Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-199/2025 12.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X13 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X13 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi oğlunun iştirakı ilə, xx.xx.1980-ci ildə Şəmkir rayonu Zəyəm- Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də mütəxəssis vəzifəsində işləyən, məhkumluğu olmayan, Şəmkir rayonu Zəyəm-Cırdaxan kəndində qeydiyyatda olmaqla və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsində ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli, K/23-03340 nömrəli əmrə əsasən, X44 Təchizat və Satış İdarəsinin X28 Zəyəm Şəbəkə sahəsinin ustası işlədiyi dövrdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X25 Xidmətinin Şəmkir rayon X25 Hissəsi və X28 tərəfindən xx.xx.2024-cü il tarixdə birgə təsdiq edilmiş “Qəza və təbii fəlakət zamanı qarşılıqlı əlaqə planı”nın 3-cü bəndinin tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində qısaqapanma səbəbindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-nin X25 Xidmətinin Şəmkir rayon DYMH-sinin rəisi və X28 tərəfindən evin elektrik enerjisinin tam olaraq dayandırılması barədə verilən tapşırıqları yerinə yetirməyərək elektrik xətləri qəzalı (təhlükəli) vəziyyətdə olan fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini tam və etibarlı şəkildə (işıq dirəyindən) dayandırmamış, nəticədə yanğından sonra yanğın baş verən fərdi yaşayış evində təmizlik işləri aparan Şəmkir rayonu, Düyərli kənd sakinləri, xx.xx.1993-cü il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X23 ehtiyatsızlıqdan elektrik naqilinə toxunmaları nəticəsində onları elektrik cərəyanı vurmuş, nəticədə Hümbət İsmayılov və Pərvin Nəsibova aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, beləliklə də Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq cinayət əməlini törətmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2019-cu il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətində, 2023-cü ilin sentyabr ayından isə faktiki olaraq tutduğu vəzifədə, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin ustası olaraq çalışır. Sahə ustası olaraq onun əsas vəzifəsi xətlərdə təmir-bərpa işlərinin aparılması, yararsız hala düşmüş işıq dirəklərinin yenisi ilə əvəz edilməsi, istismar müddətini başa vurmuş naqillərin yenisi ilə dəyişdirilməsi, trasformatorlara qulluq edilməsi və trasformator məntəqələrinin ətrafının təmizlənməsinə nəzarət etməkdən ibarətdir. O, X8 və X14 əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, işçisi, Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin montyoru Şahid4 ilə birlikdə işə gedərkən saat 08:10 radələrində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X4 İsmayılova zəng edərək əvvəllər tanımadığı və adını sonradan bildiyi Şahid1 evinin yandığını və onların dərhal hadisə yerinə gedərək yanğın baş verən evə elektrik enerjisinin verilməsini dayandırmaqlarını söyləmişdir. Onlar dərhal Azərin evinə doğru yola düşmüşlər. Yolda olarkən Qərb RETSİ X17 dispetçeri Şahid5 ona zəng edərək Düyərli kəndində yanğın baş verdiyini və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin məlumatı əsasında Düyərli kəndinə elektrik enerjisinin verilməsinin dayandırıldığını demişdir. Onlar hadisə yerinə çatdıqda fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağının tavanında yanğın baş verdiyini və yanğının ətrafda olan insanlar tərəfindən söndürüldüyünü görmüşlər. Hadisə barəsində, o, X17 baş mühəndisi Şahid6 zəng edib məlumat vermişdir. O, evə elektrik enerjisinin verilməsinin dayandırılması üçün evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini kəsmişdir. Bu zaman elektrik montyoru Şahid4 işıq dirəyinə çıxıb evə daxil olan naqili ayırmaq istədiyini görmüşdür. O evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini kəsdiyi üçün və Şahid4 yaşlı olduğundan yıxıla bilməsindən ehtiyat etdiyi üçün onun dirəkdən geri düşməsini demişdir. Əbülfəz də dirəyin yarısından yerə düşmüşdür. Belə ki, Şahid4 əsas vəzifələrindən biri onun göstərişlərini icra etməkdir. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin əməkdaşları gəlmişdir. FHN-nin əməkdaşları gəldikdə yanğın artıq sönmüşdür. Lakin FHN-nin əməkdaşları yanğının sönməsinə tam əmin olmaq üçün yanğın baş verən yerə bir daha su vurmuşlar. Qərb RETSİ X17 baş mühəndisi Şahid6 sahə ustası ona zəng edərək Düyərli kəndində yerləşən məscidin yanından keçən 10 kilovoltluq Çuğullu hava xəttində qəza baş verdiyini və onların dərhal həmin yerə gedib qəzanı aradan qaldırmaqlarını söyləmişdir. O, dərhal Şahid4la birlikdə Çuğullu hava xəttinin qəza baş verən yerinə getmişlər. Təxminən 1 saat sonra icra nümayəndəsi X29 İsmayılova zəng edərək 2 nəfər şəxsin yanğın baş verən evi təmizləyərkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. O, bu barədə X17 baş mühəndisi Şahid6 zəng edib məlumat vermişdir. Şahid6 hadisə yerinə digər əməkdaşları göndərmişdir. Çünki kənd sakinlərində onlara qarşı aqressiya olmuşdur. Daha sonra Şahid6 gəlmiş və o, sonuncu ilə birlikdə hadisə baş verən evə getmişdir. Evə çatdıqda işıq sayğacının taxta pol ağacı ilə sındırıldığını görmüşlər. Daha sonra hüquqmühafizə orqanlarının əməkdaşları gəlmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə edildiyini, ondan heç bir şikayət və tələbləri olmadığını, himayəsində 2 yetkinlik yaşına çatmayan övladları olmasını nəzərə alıb, ona daha yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X8 onun oğlu olmuşdur. O, 17 yanvar 1993cü il tarixdə X20 ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 03 (üç) övladları dünyaya gəlmişdir. Oğlu Hümbət yaşca böyük övladı olmuşdur. Oğlu Hümbət xasiyyətcə mehriban, xoşxasiyyət və səmimi bir insan olmuşdur. Hümbətin heç kimlə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hümbət “Bravo” marketdə kassir olaraq çalışmışdır. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, işdə olmuşdur. Belə ki, o, Şəmkir rayonunun Dəllər qəsəbəsində yerləşən sexdə slesar olaraq çalışır. xx.xx.2024-cü il tarixdə, saat 09 radələrində arvadı Səidə Qurbanova qonşusu, o cümlədən qudası Şahid1 evinin yandığını demişdir. O dərhal işdən çıxıb kəndə qayıtmışdır. O, Azərin evinə çatdıqda fərdi yaşayış evinin birinci mərtəbəsində yanğın baş verdiyini, yanğının Azərbaycan Respublikası FHN X25 Xidmətinin Şəmkir rayon X25 hissəsinin əməkdaşları tərəfindən tam söndürüldüyünü görmüşdür. Şəmkir rayon X25 hissəsinin əməkdaşları işlərini qurtarıb getdikləri üçün kənd sakinləri evə girib təmizlik işləri aparmışlar. Oğlu Hümbət də orada olmuşdur. Hümbət də kənd sakinlərinə kömək etmişdir. Azərin qardaşı Şahid2 yanğının söndürülməsində iştirak etdiyi üçün tüstüdən zəhərlənmişdi. Onlar X45 xidmətinə zəng etmişlər. Bir neçə dəqiqə sonra X45 xidmətinin həkimləri gələrək Arzunu Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O da sonuncuların arxasınca xəstəxanaya getmişdir. Xəstəxanada həkimlər Arzuya tibbi yardım göstərmişlər və Arzu özünə gəlmişdir. O da xəstəxanadan çıxıb Azərin evinə qayıtmışdır. O, orada olan şəxslərdən Hümbətin yanğın baş verən evdə təmizlik işlərinə köməklik edərkən sonuncunu elektrik cərəyanının vurduğunu, Hümbətə köməklik etmək istəyən qonşusu X26 İsmayılova toxunması nəticəsində Pərvini də elektrik cərəyanının vurduğunu öyrənmişdir. O dərhal Şəmkir rayon Mərkəzi Xəstəxanasına getmişdir. Xəstəxanada oğlu Hümbətin artıq öldüyünü bilmişdir. Hazırda təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı ödəməsini, barışıq əldə edilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X9 onun qızıdır. O, 2005-ci il tarixdə X31 ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən 03 (üç) övladı dünyaya gəlmişdir. Pərvin Nəsibova yaşca ortancıl övladıdır. Pərvin orta məktəbin 11-ci sinif şagirdi olmuşdur. Qızı Pərvin xasiyyətcə mehriban, xoşxasiyyət və səmimi bir insan olmuş və heç kimlə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Hadisə olan günü, yəni 29 oktyabr 2024cü il tarixdə o, atası evinə qonaq getmişdir. Saat 10 radələrində oğlu Pərvaz Nəsibov ona zəng edərək qızı Pərvini elektrik cərəyanının vurduğunu demişdir. O, dərhal evə qayıdanda qonşusu Şahid1 məxsus fərdi yaşayış evinin yandığını və qızının isə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparıldığını görmüşdür. O, orda olan şəxslərdən nə baş verdiyini soruşduqda, onlar Şahid1 fərdi yaşayış evinin birinci mərtəbəsində yanğın baş verdiyini, yanğının Azərbaycan Respublikası FHN X25 Xidmətinin Şəmkir rayon X25 hissəsinin əməkdaşları tərəfindən tam söndürüldükdən sonra qızı Pərvin Nəsibovanın sözügedən fərdi yaşayış evində təmizlik işlərinə köməklik etmək üçün evə girdiyini, bu zaman içərdə olan X8nu elektrik cərəyanının vurduğunu, ona köməklik etmək istəyən qızı X22 toxunması nəticəsində onu da elektrik cərəyanının vurduğunu və nəticədə hər ikisinin öldüyünü bildirmişlər. O, dərhal xəstəxanaya getmiş və artıq Pərvinin öldüyünü bilmişdir. Hazırda təqsirləndirilən şəxsin onlara dəymiş ziyanı ödəməsini, barışıq əldə edilməsini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadığını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1993-cü il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin montyoru olaraq çalışır. Montyor olaraq onun əsas vəzifəsi xətlərdə təmir-bərpa işlərinin aparılması, yararsız hala düşmüş işıq dirəklərinin yenisi ilə əvəz edilməsi, istismar müddətini başa vurmuş naqillərin yenisi ilə dəyişdirilməsi, trasformatorlara qulluq edilməsindən, trasformatır məntəqələrinin ətrafının təmizlənməsindən və sahə ustasının tapşırıqlarını icra etməkdən ibarətdir. X8 və X23 onun həmkəndliləridir. O, Hümbət İsmayılovu əvvəllər tanısa da, Pərvin Nəsibovanı əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs ilə birlikdə işə getmişdir. Saat 08:10 radələrində Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Düyərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi X19 ona zəng edərək həmkəndlisi Şahid1 evinin yandığını və onun dərhal hadisə yerinə gedərək yanğın baş verən evə elektrik enerjisinin verilməsini dayandırmasını söyləmişdir. Onlar dərhal Azərin evinə doğru yola düşmüşlər. Onlar hadisə yerinə çatdıqda fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağının tavanında yanğın baş verdiyini və yanğının ətrafda olan insanlar tərəfindən söndürüldüyünü görmüşlər. O, dərhal işıq dirəyinə çıxıb evə daxil olan elektrik enerjisinin dayandırılmasına tam əmin olmaq üçün evə gedən naqili dirəkdən ayırmaq qərarına gəlmişdir. Lakin, o, dirəyə çıxarkən sahə ustası Təqsirləndirilən şəxs evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini kəsdiyini və buna görə də elektrik naqilini dirəkdən ayırmağa ehtiyac olmadığını bildirmiş və dirəkdən yerə düşməsini söyləmişdir. Belə olan halda, o, dirəyin ortasından geri yerə düşmüşdür. O, elektrik montyoru olaraq birbaşa sahə ustasına, yəni Təqsirləndirilən şəxs tabedir və əsas vəzifələrindən biri sonuncunun göstərişlərini icra etməkdir. Daha sonra hadisə yerinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin əməkdaşları gəlmişdir. Sonuncular gəldikdə yanğın artıq sönmüşdü. Lakin əməkdaşlar yanğının sönməsinə tam əmin olmaq üçün yanğın baş verən yerə bir daha su vurmuşlar. Qərb RETSİ X17 baş mühəndisi Şahid6 sahə ustası Təqsirləndirilən şəxs zəng edərək Düyərli kəndində yerləşən məscidin yanından keçən 10 kilovoltluq Çuğullu hava xəttində qəza baş verdiyini və onların dərhal həmin yerə gedib qəzanı aradan qaldırmalarını söyləmişdir. O, dərhal Təqsirləndirilən şəxsla birlikdə Çuğullu hava xəttinin qəza baş verən yerinə getmişlər. Təxminən 1 saat sonra icra nümayəndəsi Aybəniz Nəsibova ona zəng edərək 2 nəfər şəxsin yanğın baş verən evi təmizləyərkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. Təqsirləndirilən şəxs bu barədə X17 baş mühəndisi Şahid6 zəng edib məlumat vermişdir. Şahid6 hadisə yerinə digər əməkdaşları göndərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, 2000-ci il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətində, 2023-cü il tarixdən isə faktiki olaraq tutduğu vəzifədə çalışır. Baş mühəndis olaraq onun əsas vəzifəsi X17 balansında olan avadanlıqları saz vəziyyətdə saxlamaq, vaxtlı-vaxtında avadanlıqlara xidmət göstərmək, rəhbərlik tərəfindən verilmiş göstərişləri vaxtında icra etmək və abonentləri dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin etməkdən ibarətdir. O, X8 və X14 əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, məzuniyyətdə olmuşdur. Qərb RETSİ X17 X5 üzrə İ şəxs operativ personalı Şahid5 Şəmkir rayonu, Düyərli kəndində yerləşən fərdi yaşayış evində yanğın baş verdiyini və buna görə də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin sifarişi əsasında 10 kilovoltluq Düyərli hava xəttini açıb torpaqlama qoyaraq xəttə elektrik enerjisinin verilməsini dayandırdığını söyləmişdir. O da dərhal evdən çıxıb hadisə yerinə getmişdir. O, yolda olarkən Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs da ona zəng edərək hadisə barəsində məlumat vermişdir. O, hadisə yerinə çatdıqda fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağının tavanında yanğın baş verdiyini və yanğının ətrafda olan insanlar və FHN-nin əməkdaşları tərəfindən söndürüldüyünü görmüşdür. Yanğın baş verən fərdi yaşayış evinə daxil olan elektrik xətləri Təqsirləndirilən şəxs tərəfindən sayğacdan kəsilərək evə elektrik cərəyanının verilməsi dayandırılmışdı. Qərb RETSİ X28 Zəyəm Şəbəkə sahəsinin montyoru Şahid4 işıq dirəyinə çıxıb evə daxil olan naqili ayırmaq istəsə də, Təqsirləndirilən şəxs evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini kəsdiyi üçün və Şahid4 yaşlı olduğundan yıxıla bilməsindən ehtiyat etdiyi üçün sonuncunun dirəkdən geri düşməsini demişdir. Əbülfəz də dirəyin yarısından yerə düşmüşdür. Belə ki, Şahid4 əsas vəzifələrindən biri sahə ustasının göstərişlərini icra etməkdir. Bir qədər sonra hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlmişdir. O, hadisə yerindən ayrıldıqdan təxminən 1 saat sonra Təqsirləndirilən şəxs ona zəng edərək 2 nəfər şəxsin yanğın baş verən evi təmizləyərkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmişdir. O dərhal yenidən hadisə baş verən yerə getmişdir. Evə çatdıqda işıq sayğacının taxta pol ağacı ilə sındırıldığını görmüşdür. Meyitlər qonşular və yaxınları tərəfindən xəstəxanaya aparılmışdı. Fərdi yaşayış evinin işıq sayğacına qədər olan hissədə heç bir qüsur olmadığından, o cümlədən evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini Təqsirləndirilən şəxs kəsdiyindən sonuncu Şahid1 evinin sayğacına gedən elektrik naqilini işıq dirəyindən ayrılmasına ehtiyac olmadığını düşünmüş və buna görə də evə daxil olan elektrik naqilini ayırmaq üçün dirəyə çıxan elektrik montyoru Şahid4 dirəkdən geri düşməsini demişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, X8 onun həmkəndlisi olmaqla yanaşı, qardaşı Şahid1 kürəkənidir. Belə ki, Hümbət İsmayılov xx.xx.2024-cü il tarixdə qardaşı qızı Naibə Cəlilova ilə ailə həyatı qurmuşdur. X9 da onun həmkəndlisidir. Qardaşı Şahid1 arvadı Xəyalə Cəlilova və övladları Eltun Cəlilov və Eşqin Cəlilovla birlikdə Şəmkir rayonunun Düyərli kəndində yerləşən və atası İbrahim Cəlilovdan miras qalmış evdə yaşayır. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, evdə olmuşdur. Saat 08 radələrində qardaşı Azər ona zəng edərək evinin yandığını və onun dərhal ora getməsini söyləmişdir. O, təcili şəkildə Azərin evinə doğru yola düşmüşdür. O, evə çatdıqda Azərin yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağının tavanında yanğın baş verdiyini görmüşdür. Hadisə yerinə xeyli sayda insan toplaşmışdır. O, evə gələn elektrik enerjisinin naqillərini kəsmək istəyərkən qonşuluqda yaşayan Rasim sayğacdan evə elektrik enerjisinin verilməsini dayandırdığını söyləmişdir. Daha sonra, o, Rasimin oğlu Rəşadla evə daxil yanğını söndürməyə başlamışlar. Qonşular, o cümlədən mərhum Pərvin Nəsibova onlara vedrələrdə su daşıyırmışlar. O, Rəşadla köməkli şəkildə yanğını söndürüb evdən çıxmışlar. Bir neçə dəqiqə sonra işıq və qaz idarəsinin nümayəndələri gəlmişdir. Qaz idarəsinin əməkdaşı evə daxil olan qazı dayandıraraq sayğaca plomb qoymuşdur. İşıq idarəsinin əməkdaşı olan Əbülfəz adlı şəxs evə daxil olan işıq naqillərini dirəkdən ayırmaq üçün işıq dirəyinə çıxarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs evin sayğacından çıxıb evə daxil olan elektrik naqillərini kəsdiyini və buna görə də elektrik naqilini dirəkdən ayırmağına ehtiyac olmadığını bildirmiş və dirəkdən yerə düşməsini söyləmişdir. Belə olan halda Əbülfəz dirəyin ortasından geri yerə düşmüşdür. Daha sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin əməkdaşları gələrək yanğının sönməsinə tam əmin olmaq üçün yanğın baş verən yerə bir daha su vurmuşlar. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evi onlara təhvil verib getmişlər. X42 Nazirliyinin əməkdaşlarının yanında rəhbər kimi gəlmiş adını bilmədiyi şəxsdən evə girə bilib-bilməyəcəklərini soruşmuşdur. Rəhbər şəxs yanğının tam olaraq söndüyünü və rahatlıqla evə girə biləcəklərini deyib getmişlər. Qonşular təmizlik işləri görmək üçün evə daxil olmuşlar. O isə tüstüdən zəhərləndiyi üçün halı pisləşmiş və o, yerə yıxılmışdır. Onu X45 xidmətinin avtomobili ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada ona ilkin tibbi yardım göstərilmiş və o yaxşılaşmışdır. O, xəstəxanada olarkən Hümbət İsmayılov və X27 evində təmizlik işləri apararkən elektrik cərəyanının vurması nəticəsində öldüyünü eşitmişdir. Qardaşı Şahid1 yaşadığı fərdi yaşayış evinin çöl hissəsində yerləşən işıq sayğacında 2 ədəd elektrik açar vardır. Həmin elektrik açarlarının birindən çıxan elektrik naqili evin ikinci mərtəbəsinə, digərindən çıxan elektrik naqili isə evin birinci mərtəbəsinə elektrik enerjisinin verilməsini təmin edir. İşıq idarəsinin əməkdaşı evin ikinci mərtəbəsinə elektrik enerjisinin verilməsini təmin edən elektrik açarından çıxan elektrik naqillərini kəssə də, evin birinci mərtəbəsinə elektrik enerjisinin verilməsini təmin edən elektrik açarından çıxan elektrik naqillərini kəsməmişdir. Nəticədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin əməkdaşları evi tam söndürüb hadisə yerindən çıxıb getdikdən sonra Düyərli kəndinə elektrik enerjisinin verilməsi bərpa olunması ilə evin birinci mərtəbəsinə elektrik enerjisi verilmişdir. X6 və X14 elektrik cərəyanı vurmuşdur. Təxminən 5-6 il bundan qabaq hadisə baş verən yerdə, yəni qardaşı Şahid1 yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağında qısaqapanma nəticəsində yanğın baş vermişdir. Lakin həmin vaxt Azər və ailəsi evdə olduğundan yanğın yayılmamış dərhal söndürülmüşdür. Yanğın fərdi yaşayış evinin istirahət otağının divarının üzəri ilə gedən elektrik naqillərində qısaqapanma olmuş və nəticədə otağın tavanında yanğın baş vermişdir. Belə ki, elektrik naqilləri evin çöl hissəsində yerləşən işıq sayğacından evin içərisinə daxil olaraq divarların üzəri ilə bütün evə paylanır. O, hadisə zamanı tüstüdən zəhərlənsə də, heç bir xəsarət almamışdır. Buna görə də ekspert müayinəsindən keçməkdən imtina etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, 2015-ci ilin oktyabr ayından "xxxx" Açıq Səhmdar Cəmiyyətində, 2019-cu ilin iyun ayından isə faktiki olaraq tutduğu vəzifədə, yəni "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Qərb RETSİ X17 Yüksək Gərginlik üzrə Yarımstansiyaların İ şəxs operativ personalı olaraq çalışır. İ şəxs operativ personal olaraq onun əsas vəzifəsi sahə ustalarının sifarişi və naryad sənədləri əsasında yarımstansiyalarda hava xətlərinə elektrik cərəyanının verilməsini dayandırmaq və hava xətlərinə elektrik cərəyanının verilməsini bərpa etmək, qaynar xətlərə cavab vermək və vətəndaşların şikayətlərini dinləyib aidiyyatı üzrə yönləndirməkdən ibarətdir. O, X8 və X14 əvvəllər tanımamış və heç bir yerdə görməmişdir. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, o, 35/10 kilovoltluq Şəmkir 2 yarımstansiyasında növbədə olmuşdur. Saat 09:07-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin adını bilmədiyi dispetçeri yarımstansiyaya zəng edərək Şəmkir rayonunun Düyərli kəndində fərdi yaşayış evinin yandığını, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının hadisə yerinə getdiklərini və Düyərli kəndinə elektrik cərəyanının verilməsini dayandırmasını bildirmişdir. O, bu barədə Regional dispetçer xidmətinin əməkdaşı Nicat Qurbanova məlumat verərək 10 kilovoltluq Düyərli hava xəttini açıb torpaqlama qoyaraq xəttə elektrik enerjisinin verilməsini dayandırmasını bildirmişdir. Daha sonra yenidən Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin adını bilmədiyi dispetçerinə zəng edib bu barədə sonuncuya məlumat vermişdir. Dispetçerə məlumat verdikdən sonra, o, X28 Zəyəm Şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs və Zəyəm Şəbəkə sahəsinin montyoru Şahid4 zəng edib Düyərli kəndində fərdi yaşayış evinin yanması və Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin sifarişi əsasında Regional dispetçer xidmətinin 10 kilovoltluq Düyərli hava xəttini açıb torpaqlama qoyaraq xəttə elektrik enerjisinin verilməsini dayandırmalarını söyləmişdir. Təqsirləndirilən şəxs və Şahid4 ilə danışdıqdan sonra, o, X17 baş mühəndisi Şahid6 zəng edib məlumat vermişdir. Saat 10:31-də Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin dispetçeri yarımstansiyaya zəng edərək yanğının söndürüldüyünü və kəndə elektrik enerjisinin verilə bilməsini söyləmişdir. O, sahə ustası Təqsirləndirilən şəxs zəng edib Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanğını söndürüb qurtardıqlarını və 10 kilovoltluq Düyərli hava xəttinə elektrik cərəyanını vermək istədiyini bildirmiş və yanğın baş verən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini təmin edən elektrik naqillərinin ayrılıb-ayrılmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs yanğın baş verən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini təmin edən elektrik naqillərini kəsərək sayğacdan araladığını və sayğacın elektrik açarını aşağı saldığını bildirmişdir. Belə olan halda, o, Regional dispetçer xidmətinin əməkdaşı Nicat Qurbanova zəng edib yanğının söndürüldüyünü və yanğın baş verən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini təmin elektrik naqillərinin kəsildiyini bildirib 10 kilovoltluq Düyərli hava xəttinə elektrik cərəyanının verilə bilməsini söyləmişdir Təxminən 10 dəqiqə sonra Nicat Qurbanov təkrar ona zəng edərək 10 kilovoltluq Düyərli hava xəttinə elektrik cərəyanının verilməsini bildirmişdir. O da bu barədə X17 baş mühəndisi Şahid6 zəng edib məlumat vermişdir. Bir qədər sonra Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin dispetçeri yenidən ona zəng edərək yanğın baş verən evdə 2 nəfər şəxsin elektrik cərəyanının vurması nəticəsində öldüyünü bildirmiş və dərhal 10 kilovoltluq Düyərli hava xəttinə elektrik cərəyanının verilməsini dayandırmasını söyləmişdir. O, dərhal rəhbərliyə məlumat verib Regional dispetçer xidmətinin əməkdaşı Nicat Qurbanova xəttə elektrik enerjisinin verilməsini dayandırmasını söyləmişdir. X28 Zəyəm Şəbəkə sahəsinin ustası Təqsirləndirilən şəxs və Zəyəm Şəbəkə sahəsinin montyoru Şahid4 yanğın baş verən fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini təmin elektrik naqillərini işıq dirəyindən ayırmalı olduğu halda, sayğacın elektrik açarından evə elektrik enerjisinin verilməsini dayandırdıqları üçün fərdi yaşayış evinə elektrik enerjisinin verilməsi tam olaraq dayandırılmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o, 2004cü il tarixdə X24 ilə ailə həyatı qurmuşdur. Onların bu evlilikdən Eltun Cəlilov, Naibə Cəlilova və Eşqin Cəlilov adlı 03 (üç) övladları dünyaya gəlmişdir. O, arvadı və övladları ilə birlikdə Şəmkir rayonunun Düyərli kəndində yerləşən və atası İbrahim Cəlilovdan miras qalmış evdə yaşayır. X8 onun kürəkənidir. Belə ki, Hümbət İsmayılov xx.xx.2024-cü il tarixdə qızı Naibə Cəlilova ilə ailə həyatı qurmuşdur. X9 isə onun qonşusu olmuşdur. Belə ki, Pərvin Nəsibovanın yaşadığı evlə onların yaşadıqları ev arasındakı məsafə təxminən 30-35 metr təşkil edir. Hadisə olan günü, yəni 29 oktyabr 2024-cü il tarixdə, saat 08 radələrində, o, işləmək üçün Könüllü kəndinə doğru yola düşmüşdür. Belə ki, o, Könüllü kəndində yerləşən xurma bağında fəhlə işləyir. Arvadı Xəyalə və oğlanları Eltunla Eşqin isə işləmək üçün Düyərli kənd qəbiristanlığının yaxınlığında yerləşən bağa getmişlər. Arvadı və oğlanları da orada fəhlə işləyirlər. O, marşrut ilə Könüllü kəndinə gedərkən Şəmkir rayonunda “Dördyol” deyilən əraziyə çatmışdı ki, qonşusu Rasim ona zəng edərək evinin yandığını demişdir. O, dərhal marşrutdan düşüb taksiyə minmiş və evə doğru yola düşmüşdür. O, evə çatdıqda yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsində yerləşən istirahət otağının tavanında yanğın baş verdiyini və yanğının qonşuları tərəfindən söndürüldüyünü görmüşdür. O, evə girib yanğın baş verən yerə baxdıqda istirahət otağının divarının üzəri ilə gedən elektrik naqillərində qısaqapanma olduğunu və nəticədə otağın tavanında yanğın baş verdiyini başa düşmüşdür. Belə ki, elektrik naqilləri evin çöl hissəsində yerləşən işıq sayğacından evin içərisinə daxil olaraq divarların üzəri ilə bütün evə paylanır. Bir neçə dəqiqə sonra işıq və qaz idarəsinin nümayəndələri gəlmişdir. Qaz idarəsinin əməkdaşı evə daxil olan qazı dayandıraraq sayğaca plomb qoymuşdur. İşıq idarəsinin əməkdaşı olan Əbülfəz adlı şəxs isə işıq dirəyinə çıxıb və daha sonra geri düşmüşdür. Bir qədər sonra Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon şöbəsinin əməkdaşları gələrək yanğının sönməsinə tam əmin olmaq üçün yanğın baş verən yerə bir daha su vurmuşlar. Daha sonra Fövqəladə Hallar Nazirliyinin əməkdaşları evi ona təhvil verib getmişlər. O, Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının yanında rəhbər kimi gəlmiş adını bilmədiyi şəxsdən evə girə bilibbilməyəcəklərini soruşmuşdur. Rəhbər şəxs yanğının tam olaraq söndüyünü və rahatlıqla evə girə biləcəklərini deyib getmişlər. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, o cümlədən işıq və qaz idarəsinin əməkdaşları getdikdən sonra onlar qonşularla birlikdə evə daxil olub evə yığılmış suyu, o cümlədən evin yanmış əşyalarını çıxararaq təmizlik işləri aparmağa başlamışlar. Onlar demək olar ki evi təmizləyib qurtarmışdılar. Onlar evin həyətində olarkən mərhum kürəkəni Hümbət İsmayılov, qonşusu Habilin qızı mərhum Pərvin Nəsibova, qızı Naibə Cəlilova və qardaşı oğlu İlkin Cəlilov yanğın baş verən istirahət otağında olmuşlar. Bu zaman orada qışqırtı səsi gəlmişdir. O, qaçaraq içəri daxil olmaq istədikdə, qardaşı oğlu İlkin onu tutaraq evə daxil olmağa qoymamışdır. İlkin evin içərisində yığılmış gölməçədə tok olduğunu söyləmişdir. Bu zaman qonşuları Vüqar dərhal əlinə pol ağacı alaraq evin çöl hissəsində olan sayğacı vurub qıraraq evə elektrik cərəyanının verilməsini dayandırmışdır. Daha sonra onlar içəri daxil olmuşlar. O, içəri girdikdə Hümbət və Pərvinin yerdə uzandıqlarını görmüşdür. Onlar Hümbət və Pərvinə yaxınlaşdıqda ağızlarından köpük gəldiyini görmüşlər. Onlar dərhal Hümbət və Pərvini Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Xəstəxanada həkimlər Hümbət və Pərvini müayinə etmiş və sonuncuların artıq öldüyünü bildirmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işi materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş; Məhkəmə-təhlükəsizlik texnikası ekspertizasının 24 yanvar 2025-ci il tarixli 10/10223 nömrəli rəyindən görünür ki, Şəmkir rayonu, Düyərli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində qısaqapanma səbəbindən baş vermiş yanğın söndürüldükdən və Düyərli kəndinə elektrik enerjisinin verilişi bərpa edildikdən sonra evin birinci mərtəbəsində elektrik naqillərinin gərginlik altına düşməsi evdə yanğından sonra aparılan təmizlik işləri zamanı baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar Azərbaycan Respublikası FHN-nin X25 Xidmətinin Şəmkir rayon DYMH-nin rəisi V.Həsənov və X17 rəisi B.Tağızadə tərəfindən imzalanaraq təsdiq edilmiş “Qəza və təbii fəlakət zamanı qarşılıqlı əlaqə planı”nın 3-cü bəndinin tələbləri pozulmuşdur. Şəmkir rayonu, Düyərli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində qısaqapanma səbəbindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-nin X25 Xidmətinin Şəmkir rayon DYMH-nin rəisi və X28 tərəfindən evin elektrik enerjisinin tam olaraq dayandırılması barədə verilən tapşırıqlar yerinə yetirilmədiyinə və elektrik xətləri qəzalı (təhlükəli) vəziyyətdə olan fərdi yaşayış evinə elektrik enerjisinin tam və etibarlı şəkildə (işıq dirəyindən) dayandırmadıqlarına görə “Qəza və təbii fəlakət zamanı qarşılıqlı əlaqə planı”nın 3-cü bəndinin tələbləri Qərb RETSİ X28 Zəyəm sahəsinin ustası Təqsirləndirilən şəxs və həmin Şəbəkə sahəsinin montyoru Şahid4 tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxslər tərəfindən qayda və təlimatların tələblərinin pozulması müəyyən edilməmişdir. Məhkəmə tibbi ekspertizasının 29 oktyabr 2024-cü il, 41 saylı rəyindən görünür ki, X3 bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. X3 ölümü yüksək elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermişdir. (Daxili orqanlarda doluqanlılıq və duruqanlılıq, ağciyərlərin visseral plevrasında və ürəyin epikard qişasında nöqtəvari qansızmalar bu növ ölümün sübutedici əlamətlərindəndir). İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X12 ölümü meyitin müayinəyə başlanmasından 1-2 saat əvvəl baş vermişdir. X3 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və karboksihemoqlobin aşkar edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 29 oktyabr 2024-cü il, 42 saylı rəyindən görünür ki, X2 meyiti müayinə olunarkən onun sol əlinin İV və V barmaqlarının ovuc səthində zədələrelektrik nişanələri aşkar edilmişdir. Qeyd olunan zədələr yüksək elektrik cərəyanı təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gələ bilərdilər. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən bədən xəsarətləri əlamətlərinə malikdirlər. X2 ölümü yüksək elektrik cərəyanı ilə zədələnmə nəticəsində baş vermişdir. İlkin meyit əlamətlərinin inkişafına əsasən onu demək olur ki, X10 ölümü meyitin müayinəyə başlanmasından 2-4 saat əvvəl baş vermişdir. X2 bədən səthində aşkar edilmiş xəsarətlər- alt dodağın selikli hissəsinin sağ yarısına və dilin uc hissəsinə qansızmalar X10 ölümündən az əvvəl və ya ölüm anında küt əşyaların təsirindən törənmişlər, sağlamığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Qeyd olunan xəsarətlərlə Hümbət İsmayılovun ölümü arasında heç bir səbəbli əlaqə yoxdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və karboksihemoqlobin aşkar edilməmişdir. Hadisə yerinə baxış keçirilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Şəmkir şəhəri 24 kilometr məsəfədə yerləşən Şahid1 Düyərli kəndində yerləşən fərdi yaşayış evidir. Meyitə baxış keçirilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, X2 sol əlinin İV və V barmaqlarının ovuc səthində zədələr-elektrik nişanələri aşkar edilmişdir. Meyitə baxış keçirilməsi haqqında 29 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, X3 bədən səthində heç bir xəsarət və ya xəsarət izi aşkar edilməmişdir. X17 14 mart 2025-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Məlikov X1 xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək elektrik montyoru vəzifəsində, xx.xx.2023-cü il tarixdən hazırki dövrədək Qərb RETSİ X28 Paylayıcı Şəbəkə sahəsinin Zəyəm şəbəkə sahəsi üzrə usta vəzifəsində çalışır. Təqsirləndirilən şəxs işlədiyi müddətdə əmək və icra intizamına riayət etmiş, vəzifə öhdəliklərini layiqincə yerinə yetirmişdir. Cinayət materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən xx.xx.2025–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Qərb RETSİ X28 Paylayıcı Şəbəkə sahəsinin Zəyəm şəbəkə sahəsi üzrə ustası vəzifəsində işlədiyi vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq etməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-də xx.xx.2023-cü il tarixli, K/23-03340 nömrəli əmrə əsasən, X44 Təchizat və Satış İdarəsinin X28 Zəyəm Şəbəkə sahəsinin ustası işlədiyi dövrdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin X25 Xidmətinin Şəmkir rayon X25 Hissəsi və X28 tərəfindən xx.xx.2024-cü il tarixdə birgə təsdiq edilmiş “Qəza və təbii fəlakət zamanı qarşılıqlı əlaqə planı”nın 3-cü bəndinin tələblərini pozaraq, xx.xx.2024-cü il tarixdə Şəmkir rayonu, Düyərli kənd sakini Şahid1 məxsus fərdi yaşayış evində qısaqapanma səbəbindən baş vermiş yanğın hadisəsi ilə əlaqədar FHN-nin X25 Xidmətinin Şəmkir rayon DYMH-sinin rəisi və X28 tərəfindən evin elektrik enerjisinin tam olaraq dayandırılması barədə verilən tapşırıqları yerinə yetirməyərək elektrik xətləri qəzalı (təhlükəli) vəziyyətdə olan fərdi yaşayış evinə elektrik enerjisinin verilməsini tam və etibarlı şəkildə (işıq dirəyindən) dayandırmamış, nəticədə yanğından sonra yanğın baş verən fərdi yaşayış evində təmizlik işləri aparan Şəmkir rayonu, Düyərli kənd sakinləri, xx.xx.1993-cü il təvəllüdlü X18 və xx.xx.2008-ci il təvəllüdlü X23 ehtiyatsızlıqdan elektrik naqilinə toxunmaları nəticəsində onları elektrik cərəyanı vurmuş, nəticədə Hümbət İsmayılov və Pərvin Nəsibova aldıqları xəsarətlərdən hadisə yerində ölmüş, beləliklə də Təqsirləndirilən şəxs vəzifəli şəxs olmaqla işinə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi ilə əlaqədar fiziki şəxsin hüquqlarına və qanuni mənafelərinə mühüm ziyan vurulmasına, yəni ehtiyatsızlıqdan iki zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 314.3–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini və iş yeri üzrə müsbət xarakteriza olunmasını, zərərçəkmiş şəxsin hüquqi varisləri lə barışıq əldə etməsini, himayəsində 2 yetkinlik yaşına çatmayan uşaqları olmasını, ehtiyatsızlıqdan cinayət törətməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3–cü maddəsində nəzərdə tutulmuş cinayət əməli qulluq mənafeyi əleyhinə olmaqla, vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi nəticəsində ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən az ağır cinayətdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.1-ci maddəsinə əsasən səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsifiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz altmış saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 314.3-cü maddəsinə əsasən, bu Məcəllənin 314.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 314.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsinin sanksiyasında nəzərdə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə bir-birindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinin tətbiq edilməsi barədə dövlət ittihamçısının təklifinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Məhkəmə hesab edir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzası Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 314.3-cü maddəsinin sanksiyasında birbaşa qeyd edilmədiyindən, həmçinin sonuncunun törətmiş olduğu cinayətin vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə nəticəsində deyil, səhlənkarlıq nəticəsində baş verməsi nəzərə alınaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci (müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə) tətbiq edilməməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halların olması və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı(CPM-198.1.), ekspertiza tədqiqatının dəyəri 102 ( bir yüz iki) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Şəmkir Rayon Vəkil Bürosunun vəkili X15 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci 102 (bir yüz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxsə göstərdiyi 17 saat hüquqi yardıma görə 162 (bir yüz altmış iki) manat pul Müdafiəçi ödənilməsi üçün Şəmkir Rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan, həbsdə saxlanılan məhkum şəxsə münasibətdə isə rəsmi verildiyi andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-199/2025
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-199/2025
12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver