Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-19/2024 22.04.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X2 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və müdafıəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs1 və müdafıəçisi-Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1986-cı ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx.xx.1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs2 07 aprel 2023-cü il tarixdə saat 14 radələrində ünvan 3 ünvanında əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 30 (otuz) manat pulun müqabilində aldığı 1 (bir) ədəd kağız bükümdə "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin" İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq üzərində saxlayaraq daşımış, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı həmin tarixdə saat 14:45 radələrində o, Şəmkir şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən 1(bir) ədəd kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,302 qram miqdarda, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq satış məqsədilə əldə etdiyi "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında" 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının arazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin" İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, kustar üsulla hazırlanmış 1,1 qram çəkidə narkotik vasitə olan heroini üzərində saxlamaqla daşımış, həmin heroinin 0,302 qramını gəlir əldə etmək məqsədilə 07 aprel 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən mənzilində 30 (otuz) manat məbləğində pulun qarşılığında Təqsirləndirilən şəxs2 satmış, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 14:45-də Şəmkir şəhəri, M.Ə.Sabir küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 (bir) ədəd kağız bükümdə təmiz çəkisi 0,302 qram miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 18 aprel 2023-cü il tarixdə saat 11:30 radələrində Şəmkir şəhəri, Nizami küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd kağız bükümdə Təqsirləndirilən şəxs2 üzərində aşkar olunmuş narkotik vasitə olan heroinlə eyni tərkibli və xassəli, kustar üsulla hazırlanmış təmiz çəkisi 0,798 qram miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Şəmkir şəhəri, Ə.Cavad küçəsi, ev 16, mənzil 2-də ailə üzvləri ilə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur və ailəlidir. Təxminən 2 ay olar ki, narkotik vasitə olan heroindən istifadə edir. 07 aprel 2023-cü il tarixdə saat təxminən 14 radələrində əvvəllər tanıdığı, Şəmkir şəhəri, Nizami küçəsində yaşayan Sənan adlı şəxin yaşadığı evdə onunla görüşmüş, onların evinə gedən zaman üzərində narkotik vasitə də olmuşdur. Daha sonra həmin herioni kağız bükümdə istifadə etmək üçün üzərində saxlamışdır. Sənangilin evlərindən çıxıb Şəmkir şəhəri M.Ə.Sabir küçəsində piyada gedən zaman polis əməkdaşları onu saxlayaraq Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Ona narkotik vasitələrdən istifadə etməkdə və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Polis şöbəsində ona müdafiəçi tutmaq hüquqları izah olunmuş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, müdafiçi tutmaq imkanının omadığını bildirmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Dövlət hesabına dəvət olunmuş Müdafiəçi1 ona təqdim olunduqda müdafiəçiyə heç bir etiraz etməmişdir. Müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. O da, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kağız bükümdə narkotik vasitə olan heroini təqdim etmiş, təqdim etdiyi bir büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində heroin olduğu aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilərkən 0,75 qram olmuşdur. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan heroin qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarışı davam etdirmişdir, lakin üzərindən əlavə olaraq narkotik vasitə və qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o da, həmin protokolu imza etmişdir. Törətdiyi əməldən peşman olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda təqsirli bilməyib ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur və subaydır. Uzun müddətdir ki, narkotik vasitə olan heroindən istifadə edir. Təxminən 15 gün bundan əvvəl Şəmkir şəhərində "Morul arxı" deyilən yerdə kanalın kənarından 1 ədəd kağız bükümdə kokos kimi tanıdığı narkotik vasitə olan heroin tapmışdır. O, narkotik vasitədən istifadə etdiyi üçün tapdığı həmin narkotik vasitəni özündə saxlamışdır. 07 aprel 2023-cü il tarixdə saat 13 radələrində yaşadığı evdə olan zaman əvvəllər tanıdığı Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlib çağırmışdır. Şamxal özü ilə birlikdə narkotik vasitə də gətirmişdir. Lakin həmin vaxt narkotiki Şamxala o satmamışdır. Həmin gün axşam vaxtı Sənan Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının tutduğunu və üzərindən narkotik aşkar edildiyini eşitmişdir. 18 aprel 2023-cü il tarixdə səhər saatlarında Şəmkir şəhəri, Nizami küçəsində yaşadığı evdən polis əməkdaşları onu saxlayıb Şəmkir rayon polis şöbəsinə gətirmişlər. Ona narkotik vasitələrin satışı ilə məşğul olmaqda və Təqsirləndirilən şəxs2 narkotik vasitə satmaqda şübhəli olduğu üçün saxlanıldığını bildirmişlər. Polis şöbəsində ona müdafiəçi tutmaq hüquqları izah olunmuş və müdafiəçilərin siyahısı təqdim edilmişdir. O, müdafiçi tutmaq imkanının omadığını bildirmiş, dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Dövlət hesabına dəvət olunmuş Müdafiəçi2 ona təqdim olunduqda müdafiəçiyə heç bir etiraz etməmişdir. Polis Şöbəsində müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərində videoçəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə, psixotrop maddə, onların prekursorları, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməyi təklif edilmişdir. O da, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən bir ədəd siqaret kağızı bükümündə narkotik vasitə olan heroini təqdim etmişdir. Təqdim etdiyi bir büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində heroin olduğu aşkar edilmişdir. Aşkar edilmiş kütlə elektron tərəzi ilə çəkilərkən 1,04 qram olmuşdur. Üzərindən aşkar edilmiş bir ədəd bükümdə olan heroin qablaşdırılaraq götürülmüşdür. Bundan sonra polis əməkdaşı onun üzərində şəxsi axtarışı davam etdirmiş, ancaq üzərindən əlavə olaraq narkotik vasitə və qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Üzərində şəxsi axtarış aparılması barədə protokol tərtib edilmiş, o da protokolu imza etmişdir. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Qeyd edilənləri nəzərə alaraq ona narkotik vasitədən istifadəyə görə cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad olunan cinayət əməlini törətməkdə təqsirləri şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxslər şübhəli şəxs qismində tutulan zaman Şəmkir RPŞ-nin NMQ-in baş əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 07 aprel 2023-cü il tarixdə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə tərəfindən raportla müraciət edildikdən sonra rəhbərliyin göstərişi ilə saat təxminən 14:45 radələrində digər aidiyyəti polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri, Sabir küçəsində saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Şəmkir RPŞdə Təqsirləndirilən şəxs2 müdafiəçi tutmaq hüquqlarının olması izah edilmiş və ona müdafiəçilərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçi tutmaq imkanının olmadığını bildirmiş və dövlət hesabına dəvət olunmuş müdafiəçinin hüquqlarını müdafiə etməsini istəmişdir. Müdafiəçi1 dəvət olunduqdan sonra Şəmkir RPŞ-də dövlət büdcəsi hesabına dəvət olunmuş müdafiəçinin iştirakı ilə fasiləsiz video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs2 üzərində axtarış aparılmışdır. Bu zaman Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə psixotrop maddə onların prekursorlarının eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşyanın olub olmadığı soruşulmuş və həmin əşyaların üzərində olduğu halda təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs2 üzərində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli kağız parçasına bükülmüş bükümü təqdim etmiş, büküm açılan zaman qəhvəyi rəngli narkotik maddə-heroinə bənzər kütlə aşkar edilmiş və elektron tərəzidə ölçülən zaman kağız parçası ilə birlikdə çəkisinin 0.75 qram olması məlum olmuşdur. Bundan başqa, Şamxal Aslanvon üzərində narkotik vasitə, psixotrop maddə, eləcə də dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Qeyd olunan proseslər zamanı videoçəkilişdən istifadə edilmişdir. Daha sonra müvafiq protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs2 şifahi sorğu zamanı narkotik vasitəni tanışı Sənan adlı şəxsdən aldığını bildirmiş və əməliyyat-axtarış fəaliyyətinin davamı olaraq keçirilmiş tədbirlər nəticəsində narkotik vasitə satmaqda şübhəli bilinən, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1 18 aprel 2023-cü il tarixdə Şəmkir şəhəri Nizami küçəsində polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində saxlanılmış və Şəmkir RPŞ-nə gətirilərək onun üzərində şəxsi axtarış aparılmış və üzərindəki cins şalvarın sol yan cibindən siqaret kağızı bükümündə olan, həmin vaxt elektron tərəzi ilə çəkilərkən 1.04 qram çəkidə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür, həmçinin, Təqsirləndirilən şəxs1 ilə söhbət zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, Şəmkir şəhərində olan "Morul arxı" adlanan yerdəki kanalın kənarından tapmış olduğu narkotik vasitənin bir hissəsini tanışı Təqsirləndirilən şəxs2 10 manat pul qarşılığında satmışdır. Daha sonra aşkar olunmuş hallar üzrə Təqsirləndirilən şəxs1 barəsində müvafiq tədbirlər görülmüşdür. Məhkəmə iclasında dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid4 və Şahid5 Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək, Şahid1 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan 08 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 16/399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş heroinə bənzər kütlə" sözlər və imzalar olan kağız paketdəki 1(bir) ədəd kağız parçası bükümündə təmiz çəkisi 0.302 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının 18 aprel 2023-cü il tarixli 16/430 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə" sözləri və imzalar olan kağız paketdəki 1(bir)ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0.798 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. İş materiallarında olan 07 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 09 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 09 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan 18 aprel 2023-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 20 aprel 2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsə alınmanın əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2023-cü il tarixli, 1201 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə- narkoloji ekspertizasının 04 iyul 2023-cü il tarixli, 1200 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Şəmkir rayon İcra Hakimiyyəti başçısının Şəmkir şəhər İnzibati Ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir yazılı və şifahi şikayət daxil olmamışdır. İş materiallarında olan Şəmkir şəhər Mənzil İstismar Kontoru tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Şəmkir şəhər Mənzil İstismar Kontoruna heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-150/2021 saylı, 22 iyun 2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 13 dekabr 2021-ci il tarixdə Salyan Rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azaldılmış və cəza çəkmə müddəti bitdiyindən cəzaçəkmə müəssisəsindən dərhal azad edilmişdir. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-162/2020 saylı04 sentyabr 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən xx.xx.2023-cü il tarixdə icra olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkum olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 1(076)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, həmin hökmlə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.2 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunmuş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək həmin iş üzrə şübhəli şəxs qismində tutulduğu və saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlıqdan məhrum etmə cəzasının gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmış və Təqsirləndirilən şəxs2 üzərində 03 (üç) il 06 (altı) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndində qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Sadalanan sübutların məcmusu ilə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri cinayət əməlində təqsirləri özlərinin qismən etirafı, şahidlərin ifadələri, ekspertiza rəyləri və işin bütün materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli isə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif olunmalı və onlar həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 158.2. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət. 158.6. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil,həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun CM-in 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair 18 mart 2013-cü il tarixli qərarının nəticəvi hissəsindən görünür ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır və həmin hal da CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən müsbət xarakterizə olunmasını məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən olunur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.5-ci maddəsinə əsasən cinayətlərin residivinə görə bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və hədlərdə daha sərt cəza tətbiq edilir. Həmin Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran hallarla yanaşı CM-in 58ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayətlər olmasını), təqsirkarın şəxsiyyətini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, ona azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 tətbiq edilməsi nəzərdə tutulan caza, cəzanın məqsədini təmin edir və ona təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədə müvafiq hesab edir və bu cəzanı təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmədə tədqiq edilmiş işdə olan qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 18 aprel 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Şəmkir Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, cinayət işi məhkəmə baxışına verilərkən barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 18 aprel 2023-cü il tarixdən hesablanmalıdır. CM-in 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəzasını çəkməlidir. Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən, ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 əvvəllər qəsdən cinayət törətməyə görə yuxarıda qeyd edildiyi kimi azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini və cəzasını çəkib qurtarmasına baxmayaraq məhkumluğu ödənilmədən yenidən qəsdən az ağır cinayət törətməsi CM-in 61.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir rayon Məhkəməsinin 1(076)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1 və 234.2-ci maddələri ilə təqsirli bilinərək 03 il 06 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmiş, cəza çəkmə müddətinin əvvəli 07 aprel 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-in 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağırcinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə hesab edir ki, hazırki hökmlə təyin ediləcək cəza Azərbaycan Respublikası CM-in 66.2 və 66.5-ci maddələrinə əsasən Şəmkir rayon Məhkəməsinin 1(076)-145/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən təyin edilmiş cəza ilə qismən toplanılmaqla, Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilməli, CM-in 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, həbsdə olduğu müddət nəzərə alınmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməli və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablanmalıdır. Bunda əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılır və ya maraqlı təşkilatlara və şəxslərə verilir. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,262 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,778 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan şəxsi axtarışlar və baxışlar zamanı videokamera ilə çəkilmiş görüntülər köçürüldüyü 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. İş materiallarından görünür ki, məhkəmə istintintaqında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün xahişi ilə onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsi üçün müdafiəçilər tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrieynə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 120 (bir yüz iyirmi) manat Müdafiəçi3 və Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 120 (bir yüz iyirmi) manat Müdafiəçi2 ödənilməsi üçün onların işlədikləri Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülməlidir. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 346.1-ci və 346.1.19-cu maddələrinə əsasən, məhkəmə hansı əmlakın müsadirə edilməli olduğu məsələsinə baxaraq, təqsirləndirilən şəxsin hazırkı cinayəti törətdiyi zaman cinayət yolu ilə hər hansı əmlak əldə etməməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99.1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak mövcud deyildir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü və 356-cı maddələrini rəhbər tutub, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(076)-145/2023 nömrəli hökmü ilə təyin olunmuş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən toplanılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 05 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü mаddəsinə əsаsən, Təqsirləndirilən şəxs2 13 aprel 2022-ci il tarixdən 14 sentyabr 2022-ci il tarixədək bu iş üzrə şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı ümumilikdə 05 (beş) ay 01 (bir) günün azadlaqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla müəyyən olunmuş 05 (beş) ay 01 (bir) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində 04 (dörd) il 06 (altı) ay 29 (iyrimi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzаsı saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 07 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın.
2. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisində çəksin və ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı tutulduğu vaxtdan, yəni 18 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və narkoloji kabinetdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan şəxsi axtarışlar və baxışlar zamanı videokamera ilə çəkilmiş görüntülər köçürüldüyü 2 ədəd DVD-R disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş, Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,262 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,778 qram olan narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 64,80 (altmış dörd manat səksən qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (bir yüz səksən) manat məbləğində və Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (bir yüz səksən) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı, Kod:805670, VÖEN:**********: Müxbir hesab: **********944, S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə münasibətdə isə surətinin onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə, həbsdə saxlanılan təqsirləndirilən şəxs tərəfindən həmçinin həbsdə saxlama yerinin müdiriyyətinin vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün bu hökm qanuni qüvvəyə minir.
Hakim: Həvayət Məhəmmədi