Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-199/2023 25.07.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxx 1969–cu il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Abbaslı kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128 və 134–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmə cinayət əməlini törətmişdir. Belə ki, o, 03 aprel 2023–cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yerləşən evinin yaxınlığında, qonşusu Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl özünə məxsus torpaq sahəsinin hasarlanmasına görə yolun kəsilməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılığa görə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış təsərrüfat–məişət təyinatlı soyuq silah hesab edilməyən balta ilə qəsdən Zərərçəkmiş şəxs ayaq nahiyəsinə vuraraq ona sol diz oynağının bayır səthinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş və əlində olan baltanı sonuncuya tərəf hərəkət etdirməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134–cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə Şəmkir rayonu, Abbaslı kəndində qonşuluqda yaşayır, əvvəllər ədavət və ya düşmənçiliyi olmamışdır. Lakin təxminən son 10 ildir ki, onların arasında olan münasibətləri pisləşmiş, münasibətlərinin pisləşməsinə səbəb isə Nəsimin ona məxsus torpaq sahəsinin setkadan olan çəpərini mütəmadi olaraq əzməsi, korlaması olmuş, Nəsimi onun guya ki, dövlətə məxsus yolu da mənimsəmək istədiyini iddia edib onun çəpərini əzib dağıtmış, o, isə bununla bağlı dəfələrlə müxtəlif vaxtlarda polisə müraciətlər etsə də, müraciətlərin heç bir nəticəsi olmamışdır. 2023–cü ilin mart ayının sonlarında Nəsiminin ona məxsus həmin hasarın üzərinə daş və torpaq tökdüyünü, çəpərini dağıtdığını görmüş, bu barədə polisə məlumat etmişdir. 03 aprel 2023–cü il tarixdə, saat 08 radələrinə həmin çəpəri düzəltmək üçün dağılan çəpərin yanına getmiş, çəpəri düzəltmək istəyən zaman Nəsimin arvadı Aytəkinin onu telefonla çəkdiyini görmüş, lakin o, heç bir reaksiya verməyərək yaşadığı evə gedib alət götürüb geri qayıtmış, bu zaman Nəsimin Aytəkinə “yola çıxdığını görsən daşla onun başını yararsan”– dediyini eşitmişdir. O, Nəsimiyə tərəf əlini uzadaraq yanına gəlməsini, yola girmədiyini, öz hasarını düzəltdiyini demiş, Nəsimi isə ondan aralaşaraq getmiş, bundan sonra o, yenə də polisə müraciət edərək özünə məxsus çəpəri düzəltdiyini, lakin Nəsimi və Aytəkinin ona mane olduğunu demişdir. O, sonradan şöbəyə gəlmiş, orada ərizə yazıb yaşadığı evə geri qayıtmış, bu zaman orada yenə də onların arasında mübahisə baş vermiş, Nəsimiyə yaxınına gəlməsini, cəzasını verdikdən sonra ondan əl çəkəcəyini demişdir. Nəsimi isə onun üzərinə gəlmiş, ona “vur məni”– demiş, həmin vaxt o, özündən çıxmış, əlində iş gördüyü balta ilə Nəsiminin diz nahiyəsindən bir dəfə vurmuş, əlində olan baltanı sonuncuya tərəf hərəkət etdirməklə onu öldürməklə hədələmişdir. Nəsimini vurduqdan sonra orada olan sahə rəisi onları ayırmış, o isə çıxıb evinə getmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş və onunla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, X2 onunla birlikdə qonşuluqda yaşayır. Bir neçə ildir ki, Əli ilə onların arasında torpaqla bağlı mübahisə başlamış, həmin mübahisə ilə bağlı məhkəmədə işləri olmuş, onların arasında olan mübahisənin məzmunu Əlinin dövlətə məxsus olan yolu zəbt etməsi, onun evinə gedən yolu kiçiltməsindən ibarət olmuşdur. 26 mart 2023–cü il tarixdə Əli onun barəsində polisə şikayət etmiş, polis oraya gəlib məhkəmə ilə bağlı sənədlərə və oraya baxandan sonra Əlinin yalan deməsi məlum olmuşdur. 03 aprel 2023–cü il tarixdə səhər saatlarında Əli onu nalayiq ifadələrlə təhqir etmiş, o, isə Əliyə heç bir cavab verməmiş, aranın sakitləşməsi üçün oradan çıxıb getmişdir. Həmin gün saat 14 radələrində yaşadığı evin qarşısında olan zaman Əli və sahə rəisi oraya gəlmiş, sahə rəisi onu yanına çağırmış, hansı səbəbdən bu cür etdiyini ondan soruşmuş, o, isə heç nə etmədiyini, Əlinin onun yolunu kəsdiyini, yolu kəsərək öz torpağına qatdığını demiş, bu zaman Əli orada çəpəri düzəltməsi üçün istifadə etdiyi balta ilə onun üzərinə gəlmiş, onun sol ayaq nahiyəsindən qəsdən vuraraq ona xəsarət yetirmiş, əlində olan balta ilə ölümlə hədələmişdir. Bu zaman orada olan polis sahə rəisi baltanı Əlidən almş, o isə Şəmkir Rayonu Mərkəzi Xəstəxanasına getmiş, daha sonra isə hadisə barədə polisə məlumat vermişdir. Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 da Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ–də polis sahə rəisi vəzifəsində işləyir. Bir müddətdir ki, sahə rəisi işlədiyi Şəmkir rayonu, Abbaslı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında torpaqla bağlı mübahisələr olmuş, onların hər ikisi bir–birinə torpaq sahəsinin yolu kəsdiyini bildirmişdir. Həmin mübahisə ilə bağlı 03 aprel 2023–cü il tarixdə saat təxminən 15 radələrində həmin torpaq sahələri olan yerə getmiş, həm Əlini, həm də Nəsimini oraya dəvət etmiş, bu zaman orada Nəsiminin anası, həyat yoldaşı və qızı da olmuş, o, orada olan zaman həmin şəxslərə mübahisələrini dayandırmalarını, torpaq məsələsinin mülki məsələ olduğu üçün mübahisənin məhkəmədə həll olunmalı olduğunu izah etmiş, bir qədər sonra Nəsimi və Əli öz aralarında söhbət edən zaman Əli bir anda iş görmək üçün istifadə etdiyi baltanı götürüb Nəsiminin üzərinə getmiş, Nəsimini təhqir edib öldürəcəyini deyərək əlində olan balta ilə Nəsiminin ayaq nahiyəsindən vuraraq xəsarət yetirmişdir. Bu zaman o, Əlinin üstünə qaçaraq əlindəki baltanı götürmüş, Əlini oradan kənarlaşdıraraq baş vermiş hadisə barədə Şəmkir RPŞ–nin növbətçi hissəsinə məlumat vermiş, Əlidən götürdüyü baltanı polis şöbəsinə təqdim etmiş və bundan sonra təhqiqatçı tərəfindən müvafiq sənədləşmə işləri aparılmışdır. Cinayət işinin materiallarında olan 03 aprel 2023–cü il tarixli “Baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi Şəmkir rayonu, Abbaslı kəndində yerləşən yerə baxış keçirilərək fotoşəkillər çəkilmiş və cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 04 aprel 2023–cü il tarixli 320 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarət–sol diz oynağının bayır səthinin kəsilmiş yarası kəsici alətlə ola bilsin ki, balta ilə yetirilmişdir, yetirilmə müddəti 03 aprel 2023–cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağıamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X3 Bölməsinin 31 may 2023–cü il tarixli 16/538 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən balta kustar üsulla hazırlanmış təsərrüfat– məişət təyimatlı alətdir və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Abbaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Abbaslı kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023–cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2015–ci il təvəllüdlü Venera və 2016–cı il təvəllüdlü Turan adlı uşaqları vardır. Cinayət işinin materiallarında olan 018860 saylı vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və X5 Birliyinin üzvüdür. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs 03 aprel 2023–cü il tarixdə saat 15 radələrində Şəmkir rayonu, Abbaslı kəndində yerləşən evinin yaxınlığında, qonşusu Zərərçəkmiş şəxs ilə bir müddət əvvəl özünə məxsus torpaq sahəsinin hasarlanmasına görə yolun kəsilməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılığa görə üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış təsərrüfat–məişət təyinatlı soyuq silah hesab edilməyən balta ilə qəsdən Zərərçəkmiş şəxs ayaq nahiyəsinə vuraraq ona sol diz oynağının bayır səthinin kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş və əlində olan baltanı sonuncuya tərəf hərəkət etdirməklə hədənin icra ediləcəyi üçün real əsaslarla onu öldürməklə hədələmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134–cü maddələri ilə düzgün tövsif edilmişdir. Bununla belə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs da ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu bildirib barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, tərəflərin barışması ilə əlaqədar cinayət işin icraatına xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs ilk dəfədir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayəti törətdikdən sonra zərərçəkmiş şəxslə barışmış və ona vurduğu zərəri tam şəkildə aradan qaldırmışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığını göstərərək işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin, zərərçəkmiş şəxs də Təqsirləndirilən şəxs şikayət və tələbinin olmadığını göstərmiş və onunla barışaraq işin icraatına xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1–ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2–ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1–ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına və ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikası CM–in 128 və 134–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 53 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs görüntüləri olan 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 37.4, 321, 344–347, 356, 358 və 384.1.3–cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128 və 134–cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 53 (əlli üç) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs təqdim etdiyi, içərisində Təqsirləndirilən şəxs görüntüləri olan 1 ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-199/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-199/2023
25.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver