Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-19/2023 07.02.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Щаким Məmmədova Şəfəq Ənvər qızının сядрлийи, Мящкямя иъласынын катиби X2 катиблийи, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1нuн иштираклары иля, 07 fevral 2023-cü ildə Şəmkir rayonunda
1. Təqsirləndirilən şəxs1 - xx.xx.1977-ci il Xanlar (hazırki Göygöl) rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Könüllü kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə
2. Təqsirləndirilən şəxs2 - xx.xx.1990-cı ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Xaqani kəndində qeydiyyatda olmaqla yaşayan. barəsində xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Şəmkir Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq,
müəyyən etdi :
Təqsirləndirilən şəxs1 təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli su xəttinə münasibətdə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq təkrarən başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup halında 01 yanvar 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixə kimi olan vaxt ərzində vahid niyyətlə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İdarəsinə məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən dövlət əhəmiyyətli su xəttinin 1 ədədi 900 manat olmaqla 7 ədəd 6300 manat dəyərində DU 200, 1 ədədi 700 manat olmaqla 2 ədəd 1400 manat dəyərində DU 150, 1 ədədi 500 manat olmaqla 3 ədəd 1500 manat dəyərində DU 100 markalı siyirtmələrini, 1 ədədi 3000 manat olmaqla 4 ədəd 12000 manat dəyərində DU 200 və 1 ədədi 2500 manat dəyərində olmaqla 2 ədəd 5000 manat dəyərində DU 150 markalı vantusları, cəmi 26200 manat dəyərində siyirtmə və vantusları xeyli miqdarda ziyan vurmaqla oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olaraq bir qrup halında 2022-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə dəmir torlu hasardan aşmaqla qanunsuz daxil olub oradan 100 metr uzunluğunda 330 manat dəyərində plastik borunu oğurlamışlar. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında dövlət əhəmiyyətli su xəttinə münasibətdə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq təkrarən başqa saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup halında 01 yanvar 2022-ci il tarixdən 25 mart 2022-ci il tarixə kimi olan vaxt ərzində vahid niyyətlə Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı ASC-nin X5 İdarəsinə məxsus Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisindən keçən dövlət əhəmiyyətli su xəttinin 1 ədədi 900 manat olmaqla 7 ədəd 6300 manat dəyərində DU 200, 1 ədədi 700 manat olmaqla 2 ədəd 1400 manat dəyərində DU 150, 1 ədədi 500 manat olmaqla 3 ədəd 1500 manat dəyərində DU 100 markalı siyirtmələrini, 1 ədədi 3000 manat olmaqla 4 ədəd 12000 manat dəyərində DU 200 və 1 ədədi 2500 manat dəyərində olmaqla 2 ədəd 5000 manat dəyərində DU 150 markalı vantusları, cəmi 26200 manat dəyərində siyirtmə və vantusları xeyli miqdarda ziyan vurmaqla oğurlamışlar. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olaraq bir qrup halında 2022-ci ilin fevral ayında istintaqa dəqiq məlum olmayan tarixdə Şəmkir rayonu, Seyfəli kəndinin ərazisində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ sahəsinə dəmir torlu hasardan aşmaqla qanunsuz daxil olub oradan 100 metr uzunluğunda 330 manat dəyərində plastik borunu oğurlamışlar. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə ona elan olunmuş ittihamla özünü təqsirli bilərək, öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Şəmkir rayonu, Könüllü kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs2 ilə keçən ildən, taxıl suvaran vaxtı tanış olmuş, həmin vaxtlar o, Şəmkir şəhər sakini Abdulla adlı şəxsin Şəmkir rayonu “üç yol” adlanan yerdən “Seyfəli” kafesinə qədər olan 200 hektarlıq torpaq sahəsində əkilmiş taxılı suvarmışdır. Nəbi isə həmin yerə yaxınlıqda tanımadığı şəxsə məxsus torpaq sahəsini icarəyə götürüb soğan əkmişdir. 2022-ci ilin yanvar ayının axırlarında Nəbi də Abdullanın yerini suvarmağa başlamış, birlikdə cəmi 7 hektar torpaq sahəsini birlikdə suvarmışlar. Lakin, sonradan Nəbi bir yerdə dayanmadığına görə onunla işləyə bilməmişdir. Bu səbəbdən o ayrı, Nəbi isə ayrı torpaq sahəsini suvarmışdır. Nəbi ilə birlikdə olanda ona Şəmkir rayonu, Seyfəli kəndinə yerləşən bağdan 1 ədəd 100 metr uzunluğunda 76 mm-lik sistem borusunun olduğunu, həmin borunu oğurlamaqda ona köməklik etməsini, bunun müqabilində 20 manat verəcəyini bildirmişdir. Onun pula ehtiyacı olduğundan Nəbi ilə razılaşmış, Nəbi siqaret almağa pulu olmadığına görə 20 manatı ilə söhbət etdiyi yerdə ona vermişdir. Onlar saat 21 radələrində piyada təxminən 2 km yol gedib həmin bağa çatmışlar. Bağın ətrafına dəmir torlu hasar çəkilmişdir. O, birinci hasardan kömək edib Nəbini içəri keçirmiş, Nəbi boru ağır olduğuna görə təkbaşına götürə bilməmiş, o da hasardan içəri keçib boru olan yerə getmişdir. Birlikdə borunu götürüb içəri girdikləri yerə gətirmiş və hasardan çölə çıxarmışlar. Danışıqları belə olmuşdur ki, o Nəbiyə borunu götürüb çölə çıxarmağa köməklik edəcəkdir. O, getmək istəyəndə Nəbi mənə «getmə avtomobil danışmışam, gəlsin köməklik borunu avtomobilə qoyaq, sonra gedərsən» sözlərini demişdir. Onlar həmin yerdə təxminən 15 dəqiqə gözlədikdən sonra nömrəsini xatırlamadığı «Ford» markalı avtomobil ilə Nəbinin tanışı Qurban adlı şəxs gəlmişdir. Onlar birlikdə borunu avtomobilin yük yerinə qoymağa çalışsalar da borunun diametri böyük olduğundan içəri sala bilməmişlər. Buna görə birlikdə həmin borunu avtomobil dam hissəsinə qaldırmışlar. Borunu qoyduqdan sonra o, getmişdir. Həmin bağ sahəsinin kimə məxsus olmasını bilməmiş, buna baxmayaraq həmin yeri xatırlayır və göstərə bilər. Bundan təxminən 10 gün sonra pula ehtiyacı olduğuna görə Nəbinin yanına gedərək iş verməsini, yəni birlikdə torpaq sahəsini suvarmağı təklif etmişdir. Nəbi ona suvarmaq müqabilində pulu alıb xərclədiyini bildirmiş, sonra ona «Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində su borusu bağlayıcılarının (zadvişka) olduğunu, söküb götürə biləcəyimiz» deyib, sata bilib-bilməycəyimizi soruşmuşdur. O, Nəbiyə su borusu bağlayıcılarını oğurlayıb Gəncə şəhərində yerləşən mağazaya sata biləcəklərini bildirmişdir. Bundan sonra onlar razılaşmışlar ki, birlikdə su borusu bağlayıcılarını oğurlayıb Gəncə şəhərində sataraq pulu yarı bölsünlər. Nəbi bir gün sonra suvardığı yerin sahibi Ramin adlı şəxsin Vaz 2104 markalı avtomobilini yer sulamaq və gecə yatmaq adı ilə götürmüşdür. Onlar axşam saatlarında gedib su borusu bağlayıcılarını sökməli imişlər. Gecə saat 01 o, evdə olan vaxtı Nəbi ona zəng edərək gəlməyini bildirmişdir. Pulu olmadığından ona gəlib onu götürməsini demişdir. Nəbi Raminin avtomobili ilə gəlib onu evdən götürmüşdür. Nəbi su borusu bağlayıcılarını açmaq üçün 1 ədəd açarı olduğunu demişdir. O, evdən 1 ədəd qaz açarını götürmüşdür. Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən «Şəmkir Səbəti» bazarı ilə üzbəüz yolun kənarından olan üzəri mavi rəngli dəmir qutu ilə örtülmüş 4 ədəd su borusu bağlayıcısını sökərək avtomobilin yük yerinə yığmışlar. Sonra isə avtomobil ilə onları Raminin sahəsinə aparaq su arxında gizlətmişlər. Gecəni onlar avtomobildə yatmış və səhəri gün Ramini evlərindən götürüb onları sahəyə düşürməsi üçün gətirmişlər. Ramin onları sahəyə düşürüb avtomobili ilə evlərinə qayıtmışdır. Nəbi tanışı Qurbana zəng edərək «Ford» markalı yük avtomobili ilə gəlməsini bildirmişdir. Qurban onların yanına avtomobili ilə gəlmiş, onlar sahədə gizlətdiyi 4 ədəd su borusu bağlayıcısını həmin «Ford» markalı yük avtomobilinə yükləyərək Gəncə şəhərinə aparmışlar. Gəncə şəhərində onlar həmin su borusu bağlayacılarının hər birini 100 (yüz) manata, ümumilikdə isə 300 (üç yüz) manata orada eyni məhsullardan satan mağazaya satmışlar. Bağlayıcılarının biri işləmədiyinə görə orada almamışlar. Onlar həmin bağlayıcını götürüb Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləş adını bilmədiyi qadının işlətdiyi metal qəbulu sexinə aparmış, 1 kq 40 qəpikdən olmaqla 50 manata həmin yerdə satmışlar. Orada onlardan həmin bağlayıcını haradan aldıqlarını soruşmamışlar. Çəkib çəkisinə görə pulunu vermişlər. Onlar əldə etdiyi puldan Qurbana 50 manat vermiş, Nəbi ilə ona hərəsinə 150 manat pul qalmışdır. O, payıma düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən 3 gün keçdikdən sonra gecə saatlarında Nəbi Raminin VAZ 2104 markalı avtomobili ilə Şəmkir rayonu, Könüllü kəndinə gələrək onu evindən götürmüş, onlar yenidən Şəmkir rayonu, Çinarlı qəsəbə ərazisinə getmişlər. Həmin yerdən 3 ədəd su borusu bağlayıcısı sökmüş, sonra Ramin adlı şəxsin torpaq sahəsində gizlətmişlər. Səhəri gün Raminin avtomobilini Nəbi aparıb vermiş, gələndən sonra nömrəsini xatırlamadığı Vaz 2106 və ya Vaz 21011 markalı qırmızı rəngli avtomobili çağırmışdır. Həmin avtomobilin sürücüsü Göygöl rayonu, Balçılı kəndindən olmuşdur. Bunu ona Nəbi demişdir. Həmin şəxsin adını xatırlamır. Onlar həmin su bağlayıcılarını qırmızı rəngli maşına yükləyərək Gəncə şəhərinə aparmışlar, həmin bağlayıcılardan 2 ədədini hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat satmışlar. Digər 1 ədəd bağlayıcını isə üzərində olan dəmiri və hava filtri ilə birlikdə Göygöl rayonu, Balçılı kəndində yerləşən qadının işlətdiyi dəmir alqı-satqısı yerində ümumilikdə 60 manata satmışlar. Avtomobilin sürücüsünə Nəbi 20 manat vermişdir. Hərəsinə 120 manat pul qalmış və o, payına düşən pulu öz ehtiyacları üçün xərcləmişlər. Bundan təxminən 3-4 gün keçdikdən sonra Nəbi ilə görüşərək Raminə məxsus VAZ 2104 markalı avtomobillə Şəmkir rayonu, Çinarlı kəndi ərazisinə getmişlər. Həmin yerdən yenə 3 ədəd su bağlayıcısını sökərək eyni qaydada Raminin torpaq sahəsində gizlətmişlər. Nəbi taksi tapa bilmədiyinə görə səhəri gün isə tanışı Zabit adlı şəxsə zəng edərək taksi kimi çağırmış, Zabit nömrəsini xatırlamadığı VAZ 2106 markalı avtomobillə Raminin yerinə gəlmişdir. Nəbi ilə 3 ədəd su borusu bağlayıcısını Zabitin maşınına yükləyərək Gəncə şəhərinə aparmışlar. Zabit ona «bu dəmirlər oğurluq deyil ki» sualını vermişdir. O, Zabitə bağlayıcıların Nəbiyə məxsus olduğunu bildirmişdir. Gəncə şəhərində bağlayıcının 2 ədədini hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat satmışlar. Qalan bir ədəd bağlayıcı kiçik həcmli olduğuna görə 40 manat almışlar. Həmin puldan Zabitə 30 manat vermişlər. Nəbi ilə hərəsinə 105 manat pul qalmışdır. O, payına düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən 20 gün və ya 1 ay sonra Nəbi ona Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən «Seyfəli» kafesindən metal qəbulu sexinə verə biləcəyimiz boru olduğunu deyib həmin yerə getməyi təklif etmişdir. O, Nəbi ilə razılaşmamışdır. Sonra onu polislər şöbəyə dəvət etdikdə hadisə ilə bağlı səmimi olaraq izahat vermişdir. Qurban adlı «Ford» markalı avtomobilin sürücüsü və Zabit adlı «Vaz 2106» markalı avtomobilin sürücüsü bağlayıcıların oğurluq olduğunu bilməmişdir. Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləş qadının işlətdiyi metal qəbulu sexindəki şəxs verdikləri bağlayıcılarının oğurluq olduğunu deməmişlər. Gəncə şəhərində yerləşən mağazanı işlədən şəxs verdiyi bağlayıcılarının oğurluq olduğunu bilməmiş, onlar özlərinə məxsus olmasını demişlər. Ramin adlı tanışlarının da bundan xəbəri olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3,177.2.3-2 və 177.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirmədən ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə Göygöl rayonu, Xaqani kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs1 keçən ildən tanıyır, taxıl suvaran vaxtı tanış olmuşdur. Həmin vaxtlar o, Şəmkir şəhər sakini Abdulla adlı şəxsin Şəmkir rayonu “üç yol” adlanan yerdən “Seyfəli” kafesinə qədər olan 200 hektarlıq torpaq sahəsində əkilmiş taxılı suvarmışdır. 2 ildir ki, Abdulla adlı şəxsin yanında cuvar kimi işləyir. 1 hektarı suvarmaq müqabilində 30 manat almışdır. İşləyən vaxtı Yasin də onun yanında işləmiş və ona 110 manat borcu qalmışdır. 2022-ci ilin mart ayının əvvəllərində o, Yasindən borcunu qaytarmasını istəmiş, kreditimi ödəmək üçün pul lazım olmuşdur. Yasin ona pulu olmadığını bildirmiş və ona su bağlayıcılarını (zadvişka) oğurlayıb satmağı təklif etmişdir. Ona pul lazım olduğuna görə bir gün fikirləşmiş və razılaşmışdır. Bundan bir gün sonra suvardığı yerin sahibi Raminin Vaz 2104 markalı avtomobilini yer sulamaq və gecə yatmaq adı ilə götürmüşdür. Onlar axşam saatlarında gedib su borusu bağlayıcılarını sökməli imişlər. Gecə saat 01 o, Yasinə zəng edib Raminin avtomobilini götürdüyünü demiş və gəlməsini bildirmişdir. Yasin özü «Şəmkir Səbəti» bazarının qarşısına gəlmiş, özü ilə 1 ədəd qaz açarı gətirmişdir. Onun da 1 ədəd açar olmuşdur. Onlar birlikdə Raminin avtomobili ilə Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən «Şəmkir Səbəti» bazarı ilə üzbəüz yolun kənarından olan üzəri mavi rəngli dəmir qutu ilə örtülmüş 4 ədəd su borusu bağlayıcısını sökərək avtomobilin yük yerinə yığmış, avtomobil ilə onları Raminin sahəsinə aparaq su arxında gizlətmişlər. Gecəni onlar avtomobildə yatmışlar. Səhəri gün Ramini evlərindən götürüb onları sahəyə düşürməsi üçün gətirmişlər. Ramin onları sahəyə düşürüb avtomobili ilə evlərinə qayıtmışdır. O, tanışı Qurbana zəng edərək «Ford» markalı yük avtomobili ilə gəlməsini bildirmişdir. Qurban Şəmkir rayonu, Yeni Həyat kəndində yaşayır və ona yaxınlıqda yerləşən sahədə soğan əkir. Qurban avtomobili ilə gəldikdən sonra onlar sahədə gizlətdiyi 4 ədəd su borusu bağlayıcısını həmin «Ford» markalı yük avtomobilinə yükləyərək Gəncə şəhərinə aparmışlar. Gəncə şəhərində onlar həmin su borusu bağlayacılarının hər birini 100 (yüz) manata, ümumilikdə isə 300 (üç yüz) manata orada eyni məhsullardan satan mağazaya satmışlar. Bağlayıcılarının biri işləmədiyinə görə orada almamışlar, onlar həmin bağlayıcını götürüb Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləş adını bilmədiyi qadının işlətdiyi metal qəbulu sexinə aparmışlar, 1 kq 40 qəpikdən olmaqla 50 manata həmin yerdə satmışlar. Orada onlardan həmin bağlayıcını haradan aldığını soruşmuşlar. Çəkib çəkisinə görə pulunu vermişlər. Onlar əldə etdiyi puldan Qurbana 50 manat vermiş, Yasin ilə ona hərəsinə 150 manat pul qalmışdır. O, payına düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən 3 gün keçdikdən sonra gecə saatlarında o, Raminin VAZ 2104 markalı avtomobili ilə Şəmkir rayonu, Könüllü kəndinə gedərək Yasini evindən götürmüşdür. Onlar yenidən Şəmkir rayonu, Çinarlı qəsəbə ərazisinə getmiş, həmin yerdən 3 ədəd su borusu bağlayıcısı sökmüşlər. Sonra Ramin adlı şəxsin torpaq sahəsində gizlətmiş, səhəri gün Raminin avtomobilini o, aparıb vermişdir. Taksi tapa bilmədiyinə görə səhəri gün Yasin tanışı Zabit adlı şəxsə zəng edərək taksi kimi çağırmış, Zabit nömrəsini xatırlamadığı VAZ 2106 markalı avtomobillə Raminin yerinə gəlmişdir. Yasin ilə o, 3 ədəd su borusu bağlayıcısını Zabitin maşınına yükləyərək Gəncə şəhərinə aparmışlar. Zabit Yasindən «bu dəmirlər oğurluq deyil ki» sualını vermiş, Yasin Zabitə bağlayıcıların ona məxsus olduğunu bildirmişdir. Gəncə şəhərində bağlayıcının 2 ədədini hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat satmışlar. Qalan bir ədəd bağlayıcı kiçik həcmli olduğuna görə 40 manat almışlar. Həmin puldan Zabitə 30 manat vermişlər. Yasin ilə hərəsinə 105 manat pul qalmışdır. O, payıma düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan təxminən 3-4 gün keçdikdən sonra Yasin ilə görüşmüş və Raminə məxsus VAZ 2104 markalı avtomobillə Şəmkir rayonu, Çinarlı kəndi ərazisinə getmişlər. Həmin yerdən yenə 3 ədəd su bağlayıcısını sökərək eyni qaydada Raminin torpaq sahəsində gizlətmişlər. O, gələndən sonra «2244» taksi xidmətinə zəng edib taksi sifariş vermiş, nömrəsini xatırlamadığı Vaz 2107 markalı qırmızı rəngli avtomobil gəlmiş, avtomobilin sürücüsü Vüqar olmuşdur. O, həmin şəxslə bir-iki dəfə taksi kimi getdiyinə görə tanımışdır. Onlar həmin su bağlayıcılarını avtomobilə yükləyərək Gəncə şəhərinə aparmış, bağlayıcılardan 2 ədədini hər biri 100 (yüz) manat olmaqla ümumilikdə 200 (iki yüz) manat satmış, digər 1 ədəd bağlayıcını isə üzərində olan dəmiri və hava filtri ilə birlikdə Göygöl rayonu, Balçılı kəndində yerləşən qadının işlətdiyi dəmir alqı-satqısı yerində ümumilikdə 60 manata satmışlar. Avtomobilin sürücüsünə o, 20 manat vermişdir. Yasin ilə hərəsinə 120 manat pul qalmış, o payına düşən pulu öz ehtiyacları üçün xərcləmişdir. Bundan sonra o, yol ilə gedən vaxtı Şəmkir rayonu, Seyfəli kəndində tanımadığı şəxsə məxsus bağda 1 ədəd istifadə olunmamış 100 metr uzunluğunda 76 mm-lik sistem borusunun olduğunu görmüş və həmin borunu oğurlamaq qərarına gəldikdən sonra Yasin ilə görüşəndə həmin borunu oğurlamağa köməklik etməsini təklif edərək bunun müqabilində 20 manat verəcəyimi bildirmişdir. Yasin onunla razılaşmış və siqaret almağa pulu olmadığına görə 20 manatı ilə söhbət etdiyi yerdə vermişdir. Sonra Qurbanla danışmış və gəlib mənə köməklik etməsini demişdir. Ona həmin borunu aldığını, oğurluq olmadığını bildirmişdir. Qurban onunla razılaşmışdır. Həmin günü Yasin saat 21 radələrində piyada təxminən 2 km yol gedib həmin bağa çatmışlar. Bağın ətrafına dəmir torlu hasar çəkilmişdir. Yasin birinci hasardan kömək edib onu içəri keçirmişdir. O, boru ağır olduğuna görə təkbaşına götürə bilməmişdir. Yasin də hasardan içəri keçib boru olan yerə gəlmişdir. Onlar köməkli borunu götürüb içəri girdiyi yerə gətirərək hasardan çölə çıxarmışlar. Danışıqları belə olmuşdur ki, Yasin ona borunu götürüb çölə çıxarmağa köməklik edəcəkdir. Yasin getmək istəyəndə o, Yasin «getmə avtomobil danışmışam, gəlsin köməklik borunu avtomobilə qoyaq, sonra gedərsən» sözlərini demişdir. Həmin yerdə təxminən 15 dəqiqə gözlədikdən sonra Qurban özünə məxsus nömrəsini xatırlamadığı «Ford» markalı avtomobil ilə gəlmiş, onlar birlikdə borunu avtomobilin yük yerinə qoymağa çalışsalar da borunun diametri böyük olduğundan içəri sala bilməmişlər. Buna görə birlikdə həmin borunu avtomobil dam hissəsinə qaldırmışlar. Borunu qoyduqdan sonra Yasin getmişdir. Mən həmin bağ sahəsinin kimə məxsus olmasını bilməmişdir. Buna baxmayaraq həmin yeri xatırlayır və göstərə bilər. O, borunu yaşadığı evə aparmışdır. Sonra isə yerini suvardığı Abdulla ilə danışmış və ona tanışı Rəşadın 1 top, 100 metr uzunluğunda 76 mm-lik boru aldığını, lakin ona başqa boru lazım olduğunu deyib borunu almasını təklif etmişdir. Abdulla onunla razılaşmışdır. O, özü Abdullaya borcu olduğuna görə elə demişdir. Abdulla borunun Rəşada məxsus olduğunu bilsə pulunu verəcəkdir. Abdulla razılaşdıqdan sonra o, borunu aparıb 200 manata satmışdır. O, Yasin ilə başqa oğurluq hadisəsi törətməmişdir başqa oğurluq və ya başqa hadisəsi törətməmişəm. Qurban adlı «Ford» markalı avtomobilin sürücüsü və Zabit adlı «Vaz 2106» markalı avtomobilin sürücüsü bağlayıcıların oğurluq olduğunu bilməmişdir. Göygöl rayonu, Balçılı kəndi ərazisində yerləş qadının işlətdiyi metal qəbulu sexindəki şəxs verdikləri bağlayıcılarının oğurluq olduğunu deməmişlər. Gəncə şəhərində yerləşən mağazanı işlədən şəxs verdiyi bağlayıcılarının oğurluq olduğunu bilməmiş, onlar özlərinə məxsus olmasını demişlər. Ramin adlı tanışlarının da bundan xəbəri olmamışdır. O, Yasinə Şəmkir rayonu, Seyfəli kəndi ərazisində yerləşən «Seyfəli» kafesindən metal qəbulu sexinə verə biləcəyimiz boru olduğunu deyib həmin yerə getməyimizi təklif etmiş, lakin Yasin imtina etdiyinə görə oradan heç nə oğurlamamışdır. Abdulla borunun oğurluq olmasını bilməmiş, borunun Rəşada məxsus olmasını demişdir. Məhkəmə təqsirləndirilən şəxsləri, zərərçəkmiş şəxsləri və şahidləri dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3,177.2.3- 2 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər və onların təqsiri aşağıda göstərilən sübutlarla da təsdiq edilir. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 2008-ci ildən Şəmkir rayonu Suvarma Sistemləri İdarəsində mühəndis-hidrotexnik vəzifəsində işləyir. Şəmkir rayonu Suvarma Sistemlər İdarəsinə məxsus olan hidrotexniki qurğuların istismarı ilə məşğul olur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Şəmkir rayonu, Çinarlı qəsəbəsi və Seyfəli kəndi ərazisindən keçən su kəmərindən Şəmkir rayon Suvarma Sistemləri İdarəsinə məxsus olan içərisində hidrotexniki qurğular olan 16 ədəd quyudan (kolodes) müxtəlif diametrli siyirtmələr və vantuslar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmışdır. Şəmkir rayon Suvarma Sistemləri İdarəsinə məxsus olan hidrotexniki qurğulara, su kəmərinə nəzarət edən şəxs yoxdur. O özü vaxtaşırı həmin hidrotexniki qurğulara baxış keçirməklə istismarı ilə məşğul olur. 2022-ci ilin yanvar ayının əvvəlində su qitlığı ilə əlaqədar su kəmərində su olmamışdır. xx.xx.2022-ci il tarixdə Çinarlı qəsəbəsi və Seyfəli kəndi ərazisində hidrotexniki qurğuların yerləşdiyi quyulara baxış keçirən zaman həmin qurğuların yerində olmadığını aşkar etmiş və barədə Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir. Sonradan onlara məlum olmuşdur ki, həmin siyirtmə və vantusları Yasin və Nəbi adlı şəxslər oğurlamışlar. Əvvəlki məhkəmə iclasında zərərçəkmiş şəxs qismində tanınaraq dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Seyfəli kəndində ailə üzvləri ilə yaşayır, rəsmi olaraq heç yerdə işləmir, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Özünə məxsus Şəmkir rayonu, Seyfəli kəndində yerləşən bağ sahəsinə meyvə ağacları əkmiş, ağacları suvarmaq üçün 2022-ci ilin fevral ayında 100 metr uzunluğunda plastik boru almışdır. Borunu aldıqdan təxminən bir həftə sonra pay torpaq sahəsinə gedən zaman plastik boruları yerində aşkar etməmişdir. Ona məxsus borunun oğurlandığını bilib, bir müddət özü oğurluq edən şəxsi axtarmış, lakin tapa bilmədiyi üçün 26 may 2022-ci il tarixdə polisə müraciət etmək qərarına gəlmişdir. Sonradan ona məlum olmuşdur ki, torpaq sahəsindən borunu Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurlamışdır. Plastik boru 75 mm-lik olmaqla 100 metr uzunluğunda topa halındadır. Plastik boruları Şəmkir şəhərində yerləşən dükandan 330 manata almışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərilmişdir ki, Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Köhnə bazar” adlanan bazarda işlənmiş siyirtmə (zadvişka) alveri ilə məşğuldur. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış və heç bir münasibəti olmamışdır. 14 mart 2022-ci il tarixdə mən saat 11-12 radələrində bazarda olanda ağ rəngli «Ford Transit» markalı, nömrəsini xatırlamadığı yük avtomobili gəlmiş və həmin avtomobildən 3 nəfər şəxs düşərək ona yaxınlaşıb özlərinə məxsus 5 ədəd su borusunun bağlayıcısının (zadvişka) olduğunu və satmaq istədiklərini bildirmişlər. O, həmin şəxslərin göstərdiyi bağlayıcılara baxmış, bağlayıcılar mavi rəngdə olmaqla üzəri palçıqlı imiş. Bağlayıcıları açmaq üçün üzərində olan təkərləri olmamışdır. Həmin şəxslərlə danışıb bağlayıcının 1 ədədini 100 manata almağa razılaşmışdır. O, onlardan 4 ədəd 200-lük və 1 ədəd 250-lik bağlayıcı almış, hər birinə 100 manat olmaqla onlara cəmi 500 manat pulu vermişdir. Həmin bağlayıcıları satmaq üçün mağazaya qoymuş, lakin satılmamışdır. Sonra polislər onun işlədiyi yerə gələrək mavi rəngli bağlayıcı alıb-almadığımı soruşduqda o, qeyd etdiyi adları sonradan ona məlum olan Nəbi və Yasin adlı şəxsdən aldığı bağlayıcıları göstərmişdir. Ona həmin vaxtı məlum olmuşdur ki, Yasin və Nəbi adlı şəxslər bağlayıcıları Şəmkir rayonu ərazisindən sökərək oğurlayıblar. Sonra bağlayıcıları özü könüllü olaraq polisə təhvil vermişdir. Bağlayıcılara baxış keçirilmiş və protokol tərtib edilmişdir. O, protokola imza etmişdir. O, bağlayıcıların oğurluq olmasını bilməmiş, bu barədə əvvəlcədən xəbəri olmamışdır. Yasin və Nəbi adlı şəxslər ona bu barədə deməmiş, bağlayıcıların özlərinə məxsus olmasını bildirmişlər. İş üzrə şahid qismində dindirilmiş Şahid1 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verməklə onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yeni Həyat kəndində ailəsi ilə yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi əməklə məşğuldur. Özünə məxsus «Ford Transit» markalı, ** CF *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücülük edir. Təqsirləndirilən şəxs2 tanıyır, münasibəti əkin sahəsində soğan əkəndə yaranıb. Təqsirləndirilən şəxs1 tanımır, heç bir münasibəti olmamışdır. 14 mart 2022-ci il tarixdə saat 10 radələrində «Şəmkir Səbəti» bazarının qarşısında olan vaxtı Nəbi ona zəng edərək «4 ədəd torba var, onu Gəncə şəhərinə neçəyə apararsan» sözlərini demişdir. O, Nəbiyə 60 manata apara biləcəyini bildirmişdir. Nəbi ona 50 manat verəcəyini demiş və o, etiraz etməyərək dediyi yerə, soğan əkdiyi yerdən bir az aralıda dayandığı yerə getmişdir. Ora çatanda Yasin də Nəbinin yanında olduğunu görmüşdür. Su arxının içərisindən ağ rəngli torbada və açıq şəkildə cəmi 4 ədəd mavi rəngli su bağlayıcı (zadvişka) olmuşdur. O, Nəbidən həmin su bağlayıcılarının oğurluq olub-olmamasını soruşduqda Nəbi su bağlayıcılarının oğurluq olmamasını, özlərinin metal kimi yığıb satdıqlarını bildirmişdir. Yasin və Nəbi həmin bağlayıcıları avtomobilin yük yerinə qoyduqdan sonra onlar Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Köhnə bazar” adlanan bazarda işlənmiş siyirtmə (zadvişka) alveri ilə məşğul olan şəxslərin yanına getmişlər. Orada su bağlayıcılarını Yasin və Nəbi avtomobildən düşüb satmışlar. O, onların həmin bağlayıcıları hansı qiymətə və kimə satmalarını bilməmişdir. Oradan çıxıb Şəmkir rayonuna qayıdan da «Şəmkir» sözü yazılan yerin yaxınlığında metal qəbulu sexinə getmişlər. Yasin və Nəbi həmin yerə təxminən 42 qəpikdən olmaqla 22 manat dəyərində armatur satmışlar. Sonra Şəmkir rayonuna gəlmişlər. Yasin əlində 1 ədəd qaz açarı ilə Şəmkir rayonu, Könüllü kəndi tərəfdə avtomobildən düşüb getmişdir. Nəbi də soğan əkdiyi yerdə avtomobildən düşmüşdür. Təxminən 5-10 gün sonra saat 15-16 radələrində Nəbi ona zəng edərək «tikinti materialları satılan yerdən plastik boru aldığını və həmin borunu sahənin yanından yaşadığı evə aparmaq lazımdır» sözlərini demişdir. O, 20 manat alacağımı bildirmiş, razılaşdıqdan sonra saat 21-22 radələrində Nəbi ilə telefonla danışıb harada olduğunu soruşduqda ona Gəncə şəhərində gedən yolun Könüllü kəndində çatmamış sol tərəfində olduğunu bildirmişdir. O, Nəbinin dediyi yerə getmiş, ora çatanda Yasini Nəbi ilə birlikdə görmüşdür. Onlar borunu yolu kənarına qoymuşlar. O, avtomobili saxlamış və birlikdə borunu götürüb avtomobilin yük yerinə qoymaq istəsələr də boru yük yerinə yerləşmədiyi üçün avtomobilin dam hissəsinə qoymuşlar. Yasin onlarla Könüllü kəndinə kimi gedib düşmüş, o Nəbini avtomobili ilə yaşadığı Göygöl rayonu, Balçılı kəndinə aparmışdır. Avtomobilin dam hissəsində olan borunu Nəbinin yaşadığı evə düşürmüşlər. Nəbi ona 20 manat pul vermiş və bundan sonra yaşadığı evə qayıtmışdır. Sonra onu izahat vermək üçün polisə dəvət etdikdə Nəbi və Yasinin onun avtomobili ilə apardığı su bağlayıcıları və borunu oğurladıqlarını bilmişdir. O, onların həmin borunu oğurladığını bilməmişdir. Nəbi həmin borunu özünün mağazadan aldığını demişdir. Gəncə şəhərinə avtomobil ilə apardığı su bağlayıcılarının oğurluq olmasını da bilməmiş, məlumatı olmamışdır. Polisə gəldikdən sonra xəbəri olmuşdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 həm qohumu, həm də həmkəndlisidir. Özünə məxsus Vaz 2106 markalı, ** EE *** dövlət qeydiyyat nişanlı avtomobili ilə iş olmayanda taksi fəaliyyəti göstərir. Təqsirləndirilən şəxs2 tanımır, heç bir münasibəti olmamışdır. Nəbini birinci dəfə Yasinin yanında görüb tanımışdır. Təxminən 2022-ci ilin mart ayının ikinci on günlüyündə saat 11-12 radələrində yaşadığı evdə olan vaxtı Yasin zəng edərək «Şəmkir Səbəti» bazarında Gəncə şəhərinə aparılası mal olduğunu və onun həmin malı aparıb-apara bilməyəcəyini soruşduqda apara biləcəyini bildirmiş, 15 manat alacağını demiş, Gəncə şəhərinə aparıb düşürəcəyini, qaytarmayacağını bildirmişdir. Yaşadığı evdən çıxıb Yasinin dediyi yerə getmiş. bazarın yanında ağaclıq yerdə Yasinin tanışı Nəbi ilə dayandığını görmüş, avtomobili dayandırıb yük yerini açanda onların 3 ədəd mavi rəngli su borusunun bağlayıcısını avtomobilin yük qoymuşlar. Gəncə şəhəri, Kəpəz rayonunda yerləşən “Köhnə bazar” adlanan bazarda işlənmiş siyirtmə (zadvişka) alveri ilə məşğul olan şəxslərin yanına getmişlər. Bağlayıcıların 1 ədədini Yasin və Nəbi avtomobildən düşüb satmışlar. Həmin bağlayıcıları hansı qiymətə və kimə satmalarını bilməmişdir. Oradan çıxıb Şəmkir rayonuna qayıdan da «Şəmkir» sözü yazılan yerin yaxınlığında metal qəbulu sexinə getmişlər. Yasin və Nəbi həmin 2 ədəd bağlayıcını metal qəbulu sexinə dəmir kimi satmışdır. Sonra onlar Şəmkir rayonuna gəlmişlər. O, yolda onların hərəkətlərindən şübhələnib Yasindən həmin bağlayıcıların oğurluq olub-olmamasını soruşduqda Yasin ona bağlayıcıların oğurluq olmadığını bildirmişdir. O, onları səbət bazarında düşürmüş və geri qaytardığına görə 30 manat pul almışdır. Sonra polisə izahat verməyə çağıranda Yasin və Nəbinin aparıb satdığı bağlayıcılar oğurluq olduğunu bilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İşdə olan Azərbaycan Meliorasiya və X10 Səhmdar Cəmiyyəti Şəmkir rayon Suvarma Sistemləri İdarəsi tərəfindən verilmiş arayışdan görünür ki, onların balansında olan qapalı sistemdən 8 ədəd siyirtmə, 4 ədəd vantus oğurlamış Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən sözügedən ehtiyat hissələri yerinə bağlayaraq əməkdaşlarına təhvil verilmişdir və heç bir iddiaları yoxdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2015-ci il təvəllüdlü X4 adlı uşağı vardır. Cinayət işi üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 05 iyul 2022-ci il tarixli 9/4084 №-li rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən siyirtmə və vantusların respublika daxili orta bazar satış qiymətləri nəzərə alınmaqla 2022-ci ilin yanvar-mart ayına olan bazar qiyməti nəzəri qaydada hesablanma yolu ilə 26200 manat olması müəyyən edilmişdir. Cinayət işi üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 iyul 2022-ci il tarixli 9/4185 №-li rəyin nəticə hissəsindən məlum olur ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində qeyd edilən plastik borunun respublika daxili orta bazar satış qiymətləri nəzərə alınmaqla 2022-cu ilin fevral ayına olan bazar qiyməti nəzəri qaydada hesablanma yolu ilə 330 manat olması müəyyən edilmişdir. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3,177.2.3-2 və 177.2.4-cü maddələri ilə törətdikləri cinayət əməlində təqsirləri, özlərinin etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərdən birinin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hal yoxdur.
Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 maddənin sanksiyasında nəzərədə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində yetkinlik aşına çatmayan uşağının olmasını, əməlindən səmimi peşman olmasını, dəymiş ziyanı qismən ödəməsini, zərərçəkmiş şəxslərdən birinin ondan şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Onun cəzasını ağırlaşdıran hal yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 maddənin sanksiyasında nəzərədə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Beləliklə, məhkəmənin qənaətinə görə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələrinin tələblərinə riayət edilməli, onların törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə yanaşı, onların şəxsiyyətini səciyyələndirən və yuxarıda sadalanan cəzanı yüngülləşdirən halın olmasını, ağırlaşdıran halın olmamasını əsas götürərək təqsirləndirilən şəxslərin həm təqsirli bilindikləri cinayətin ağırlığına, həm də onların şəxsiyyətlərinə uyğun olan qanuni və ədalətli cəza təyin ediməlidir. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli, 31 saylı qərarına əsasən (həmin qərara 03 may 2018-ci il tarixli, 202 saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. İş üzrə xüsusi müsadirənin tətbiq edilməsi üçün əsaslar müəyyən olunmadı. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 346, 347- 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi:
Təqsirləndirilən şəxs1 Азярбайъан Республикасынын Ъинайят Мяъяллясинин 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü маддяlərи иля нязярдя тутулмуш ъинайят əməlinи тюрятмякдя тягсирли билинсин вя ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 26 may 2022-ci il tarixdən 28 may 2022-ci tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs1 üzərinə Şəmkir şəhərinin hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək Şəmkir rayonu, Könüllü kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 06 (altı) manat hesab edilməklə, 15 (on üç) saat üçün cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 Азярбайъан Республикасынын Ъинайят Мяъяллясинин 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3-2 və 177.2.4-cü маддяlərи иля нязярдя тутулмуш ъинайят əməlinи тюрятмякдя тягсирли билинсин вя ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 26 may 2022-ci il tarixdən 28 may 2022-ci tarixədək şübhəli şəxs kimi tutulduğu 3 gün həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmaqla, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkdiyi müddətdə Təqsirləndirilən şəxs2 üzərinə Göy-Göl rayonunun hüdudlarını tərk etməmək, axşam saat 22:00-dan səhər saat 07:00-dək Göy-Göl rayonu, Xaqani kəndində yerləşən yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Göy-Göl rayonu İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 6 (altı) manat hesab edilməklə, 13 (on üç) saat üçün cəmi 78 (yetmiş səkkiz) manat dövlət büdcəsindən tutularaq Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülsün. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul təqsirləndirilən şəxslər X1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdıqdan sonra qüvvəyə minir.
Щаким : Şəfəq Məmmədova