Məhkəmə qərarları › İş №1(076)-20/2024

Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-20/2024

15.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-20/2024 15.01.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş prokurorluğunun X4 üzrə İdarənin rayon (şəhər) məhkəmələrində X4 üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndidilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, təqsirləndidilən şəxs Təqsirləndirilən şəxs1 və müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx.xx.1997-ci il tarixdə Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Şəmkir rayonu, X6 kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə, xx.xx.1990-cı ildə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən 0,380 qram çəkidə narkotik vasitə olan herоini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib yaşadığı evə daşımaqla saxlamışdır. Daxil olmuş məlumat əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şəmkir rayonu Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki tünd göy rəngli şalvarın sol cibindən bir ədəd siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kağız bükümdəki, şəffaf polietilen kəsiyinə bükülmüş vəziyyətdə, təmiz çəkisi 0,380 qram olan narkotik vasitə olan heroin və 20 manat pul aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə şəxsi istifadələri üçün Təqsirləndirilən şəxs1 başqasından 20 manat məbləğində pula qanunsuz olaraq əldə etdiyi 0,380 qram narkotik vasitə olan heroini üzərində daşıyıb ona verərkən, daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şəmkir rayonu, Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki tünd göy rəngli şalvarın sol cibindən bir ədəd siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kağız bükümdəki, şəffaf polietilen kəsiyinə bükülmüş vəziyyətdə, təmiz çəkisi 0,380 qram olan narkotik vasitə heroin aşkar edilərək götürüldüyündən Təqsirləndirilən şəxs2 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona qarşı irəli sürülmüş ittihamda özünü Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2021-ci ilin iyun ayında qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına görə həbs olunmuş və həmin vaxtı onun barəsində Şəmkir rayon məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Təxminən 2022-ci ilin fevral ayının sonlarında cəzasını çəkib qurtardığından həbsdən azad olunmuşdur. 2021-ci ildən narkotik vasitə qəbul etmişdir. Həbsdən azad olduqdan sonra yenidən narkotik vasitə qəbul etməyə başlamışdır. Hər dəfə bədənində ağrılar olduğundan narkotik vasitə qəbul etmişdir. 29 may 2022-ci il tarixdə əvvəllər birlikdə narkotik vasitə qəbul etdiyi Şəmkir rayonu Dəllər Cırdaxan kənd sakini olan Sərxan ona zəng edərək narkotik vasitə istədiyini bildirib, onda birlikdə qəbul etmək üçün narkotik vasitə olub olmadığını soruşmuşdur. O da Sərxana onun gələcəyi halda birlikdə narkotik vasitə qəbul edə biləcəyini demişdir. 30 may 2022-ci il tarixdə səhər saatlarında o, işlədiyi avtomobil yuma məntəqəsində olan zaman Sərxan həmin yerə gəlmiş və onunla birlikdə narkotik vasitə qəbul etmək istədiyini demişdir. O, Sərxana onda narkotik vasitə olduğunu, lakin onun özünə narkotik vasitə verməyəcəyini, birlikdə qəbul edəcəklərini bildirmişdir. Sərxan da onunla razılaşmış, bundan sonra o, narkotik vasitəni götürmək üçün getmiş, Sərxan isə narkotik vasitə qəbul etmək üçün lazım olan şpris, limon duzu almaq üçün aptekə getmişdir. O, narkotik vasitəni götürərək Sərxanın yanına gəlmişdir. O, qayıdıb gəldiyində Sərxan aptekdən gəlmişdir. Onlar görüşərək birlikdə narkotik vasitəni qəbul etmək üçün Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən parka getmişlər. Parkın girişinə çatdıqlarında bir qədər əvvəl avtomobilini yuduğu Nurlan adlı şəxsin avtomobili ilə gələn polis əməkdaşları onlara yaxınlaşaraq onların hər ikisini saxlayaraq polis şöbəsinə gətirmişlər. Polis şöbəsində onların üzərində şəxsi axtarış aparmışlar. Şəxsi axtarış aparan zaman onun üzərində olan narkotik vasitə aşkar olunmuşdur. Həmin vaxtı onun üzərindən 20 manatlıq əskinaz da aşkar olunmuşdur. Eyni zamanda narkotik vasitəni satmaq niyyəti olmamış, Sərxanla birlikdə qəbul etmək üçün başqa şəxsdən alıb gətirmişdir. Odur ki, onun Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməsini və ona həmin maddənin sansliaysında nəzərdə tutulmuş yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər məhkumluq həyatı yaşamamış, psixi xəstəliklər keçirməmişdir. Rəsmi olaraq heç bir yerdə işləməmiş, fərdi əməklə məşğul olmuşdur. 2020-ci ilin sentyabr ayının 27-də Vətən müharibəsi başladıqda könüllü olaraq müharibəyə getmişdir. Şuşa şəhəri və Daşaltı kəndləri istiqamətində döyüşlərdə iştirak etmişdir. Şuşanın azad olunması və başqa medallarla təltif olunmuşdur. Döyşlərdə yaralanmış, müalicə olunduqdan sonra geri cəbhəyə qayıtmışdır. 2021-ci ilin yanvar ayının sonlarında ordudan təxris olunmuşdur. Yaralandığı vaxtı ona güclü narkotik tərkibli iynələr vurulmuş, müharibədən də qayıtdıqdan sonra bədənində ağrılar olduğundan narkotik vasitə qəbul etməyə başlamışdır. Narkotik vasitə qəbul etdikdə ağrıları keçmişdir. Təqsirləndirilən şəxs1 çoxdan tanımışdır. Orxanla əvvəllər dəfələrlə birlikdə narkotik vasitə qəbul etmişlər. Çox vaxtı Orxanda narkotik vasitə olduğunu bildiyindən 30 may 2022-ci il tarixdə özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla Orxanın xatırlamadığı telefon nömrəsinə zəng edərək görüşmək istədiyini bildirmişdir. O həmin gün səhərdən axşama kimi Orxana zəng etmiş, Orxan isə ona axşamüstü hazır olacağını demişdir. Şəmkir rayonu Çinarlı qəsəbəsində parkda Orxanla görüşmüşlər. Tutulduqları zaman narktoik vasitəni Orxanla birlikdə istifadə edəcəkləri üçün Orxandan götürməmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 30 may 2022-ci il tarixdə ona Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələr qəbul etməsi, üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. O, bu barədə şöbə rəhbərliyinə raportla müraciət etdikdən sonra şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nın rəisi, X8, əməliyyat müvəkkilləri X1, Şahid1 və NMQ-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən parkın yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Onlar həmçinin Təqsirləndirilən şəxs1 yanında olan narkotik vasitələr qəbul edən Şəmkir rayonu Dəllər Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 da polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd prima siqaret qutusu təqdim erdərək həmin qutuda narkotik vasitə olduğunu bildirmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda içərisində bir ədəd kağıza bükülmüş şəffaf sellofanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin heroinə bənzər kütlə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 0.5 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı limon duzu, “kqtel” markalı mobil telefon, sağ arxa cibindən isə 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 20 manat pulu Təqsirləndirilən şəxs2 ona narkotik vasitə alması üçün verdiyini bildirmişdir. Aşkar olunmuş kütlə və 20 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra digər saxlanılan Təqsirləndirilən şəxs2 üzərində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 4 ədəd şpris aşkar olunmuş, dörd ədəd şpris üzərində narkotik vasitə qalığı olub-olmasının müəyyən edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və nəticələri barədə protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 30 may 2022-ci il tarixdə Şəmkir rayonu Çinarlı qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs1 narkotik vasitələr qəbul etməsi, üzərində narkotik vasitə saxlaması və satışı ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nın rəisi, X8, əməliyyat müvəkkilləri X1, Şahid2 və NMQ-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən parkın yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Onlar həmçinin Təqsirləndirilən şəxs1 yanında olan narkotik vasitələr qəbul edən Şəmkir rayonu Dəllər Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 da polis şöbəsinə gətirmişlər. Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən iştirak etməmiş, həmçinin onun üzərindən aşkar olunduğu qeyd olunan 20 manatı görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Şəmkir RPŞ-nin post patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində işləyir. 30 may 2022-ci il tarixdə Şəmkir Rayon Polis Şöbəsində növbədə olduğu zaman ona bir nəfər adının sonradan Təqsirləndirilən şəxs1 olmaısnı bildiyi şəxsin narkotik vasitə saxlamaqla şübhəli olduğundan polis şöəsinə gətirildiyini və həmin şəxsin üzərində şəxsi axtarışş aparılan zaman onun da iştirak etməsini bildirmişlər. O da rəhbərliyin göstərişi ilə təhqiqatçı Rəşad Xəlilovun xidməti otağına getmişdir. Orada Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd prima siqaret qutusu təqdim erdərək həmin qutuda narkotik vasitə olduğunu bildirmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda içərisində bir ədəd kağıza bükülmüş şəffaf sellofanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin heroinə bənzər kütlə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 0.5 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı limon duzu, “kqtel” markalı mobil telefon, sağ arxa cibindən isə 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 20 manat pulu Təqsirləndirilən şəxs2 ona narkotik vasitə alması üçün verdiyini bildirmişdir. Aşkar olunmuş kütlə və 20 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra digər saxlanılan Təqsirləndirilən şəxs2 üzərində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 4 ədəd şpris aşkar olunmuş, dörd ədəd şpris üzərində narkotik vasitə qalığı olub-olmasının müəyyən edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və nəticələri barədə protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 30 may 2022-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında şöbə rəhbərliyinin göstərişi ilə saat təxminən 17 radələrində Şəmkir RPŞ-nin CAB-nın rəisi, X8, əməliyyat müvəkkilləri X1, Şahid2 və NMQ-nın əməliyyat müvəkkili Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs1 yaşadığı Şəmkir rayonu Çinarlı qəsəbəsində yerləşən parkın yaxınlığında saxlayaraq ona narkotik vasitələr saxlamaqda şübhəli olduğunu və Şəmkir rayon polis şöbəsində üzərində axtarış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs1 onlara heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Onlar həmçinin Təqsirləndirilən şəxs1 yanında olan narkotik vasitələr qəbul edən Şəmkir rayonu Dəllər Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 da polis şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 üzərində müdafiəçinin iştirakı ilə axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir ədəd prima siqaret qutusu təqdim erdərək həmin qutuda narkotik vasitə olduğunu bildirmişdir. Həmin qutu təhqiqatçı tərəfindən açıldıqda içərisində bir ədəd kağıza bükülmüş şəffaf sellofanın içərisində narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin heroinə bənzər kütlə sellofan büküm ilə birgə elektron tərəzidə çəkildikdə 0.5 qram olmuşdur. Təqsirləndirilən şəxs1 üzərindən şəxsi axtarış zamanı limon duzu, “kqtel” markalı mobil telefon, sağ arxa cibindən isə 20 manat pul aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 20 manat pulu Təqsirləndirilən şəxs2 ona narkotik vasitə alması üçün verdiyini bildirmişdir. Aşkar olunmuş kütlə və 20 manat pul iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı tərəfindən bir ədəd zərfdə möhürlənərək qablaşdırılaraq götürülmüşdür. Bundan sonra digər saxlanılan Təqsirləndirilən şəxs2 üzərində dəvət olunmuş müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən 4 ədəd şpris aşkar olunmuş, dörd ədəd şpris üzərində narkotik vasitə qalığı olub-olmasının müəyyən edilməsi məqsədi ilə qablaşdırılaraq götürülmüşdür. Şəxsi axtarış və nəticələri barədə protokol tərtib olunduqdan sonra imzalarla təsdiq edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerləri, narkotik vasitənin əldə etdiyi mənbəni müəyyənləşdirmək məqsədilə vətəndaşların sorğusu, soraqlaşma, saxlandığı zaman üzərində şəxsi axtarış keçirilməsindən ötrü əməliyyat qrupu yaradılması və qrupun tərkibinin Şəmkir RPŞ-nin əməkdaşları Şahid2, Şahid1, X1 və Şahid3 ibarət olması qərara alınmışdır. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman sübut əhəmiyyəti kəsb edən əlavə hər hansı bir əşya aşkar edilməmişdir. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş DVD diskdəki videogörüntüdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman özü üzərində olan tünd rəngli şalvarın sol yan cibindən prima siqaret qutusunu təqdim etmiş, Siqaret qutusu açılan zaman içərisində kağıza bükülmüş şəffaf sellofanın içərisində sarımtıl rəngli heroinə bənzər kütlə aşkar edilmiş, aşkar edilmiş kütlə elektron tərəzidə çəkilən zaman 0.5 qram kütlə təşkil etmişdir. Bundan sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış edən zaman Təqsirləndirilən şəxs1 sağ cibindən limon duzu, katel markalı mobil telefon və sağ arxa cibindən 20 manat pulu təqdim etmişdir. Aşkar edilmiş heroinə bənzər kütlə və limon duzu zərfə qoylaraq ekspertiza üçün qabalşadırılmış və DİN-in 118 saylı möhürü ilə möhürlənmişdir. Mobil telefon və 20 manat pul iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizasının 31 may 2022-ci il tarixli 16/628 nömrəli nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 0.5 qram narkotik vasitə heroinə bənzər kütlə...” sözləri yazılmış kağız paketdəki - 01 (bir) ədəd kağız bükümdəki, şəffaf polietilen kəsiyində təmiz çəkisi 0,380 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin “ Azərbaycan Respublikasının ərazisində dövriyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. - 01 (bir) ədəd üzərində “Limon turşusu” adlı paketdə təmiz çəkisi 8.477 qram ağ rəngli kristalik maddə qida məhsulu olan limon turşusudur. Limon duzu 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təstiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə nvə istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahısına daxil deyildir. -Tədqiqata təqdim edilmiş üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 4 ədəd şprislər...” sözləri yazılmış kağız paketdəki; - 02 (iki) ədəd 1 ml-lik içərisi boş şprislər içərisində, narkotik vasitələrə və psixotrop maddələrə məxsus izlər aşkar edilmədi. - 02 (iki) 3 ml-lik şprislərin tamlığı pozulmadığı üçün üzərində tədqiqat aparılmadı. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1963 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 324 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 31 may 2022-ci il tarixdə Şəmkir RPŞ-nin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Rəşad Xəlilov tərəfindən Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 31 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi istintaq aidiyyatı üzrə Şəmkir rayon polis şöbəsinin istintaq bölməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona maddəsi ilə ittiham elan edilmişdir. Şəmkir Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 may 2022-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2022-ci il tarixli qərardan və protokoldan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhələnməyə əsas verən kifayət qədər sübutlar olduğu üçün Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şübhəli şəxsin həbsdən azad edilməsi” barədə 31 may 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs2 31 may 2022-ci ildə müvəqqəti saxlama yerindən azad edilmişdir. xx.xx.2022-ci il tarixli Şəmkir Rayon Məhkəməsinin qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılmasından imtina edilmişdir. xx.xx.2022-ci il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində 30 avqust 2022-ci il tarixdən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət əməlinin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 29, 234.1 və 234.2-ci maddələrinə tövsif edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb edilmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. xx.xx.2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə Şəmkir RPŞ-yə gəlmiş və Şəmkir RPŞ-nin İB-nə təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 könüllü olaraq Şəmkir RPŞ-nə gəldiyindən cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihama dəyişikliklər edilərək, o, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 26 avqust 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxsin barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 13 iyul 2023-cü il tarixdə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş bir ədəd diskə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsindən digər Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrəsi arasında mütəmadi olaraq danışıqlar olmuş, cinayət hadisəsi vaş verən gün xx.xx.2022-ci il il tarixdə onların arasında 9 dəfə telefon danışıq olmuşdur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkumluğu olmamışdır. Şəmkir Rayon Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 1(076)-247/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2022-ci il tarixli “Amnistiya aktının tətbiq edilməsi haqqında” qərardan görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs1 amnistiya tətbiq edilmiş və həmin Qərarın 7-ci bəndinə əsasən məhkumluğu götürülmüşdür. Şəmkir RİHB-nın Çinarlı qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində nümayəndəliyə heç bir şikayət xarakterli məlumat daxil olmamışdır. Şəmkir RİHB-nın Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Vətən müharibəsində iştirak etmişdir. Onun barəsində Şəmkir RİHB-nın Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəliyə heç bir şikayət xarakterli yazılı və şifahi ərizə daxil olmamışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Aparatı tərəfindən verilmiş İ-30225 saylı Azərbaycan Respublikası Medalının vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdarının 0,5 qram olması, külli miqdarın yuxarı həddinin 2 qram, İİ siyahısının 65-ci bəndində psixotrop maddə olan metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarının 0,15 qram, külli miqdarın yuxarı həddinin 2 qram olması göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışına Qanunun 1.0.11-ci maddəsində şərh verilmişdir. Məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145-ci maddəsinə əsasən: 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üst-üstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən 0,380 qram çəkidə narkotik vasitə olan herоini qanunsuz olaraq əldə edib yaşadığı evə daşımaqla saxlamış, 30 may 2022-ci il tarixdə saat 17 radələrində Şəmkir rayonu Çinarlı qəsəbəsində qanunsuz olaraq qazanc əldə etmək məqsədi ilə həmin narkotik vasitəni tanışı Şəmkir rayonu Dəllər-Cırdaxan kənd sakini Təqsirləndirilən şəxs2 20 manat məbləğində pulun qarşılığında satarkən, daxil olmuş məlumat əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Şəmkir rayonu Çinarlı qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılan zaman onun əynindəki tünd göy rəngli şalvarın sol cibindən bir ədəd siqaret qutusunun içərisində olan 01 (bir) ədəd kağız bükümdəki, şəffaf polietilen kəsiyinə bükülmüş vəziyyətdə, təmiz çəkisi 0,380 qram olan narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs2 narkotik vasitənin satışı ilə əlaqədar almış olduğu 20 manat pul aşkar edilərək götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, istintaqı aparılmış və təqsirləndirilən şəxsə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham elan olummuşdur. Təqsirləndirilən şəxs1 elan edilmiş ittihamı təsdiq edən ən əsas sübut kimi təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 ifadəsi, Təqsirləndirilən şəxs1 ilkin ifadəsi, şahid ifadələri, şəxsi axtarış aparılması barədə protokolları, maddi sübutlar, digər istintaq materiallarına əsaslanmışdır. Həmçinin təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 ibtidai istintaq dövründə sonrakı ifadəsində və məhkəmə istintaqında verdiyi ifadəsində, həmçinin Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs1 ondan aşkar olunaraq götürülmüş həmin narkotik vasitə olan heroinin satışı ilə məşğul olmamasını, yalnız əvvəllər də Təqsirləndirilən şəxs2la birlikdə narkotik vasitə istfadə etdiklərini, indi də məhz birlikdə istifadə etmək üçün Orxan Qubanovun başqa şəxsdən həmin narkotik vasitəni əldə edərək üzərində götürməsini bildirmişlər. Halbuki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli Qərarında təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalı olması, qeyd edilmişdir. Hazırki vəziyyətdə isə Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la əvvəlcədən ona narkotik vasitə satması barədə razılıq əldə etməsi, sövdələşməsi və ya narkotik vasitəni satış məqsədi üçün hazırlaması və narkotik vasitənin hazırlanması üçün Təqsirləndirilən şəxs1 hər hansı avadanlıq müəyyən edilmədiyi halda, onun əməli narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olma cinayəti kimi qiymətləndirilməməlidir. Həmçinin, həmin Qərarda göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, həmin Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmə məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Məhkəmə iclasında araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs2la birlikdə özünün də istifadə etməsi üçün vasitəçilik edərək əldə etməsi və üzərində götürməsi öz təsdiqini tapmışdır. Məhkəmə, yuxarıda qeyd edilənlər baxımından Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə istifadə etmək üçün vasitəçilik edərək narkotik vasitə olan heroini əldə etməklə üzərində daşımasını onun şəxsi marağının olmaması kimi qiymətləndirib nəzərə alır. Göründüyü kimi, təqsirləndirilən şəxsin narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsini təsdiq edən heç bir sübut yoxdur. Hazırki iş üzrə nə ibtidai araşdırma zamanı, nə də məhkəmə istintaqı zamanı Orxan Qubranovun kiminləsə narkotik vasitənin alqı-satqısı barədə qabaqcadan razılığa gəlməsi, narkotik vasitənin satışından mənfəət əldə etməsi hər hansı sübutla öz təsdiqini tapmamışdır. Digər tərəfdən qeyd edilməlidir ki, təqsirləndirilən şəxsdə narkotik vasitənin qablaşdırılması üçün hər hansı bir cihaz və ya avadanlıq da aşkar edilməmişdir. Təqsirləndirilən şəxsin özü narkomaniya xəstəliyindən əziyyət çəkir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinin miqdarı həmin maddənin şəxsi istehlak miqdarından bir az artıq, bir bükümdə olması şəxsi istehlak miqdarına yaxın olmuşdur. Bu isə təqsirləndirilən şəxsin narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün əldə etməsi və 30 may 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 xahişi ilə onunla birlikdə istifadə etməkləri üçün üzərində götürdüyü barədə həm Təqsirləndirilən şəxs1 özünün, həm də Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdikləri ifadələrinin inandırıcılığına dəlalət edir. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edərək saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda məhkəmənin hökmü əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3. maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə göstərilmişdir ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 30 may 2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə olduğu 03 ay müddət (xx.xx.2023-cü il tarixli qərar nəzərə alınmaqla) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutularaq təyin edilmiş cəzadan çıxılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli hökm elan olunduğu vaxtdan hesablanmalıdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlindən səmimi peşmançılıq çəkməsini və “Vətən müharibəsi iştirakçısı” olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar yoxdur. Cəza məsələsini müzakirə edərək məhkəmə Azərbaycan Respublikası CM-nin 58.3. maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzasını yüngülləşdirən halı, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 29, 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52- 1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Məhkəmə, məhkəmə iclası zamanı tədqiq olunmuş məhkəmə-narkoloji ekspertizasının rəyini nəzərə alaraq hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Şəmkir RPŞ-də xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 01 ədəd zərfdə olan çəkisi 0.330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxslər dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mobil nömrələr üzrə daxil olan və çıxan zənglərin, anten dairələrinin köçürüldüyü Azərbaycan Respublikası DİN-in Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərindən çıxmış maddi sübut kimi 20 manat əskinaz dövlət büdcəsinə keçirilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs1 və X3 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Şəmkir rayon vəkil bürosunun vəkili Müdafiəçi1 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi1 işlədiyi Şəmkir rayon Vəkil Bürosunun hesabına 150 manat pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353 və 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 30 may 2022-ci il tarixdən 31 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla təyin olunmuş cəzadan 4 (dörd) gün çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzanın icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə icra və probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində yaşayış yerini saat 23:00-dan saat 07:00-dək tərk etməsinə və yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı Şəmkir rayonu ərazi hüdudlarını cəza çəkdiyi müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən 30 avqust 2022-ci il tarixədək həbsdə olduğu 03 ay müddət ona təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 15 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməliyyat axtarış tədbirinin keçirilməsi video görüntülərin qeydə alındığı DVD disk və təqsirləndirilən şəxsləri dindirilən zaman çəkilib “DVD” diskə köçürülmüş həmin görüntünü özündə əks etdirən “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə mobil nömrələr üzrə daxil olan və çıxan zənglərin, anten dairələrinin köçürüldüyü Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən götürülmüş bir ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Şəmkir Rayon Polis Şöbəsində xüsusi ayrılmış saxlanc yerində maddi sübutları saxlama kamerasına təhvil verilmiş təhqiqatdan sonra qalıq çəkisi 01 ədəd zərfdə olan çəkisi 0,330 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs1 üzərindən çıxmış maddi sübut kimi 20 manat əskinaz dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi1 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (bir yüz əlli) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. İş üzrə aparılmış ekspertiza təhqiqatlarının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apellyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar