Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-2/2024 23.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X10, təqsirləndirilən şəxsin müdafiəçisi– Göygöl Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi3, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, X12, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1972–ci il tarixdə Şəmkir rayonu, Yeni–Həyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2011–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2–ci maddəsi əsasında təqsirli bilinərək, 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2015–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317–2.1–ci maddəsi əsasında təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmiş, Şəmkir rayonu, Yeni–Həyat kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluq etmiş, həmçinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluğa cəhd etmiş və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 16 oktyabr 2020–ci il tarixdə saat 07:40–dan həmin gün saat 17 radələrinədək olan vaxt ərzində Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən fərdi yaşayış evinə hasardan keçməklə qanunsuz daxil olub evin yataq otağındakı şkafdan 5.575 (beş min beş yüz yetmiş beş) manat məbləğində nəğd pulu, 1 ədəd, 583 əyarlı, 1.200 (bir min iki yüz) manat dəyərində 20 qram çəkidə qızıl qolbağı (reket toxunmuş), 1 ədəd 583 əyarlı, 1.620 (bir min altı yüz iyirmi) manat dəyərində 27 qram çəkidə qızıl boyunbağı (reket toxunmuş), 1 ədəd 582 əyarlı. 180 (bir yüz səksən) manat dəyərində 3 qram çəkidə “Quran” kitabı formalı qızı medalyonu, 1 cüt, 583 əyarlı, 180 (bir yüz səksən) manat dəyərində 3 qram çəkidə üzərində bənövşəyi rəngli qaşı olan qızıl sırğanı və 1 cüt 583 əyarlı 420 (dörd yüz iyirmi) manat dəyərində 7 qram çəkidə üzərində 6 ədəd briiyant qaşlar olan qızıl sırğanı, cəmi 3.600 (üç min altı yüz) manat dəyərində qızıl–zinyət əşyalarını gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs2 məxsus 9.175 (doqquz min yüz yetmiş beş) manat məbləğində əmlakı gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 16 avqust 2021–ci il tarixdə saat 23 radələrində dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus yaşayış evində 10.000 (on min) manat məbləğində pulun və ya qiymətli əşyaların olduğunu bildiyi üçün həmin məbləği əldə etmək məqsədilə, pilləkən vasitəsilə evin hasarının üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə evin pəncərəsinin dəmir barmaqlıqla mühafizə torunu sındırmaqla pəncərədən qanunsuz olaraq evə daxil olmuş, evin içərisində olan otaqlarda pul və digər qiymətli qızıl–zinyət əşyaları axtarmış, lakin ev sahibi tərəfindən evdə olan pul və dəyərli əşyalar gizlədildiyindən öz iradəsindən asılı olmayan səbəbə görə gizli talamaq istədiyi pul və ya qızıl zinət əşyalarını əldə edə bilməyib yaşayış sahəsini tərk etmiş, bununla da oğurluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 29 noyabr 2021–ci il tarixdə saat 01 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus yaşayış evinə hasarın üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə pəncərənin dəmir barmaqlıqla mühafizə torunu sındırmaqla pəncərədən yaşayış yerinə qanunsuz olaraq daxil olmuş, evin mətbəxt otağında olan şkafın içərisindən 207 (iki yüz yeddi) manat məbləğində nəğd pulu və hər birinin üzərində 9 ədəd brilliant qaş olan 750 əyarlı, ümumi 11,5 qram çəkisi olan, 1.150 (bir min yüz əlli) manat dəyərində qızıl sırğaları və üzərində 9 ədəd brilliant qaş olan 750 əyarlı, 7 qram çəkisi olan, 700 (yeddi yüz) manat dəyərində qızıl üzüyü, cəmi 1.850 (bir min səkkiz yüz əlli) manat dəyərində qızıl–zinyət əşyalarını gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 2.057 (iki min əlli yeddi) manat məbləğində əmlakı gizli olaraq talayıb ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah məqsədi ilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə 19 dekabr 2021–ci il tarixdə saat 24 radələrində dəqiq məlum olmayan vaxtda Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən X14 məxsus fərdi yaşayış evində 10000 (on min) manat məbləğində pulun və ya qiymətli əşyaların olduğunu bildiyi üçün həmin məbləği əldə etmək məqsədilə, evin hasarının üzərindən aşaraq həyətyanı sahəyə, oradan isə evin giriş qapısının şüşəsini sındırmaqla qapıdan qanunsuz olaraq yaşayış yerinə daxil olmuş, evin içərisində olan otaqlarda pul və qızıl–zinyət əşyaları axtarmış, lakin həmin vaxt evin mühafizəsi tapşırılmış Şahid3 evə gələrək hadisə yerinə Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarını çağırması nəticəsində öz iradəsindən asılı olmayan səbəbə görə gizli talamaq istədiyi pul və ya qızıl–zinət əşyalarını əldə edə bilməyib yaşayış sahəsini tərk edib həyətyanı sahəyə çıxaraq orada olan masanın altında gizlənmiş, lakin onun gizləndiyi yer polis əməkdaşları tərəfindən müəyyən edildiyindən oğurluq cinayət əməlini başa çatdıra bilməyərək xeyli miqdarda özgə əmlakını oğurlamağa cəhd etmişdir. Bundan başqa o, 2021–ci ilin dekabr ayının ortaları dəqiq məlum olmayan tarixdə və vaxtda Gəncə şəhəri. Gülüstan qəsəbəsinin ərazisində yolun kənarından tapdığı bir ədəd kağız bükümdəki psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək üzərində saxlamaqla daşımış, 19 dekabr 2021–ci il tarixdə saat 24 radələrində oğurluq etmək məqsədilə daxil olduğu Şəmkir rayonu. Çinarlı qəsəbəsində yerləşən X20ma məxsus yaşayış evinin həyətyanı sahəsində Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq 20 dekabr 2021–ci il tarixdə saat 00:30 radələrində Şəmkir RPŞ–yə gətirilmiş, Növbətçi hissədə oğurluğa cəhd hadisəsində şübhəli olduğu üçün üzərinə baxış keçirilərkən əynində olan göy rəngli şalvarının sağ cibindən “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005–ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İİ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005– ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” 1 siyahısının 2–ci bəndi ilə müəyyən edilən dövriyyəsi qadağan edilmiş 01 (bir) ədəd siqaret bükümündə, təmiz çəkisi 0.903 qram miqdarda psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində ona elan olunmuş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4–cü maddələri ilə təqsirli bilib, CM–nin 234.1–ci maddəsi ilə təqsirli bilməsə də, məhkəmə istintaqının sonunda özünü ona elan olunmuş ittihamlar üzrə təqsirli bilib məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, son zamanlar bir qədər pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. O, əvvəllər Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində bir neçə dəfə olmuş, həmin ərazini yaxşı tanımışdır. 20 dekabr 2021–ci il tarixdə oğurluq etmək üçün Şəmkir rayonuna getməyi qərara almış və həmin günü bir qədər spirtli içki qəbul etmişdir. 20 dekabr 2021 –ci il tarixdə saat 20 radələrində oğurluq etmək üçün Gəncə şəhərindən çıxaraq Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmiş, Çinarlı qəsəbəsində olan zaman işıqları söndürülmüş ev axtarmış, bir qədər qəsəbənin ərazisini gəzdikdən sonra işıqları söndürülmüş ev görərək həmin evə daxil olmaq qərarına gəlmişdir. O, evin arxa tərəfində yerləşən hasarından həyətə daxil olmaq istəmiş, hasarın üzərinə çıxaraq oradan həyətə düşmək istədikdə içkili olduğu üçün müvazinətini itirərək yıxılmış və bir neçə yerindən xəsarətlər almışdır. Daha sonra yerindən duraraq həyətdən evə tərəf getmiş, pilləkənlə evin ikinci mərtəbəsinə tərəf qalxmışdır. O, ikinci mərtəbədə birinci qapının şüşəsini sındıraraq daxil olmuş, oradan da digər otağın qapısı bağlı olduğu üçün pəncərədən evin içərisində girmişdir. Evin otaqlarını gəzərək, içəridə olan əşyaları dağıtmaqla pul və qiymətli əşyalar axtarmış, bir nəfər şəxsin əlində batereya ilə üzərinə gəldiyini görüb dərhal evin içərisindən çıxmış və aşağı düşərək həyətdə olan masanın altında gizlənmişdir. Bundan bir neçə dəqiqə sonra isə tanımadığı şəxs və polis əməkdaşları onu tutaraq Şəmkir RPŞ–yə gətirmişlər. Şəmkir Rayon X1 üzərinə baxış keçirilmiş, həmin vaxt üzərində olan bir ədəd vintaçan, bir ədəd alışqan, bir qutu tütün məmulatı, bir ədəd sadə Samsung markalı mobil telefonu, bir cüt parça əlcək, bir ədəd parça papaq və Gəncə şəhəri, Gülüstan qəsəbəsində tapdığı, bükümdə olan patı kimi tanıdığı metamfetamini polis əməksaşlarına təqdim etmişdir. Daha sonra ona vəkil təyin olunmuş, şübhəli şəxs kimi tutulduqdan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun üzərindən hər hansı narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. O, özünə kağız kəsən aparat almaq istədiyi üçün ona təxminən 10.000 (on min) manat miqdarında pul lazım olduğu üçün Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən yaşayış evinə pul oğurlamaq məqsədilə daxil olmuşdur. Həmçinin, o, psixotrop maddə olan metamfetamini patı kimi tanyır və üzərində aşkar edilmiş metamfetamini Gəncə şəhəri, Gülüstan qəsəbəsində yolun kənarından tapmış və ara–sıra istifadə etdiyi üçün onu üzərində gəzdirmişdir. Bundan başqa o, 2021–ci ilin avqust ayının əvvəllərində pul lazım olduğu üçün oğurluq etmək məqsədilə 16 avqust 2021–ci il tarixdə saat təxminən 19 radələrində Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlmişdir. O, təxminən hadisədən 3–4 gün əvvəl də Çinarlı qəsəbəsinə gəlmiş, qəsəbədə bir evi görərək həmin evdən oğurluq etmək qərarına gəlmişdir. 16 avqust 2021–ci il tarixdə Çinarlı qəsəbəsi ərazisində gəzərək axşam olmasını və evə girmək üçün havanın qaralmasını gözləmiş, saat təxminən 23 radələrində hava qaralan zaman Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evə girmək qərarına gəlmişdir. O, həmin evin qarşısına gələrək evdə heç kimin olmadığını fikirləşərək evə daxil olmuş, ilk öncə evin qarşısında sol tərəfdə yerləşən hasarın üzərini aşaraq məhləyə tərəf keçmiş, daha sonra evin arxa tərəfində olan pəncərənin yaxınlığına gedərək pəncərənin üzərində olan dəmir toru əli ilə əyərək pəncərənin önünü açaraq evə daxil olmuşdur. O, evə daxil olduqdan sonra ilk öncə həmin otaqda olan paltar dolabında paltarların arasını axtararaq pul və ya qiymətli əşyalar axtarmış, həmin dolabdan heç bir şey tapa bilməyərək dəhlizə keçmiş və orada göz gəzdirərək heç bir qiymətli əşya olmadığını görüb evi tərk etmək qərarına gəlmişdir. Bundan sonra evə daxil olduğu yerdən də evi tərk etmişdir. Həmin vaxt ona təxminən 10.000 (on min) manat pul lazım olduğu üçün evə daxil olaraq oğurluq edib həmin pulu əldə etmək istəmişdir. Lakin həmin evdən heç bir qızıl– zinət əşyaları və ya pul tapa bilmədiyi üçün evdən heç bir əşya götürməyərək evi tərk etmişdir. Bundan başqa qeyd edir ki, o, Gəncə şəhərində ailəsini dolandırmaq üçün icarəyə Ford Transit markalı avtomobil götürüb Qazax, Tovuz, Şəmkir və Gəncə şəhərlərindən Bakı şəhərinə yük daşıması ilə məşğul olmuş, həmin vaxtlarda ən çox Bakı–Bərdə marşrutu ilə kağız daşımışdır. O, icarəyə götürdüyü avtomobilin icarə haqqını ödəməmək və əvəzinə özünə başqa avtomobil almaq qərarına gəlmiş, kreditlə avtomobil almaq üçün ona ilkin ödəniş verməyə pul lazım olmuş, pulu əldə etmək üçün oğurluq etmək qərarına gəlmiş, avtomobil ilə Bakıdan Bərdə rayonuna gedən vaxtlarda tək getməmək üçün hərdən yoldan adam götürmüşdür. Təxminən 2020–ci ilin oktyabr aynın ortalarında Bakıdan Bərdə rayonuna getmiş, saat təxminən 22–23 radələrində idarə etdiyi avtomobili saxlamış, avtomobildə bir az dincəldikdən sonra başqa yol avtomobili ilə Şəmkir rayonuna gəlmiş və həmin vaxt saat təxminən 07 radələri olmuşdur. Şəmkir rayonunda evlərə baxmış və hansında yaşayış olmasa həmin evə girmək istəmişdir. Şəmkir rayonu, Yeni–Həyat kəndində yaşadığına görə oranı yaxşı tanımış, Çinarlı–Gəncə yolunda olan körpüyə çatmamış gəldiyi yol avtomobilindən düşmüş, həmin yerdə olan döngəyə girmiş, evlərə baxanda bir ailənin yaşadığı evdən çıxaraq evin qapısını bağlayıb avtomobillərinə oturduqlarını, oradan getdiklərini görmüşdür. Elə buna görə həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O, ev sahibləri getdikdən 15–20 dəqiqə sonra ətrafa nəzər salıb evin darvazasının kənarından evin həyətinə düşmüş, oradan evə tərəf getmişdir. Həmin evin darvazası ilə üzbəüz hamam otağı olmuş, evin qapısı bağlı olduğuna görə evin yan tərəfində olan pəncərəyə yaxınlaşmış, pəncərəni itələmiş, pəncərə açılmış, pəncərədən evin içərisinə girmiş və evin otaqlarında pul və qızıl zinət əşyaları axtarmağa başlamışdır. O, evin yataq otağında olan şkafın şüşəli gözündən 700 (yeddi yüz) manat nağd pul və qızıl qolbağı, boyunbağı, sırğa, klonu götürüb tez evi daxil olduğu yerdən tərk etmişdir. Bundan sonra çölə çıxmış, oradan uzaqlaşmış, yoldan keçən VAZ 2106 markalı, nömrəsini xatırlamadığı taksi ilə Bərdə rayonuna getmişdir. Bərdə rayonundan Gəncə şəhərinə gəlmiş, özünə məxsus şəxsiyyət vəsiqəsi ilə Gəncə şəhəri mərkəzi Univermağmda üzdən tanıdığı, adını xatırlamadığı şəxsə qızıl zinət əşyalarını 2.600 (iki min altı yüz) manata satmışdır. Həmin pulu saxlamış, ilk dəfə icarəyə götürdüyü avtomobili sahibinə qaytarıb, uzun müddətli kreditlə başqa Frord Transit markalı avtomobil almışdır. Həmin vaxt ilkin ödəniş olaraq qızılı satıb əldə etdiyi puldan 1.500 manatı vermiş, qalan pulu isə özü üçün xərcləmişdir. 19 dekabr 2021–ci il tarixdə yenidən oğurluq etmək üçün Şəmkir rayonu, Çinarlı qəsəbəsində gəlmiş və orada olan evlərindən birinə girəndə onu polis əməkdaşları tutaraq Şəmkir Rayon Polis Şöbəsinə gətirmişlər. Oğurladığı qızıl zinət əşyalarını satan zaman onların oğurluq olması barədə heç nə deməmişdir. Bundan başqa 2021–ci ilin aprel ayında lizinq müqaviləsi ilə Ford Transit markalı ** AC *** dövlət qeydiyyat qişanlı yük avtomaşınını almış və işləməyə başlamışdır. Lakin 780 manat aylığı ödəyə bilmədiyi üçün həmin avtomaşını əlindən almışlar. O, imkanı olmadığı üçür oğurluq etmək qərarına gəlmiş, 2021–ci ilin noyabr ayının ilk günlərində Gəncə şəhəri, Ə.Əliyev küçəsi, 461 ünvanında yerləşən evlə maraqlanmağa başlamışdır. Həmin evin ətrafına baxıb ora necə girə biləcəyi barədə planlar qurmuş, bir neçə gün sonra təxminən 29 noyabr 2021–ci il tarixdə saat 01 radələrində ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə yaxınlaşmış, həmin evin arxasındakı boş evin həyətinə hasardan düşmüş, həyətdəki ev köhnə və kasıb ev olduğu üçün içinə girib axtarmamış, həmin evin həyətindən əvvəlcədən planladığı 461 saylı ünvanda yerləşən evin həyətinə hasardan aşma yolu ilə daxil olmuş, 461 saylı evin həyətində evin qarşısına çıxmaq mümkün olmamışdır. Həmin evin qarşısındakı metlaklı sahə ilə torpaq sahəsi arasında qıfılı olan dəmir barmaqlıqlar olmuş, həyətdə olan tikilinin üstünə çıxmış və onun damından evin pəncərəsinə yaxınlaşmış, pəncərənin dəmir barmaqlığı olmuşdur. Həmin pəncərənin dəmir barmaqlığını özü ilə gətirdiyi ağ rəngli, üzərində qırmızı nöqtələri olan vintaçan aləti ilə açmış, dəmir barmaqlığı aralayıb pəncərənin də arasına vintaçan salıb itələməklə açıb evə daxil olmuşdur. Dərhal evin içindəki taxta pilləkənlərlə ikinci mərtəbəyə qalxıb yataq otaqlarını axtarmağa başlamış, otaqlardan birində otağın girəcəyində, qapının yanında dəmir seyf olmuş, seyfin materialı nəzik metaldan olduğu üçün onu evdə olan kəlbətinlə qapağının arasına dəmir salmaqla açmışdır. Seyfin içində içi boş olan qızıl qabları olmuş, oradan heç nə tapa bilməmiş, sonra digər otaqlar da baxıb axtarmış, lakin heç nə tapa bilmədiyi üçün birinci mərtəbədə yerləşən mətbəxə düşmüşdür. Evə çətinliklə girdiyi üçün yalnız kiçik ölçüsü olan dəyərli əşya və pul oğurlamağı planlamış, evin mətbəx otağını axtaran zaman orada mətbəx mebelindəki rəfdə vazanın içindən sellofan torbacıqda saxlanılan bir cüt qızıldan, üzərində iri briliant daşları olan aypara formalı qızıl sırğa və eyni formada olan qızıl üzük dəstini tapmışdır. Həmçinin həmin vazanın içində olan 4 ədəd bir manatlıq pul əskinazları və 3 manatlıq qəpik pulları götürüb cibinə qoymuş və evi daxil olduğu pəncərədən çıxmaqla tərk etmişdir. Növbəti gün oğurladığı qızıl sırğa və qızıl üzük dəstini özü ilə götürüb Gəncə şəhərinə getmiş, H.Əliyev prospektində qızıl dükanları axtarmağa başlamış, birinci daxil olduğu dükanda həmin qızıllara 1.000 manat təklif etmişlər. O, razılaşmayıb başqa dükan axtarmağa başlamış, bir qədər getdikdən sonra Nizami prospektində yerləşən kəsişmə yoldan sola, yəni “keçəllər" adlanan bazara gedən yolun kənarında yerləşən qızıl dükanına girmiş, həmin dükanın satıcısına qızılları göstərmiş, qızıllara baxdıqdan sonra həmin şəxs onları 1.500 (bir min beş yüz) manata satın alacağını söylədikdə razılaşmış, özünə aid şəxsiyyət vəsiqəsini dükana təqdim edib həmin qızılları satmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, onların icarəyə götürdükləri, Bakı– Qazax yolunun kənarında torpaq sahələri var və gündəlik olaraq oraya gedib moruq əkirlər. 16 oktyabr 2020–ci il tarixdə saat 07:40 radələrində qızları Nərmin, Nəzrin və əri Elçin ilə birlikdə torpaq sahələrinə getmişlər. Onlar saat 16 radələrinə kimi əkin sahəsində olmuşlar. Onlar oradan “Səbət bazarı”na gedib mal verdikdən sonra evə gəlmişlər. Nərmin evə birinci girmiş, sonra isə onları çağırmış, onlar evə girib baxanda evin mətbəx otağında olan şkafın qapaqlarının açıq olduğunu, qonaq otağında olan divan və kreslo üzlüklərinin açılmış halda, yataq otağında olan döşək və yorğanların yerə atılmış halda olduğunu görmüşlər. Onlar yataq otağında olan qızıl–zinət əşyalarını və pulu qoyduqları yerə baxanda pulun və qızılların oğurlandığını görmüşlər. O, qızılları plastik qutuya qoyub şkafda saxlamış, pulu isə parça torbaya qoyub orada olan qabda gizlətmişdir. Bundan sonra DİN–in 102 xidmətinə zəng edib məlumat vermiş, sonra polislər gəlib evə baxış keçirmişlər. Onlar evdə olmayan vaxt naməlum şəxs və ya şəxslər evə daxil olaraq pul və qızılları oğurlamışdır. Onlar evdən çıxıb getdikdə evin qapısını və pəncərələrini açıq vəziyyətdə qoyduqları üçün evə daxil olan şəxs və ya şəxslər qapıdan daxil olmaqla evdən oğurluq etmişlər. Onlara məxsus evdən 5.575 manat pul və 4.030 manat dəyərində qızıl–zinət əşyaları oğurlanmışdır. İbtidai araşdırma zamanı məlum olmuşdur ki, evlərindən oğurluq edən şəxs Təqsirləndirilən şəxs olmuşdur. Əlavə olaraq qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyinə söz verdiyi üçün notarial qaydada ərizə vermiş və təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın ödənilməsini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs vədinə əməl etməmiş və ona dəymiş 9.175 manat ziyandan yalnız 1.000 manatı ödəmiş, qalan 8.000 manatı isə ödəməmişdir. Əgər cinayət nəticəsində dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilməsə, gələcəkdə ona qarşı mülki qaydada iddia qaldıracaqdır. Bununla belə təqsirləndirilən şəxsə yüngül cəza verilməsini istəyir. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X18 ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən, 19 dekabr 2021–ci il tarixdə Elman adlı şəxsin oğurluq etməyə cəhd etdiyi ev ona məxsusdur. O və ailə üzvləri ilin bir çox hissəsini Rusiya Fedcrasiyasinda yaşayırlar. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən evlərini isə həmin qəsəbədə yaşayan qohumları Məhəmmədə mühafizə etməsi üçün tapşırmışlar. Həmin evdə yaşamaq üçün bütün əşyalar, o cümlədən televizorlar, soyuducular, bütün elektron əşyalar vardır. Evin digər əşyalarını çıxmaqla elektron əşyalarının qiyməti təxminən 10.000–15.000 manatdır. 19 dekabr 2021–ci il tarixdə Məhəmməd onlar Rusiya Federasiyasında olan zaman zəng edərək evə naməlum şəxsin daxil olaraq oğurluq etmək istədiyini, lakin evdən səs eşitdiyi üçün polisə bu barədə məlumat verdiyini, polisin hadisə yerinə gələrək oğurluq edən şəxsi saxladığını bildirmişdir. Onlar görüntülü zəng vasitəsilə Məhəmmədlə danışmışlar. Onlar evdən heç bir əşyanın oğurlanmadığını, bütün əşyaların yerində olduğunu görmüşlər. Hazırda onun təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Zərərçəkmiş şəxs1 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx.xx.2021–ci il tarixdə saat 09 radələrində arvadı Şahid2 ilə birlikdə Gəncə şəhərinə həkimə müayinə olunmaq üçün getmiş, arvadı həmin gecəni orada baldızı qızının evində qalmışdır. 17 avqust 2021–ci il tarixdə günorta saat 16 radələrində Gəncə şəhərindən yaşadıqları evə gəlmişlər. 18 avqust 2021–ci il tarixdə səhər saat 06 radələrində yuxudan oyanmış, pəncərədən baxanda nərdivanın hasara söykənikli vəziyyətdə olduğunu görmüş, məhləyə keçmiş və məhlədə olan zaman pəncərənin bərkidilmiş dəmir barmaqlıqlarının qırılmış, yarı sökülü vəziyyətdə olmasını görüb oğurluq olmasından şübhələnmişdir. Həmin nərdivan bundan əvvəl evin həyətində olan hamamın üstündə olmuş, oğurluq olub–olmamasını öyrənmək üçün yaşadığı evə daxil olmuş və arvadını yuxudan oyatmışdır. Onlar birlikdə yaşadıqları evin girişindən sağ tərəfdə yerləşən istifadə etmədikləri otağa daxil olduqda həmin otağın əşyalarının, otaqda olan dolabın, yatağın üzərində olan örtüyün və şkafın dağınıq vəziyyətdə olmasını görmüşlər. Evin çölə açılan pəncərəsinə çəkilən torun ətrafları kəsilmiş vəziyyətdə olmuş, şkafın bütün qapıları açıq olmuşdur. Bundan sonra DİN–in 102 xidmətinə məlumat vermiş və yaşadığı evə polis əməkdaşları gəlmişlər. Polis əməksdaşları getdikdən sonra yaşadığı evin hər bir otaqlarına baxaraq evdən hər hansı bir əşyanın oğurlanıb– oğurlanmamasmı yoxlamış, evin hər bir otaqlarına baxaraq evdən hər hansı bir qiymətli əşyanın oğurlanmadığına əmin olmuşdur. O, ilkin olaraq əsəbi olduğu və yaşadığı evə daxil olan şəxsin tapılması üçün evindən qızıl əşyalarının oğurlanmasını bildirsə də, əslində yaşadığı evdən heç bir qiymətli əşya və ya pul oğurlanmamışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, o, ilin əksər vaxtlarında Rusiya Federasiyasında yaşasa da, onun Gəncə şəhəri, Əziz Əliyev küçəsində yerləşən evi vardır. Rusiya Federasiyasına gedən zaman qohumu Məhəmmədəlidən həmin evə nəzarət etməsini xahiş etmişdir. Məhəmmədəli 12 dekabr 2021–ci il tarixdə ona zəng edərək ünvan 4 ünvanında yerləşən evə oğru daxil olduğunu demiş, o, ilkin olaraq ondan evdə olan əşyalara baxmasını, evdə olan əşyalardan əksik nə isə olub–olmamasını müəyyən etməsini xahiş etmişdir. Məhəmmədəli ona evdə olan bütün əşyaların yerində olduğunu, əksik heç bir əşya olmadığını demişdir. O, həmin evdə hər şeyin yerində olmasını düşünsə də, daha sonra ailə üzvilərindən evdən çıxan zaman evdə hər hansı qiymətli əşyalar qalıb– qalmadığını soruşmuş, bu zaman evdə həmçinin 200 (iki yüz) manat nağd pul, bir cüt hər birinin üzərində 9 ədəd briliant qaş olan, 750 əyarlı ümumi təmiz çəkisi 11,5 qram olan qızıl sırğaları və üzərində 09 ədəd briliant qaş olan 750 əyarlı, 7 qram çəkisi olan qızıl üzük olduğu məlum olmuşdur. O, yenidən Məmmədəli ilə əlaqə saxlayan zaman Məmmədəli ona 200 manat pulun, qızıl–zinət əşyalarının yerində olmadığını, evə daxil olan şəxsin həmin əşyaları oğurladığını demişdir. O, özü Azərbaycan Respublikasına qayıtdıqdan sonra evə baxış keçirmiş, evdə onun qeyd etdiyi qızıllardan və puldan başqa heç bir şeyin oğurlanmadığını müəyyən etmişdir. Bununla belə hadisədən sonra ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Bu səbəbdən hazırda Təqsirləndirilən şəxs şikayəti və tələbi yoxdur. Odur ki, qərar qəbul edərkən ifadəsində göstərilənlərin nəzərə alınmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid3 Əliəşrəf oğlu ifadəsində göstərdi ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən X15 məxsus evdə gözətçi işləyir. O, mütəmadi olaraq səhər və axşam saatlarında evə nəzarət etmək üçün həmin evə gedərək həyətyanı sahəsinə və otaqlarına göz gəzdirmişdir. Sonuncu dəfə 20 dekabr 2021–ci il tarixdə həmin evin baxçasında su çənini doldurmaq üçün su kranını açmış, su kranını açdıqdan sonra evdən çıxmışdır. O, daha sonra evə gəldikdə evdə səs–kiiy gəldiyini eşitmiş, evin otaqlarını gəzdiyi zaman evin otaqlarının dağınıq halda olduğunu görmüşdür. O, dərhal bu barədə polis əməkdaşlarına məlumat vermiş, daha sonra polis əməkdaşları ilə birlikdə evi axtaran zaman evin həyətində olan masanın altında gizlənən, həmin vaxt adını bilmədiyi və tanımadığı, hazırda isə adını bildiyi Təqsirləndirilən şəxs aşkar etmişlər. Polis əməkdaşları həmin şəxsi özləri ilə birlikdə Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 Alxan oğlu ifadəsində göstərdi ki, Şəmkir Rayon Polis X9 məsul növbətçisi vəzifəsində xidmət edir. 20 dekabr 2022–ci il tarixdə xidmətdə olmuş, həmin tarixdə Şəmkir Rayon Polis X9 daxili telefonuna evə kənar şəxsin daxil olması haqqında Şəmkir rayon, Çinarlı qəsəbə sakini Şahid3 Əliəşrəf oğlu tərəfindən məlumat verilmişdir. Həmin məlumat əsasında istintaq əməliyyat qrupu Şəmkir rayonu, Çinarlı qəbəsində yerləşən, Şahid3 Əliəşrəf oğlunun məlumat verdiyi evə getmişdir. Təxminən bir saat sonra istintaq əməliyyat qrupu Şəmkir RPŞ–yə geri qayıdan zaman özləri ilə həmin evə daxil olmuş Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə olduğundan onun müvafiq sərxoşluq müayinəsindən keçirilməsi və üzərinə baxış keçirilməsi üçün tədbirlər görülmüşdür. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman onun əynindəki gödəkçənin cibindən bir ədəd vintaçan, bir ədəd parça papaq, bir cüt parça əlcək, bir ədəd Samsung markalı sadə mobil telefon, bir ədəd cib dəsmalı, bir qutu tütün məmulatı, bir ədəd alışqan və göy rəngli şalvarın sağ cibindən siqaret bükümündə bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Bu barədə müvafiq akt tərtib edilmiş, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş əşyalar barədə rəhbərliyə raportla məruzə etmişlər. Təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsi üçün təhqiqat bölməsinin təhqiqatçısı Şahid5 göstəriş verilmiş, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zərurəti elan edilmiş, ona müdafiə hüquqları izah edilmiş, Təqsirləndirilən şəxs müdafiəçi tutmaq üçün maddi imkanı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün dövlət hesabına müdafiəçi dəvət edilmiş, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmış, lakin onun üzərində əlavə olaraq başqa hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları Şahid5, Şahid6, Şahid7 və Şahid8 da Şahid4 Alxan oğlu ilə eyni məzmunlu ifadələr verərək, onun göstərdiyi halları təsdiq etdilər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun qonşusudur. xx.xx.2021–ci il tarixdə arvadı ilə günəmuzd olaraq moruq yığmağa getmiş, həmin gün saat 14 radələrində evə gəldikdə qonşulardan eşitmişdir ki, naməlum şəxs və ya şəxslər Zərərçəkmiş şəxs1 evinə daxil olaraq oğurluq etmişdir. Lakin kimin oğurluq etməsi və ya nəyin oğrulanması barədə məlumatı olmamışdır. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş X11 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş X17 da Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid9 Zərərçəkmiş şəxs2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid11 Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid10 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid10 da Zərərçəkmiş şəxs3 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid12 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri. Nizami prospektində yerləşən "Qızıl və Briliant” alqı–satqısı dükanını icarə əsasında işlədir. Şəmkir rayonu, Yeni–Həyat kənd sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçilik və ədavət olmamışdır. 30 noyabr 2021–ci il tarixdə işlədiyi dükanda olan zaman tanımadığı arıq bədən quruluşlu, saçı nisbətən seyrək olan bir nəfər şəxs dükana gəlmiş, ona bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük göstərib satmaq istədiyini bildirmişdir. O, həmin qızıl–zinət əşyalarına baxanda onların 750 əyarlı olduğunu görmüş, daha sonra isə həmin qızıl əşyalarını elektron tərəzi vasitəsilə çəkən zaman 11,5 qram çəkisi olduğunu müəyyən etmişdir. O, həmin qızılların qramını 70 manatdan satın alacağını bildirmiş, həmin qızılın dəyəri 805 manat təşkil etmiş, qızılların üzərində olan 09 ədəd brilyant qaşları isə 695 manat hesablamış və həmin şəxsə ondan ümumilikdə qızılları 1.500 (bir min beş yüz) manata satın alacağını bildirmişdir. Həmin şəxs razılaşmış, bir cüt üzərində brilyant qaş olan sırğa ilə üzüyü ona vermiş, o isə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs 1.500 (bir min beş yüz) manat pul vermişdir. O, daha sonra dükanın alış kitabında müvafiq qeydlər aparmışdır. 24 yanvar 2022–ci il tarixdə işlədiyi dükanda olan zaman polis əməkdaşları bir nəfər şəxslə birlikdə ona məxsus dükana gəlmişlər. Həmin şəxs üzərində brilyant qaşları olan bir cüt sırğa və bir ədəd qızıl üzüyü 2021–ci ilin noyabr ayının sonlarında ona satdığını bildirmişdir. O, həmin şəxsin ad soyadını öyrəndikdən sonra alış kitabına baxmış, həqiqətən də həmin şəxsdən qızıl–zinət əşyalarını 30 noyabr 2021–ci il tarixdə satın almasını xatırlamışdır. Bununla yanaşı, məhkəmə cinayət–prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 20 dekabr 2021–ci il tarixdə tərtib edilmiş üst baxış aktından görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Növbətçi Hissədə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı onun əynindəki qara rəngli gödəkcənin cibindən bir ədəd vintaçan, bir ədəd parça papaq, bir cüt parça əlcək, bir ədəd Samsung markalı sadə mobil telefon, bir ədəd cib dəsmalı, bir qutu tütün məmulatı, bir ədəd alışqan və göy rəngli şalvarının sağ cibindən 01 (bir) ədəd siqaret bükümündə, içərəsində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış aparılması haqqında” 20 dekabr 2021–ci il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Şəmkir RPŞ–nin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, lakin şəxsi axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və prekursorları, eləcə də, dövriyyəsi qadağan olunmuş hər hansı predmet və ya əşya akşar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 16 oktyabr 2020–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Yeni–Həyat kəndində yerləşən və Zərərçəkmiş şəxs2 məxsus evə baxış keçirilmiş, bununla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 18 avqust 2021–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən və Zərərçəkmiş şəxs1 məxsus evə baxış keçirilmiş, bununla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 16 dekabr 2021–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 5 ünvanda yerləşən hadisənin baş verdiyi evə baxış keçirilmiş, bununla bağlı fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “baxış keçirilməsi haqqında” 20 dekabr 2021–ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, X2 rayonu, Çinarlı qəsəbəsində yerləşən hadisənin baş verdiyi evi göstərmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan sərxoşluq hallarına dair 20 dekabr 2021–ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 0,5 pr. sərxoşluq vəziyyətində olmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X21 Bölməsinin 20 dekabr 2021–ci il tarixli, 16/1347 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində imzalar olan kağız paketdəki 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,903 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə–metamfetamindir. Cinayət işinin materiallarında olan, Gəncə şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin ambulator məhkəmə–narkoloji ekspertizasının 16 may 2022–ci il tarixli, 663 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 dekabr 2020–ci il tarixli, 9/5102 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata ekspertiza təyin haqqında qərarın təsviri hissəsində göstərilən qızıl–zinət əşyalarının 2020–ci ilin oktyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3.600,00 manat dəyərində müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 may 2022–ci il tarixli, 9/3337 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata ekspertiza təyin haqqında qərarın təsviri hissəsində göstərilən qızıl–zinət əşyalarının 2021–ci ilin noyabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1.850,00 manat dəyərində müəyyən edilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2011–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2–ci maddəsi əsasında təqsirli bilinərək, 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2021–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317–2.1–ci maddəsi əsasında təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Cinayət işinin materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017–ci il tarixli, 7(103)–325/17 saylı qərarından görünür ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017–ci il tarixli 7(007)–171/2017 saylı qərarı ləğv edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2–ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasısının müddəti 08 aya endirilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli hökmü ilə CM–nin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 aya endirilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli, 7(007)–837/2018 saylı qərarından görünür ki, xx.xx.2017– ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2017–ci il tarixli Qanununa əsasən Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017–ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2–ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 08 il 05 aya azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli hökmü ilə CM–nin 67.1–ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 05 aya azaldılmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, qərar və hökmlərin qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Göygöl RİHB–nin Mollacəlilli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022–ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatsız olaraq Göygöl rayonu, Mollacəlilli kəndində yaşayır. Cinayət işinin materiallarında olan Göygöl RİHB–nin Mollacəlilli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2021–cü il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona məxsus evdən hər hansı qızıl əşyası və ya pul oğurlanmamışdır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X18 tərəfindən xx.xx.2023–cü il tarixdə yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2023–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2023–cü il tarixdə notarial qaydada yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onunla barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət– Prosessual Məcəlləsinin 124–136–cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 143–145–ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir–biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla, özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluq, həmçinin saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını xeyli miqdarda gizli yolla talayıb təkrarən oğurluğa cəhd və satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1– ci maddəsinə əsasən, həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM–nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələrində nəzərdə tutulmuş hədlərdə hər bir cinayətə görə ayrı–ayrılıqda cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4–cü maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən, Azərbaycan Respublikası CM–in 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli isə “az ağır” cinayət olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X18 ilə barışıq əldə etməsini, həmin zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, cinayət nəticəsində Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3 və X14 dəymiş ziyanı tam şəkildə, Zərərçəkmiş şəxs2 isə dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1–ci maddəsinə əsasən, təqsirini etiraf edərək əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə həmin Məcəllənin 59.2–ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 dekabr 2011–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2–ci maddəsi əsasında təqsirli bilinərək, 09 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 25 noyabr 2015–ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317–2.1–ci maddəsi əsasında təqsirli bilinərək, 03 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017–ci il tarixli qərarı ilə xx.xx.2011–ci il tarixli hökmü ilə təyin edilmiş 09 il müddətə azadlıqdan məhrum etmə cəzasısının müddəti 08 il 06 aya endirilmiş, CM–nin 67.1–ci maddəsinə əsasən Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli hökmü ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 06 aya endirilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2018–ci il tarixli qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2017–ci il tarixli qərarı ilə təyin edilmiş 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 08 il 05 aya azaldılmış, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2015–ci il tarixli hökmü ilə CM–nin 67.1–ci maddəsinə əsasən təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti 02 il 05 aya azaldılmış, həmçinin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.4–cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində–onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.1–ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələrinin sanksiyalarında nəzərdə tutulan hədlərdə, hər bir cinayətə görə ayrılıqda azadlıqdan məhrum etmə cəzası təyin olunmasını, həmin Məcəllənin 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32–ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinin 4–cü hissəsinə uyğunluğu haqqında» 12 yanvar 1999–cu il tarixli Qərarında göstərilir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003– cü il tarixli 4 №li Qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8–ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3–cü maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət– Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 26 dekabr 2023–cü il tarixdən hesablanmalıdır. Belə ki, işdə olan “axtarışda olmuş şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxsn 26 dekabr 2023–cü il tarixdə tutularaq Şəmkir RPŞ–nin MSY–nə təhvil verilmişdir. Bununla yanaşı məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2021–ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 21 dekabr 2021–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 20 dekabr 2021–ci il tarixdən hesablanmışdır. Həmçinin, Şəmkir Rayon Məhkəməsinin 15 mart 2022–ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 02 ay, yəni 20 may 2022–ci il tarixədək uzadılmışdır. Bundan başqa, cinayət işinin materiallarında olan 20 may 2022–ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həbsdən azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət 05 ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3–cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası həbsdə saxlamanın 1 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99–1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 132.1.1–ci və 131.1.2–ci maddələrinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli, şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki–hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir. (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir). Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Şəmkir RPŞ–də saxlanılan 1 ədəd vintaçan, 1 ədəd parça papaq, 1 cüt parça əlcək və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,873 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanmalıdır. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 130,40 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə Zərərçəkmiş şəxs2 9.175 manat maddi ziyan vurulmuş, həmin ziyandan 1.000 manat ödənilsə də, qalan 8.000 manat ziyan ödənilməmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 məhkəmə istintaqı zamanı ifadəsində Təqsirləndirilən şəxs ona dəymiş ziyanı ödəyəcəyinə söz verdiyi üçün notarial qaydada ərizə verməsini, lakin təqsirləndirilən şəxs tərəfindən dəymiş ziyanın tam şəkildə ödənilməməsini bildirmişdir. Həmçinin, həmin ziyanla bağlı məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlanana qədər mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 183.2–ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Həmin Məcəllənin 183.3–cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Məhkəmə qeyd edir ki, cinayət mühakimə icraatı zamanı zərərçəkmiş şəxs tərəfindən mülki iddia verilmədiyindən ona mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət–Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358 və 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4 və 234.1–ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və CM– nin 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4–cü maddələri ilə 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM–nin 234.1–ci maddəsi ilə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2–ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsi ilə təyin olunmuş 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası CM–in 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.2, 29,177.2.3, 29,177.2.4–cü maddələri ilə təyin olunmuş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə ona 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM–in 69.3–cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 dekabr 2021–ci il tarixdən 20 may 2022–ci il tarixədək həbsdə saxlanıldığı 05 ay müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay azadlıqdan məhrum etmə cəzası saxlansın. Cəzaçəkmə müddətinin əvvəli 26 dekabr 2023–cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab olunan və Şəmkir RPŞ–də saxlanılan 1 ədəd vintaçan, 1 ədəd parça papaq, 1 cüt parça əlcək və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 0,873 qram çəkidə psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 130,40 (bir yüz otuz manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (Az.MEM, VÖEN **********, Hesab № AZ34CTRE******************** Büdcə təsnifatının kodu 142595 Büdcə səviyyəsinin kodu 3 ekspertiza xərci X6, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ013601**********3944 SWİFT BİK CTREAZ22). Azərbaycan Respublikası Cinayət–Prosessual Məcəlləsinin 180.2–ci maddəsinə əsasən Zərərçəkmiş şəxs2 mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququnun olması izah edilsin. Hökmdən elan olunduğu (məhkum Təqsirləndirilən şəxs hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-2/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-2/2024
23.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver