Məhkəmə qərarları › İş №1(076)-190/2024

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-190/2024

15.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-190/2024 15.07.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin nümayəndəsi: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxx 1972–ci il tarixdə indiki Ermənistan Respublikasının, Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayon Ələsgərli kənd N.Nəsirov adına orta məktəbdə gözətçi işləyən, Şəmkir rayonu, Ələsgərli kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan kənd təsərrüfatı təyinatlı torpaqları özbaşına tutmuş və həmin torpaq sahəsini özbaşına becərməklə torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətmişdir. Belə ki, o, 2019-cü ilin payız aylarından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 0,75 hektar (X=566829: Y=4520211) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib-becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, heç bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Torpaq bölgüsü olan zamanı onun ailə üzvlərinə dövlət tərəfindən heç bir torpaq sahəsi verilməmişdir. O da bu səbəbə görə 2019-cü ildə Şəmkir rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciət əsasında bələdiyyə sədri mərhum Aydın Xəlilova və icra nümayəndəsi Hüseynə ona Şəmkir rayon Ələsgərli kənd ərazisindən torpaq sahəsi verilməsi tapşırılmışdır. Bundan sonra mərhum Aydın Xəlilov ona Şəmkir rayon Ələsgərli kənd ərazisində yerləşən daşlıq ərazidən torpaq sahəsi ayırmışdır. O, həmin torpaq sahəsinin daşlı olduğu üçün ilkin olaraq imtina etsə də sonra isə qeyd edilən torpaq sahəsində təmizlik işləri apardıqdan sonra həmin sahəyə buğda əkmişdir. 14 sentyabr 2022-ci il tarixdə Daşınmaz əmlakın işçiləri tərəfindən baxış keçirilərək X=566437: Y=4520871 koordinatlarında olan 0,75 hektar torpap sahəsindən istifadə etdiyi müəyyən olunmuşdur. O, həmin torpaq sahəsinin onun mülkiyyətinə keçirilməsi ilə əlaqədar olaraq Şəmkir rayon Ələsgərli Bələdiyyəsinin sədri Zərərçəkmiş şəxs dəfələrlə müraciət etsə də Zərərçəkmiş şəxs razılıq verməmişdir. O, Zərərçəkmiş şəxslə razılaşmadan hər hansı razılıq olmadan həmin torpaq sahəsində buğda əkərək öz ailəsinin dolanışığını təmin etməyə məcbur olmuşdur. Qeyd edilən torpaq sahəsinin ona aid olması barədə heç bir rəsmi sənədi yoxdur. Ona torpaq sahəsi mərhum Aydın Xəlilov tərəfindən şifahı razılıq əsasında verilmişdir. O, zəbt etdiyi 0,75 hektar torpaq sahəsində buğda əkmişdir. Bununla belə hazırda həmin torpaq sahəsini Bələdiyyənin sahibliyinə və istifadəsinə qaytarmışdır. Hazırda əməlindən peşmandır. Odur ki, məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınmasını və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında göstərdi ki, O, 26 may 2022-ci il tarixdən etibarən Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Ələsgərli kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmişdir. O, bununla əlaqədar olaraq Şəmkir rayonu, Ələsgərli kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmişdir. Lakin ona əhəmiyyət verilməmişdir. O, 31 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinə müraciət edərək Şəmkir rayonu, Ələsgərli kənd sakinləri X5, X19, X20, X1, X21, X9, X13, Təqsirləndirilən şəxs, X7 və X15 tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunsuz olaraq zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. 14 sentyabr 2022-ci il tarixdə onun iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Onun tərəfindən göstərilən qeyd etdiyi şəxslər tərəfindən zəbt edilən ərazilərə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları Şahid3, Şahid1 və Şahid2 onun iştirakı ilə baxış keçirmişlər. O, onlara bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X10 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələrinin X21 və X9 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X2 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X22 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əməkdaşları tərəfindən hüquqlarının pozulması halları müvafiq qaydada sənədləşdirilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əmkdaşları tərəfindən baxış keçirilən zaman X16 və X13 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Lakin həmin şəxslər torpaq sahələrini qanunsuz olaraq zəbt etməyə əkin işləri aparmağa davam edirlər. Həmin şəxslərin barələrində qanuni tədbir görülməsini xahiş etmişdir. X21 və X9 birlikdə(şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X17 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), Təqsirləndirilən şəxs 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə qanunsuz olaraq zəbt edilmiş torpaq sahələri Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətindədir. Həmin torpaq sahələri kənd təsərrüfat təyinatlı torpaq sahələri olmaqla örüş otlaq təyinatlı torpaq sahələridir. Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş torpaq sahəsi bələdiyyənin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, O, Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi torpaq müfəttişi vəzifəsində işləyir. Onların işləri Şəmkir rayonu ərazisində qanunsuz tikililərə nəzarət etmək və bu barədə müvafiq hüquq mühafizə orqanlarına məlumat verməkdən ibarətdir. Şəmkir rayonu, Ələsgərli bələdiyyəsi 31 avqust 2022-ci il tarixli 22 nömrəli məktubla müraciət edərək Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan örüş otlaq sahəsinin X5, X19, X13, X1, X21, X9, X13, X22, X7 və X15 tərəfindən özbaşına və qeyri qanuni olaraq əkib zəbt edildiyini bildirərək qanuni tədbir görülməsini xahiş etmişdir. Həmin müraciət araşdırılaraq 14 sentyabr 2022-ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmışdır. Ələsgərli bələdiyyəsi tərəfindən göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X10 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X21 və X9 birlikdə (şərikli) 2,73 (X=563820: Y = 4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 hektar (X=567669: Y=4515007), X13 1,46 hektar (X=567804: Y=4515062), X7 4,2 hektar (X=567624: Y=4518208), X22 0.75 hektar (X=566829: Y=4520211) və X15 1.61 hektar (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Onlar tərəfindən müvafiq yoxlama işi aparılarkən həmin torpaq sahələrində əkin işləri aparılan zaman heç bir sənədləşmə işinin aparılmadığı həmin sahələrin Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olması müəyyən olunmuşdur. Onlar həmin yerin müvafiq qaydada şəkillərini çəkərək akt tərtib etmişlər. Baxış keçirilən zaman X16 və X13 həmin ərazidə əkin işləri aparmadıqları ərazi boş vəziyyətdə olduğu üçün həmin şəxslərin adları aktda qeyd edilməmişdir. Daha sonra isə onlar tərəfindən toplanmış material aidiyyatı üzrə göndərilməsi məsələsinə baxılması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəhbərliyinə təqdim edilmiş, rəhbərlik vasitəsilə qanuni tədbir görülməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə göndərilmişdir. Adları yuxarıda qeyd edilən şəxslərin qanunsuz olaraq zəbt etdiyi və əkin işləri apardıqları torpaq sahələrinin mülkiyyət hüququ Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinə məxsusdur. Həmin torpaq sahələrinin üzərində nəzarətin həyata keçirilməsi, alqı-satqısı, həmçinin istifadəsinə icazə verilməsi Şəmkir rayonu, Ələsgərli bələdiyyəsinin nəzarətindədir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin əməkdaşları Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid4 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, , 2017-ci ildən Şəmkir RİH başcısının Ələsgəri kənd İƏD üzrə nümayəndəsi vəzifəsində işləyir, Şəmkir rayon Polis şöbəsində istintaqı aparılan cinayət işi ilə əlaqədar onu qeyd etmişdir ki, Şəmkir rayon Əlsəgərli kənd sakini Təqsirləndirilən şəxs tanınıyır, 2019-cü ildə Təqsirləndirilən şəxs Şəmkir rayon İcra Hakimiyyətinə müraciət edərək ona torpaq sahəsini verilməsini xahiş etmişdir. Şəmkir rayon İcra Hakimiyyətinin başcısı ona və mərhum bələdiyyə sədri Aydın Xəlilova bildirmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Ələsgərli kənd ərazisindən torpaq sahəsi verilsin.Torpaq islahatı ona aid olmadığına görə mərhum bələdiyyə sədri X31 Alıyevə Şəmkir rayon Ələsgərli kənd ərazisindən 0,75 hektar torpaq sahəsi vermişdir. Lakin Təqsirləndirilən şəxs qeyd edilən torpaq sahəsi ilə bağlı rəsmi olaraq heç bir sənədi olmamışdır. 2019-cü ildən halhazıra kimi Təqsirləndirilən şəxs mərhum bələdiyyə sədri Aydın Xəlilovun verdiyi torpaq sahəsinə heç bir icarə müqaviləsi olmadan bu günə kimi əkin işləri aparmışdır. Cinayət işinin materiallarında olan xx.xx.2022–ci il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq zəbt etdiyi torpaq sahəsinə baxış keçirilməklə protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs tərəfindən zəbt olunan torpaq sahəsinin bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Qazax ərazi şöbəsinin xx.xx.2022–ci il tarixli aktından görünür ki, 14 sentyabr 2022–ci il tarixdə Ələsgərli bələdiyyəsi Zərərçəkmiş şəxs iştirakı ilə Şəmkir rayonu Ələsgərli bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrində araşdırma aparılmış, Ələsgərli bələdiyyəsi tərəfindən xx.xx.2022–ci il tarixli 22 nömrəli məktubda göstərilən ərazilərə baxış keçirilmiş və həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən Ələsgərli kəndinin kompleks yer quruluşu xəritəsinə və X10 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Ələsgərli bələdiyyəsinə məxsus torpaq sahələri X21 və X9 birlikdə (şərikli) 2,73 (X=563820: Y=4518111), X5 2,85 ha (X=565316: Y=4517721), X1 0,98 ha (X=565372: Y=4517748), X21 1.20 ha (X=567669: Y=4515007), X6 1.46 ha (X=567804: Y=4515062), X7 4.2 ha (X=567624: Y=4518208), X22 0.75 ha (X=566829: Y=4520211) və X15 1.61 ha (X=566437: Y=4520871) ölçüdə kənd təsərrüfat təyinatlı torpaq sahələrində heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan zəbt edilərək əkin işləri aparılması faktları aşkar edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Ələsgərli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində arvadı və dörd nəfər uşağı vardır. Cinayət işinin materiallarında olan Ələsgərli Bələdiyyəsinin xx.xx.2024–cü il tarixli məktubundan görünür ki, Ələsgərli Bələdiyyəsinin mülkiyyətinə aid olan və Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 0.75 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyə mülkiyyətinə geri qaytarılmışdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 2019-cü ilin payız aylarından 2024-cü ilin aprel ayınadək olan müddət ərzində Şəmkir rayonu, Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Ələsgərli kəndində yerləşən bələdiyyə mülkiyyətinə aid 0,75 hektar (X=566829: Y=4520211) ərazisi olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində buğda əkib–becərərək özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3–cü maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası CM–nin 74–cü maddəsinə əsasən, şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası CPM–nin 39.1.11–ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsinə əsasən, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM–nin 43.1.2–ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini Şəmkir rayonu X8 sahibliyinə və istifadəsinə qaytarmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74–cü maddəsinin və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39, 40 və 305.1–ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021–ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini – ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin Ələsgərli Bələdiyyəsinin mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin yenidən X8 sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 188.3–cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, şəraitin dəyişməsinə görə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 48 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar