Məhkəmə qərarları › İş №1(076)-193/2023

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-193/2023

31.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-193/2023 31.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs iştirakı ilə 26 avqust 2002–ci il tarixdə Şəmkir rayonu, Şiştəpə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu, Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Belə ki, o, 26 avqust 2002–ci il təvəllüdlü olmaqla, on altı yaşına çatmayan, xx xxxx 2008–ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə aralarında yaranmış sevgi münasibətləri zəminində ailə qurmaq məqsədilə 04 mart 2023–cü il tarixdə yaşadıqları evi birlikdə tərk edərək Şəmkir rayonu, Şiştəpə kəndində yerləşən, içərisində yaşayış olmayan X2 məxsus fərdi yaşayış evinə gedib, orada 05 mart 2023–cü il tarixdən 07 mart 2023–cü il tarixədək olan müddət ərzində bir neçə dəfə öz gərginləşmiş cinsiyyət orqanını sonuncunun öz razılığı əsasında cinsiyyət orqanına yarımçıq daxil etməklə aralarındakı yaş fərqi iki ildən çox olan zərərçəkmiş Zərərçəkmiş şəxs cinsiyyət orqanının kiçik cinsiyyət dodaqlarının uşaqlıq yolu dəhlizinə keçən hissəsində qansızmalar ilə müşayiət olunan xəsarətlərin yaranmasına səbəb olmuş onunla təbii, həmçinin qeyri–təbii yolla cinsi əlaqədə olmaqla on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, təxminən bir il olar ki, həmkəndlisi Elviranın qızı Tünzalə ilə tanış olmuş və onunla bir–birini sevmişlər. Onlar mütəmadi olaraq telefon vasitəsi ilə əlaqə saxlamışlar. Tünzalə Şiştəpə kənd orta məktəbinin doqquzuncu sinfində oxumuşdur. Təxminən bir neçə ay əvvəl onları birlikdə danışdığı zaman görən şəxslər bu barədə onun valideyininə bildirmişlər. Anası da Tünzalə ilə onun evlənməsinə razılıq vermədiyindən Tünzalənin anası Elviraya zəng edərək bu barədə məlumat vermişdir. Bundan sonra Tünzalənin anası Tünzalədə olan mobil telefonu götürmüşdür. Bu səbəbdən Tünzalə telefon tapdıqda onunla əlaqə saxlamışdır. 2023–cü ilin mart ayının əvəvllərində eşitmişdir ki, Tünzalə barədə maraqlanan şəxs vardır, lakin kim olmasını bilməmişdir. 04 mart 2023–cü il tarixdə Tünzalənin kənddə olan hüzr yerində olduğunu bildiyindən və həmin hüzr yerinə gedərək balaca uşaqlardan birini Tünzalənin yanına göndərərək Tünzaləni görüşə çağırmışdır. Həmin gün saat təxminən 15 radələrində kəndin mərkəzinə yaxın yerdə ara yolların birində Tünzalə ilə görüşərək söhbət etmiş və Tünzalə ilə maraqlanan şəxsin kimliyi ilə maraqlanmışdır. Lakin Tünzalə həmin şəxsi tanımadığını bildirmişdir. Onlar söhbət etdiyi zaman saat təxminən 18 radələrində tanışlarından biri zəng edərək harada olmasını soruşmuş, o da həmin tanışına işi olduğunu bildirdikdə həmin şəxs ona Tünzaləni qaçırması barədə anasının ondan şikayət etdiyini, hazırda polis əməkdaşlarının onu axtardığını demişdir. O, əvvəlcə inanmamış, Tünzalə ilə birlikdə ara yollarla yaşadığı evə tərəf getdikdə yaşadığı evdə polis əməkdaşlarının olduğunu görmüşdür. O, Tünzaləyə evə getməyi məsləhət görmüş, lakin Tünzalə evə getməyə qorxduğunu bildirmişdir. Bundan sonra onlar birlikdə gedib haradasa gizlənməyi, ara sakitləşdikdən sonra ortaya çıxmağı qərara almışlar. Bu məqsədlə Şəmkir rayonu Şiştəpə kəndinin mərkəzi hissəsində kimsənin olmadığı evə gedərək gecəni orada qalmışlar. Sabahı gün, yəni 05 mart 2023–cü il tarixdə saat təxminən 21 radələrində onlar cinsi əlaqədə olduqları halda onları kimsənin ayıra bilməyəcəyini fikirləşmişlər. Bu barədə Tünzalə də onunla razılaşmışdır. Qaldığı yerdə çarpayının üzərində olan döşəyi yerə atmışdır. Onlar ikisi də yarımçıq soyunaraq yatağa uzanmışlar. O, cinsi əlaqədə olmaq üçün öz cinsiyyət orqanını Tünzalənin cinsiyyət orqanına bir qədər daxil etdikdə Tünzalə yavaş səslə qışqırdığından o, dayanmışdır. Bundan sonra heç bir hərəkət etməmişdir. Lakin həmin vaxt Tünzalənin cinsiyyət orqanından qan gəlmədiyindən o, Tünzaləyə bu barədə sual verərək əvvəllər kiminləsə cinsi əlaqədə olub–olmamasını soruşmuşdur. Tünzalə isə əvvəllər heç bir kəslə yaxınlığı olmadılğını bildirmişdir. Bundan sonra o, heç bir hərəkət etməmiş və ikisi də gecəni yatmışlar. 06 mart 2023–cü il tarixdə axşam saatlarında onlar yenidən cinsi əlaqədə olmaq üçün soyunaraq uzanmış və o, yenidən öz sinsiyyət orqanını Tünzalənin cinsiyyət orqanına bir qədər daxil etmişdir. Lakin yenə Tünzalə yavaş səslə qışqırdığından o, cinsi əlaqəni axıra çatdırmamışdır. Bu dəfə də o, Tünzaləyə cinsiyyət orqanında qan olmamasının səbəbini soruşmuş, lakin Tünzalə bunun səbəbini bilmədiyini demişdir. 07 mart 2023–cü il tarixə kimi həmin evdə qalmışlar. Həmin gün axşam tərəfi ikisi də kəndə çıxmışlar. O, Tünzalə ilə birlikdə yaşadığı evə getmiş, evdə kimsənin olmadığını görmüşdür. Mobil telefonunu enerji doldurucuya taxaraq tanışı Nurlana zəng etmişdir. Nurlan həmin vaxtı ona bildirmişdir ki, Tünzalənin anası Tünzaləni özü ilə danışdıracağı halda onun barəsində şikayət etməyəcəkdir. O da kənddə Nurlanla görüşərək Nurlanın mobil telefonu vasitəsi ilə Tünzalənin anasına zəng etmiş və Tünzalə də anası ilə danışaraq heç bir problem olmadığını, özü ona qoşulub gəldiyini bildirmişdir. Tünzalənin anası da ona qızını qaytarıb verəcəyi halda şikayətini geri götürəcəyini, Tünzalə ilə onun evlənməsinə heç bir etiraz etməyəcəyini bildirmişdir. O da Tünzalənin anası ilə razılaşmış və səhəri gün, yəni 08 mart 2023–cü il tarixdə səhər saatlarında Tünzaləni anasının tanışı Sənan adlı şəxs gələrək onun yanından aparıb getmişdir. Bundan sonra yaşadığı kənddə polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə gətirmişlər. Bununla belə hazırda Zərərçəkmiş şəxs ilə razılıq əldə edərək barışmışdır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir il əvvəl həmkəndlisi olan Təqsirləndirilən şəxsla tanış olmuş və həmin vaxtdan onların arasında sevgi münasibətləri yaranmışdır. Həmin vaxtlar onun öz mobil telefonu olmuş və o, həmin telefon vasitəsi ilə Elcanla əlaqə saxlamışdır. Onlar bir müddət danışdıqdan sonra Elcanın anası onların münasibətləri barədə anası Elviraya dediyindən anası telefonu ondan almış və həmin vaxtdan sonra onlar imkan olduqca telefon vasitəsi ilə danışmışlar. 2023–cü ilin yanvar ayında qonşusu Şəhnigarın qohumu onunla maraqlanmış və bu barədə Elcan xəbər tutmuşdur. 04 mart 2023–cü il tarixdə səhər saatlarında anası işə getdiyində onunla balaca qardaşını qohumu Kərəmin hüzr yerinə aparmış və ona lazımi işlərdə kömək etməyi tapşırmışdır. Özü də işdən çıxdıqda həmin yerə gələcəyini bildirmişdir. O, orada olduğu zaman Elcan qonşu uşaqların biri ilə xəbər göndərərək onunla görüşmək istədiyini bildirmişdiri. Həmin gün saat təxminən 15 radələrində hüzr yerindən çıxaraq Şiştəpə kəndinin mərkəzi hissəsində Elcanın dediyi yerə getmişdir. O, Elcanın dediyi yerə çatdığında Elcanın orada onu gözlədiyini görmüşdür. Onlar bir qədər söhbət etdikdə Elcan onunla maraqlanan oğlan barədə soruşmuş, lakin o, Elcana həmin şəxsi tanımadığını, heç bir məlumatı olmadığını bildirmişdir. Saat təxminən 16 radələrində Elcanın mobil telefonuna zəng gəlmiş və onun Elcanın yanında olub–olmadığını soruşmuşlar, Elcan nə lazım olduğunu soruşduqda həmin şəxs onun anasının Elcanı onu qaçırtması ilə bağlı polisə şikayət etdiyini bildirmişdir. Bundan sonra o da, Elcan da qorxmuş, nə edəcəklərini bilməmişlər. Onlar birlikdə Elcangilin evləri istiqamətində getməyə başlamış, evə çatana kimi bir neçə dəfə Elcanın mobil telefonuna zəng gəlmiş və zəng edən şəxslər onu soruşmuşlar. Onlar Elcangilin evin yaxınlığındakı təpədən baxdığında Elcangilə polis əməkdaşlarının gəlməsini görmüşlər. Bundan sonra birlikdə başqa yerdə gizlənməyi qərara almışlar. Onlar gizli yollarla Şiştəpə kəndinin mərkəzində köhnə evə getmişlər. Orada bir ədəd yatmaq üçün çarpayı olmuş və heç bir yaşayış olmamışdır. Onlar gecə orada qalmış, səhəri gün isə yenidən gizlin yollarla Elcangilin evin yaxınlığına gedərək evə kimlərin gəlib–getməsinə baxmış, kimsəni görməmişlər. Axşam tərəfi isə yenidən həmin yaşayış olmayan evə qayıtmışlar. Onlar həmin evə daxil olduqdan sonra Elcan ona cinsi əlaqədə olmağı təklif etmişdir. O, birinci Elcanla razılaşmasa da Elcan valideyinlərini razı salmaq üçün cinsi əlaqədə olmağı bildirmişdir. Bundan sonra o, Elcanla razılaşmış və Elcanı sevdiyindən cinsi əlaqədə olmağa razılıq vermişdir. Bundan sonra onun razılığı ilə Elcan onunla cinsi əlaqədə olmuşdur. Onlar cinsi əlaqədə olduğu zaman Elcan öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil etdiyində ağrı olduğundan o, yavaş səslə qışqırmış, Elcan da o, qışqırdığından cinsiyyət orqanını axıra kimi onun cinsiyyət orqanına daxil etməmişdir. Bu zaman ona heç bir fiziki zorakılıq etməmişdir. Lakin onlar cinsi əlaqədə olduğu zaman onun cinsiyyət orqanından qan gəlməmişdir. Elcan bunu gördükdə ondan başqa şəxslərlə cinsi əlaqədə olub–olmadığını soruşmuş, lakin o, ilk dəfə cinsi əlaqədə olduğunu bildirmişdir. Onlar gecəni orada qaldıqdan sonra səhərisi gün yenə Elcangilin evin yaxınlığında olan təpələrdə gizlənmiş, axşamlar isə geri qayıtmışlar. 06 mart 2023–cü il tarixdə Elcan yarım saat fərqlə onunla iki dəfə cinsi əlaqədə olmuşdur. 07 mart 2023–cü il tarixdə saat 18 radələrində Elcan Nurlan adlı tanışına zəng edərək evlərinə polis əməkdaşlarının çox gəlib–gəlməməsini bilmək üçün yanına çağırmış və Nurlandan bu barədə soruşduqda Nurlan Elcana ananın onun səsini eşidəcəyi halda şikayətini geri götürəcəyini və onları bağışlayacağını dediyini bildirmişdir. Bundan sonra Nurlanın mobil telefonu vasitəsi ilə anası ilə danışmış və özü Elcanla gəldiyini bildirmişdir. 08 mart 2023–cü il tarixdə səhər saatlarında Elcan anasının Sənan adlı tanışına zəng edərək onu gəlib evə aparmasını demişdir. O, evə gəldikdən sonra anası ilə birlikdə polis şöbəsinə gəlmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2022–ci ilin sonlarına yaxın oğlu Elcanın həmkəndlisi olan Elviranın qızı ilə bir–birini sevmələrini eşitmişdir. O, Elcanın səhhətindən narahat olduğundan Elcanın danışdığı Tünzalənin anası Elviraya zəng edərək bu barədə məlumat vermiş və Elcanın yaşının az olmasını, Elcanın evlənəcək maddi vəziyyətinin olmadığını, qızını da bu barədə başa salmağı məsləhət bilmişdir. Bununla kifayətlənməyərək məktəbə gedərək Tünzalənin oxuduğu məktəbin direktoruna da bu barədə məlumat vermişdir. O, məktəbdə olduğu zaman direktor Tünzaləni çağıraraq hələ məktəbli olmasını başa salmışdır. Bundan sonra o, Elviranın Tünzalədən mobil telefonu götürməsini eşitmiş və həmin vaxtdan sonra Elcanla Tünzalənin danışmasını görməmişdir. 04 mart 2023–cü il tarixdə yaxınlarının hüzr məclisinə getmişdir. O, səhər saatlarında evdən çıxdıqda Elcan evdə yatmışdır. 04 mart 2023–cü il tarixdə axşam tərəfi hərbi xidmətdə olan oğlu üçün şiriniyyat hazırladığı zaman Elviranın qohumları gələrək Tünzaləni tapa bilmədiklərini, Elcanın onun qaçırtmasından şübhələndiklərini bildirmişlər. O, isə bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Bundan sonra digər oğlu Orxan Elcana zəng edərək harada olmasını soruşduqda Elcan evin yaxınlığında olmasını bildirmişdir. X6 barədə soruşduqda Elcan bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. Lakin həmin andan sonra Elcanın istifadə etdiyi mobil telefona zəng çatmamış və Elcan evə gəlməmişdir. O, kənddə olan söhbətlərdən kənd sakinlərinin X3 rayonu, Şiştəpə kəndinin mərkəzində söhbət edərkən gördüklərini bilmişdir. 08 mart 2023–cü il tarixdə səhər saatlarında Elcanın qızı aparıb anasına təhvil verməsini, özünü isə kənddə polis əməkdaşları saxlayaraq polis şöbəsinə apardıqlarını eşitmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, münasibətləri həmişə yaxşı olmuşdur. 04 mart 2023–cü il tarixdə Elcanın başqa bir həmkəndlisi olan Tünzalə ilə birlikdə qoşulub qaçmasını eşitmişdir. O, Elcana bir neçə dəfə zəng etsə də, Elcanın mobil telefonuna zəng çatmamışdır. 07 mart 2023–cü il tarixdə saat təxminən 22 radələrində Elcan ona zəng edərək görüşmək istədiyini bildirmişdir. O, Elcanın yaşadığı evə getdiyində Elcanı evdə tapmamışdır. Elcanı evlərindən təxminən 200 metr aralıda təpənin yaxınlığında gizləndiyini görmüşdür. O, həmin vaxt Tünzalənin anasının qızını özü ilə danışdıracağı halda şikayət etməyəcəyini eşitdiyini Elcana bildirmişdir. Ona görə də qızı anası ilə danmışdırmağı Elcana məsləhət görmüşdür. Tünzalə də həmin vaxt Elcanın yanında olmuş və onun mobil telefonu vasitəsi ilə anasına zəng edərək danışmış və özü Elcana qoşulub getdiyini bildirmişdir. O, həmin vaxt Elcana Tünzaləni anasına qaytarmağı məsləhət bilsə də, Elcan onunla razılaşmayaraq səhər tezdən qaytaracağını bildirmişdir. Bundan bir qədər sonra evə gedərək Tünzalənin ailəsinin tanışı olan həmkəndlisi Sənana zəng edərək Elcan və Tünzalə barədə məlumat vermişdir. Bir qədər sonra onlar Sənanla birlikdə Elcanın yanına getmiş və həmin vaxt Elcan Tünzaləni gizlətmişdir. Onlar nə qədər Elcanı başa salsalar da, Elcan Tünzaləni səhər təhvil verəcəyini bildirmişdir. Bundan sonra onlar evə getmişlər. Səhəri gün isə o, Elcanın Tünzaləni anasına qaytardığını, özünün isə polis əməkdaşları tərəfindən saxlanıldığını eşitmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid2 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Şəmkir Rayon şöbəsinin xx.xx.2023–cü il tarixli 217 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə–tibbi ekspertizasına əsasən aşağıdakı nəticəyə gəlirik:

1. Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkarlanmadı.

2. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. 3.Zərərçəkmiş şəxs kiçik cinsiyyət dodaqlarının uşaqlıq yolu dəhlizinə keçən hissəsində qansızmalar aşkar edildi. Qeyd edilən xəsarət küt əşyanın təsirindən, ola bilsin ki, cinsi əlaqədə olmağa cəhd edərkən gərkinləşmiş kişi cinsiyyət üzvünün təsirindən törənmişdir, törənmə müddəti müayinədən 2–3 gün əvvələ uyğun gəlir.

4. Zərərçəkmiş şəxs arxa keçəcəyində qıfvari genişlənmə, şuavari büküşlərin hamarlaşması və arxa keçəcəyi büzən əzələnin (sfinktorun) boşalması aşkar edildi, bu da onunla arxa keçəcəkdən dəfələrlə cinsi əlaqələrin olmasına dəlalət edir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Şiştəpə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və seksual xarakterli digər hərəkətlər etmə cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1– ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–in 152.1–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” cinayət olmaqla, şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə olan, yəni on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmanı və ya seksual xarakterli hərəkətlər etməni ifadə edən qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı aradan qaldırmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə cəzanı ağırlaşdırılan halların olmaması və yüngülləşdirən halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab e. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003–cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2–ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 mart 2023-cü il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2023–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 11 mart 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 09 mart 2023–cü il tarixdən hesablanmışdır. Həmçinin, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 04 may 2023–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və məhkəmə hazırlıq iclasının 21 iyun 2023–cü il tarixli qərarı ilə barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Odur ki, azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 09 mart 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, 10 mart 2023–cü il tarixdə Zərərçəkmiş şəxs dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk və 11 mart 2023–cü il tarixdə Təqsirləndirilən şəxs dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət– Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından dərhal həbsə alınmalıdır. Məhkəmə, həmçinin hesab edir ki, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Cəzaçəkmə müddətinin əvvəli 09 mart 2023–cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olub 10 mart 2023–cü il tarixdə Zərərçəkmiş şəxs dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk və 11 mart 2023–cü il tarixdə Təqsirləndirilən şəxs dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlansın. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar