Məhkəmə qərarları › İş №1(076)-198/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-198/2024

10.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-198/2024 10.06.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: X1 iştirakı ilə xx xxxx 1956–cı il tarixdə Naxçıvan MR, Naxçıvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, təqaüdçü evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 13 may 2024–cü il tarixdə saat 14:40 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə keçmiş arvadı Şahid2 nənəsi Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan taxta əsa ilə Zərərçəkmiş şəxs baş və kürək nahiyələrinə zərbələr vuraraq sonuncuya başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, döş qəfəsinin arxa səthində sağ kürək nahiyəsinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs, Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, 13 may 2024-cü il tarixdə onların arasında mübahisəni baş vermə səbəbi, uşağın doğum haqqında şəhadətnaməsinin Məmmədə verilməməsi olmuşdur. Belə ki, Məmməd uşaq xəstə olduğu üçün həkimə aparmış, orada uşağın doğum haqqında şəhadətnaməsi lazım olduğunu bildirərək, Şəhladan doğum haqqında şəhadətnamənin ona göndərməsini istəmişdir. O, Şəhlaya nədən özü uşağı ilə birlikdə həkimə getməməsini bildirmişdir. Sonra Şəhla çıxıb öz evlərinə getmişdir. Bir qədər sonra Şəhla yenidən onlara gəlmişdir. O, Şəhladan uşağın doğum haqqında şəhadətnaməsini Məmmədə göndərib-göndərməməsini soruşanda Şəhla göndərmədiyini, Məmmədin uşağı onun əlindən almasından qoruxduğu üçün doğum haqqında şəhadətnaməni göndərmədiyini bildirmişdi. Bu zaman küçədən avtomobil siqnalı gəldiyini eşidib onlar Şəhla ilə birlikdə küçəyə çıxmışlar. Şəhla Məmmədin gəldiyini görərək uşağı götürmək üçün avtomobilə yaxınlaşmışdır. Elə bu zaman Məmməd Şəhlanı vurmuşdur. O, onların arasına girərək Məmmədə nəvəsinin gözündən əməliyyat olduğunu bildrərək öz iradını bildirmişdir. Məmməd onun iradına məhəl qoymayaraq yenidən Şəhlanı vurmağa cəhd etmişdir. Bu səbəbdən əlində olan əsa ilə yavaş tərzdə Məmmədin kürək nahiyəsindən bir dəfə vurmuşdur. O, Məmmədin baş nahiyəsinə vurmamış, onun Məmmədi vurması nəticəsində xəsarət alması qeyri-mümkündür. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 13 may 2024-cü il tarixdə saat 14:40 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında keçmiş arvadı Şahid2 nənəsi Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əlində olan taxta əsa ilə onun baş və kürək nahiyələrinə zərbələr vuraraq xəsarətlər yetirmişdir. O, onlara heç bir müqavimət göstərmədən avtomobilinə əyləşmişdir. Avtomobildə onu vura bilmədiyi üçün onun avtomobilinə zərər vurmuşdur. O, bu barədə Şəmkir Rayon Polis Şöbəsinə şikayət etmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmamış və ondan şikayətçidir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə ağır cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 13 may 2024-c üil tarixdə Məmməd gəlib uşağı götürüb həkimə aparmışdır. O bir qədər sonra ona zəng edərək uşağın doğum haqqında şəhadətnaməsinin lazım olduğunu bildirdi. O, isə uşağın sənədlərini ona göndərməmişdir. Məmməd uşağı geri qaytararaq onunla mübahisə edib onu vurmaq istəyərkən nənəsi onların arasına girərək əlindəki əsa ilə bir dəfə yavaş tərzdə Məmmədin kürək nahiyəsindən vurmuşdur. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşdə olan Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya Elmi Təcrübə və Tədris birliyi tərəfindən verilmiş xx.xx.2024–cü il tarixli 421 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, döş qəfəsinin arxa səthində sağ kürək nahiyəsinin şişkinlik, qançır və ağrı halında əzniyi KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 13 may 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. İşdə olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan Şəmkir RİHB–nin Dəllər qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 13 may 2024–cü il tarixdə saat 14:40 radələrində ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısında Zərərçəkmiş şəxs ilə aralarında yaranmış mübahisə zamanı əlində olan taxta əsa ilə Zərərçəkmiş şəxs baş və kürək nahiyələrinə zərbələr vuraraq sonuncuya başın tüklü hissəsində ənsə nahiyəsinin sağ yarısının şişkinlik fonunda qançırı, döş qəfəsinin arxa səthində sağ kürək nahiyəsinin şişkinlik, qançır və ağrı halında əzniyi ilə nəticələnən qəsdən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurması iş materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək, zərərçəkmiş şəxsə xəsarət yetirmədiyini bildirsə də, iş üzrə zərərçəkmiş şəxsin həm ibtidai istintaq, həm məhkəmə istintaqı zamanı verdiyi ifadəsi biri digərini tamamlayan, məntiqi baxımdan üst–üstə düşən və bu səbəbdən də şübhə doğurmayan ifadəsi, ekspert rəyi, eləcədə iş materiallarında olan digər sənədlərlə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsi təkzib edilmiş, məhz buna görə də məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qəbul edir və hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs bu cür ifadə verməklə cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Bu səbəbdən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verdiyi ifadəsi özünümüdafiə xarakteri daşıdığından və başqa heç bir sübutla öz təsdiqini tapmadığından mötəbər sübut kimi qəbul edilməməli, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi, eləcədə iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan sənədlər yuxarıda qeyd olunan əsasa görə mötəbər sübut kimi qəbul edilməklə, ona elan olunmuş ittihamın və hökmün əsasına məhz həmin sübutlar qoyulmalıdır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə istintaqı zamanı cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, qəsdən sağlamlığa yüngül zərər yetirməklə əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə islah işləri cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərci yoxdur. Bundan əlavə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili X3 tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi üçün 4 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128– ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona hər ay qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzasının əvvəli qazancından dövlət nəfinə tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 24 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar