Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-20/2023 19.01.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Mustafa oğlunun sədrliyi, X6 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X5 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X5 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X7, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Nizami oğlunun, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və müdafiəçisi X8 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Şəmkir rayonu Əliyaqublu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul оlan, evli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu Əliyaqublu kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma və hədənin icra ediləcəyi üçün real əsaslarla öldürməklə hədələmə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 05 iyun 2022-ci il tarixdə, saat 01 radələrində Şəmkir rayonu, Əliyaqublu kəndində arvadı Zərərçəkmiş şəxs1 atası evinə getməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış narazılığa görə üzərində gəzdirdiyi 1 ədəd 12 kalibrli, “Adle-arms” markalı 22AZ-0006 nömrəli yivsiz lüləli ov tüfəngi ilə Zərərçəkmiş şəxs1 atası Zərərçəkmiş şəxs2 yaşadığı evə hasardan daxil olmaqla evin yataq otağında əlində olan tüfəngin lüləsi ilə qəsdən Zərərçəkmiş şəxs1 baş nahiyəsinə vuraraq ona başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirmiş və əlində olan ov tüfəngini sonuncuya və həmin vaxt evdə olan digər ailə üzvlərinə tuşlamaqla hədənin icra ediləcəyi üçün real əsaslarla onları öldürməklə hədələmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə ilə ona istinad olunan əməlləri törətməsində özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvlərimiz ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Zərərçəkmiş şəxs1 həyat yoldaşıdır və 2013-cü ildə rəsmi olaraq ailə qurmuş və 1 övladı var. Ailə qurduğu vaxtdan Könülün valideynləri ailə işlərinə tez-tez müdaxilə etdikləri üçün münasibətləri pisləşmiş, həmçinin spirtli içki qəbul etdiyim üçün də Könüllə mübahisələri yaramışdır. Sonuncu dəfə 2022-ci il may ayının əvvəllərindən Könül Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayan atasının evinə gedərək qayıtmamışdır. O, özü üçün ov silahı almaq istəmişdir. Arada narazılıqlar olmazdan 2 il əvvəl ov etmək üçün tüfəng almaq niyyəti olmuşdur. O, ovçular cəmiyyətinin üzvi deyil. Silah almaq üçün 08 aprel 2022-ci il tarixdə evdə olan istixananı 3200 manata həmkəndlisi Kür qəsəbəsinə gedən yolda Anar adlı şəxsin tikinti materialları satılan sexinə satmış və 12 aprel 2022-ci il tarixdə tüfəng almaq üçün Gəncə şəhərində yerləşən ov silahları satılan mağazaya getmişdir. O, “ML- 155” markalı ov tüfəngi (beş açılan) almaq istəmiş, lakin, həmin tüfəngdən olmadığına görə “Adler-arms” markalı ov tüfəngini 1100 manata almışdır. Həmçinin, 20 manata 30 ədəd 12 mm-lik qırma doldurulmuş güllələr götürmüşdür. O, tüfəngi alanda ondan ancaq şəxsiyyət vəsiqəsi tələb etmişlər. Ona bildirmişlər ki, 10-15 günə sənədlər hazır olduqdan sonra silahı gəlib götürə bilər. 31 may 2022-ci il tarixdə ona ov mağazasından zəng edərək silahı gəlib götürə biləcəyini demişlər. O, həmin günü gedib 1 ədəd ov tüfəngi və 30 ədəd patronlarını alıb yaşadığı evə gətirmişdir. Ona mağazada demişlər ki, Şəmkir RPŞ-dən onu silahı qeydiyyata almaq üçün çağıracaqlar və həmin vaxtı gedib silahı qeydiyyata salar. O, ov tüfəngini aldıqdan sonra Şəmkir rayonu, Əliyaqublu kəndində dəmir yoluna yaxın meşə zolağı adlana yerdə 15-20 dəfə atəş açmışdır. Tüfəng normal şəkildə atəş açırmış. Könül həmin vaxtı atası gildə olmuşdur. O, Könülə və atası Abbasa 2-3 dəfə demişdir ki, Könül gəlsin evə. Lakin onlar onu ciddiyə almamışlar. Buna görə qərara gəlmişdir ki, aldığı ov tüfəngini götürüb Könülün atası evinə gedib onu ciddiyə almaları üçün qorxutsun. 02 iyun 2022-ci il tarixdə o, silah uzun olduğuna görə çantaya yerləşmədiyindən qoyub apara bilmək üçün bir ədəd idman çantasının baş tərəfini kəsmişdir. 04 iyun 2022-ci il tarixdə saat 20 radələrində o, tanışları Şakirin oğlu Xaliq və Rasimin oğlu Səməd ilə birlikdə Şəmkir şəhərində yerləşən “Romantic” adlı kafeyə getmiş, orada oturub söhbət edərək 2 bakal pivə içmişdir. Oradan çıxdıqdan sonra yaşadığı Əliyaqublu kəndinə gəlmiş və evə getmişdir. Fikirləşmişdir ki, elə vaxt keçsin aldığı ov tüfəngini də götürüb Könülün atası evinə gedib onları onu ciddiyə almaları üçün qorxutsun. Saat 00 radələrində evə daxil olub əvvəlcədən rəsmi şəhadətnamə ilə aldığı ov tüfəngini əl çantasına, patronlarını isə cibinə qoyub piyada şəkildə qayınatasının evinə getmişdir. Qapının bağlı olduğunu bildiyi üçün dəmir hasardan həyətə tullanmışdır. Silahı çantadan çıxardaraq 4 ədəd patronu içərisinə yerləşdirmişdir. 1 ədəd patronu isə cibində saxlamışdır. Silahın 5 ədəd patron tutumu olmuşdur. 1 ədədini salmamışdır ki, silah boş qalsın, atəş vəziyyətində olmasın. Evə daxil olub Könülün yatdığı otağa girmişdir. Otağa girəndə oyaq olan qaynı Nizami gəlişinin səbəbini soruşmuş və bayırda söhbət etməyi təklif etmişdir. O, isə əsəbi şəkildə yerində oturmasını söyləmişdir. Nizami onun əlində silahı görməmişdir. Silahı gördükdən sonra sakit yerində oturmuşdur. Sonra qayınanası İlhamə oyanmışdır. İlhamə ona yalvarmışdır ki, heç nə etməsin. Daha sonra Könülün yatdığı çarpayıya yaxınlaşmışdır. Könül yuxudan qalxaraq “Başın işləmir sənin” deyəndə silahın lülə hissəsi ilə başına bir dəfə zərbə endirmişdir. Qayınanası İlhamədən ərini yuxudan qaldırmasını istəmiş və o, Nizami ilə otaqdan çıxanda arxaları ilə getmişdir. İlhamə Abbası yuxudan qaldırmış və görmüşdür ki, telefonu əlinə alır. Telefonu kənara qoymasını demişdir. Abbas gəlmiş və onlara çölə çıxmalarını bildirmişdir. Həyətə çıxmış və evin həyətində durmuşdur. O, Abbas və ailə üzvlərinə “Mən buraya adam öldürmək məqsədilə gəlməmişəm, amma məni buna məcbur etməyin” demişdir. Söhbət zamanı evin küçə qapısı döyülmüş və qonşu Nəsiminin gəldiyini bilmişdir. Nizami onun sözü ilə qapını açmış və Nəsimi içəriyə daxil olmuşdur. Nəsimi söhbət etməli olduğu dedikdə silahın uc hissəsini aşağı salıb qundağını qatlamışdır. Cibində olan patronu gizlicə əlinə götürmüş və silahın çaxmaq hissəsini tam olmayaraq çəkmişdir. Həmin vaxt əlində gizlətdiyi patronu da yerə atmışdır. Nəsimi həmin patronu götürərək cibinə qoymuşdur. Evə daxil olub Abbasın yatdığı otağa girmişdir. Nəsimi ilə yanyana divanda oturmuş və həmin zaman silahı yanına divara söykəmişdir. Abbas çarpayıda əyləşmiş və Nizami də ayaq üstə dayanmışdır. O, ailəsinə müdaxilə etməmələrini və hər 2 nəslin ağsaqqallarının bu barədə söhbət etməsini bildirmişdir. Qısa müddət sonra içəriyə qonşusu İsa, sonra isə tanışı polis əməkdaşı olan Nicat daxil olmuşdur. O, artıq getmək istədiyi üçün silahı alt hissəsində olan dəmir hissəni arxaya çəkib patronları çıxardıb evin döşəməsinə tökmüşdür. Gedəcəyini dedikdə Nicat onu evinə aparacağını söyləmişdir. O, Nicatla evdən çıxmışdır. Avtomobilə əyləşmiş və bir qədər getdikdən sonra qarşılaşdığı polis xidməti avtomobili onları dayandırmışdır. Nicat onu və silahı gələn polislərə təhvil vermişdir. Abbasın evinə getməkdə onun məqsədi “zəif olmadığını” sübut etmək üçün onları qorxutmaq olmuş, heç kimi öldürmək istəməmiş, sadəcə qorxutduqdan sonra ailəsini bərpa edəcəyini düşünmüşdür. Silahın içərisinə patronları isə üzərinə hücum ediləcəyi anda özünü müdafiə etmək məqsədilə yerləşdirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs məhkəmə iclasında ərizə təqdim edərək, qeyd edilən cinayət qanununda nəzərdə tutulmuş əməlləri üzrə özünü təqsirli hesab etdiyini, zərərçəkmiş şəxslərlə barışdığını, dəymiş ziyanı tam ödədiyini, bununla əlaqədar olaraq işin icraatına xitam verilməsini və bu əsasla cinayət işinə xitam verilməsinin bəraətverici əsas olmadığının ona aydın olduğunu qeyd etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ailə üzvləri ilə Şəmkir rayonu, Əliyaqublu kəndində yaşayır, rəsmi olaraq işləmir, evdar qadındır. Təqsirləndirilən şəxs ilə 2013-cü ildən rəsmi olaraq evlənmiş və 6 yaşında qız övladı vardır. Ailə qurduğu gündən münasibətləri normal deyildir. Belə ki, Sakit dəfələrlə onu səbəbsiz yerə döymüş və nalayiq ifadələrlə təhqir etmişdir. Bu səbəbdən sonuncu dəfə 2022-ci ilin may ayının 10-dan etibarən Əliyaqublu kəndində atası Abbasa məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin gündən Sakit qanunsuz əməllərinə davam edərək dəfələrlə onu mobil telefonla zəng edib ailə üzvləri ilə birlikdə güllələyib öldürəcəyini demişdir. O, atası Abbasın evində qalsa da azyaşlı qızı Zeynəbi Sakit gəlib öz evlərinə aparır, həmin günü axşam vaxtı qaytarır. 12 may 2022-ci il tarixdə saat 13-14 radələrində Sakit qızını evlərinə aparmış, aradan bir-iki saat keçdikdən sonra qardaşı Nizamiyə Sakitə zəng edərək uşağı evə gətirməsini deməsini bildirmişdir. Nizami Sakitə zəng edib uşağı gətirməsini dedikdə Sakit ona uşağı verməyəcəyini demişdir. Buna görə o, Şəmkir RPŞ-nə gələrək Xəyal adlı işçiyə əri Sakitin uşağı apardığını və qaytarmaması barədə ərizə vermişdir. Ərizə verildikdən sonra Sakit qızını gətirib evə vermişdir. 23 may 2022-ci il tarixdə o, atası Abbasla birlikdə Şəmkir rayon məhkəməsinə gəlib Sakitdən boşanmaq üçün müraciət etmiş, həmin günü Sakiti onları tez-tez öldürməklə hədələməsinə görə polis şöbəsinə gələrək Sakitin onu və ailə üzvlərini öldürməklə hədələməsi barədə ərizə yazmışdır. Sonuncu dəfə Sakit 03 iyun 2022-ci il tarixdə qızı Zeynəbi evdən götürüb yaşadığı evə aparmış, axşam saatlarında qızını gətirib evə verəndən sonra Zeynəb ona sakitin silah aldığını bildirmişdir. 04 iyun 2022-ci il tarixdə saat 22 radələrində azyaşlı qızı Zeynəb ilə otağına keçərək yatmışdır. Həmin otaqda anası İlhamə, o, azyaşlı qızı Zeynəb və qardaşı Nizami birlikdə yatmışlar. Saat təxminən 23:30 radələrində evdə səs eşitmiş və ayılanda qardaşı Nizaminin yatağında oturan vəziyyətdə gördükdə səsin səbəbini soruşmuşdur. Nizami sakit durub ona heç nə demədən başının üstünə, divara baxmışdır. Anası İlhamə də oyaq olmuş və yatağında oturub ona tərəf baxmışdır. Sonra üzünü divara tərəf çevirdikdə əri Sakitin əlində tüfənglə başının üstündə durduğunu görmüş, nə etdiyini soruşduqda Sakit ona “durun ayağa, hamınızı öldürəcəm, bircə uşaqdan başqa” sözlərini demişdir. X16 sakitləşməsini və söhbət etməyi bildirmişdir. O, da Sakiti sakitləşdirməyə çalışmış, silahı kənara qoymasını, belə etməməsini demişdir. İlhamə Sakitə heç nə deməmiş və sakit şəkildə dayanıb baxmışdır. Sakit silahı yenidən ona tərəf tuşladıqda silahın lülə hissəsi ilə başına zərbə endirmişdir. Qardaşı Nizami ona belə etməməsini dedikdə silahı ona tərəf çevirmişdir. Nizami Sakitin onu vurduğuna görə iradını bildirdikdə Sakit silahı ona tuşlamış və anası İlhamə ilə qardaşı Nizamini yataq otağından qonaq otağına çıxarmışdır. Oradan da evin həyətinə getmişlər. Nizami çıxanda otağın qapısını örtmüşdür. Sakit silahı onlara tuşlayıb evin həyətində saxlamışdır. O, qonaq otağına keçdikdə masanın üzərində olan atasına məxsus mobil telefonu götürüb AR DİN-in 102 xidmətinə zəng edib məlumat vermişdir. Danışıq zamanı evin həyətindən bərk səs eşitdiyi üçün AR DİN-in 102 xidmətinə Sakitin atasını silahdan atəş açıb vurduğunu bildirmişdir. O, səsin silah səsini olmasını zənn etmişdir. Qorxudan çölə çıxmamışdır. Bir qədər sonra isə evin pəncərəsindən küçəyə baxdıqda anasını görmüş, ona polisə müraciət etdiyini demiş və telefonu verib yolu polislərə başa salmasını söyləmişdir. Pəncərədən bayırda dayanan VAZ-21074 markalı avtomobildə olan cavan oğlanın onların evinə girməsini və təxminən 5 dəqiqə sonra Sakitlə birlikdə yenidən avtomobilə qayıtmalarını görmüşdür. O, sonradan bilmişdir ki, həmin şəxs qonşusu Nicatdır. Nicat Sakitin əmisi oğlu Malikin xahişi ilə Sakiti onlardan sakitləşdirib aparmışdır. Hadisə yerinə gələn polis əməkdaşları isə Sakiti xidməti avtomobilə əyləşdirərək polis şöbəsinə aparmışlar. Sakitin onu başından tüfəngin lüləsi ilə vurmasına görə başından qan axmış və atası Abbas X22a zəng edərək məlumat vermişdir. Evə gələn X22 avtomobili isə onu Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparmış, xəstəxanada tibbi yardım göstərildikdən sonra yaşadığı evə gəlmişdir. 05 iyun 2022-ci il tarixdə atası Abbas evin ətrafına baxanda 1 ədəd baş tərəfi kəsilmiş vəziyyətdə olan idman çantasını tapmışdır. Həmçinin Zərərçəkmiş şəxs1 məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Nizami oğlu ifadəsində göstərdi ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Zərərçəkmiş şəxs1 isə onun qızıdır. Könül həmkəndliləri Təqsirləndirilən şəxs ilə 8 ildir ailə qurmuşlar və 1 azyaşlı qız övladı var. Onlar evləndiyi vaxtdan Sakit qızı Könülü yola vermədi və tez-tez mübahisələr edirdi. Onlar bir dəfə Könül ilə onu boşamaq istəmişlər. Lakin Sakit gəlib düzələcəyinə söz verdiyinə görə boşandırmadılar. Buna baxmayaraq Sakit yenə içkili halda evə gələrək qızı ilə mübahisə edirdi. Sonuncu dəfə Sakit qızı Könül ilə onun xalası qızına mesaj yazmasına görə mübahisə etmişdir. O onlara gedib Könülü və nəvəni yaşadığı evə gətirmişdir. 2022-ci ilin aprel ayında onlar evdə qalır. Könül onlara gəldikdən sonra Sakit dəfələrlə onları və Könülü öldürməklə hədələyirdi. 04 iyun 2022-ci il tarixdə səhər saatlarında Sakit qızını ondan gəlib yaşadığı evə aparmışdır. Sonradan arvadı İlhaməyə xəbər eləmişlər və Sakitin Tovuz rayonum getməsinə görə o, gedib nəvəsini onlardan evə gətirdi. Sakit evinə 2-3 dəfə də gələrək münaqişə yaratmış və onları öldürəcəyi ilə hədələmişdir. Sakit qızına silah alaraq hamını öldürəcəyini də demişdir. xx.xx.2022-ci il tarixdə saat 00:30 radələrində evdə olan yoldaşı Zərərçəkmiş şəxs4 onu yatdığı otaqda yuxudan qaldıraraq Sakitin evə silahla gəlməsini bildirdi. O da həyətə Sakitin arxasınca çıxmış, Sakit əlində olan ov tüfəngini ona tərəf nişanlamışdır. Ona irad bildirərək çıxıb getməsini istəmişdir, həmin zaman əmisi oğlu və qonşusu Nəsimi Həsənov darvazanın qapısını döymüşdür. Sakit qapının açılması istəmişdir və oğlu Nizami qapını açmışdır. Sakit Nəsimiyə onun yanında dayanmasını və onu da güllələyəcəyini demiş, Nəsimi də yanlarına gəlmişdir və sonra Sakiti fikrindən imtina etdirməyə çalışmışdır. Sakit isə həmin zaman əlindəki silahın saxlanacağını 1 dəfə çəkərək Nəsimiyə və ona tərəf istiqamətləndirdi. Lakin Nəsiminin sözlərindən sonra silahın lüləyini aşağıya istiqamətləndirərək ikinci dəfə saxlanacağı çəkdi. Patron silahdan kənara atıldı. Söhbət əsnasında Nəsimi patronu yerdən götürərək cibinə qoydu. Onlar Sakiti evə dəvət etdilər və evdə olan divanda əyləşdilər. İçəridə o, Nəsimi, oğlu Nizami və Sakit var idi. Sakit silahı divanın kənarına söykədi. Onlar birlikdə onunla profilaktiki söhbətlər etməyə başladılar. Təxminən 5-10 dəqiqə sonra Sakitin qonşusu İsa evə daxil oldu və o da onlarla birlikdə Sakitlə söhbət etdi. Müəyyən vaxt keçdikdən sonra İsanın bacısı oğlu Nicat da Sakiti aparmağa gəlmiş, təxminən 15-20 dəqiqə sonra Sakit onlarla razılaşaraq ayağa qalxmış və silahın saxlanacağını dəfələrlə çəkərək içərisində olan 4 ədəd patronu da boşaltmışdır, Nicat onun özü ilə aparmışdır. İsa ona yaxınlaşaraq polisə müraciət etməməsini xahiş edərək Nəsimidə olan 1 ədəd patronu istəmişdir. Lakin Nəsimi patronu ona təqdim etmişdir. Bayıra çıxan zaman isə hadisə yerinə polis əməkdaşları yaxınlaşmışlar. Qızı Zərərçəkmiş şəxs1 Sakiti tərəfindən silahın lülə hissəsi ilə vurularaq xəsarət almasını onlar İsa və Nicatgili yola saldıqdan sonra yoldaşı İlhamənin məlumatı əsasında bilmişlərdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 eyni məzmunlu ifadə verərək zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Nizami oğlunun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişlər. Həmçinin zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 Nizami oğlu, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 məhkəmə istintaqı dövründə məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirib, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişlər. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş və ölkə ərazisində olmadığından məhkəmə iclasında iştirakının təmin edilməsi mümkün olmadığından ifadəsi məhkəmə prosesi zamanı iş üzrə tərəflərin etirazı olmadan elan olunaraq tədqiq edilmiş, şahid X10 ifadəsindən görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç yerdə işləmir. Təqsirləndirilən şəxs tanıyır və onun qohumudur. Sonuncu dəfə 2022-ci ilin may ayının 10-dan etibarən Könül atası ilə birlikdə onun evində yaşayır. xx.xx.2022-ci tarixdə saat 00-40 radələrində Abbasın evində olan səs-küyə getmişdir. Lakin darvaza bağlı idi və arxa tərəfdən Sakit qapının açılmasını istədi. Həmin zaman Nizami qapını açdı. Sakit Abbasa tərəf silahı istiqamətləndirərək ona da Abbasın yanında dayanmağını dedi. O onun dediyi kimi etdi və Sakiti sakitləşdirməyə çalışdı. Sakit isə həmin zaman əlindəki silahın saxlanacağını 1 dəfə çəkərək ona və Abbasa tərəf istiqamətləndirdi. Lakin onun sözlərindən sonra silahın lüləyini aşağıya stiqamətləndirərək ikinci dəfə saxlanacağı çəkdi. Patron silahdan kənara atıldı. Söhbət əsasında o patronu yerdən götürərək cibinə qoydu. Onlar Sakiti evə dəvət etdi və evdə olan divanda əyləşdilər. İçəridə o, Abbas, oğlu Nizami və Sakit var idi. Sakit silahı divanın kənarına söykədi. Onlar birlikdə onunla profılkatiki söhbətlər etməyə başladılar. Təxminən 5-10 dəqiqə sonra Sakitin qonşusu İsa evə daxil oldu və o da onlarla birlikdə Sakitlə söhbət etdi. Müəyyən vaxt keçdikdən sonra İsanın bacısı oğlu Nicat da Sakiti aparmağa gəldi. Təxminən 15-20 dəqiqə sonra Sakit onlarla razılaşaraq ayağa qalxdı və silahın saxlanacağını dəfələrlə çəkərək içərisində olan 4 ədəd patronu da boşaltdı. Nicat onun özü ilə apardı. İsa ona yaxınlaşaraq polisə müraciət etməməmyini xahiş edərək onda olan 1 ədəd patronu istədi. Lakin patronu Abbasa təqdim etdi. Bayıra çıxan zaman isə hadisə yerinə polis əməkdaşları yaxınlaşdılar. Zərərçəkmiş şəxs1 Sakiti tərəfindən silahın lülə hissəsi ilə vurularaq xəsarət almasını onlar İsa və Nicatgili yola saldıqdan sonra İlhamənin məlumatı əsasında bilmişlər. İşdə olan Azərbaycan Respublikası Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə X15 Rayon Xəstəxanasının “X23” X3 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Şəmkir rayonu, Əliyaqublu kəndinfə qeydiyyatda olan, xx.xx.1991-ci il təvəllüdlü, Təqsirləndirilən şəxs X1 psixiatrik və narkoloji kabinetdə qeydiyyatda dayanmır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsindən həmin Məcəllənin 128 və 134-cü maddələrinə tövsif edilməklə istintaqı davam etdirilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ona elan edilmiş ittahamda özünü təqsirli bilmiş və verdiyi ifadənin doğruluğunu imzalayaraq təsdiq etmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2016cı il tarixdə doğulmuşdur. Atası Təqsirləndirilən şəxs, anası X9r. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Əliyaqublu kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs anası, arvadı və 1 nəfər uşağı ilə birlikdə Şəmkir rayonu, Əliyaqublu kəndində doğulmuşdur. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Əliyaqublu kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ərazidə müsbət xarakterizə olunur. İş üzrə Zərərçəkmiş şəxs1 barəsində təyin olunmuş məhkəmə tibbi ekspertizasının 596 №-li, xx.xx.2022-ci il tarixli rəyindən məlum olur ki, onun bədəni üzərində müəyyən edilmiş xəsarət – başın tüklü hissəsində təpə nahiyəsinin əzilmiş yarası küt əşyaların təsirindən törənmişdir, ekspertizaya təqdim edilmiş ov tüfənginin lülə hissəsi ilə yetirilmiş zərbə nəticəsində əmələ gəl bilərdi, əmələ gəlmə müddəti yetirilməyə xx.xx.2022-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Şəmkir RİHB Əliyaqublu kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş arayışdan görünür ki, X2 rayonu, Əliyaqublu kəndində qeydiyyatda olmaqla hal-hazırda Rusiya Federasiyasındadır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş ekspert rəyi, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxslərin, istintaq hərəkətinin protokolları və digər sənədlərlə Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə tövsif edilmişdir. Məhkəmə aşağıda göstərilənlərə əsasən hesab edir ki, cinayət qanununda nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdən qüvvəyə minmiş «Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» Azərbaycan Respublikasının 20 oktyabr 2017-ci il tarixli Qanunu ilə Cinayət Məcəlləsinə aşağıdakı məzmunda 73.2-ci maddə əlavə edilmişdir: “Bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir.” İş materiallarından görünür ki, zərərçəkmiş şəxslər cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxslə barışmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əməlləri ilk dəfə törətmiş, əvvəllər həmin əməllərə görə məhkum olunmamış və cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Buna görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərin təqsirləndirilən şəxslə barışması qəbul edilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və barəsində olan cinayət işi üzrə icraata xitam verilməli, seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd bir ədəd “Adle-arms” markalı 22AZ-0006 nömrəli yivsiz lüləli ov tüfəngi və 5 ədəd patronlar cinayət törədilərkən alət qismində istifadə etdiyindən və istifadəyə yararlı olduğundan dövlət nəfinə müsadirə olunmalı, qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə məhkəmə xərci, mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73cü, CPM-nin 37, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128 və 134-cü maddələri ilə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə və hazırkı cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Şəmkir RPŞ-nin məsul saxlanca verilmiş bir ədəd “Adle-arms” markalı 22AZ-0006 nömrəli yivsiz lüləli ov tüfəngi və 5 ədəd patronlar istifadəyə yararlı olduğundan dövlət nəfinə müsadirə olunsun, qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Qərardan elan olunduğu andan 20 gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Həmin müddət ərzində apelyasiya protesti və ya apelyasiya şikayəti verilməzsə müddətin başa çatdığı gündən sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən. Rəşad Mustafayev
Məhkəmə qərarları › İş №1(076)-20/2023
Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-20/2023
19.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver