Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-196/2023 16.10.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxsin qanuni nümayəndəsi: Şahid qızının Pedaqoq: X1 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxx 1995–ci il tarixdə Şəmkir rayonu, Dəllər qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işsiz, əvvəllər məhkum olmamış, Şəmkir rayonu, Dəllər qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–nin 263.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 06 yanvar 2023–cü il tarixdə saat 15 radələrində BN252533 seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi ilə X3 adına olan və ƏN–İV № 181387 nömrəli, xx.xx.2017–ci il tarixli etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan VAZ 21074 markalı, 20–CR– 187 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsi istiqamətində 90 km/saat sürətlə hərəkət edərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin və həmin Qanunun 54–cü maddəsinin 1–ci hissəsinin tələblərinə riayət etməli olduğu halda, yəni avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq idarə etməməli və piyada keçidinə yaxınlaşarkən nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməli olduğu halda bunlara əməl etməyərək hadisənin qarşısını almağa texniki imkanı olduğu halda Qanunun qeyd olunan tələblərini pozaraq piyada keçidini keçən Zərərçəkmiş şəxs avtomobillə vuraraq ehtiyyatsızlıqdan sonuncunun sol qamış sümüyünün proksimal hissəsinin xətti sınığı, sağ diz oynağının və sağ baldırın iç səthinin qançırları ilə müşəyiət olunun, ağırlıq dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirərək yol–nəqliyyat hadisəsi törətmişdir. Qeyd edilən cinayət əməlinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə ittiham elan edilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, “VAZ 21074” markalı, 20– CR–187 dövlət qeydiyyat nişanlı avtomobil atası Fəzayıl Sadıqova məxsusdur. Nəqliyyat vasitəsini idarə etmək üçün sürücülük vəsiqəsi vardır. 06 yanvar 2023–cü il tarixdə saat 15 radələrində idarə etdiyi “VAZ 21074” markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobillə Şəmkir şəhəri, Heydər Əliyev prospekti ilə Səməd Vurğun küçəsi istiqamətində hərəkət edərək piyada keçidinə yaxınlaşan zaman bir nəfər qadın və bir nəfər azyaşlı qızın piyada yolu sağdan sola keçdiklərini görmüş, avtomobilin tormuzundan istifadə etmiş, ancaq avtomobilin qabaq tərəfi azyaşlı uşağa dəymişdir. Dərhal avtomobili saxlamış və azyaşlı uşağı başqa avtomobillə Şəmkir rayon mərkəzi xəstəxanasına aparmışdır. Avtomobillə vurduğu azyaşlı uşaq–Şəmkir şəhərində yaşayan Zərərçəkmiş şəxs sol ayağından sınıq xəsarəti almışdır. Hadisə zamanı avtomobili təxminən 80–90 km/saat sürətlə idarə etmiş, hadisədən əvvəl Zərərçəkmiş şəxs anası ilə birlikdə piyada keçidindən keçdiklərini təxminən 20–25 metr məsafədən görmüş və tormuzdan istifadə etmişdir. İdarə etdiyi avtomobillə Zərərçəkmiş şəxs öz istiqamətində yolun sol hərəkət hissəsində, piyadaların keçməsi üçün nəzərdə tutulan yerdə vurmuşdur. Hazırda əməlindən peşmandır. Həmin cinayəti ehtiyatsızlıq üzündən, bilmədən törətmişdir. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi ilə razılıq əldə edərək barışmış və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Odur ki, cinayət məsuliyyətindən azad olunaraq barəsində olan cinayət işinin icraatına xitam verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun qızıdır. Elay xx.xx.2016–cı il təvəllüdlü olmaqla, Şəmkir şəhəri 4 saylı tam orta məktəbin 1–ci sinif şagirdidir. 06 yanvar 2023–cü il tarixdə saat 15 radələrində qızı Zərərçəkmiş şəxs Şəmkir şəhəri, H.Əliyev prospektində yerləşən şahmat məktəbinə hazırlığa aparan zaman həmin prospektdə piyadalar üçün nəzərdə tutulmuş zolaqlı keçiddən yolu keçərkən H.Əliyev prospekti ilə S.Vurğun küçəsi istiqamətində hərəkət edən VAZ–21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobil qızı Elayı vurmuşdur. Dərhal həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxsla birlikdə qızı Elayı başqa bir avtomobillə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Elayın sol ayağında sınıq xəsarətləri olmuş, xəstəxanada və evdə müalicə almışdır. VAZ–21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobil qızı Elayı piyada xəttinin üzərində vurmuşdur. Həmin avtomobili hadisədən əvvəl təxminən 3–4 metr məsafədən görmüş, avtomobil yüksək sürətlə hərəkətdə olduğu üçün sürücü tormuzdan istifadə etsə də, avtomobili saxlaya bilməmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayətçi deyildir. Belə ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqda qərar çıxarılmasını xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq ekspertiza rəyini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 06 yanvar 2023–cü il tarixli protokoldan görünür ki, yol–nəqliyyat hadisəsi Şəmkir şəhəri, H.Əliyev prospektində baş vermişdir. Avtomobil yolu asfalt örtükdən ibarət olmaqla düz və qurudur, sürücünün hərəkəti üçün təhlükəsizdir. Yolun hərəkət hissəsinin eni 10,5 metr olmaqla yolda hərəkət bir tərəflidir. Piyadanın vurulması piyada keçidində baş vermiş və piyada Zərərçəkmiş şəxs yolun hərəkət hissəsinin sağ kənarından vurulma yerinə adi yerişlə 9,9 metr məsafə qət etmişdir. Hadisə yerində VAZ 21074 markalı, 20– CR–187 dövlət qeydiyyat nişanlı avtomobilə məxsus 42 metr tormuz izi vardır. Cinayət işinin materiallarında olan 06 yanvar 2023–cü il tarixli, 4 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi barədə aktdan görünür ki, Təqsirləndirilən şəxs yol–nəqliyyat hadisəsi törədən zaman ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan xx.xx.2017–ci il tarixli, AE 328054 nömrəli sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027–ci il tarixədək “BC” kateqoriyalı nəqliyyat vasitəsini idarə etmək hüququ vardır. Cinayət işinin materiallarında olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Şəmkir rayon şöbəsi ekspertinin 11 yanvar 2023–cü il tarixli 38 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– sol qamış sümüyünün proksimal hissəsinin xətti sınığı, sağ diz oynağının və sağ baldırın iç səthinin qançırları küt əşyaların təsirindən törənmişlər, yol–nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, əmələ gəlmə müddətləri 06 yanvar 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin yol–nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 fevral 2023–cü il tarixli 8/298 nömrəli rəyindən görünür ki, VAZ 21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54–cü maddəsinin 1–ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddələrin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsinə aid olan yol sahəsində 60 km/saat sürətdən artıq, yəni 90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50–ci maddəsinin 2–ci hissəsinin 1–ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid tərəfindən notarial qaydada yazılmış ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Onun hazırda təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət–prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 06 yanvar 2023–cü il tarixdə, saat 15 radələrində idarə etdiyi VAZ 21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə, həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Ona görə də onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–cü maddəsinin “Qeyd” hissəsinə əlavə edilmiş 2–ci bəndə əsasən bu Məcəllənin 263.1 və ya 263.1–1–ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs 06 yanvar 2023–cü il tarixdə, saat 15 radələrində idarə etdiyi VAZ 21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini təqsirli olaraq törətmişdir. Məhkəmə istintaqında həmçinin sübuta yetirildi ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun cinayət məsuliyyətindən azad olunması üçün əsaslar mövcuddur. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1– ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol–hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən böyük ictimai təhlükə törətməyən cinayətdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.11–ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda, başlanmış cinayət işi üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2–ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4–cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdikdən sonra cinayətin zərərli nəticələrini tamamilə aradan qaldırmasını, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini, əməlində başqa bir cinayətin tərkibinin olmamasını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, az ağır xəsarət almış zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və barəsində cinayət işinin icraatına xitam verilməlidir. Belə ki, cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Ona görə də onun Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263–cü maddəsinin “Qeyd” hissəsinin 2–ci bəndinə əsasən cinayət məsuliyyətindən azad edilməsini və onun barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmçinin, müəyyən edilmişdir ki, ibtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 85 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 85 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Məhkəmə, həmçinin hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs cinayət məsuliyətindən azad edildiyindən və onun təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verildiyindən, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan VAZ 21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 39.1.3, 43.3, 344–347, 356 və 384–cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdikdən sonra zərərçəkmiş şəxslə barışdığına və cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədiyinə görə barəsində olan cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olan VAZ 21074 markalı, 20–CR–187 dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs əməlində inzibati xəta tərkibinin əlamətlərinin olub–olmamasının araşdırılması məqsədilə hazırki qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Şəmkir rayon prokuroruna göndərilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-196/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-196/2023
16.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver