Məhkəmə qərarları › İş №1(076)-2/2023

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-2/2023

13.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-2/2023 13.04.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi Musayeva Aytəkin Bulud qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X13 Zərərçəkmiş şəxslər: X6, X4, X20, X7 Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs Müdafiəçi: Müdafiəçi iştirakı ilə xx xxxxxxx 1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 bina 72, blok 2, mənzil 145 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini X9 ona və bacısı qızı X1 vəsiqəsi verilməsində köməklik göstərəcəyinə dair yalandan vədlər verərək Şəmkir rayonu, Təzəkənd kəndində olan Çinarə Quliyevanı aldadıb 2021-ci ilin avqust-sentyabr aylarında sonuncunun "xxxx" ASC tərəfindən verilmiş hesab kartından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 7275 6538 saylı hesab kartına 1.200 (bir min iki yüz) manat pul köçürtdürməklə Çinarə Quliyevanın pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini X10 xarici ölkədən avtomobil alaraq gətirməkdə və avtomobilin alınmasında digər işlərdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək Şəmkir rayonu, Təzəkənd kəndində olan Çinarə Quliyevanı aldadıb 03 noyabr 2021-ci ildə sonuncunun "xxxx" ASC tərəfindən verilmiş hesab kartından özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 7275 6538 saylı hesab kartına 3.000 (üç min) manat pul köçürtdürməklə Çinarə Quliyevanın pulunu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini X6 vasitəsilə tanıdığı X22 məxsus olan sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirməkdə köməklik göstərəcəyinə dair yalandan vəd verərək aldadıb 28 noyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən mağazanın qarşısında olan pul köçürtmə terminalı vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 7275 6538 saylı hesab kartına 800 (səkkiz yüz) manat pul köçürtdürməklə Anar Əliyevə məxsus pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Gədəbəy rayon sakini X2 vasitəsilə tanıdığı X11 əvvəllər aldığı təqaüdün dayandırılması ilə əlaqədar təqaüdünün bərpa etdirəcəyinə dair yalan vəd verərək Familə Mirzəyevanı aldadıb 16 dekabr 2021-ci il tarixdə Gədəbəy şəhəri ərazisində “Çempion” marketin qarşısında yerləşən pul köçürmə terminalı vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 7275 6538 saylı hesab kartına 800 (səkkiz yüz) manat pul köçürtdürməklə Familə Mirzəyevaya məxsus pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs təkrarən tamah məqsədi ilə özgənin əmlakını əvəzsiz və qanunsuz ələ keçirmək niyyəti ilə Şəmkir rayonu, Təzəkənd kənd sakini X6 vasitəsilə tanıdığı X8 təqaüd düzəldilməsində köməklik göstərəcəyinə dair yalandan vəd verərək Elnarə Süleymanovanı aldadıb 25 dekabr 2021-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən mağazanın qarşısında olan pul köçürmə terminalı vasitəsilə özünə məxsus "xxxx" ASC tərəfindən verilmiş 4169 7385 7275 6538 saylı hesab kartına 1.700 (bir min yeddi yüz) manat və eyni vaxtda Çinarə Quliyevaya məxsus "xxxx" ASC tərəfindən verilmiş bank kartından isə özünə məxsus olan həmin hesab kartına 300 (üç yüz) manat pul köçürtdürməklə Elnarə Süleymanovaya məxsus ümumilikdə 2.000 (iki min) manat məbləğində pulu aldatma yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Təzəkənd kənd sakini X9 2017-ci il tarixdə tanımışdır. 2021-ci ilin avqust-sentyabr aylarında Çinarə və bacısı qızının sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşdıqlarını bilmiş, həmin vaxt onun uşağı xəstə olduğu üçün pula ehtiyacı olmuşdur. O, Çinarə ilə danışan zaman Çinarə ona sürücülük vəsiqəsi almaq üçün imtahana hazırlaşdıqlarını demişdir. Çinarə ona anasının xəstəliyi ilə əlaqədar olaraq tezliklə sürücülük vəsiqəsi imtahanı verib Könülün və onun sürücülük vəsiqəsi almalı olduqlarını demişdir. O, əgər imkan olsa pul verib sürücülük vəsiqəsi almaq istədiyini demişdir. Onun pula ehtiyacı olduğu üçün Çinarəyə tanış adam olduğunu, onlara sürücülük vəsiqəsi imtahınından kəsilsələr köməklik edə biləcəyini demişdir. Çinarə həmin şəxslə danışıb ona köməklik etməsini istəmişdir. O, daha sonra Çinarə ilə danışan zaman ona tanışı olan adamın onlar imtahandan kəsildikləri halda imtahandan keçmələrinə köməklik göstərilməsi üçün hər birinə münasibətdə 600 (altı yüz) manat pul istədiyini demişdir. Çinarə onunla razılaşaraq ona və Könülə sürücülük vəsiqəsi verilməsində köməklik göstərilməsi üçün ona məxsus olan "xxxx" bankına məxsus “4169 7385 7275 6538” saylı bank kartına ümumilikdə 1.200 (bir min iki yüz) manat məbləğində pul göndərmişdir. O, həmin pulları öz şəxsi ailə işləri üçün istifadə etmişdir. Daha sonra Könül və Çinarə Bakı şəhərində, Xırdalan qəsəbəsində yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsinə onunla birlikdə gedərək orada imtahan verib sürücülük vəsiqəsi almışlar. Daha sonra Çinarə ona özləri imtahan verib sürücülük vəsiqəsi aldıqlarını deyib pulunu geri qaytarmasını dedikdə Çinarəyə yalandan onun xəbəri olmadığını, onlara kömək olunduğunu demişdir. Bundan sonra Çinarə ona inanaraq heç bir şey deməmişdir. O, Çinarə və Könülün sürücülük vəsiqəsi almalarına köməklik göstərilməsi üçün hər hansı şəxsə hər hansı məbləğdə pul verməmiş və hər hansı şəxs onlara köməklik etməmişdir. O, təxminən 2021-ci ilin noyabr ayında Çinarə ilə telefon vasitəsilə əlaqə saxlayan zaman Çinarə ona xaricdən avtomobil gətirtmək istədiyini demiş, onunla danışan zaman Çinarəyə köməklik edə biləcəyini demişdir. Bundan sonra Çinarə ilə danışan zaman Çinarəyə avtomobil gətirmək üçün ilkin olaraq 3.000 (üç min) manat pul verməli olduğunu demiş, həmin gün Çinarə təkrar onunla əlaqə saxlayaraq pulun hazır olduğunu demişdir. O, Çinarəyə pulu onun bank kartına göndərməsini demiş, bundan sonra Çinarəyə ona məxsus "xxxx" bankına məxsus olan “4169 7385 7275 6538” saylı bank kartının nömrəsini vermiş, həmin gün Çinarə ona məxsus olan bank kartına 3.000 manat pul göndərmişdir. O, Çinarə ilə danışan zaman Çinarəyə tezliklə avtomobilini gətizdirəcəyini demişdir. Bundan başqa 2021-ci ilin noyabr ayının sonlarında Çinarə təkrar onunla əlaqə saxlayan zaman ona Anar adlı həmkəndlisi olduğunu demiş, Anara məxsus olan sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirmək lazım olduğunu demişdir. O, Çinarəyə problem olmadığını, həll edə biləcəyini demiş, bundan sonra həmin gün dəqiq xatırlamadığı vaxtda Çinarə ilə təkrar telefon vasitəsilə əlaqə saxlayıb ona Anar Əliyevə məxsus olan şəxsiyyət vəsiqəsinin və sürücülük vəsiqəsinin şəkilini göndərməsini demiş və Çinarə həmin sənədlərin şəkilini ona göndərmişdir. O, daha sonra Çinarə ilə danışıb ona Anar Əliyevə məxsus olan sürücülük vəsiqəsinə kateqoriya əlavə etdirə biləcəyini demiş, bundan sonra Çinarə onunla əlaqə saxlayan zaman ona Anarın sürücülük vəsiqəsinə kateqoriya əlavə etdirmək üçün ona 800 (səkkiz yüz) manat pul verməli olduqlarını demişdir. Çinarə həmin gün təkrar onunla əlaqə saxlayaraq həmin gün 600 (altı yüz) manat pul göndərə biləcəklərini demişdir. O, Çinarəyə əgər sabahsı gün 200 (iki yüz) manatda pul göndərməsələr işlərinin həll olmayacağını demişdir. Bundan sonra Çinarə həmin gün onunla əlaqə saxlayıb ona məxsus olan bank kartına Anarın 600 (altı yüz) manat pul göndərdiyini demiş, həmin günün sabahsı isə Çinarə ilə danışan zaman Çinarə Anarla danışdığını demiş, Anarın onun bank kartına 200 (iki yüz) manat pul göndərdiyini demişdir. O, özünə məxsus olan 4169 7385 7273 6538 saylı bank kartına baxan zaman həmin pulların onun hesabına daxil olduğunu bilmişdir. O, Çinarə ilə danışan zaman Anarın sürücülük vəsiqəsinə kateqoriyanı 2021-ci ilin dekabr ayının 20-dək yazdıracağını demiş, bundan sonra Anara zəng edən zaman ona tezliklə işini həll edəcəyini demişdir. Bundan başqa o, Könülün vasitəsilə Niyaməddin adlı şəxslə tanış olmuş, sonuncu ondan Familə adlı qohumunun təqaüdünün bərpa edilməsində köməklik göstərməsini xahiş etmişdir. Bundan sonra Niyaməddinlə danışan zaman ona həmin şəxsin şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməsini istəmiş, Niyaməddin şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərdikdən sonra ona həmin şəxsin təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Həmin məsələnin həll edilməsi ilə bağlı Niyaməddin ona məxsus bank kartına 800 manat pul göndərmişdir. lakin həmin işi həll etməmişdir. Bundan başqa Çinarə ilə danışan zaman Çinarə bacısı Elnarəyə də təqaüd düzəltdirmək istədiyini demiş, Çinarəyə bu barədə danışaraq ona xəbər edəcəyini demişdir. O, həmin gün axşam Çinarə ilə danışan zaman ona işin həll olunması üçün 2.000 (iki min) manat pul verməli olduqlarını demişdir. Çinarənin bacısı qızı Könüllə danışan zaman Könül Çinarənin onlarla danışdığını onun anasının təqaüdünü bərpa etdirə biləcəyini dediyini demişdir. O, Könülə kömək edə biləcəyini demiş, Könül ona pulu göndərəcəyini demişdir. O, Könülə bank kartının şəkili göndərmiş, həmçinin ondan şəxsiyyət vəsiqəsi və sağlamlıq vəziyyəti haqqında müvafiq sənədlərin surətlərini şəkillərini göndərməyini istəmişdir. Könül həmin gün onunla əlaqə saxlayaraq ona pulu göndərdiyini demişdir. Könül həmin pulu ona göndərdiyi barədə müvafiq qəbzin şəkilini “Watsapp” proqramı vasitəsilə ona göndərmiş və onlara tezliklə işlərinin həll olacağını demişdir. Beləliklə o, vəd verdiyi işlərin heç birini həll edə bilməmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmiş və onlarla barışmışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 4 il olar ki, tanıyır. 2021-ci ilin oktyabr ayında Yaxşıxanımla danışan zaman onunla avtomobil almaq, həmçinin sürücülük vəsiqəsi almaq haqqında söhbətləri olmuş, Yaxşıxanım ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini demişdir. O, bundan sonra 2021-ci ilin təxminən avqust-sentyabr aylarında ona və bacısı qızı Könül Süleymanovaya sürücülük vəsiqəsi verilməsində köməklik etməsi üçün Yaxşıxanıma məxsus olan bank kartına ümumilikdə 1.200 (bir min iki yüz) manat pul göndərmişdir. Bundan sonra Könüllə birlikdə 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Yaxşıxanımla görüşüb onunla birlikdə Bakı şəhərində Xırdalan deyilən ərazidə yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsinə getmişlər. O və Könül həmin yerdə imtahana daxil olub imtahan verib sürücülük vəsiqəsi almışlar. Yaxşıxanım onlara yalandan imtahandan kəsildikləri halda imtahandan keçməklərinə kömək edəcəyini bildirmişdir. O, əgər imtahandan özləri keçsələr pullarını geri qaytaracağını demişdir. Könül və o, özləri imtahan verərək sürücülük vəsiqəsini almışlar. Onlar özləri imtahandan keçdikləri üçün Yaxşıxanımın onlara hər hansı köməklik etməsinə ehtiyac qalmamışdır. O, bundan sonra Yaxşıxanımdan pulunu tələb etdikdə Yaxşıxanım ona həmin pulu onlara sürcülük vəsiqəsi imtahanında köməklik göstərilməsi üçün verdiyini, onların xəbəri olmadığını, onlara imtahanda köməklik göstərildiyini demişdir. O, tezliklə qaytaracağını bildirmişdir. O, 2021-ci il noyabr ayında özünə avtomobil almaq qərarına gəlmiş, anası Nazlı Quliyeva xəstə olduğu üçün avtomobil alıb onu həkimə aparıb-gətirmək istəmişdir. O, Yaxşıxanımla danışan zaman Yaxşıxanım ona avtomobil gətirməkdə kömək edə biləcəyini, dayısı oğlu olduğunu, onun vasitəsilə avtomobil gətirəcəyini demişdir. O, Yaxşıxanımla danışan zaman inanmış, Yaxşıxanım ona avtomobil gətirmək üçün ümumilikdə 14.000 (on dörd min) manat pul verməli olduğunu demişdir. Yaxşıxanım ona avtomobil gətirmək üçün ilkin olaraq 3.000 (üç min) manat pul verməli olduğunu demiş, onunla bu barədə danışdıqdan sonra Yaxşıxanımın “Whatsapp” proqramı vasitəsilə ona şəkilini göndərdiyi bank kartına 03 noyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən evində olan zaman özünə məxsus olan hesabdan ümumilikdə 3.000 (üç min) manat göndərmişdir. O, Yaxşıxanıma həmin pulu göndərdikdən sonra Yaxşıxanım 27 noyabrda avtomobili təşkil edəcəyini demişdir. Yaxşıxanım yerdə qalan pulu aylıq 600 (altı yüz) manat verərək ödəməli olduğunu demiş və bu barədə danışıb onunla razılaşmışdır. Yaxşıxanım onlara gələn zaman onu bacısı qızı Könüllə də tanış etmişdir. Bundan başqa X18 adlı qohumunun təqaüdünün bərpa edilməsində köməklik göstərməsini Yaxşıxanımdan xahiş etmişdir. Yaxşıxanım həmin şəxsin təqaüdünü 800 manat müqabilində bərpa etdirə biləcəyini demişdir. Həmin məsələnin həll edilməsi ilə bağlı Niyaməddin Yaxşıxanıma məxsus bank kartına 800 manat pul göndərmişdir. Bundan başqa həmkəndlisi X23 2021-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə onun yanına gəlmiş, işinə görə ona sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirmək lazım olduğunu demiş, Anara sürücülük vəsiqəsi almaqda Yaxşıxanımın ona kömək etdiyini demişdir. O, bunun üçün Yaxşıxanıma 600 (altı yüz) manat pul verdiyini demiş, Anar ona məxsus olan sürücülük vəsiqəsinə baxmışdır. Anar ondan Yaxşıxanımla danışmağını xahiş etmiş, Yaxşıxanımla telefonla danışıb ona Anarın barəsində demişdir. Yaxşıxanım Anarın şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməyini demiş, Anara məxsus şəxsiyyət vəsiqəsinin şəkilini göndərmiş, Yaxşıxanım daha sonra onunla əlaqə saxlayıb Anarın sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirmək üçün ona 800 (səkkiz yüz) manat pul göndərməli olduqlarını demişdir. O, Anara bu barədə dedikdə həmin gün 600 (altı yüz) manat pul təşkil edə biləcəyini demiş, Yaxşıxanımla danışdıqda həmin pulu göndərmələrini, yerdə qalan 200 (iki yüz) manat məbləğində pulu isə sabah göndərmələrini, pulu tam göndərməsələr işin həll olamayacağını demişdir. Bundan sonra Yaxşıxanıma məxsus olan mobil nömrəni Anara vermiş, həmin günün sabahsı Anar onunla əlaqə saxlayıb ona Yaxşıxanıma yerdə qalan 200 (iki yüz) manat məbləğində pulu da göndərdiyini demişdir. O, daha sonra təxminən 2022-ci ilin mart ayında Anarla söhbət edən zaman Yaxşıxanımın Anarı aldadıb 800 (səkkiz yüz) manat pulunu ələ keçirdiyini bilmişdir. Eləcə də, o, evdə bacısı Elnarə ilə söhbət edən zaman ona Yaxşıxanımın təqaüd bərpa etdirməsi haqqında danışmış, Elnarə ona da təqaüd düzəldilməsində köməklik etməsini demişdir. Elnarənin özündən getməsi olduğu üçün ona təqaüd düzəltmək haqqında danışmışlar. O, bundan sonra Yaxşıxanımla telefonla danışan zaman ona bacısı Elnarəyə təqaüd düzəltmək istədiklərini demişlər. Yaxşıxanım Elnarəyə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməyini istəmiş, Elnarəyə məxsus şəxsiyyət vəsiqəsinin şəkilini Yaxşıxanıma göndərmişlər. Yaxşıxanım həmin gün təkrar onunla telefonla əlaqə saxlayıb ona həmin işin düzəlməsi, yəni Elnarəyə təqaüd düzəlməsi üçün 2.000 (iki min) manat pul verməli olduqlarını demiş, ondan bir qədər az məbləğə həll etməsini istəsə də, o, mümkün olmadığını demişdir. O, Elnarə ilə bu barədə danışıb razılaşmış, onlar 25 dekabr 2021-ci il tarixdə 1.700 (bir min yeddi yüz) manat pul təşkil etmişlər. O, bacısı Elnarəyə işin həll edilməsi üçün 300 manat onun kartından pul göndərməyə razılıq vermiş, onlar həmin gün Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən mağazanın qarşısında olan elektron terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus olan bank kartına 1.700 (bir min yeddi yüz) manat pul göndərmişlər. Həmin yerdə isə ona məxsus bank kartından əlavə olaraq 300 (üç yüz) manat pul əlavə olaraq həmin karta göndərmişlər. Yaxşıxanım ona sms yazıb 2.000 (iki min) manat pulun çatdığını demişdir. Onlar bir-iki ay gözləmişlər. Yaxşıxanım onların işini həll etmədiyi və onları aldadıb pullarını ələ keçirdiyi üçün onun barəsində polisə şikayət etmişlər. Təqsirləndirilən şəxs onu və digər şəxsləri aladadaraq onlara məxsus pulları ələ keçirmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq xaricdən avtomobil gətirilməsində, sürücülük vəsiqəsi imtahanından keçmədikləri halda imtahan keçməklərinə köməklik göstərilməsi, sürücülük vəsiqəsinə kateqoriya əlavə edilməsi, həmçinin qohumlarımın təqaüdlərinin bərpa olunması və təqaüd düzəldilməsində köməklik göstərilməsi adı ilə onu və qohumlarımı aldadaraq pullarını ələ keçirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X14 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2017-ci il tarixdən bacısı Çinarənin vasitəsilə tanımış, lakin üzdən heç vaxt görməmişdir. Təxminən Çinarə 2021-ci ilin oktyabr ayında Yaxşıxanımla danışan zaman onunla avtomobil almaq həmçinin sürücülük vəsiqəsi almaq haqqında söhbətləri olmuş, Yaxşıxanım Könülə və Çinarəyə sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini demişdir. Çinarə bundan sonra 2021-ci ilin təxminən avqust-sentyabr aylarında ona və qızı Könülə sürücülük vəsiqəsi düzəltməkdə köməklik etməsi üçün 1.200 (bir min iki yüz) manat pulu Yaxşıxanıma məxsus olan bank kartına göndərmişdir. Həmin pulun hamısı Çinarəyə məxsus olmuşdur. Çinarə və Könül sürücülük vəsiqəsi imtahanından kəsildikləri halda imtahandan keçməyə köməklik göstərməsi üçün Yaxşıxanıma 1.200 (bir min iki yüz) manat pul göndərmişdir. O, bundan sonra evdə bacısı Çinarə ilə söhbət edən zaman ona Yaxşıxanımın təqaüd bərpa etdirməsi haqqında danışmış, Çinarəyə Yaxşıxanımla danışıb ona təqaüd düzəldilməsində köməklik etməsini demişdir. Onun özündən getmə xəstəliyi olduğu üçün təqaüd düzəltmək haqqında danışmışlar. Çinarə Yaxşıxanımla telefonla danışan zaman Yaxşıxanıma ona təqaüd düzəltmək istədiklərini demiş, Yaxşıxanım ona məxsus şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərməyini istəmişdir. Onlar onunla razılaşmış, Çinarə bundan sonra ona məxsus olan şəxsiyyət vəsiqəsinin şəkilini Yaxşıxanıma göndərmiş, Yaxşıxanım həmin gün təkrar Çinarə ilə telefonla əlaqə saxladıqda ona təqaüd düzəltdirməyin mümükün olduğunu demişdir. O, təqaüd düzəlməsi üçün 2.000 (iki min) manat pul verməli olduqlarını demiş, Çinarə ondan bir qədər az məbləğə həll etməsini istəsə də, o, mümkün olmadığını demiş, Çinarə bundan sonra onunla bu barədə danışıb məsləhət etdikdə razılaşmışdır. Onlar 25 dekabr 2021-ci il tarixdə 1.700 (bir min yeddi yüz) manat pul təşkil etmişlər. O, Yaxşıxanıma göndərməsi üçün Çinarəyə 1.700 (bir min yeddi yüz) manat pul vermiş, həmçinin Çinarəyə ona borc olaraq 300 (üç yüz) manat pul verməsini demişdir. Çinarə pulun kart hesabında olduğunu, Yaxşıxanımın kart hesabına köçərəcəyini demiş, həmin gün pulun hamısını Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən mağazanın qarşısında olan elektron terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus olan bank kartına göndərmişlər. Həmin yerdə isə Çinarəyə məxsus bank kartından əlavə olaraq 300 (üç yüz) manat pulu Çinarə Yaxşıxanımın bank hesabına köçürmüşdür. Yaxşıxanım Çinarəyə və Könülə sms yazıb 2.000 (iki min) manat pulun çatdığını demişdir. Təqsirləndirilən şəxs ona təqaüd düzəltmək adı ilə onları aldadaraq ələ keçirdiyi pulun hamısı ona məxsus olmuşdur. Həmin pulun 300 (üç yüz) manat məbləğində olan hissəsini Çinarədən borc almışdır. Yaxşıxanım onu aldadaraq pulunu ələ keçirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X27 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu Çinarənin vasitəsilə tanımışdır. O, 2021-ci ilin noyabr ayında özünə məxsus olan sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirmək istəmiş, həmkəndlisi Yasin ilə söhbət edən zaman arvadı Mənsurənin iş yoldaşı Çinarənin özünə sürücülük vəsiqəsi aldığını demişdir. O, Yaxşıxanımla bu barədə danışan zaman ona Çinarə ilə söhbət edib işini həll edə biləcəyini demişdir. O, bundan sonra həmkəndlisi Çinarənin yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşayış evinə getmiş, Çinarə ilə söhbət edən zaman Çinarə ona Bakı şəhərində yaşayan tanışı Təqsirləndirilən şəxs ona sürücülük vəsiqəsi almaqda köməklik etdiyini demişdir. O, Yaxşıxanımın Baş Dövlət Yol Polisi İdarəsində sürücülük vəsiqəsi verilən yerdə işlədiyini demişdir. O, həmin vaxt Çinarənin sürücülük vəsiqəsinə baxmış, Yaxşıxanımın tam olaraq həmin işi görə biləcəyinə əmin olmuş, Çinarə ilə bu barədə danışan zaman ondan ona sürücülük vəsiqəsinə kateqoriya vurulmasında köməklik etməsini xahiş etmişdir. Çinarə ona Yaxşıxanımla danışıb xəbər edəcəyini demiş, həmin vaxt özünə məxsus olan şəxsiyyət vəsiqəsinin şəkilini işini həll etməsi üçün Mənsurəyə məxsus olan telefon nömrəsinə watsapp proqramı vasitəsilə göndərmiş, Çinarə ona Yaxşıxanımın həmin işin həlli üçün 800 manat pul istədiyini demiş, ona həmin gün 600 (altı yüz) manat pul təşkil edə biləcəyini demişdir. Çinarə təkrar Yaxşıxanımla danışmış, Yaxşıxanımın 200 (iki yüz) manat da sabah göndərməsə işin gələn aya qalacağını dediyini demişdir. O, onlarla razılaşmış, Mənsurə onlarla danışdığı üçün Yaxşıxanımın ona göndərdiyi bank kartının şəkilini ona göndərmişdir. O, həmin gün 600 (altı yüz) manat pul təşkil edib Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən marketdən milli ön vasitəsilə Yaxşıxanıma məxsus bank kartına göndərmişdir. O, həmin günün sabahsı əlavə olaraq Yaxşıxanıma işini həll etməsi üçün 200 (iki yüz) manat pulu eyni yerdən terminal vasitəsilə Yaxşıxanıma məxsus bank kartına göndərmişdir. O, həmin pulları Təqsirləndirilən şəxs məxsus olan 4169 7385 7273 6538 saylı bank kartına göndərmiş, Çinarə ona Yaxşıxanımın onun sürücülük vəsiqəsinə kateqoriyanı 2021-ci ilin dekabr ayının 20-dək yazdıracağını demiş, bundan sonra həmin vaxt əlaqə saxladıqda növbəti aya qaldığını demişdir. O, bu vaxt narazılıq etdikdə ona Yaxşıxanıma məxsus ***-***-**-** saylı mobil nömrəni demişlər. O, həmin nömrə ilə Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Yaxşıxanım ona gələn ayın altısı həll edəcəyini demişdir. Lakin o, həmin vaxtda həll edə bilməmiş, Yaxşıxanım ona 06 mart 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonunda yerləşən “Bazarstore2” mağazasının yanında olmağını demişdir. Yaxşıxanım ona sürücülük vəsiqəsini verəcəyini demiş, daha sonra isə ona zəng edib sürücülük vəsiəqsinin növbəti aya qaldığını demişdir. Yaxşıxanım ona müxtəlif bəhanələr gətirərək imtahanın təxirə düşdüyünü, işinin daha sonra həll olacağını demişdir. O, 2022-ci ilin aprel ayınadək olan vaxt ərzində onunla danışan zaman onu aldadaraq işinin tezliklə həll olacağını bildirmişdir. O, Yaxşıxanımın onu aldatdığını başa düşdüyü üçün daha sonra polisə şikayət etmək qərarına gəlmişdir. Yaxşıxanım onu aldadaraq sürücülük vəsiqəsinə E və D kateqoriyası yazdırmaqda köməklik edəcəyini bildirərək ümümilikdə 800 manat pulunu ələ keçirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X17 ifadəsində göstərdi ki, Niyaməddin Cəfərov onun xalası oğludur. Niyaməddin 2021-ci ilin dekabr ayının əvvəllərində onunla telefonla əlaqə saxlayıb danışan zaman ona tanış adam olduğunu, onun kəsilmiş əlillik təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Niyaməddin onun qohumu olduğu üçün ona inanmış, Niyaməddin şəxsiyyət vəsiqəsinin şəkilini çəkib ona göndərməyini istəmişdir. O, özünə məxsus olan şəxsiyyət vəsiqəsinin şəkilini çəkib Niyaməddinə “Watsapp” proqramı vasitəsilə göndərmişdir. Həmin gün Niyaməddin onunla təkrar telefonla əlaqə saxlayıb ona tanış adamla danışdığını, həmin şəxsin onun əlillik təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Niyaməddin təqaüdü bərpa edən adamın işi həll etmək əlillik təqadünü bərpa etmək üçün 800 (səkkiz yüz) manat pul istədiyini demiş, o, bu barədə ailə üzviləri ilə danışdıqdan sonra həmin pulu Niyaməddinə vermək və əlillik təqaüdünü bərpa etdirmək haqqında razılaşmışlar. Niyaməddin 16 dekabr 2021-ci il tarixdə Gədəbəy şəhərində yerləşən onun yaşadığı evə gəlmiş, onunla təkrar söhbət edərək əlillik təqadünün tezliklə bərpa olacağını demiş, bundan sonra yaşadığı evdə 800 (səkkiz yüz) manat pulu Niyaməddinə vermişdir. Niyaməddin getdikdən sonra həmin gün onunla telefonla təkrar əlaqə saxlayıb ona əlillik təqadünün bərpa edilməsi üçün ona verdiyi 800 (səkkiz yüz) manat pulu təqaüdü bərpa edəcək adama göndərdiyini demişdir. O, Niyaməddinlə danışan zaman həmin pulu göndərdiyi adamın tezliklə əlillik təqaüdünü bərpa etdirəcəyini dediyini demişdir. Bundan sonra daimi olaraq Niyaməddinlə əlaqə saxlayıb danışan zaman təqaüdünün tezliklə bərpa olunacağını demişdir. Təxminən iki-üç ay keçdikdən sonra Niyaməddinlə təkrar danışan zaman Niyaməddin ona əlillik təqaüdünün bərpa olunması üçün ona verdiyi pulu Bakı şəhərində yaşayan Yaxşıxanım adlı qadına göndərdiyini demişdir. Niyaməddin həmin qadının onu aldatdığını ona və digər şəxslərə məxsus olan pulları ələ keçirdiyini bildirmişdir. Bununla belə Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödəmişdir. Hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Könülün vasitəsilə tanımışdır. Belə ki, söhbət əsnasında Könülə xalası qızı Familənin təqaüdünün dayandırılmasını bildirmiş, Könül isə tanışı olduğunu və Familənin təqaüdünü bərpa etdirə biləcəyini demişdir. Bundan sonra Könül ona Yaxşıxanıma məxsus telefon nömrəsini vermişdir. O, Təqsirləndirilən şəxs ilə əlaqə saxlayaraq, məsələ barəsində danışmış, sonuncu isə 800 manat müqabilində Familənin təqaüdünü bərpa etdirə biləcəyini demişdir. O, daha sonra xalası qızı Familə ilə əlaqə saxlamış, ona tanış adam olduğunu, təqaüdü bərpa etdirə bildiyini demişdir. Familə onunla razılaşmış, Familənin ona göndərdiyi şəxsiyyət vəsiqəsinin şəkilini Yaxşıxanıma göndərmişdir. Həmin gün Yaxşıxanım onunla əlaqə saxlayıb dayısının Familənin işinin həll edilməsi üçün 800 (səkkiz yüz) manat pul istədiyini demiş, Familə ilə danışıb 16 dekabr 2021-ci il tarixdə Gədəbəydə Familədən 800 (səkkiz yüz) manat pul alıb Gədəbəy rayonunda “Çempion” marketin qarşısında olan Milli ön terminalı vasitəsilə Yaxşıxanımın ona dediyi bank hesabına göndərmişdir. O, təxminən iki-üç ay ərzində Yaxşıxanımla əlaqə saxlayıb işi ilə maraqlanmış, Yaxşıxanımın onların işlərini həll etmək fikrində olmadığını başa düşmüşdür. O, Yaxşıxanım haqqında maraqlandıqda onun dələduzluqla məşğul olduğunu çoxlu adamlar aldatdığını bilmişdir. O, daha sonra bu barədə Daxili İşlər Nazirliyinin 102 zəng xidməti mərkəzinə müraciət etmiş, dəymiş maddi ziyanın ödənilməsini köməklik edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq xalası qızı Familəyə məxsus 800 manat pulu ələ keçirmişdir. Məhkəmə baxışı iclası zamanı şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən 2-3 il olar tanıyır. O, Yaxşıxanımı xalası Çinarənin vasitəsilə tanımışdır. Onun Yaxşıxanım ilə təxminən 2021-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən xalasının evinə qonaq gələn zaman ilkin tanışlığı yaranmışdır. Xalası Çinarə 2022-ci ilin oktyabr ayında Yaxşıxanımla danışan zaman onunla avtomobil almaq, həmçinin sürücülük vəsiqəsi almaq haqqında söhbətləri olmuşdur. Yaxşıxanım Çinarəyə və ona sürücülük vəsiqəsi almaqda köməklik edəcəyini demişdir. Xalası Çinarə bundan sonra 2021-ci ilin təxminən avqust-sentyabr aylarında sürücülük vəsiqəsi verilməsində köməklik etməsi üçün Yaxşıxanıma məxsus olan bank kartına ümumilikdə 1.200 (bir min iki yüz) manat pul göndərmişdir. Bundan sonra Yaxşıxanımın vasitəsilə xalası Çinarə ilə birlikdə 12 oktyabr 2021-ci il tarixdə Bakı şəhərində Yaxşıxanımla görüşüb onunla birlikdə Bakı şəhərində Xırdalan deyilən ərazidə yerləşən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat şöbəsinə getmişlər. O, Çinarə ilə birlikdə həmin yerdə imtahan verib sürücülük vəsiqəsi almışlar. O, özlərinə məxsus olan sürücülük vəsiqəsini imtahanda iştirak etdikdən sonra almışlar. Yaxşıxanım onlara sürücülük vəsiqəsi almaqda köməklik etdiyi üçün ona inanmışlar. Xalası Çinarə 2021-ci il noyabr ayında özünə avtomobil almaq qərarına gəlmiş, onlar nənəsi Nazlı Quliyeva dializ xəstəsi olduğu üçün avtomobil alıb onu həkimə aparıb gətirmək istəmişlər. Çinarə bu barədə Yaxşıxanımla danışan zaman Yaxşıxanım ona avtomobil gətirməkdə kömək edə biləcəyini demişdir. Yaxşıxanım onlara dayısı oğlu olduğunu, onun vasitəsilə Çinarəyə avtomobil gətirəcəyini demiş, onlar Yaxşıxanımla danışan zaman ona inanmışlar. Çinarə onunla danışan zaman Yaxşıxanım ona avtomobil gətirmək üçün ümumilikdə 14.000 (on dörd min) manat pul verməli olduqlarını demişlər. O, xalası Çinarəyə avtomobil gətirmək üçün ilkin olaraq 3.000 (üç min) manat pul verməli olduğunu demiş, Çinarə onunla bu barədə danışdıqdan sonra Yaxşıxanım “Watsapp” proqramı vasitəsilə onlara şəkilini göndərdiyi bank kartına 4169 7385 7275 6538 saylı hesab nömrəsinə həmin pulu göndərmələrini Çinarəyə demişdir. Xalası Çinarənin telefondan və pul göndərməkdən bir o qədər anlayışı olmadığı üçün 03 noyabr 2021-ci il tarixdə Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən xalası Çinarənin yaşadığı evdə olan zaman Çinarəyə məxsus olan hesabdan ümumilikdə 3.000 (üç min) manat pulu Yaxşıxanımın qeyd etdiyi bank hesabına Çinarənin özünün razılığı ilə gönmdərmişdir. O, Yaxşıxanıma həmin pulu göndərdikdən sonra Yaxşıxanım Çinarə ilə danışan zaman ona 27 noyabrda avtomobili təşkil edəcəyini demişdir. Yaxşıxanım Çinarəyə yerdə qalan pulu isə aylıq 600 manat ödəniş etmək şərti il ödəməli olduğunu demişdir. Çinarə onunla bu barədə danışıb razılaşmışdır. Bundan başqa həmkəndliləri X23 2021-ci ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə onların yaşadıqları evə gəlmişdir. Anar Çinarəyə işinə görə sürücülük vəsiqəsinə E və D kateqoriyası əlavə etdirmək istədiyini demiş, Anar Çinarəyə iş yoldaşı Mənsurənin ərinin Çinarəyə sürücülük vəsiqəsini almaqda Yaxşıxanım adlı qadının kömək etdiyini dediyini demişdir. Çinarə Anara bunun üçün Yaxşıxanıma 600 (altı yüz) manat pul verdiyini demişdir. Anar Çinarəyə məxsus olan sürücülük vəsiqəsinə baxmış, bundan sonra Yaxşıxanıma məxsus olan ***-***-**-** saylı mobil nömrəni Çinarə Anara vermişdir. Bundan sonra Anarın Yaxşıxanımla danışıb ona 800 (səkkiz yüz) manat pul göndərdiyini bilmişdir. Xalası Çinarə bundan sonra evdə onun anası ilə söhbət edən zaman ona Yaxşıxanımın təqaüd bərpa etdirməsi haqqında danışmış, anası Elnarə Çinarəyə ona da təqaüd düzəldilməsində köməklik etməyini demişdir. Onun anası Elnarənin özündən getməsi olduğu üçün təqaüd düzəltmək haqqında danışmışlar. Xalası Çinarə bundan sonra Yaxşıxanımla telefonla danışan zaman anasının təqaüdünü düzəltmək istədiklərini demişdir. Yaxşıxanım anasına məxsus şəxsiyyət vəsiqəsinin şəkilini ona göndərmələrini istəmiş, Çinarə Elnarəyə məxsus olan şəxsiyyət vəsiqəsinin şəkilini Yaxşıxanıma göndərmişdir. Yaxşıxanım həmin gün təkrar xalası Çinarə ilə telefonla əlaqə saxlayıb ona həmin işin düzəlməsi, yəni anası Elnarənin təqaüdünün düzəlməsi üçün 2.000 (iki min) manat pul verməli olduqlarını demişdir. Xalası Çinarə ondan bir qədər az məbləğə həll etməsini istəsə də, o, mümkün olmadığını demiş, xalası Çinarə Elnarə ilə danışıb razılaşmış, onlar həmin gün 25 dekabr 2021-ci il tarixdə 1.700 (bir min yeddi yüz) manat pul təşkil etmişlər. X26 işin həll edilməsi üçün 300 manat da onun kartından pul göndərməyə razılıq vermişdir. Onlar həmin gün Şəmkir rayonu, Təzəkənd kəndində yerləşən mağazanın qarşısında olan elektron terminal vasitəsilə Təqsirləndirilən şəxs məxsus olan bank kartına 1.700 (bir min yeddi yüz) manat pul göndərmişlər. Həmin yerdə isə Çinarəyə məxsus bank kartından əlavə olaraq 300 (üç yüz) manat pulu həmin karta göndərmişlər. Bundan bir müddət sonra Yaxşıxanımla danışan zaman Yaxşıxanım tezliklə işin həll olacağını deyərək onları aldatmağa davam etmişdir. Həmçinin, onlar təxminən bir ay keçdikdən sonra Yaxşıxanımla 2022-ci ilin yanvar ayının əvvəllərində danışan zaman Yaxşıxanıma onların işlərinin alınmadığını deyib pulu geri qaytarmasını tələb etmiş, Yaxşıxanım həmin vaxt ona 15 yanvar 2022-ci il tarixədək olan vaxt ərzində onların pullarını və Niyaməddinin 3.300 (üç min üç yüz) manat pulunu geri qaytaracağını demişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan ödəniş qəbzlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdə dövlət büdcəsinə 1.950 manat pul ödəmişdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirilmişdir ki, Təqsirləndirilən şəxs təkrarən aldatma yolu ilə özgələrin əmlakını ələ keçirərək dələduzluq cinayət əməlini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Bununla belə zərərçəkmiş şəxslər X16, X14, X27 və X17 hər biri ayrıayrılıqda notarial qaydada yazılmış ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdıqlarını, onlara dəymiş ziyanın ödənildiyini və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi olmadıqlarını bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. Həmçinin, Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək zərərçəkmiş şəxslərlə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini bildirib, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin məhkəmə baxışı zamanı verdikləri ifadələrini, onların ərizələrində göstərilən halları və digər iş materiallarını nəzərə alaraq və aşağıdakı əsaslara görə hesab edir ki, cinayət işin icraatına xitam verilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Göründüyü kimi iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla işin icraatına xitam verilməsi, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi mümkün sayılır. Məhkəmə qanunun qeyd olunan müddəalarına istinad edərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığına və onlara dəymiş ziyanı tamamilə ödədiyinə, habelə cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Odur ki, məhkəmə hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verildiyindən onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 37.4, 321, 344-347, 356, 358 və 384.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə barəsində cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Taleh Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar