Məhkəmə qərarları › İş №1(076)-189/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-189/2023

18.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-189/2023 18.08.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X20 qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, sürücü işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmiş və yol nəqliyyat hadisəsi yerindən qaçmışdır. Belə ki, o, Təqsirləndirilən şəxs 11 fevral 2023-cü il tarixdə saat 20 radələrində xx.xx.2021-ci il tarixli, BD 116194 seriya nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsinə əsasən X8 mülkiyyətində olmaqla, xx.xx.2021-ci il tarixli, ƏN-V №712712 nömrəli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “X23 Chrysler E200” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Şəmkir rayon polis şöbəsinin X32 bölməsinin inzibati binası istiqamətdə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə, 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə və 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, 3,24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 KM/saata qədər məhdudlaşdırılmış yolda icazə verilən sürət həddindən artıq sürətlə idarə etməməli və hadisə baş verdikdə hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getməməli olduğu halda qanunun qeyd edilən tələblərinə əməl etməyərək idarə etdiyi “X23 Chrysler E200” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobili 70-80 km/saat sürətlə idarə edərək hərəkət hissəsində yolu sağdan sola doğru keçməkdə olan X3nı vuraraq ehtiyatsızlıqdan ona başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol təpə sümüyünün sınığı, sol gözaltı nahiyəsinin qançırı, çənəaltı nahiyənin sıyrıq və qançır, sağ baldırın orta üçdə birinin arxa-bayır səthinin sıyrığı, eləcə də Səma Nağdıyevanın ölümünə səbəb olan ağır kəllə beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi ilə müşayiət olunan insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər yetirməklə “Yol hərəkət haqqında” Azərbaycan Respublikası Qanun 37-ci maddəsinin 4-cü hissəsinə əsasən yol nəqliyyat hadisəsi yerini qorumaqla zərərçəkmiş şəxsə köməklik göstərməli, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına məlumat verməli olduğu halda qanunun qeyd edilən tələblərini pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol hərəkət qaydalarını pozmaqla cinayətin izlərini itirmək məqsədilə hadisə yerindən qaçaraq yol nəqliyyat hadisəsi yerindən qaçma cinayət əməllərini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, O, ünvan 1 ünvanında ailə üzviləri ilə birlikdə yaşayır. O, təxminən 13 il olar ki, Şəmkir şəhərindən Bakı şəhərinə, Bakı şəhərindən Şəmkir şəhərinə sərnişin daşımaq işi ilə məşğul olur. O, təxminən 2021-ci il tarixdə Lənkəran şəhərindən özünə “X23 Crysler E200” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 11000 (on bir min) manata satın almışdır. O, həmin avtomobil ilə sərnişin daşımaq işi ilə məşğul olmağa davam etmişdir. O, 10 fevral 2023-cü il tarixdə saat 12 radələrində sərnişin toplayaraq Bakı şəhərinə getmişdir. O, gecəni Bakı şəhərində qalmış, 11 fevral 2023-cü il tarixdə sərnişin toplayıb Şəmkir rayonuna yola düşmüşdür. O, saat təxminən 02 radələrində Şəmkir şəhərinə çatmış, o, sərnişinləri Şəmkir şəhərində “Dörd yol” adlanan yerdə avtomobildən düşürmüşdür. O, bundan sonra həmin yerdə olan öz sürücü yoldaşları ilə söhbət etmiş, həmin vaxt həmin yerə tanışları Şahid2 və Fətulla Sadıqov adlı şəxslər gəlmişlər. Onlarla təxminən beş-on dəqiqə əl çəkməyərək israrla birlikdə çörək yeməyə getməyi təklif etmişlər. O, özünə məxsus olan avtomobili “Dörd yol” deyilən yerdə İdman kompleksi tərəfdə saxlamış, o, Fətullaya məxsus avtomobillə onlarla birlikdə çörək yemək üçün getmişdir. Onlar birlikdə Şəmkir rayonu, Keçili kəndi istiqamətdə gedən yolda yerləşən Bayram adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Onlar birlikdə təxminən iki saat nərdtaxta oynayıb daha sonra çörək yemişlər. Onlar bundan sonra birlikdə ordan Fətullaya məxsus avtomobillə Şəmkir şəhərinə gəlmişlər. Onlar birlikdə Şəmkir şəhərinə “Dörd yol” deyilən əraziyə gəlmişlər, həmin yerdə onlarla sağollaşmışdır. Onlar getdikdən sonra öz avtomobilini işə salmış, o, təxminən beş dəqiqə avtomobilin isinməsini gözlədikdən sonra avtomobillə hərəkətə başlamışdır. O, dairəvi yola daxil olub Şəmkir şəhəri istiqamətdə dairəyə daxil olub evi istiqamətdə hərəkətə başlamış, o, avtomobili təxminən saatda 70-80 km/saat sürətlə idarə edərək hərəkətini davam etdirmişdir. O, X32inin inzibati binasına çatmağına təxminən 50-70 metr məsafə qalmış, avtomobili idarə edərək hərəkəti davam etdirmişdir. O, həmin vaxt siqaret yandıraraq hərəkəti davam etdirmiş, təxminən 7-8 metr aralıda yolun kənarında bir nəfər kişi olduğunu görmüşdür. Bundan sonra isə yolun hərəkət hissəsinə baxdıqda anidən yolun təxminən hərəkət hissəsinin ortasında ondan təxminən 6-7 metr məsafədə iti yerişlə bir nəfər qara paltarlı şəxs keçdiyini görmüş, o, həmin vaxt özünü itirmişdir. O, həyəcandan tormozu belə sıxa bilməmiş, həmin vaxt anidən avtomobilinin sol qabaq tərəfinin həmin şəxsə dəydiyini hiss etmişdir. Həmin şəxs qabaq tərəfə dəydikdən sonra avtomobilinin ön alın şüşəsinə dəyərək yolun sol hərəkət hissəsinin qurtaracağına düşmüş, o, bərk qorxduğu üçün avtomobili dayandırmadan həmin yerdən uzaqlaşmışdır. O, təxminən 400 metr hərəkət edərək avtomobili ilə Şəmkir şəhərində yerləşən “Şəmşirin” adlı kafenin qarşısına gəlib avtomobili yolun kənarında saxlamış, avtomobili orada saxladıqdan sonra piyada geri qayıdaraq hadisə yerinə getmək istəmişdir. O, avtomobillə vurduğu şəxsə nə olduğunu öyrənmək istəmiş, həmin vaxt onun yanında avtomobili sürücü olan dostu Elcan adlı şəxs saxlamışdır. O, Elcanın avtomobilinə minmiş, Elcana avtomobillə adam vurduğunu demişdir. O, X31 polisinin inzibati binasının yaxınlığında avtomobillə adam vurduğunu demiş, ondan həmin yerə sürməsini xahiş etmişdir. Elcanın avtomobili ilə həmin yerə çatdıqda artıq orada heç kim olmamışdır. Onun avtomobillə vurduğu şəxsi avtomobillə xəstəxanaya apardıqlarını demişlər. Elcanın avtomobili ilə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişlər. Onlar xəstəxanaya çatdıqda həkimlər həmin qızı tez Gəncə şəhərinə Beynəlxalq xəstəxanaya aparmaq lazım olduğunu demişlər. Təcili tibbi yardım avtomobili ilə həmin şəxsi Gəncə şəhərinə Beynəlxalq xəstəxanaya aparmışlar. O, Vüsal adlı dostunun avtomobili ilə xəstənin arxası ilə Gəncə şəhəri Beynəlxalq xəstəxanaya getmiş, onlar Gəncə şəhərində Beynəlxalq xəstəxanada onun öldüyünü bilmişlər. Daha sonra meyiti təcili tibbi yardım avtomobili ilə Şəmkir rayonuna geri qaytarmışlar. O, Vüsalın avtomobili ilə öz yaşadığı evə getmiş, o, evdə əyninin paltarların dəyişib Şəmkir rayon polis şöbəsinə gəlmişdir. O, daha sonra iştirakı ilə hadisə yerinə baxış keçirilən zaman baş verənləri hadisə yerində izah edib göstərmişdir. O, hadisədən əvvəl avtomobili Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Şəmkir şəhəri istiqamətdə təxminən 70-80 km/saat surətlə idarə etmiş, O, avtomobili Heydər Əliyev prospekti ilə idarə edən zaman yol hərəkət hissəsində təxminən Səmaya 6-7 metr məsafə qalmış onu görmüş, Səma həmin vaxt yolun hərəkət hissəsinin demək olar ki ortasında olmuşdur. O, özünü itirdiyi üçün avtomobili saxlamaq üçün heç bir reaksiya verə bilməmiş, avtomobillə yolun hərəkət hissəsinin demək olar ki ortasında Səma Nağdıyevanı vurmuşdur. Bundan sonra bərk qorxduğu üçün avtomobillə hərəkəti davam etdirərək həmin yerdən uzaqlaşmışdır. Hadisə vaxtı onun idarə etdiyi avtomobildə heç kim olmamışdır. Hər hansı digər şəxs xəsarət almamışdır. O, hadisə vaxtı sərxoş olmamış, o, həmin gün Bakı şəhərindən Şəmkir rayonuna avtomobil sürərək yol gəlmişdir. O, bu səbəbdən bir qədər yorğun və yuxulu olmuş, o, hadisə vaxtı yorğun olduğu üçün yola kifayət qədər diqqət yetirməmiş, həmçinin həmin vaxt siqaret çəkmək istədiyi üçün siqareti qutudan çıxarıb yandırmağa başı qarışdığı üçün Səma Nağdıyevanın yolun hərəkət hissəsinə daxil olduğunu görməmişdir. O, Səma Nağdıyevanı görən zaman Səma artıq demək olar ki yolun hərəkət hissəsinin ortasında olmuşdur. Hadisə baş verdikdə Səma Nağdıyevanı avtomobillə vurduqdan sonra bərk qorxduğu üçün avtomobillə idarəetməni davam etdirərək həmin yerdən təxminən 400-500 metr uzaqlaşaraq avtomobili Şəmşirin adlı kafenin qarşısında saxlamış, hadisəni onun törətdiyinin bilinməsini istəməmiş, daha sonra isə Elcan adlı tanışının avtomobili ilə hadisə yerinə qayıdaraq Səmaya nə olduğunu öyrənmək istəmiş, həmin yerdən isə Şəmkir rayon mərkəzi xəstəxanasına getmişdir. O, Şəmkir rayon mərkəzi xəstəxansında və Gəncə şəhər Beynəlxalq xəstəxanada olan zaman orada olan həkimlərə, polis əməkdaşlarına və hər hansı digər şəxsə hadisəni onun törətdiyini bildirməmiş, həmin yerdə olan şəxslərdən heç kim hadisəni onun törətdiyini bilməmişdir. O, daha sonra Səma Nağdıyevanın öldüyünü bildikdən sonra yaşadığı evə gedib əynini dəyişərək könüllü olaraq avtomobili ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Hadisə baş verməzdən əvvəl onun avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Onun idarə etdiyi “X23 Crysler E200” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yaxın işıqlar yanılı olduqda təxminən 20-25 metr məsafəni, uzaq işıqlar yanılı olduqda isə təxminən 60- 70 metr məsafəni rahat görmək olur. Hazırda əməlindən səmimi peşmandır, zərərçəkmiş şəxsin valideynlərinin yanında ömür boyu günahkar olduğunu, vicdan əzabı çəkdiyini, himayəsində 3 azyaşlı uşağının olmasını qeyd edərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X17 onun qızıdır. X7 11 fevral 2023-cü il tarixdə Şəmkir şəhərində Heydər Əliyev prospektində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vəfat etmişdir. X4 ingilis dili müəlliməsi olmuş, Səma təxminən 2022-ci ilin sentyabr ayından etibarən Gəncə şəhərində X13 və Göygöl hazırlıq kurslarda müəllimə kimi işləmişdir. Səma çox vaxt axşam saatlarında Gəncə şəhərindən işdən çıxıb qaranlıq vaxtı Şəmkir rayonuna çatdığı üçün o, Şəmkir şəhərindən “Dörd yol” adlanan ərazidə onun qarşısına çıxaraq onu qarşılayıb evə aparmışdır. O, 11 fevral 2023-cü il tarixdə saat 20 radələrində adəti üzrə Səmanı qarşılamaq üçün Şəmkir şəhəri ərazisində “Dörd yol” adlanan əraziyə getmiş, o, həmin yerdə “Bravo” supermarketdə Səma ilə görüşmüş, daha sonra Səma ilə birlikdə Şəmkir şəhəri Heydər Əliyev prospekti ilə yolun kənarı ilə piyada hərəkət edib evə getmişlər. Onlar Şəmkir rayon polis şöbəsinin X32 bölməsinin inzibati binasına çatmaqlarına təxminən 50 metr qalmış Səma ilə birlikdə yolu keçmək istəmişlər. O, həmin vaxt yolu keçən zaman bir neçə dəfə yola baxmış, o, həmin vaxt yolu keçən ikiüç avtomobili gözləmiş, həmin avtomobillər keçdikdən sonra yola baxıb avtomobil olmadığına əmin olduqdan sonra yolu keçməyə başlamışlar. Onlar həmin vaxt yolu Səma ilə birlikdə yanaşı keçmişlər. Onlar yolun ortasına çatan zaman o təkrar yola baxaraq yolla avtomobil gəlmədiyinə əmin olub hərəkəti davam etdirmişlər. Onlar yolun sol hərəkət hissəsinin qurtaracağına çatmaqlarına təxminən yarım metr qalmış anidən arxadan tappıltı səsi eşitmişdir. O, geri baxdıqda qızı Səmanın bədəninin göydən yerə dəydiyini görmüş, o, həmin vaxt qızını vuran Mercedes Benz markalı avtomobil dayanmadan, tormoz vermədən həmin yerdən uzaqlaşmışdır. O, təxminən 15-20 metr qabağa Səmanın bədəninin yolun sol kənar hissəsində yolun qurtaracağına təxminən bir metr qalmış yerə düşdüyünü görmüşdür. O, bundan sonra qaçaraq Səmanın yanına getmiş, o, tanımadığı həmin yerə gələn yoldan keçən avtomobil ilə Səmanı Şəmkir rayon mərkəzi xəstəxananın təcili tibbi yardım şöbəsinə aparmışdır. Daha sonra həmin yerdən isə təcili tibbi yardım avtomobili Gəncə şəhərinə Beynəlxaq xəstəxnaya aparmış, onlar Beynəlxalq xəstəxanaya çatan zaman ona Səmanın vəfat etdiyini demişlər. Hadisə baş verdikdən sonrakı gün qızını avtomobillə vuraraq həmin yerdən qaçan şəxsin Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs olduğunu bilmiş, Təqsirləndirilən şəxs idarə etdiyi “X18 E 200” markalı, ** CX *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qızı Səma Nağdıyevanı vuraraq öldürmüşdür. Hadisə yerində dayanmadan hadisə yerindən qaçmışdır. O, həmin vaxt Təqsirləndirilən şəxs avtomobili həddən artıq yüksək sürətlə təxminən 100-120 km/saat sürətlə idarə etdiyini hiss etmiş, bu səbəbdən hadisə baş vermişdir. Hadisə baş verdikdən sonra isə Təqsirləndirilən şəxs avtomobili saxlamadan qaçaraq həmin yerdən uzaqlaşmışdır. Hazırda Təqsirləndirilən şəxs şikayətçidir, hesab edir ki, o bu hadisəni qəsdlə törədib və ya içkili olmuşdur. Çünki 12 saniyə gözüyumulu maşın sürmək mümkün deyil. Məhkəmədən ona ağır cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. X2 tanımır. Onlarla hər hansı ədavəti və ya düşmənçiliyi yoxdur. O, 11 fevral 2023-cü il tarixdə saat təxminən 18 radələrində Şəmkir şəhərində “Dörd yol” adlanan yerdə tanışı Şahid2 ilə birlikdə söhbət etmişlər. Onlar axşam saatları olduğu üçün kafeyə gedib birlikdə nərdtaxta oynayıb çörək yemək qərarına gəlmişlər. Onlar Şəmkir rayonu, Keçili kəndinə gedən yolda yerləşən Bayram adlı şəxsin işlətdiyi kafeyə getmək haqqında razılaşmışlar. Onlar həmin yerə gedən zaman sürücü yoldaşları Ceyhunun da “Dörd yol” adlanan əraziyə gəldiyini görmüşlər. Onlar Ceyhundan onlarla birlikdə çörək yeməyə getməsini xahiş etmişlər. Ceyhun Bakı şəhərindən gəldiyini yorğun olduğunu demiş, onlar Ceyhundan əl çəkməyərək özlərinində bütün gün işlədiklərini yorğun olduqlarını demişlər. Onlar əl çəkməyərək onlarla birlikdə getməsini xahiş etmişlər. Ceyhun onlarla razılaşmış, Ceyhun və Anar ilə birlikdə Şəmkir rayonu, Keçili kəndində yerləşən Bayrama məxsus kafeyə getmək üçün yola düşmüşlər. Həmin vaxt Ceyhun ona məxsus olan avtomobili Şəmkir şəhəri ərazisində “Dörd yol” adlanan ərazidə yolun kənarında saxlamış, özünə məxsus “VAZ2107” markalı avtomobillə birlikdə çörək yemək üçün Şəmkir rayonu, Keçili kəndi istiqamətdə gedən yolda yerləşən Bayram adlı şəxsin işlətdiyi kafeyə getmişlər. Onlar birlikdə təxminən iki saat nərdtaxta oynayıb daha sonra çörək yemişlər. Onlar bundan sonra oradan birlikdə ona məxsus avtomobillə Şəmkir şəhərinə “Dörd yol” deyilən əraziyə gəlmişlər. Həmin yerdə Ceyhunla sağollaşıb ayrılmışlar. O, özünə məxsus avtomobillə Anarı yaşadığı evə aparmış, oradan isə öz yaşadığı evə getmişdir. O, daha sonra təxminən iki saat keçdikdən sonra dostlarından kimsə ona zəng edərək Ceyhunun onlardan ayrıldıqdan sonra Şəmkir şəhərində X32 bölməsinin inzibati binasının yaxınlığında avtomobillə bir nəfər qadını vurduğunu həmin qadının vəfat etdiyini demişdir. O, bundan sonra Ceyhunun yaşadığı evə getmiş, lakin ailə üzviləri ona Ceyhunun Polis şöbəsinə getdiyini demişlər. Bundan başqa baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. 11 fevral 2023-cü il tarixdə Şahid2 və Təqsirləndirilən şəxsla birlikdə Şəmkir rayonu, Keçili kəndi ərazisində yerləşən Bayram adlı şəxsin işlətdiyi kafeyə getməzdən əvvəl Ceyhundan onlarla birlikdə gəlməsini xahiş etdikdə Ceyhun onlara həddən artıq çox yorğun olduğunu, yuxusuz olduğunu demiş, Ceyhun bu səbəbdən getmək istəmədiyini demişdir. Lakin onlar Ceyhundan əl çəkməyərək israrla onlarla getməsini xahiş etmişlər. Onlar həmin kafeyə birlikdə getmişlər. Onlar həmin kafedə olan zaman təxminən iki saat ərzində nərdtaxta oynayıb daha sonra birlikdə çörək yemişlər. Lakin onlar sərxoş vəziyyətə gətirəcək hər hansı alkoqollu içki və ya digər içki qəbul etməmişlər. Ceyhun da onlarla birlikdə olan zaman hər hansı spirtli içki və ya digər maddə qəbul etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -Cinayət işinin materiallarına əlavə edilmiş BD 116194 seriya nömrəli nəqliyyat vasitəsini qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilmişdir ki, ** CX *** dövlət nömrə qeydiyyat nişanlı, X23 Chrysler E200 markalı minik avtomobili X11 məxsusdur. -Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli, ƏN-V №712712 nömrəli nəqliyyat vasitələrinin istifadə edilməsi haqqında etibarnamə ilə müəyyən edilmişdir ki, X14 tərəfindən Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ verilmişdir. Etibarnamə 20 iyul 2027-ci il tarixədək qüvvədədir. -Cinayət işinə əlavə edilmiş AC 633928 seriya nömrəli sürücülük vəsiqəsi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs BC kateqoriyalı sürcülük hüququ verilmişdir. Həmin sürücülük vəsiqəsi xx.xx.2027-ci il tarixədək etibarlıdır. -Baş X32 İdarəsinə bilavasitə tabe olan Tovuz RQİ və TBŞ-nin 22 may 2023-cü il tarixli 016-732 nömrəli məktubu ilə müəyyən edilmişdir ki, xx.xx.1980-ci il təvəllüdlü ünvan 1 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixə kimi AC 633928 saylı “BC” kateqoriyalı sürcülük vəsiqəsi verilmişdir. Həmin vətəndaşın adı sürcülük hüququndan məhrum edilənlərin siyahısında yoxdur. -11 fevral 2023-cü il tarixli 47 nömrəli sərxoşluğun təyini aktından məlum olmuşdur ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. -11 fevral 2023-cü il tarixdə saat 21.45-də hadisə yerinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, hadisə yerinə Təqsirləndirilən şəxs iştirakı ilə baxış keçirilmiş və hadisə yeri Şəmkir şəhəri, Heydər Əliyev prospektində yerləşir. Hadisə yerində yolun hərəkət hissəsi düz asfaltbeton yoldur və yolun vəziyyəti qurudur. Yol örtüyünün eni 14 metrdir. Hərəkət zolaqlarının sayı üç, hərəkət zolaqlarının eni 6.2, 3,5 və 4 metr, hərəkət hissəsinin ümumi eni 14 metrdir. Yol naqliyyat hadisəsinin baş verdiyi yerdə hərəkət nizamlanmır. Hərəkət hissəsində hərəkət zolaqları qırıq-qırıq ağ xəttlə ayrılmışdır. Hərəkət hissəsi sağdan hərəkət hissəsinin qurtaracağından sonra 1,5 metr səki, daha onra isə Fövqəladə Hallar Nazirliyinin inzibati binası vardır. Sürücü yerindən faraların işığında görünüş məsafəsi uzaq işıqda 100 metr, yaxın işıqda 70 metr, gün işığında 150 metr, sürücünün hərəkət etdiyi zolaqla kabinadan sahəni gözlə qavramaq qabiliyyəti sağa tərəf 25 metr, sola tərəf 25 metr məsafədir. Toqquşan nəqliyyat vasitələri yoxdur. Təqsirləndirilən şəxs sağ hərəkət hissəsinin qurtaracağından 7.5 metr məsafədə hərəkət hissəsinin ortasında olan yeri göstərib həmin yerdə Səma Nağdıyevanı gördüyünü, S.Nağdıyevanı təxminən ona çatmağına 6-7 metr qalmış görmüşdür. S.Nağdıyevanın yanında olan şəxsi sol hərəkət hissəsinin qurtaracağında görmüşdür. Şəmkir şəhər polis şöbəsi istiqamətdə baxış keçirildikdə yolun hərəkət hissəsinin sol kənarında 3.24 qadağanedici nişanı quraşdırılmış, həmçinin hərəkət hissələrini qırıq-qırıq ağ xətt ayırır. Vurulan piyadaların sayı bir nəfər mərhum X10r. X3 yolu sağdan sola doğru keçməkdə olmuşdur. Nəqliyyat vasitəsi hadisə yerində yoxdur. Təqsirləndirilən şəxs ona məxsus “Mercedes DAİMLER CHRYSLER E200” markalı avtomobillə Şəmkir rayon polis şöbəsi istiqamətdə yuxarı hərəkət etmişdir. Nəqliyyat vasitələrinin sınma izləri yoxdur. Nəqliyyat vasitəsinin ətrafdakı əşyalara toxunma izləri yoxdur. -12 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs təqdim etdiyi “X23 Chrysler E200” markalı ** CX *** nömrəli avtomobilə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs “X23 Chrysler E200” markalı ** CX *** nömrəli avtomobili təqdim edərək 11 fevral 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi baş verən zaman həmin avtomobili idarə etmiş, həmin avtomobillə ehtiyatsızlıqdan piyda X9 vuraraq ölümünə səbəb olmuşdur. Həmin avtomobilin qabaq nahiyəsində orta hissədə zədə izi olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi “X23 Chrysler E200” markalı ** CX *** nömrəli avtomobil iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir rayon polis şöbəsinə saxlanca verilmişdir. -Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 23 may 2023-cü il tarixli 8/1432 nömrəli rəyindən görünür ki, Damiler Chrysler E200 markalı, ** CX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs hadisə barədə müvafiq orqanlara xəbər vermədən və xəsarət alana yardım göstərmədən hadisə yerindən getdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3,24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda icazə veriləndən artıq, yəni 70-80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “maksimum sürətin məhdudlaşdırılması” yol nişanın) tələblərinə uyğunsuzluq olmuşdur. Mövcud metodikanın tələblərinə əsasən piyadalar məhkəmə yolnəqliyyat hadisələri ekspertizasının tədqiqat obyekti olmadığından və piyadaların hərəkətlərinin tədiqiq xüsusi texniki bilik tələb etmədiyindən onun hərəkətlərinin tədqiqi ekspertin səlahiyyətinə aid deyildir. -Məhkəmə-tibbi ekspertizasının 11 fevral 2023-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində aşkar edilmiş xəsarətlər-başın tüklü hissəsində sol təpə-gicgah nahiyəsinin əzilmiş yarası, sol təpə sümüyünün sınığı, baş beyinin yumşaq qişasına qansızma, beyin toxumasının əzilməsi, sol gözaltı nahiyəsinin qançırı, çənəaltı nahiyənin sıyrıq və qançır, sağ baldırın orta üçdə birinin arxa-bayır səthinin sıyrığı küt əşyaların təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən 11 fevral 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, həyatıdırlar. Ağırlıq dərəcəsinə görə bunlar həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb avtomobil qəzası zamanı aldığı ağır kəllə beyin travması nəticəsində baş beyin yumşaq qişasına qansızmalar və beyin toxumasının əzilməsi olmuşdur. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X6 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olmamışdır. -Doğum haqqında şəhadətnamələrin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2003-cü il təvəllüdlü X19, xx.xx.2004-cü il təvəllüdlü X15 və xx.xx.2014-cü il təvəllüdlü X16 adlı övladları var. -Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və o məhkəmə iclas zalından həbsə alınmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün tam etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisi və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə yerindən qaçmaması, hadisənin şokundan hadisə yerindən bir az qabağa gedib maşını orada saxlayaraq hadisə yerinə qayıtması və gələrkən hadisə yerində heç kimin olmamasını, S.Nağdıyevanın xəstaxanaya aparıldığını eşidərək onların arxasınca xəstəxanaya getdiyini bildirməsi ilə bağlı verdiyi ifadəyə tənqidi yanaşaraq, bunu məsuliyyətini yüngülləşdirmək cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla tam təsdiq olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə zərər çəkmiş şəxs Səma Nağdıyevanı vurduqdan sonra hadisə yerində qalmayaraq oradan uzaqlaşmışdır. Təqsirləndirilən şəxs yalnız hadisə olan gün saat 21.45-də müstəntiq tərəfindən hadisə yerinə baxış keçirilərkən orada olmuşdur. “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İV hissəsi yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin sürücüsünün üzərinə bir sıra vəzifələr, o cümlədən nəqliyyat vasitəsini yerindən tərpətməmək, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməmək, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görmək, “Təcili tibbi yardım” maşını çağırmaq, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda, onu yaxınlıqdakı tibbi müəssisəyə aparmaq, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etmək, sonra hadisə yerinə qayıtmaq, başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri-mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmaq, zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etmək və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görmək, hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi) xəbər vermək, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmaq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləmək, habelə hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlmək vəzifələri qoyur. “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan müddəaları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarla da üst-üstə düşür. Belə ki, Azərbaycan Respublikası 29 aprel 1997-ci il tarixli Qanunla 8 noyabr 1968-ci il tarixdə Vyanada imzalanmış “Yol hərəkəti haqqında” Beynəlxalq Konvensiyaya heç bir qeyd-şərt göstərmədən qoşulmuşdur. Həmin Konvensiyanın qəbul edilməsi ilə razılığa gələn tərəflər beynəlxalq yol hərəkətini sadələşdirmək və yollarda eyni növ hərəkət qaydalarını qəbul etməklə təhlükəsizliyi artırmaq niyyəti ilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Bu Konvensiyanın 31-ci maddəsi yol-nəqliyyat hadisəsi zamanı sürücünün davranış qaydalarını müəyyən edir. Buna görə, sürücünün və ya yol-nəqliyyat hadisəsinin törədilməsində iştirakçı olan hər hansı digər şəxsin üzərinə yol hərəkətinin sonrakı təhlükəsizliyinin təmin edilməsinə və zərərçəkmişlərə təcili tibbi yardım göstərilməsinə dair vəzifələrlə yanaşı, həm də yol hərəkəti xidmətinin əməkdaşları gələnədək hadisə yerindən getməmək və yol-nəqliyyat hadisəsinin törədilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün əhəmiyyətli ola biləcək izləri məhv etməmək vəzifəsi də qoyulur. Həmçinin, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 10 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, mənası universal xarakter daşıyan CM-in 264-cü maddəsinin məqsədi yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin gələcəkdə mülki hüquqlarının bərpasının mümkün olması üçün yol-nəqliyyat vasitələrini idarə edən şəxsləri törədilmiş hadisədən dərhal sonra hadisə yerində qalaraq şəxsiyyəti barədə qarşı tərəfi bu və ya digər vasitə ilə məlumatlandırmağa məcbur etməkdən ibarətdir. Cinayət qanununun həmin müddəası yol-nəqliyyat vasitəsini idarə edən şəxsin üzərinə fəal və pozitiv öhdəlik qoyur ki, dərhal hadisədən sonra hadisə yerində qalsın, onu tanımaq və mülki hüquqların təmin edilməsi məqsədilə sonradan tapılmasını yüngülləşdirmək üçün lazımi məlumatları bildirsin. Belə məlumatlar sağlamlığına zərər vurulmuş şəxsə, bu mümkün olmadıqda isə, onun maraqlarını təmin edəcək digər şəxsə verilməlidir. Eyni zamanda, nəzərə alınmalıdır ki, nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması da onu öz şəxsiyyəti barədə məlumatları bu və ya digər vasitə ilə zərərçəkmiş şəxsə (tərəfə) çatdırmaq öhdəliyindən azad etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin mənasına görə yol-nəqliyyat hadisəsi törətmiş şəxs hadisə yerində qalaraq şəxsiyyəti barədə məlumatları zərərçəkmiş şəxsə (tərəfə) bu və ya digər vasitə ilə çatdırmaq öhdəliyi daşıyır. Bu öhdəliyə riayət etməklə nəqliyyat vasitəsini idarə edən şəxsin yol-nəqliyyat hadisəsi yerini hər hansı bir səbəbdən tərk etməsi, o cümlədən zərərçəkmiş şəxsi tibb müəssisəsinə aparması hadisə yerindən qaçma kimi qiymətləndirilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə zərər çəkmiş şəxsi vurduqdan sonra hadisə yerində qalmayaraq şəxsiyyəti barədə məlumatları zərər çəkmiş tərəfə çatdırmaması, hadisə haqqında hüquqmühafizə orqanlarına məlumat verməməsi, həmin orqanın əməkdaşlarının gəlməsini gözləmədən hadisə yerindən getməsi onun əməlində CM-nin 264-cü maddəsinin tərkibini yaratmışdır. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə yanaşı həmin Məcəllənin 264-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Odur ki, təqsirləndirilən şəxs qeyd olunan maddələrlə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəllərində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayətin törədilməsi, zərərşəkmiş şəxsin hüquqi varisi ilə barışığa dəfələrlə cəhd etməsini, himayəsində 2 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), ona Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə, Cinayət Məcəlləsinin 264-cü maddəsinə əsasən isə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməli, təyin ediləcək əsas cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun barəsində seçilmiş həbs qətimkan tədbirinin seçildiyi tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon polis şöbəsinə saxlanca verilmiş “X23 Chrysler E200” markalı ** CX *** nömrəli avtomobil hökm qanuni qüvvəsini aldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. (CPM-nin 132-ci maddə) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 10 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 60 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2 və 264-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzalar qismən toplanaraq Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasının əvvəli həbsə alındığı tarixdən, 11 iyul 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsissəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Şəmkir rayon polis şöbəsinə saxlanca verilmiş “X23 Chrysler E200” markalı ** CX *** nömrəli avtomobil qanuni sahibinə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X5, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 60 manat dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar