Məhkəmə qərarları › İş №1(076)-194/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-194/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-194/2025 16.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakları ilə xx xxx 1981–ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəmkir rayonu Kraz yolu yaşayış massivində Şiştəpə kəndinə gedən avtomobil yolunun kənarında Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında sonuncunun Təqsirləndirilən şəxs borcunu kobud şəkildə istəməsinə görə yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla Zərərçəkmiş şəxs sifətinə vuraraq ona sağ yanağın yumşaq toxumlarınıın qançır, şişkinlik və ağrı halında əzniyi ilə müşayiət olunan sağ yanağın sıyrığı ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Əvvəllər aramızda düşmənçilik və ədavətimiz olmamışdır. İntiqam kiçik ölçülü yük avtomobili idarə edir. Belə mən Şəmkir rayonunda, Kraz yolu yaşayış massivində, Şiştəpə kəndinə gedən yolun kənarında darvaza sexində hazırlanan darvazaları rəngləyirəm. Mən bəhs etdiyim sənətdə iki ildir ki, işləyirəm. Onun idarə etdiyi avtomobilə mən təxminən iki ay bundan əvvəl zəng edərək işlədiyim sexdən taxta parçalarını Şəmkir rayonunda yerləşən Nizami məktəbinin yaxınlığına aparması üçün xahiş ettdim. Biz İntiqamla 10 manata aparması üçün razılaşdıq. İntiqam taxtaları aparandan sonra mən onun pulunu ödəyə bilmədim. Maddi imkanım aşağı olduğuna görə mən onu 10 manat pulunu verə bilmədim. Arada o, məndən pulunu istəsə də mən onun 10 manat pulunu verə bilmədim. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində mən Kraz yolu yaşayış massivindən avtomobil üçün benzin alan zaman İntiqam məni gördü və aqressiv şəkildə məndən pulunu tələb edərək mənim ünvanma nalayiq ifadələr işlətməyə başladı. Bu zaman mən də ona cavab olaraq onun ünvanına söyüş söydüm və onun yaxasından tutub silkələdim və yumruqla sifətinin sağ tərəfinə zərbə endirdim. Həmin vaxtı o avtomobildə idi. Bizim mübahisəmin təxminən beş dəqiqə davam etdi. Daha sonra biz sakitləşdik və hər ikimiz öz avtomobilimizə minərək oradan uzaqlaşdıq.Hazırda əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır,məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır. Əvvəllər aralarında düşmənçilik və ədavətləri olmamışdır. İntiqam kiçik həcmli yük avtomobili idarə edirmiş. Onun Şəmkir rayonunda, Kraz yolu yaşayış massivində, Şiştəpə kəndinə gedən yolun kənarında darvaza sexində hazırlanan darvazaları rənglədiyini bildirmişdir. O, həmin sexdə iki ildir ki, işləyirmiş. Xaqani onun istifadə etdiyi mobil nömrəyə təxminən iki ay əvvəl zəng edərək işlədiyi sexdən taxta parçalarını Şəmkir rayonunda yerləşən Nizami məktəbinin yaxınlığına aparması üçün xahiş etmişdir. Onlar İntiqamla taxta parçalarının aparılmasını 10 manata danışıb razılaşmışlar. İntiqam taxtaları aparandan sonra Xaqani onun pulunu ödəyə bilməmişdir. Maddi imkanı aşağı olduğuna görə o İntiqamın 10 manat pulunu verə bilmədiyini vurğulamışdır. Arabir İntiqam ondan pulunu istəsə də o onun 10 manat pulunu verə bilməmişdir. xx.xx.2025-ci il tarixdə saat 11 radələrində o Kraz yolu yaşayış massivindən avtomobil üçün benzin alan zaman İntiqam onu görmüş və aqressiv şəkildə ondan pulunu tələb edərək onun ünvanına nalayiq ifadələr işlətməyə başlamıdır. Bu zaman o də İntiqama cavab olaraq onun ünvanına söyüş söymüş və onun yaxasından tutub silkələmiş və yumruqla sifətinin zərbə endirmişdir. Həmin vaxtı İntiqam avtomobildə olmuşdur. O mübahisənin təxminən beş dəqiqə davam etdiyini bildirmişdir. Onlar dava edən zaman onların yaxınlığında mağazada yem satan Nurlan adlı şəxs gəlib onları aralamışdır. Daha sonra onlar sakitləşmiş və hər ikisi öz avtomobilləri ilə oradan uzaqlaşmışlar.Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): 11 mart 2025–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 11 mart 2025–ci il tarixli, 180 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər–sağ yanağın yumşaq toxumalarının qançır, şişkinlik və ağrı halında əzniyi ilə müşayiət olunan sağ yanağın sıyrığı KÜT əşyanın təsirindən törənmişlər, törənmə müddətı 11 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər birlikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB–nın Şəmkir şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CMin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır Beləliklə, məhkəmə,cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət qanunu ilə nəzərəd tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 4 saat üçün nəzərdə tutulan 24 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 4 saat üçün nəzərdə tutulan 24 (iyirmi dörd) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar