Məhkəmə qərarları › İş №1(076)-200/2025

Şəmkir Rayon Məhkəməsi Qərar — İş №1(076)-200/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəmkir rayon İş № 1(076)-200/2025 18.04.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs:Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə xx xxxxx 1971–ci il tarixdə Şəmkir rayonu Dəllər Cırdaxan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu Dəllər Cırdaxan kəndində ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM–in 128–ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə toplanılmış materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: xx.xx.2025-ci il tarixdə saat 11 radələrində Şəmkir rayonu. Dəllər Cırdaxan kəndində yaşayan Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında şəxsi münasibətlər zəmnində yəni Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs mütəmadi spirtli içki qəbul etdiyinə görə sonuncuya irad bildirməsinə görə baş vermiş mübahisə zamanı, Təqsirləndirilən şəxs əli ilə Zərərçəkmiş şəxs sifətinə vuraraq ona alın nahiyəsinin sağ yarsının yumşaq toxumalarının dərialtı hematoması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmuşdur. Qeyd edilən əmələ görə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128–ci maddəsi ilə məhkəməyədək sadələşdirilmiş icraat açılaraq məhkəməyə verilmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü ona qarşı irəli sürülmüş ittihamda tam təqsirli bilərək ifadəsində göstərdi ki, barəsində şikayət edən Zərərçəkmiş şəxs onun arvadıdır. Zərərçəkmiş şəxs ilə 1992-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur və birgə nikahlarından üç övladları var. Zərərçəkmiş şəxs ilə əvvəllər aralarında normal münasibət olmuşdur Daha sonra o, mütəmadi olaraq spirtli içki qəbul etdiyinə görə Zərərçəkmiş şəxs ilə aralarında mübahisələr olmuşdur. Buna görə də 2025-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən çıxıb atası evinə getmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat təxminən 11 radələrində o, yaşadığı evdə spirtli içki qəbul etdiyi zaman Zərərçəkmiş şəxs birgə yaşadıqları evə gəlmişdir. Bundan sonra Zərərçəkmiş şəxs ilə aramızda sözlə mübahisələri olmuşdur. Mübahisəyə səbəb onun spirtli içki içdiyinə görə Zərərçəkmiş şəxs ona irad bildirməsi olmuşdur. Mübahisə zamanı o, sonuncuya əsəbləşərək əl zərbəsi ilə onun alın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Daha sonra isə o, sonuncunun qolundan tutub dartmışdır. Bundan sonra isə Zərərçəkmiş şəxs birgə yaşadıqları evdən çıxıb getdiyini bildirmişdir.Hazırda əməlindən peşmandır və zərərçəkmişlə barışmışdır,məhkəmədən ifadəsində göstərilənləri nəzərə alaraq, cinayət məsuliyyətindən azad edilməsi haqda qərar qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs onun əridir. Təqsirləndirilən şəxs ilə 1992-ci ildə rəsmi olaraq ailə həyatı qurmuşdur. Birgə nikahlarından üç övladları var. Təqsirləndirilən şəxs ilə əvvəllər aralarında normal münasibət olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs mütəmadi olaraq spirtli içki qəbul etdıynə görə aralarında mübahisələr olmuşdur. Buna görə də o, 2025-ci ilin yanvar ayından Təqsirləndirilən şəxs birgə yaşadığı evdən çıxıb atası evinə getmişdir. Sonuncu dəfə xx.xx.2025-ci tarixdə saat təxminən 11 radələrində o, Təqsirləndirilən şəxs ilə birgə yaşadığı evdə getmişdir. O, yaşadığı evə daxil olarkən Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə spirtli içki qəbul etdiyini görmüşdür. Bu zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə onunla sözlə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Təqsirləndirilən şəxs əl zərbəsi ilə onun alın nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bu zaman o, zərbənin təsirindən yerə yıxılmışdır. Daha sonra isə Təqsirləndirilən şəxs onun sol əlindən dartdığına görə sol əlinin üstündən xəsarət almışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs əlindən çıxıb yaşadığı evdən gedib, qardaşı Şahid zəng edərək, Təqsirləndirilən şəxs onu döyməsi barədə demişdir. Daha sonra isə Təqsirləndirilən şəxs onu döyməsi barədə Şəmkir RPŞ-nə ərizə ilə müraciət etmişdir.Lakin hadisədən sonra Təqsirləndirilən şəxs ilə barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur, məhkəmədən onun cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində bacısı Zərərçəkmiş şəxs ona mobil zəng edərək, əri Təqsirləndirilən şəxs tərəfinfən döyülməsin demişdir. Daha sonra bacısının yanına gələn zaman onun alın nahiyyəsində xəsarət olduğunu görmüşdür.İlhamə Rzayevə həmin xəsarəti əri Təqsirləndirilən şəxs ona yetirdiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş (elan olunmuş): 16 mart 2025–cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə–Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyinin Şəmkir rayon şöbəsinin 16 mart 2025–ci il tarixli, 192 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər– alın nahiyəsinin sağ yarsının yumşaq toxumalarının dərialtı hematoması. sol saidin aşağı üçdə birinin və sol əlin arxa səthinin sıyrıqları KÜT əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 16 mart 2025-ci il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə alın nahiyəsinin sağ yarsının yumşaq toxumalarının dərialtı hematoması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir, sol saidin aşağı üçdə birinin və sol əlin arxa səthinin sıyrıqları isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Şəmkir RİHB–nın Şəmkir rayon Dəllər Cırdaxan kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Zərərçəkmiş şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim olunmuş ərizədən görünür ki, o özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir, əməlindən peşmandır, zərərçəmiş şəxsə dəymiş ziyanı tam ödəyərək onunla barışmışdır. Bu səbəbdən, sözü gedən işə xitam verilməsini xahiş etmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq CM-in 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə qeyd edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdığından və sonuncunun ona qarşı şikayət və tələbi olmadığından o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (Bundan sonra- CPM): 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir; 43.1 və 43.1.2-ci maddələrinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır Beləliklə, məhkəmə,cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alaraq hesab edir ki, CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla cinayət qanunu ilə nəzərəd tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, iş üzrə icraata CPM-in 43-cü maddəsinə əsasən xitam verilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 6 saat üçün nəzərdə tutulan 36 manat pul ödənilməlidir. Qeyd olunanlara əsasən və CPM-in 40, 43, 321, 344-347, 356, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərmiş Şəmkir rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına 6 saat üçün nəzərdə tutulan 36 (otuz altı) manat pul ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar