Məhkəmə qərarları › İş №1(076)-198/2025

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-198/2025

29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-198/2025 29.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 2002-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 12 yanvar 2025-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanında yerləşən evinin həyətindəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq orada saxlanılan bir baş dişi cisli, bir yaşlı, diri çəkisi 40 kiloqram, atlik çəkisi 20 kiloqram olan 280 (iki yüz səksən) manat dəyərində xırdabuynuzlu heyvanı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs 280 (iki yüz səksən) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talama niyyəti ilə oğurluq etmək məqsədilə 16 yanvar 2025-ci il tarixdə saat 21 radələrində qonşusu Zərərçəkmiş şəxs məxsus ünvan 2 invanında yerləşən evinin həyətindəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq orada saxlanılan bir baş dişi cinsli, iki yaşlı, diri çəkisi 55-60 kiloqram, ətlik çəkisi 30 kiloqram 400 (dörd yüz) manat dəyərində xırdabuynuzlu və bir baş erkək cinsli, dörd aylıq, diri çəkisi 30 kiloqram, ətlik çəkisi 15 kiloqram olan 270 (iki yüz yetmiş) manat dəyərində xırdabuynuzlu heyvanları gizli yolla talayaraq, Zərərçəkmiş şəxs ümumilikdə 670 (altı yüz yetmiş) manat məbləğində zərər vurub saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Sərxan kəndində ailə üzvləri ilə birlikdə yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, ara-sıra Bakı şəhərinə gedib avtoyuma məntəqələrində avtomobil yuyucusu işləyir. Son zamanlarda müxtəlif şəxslərə ümumilikdə 200 manat borcu yaranmış və həmin pulu verə bilməmişdir. Atasının əmisi oğlu Zərərçəkmiş şəxs isə onlarla qonşuluqda yaşayır, o, özünə məxsus həyətyanı sahəsində yerləşən tövlədə qoyun-quzu saxlayır. Maddi imkanı olmadığı üçün Ələddinin tövləsindən quzu oğurlayıb sataraq borcları vermək niyyətinə düşmüş, Şəmkir şəhərində 12-ci küçədə qəssabxanaya gedib heyvan almaq istədikləri barədə soruşub onlara gətirib bir baş xırdabuynuzlu heyvan satacağını demiş, 16 ynvar 2025-ci il tarixdə saat 17 radələrində qonşu Şahid3 ilə görüşdükdə ona bir baş quzunun olmasını, onun heyvan alverçisi tanışı olmasını, ona onun quzusunu almasını demiş, o, da Taleh adlı tanışı ilə danışmış və onunla razılaşmışdır. Malikə axşam quzunu satmağa onunla aparmağı demiş, o da razılaşmışdır. Həmin gün saat 21 radələrində o, əmisi ilə aralarında olan metal tor hasarın üstündən keçib onun həyətinə arxa qapıdan keçmiş, bundan sonra tövlənin qıfılsız olan qapsından içəri girmiş, təxminən 30-35 baş xırdabuynuzlu heyvanın içərisindən bir baş xırdabuynuzlu heyvanı tutub metal tor hasarın üzərindən keçirib öz tövlələrinin qarşısına aparmışdır. Daha sonra atasına məxsus "Vaz 2106" markalı avtomobili işə salmış, atası isə işi olduğunu demiş, lakin quzunu yük yerinə qoyduğundan atasının xəbəri olmamış, quzunu tövlənin arxasında maşına yükləmiş, bundan sonra küçəyə çıxmış, Malik isə onu küçənin aşağısında gözləmiş, Maliklə birlikdə Şəmkir rayonu, Çaparlı kəndində mərkəzi küçənin yanına getmiş, Malik artıq Taleh adlı alıcı ilə danışmış və Taleh onları gözləmişdir. Taleh quzuya baxmış, o, quzunun qiymətini 300 manat demiş, lakin Taleh 200 manat vermiş, onlar aralarında razılaşmışlar. Bundan sonra onlar geri qayıtmış, qayıdan zaman Malik ondan heyvanın haradan aldığını soruşmuş, ona özünün olmasını demiş, lakin o buna inanmayaraq yenidən soruşduqda ona heyvanı oğurladığını demiş, lakin ona haradan oğurladığını deməmiş, Malik isə onu "bu işə" qatmamağını demiş, daha sonra onu evinə düşürmüş, özü də evə getmiş, pulu isə növbəti gün Bakı şəhərinə gedib orada xərcləmişdir. Bir neçə gün sonra, 16 yanvar 2025-ci il tarixdə saat 19 radələrində o, yenidən Malikə zəng edərək heyvanın olmasını deyib yenidən dostuna zəng etməsini istəmiş, Malik də Talehǝ zəng edib iki baş quzu olmasını demiş, onun axşam aparacağını demiş, daha sonra Malikə bir saat sonra qonşusu taksi sürücüsü, Qulu ləqəbli Rövşənə zəng edib opnlara gəlməsini deməsini tapşırmış, çünki onun mobil telefonu yox olmuş, o, evə getmiş, həmin gün saat 21 radələrində yenidən eyni üsulla metal tor hasarın üzərindən qohumu Ələddinin tövləsinə getmiş, tövlədən bir baş quzunu metal tor hasarın üzərindən keçirib öz tövlələrinə aparmış, ardınca isə bir baş quzu da aparmış, Bundan sonra Rövşən ora gəlmiş, öz tövləsindən iki baş quzunu çıxarıb Rövşənə öz heyvanları olmasını demiş və quzuları onun maşınının yük yerinə qoymuş, Şəmkir rayonu, Çaparlı kəndinə sürdürmüş, orada Talehlə görüşmüş, Taleh heyvanlara baxmış və yalnız bir baş quzu ala biləcəyini, pulu olmadığını demiş, quzunun birini ondan 210 manata almış, bundan sonra o, taksini Şəmkir şəhəri, 12-ci küçədə yaşayan qəssab Elşənin evinə sürdürmüş, orada Elşənə quzunu təklif etmiş, Elşən quzunu çəkmiş, quzunun diri çəkisi 28 kiloqram gəlmiş və Elşən ona 230 manat pul vermişdir. Bundan sonra Rövşən onu Şəmkir rayonu, Sərxan kəndinə aparmış, orada Maliki götürmüş və Şəmkir şəhəri, birinci küçəyə qayıtmışlar. Həmin küçədə yerləşən "Bazarstore" marketdən təxminən 100 manatlıq bazarlıq etmiş, ərzaq məhsulları, siqaret və spirtli içkilər almış, bundan sonra Malikin həmin küçədə yerləşən kirayə evinə getmişlər. Daha sonra isə Malik Həsən adlı dostuna zəg etmiş, Həsən də gəlmiş, üçü birlikdə yeyib içmiş, növbəti gün isə o, Bakı şəhərinə getmiş, qalan pulu isə orada xərcləmiş, borcunu vermişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbi yoxdur. Qeyd edilənlərə əsasən onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, özünə məxsus "Vaz 2106” markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur, eyni zamanda öz həyətyanı sahəsində mal-qara saxlayaraq dolanmışlar. 31 baş xırdabuynuzlu heyvanı var, həmin heyvanları həyətində olan tövlədə saxlamışdır. Həmin heyvanlara həm o, həm də həyat yoldaşı X1 qulluq etmişdir. Heyvanları yalnız tövlədə saxlamış, örüşə aparmamışlar. Ona görə də heyvanları tez-tez saymaq zərurəti bilməmiş, sonuncu dəfə 15 yanvar 2025-ci il tarixdə heyvanları sayıb 31 baş xırdabuynuzlu heyvan olmasını görmüş, lakin 24 yanvar 2025-ci il tarixdə səhər saatlarında heyvanları sayan zaman 28 baş olmasını, üç baş xırdabuynuzlu heyvanın olmamasını görmüş, 3 baş xırdabuynuzlu heyvanın oğurlanmasını başa düşmüş və bu səbəbdən də Şəmkir RPŞ-yə ərizə ilə müraciət etmişdir. Sonradan isə ona məlum olmuş ki, qonşuluqda yaşayan əmisi oğlunun oğlu Təqsirləndirilən şəxs 16 yanvar 2025-ci il tarixdə ona məxsus tövləyə qanunsuz daxil olaraq 3 baş xırdabuynuzlu heyvanları oğurlamışdır. Bundan başqa, 16 yanvar 2025-ci il tarixdə saat 21 radələrində ailə üzvləri ilə evdə olmuş, o, isə taksi fəaliyyəti ilə məşğul olduğundan evdə olmamış, lakin tövlə ilə evin arasında daş hasar olduğundan ailə üzvləri oğurluqdan xəbərləri olmamışdır. Hazırda ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə baxışı zamanı Şahid1 Həmin oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Həmid oğlunu tanımamış, onunla heç bir münasibətləri olmamışdır. 12 yanvar 2025ci il tarixdə tanışı bərbər olan Malik özünə məxsus ***-***-**-** mobil nömrəsindən ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək tanışı Sənanın bir baş xırdabuynuzlu heyvanı satmasını, öz qapısının heyvanı olmasını, onu almağını demiş, o, almaq istəmədikdə Malik "narahat olma, elə bil ki, onun heyvanını alırsan" demiş, o, da razılaşmış, təxminən bir saat sonra Sənan adlı tanımadığı şəxs ağ rəngli "Vaz 2106" markalı avtomobil ilə yaşadığı Çaparlı kəndinin mərkəzi küçəsinə gəlmiş, gəlməmişdən əvvəl Malik onunla danışmış, orada olduğunu demişdir. Maliklə Sənan ora gəlmiş və Malik orada da ona "narahat olma, elə bil ki, onun heyvanını alırsan, qapıbir qonşudur, ailəsini tanıdığını demiş, avtomobilin yük yerində bir baş xırdabuynuzlu heyvan olmuş, həmin heyvana baxmış, Sənan ona heyvanların birinin qiymətini 250 manata demiş, o isə heyvan üçün 200 manat verǝ biləcəyini demiş və onlar razılaşmışalr. Bundan sonra isə onlar çıxıb getmiş, bildiyinə görə Malik kənddən kimdənsə də göyərçin almışdır. Quşu götürmək üçün getmiş, təxminən 4 gün sonra Malik ona yenidən zəng etmiş və Sənanın iki baş quzusu da olmasını demişdir. O da bir baş quzu ala biləcəyini demiş, təxminən bir saat sonra Sənan taksi ilə Çaparlı kəndinin girişinə gəlmiş və onda olan quzunu 210 manata almışdır. Bundan sonra onlar getmiş, bundan başqa, Sənan 12 yanvar 2025-ci il tarixdə təxminən saat 20-21 radələrində bir baş xırdabuynuzlu heyvanı ona 200 manata ortaq tanışları Maliklə birlikdə satmış, digər bir baş quzunu isə 16 yanvar 2025-ci il tarixdə 210 manata almış, həmin heyvanı Sənan təkcə ona satmış, lakin yenə də Malik xahiş etmiş, o, Sənanın satdığı quzuların oğurluq olmasını bilməmişdir. O, Sənanı tanımır, Sənanla ortaq tanışları Malik ona zəng edərək Sənanı tanıdığını, nə problem olsa onluq olmasını demiş, həmçinin Malik quzunu ona satan zaman da narahat olmamasını bildirmişdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərdi ki, o fərdi olaraq günəmuzd fəhləlik edir, eyni zamanda da etibarnamə Əsasında özünə məxsus olan "Vaz 21063" markalı, ** CB *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq dolanır. Təqsirləndirilən şəxs uzun illərdir tanıyır, onunla normal münasibətləri var. Eyni zamanda Şahid3 da onun qonşusudur, onunla da normal münasibətləri var. 16 yanvar 2025-ci il tarixdə saat 22 radələrində qonşusu Malik ona zəng edərək qonşusu Sənanın onu evlərinin yanında gözləməsini, gedib onun iki baş xırdabuynuzlu heyvanını aparmaq lazım olduğunu demiş, o da razılaşmış və təxminən 20-25 dəqiqə sonra Sənanın evinin qarşısına getmiş, Sənan orada onu gözləmiş, Sənan öz tövlələrindən iki baş xırdabuynuzlu heyvan gətirmiş və onun maşınıma yükləmişdir. Onlar yola çıxmış, Sənan ona heyvanı Şəmkir rayonu, Çaparlı kəndinin yuxarı hissəsinə aparmağı demiş, onun telefonu ilə kimləsə danışmış və quzuları gətirdiyini demişdir. Onlar avtomobil ilə Çaparlı kəndinin yuxarısına getmiş, orada Sənan quzuların ikisini də əvvəllər tanımadığı Taleh adlı şəxsə göstərmiş, Taleh quzunun birini götürəcəyini, pulu olmadığını demiş, lakin hansı qiymətə danışmalarını bilməmişdir. Sənan bir baş quzunu həmin şəxsə satdıqdan sonra ona maşını Şəmkir şəhərində yerləşən 12-ci küçəyə sürməyimi demi, həmin küçədə yaşayan əvvəlcədən tanıdığı qəssab Elşənin evinə getmiş, Sənan Elşəni çağırmış, quzunun digərini də Elşənə satmışdır. Elşən quzunu tərəzi ilə çəkib almış, lakin quzunun neçə kilo gəlməsini və neçiyə almasını bilməmişdir. Daha sonra isə Sənanı birinci küçəyə aparmış, Sənan orada düşmüş və ona 20 manat pul vermişdir. Bundan başqa, Sənan ona həmin heyvanların özünə məxsus olmasını demiş və heyvanları da öz tövləsindən gətirmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid4 ifadəsində göstərdi ki, o Şəmkir şəhəri, M.F.Axundov küçəsində yaşayır. 16 yanvar 2025-ci il tarixdə saat 20 radələrində evdə olan zaman onun vaxtı ilə qapısında usta işləyən Qulu adı ilı tanıdığı şəxslə bir nəfər şəxsin onu çağırdıqlarını eşidib çölə çıxmış, həmin vaxt Qulu ona demiş ki, tanışı Sənan məxsus bir baş xırdabuynuzlu heyvanı olduğunu və satmaq istədiyini bildirmiş, Quludan dostu Sənanın ona satacağı xırdabuynuzlu heyvanın problemi olub olmaması, oğurluq olubolmmasını soruşan zaman Qulu və Sənan ona demiş ki, quzu Sənanın özünün quzusudur. O, həmin heyvanı 230 manat pul vermiş və almışdır. Sonra həmin quzunu Gəncə şəhər heyvan bazarında aparıb tanımadığı şəxsə satmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs ona satmış olduğu 01 baş xırdabuynuzlu heyvanın oğurluq olduğunu bilməmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan iş materiallarını da sübut növü kimi qəbul edir. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” 27 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbirinin seçilməsi haqqında” 29 yanvar 2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, o, Şəmkir RPŞ MSY-dən azad edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 fevral 2025-ci il tarixli 9/872 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən bir baş dişi cinsli bir yaşlı diri çəkisi 40 kiloqram ətlik çəkisi 20 kiloqram olan xırdabuynuzlu heyvan 280 manat, bir baş dişi cinsli iki yaşlı diri çəkisi 55-60 kiloqram ətlik çəkisi 30 kiloqram olan xırdabuynuzlu heyvan 400 manat və bir baş erkək cinsli 4 aylıq diri çəkisi 30 kiloqram ətlik çəkisi 15 kiloqram olan xırdabuynuzlu heyvan 270 manat müəyyən ediliri. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Azərbaycan Respublikası CPM-nin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarına əsasən təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 124.2-ci maddəsinə əsasən cinayət prosesində aşağıdakılar sübut kimi qəbul olunur: şübhəli, təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri; ekspertin rəyi; maddi sübutlar; istintaq və məhkəmə hərəkətlərinin protokolları; digər sənədlər. Azərbaycan Respublikası CPM-nin 10.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi istintaq və məhkəmə hərəkətlərinin aparılması haqqında protokollar, sorğulara alınmış cavablar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər mötəbər sübutlarla təsdiq edilərək kifayət qədər sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət törətməsini, səmimi peşman olub törətdiyi əməli etiraf etməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini iş üzrə onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir, iş üzrə onun cəzasını ağırlaşdıran hal olmamasını nəzərə alır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxsin ifadəsini tədqiq edərək iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi məqsədəmüvafiqdir. Beləliklə,məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, onun üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut olan 01 baş qoynunun ibtidai istintaq zamanı sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, məhkəmə xərcləriaparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul S. Əkbərovdan alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməli, hökmün icrası Şəmkir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı Şəmkir Vəkillər Kollegiyasının üzvü Müdafiəçi müdafiə etmişdir. İşi materiallarında olan arayışdan müəyyən olunur ki, vəkil Müdafiəçi Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 21 saat vaxt sərf etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi 21 saat hüquqi yardıma görə 191 manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə Şəmkir rayonunun hüdudlarını tərk etməmək, Şəmkir rayonunda yerləşən yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Şəmkir Rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan, Zərərçəkmiş şəxs məxsus 01 baş xırdabuynuzlu heyvanın ibtidai istintaq zamanı sahibi Ələddin Ocaverdiyevə qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə xərci- aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərdiyi 21 saat hüquqi yardıma görə 191 (bir yüz doxsan bir) manat məbləğində pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar