Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-190/2025 23.05.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1967-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşayan və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq ələ keçirmək məqsədi ilə etibardan sui-istifadə etmə və adatma yolu ilə Gədəbəy rayonu, Pərizamanlı kənd sakini Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan məlumatlar verib sonuncunun inam və etibarını qazanmış, daha sonra Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışlarının olması, həmin tanışları vasitəsilə dayandırılmış təqüdünün bərpa edilməsinə köməklik göstərəcəyinə dair yalandan məlumat və vədlər verərək sonuncunu inandırıb, Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şəmkir rayon filialının yaxınlığındakı “Lapetit” adlı şirniyyat mağazasının qarşısında etibardan sui-istifadə etmə və adatma yolu ilə hissə-hissə olmaqla, vahid niyyətlə 2023-cü ilin mart ayının ortalarında istintaqa məlum olmayan tarixdə ilkin olaraq 5000 (beş min) manat məbləğində nəğd pulunu, 2023-cü ilin mart ayının axırlarında istintaqa məlum olmayan tarixdə əlavə olaraq 3000 (üç min) manat məbləğində nəğd pulunu, ümumilikdə Zərərçəkmiş şəxs məxsus 8000 (səkkiz min) manat məbləğində pulunu ələ keçirmiş, sonradan vədinə əməl etməyərək Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək törətdiyi cinayət əməllərini tam etiraf etmiş ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəlikdən əziyyət çəkmir və bununla əlaqədar olaraq müalicə olunmamışdır. Psixi cəhətdən özünü sağlam hesab edir. O, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Bu mahiyyət üzrə bildirmişdir ki, Gədəbəy rayonu, Pərizamanlı kənd sakini Zərərçəkmiş şəxs ilə 2023-cü ilin mart ayının ortalarında tanış olmuşdur. Belə ki, o, həmin vaxt Şəkərli diabet xəstəliyi ilə bağlı Şəmkir rayon Mərkəzi xəstəxanasına getmişdir. Orada Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs ona 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili kimi əvvəllər təqaüd almasını, lakin aldığı təqaüdün 2023-cü ilin mart ayının əvvəlindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dayandırılmasını və əlilliyi ilə bağlı sənədlərini toplamaq üçün Şəmkir rayon Mərkəzi xəstəxanasına gəlməsini bildirmişdir. Həmin vaxt o, Zərərçəkmiş şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində tanışının olmasını bildirərək, onun dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Daha sonra o, Zərərçəkmiş şəxs dayandırılmış təqaüdünü bərpa etdirmək üçün bu işin qarşılığında ondan 5000 (beş min) manat məbləğində pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs onunla razılaşmışdır. Beləliklə də Zərərçəkmiş şəxs 2023cü ilin mart ayının ortalarında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Şəmkir rayon filialının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə nəğd olaraq ona 5000 (beş min) manat məbləğində pulu əmisi oğlu Şahid yanında vermişdir. 2023-cü ilin mart ayının sonlarında o, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, onun dayandırılmış təqaqüdünü bərpa etdirmək üçün Bakı şəhərinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə gedib-gəlməyini və bu səbəbdən də əlavə xərclərinin olmasını bildirərək, Zərərçəkmiş şəxs əlavə olaraq 3000 (üç min) manat məbləğində pul istəmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs də onunla razılaşmışdır. 2023-cü ilin mart ayının sonlarında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Şəmkir rayon filialının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə Zərərçəkmiş şəxs nəğd olaraq ona 3000 (üç min) manat məbləğində pulu vermişdir. 2023-cü ilin mart ayının sonunda o, Zərərçəkmiş şəxs özü ilə birlikdə Bakı şəhərinə Respublika Əlillərin Bərpa Mərkəzinə aparmış, orada işləyən şəxslər ona və Zərərçəkmiş şəxs adının sistemdə olmamasını bildirmişlər. Daha sonra o, Zərərçəkmiş şəxs Şəmkir rayon Mərkəzi xəstəxanasında onun adını sistemə yazdıracağını bildirmişdir. 2024-cü ilin yanvar ayında o, Zərərçəkmiş şəxs mobil telefon vasitəsi ilə zəng edərək, onun adını Şəmkir rayon Mərkəzi xəstəxanasında qeydə alınmasını və sistemdə adının göstərilməsini bildirərək, ona Respublika Əlillərin Bərpa Mərkəzinə getməyini bildirmişdir. 2024-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, Bakı şəhərinə Respublika Əlillərin Bərpa Mərkəzinə getməsini, lakin orada adının sistemdə olmadığını bildirilmişdir. Daha sonra Zərərçəkmiş şəxs ona verdiyi ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulunu ondan istəmişdir. Onun isə maddi cəhətdən çətinlikləri olduğu üçün Zərərçəkmiş şəxs dayandırılmış təqüdünü bərpa etdirmək adı ilə aldığı 8000 (səkkiz min) manat məbləğində pulu öz şəxsi ehtiyacları üçün xərclədiyini bildirmişdir. O, hazırda Zərərçəkmiş şəxs qarşı etdiyi əməllərindən peşmandır. Hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışdır, ona dəymiş ziyanı ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbi yoxdur. Odur ki, barəsində olan cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Gədəbəy rayonu, Pərizamanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əmək fəaliyyəti ilə məşğul olur. Ailəlidir 2 övladı var. İfadə verməyinin səbəbi ona tam aydındır. Şikayətinin mahiyyəti üzrə bildirmişdir ki, o, əvvəllər 1-ci Qarabağ müharibəsinin 2-ci qrup əlili kimi təqaüd almışdır. Lakin onun aldığı təqaüd 2023-cü ilin mart ayından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tıərəfindən dayandırılmışdır. O, da 2023-cü ilin mart ayında əlilliyi ilə bağlı sənədlərini toplamaq üçün Şəmkir rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Həmin vaxt orada Şəmkir rayonu, Seyfəli kənd sakini Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Söhbət əsnasında Təqsirləndirilən şəxs ona Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Şəmkir rayon şöbəsində işləməsini bildirərək, onun dayandırılmış təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Daha sonra Təqsirləndirilən şəxs onun dayandırılmış təqaüdünü bərpa etdirmək üçün bu işin qarşılığında ondan 5000 (beş min) manat məbləğində pul istəmişdir. Həmin vaxt o, da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Beləliklə də o, 2023-cü ilin mart ayının ortalarında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Şəmkir rayon filialının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs nəğd olaraq 5000 (beş min) manat məbləğində pulu əmisi oğlu Şahid yanında vermişdir. 2023-cü ilin mart ayının sonlarında Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, onun dayandırılmış təqaqüdünü bərpa etdirmək üçün Bakı şəhərinə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə gedib-gəlməsini və bu səbəbdən də əlavə xərclərinin olmasını bildirərək, ondan əlavə olaraq 3000 (üç min) manat məbləğində pul istəmişdir. O, da Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Bu səbəbdən də o, 2023-cü ilin mart ayının ortalarında Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən "xxxx" Açıq Səhimdar Cəmiyyətinin Şəmkir rayon filialının yaxınlığında yerləşən adını xatırlamadığı kafedə Təqsirləndirilən şəxs nəğd olaraq 3000 (üç min) manat məbləğində pulu vermişdir. 2023-cü ilin mart ayının sonunda Təqsirləndirilən şəxs onu özü ilə birlikdə Bakı şəhərinə Respublika Əlillərin Bərpa Mərkəzinə aparmışdır. Orada işləyən şəxslər ona və Təqsirləndirilən şəxs onun adının sistemdə olmamasını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs ona Şəmkir rayon Mərkəzi xəstəxanasında adını sistemə yazdıracağını demişdir. 2024-cü ilin yanvar ayında Təqsirləndirilən şəxs ona mobil telefon vasitəsi ilə zəng edərək, Şəmkir rayon Mərkəzi xəstəxanasında onun adının qeydə alınmasını və sistemdə adının göstərilməsini bildirərək, ona Respublika Əlillərin Bərpa Mərkəzinə getməyini bildirmişdir. O, da 2024-cü ilin yanvar ayında Bakı şəhərinə Respublika Əlillərin Bərpa Mərkəzinə gedən zaman orada adının sistemdə olmadığı ona bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs onu aldatmasını başa düşdüyü üçün o, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zənglə və Şəmkir rayon Polis şöbəsinə isə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs onun dayandırılmış təqaüdünü bərpa etdirmək adı ilə ona məxsus ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək hal-hazırda Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəməsini, onunla barışmasını və ona qarşı şikayəti və tələbi olmamasını bildirərək Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi olmamış, məhkumluğu yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödənmiş, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş səxslərə vurmuş olduğu 8000 (səkkiz min) manat pulun 25 faizini yəni, 2000 manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməsi üçün əsaslar mövcuddur. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətmiş, cinayət əməli törətdikdən sonra zərərçəkmiş şəxsə barışıb ona vurduğu zərəri tamamilə ödəmişdir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını, zərərçəkmiş şəxsə dəymiş ziyanın tamamilə ödənilməsi, onların barışmasını və dəymiş ziyanın qanunla müəyyən olunmuş miqdarda faizini dövlət büdcəsinə ödəməsini əsas tutaraq cinayət işinə Azərbaycan Respublikası CM–nin 73-1.2-ci maddəsinə əsasən xitam verilməsini mümkün hesab edir. İşin icraatına xitam verilməsi təqsirləndirilən şəxsin, zərərçəkmişin manafeyinə uyğundur və üçüncü şəxslərin qanuni mənafelərini və hüquqlarını pozmur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə görə məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən məhkəmənin qərarı ilə xitam verilə bilər. Həmin Məcəllənin 40.2.2–ci maddəsində nəzərdə tutulmuşdur ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəticəsində cinayət təqibinə Azərbaycan Respublikası CM–nin 72-74-cü maddələrində nəzərdə tutulmuş hallarda xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2–ci maddəsində əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1–ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189–1.2–1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 178.2.4-cü maddəsi ilə verilmiş ittihamın həcmi 8000 manatdır. Azərbaycan Respublikası CM–nin 73–1.2–ci maddəsinin tələbinə görə təqsirləndirilən şəxs törətmiş olduğu cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi (8000 m x 25:100) 2000 manat təşkil edir. Göründüyü kimi məhkəmə iclasında cinayət işinin məhkəmə tərəfindən müəyyən olunmuş halları yuxarıda sadalanan qanunvericilik aktlarında göstərilən əsasları özündə ehtiva edir və bu əsasla Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə hər iş saatı üçün 6 manat və 11 manat olmaqla 120 (bir yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməlidir. Cinayət işi mülki iddia və məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, qəraraalır: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Məhkəmədə təqsirləndirilən şəxsə göstərdiyi 15 saat hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilsin Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-190/2025
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-190/2025
23.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver