Məhkəmə qərarları › İş №1(076)-192/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-192/2025

04.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-192/2025 04.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi, Eminbəyli Firuzə Ramiz qızının katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəmkir rayonu Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1981-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, işsiz, Şəmkir rayonu, İrmaşlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “Polisi nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında ,açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, 2025-ci ilin fevral ayının sonlarında istintaqla dəqiq müəyyən edilə bilməyən tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində yolun kənarından taparaq əldə etdiyi narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamış, sonra isə yaşadığı kənd ərazisində üzərində gəzdirərək daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon Polis X24 bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən, Təqsirləndirilən şəxs 28 fevral 2025-ci il tarixdə, saat 14:06 radələrində Şəmkir rayonu, İrmaşlı kəndi ərazisində saxlanılaraq Şəmkir rayon polis X24 bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən üstü yoxlanarkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 9,94 qram bitki mənşəli kütlə, xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, səhər saat 09 radələrində kəndlərində olan yas mərasiminə getmiş və yas mərasimindən çıxanda qohumu Sədi müəllim onu avtomobili ilə yaşadığı evin qarşısında düşürmüşdür. O, içəri keçəndə anası və xalası evdə olduğunu görmüşdür. Təxminən on beş iyirmi dəqiqə söhbət etmişdir ki, evin qapısının döyülməsini eşidib kameraya baxanda kəndlərinin sahə rəisi Ömər müəllim və yanında tanımadığı mülkü geyimdə bir nəfər şəxsin olduğunu görüb qapını aşmışdır. Ömər ona onunla şöbəyə getməli olduğunu bildirmişdir. O, evdə anasına və xalasına məlumat verərək onlarla birlikdə Şəmkir Rayon Polis X24 Bölməsinə getmişdir. Polis bölməsinə çatan kimi ona narkotik vasitə çəkməsini və bu barədə şəklinin olmasını bildirmişlər. O, kimin bu barədə məlumat verməsini soruşduqda ona “sən getməlisən zakaz gəlib edyə” bildirmişlər. Əvvəlcə ona silah təqdim edərək silahı qəbul etməsini bildirmişlər. Sonra içərisində narkotik vasitə olan bir ədəd sellofan bükümü ona təqdim etmiş və həmin narkotik vasitəni qəbul edərək ona aid olduğunu bildirməsini, həmin narkotik vasitəni qəbul edəcəyi təqdirdə tutulmayıb buraxılacağını, əks təqdirdə ona ağır maddə ilə ittiham veriləcəyini bildirmişdir. O, həmin vaxt məcbur olub polis əməkdaşı tərəfindən təqdim olunmuş narkotik vasitəni qəbul etmişdir. Bundan sonra videoçəkiliş vasitəsilə onun üzərində axtarış aparılmış və polis əməkdaşı tərəfindən ona təqdim olunmuş narkotik vasitə olan marixuananı aşkar edilmişdir. O, həmin vaxt məcbur olub cinayət əməli törətməsini etiraf etmiş, bu barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Polis əməkdaşları tərəfindən ona fiziki zor tətbiq olunmasada, o, təzyiq altında olduğundan üzərində şəxsi axtarış aparılan zaman və təqsirləndirilən şəxs qismində dindirilərkən üzərindən aşkar edilərək götürülən narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Əslində onun üzərindən aşkar olunmuş narkotik vasitə ona aid olmamış, Şəmkir Rayon Polis X24 Bölməsinin rəisinin müavinin Xaliq müəllimin xidməti otağında onun göstərişi ilə polis əməkdaşı tərəfindən onun üzərinə yerləşdirilmişdir. O, hesab edir ki, qaynatası tərəfindən onun barəsində şikayət olunub və onun tərəfində polis bölməsinə narkotik vasitə istifadə etməsi barədə yalan məlumat verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini, himayəsində azyaşlı uşaqlarının olmasını nəzərə alaraq məhkəmədən barəsində amnistya tətbiq edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şəmkir rayon Polis şöbəsinin Zəyəm PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Şəmkir rayonu, İrmaşlı kənd sakini Təqsirləndirilən şəxs xidməti işi ilə əlaqədar olaraq tanıyır. Belə ki, 28 fevral 2025-ci il tarixdə Şəmkir rayonu, İrmaşlı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri daşıması, saxlaması və istifadəsi barədə etimad doğuran, məlum, qərəzsiz mənbədən Şahid1 məlumat daxil olmuş, daxil olmuş məlumat barədə Şəmkir rayon Polis X24 bölməsinin rəisinə raportla müraciət edildikdən sonra rəisin razılığı ilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş qərara əsasən Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkili Şahid1, Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə rəisi, polis leytenantı Şahid3, Şəmkir RPŞ-nin Zəyəm PB-nin sahə polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə, saat 14:06 radələrində əməliyyat yolu ilə daxil olmuş məlumatı dəqiqləşdirmək üçün əməliyyat qrupunun üzvləri ilə birlikdə əməliyyat məlumatının daxil olduğu Şəmkir rayonu, İrmaşlı kəndində Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmaqla ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və bunun üçün də üzərində yoxlama aparılacağını bildirmişlər. Həmin vaxt sahə polis nəfəri Şahid4 tərəfindən fasiləsiz videoçəkiliş aparılmışdır. Üzərində yoxlama aparılan X17 üzərində narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş hər hansı əşya və predmət olub-olmaması soruşulmuş və olduğu halda təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən bir ədəd sellofan bükümdə olan qurudulmuş marixuanaya bənzər, yaşıl rəngli ot kütləsini təqdim etmiş, həmin kütləyə baxış zamanı kütlənin ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşamasını görmüşlər. Təqsirləndirilən şəxs həmin marixuananı Şəmkir rayonu İrmaşlı kəndində piyada hərəkətdə olan zaman yolun kənarında tapmasını, şəxsi istifadəsi üçün üzərində saxlamasını bildirmiş, həmin kütlə tərəfindən sellofan qablaşdırma ilə birlikdə elektron tərəzi vasitəsilə çəkilmiş və çəkisinin 10,07 qram olması müəyyən edilmiş, daha sonra həmin sellofann içərisində olan kütlə ilə birlikdə zərfə qoyularaq DİN-in zərflər üçün olan 228 saylı möhürü ilə möhürlənmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş digər əşyalar iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Üst yoxlama prosesi bitdikdən sonra Təqsirləndirilən şəxs Şəmkir rayon polis X24 bölməsinə gətirmişlər və keçirilmiş əməliyyat tədbirinin nəticəsi barədə Şəmkir RPŞ-nin Zəyəm PB-nin rəisinə raportla məruzə etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlənin qablaşdırıldığı bir ədəd zərfi Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Əliyevə təqdim etmişdir. Həmin zərf təhqiqatçı tərəfindən videogörüntü ilə ondan götürülmüş, eləcə də Təqsirləndirilən şəxs təhqiqatçı Emil Əliyevə təqdim etmişdir. Sonradan ona məlum olmuşdur ki, Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Emil Əliyev tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin edilmiş və müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərindən iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmət aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid4 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun bacısı oğludur. O, bacısı xəstə olduğu üçün bacısının yanına getmişdir. Hadisə baş verən günü, Aqil kənddə olan yas mərasimindən evə gəlmiş biraz söhbət etdikdən sonra bir nəfər mülki geyimdə olan polis əməkdaşı gələrək Aqili özü ilə aparmışdır. Aqili nə səbəbə aparmalarını bilməmişdir. Bundan başqa X2 cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən aparılarkən o, darvazadan küçəyə çıxmamışdır və avtomobildə kimlərin olmasını görməmişdir. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğludur. O, xəstə olduğu üçün bacısı onun yanına getmişdir. Hadisə baş verən günü, Aqil kənddə olan yas mərasimindən evə gəlmiş biraz söhbət etdikdən sonra qapının döyülməsini eşidib Aqil çölə çıxan kimi bir nəfər mülki geyimdə olan polis əməkdaşı Aqili avtomobilə otuzduraraq polis bölməsinə aparmışdır. Sonradan Aqil ona bildirmişdir ki, polis əməkdaşları onun qabağına silah və narkotik vasitəni qoyaraq bunlardan birini göturməsini bildirmişlər. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. O, hörgü üçüran zaman VAZ-2107 markalı avtomobil gələrək üç nəfər şəxs Aqilgilin darvazasını döymüşlər, onlarda iki nəfəri polis geyimində, bir nəfəri isə mülki geyimdə olmuşdur. Həmin şəxslər özləri ilə Təqsirləndirilən şəxs apararaq getmişlər. Bundan başqa X3 cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs VAZ-2107 markalı avtomobil ilə aparmışlər və avtomobili kəndin sahə rəisi Ömər adlı şəxs sürmuş, Aqili avtomobilə dəvət edən mülki geyimdə olan şəxsi isə tanımamışdır. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Şəmkir rayonu, İrmaşlı kəndində yaşayır. O, Təqsirləndirilən şəxs evlərinin qarşısında hörgü hörmək üçün xim yeri qazan zaman Ömər adlı şəxs gələrək Aqili aparmışdır. sonrad eşitmişdir ki, polis şöbəsində Aqilin qarşısına silah və narkotik vasitə qoyaraq ikisindən birini götürməsini demişlər.Bundan başqa X1 cavablandırarkən qeyd etdi ki, Təqsirləndirilən şəxs Ömərin VAZ-2107 markalı avtomobil ilə aparmışlər. Aqilin dalınca gələn üç nəfər şəxs olmuşdur ki, onlardan iki nəfər polis formasında bir nəfər isə mülki geyimdə olmüşdur. Məhkəmə baxışı iclasında müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, o, Şəmkir rayonu, İrmaşlı kəndininin sahə rəisi vəzifəsində xidmət edir. O, Təqsirləndirilən şəxs kənd sakini kimi tanıyır. O, Təqsirləndirilən şəxs tutulan zaman o, əməliyyat qrpunda olmamışdır və o, bölmədə olmuş, Təqsirləndirilən şəxs bölmədə görmüşdür. Bundan başqa şahid X5 cavablandırarkən qeyd etdi ki, X19 şübhəli şəxs qismində saxlanılarkən, eləcə də Şəmkir Rayon Polis X4 qarşı işgəncə, fiziki və ya psixi zorakılıq göstərilməsinin şahidi olmamışdır. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işində olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 28 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, həmin tarixə, saat 14:06-də Təqsirləndirilən şəxs Şəmkir rayonu, İrmaşlı kəndində saxlanılaraq saxlanıldığı yerdə üstü yoxlanılmış və onun əynindəki qara rəngli gödəkcənin sağ yan cibindən 01 (bir) ədəd selofana bükülmüş vəziyyətdə narkotik vasitə olan marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş çəkilərək protokola əlavə olunmuşdur. “Təqdim edilən əşyaya baxış keçirilməsi və götürmə barədə” 28 fevral 2025–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, 28 fevral 2025–ci il tarixdə Şəmkir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Emil Əliyev tərəfindən Şəmkir RPŞ-nin Zəyəm PB-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən təqdim edilmiş Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı üzərindən aşkar edilərək qablaşdırılmış içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlənin olduğu zərfə baxış keçirilərək götürülmüş, bu barədə protokol tərtib edilmiş, video çəkilərək protokola əlavə edilmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 28 fevral 2025–ci tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməsinə kifayət qədər əsaslı şübhələr olduğundan xx.xx.2025-ci il tarixdə, saat 15:15-də şübhəli şəxs olaraq tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X22 Bölməsinin xx.xx.2025–ci il tarixli 16/203 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Saxlanılan şəxsin üzərindən çıxan siqaret sellofanına bükülmüş yad kütləyə oxşayan maddə” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 9,94 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. “Təqsirləndirilən şəxsin RPŞ-nin MSY-dən azad edilməsi və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixində Şəmkir RPŞ-nin MSY-dən azad edilmişdir. Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 07 mart 2025–ci il tarixli, 362 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Şəmkir Rayon Poliklinikasının xx.xx.2025–ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Poliklinikasında psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 06 ay 03 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 01 mart 2025-ci il tarixli 137 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. Şəmkir RİHB-nın İrmaşlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İşə əlavə edilmiş döğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu ildə anadan olmuş Ömər, xx.xx.2011-ci ildə anadan olmuş Fidan və xx.xx.2014-cü ildə anadan olmuş Dinar adlı üç nəfər yetkinlik yaşına çatmayan uşağı var. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X20 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Yuxarıdakılara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, onun həmin əməli törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı sübut olunur. Məhkəmə iclasında müdafiə tərəfi məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini və barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının tətbiq edilməsini xahiş etmişlər. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib, təqsirləndirilən şəxsin ərizəsini nəzərə alıb hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsin dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1 və 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının: 19 və 19.5-ci bəndlərinə əsasən amnistiya Azərbaycan Respublikası Cinayət, Cinayət-Prosessual və Cəzaların İcrası məcəllələrinin tələblərinə uyğun olaraq bu Qərarın 2.12-ci və 2.13-cü bəndlərində, 3-cü və 5-ci hissələrində nəzərdə tutulan şəxslər barəsində məhkəmələr tərəfindən tətbiq edilir. 24-cü bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan, bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarılır. 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 1.16-cı bəndində öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər nəzərdə tutulmuşdur. 6 və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır cinayətdir və himayəsində 03 yetkinlik yaşına çatmayan uşağı olduğundan yuxarıda qeyd edilən amnistiya qərarının 1.16-ci bəndi onun barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir və həmin qərarın 6 və 7-ci bəndlərində nəzərdə tutulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs əməlinə şamil olunmur. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarının 1.16-cı bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edildiyindən və cinayət təqibinə xitam verildiyindən barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınan Şəmkir rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 9,90 qram qalıq çəkisi olan narkotik vasitə qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılmalı (CPM-132), 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. (CPM-198.1). Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalı qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Həmçinin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 saata görə 286 manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39, 43, 321, 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisin Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - Şəmkir RPŞ–də saxlanılan, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 9,90 qram narkotik vasitə olan qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30.40 (otuz manat qırx qəpik) məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Qərarın icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 26 (iyirmi altı) saata görə 286 (iki yüz səksən altı) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ01351**********2944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya çikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar