Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-191/2023 05.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Tanırverdiyev Elnur Mehti oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1982-ci ildə Ermənistan Respublikası Vardenis rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Çənlibel kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binаsındа açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə müəyyən etdi: Şəmkir rayonu, Çənlibel kənd sakini Təqsirləndirilən şəxs 25 sentyabr 2022-ci il tarixdə istintaqa dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Çənlibel Bələdiyyəsinin mülkiyyətində olan Şəmkir rayonu, Çənlibel kəndində yerləşən 0,38 hektar ərazisi olan yaşayış məntəqəsinin torpaq sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan özbaşına tutmuş və həmin torpaq sahəsi üzərində taxıl əkibbecərib özbaşına əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1-ci maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə 1989-cu ildən Şəmkir rayonu Çənlibel kəndinə köçmüş, birlikdə oraya köçdükdən sonra, 2000-ci ilin əvvəllərində onlar həm mülkiyyətlərində olan, həm də olmayan torpaqlarda atası ilə birlikdə əkin işləri aparmağa başlamış, o, sonuncu dəfə istifadəsində olan 0.7 ha ərazidə yerləşən həmin torpaq sahəsində 25 sentyabr 2022-ci ildə əkin işləri apararaq orda taxıl əkmiş, bundan bir müddət sonra yaşadığı kəndin bələdiyyə sədri Nümayəndə yanına gələrək həmin əkin işləri apardığı 0.7 ha ərazidə yerləşən torpaq sahəsinin sənədlərinin olmadığını, bələdiyyə mülkiyyətindəki örüş torpaq sahəsi olduğunu bu səbəbdən də orada əkin işləri aparmamalı olduqlarını demiş, o, isə orada uzun müddətdir ki, əkin işləri apardığı üçün, ətrafda çox sayda bu cür torpaqlar olduğundan orada olan taxıla heç nə etməmiş, yetişməyini gözləmiş, sonradan isə ona Nümayəndə onun barəsində Şəmkir rayon Prokurorluğuna müraciət etməsi məlum olmuş, o, sonuncu dəfə taxılı orada 2022-ci ilin sentyabrında əkmiş, o, əkin işlərini orada 2022-ci ilin mart ayında ölən atası Nəbi Nəbiyev ilə, atası öldükdən sonra isə tək həyata keçirmişdir. Həmin torpaq sahəsində heç bir tikinti işi aparmamış, yalnız taxıl əkmiş, həmin taxıldan da heç bir məhsul götürməmişdir. Hazırda həmin torpaq sahəsini Bələdiyyənin sahibliyinə və istifadəsinə qaytarmışdır. Həmçinin, məhkəmə iclasında Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək, Bələdiyyəyə məxsus torpaq sahələrini artıq Bələdiyyənin istifadəsinə və sahibliyinə qaytardığından barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərdi ki, o, 2015-ci il tarixdən etibarən Şəmkir rayonu, Çənlibel Bələdiyyəsinin sədri işləyir. Şəmkir rayonu, Çənlibel kəndinin bir qrup sakinləri tərəfindən Bələdiyyə mülkiyyətinə aid olan torpaq sahələri qanunsuz olaraq zəbt edilərək istifadə edilmiş, o, bununla əlaqədar olaraq Şəmkir rayonu, Çənlibel kənd sakinlərindən öz qanunsuz əməllərini dayandırmağı tələb etmiş, lakin heç kim ona qulaq asmamış, o, bundan sonra 2022-ci ilin oktyabr ayında həmin torpaq sahələrində yoxlamalar apararaq bir neçə torpaq sahəsinin qanunsuz olaraq zəbt edilməsini dəqiqləşdirdikdən sonra bu barədə Şəmkir rayon Prokurorluğuna məktubla müraciət etmiş, onun ilkin yoxlamaları zamanı Təqsirləndirilən şəxs, X1 və X5 bələdiyyəyə məxsus örüş təyinatlı torpaqda taxıl əkilməsini, torpaqların qanunsuz olaraq zəbt edilməsini müəyyən etmiş, o, bunları müəyyən edib Şəmkir rayon Prokurorluğuna müraciət etdikdən sonra 2023-cü ilin may ayında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşı ilə birlikdə Təqsirləndirilən şəxs, X5 və X1 əkin işləri apardıqları torpaqlarda onun iştirakı ilə baxış keçirilmiş, o, həmin əməkdaşa bələdiyyə ərazisinin xəritəsini təqdim etmiş, həmin ərazilərdən götürülmüş döngə koordinatlarına əsasən kəndin kompleks yer quruluşu xəritəsinə və X3 Uçotu İnformasiya sisteminin məlumatlarına əsasən baxış zamanı Şəmkir rayonu Çənlibel bələdiyyəsinə məxsus torpaq sahələrindən X5 Bələdiyyə mülkiyyətində olan torpaqlardan 0.29 ha örüş təyinatlı torpağı, Əbil Niftalıyevin 0.5287 ha örüş təyinatlı bələdiyyə mülkiyyətində olan torpağı, Təqsirləndirilən şəxs 0.38 ha bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpağı qanunsuz olaraq zəbt edib əkin işləri aparması müəyyən edilmiş, həmin zəbt edilən torpaqların hər biri bələdiyyə mülkiyyətində olan örüş torpaqları olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qeyd olunan 0.38 ha örüş təyinatlı torpaq sahəsini bələdiyyənin sahibliyinə və istifadəsinə geri qaytarmışdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə həmçinin xx.xx.2023-cü il tarixli arayışı məhkəməyə təqdim edərək, X9 tərəfindən zəbt edilmiş 0.38 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyəyə təhvil verildiyini, həmin torpaq sahəsinin bələdiyyənin istifadəsində olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır, hal-hazırda Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu Çənlibel kəndinin icra nümayəndəsi vəzifəsində işləyir, Təqsirləndirilən şəxs və hal-hazırda ölmüş atası Nəbi Nəbiyevin yaşadıqları evin üst tərəfində kənd təsərrüfatı ilə məşğul olduqlarını, yəni həmin yerdə taxıl əkdikləri barədə məlumatlı olmuş, o, həmin şəxslərin torpağın üzərində mülkiyyət hüququnun olub-olmaması, həmin torpağı zəbt edib-etməməsi barədə məlumatlı olmamış, həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olduğu üçün onun bu barədə tam olaraq dəqiq məlumatı olmamış, o, sadəcə olaraq bir müddət əvvəl Çənlibel kəndinin bələdiyyəsinin Təqsirləndirilən şəxs taxıl əkdiyi həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması, Nümayəndə isə bu barədə Şəmkir rayon Prokurorluğuna müraciət etməsi barədə eşitmişdir. İş materiallarənda olan zərər çəkmiş şəxs Nümayəndə tərəfindən verilmiş 05 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən zəbt edilmiş 0.38 ha torpaq sahəsi məhkəmə baxışı zamanı bələdiyyəyə təhvil verilmiş, həmin torpaq sahəsi hazırda bələdiyyənin istifadəsindədir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş və götürülməmiş məhkumluğu yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinə əsasən şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və ya bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edildikdə, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət və ya az ağır cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsində qeyd olunan əsaslarla cinayət məsuliyyətindən azad etmək səlahiyyəti məhkəmə baxışının gedişində məhkəməyə verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və icarə hüququ olmadan torpaq sahəsi üzərində əkin işləri aparmaqla torpaq üzərində mülkiyyət hüququnu pozma cinayət əməlini törətsə də, hazırda həmin torpaq sahəsini Şəmkir rayonu X4 sahibliyinə və istifadəsinə qaytarmışdır. (Şəmkir rayon X6 xx.xx.2023-cü il tarixli arayışı) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəraitin dəyişməsi nəticəsində törədilmiş əməlin və bu əməli törətmiş şəxsin ictimai təhlükəli olmadığı müəyyən edilməsi ilə cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40 və 305.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 sentyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, cinayət hüquq nəzəriyyəsində şəraitin dəyişməsi dedikdə, cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə şəxsin həyatında şəraitin ciddi surətdə dəyişməsi başa düşülür. Belə hallarda şəraitin dəyişməsi şəxsin həyatı ilə bağlı olur. Bu, cinayət törədən şəxsin yaşayış yerini dəyişməsində, ali məktəbə daxil olmasında, həqiqi hərbi xidmətə getməsində və s. ifadə oluna bilər. Bundan başqa, şəraitin dəyişməsi siyasi, iqtisadi və sosial sahələrdə baş verən dəyişikliklərlə də bağlı ola bilər. Belə dəyişiklik ölkə miqyasında və ya müəyyən regionda, şəhərdə və s. ərazidə baş verə bilər. Şəraitin dəyişməsinin nisbətən geniş miqyasda baş verməsi ictimai münasibətlər sistemində elə dəyişikliyi nəzərdə tutur ki, bunun təsiri ilə cinayət əməli öz maddi əlamətini - ictimai təhlükəliliyini itirir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona verilmiş ittiham üzrə nəzərdə tutulmuş cinayət əməlini törədərkən mübahisəli torpaq sahəsinin X4 mülkiyyətində olması, hazırda isə həmin torpaq sahəsinin yenidən X4 sahibliyinə və istifadəsinə qaytarılması onun cinayət törədilən ana qədər mövcud olan vəziyyətlə müqayisədə hazırki vəziyyətdə şəraitin ciddi surətdə dəyişməsi kimi qiymətləndirilməlidir. Bu baxımdan məhkəmə qeyd edilənlərin fonunda hesab edir ki, Təqsirləndirilən şəxsnın törətdiyi cinayət az ağır cinayətlər kateqoriyasına aid olduğundan və ona münasibətdə hazırki vəziyyətdə şərait dəyişdiyindən o, cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunmalı əmlak və mülki iddia yoxdur. İş üzrə məhkəmə xərci – dövlət büdcəsi hesabına təyin edilmiş vəkilin ibtidai istintaqda təqsirləndirilən şəxsə göstərdiyi hüquqi yardıma görə sərf etdiyi 10 saat iş vaxtı üçün 60 manat pul vəkil Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 74-cü maddəsi tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə başlanmış cinayət təqibinə və cinayət işi üzrə üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri ləğv edilsin. Göstərdiyi 10 saat hüquqi yardıma görə 60 (altmış) manat pul dövlət büdcəsinin vəsaiti hesabına Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan bu müddətdə şikayət və ya protest verilmədikdə qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-191/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-191/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver