdiyi üçün bir neçə saatlıq nəzarət etmək üçün övladını ona verməsi, Zərərçəkmiş şəxs isə oğlu İslam Həsənovu geri qaytarması tələbini rədd etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onu istintaqa məlum olmayan daş parçası ilə qəsdən vuraraq sağlamlığına yüngül dərəcəli zərər vurar xəsarət yetirməsi səbəbindən qisas almaq məqsədilə, qəsdən əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sağ yarısının, sol gözaltı nahiyyənin, sol saidin orta üçdə birinin arxa səthinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən, həmçinin sol əlin 4-cü barmağının dırnaq sədəfinin qopması və dırnaqaltı nahiyyəyə qansızmaları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, O, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Subaydır 5 övladı var. Şahid4 onun qonşusudur. Zərərçəkmiş şəxs onun qonşusu Şahid4 keçmiş arvadıdır. Şahid3 isə Zərərçəkmiş şəxs atasıdır. Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. 12 yanvar 2025-ci il tarixdə qonşusu Şahid4 ona mobil telefon vasitəsi ilə zəng edərək, onun Şəmkir rayon Polis şöbəsinə çağrılmasını, az yaşlı oğlu İslam Həsənovu onun yaşadığı ünvana göndərəcəyini və onun da İslam Həsənova nəzarət edib baxmağını ondan xahiş etmişdir. Daha sonra Şahid4 azyaşlı oğlu İslam Həsənov onun yaşadığı ünvana gəlmişdir. Həmin tarixdə, saat 15 radələrində X5 rayon Polis şöbəsinin təhqiqatçısı Orxan Bayramov zəng edib ona küçəyə çıxmasını və atası Şahid4 yanına gətiriləcəyini bildirmişdir. Həmin vaxt İslam Həsənov onun yaşadığı evin qarşısına çıxan zaman orada Zərərçəkmiş şəxs ona yaxınlaşmasını görmüşdür. O, İslam Həsənova və Zərərçəkmiş şəxs yaxınlaşıb onun atası Şahid4 Şəmkir rayon Polis şöbəsinə çağrılmasını və İslam Həsənova onun nəzarət etməyini ondan xahiş etməsini Zərərçəkmiş şəxs bildirmişdir. Lakin həmin vaxt Zərərçəkmiş şəxs ona İslam Həsənovu özü ilə yaşadığı ünvana aparacağını demişdir. O, Zərərçəkmiş şəxs İslam Həsənovu atası Şahid4 ona tapşırmasını təkrar olaraq deyib İslam Həsənovu ona verməyəcəyini bildirmişdir. Lakin həmin tarixdə, saat 15:30 radələrində Zərərçəkmiş şəxs ilə aralarında mübahisələri baş vermiş, mübahisə zamanı Zərərçəkmiş şəxs yerdə olan daş parçasını götürüb onun baş nahiyəsindən bir dəfə vurub ona qəsdən xəsarət yetirmiş, o da öz növbəsində Gülovşə ondan aralanması üçün onu vurmuşdur. Daha sonra o, X3 Bayramovadan alaraq onu özü ilə yaşadığı ünvana aparmışdır. Zərərçəkmiş şəxs da onun arxasınca onun yaşadığı evin həyətinə gəlmişdir. Ancaq o, X3 Bayramovaya vermədiyi üçün o, kömək məqsədilə atası Şahid3 mobil telefon vasitəsi ilə zəng edib Şahid3 onun yaşadığı evin həyətinə çağırmışdır. Həmin tarixdə, saat 16 radələrində Zərərçəkmiş şəxs atası Şahid3 onun yaşadığı evin həyətinə gəlmişdir. Həmin vaxt İslam Həsənov babası Şahid3 görən kimi onun yanından aralaşıb Şahid3 yanına getmişdir. Daha sonra Zərərçəkmiş şəxs da onun yaşadığı ünvandan çıxıb atası Şahid3 və azyaşlı oğlu İslam Həsənov ilə birlikdə yaşadıqları ev istiqamətində getmişlər. Hazırda əməlindən peşmandır və Zərərçəkmiş şəxs ilə barışmasını nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, o, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək kimi meyvə bağlarında fəhləlik edərək gəlirini əldə edir. Subaydır 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Şahid3 onun atasıdır. Şahid4 onun keçmiş əridir. Təqsirləndirilən şəxs onun keçmiş əri Şahid4 qonşusudur. Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuş, lakin sonradan münasibətləri pisləşmişdir. Belə ki, Şahid4 ilə 10 fevral 2016-cı il tarixdə ailə həyatı qurmuşlar, lakin 2020-ci il oktyabr ayından ondan ayrılmışdır. Şahid4 ilə birgə ailəli olduqları müddət ərzində iki övladları dünyaya gəlmişdir. Şəmkir rayon məhkəməsinin qətnaməsi ilə azyaşlı övladları İslam Həsənov və Nuran Həsənov hər ikisi onun himayəsinə verilmişdir. 2024-cü ilin təxminən noyabr ayında o, azyaşlı oğlu İslam Həsənovu özü ilə birlikdə Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən Mərkəzi bazarına aparmış, orada İslam Həsənova geyim əşyaları alıb yaşadıqları ünvana qayıdan zaman avtobusda keçmiş əri Şahid4 ilə qarşılaşmışdır. Həmin vaxt Şahid4 ona azyaşlı övadı İslam Həsənovu özü ilə toy məclisinə aparmaq istəməsini bildirərək, İslam Həsənovu ona verməyini ondan tələb etmişdir. O, da Şahid4 ilə razılaşıb azyaşlı övladı İslam Həsənovu ona vermək istəmiş, lakin İslam Həsənov atası Şahid4 ilə getmək istəməyərək ağlamağa başlamışdır. Həmin vaxt Şahid4 azyaşlı övladı İslam Həsənovun onunla getməməsini onun tərəfindən öyrədilməsini başa düşərək, onunla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Şahid4 əli onun baş nahiyəsindən vuraraq ona xəsarət yetirmişdir. O, da Şahid4 barəsində qanuna müvafiq qaydada tədbir görülməsi üçün Şəmkir rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, Şahid4 onu döyməsini bildirmişdir. 2025-ci ilin yanvar ayının əvvəlində Şahid4 azyaşlı övladı İslam Həsənovu oxuduğu Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən Suliddin Məmmədov adına tam orta məktəbdən çıxdıqdan sonra onun icazəsi olmadan özü ilə yaşadığı ünvana aparmışdır. 4 gün müddəti ərzində İslam Həsənov atası Şahid4 yanında yaşadığı üçün o, məktəbə gedə bilməmişdir. Bu səbəbdən də o, 12 yanvar 2025-ci il tarixdə Şahid4 tərəfindən döyülməyi ilə bağlı araşdırma aparan Şəmkir rayon Polis şöbəsinin Təhqiqat bölməsinə gəlib adını xatırlamadığı təhqiqatçıya Şahid4 tərəfindən azyaşlı oğlu İslam Həsənovun onun razılığı olmadan aparılmasını bildirmişdir. Lakin həmin vaxt polis əməkdaşları ona X4 Həsənovdan alınaraq ona verilməsinin onların səlaiyyətində olmaması bildirmişlər. Həmin tarixdə, saat 15 radələrində o, Şahid4 Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən yaşadığı ünvana gedib azyaşlı oğlu İslam Həsənovu götürüb özü ilə yaşadığı ünvana gətimək üçün Şahid4 yaşadığı ünvandan çıxıb ünvan 5in həmin vaxt Şahid4 qonşusu Təqsirləndirilən şəxs və onun az yaşlı övladı Ramilə adlı şəxs ona yaxınlaşaraq Şahid4 Şəmkir rayon Polis şöbəsinə getməsini və azyaşlı övladı İslam Həsənovu ona tapşırmasını Təqsirləndirilən şəxs ona bildirərək, İslam Həsənovu özü ilə yaşadığı ünvana aparmağına etirazını bildirmişdir. Həmin tarixdə, saat 15:30 radələrində Təqsirləndirilən şəxs ilə aralarında mübahisələri baş vermişdir, mübahisə zamanı Təqsirləndirilən şəxs onun İV barmağını əks istiqamətdə burmaqla həmin barmağının dırnaq sədəfini qopardıb, əli ilə onun sifət və alın nahiyəsindən vurub ona qəsdən xəsarət yetirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış və onun barəsində şikayətin yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertizasının 13 yanvar 2025-ci il tarixli 28 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər-alın nahiyəsinin sağ yarısının, sol gözaltı nahiyənin, sol saidin orta üçdə birinin arxa səthinin sıyrıqları, sol əlin 4-cü barmağının dırnaq sədəfinin qopması və dırnaqaltı nahiyəyə qansızmalar KÜT əşyaların təsirindən törənmişlər, törəmə müddətləri 12 yanvar 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sol əlin 4-cü barmağının dırnaq sədəfinin qopması və dırnaqaltı nahiyəyə qansızmaları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, alın nahiyəsinin sağ yarısının, sol gözaltı nahiyənin və sol saidin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB Yuxarı Seyfəli İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs 12 yanvar 2025-ci il tarixdə, saat 15:30 radələrində yaşadığı Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində həmkəndlisi Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı yəni, Şəmkir rayon Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(076)-100/2021 nömrəli qətnaməsinə əsasən Zərərçəkmiş şəxs himayəsinə verilmiş övladı X1 əri Şahid4 tərəfindən bir neçə saat əvvəl yaşadığı evə aparılaraq orada saxlaması və işləri ilə bağlı rayon mərkəzinə getdiyi üçün bir neçə saatlıq nəzarət etmək üçün övladını ona verməsi, Zərərçəkmiş şəxs isə oğlu İslam Həsənovu geri qaytarması tələbini rədd etməsi səbəbindən yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs onu istintaqa məlum olmayan daş parçası ilə qəsdən vuraraq sağlamlığına yüngül dərəcəli zərər vurar xəsarət yetirməsi səbəbindən qisas almaq məqsədilə, qəsdən əli ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə vuraraq ona alın nahiyəsinin sağ yarısının, sol gözaltı nahiyənin, sol saidin orta üçdə birinin arxa səthinin sıyrıqları ilə müşaiyət olunan dərəcəsi təyin edilməyən, həmçinin sol əlin 4-cü barmağının dırnaq sədəfinin qopması və dırnaqaltı nahiyəyə qansızmaları ilə müşayiət edilən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsinə əsasən Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 05 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 40.3, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, Qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 (otuz) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar