Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-203/2023 17.11.2023 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Heydarov Cəmil Elxan oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun X2 üzrə İdarəsinin Rayon (şəhər) Məhkəmələrində X2 üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, 31 avqust 1991-ci ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Şəmkir rayonu, Dəllər Cəyir kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək niyyəti ilə 2022-ci ilin yanvar ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində istintaqla müəyyən olunmayan vaxtlarda Rusiya Federasiyasında yaşayan xalası Zərərçəkmiş şəxs məxsus sonuncunun razılığı əsasında müvəqqəti yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evdən hər bir kvadrat metri 8 manat olan, ümumi məbləği 800 manat dəyərində 100 kvadrat metr ölçüdə metlağı, 180 manat dəyərindən 97 mm ölçüdə LG markalı televizoru, 150 manat dəyərində iki qapılı soyuducunu, bir ədəd 240 manat dəyərində 2x3 metr ölçüdə İran İslam Respublikası istehsal olan xalçanı, 7 ədəd 4x5 metr ölçülərində hər birinin qiyməti 600 manat olan 4200 manat dəyərində xalçaları, hər biri 30 manat dəyərində olan ümumi dəyəri 60 manat olan iki ədəd “Zinger” markalı ətçəkən maşını, bir ədəd 20 manat dəyərində “Eurolux” markalı ütünü, bir ədəd 20 manat dəyərində “Eurolux” markalı sokçəkən maşını, hər biri 150 manat, ümumi dəyəri 450 manat olan üç ədəd üzəri muncuqlu istifadə olunmamış yataq örtüklərini, hər biri 100 manat, ümumi dəyəri 1200 manat olan 12 ədəd 1,5x2,5 ölçüdə yerli istehsal olan qoyun yunundan hazırlanmış yorğanı, hər biri 10 manat ümumi dəyəri 60 manat olan 6 ədəd qaz tükündən hazırlanmış yastığı, hər biri 40 manat, ümumi dəyəri 240 manat olan qoyun yunundan hazırlanmış 1,5x2 metr ölçülərində döşəyi, hər biri 100 manat, ümumi dəyəri 200 manat olan bir nəfərlik olan 0,2x2 metr ölçüdə çarpayını, bir ədəd 180 manat dəyərində iki nəfərlik çarpayını, bir dəst 1000 manat dəyərində Türkiyə Respublikası istehsalı olan cehizlik qabqaçağı (92 ədəd yemək dəsti, 12 ədəd qazan dəsti, 36 ədəd çay dəsti), hər biri 150 manat, ümumi dəyəri 300 manat olan 2x1.5 metr ölçülü, 6 ədəd stulu olan 2 ədəd taxta stol dəstini, bir ədəd 400 manat dəyərində 3 ton su tutan dəmir materialından hazırlanmış su çənini, 80 manat dəyərində 100 lirtlik qazla işləyən dəmir materialdan hazırlanmış su qızdırıcını, bir ədəd 2.5x3 metr ölçüdə 150 manat dəyərində dolabı, bir ədəd, 800 manat dəyərində 585 əyarlı, 10 qram çəkisi olan qızıl üzüyü, bir ədəd 12 qram çəkisi, 585 əyarlı 960 manat dəyərində qızıl kolyeni, hər biri 15 manat, ümumi dəyəri 750 manat olan 12x12 santimetr ölçülərində döşəmə taxtasını vahid niyyətlə gizli olaraq talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 12440 (on iki min dörd yüz qırx) manat məbləğində, xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. Rayon ərazisində elektrik təmiri işləri ilə məşğul olmuşdur. Zərərçəkmiş şəxs onun xalasıdır. Xalası uzun müddətdir ki, ailəsi ilə birlikdə Rusiya Federasiyasında yaşayır. 2020-ci ildə o, Rusiya Federasıyasında həbsdə olduğu zaman xalası onun atasına məxsus olan Şəmkir şəhəri Həzi Aslanov küçəsində yerləşən evi 20000 manata satmışdır. Həmin vaxtı o, həbsdə olduğundan ondan heç bir razılıq alınmamışdır. O, həbsdən çıxıb gəldikdən sonra xalasına məxsus olan Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən evdə yaşamağa başlamış, həmçinin xalasıyla əlaqə saxlayaraq evi satmasına görə narazılıq bildirmiş və həmin puldan bir qədərini də ona verməsini demişdir. Lakin xalası ona hər hansı məbləğdə pul verməyəcəyini bildirmişdir. Xalasının ona qarşı etdiyi haqsızlıqdan əsəbi olduğundan, eyni zamanda evdə müəyyən problemlər olduğundan evdəki bəzi əşyaları satmaq qərarına gəlmişdir. 2022-ci ilin yanvar sonlarında xalası Yegənənin həyətə boşaltdığı 100 kvadrat metr metlağı həmkəndlisi olan Fəriş ləqəbli şəxsə 80 manata satmışdır. Metlağı satdığı zaman isə nənəsi Salatın yanında olmuşdur. Bundan sonra evdə olan 4 ədəd xalçanı Şəmkir rayonu, Dəllər Cəyir kəndində olan Samir adlı şəxsə 200 manata satmışdır. Pula ehtiyacı olduğundan bacısı Səbinəyə qulağında olan qızıl sırğaları ona verməsini xahiş etmişdir. Bacısı da qulağında olan sırğaları çıxardaraq ona vermiş və o da həmin sırğanı 225 manata Şəmkir mərkəzi bazarında qızıl alan üzdən tanıdığı şəxsə satmışdır. Daha sonra evin içərisində yerləşən dolabın sağ və sol hissəsini, paltar asılan hissələrini 50 manat Dəllər qəsəbəsində tanımadığı hərbçiyə satmışdır. Təxminən bir ay əvvəl isə evin içərisində və çölündə olan aliminium qazanları həmin vaxtı küçədən keçən tanımadığı metal yığan şəxsə 40-50 manata satmışdır. Bundan on gün sonra isə 2 ədəd xalçanı, bir ədəd ətçəkən maşını, 2 ədəd ədyalı, bir ədəd ütü və bir ədəd feni Dəllər Cəyir kənd sakini Elçin adlı şəxsə 120 manata satmışdır. Daha sonra evin içərisində olan 2 ədəd köhnə taxtadan yığılma çarpayını 95 manata Şəmkir rayonu, Qədimqala kənd sakini olan Elvin adlı şəxsə satmışdır. Bundan bir neçə gün sonra isə evdə olan cehizlik qab-qacağı Gəncə şəhəri “Kolxoz bazarı” adlı yerdə tanımadığı şəxsə 110 manata satmışdır. Bundan sonra yaşadığı həyətdə yerləşən köhnə evin döşəməsinin taxtalarını sökərək 250 manata adını bilmədiyi Şəmkir rayonu, Çaparlı kənd sakininə sataraq evin dam örtüyünü düzəldən Elşən adlı şəxsə zəhmət haqqı kimi vermişdir. Döşəmənin taxtalarını satdığı zaman nənəsi Salatın yanında olmuşdur. Bundan əlavə su qızdırıcını, dəmir boruları, dəmir darvazanı 155 manata küçədə metal yığan tanımadığı şəxslərə satmışmışdır. Təxminən 2022-ci ilin aprel ayında bir ədəd qabaq stolu və 6 ədəd stulu 45 manata dəmir yığanlara, 4 ədəd stulları isə Şəmkir rayonu, Dəllər qəsəbəsində Xaliq adlı şəxsə 30 manata satmışdır. Evin içərisində olan çuqun materialından olan sobanı 14 manata Şəmkir rayonu, Dəllər Cəyir kəndində olan Mosu ləqəbli şəxsə satmışdır. O, qeyd etdiyi əşyaları sataraq əldə etdiyi pulu yaşadığı evdə olan ehtiyaclarına xərcləmişdir. Hazırda əməlinin cinayət olduğunu dərk edir və əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxs doğma xalasıdı, onunla barışıq əldə etmişdir, Zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbi yoxdur. Odur ki, qeyd olunanları nəzərə alaraq ona məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs uzun müddətdir ki, ailə üzvləri ilə birlikdə Rusiya Federasiyasında yaşayaraq orada işləyir. Onun qardaşı olmadığından Şəmkir rayonu, Dəllər Cəyir kəndində olan yaşlı anası Salatına da o baxmışdır. Həmçinin ana ilə birlikdə ruhi əsəb xəstəsi olan Finurə və Finurənin qızı Səbinəxanım yaşamışdır. Digər bacısı oğlu Orxan isə əvvəllər Rusiya Federasiyasında cinayət törətdiyindən həbs olunmuş və 2021-ci ilin dekabr ayında həbsdən çıxaraq nənəsi yaşadığı evə gəlmişdir. Həmin evi Zərərçəkmiş şəxs anası onun adına keçirtmiş və bu barədə Dövlət Reyister Xidmətindən çıxarışı da olmuşdur. Orxan həbsdən çıxıb gəldiyində Orxanın evə, yaşlı anası, öz anası və bacısına sahiblik edəcəyinə inanmış və buna görə də Orxana hər cür köməklik edəcəyini bildirmişdir. Yeganə Orxanın xahişi ilə bir neçə dəfə Orxana pul göndərmişdir. 2022-ci ilin yanvar ayında isə Orxan yaşadıqları evin dam örtüyünü təmir etdirdiyindən Yeganə Orxana həm dam örtüyü almaq üçün, həm də işləyən fəhlələrə yemək hazırlamaları üçün yenə də pul göndərmişdir. Bundan bir qədər sonra Orxan Yeganəyə yenidən zəng edərək Bakı şəhərində iş tapdığını, özünə işləmək üçün alətlər lazım olduğunu, lakin pulunun olmadığını bildirdiyindən Yeganə yenidən Orxana 150 manat pul göndərmişdir. Az müddət sonra təxminən 2022-ci ilin mart ayının əvvəllərində Şəmkir rayonunda yaşayan tanışlarından Orxanın Bakı şəhərinə getmədiyini, rayonda olduğunu, həmçinin narkotik vasitə aludəçilərinə qoşulduğunu, özünün də həbs olunaraq buraxıldığını eşitmişdir. Yeganə bu barədə anası və bacısı qızı Səbinəxanıma zəng edərək soruşduqda əvvəl onlar belə bir söhbət olmadığını bildirmişlər. Zərərçəkmiş şəxs isə anası və Səbinəxanımdan təkidlə düz danışmalarını soruşduqda anası Orxanın həqiqətəndə həbs olunaraq buraxıldığını, özünün narkotik vasitə qəbul etdiyini, buna görə də evdə olan ona məxsus bir çox əşyaları satdığını, özlərini isə ona bir söz deyəcəyi halda öldürəcəyi ilə hədələdiyini bildirmişdir. Yeganə isə anasına sakit olmalarını, az müddətə gələrək özü hər işi yoluna qoyacağını bildirmişdir. Həmin vaxtlarda da anasından eşitmişdir ki, Orxan anasını və bacısını qızını hədələyərək evdən çıxarmışdır. Buna görə də anası və bacısı qızı Səbinəxanım onun Şəmkir rayonunda yerləşən evində qalmağa başlamışlar. Bacısı Finurə isə psixi problemləri olduğundan ruhi xəstəxanada yatmışdır. 2022-ci ilin may ayının 15-də Şəmkir rayonuna qayıtdığında həyətdə saxladığı 100 kvadrat metr ölçüdə metlağın, 8 ədəd xalçanın, 3 ədəd taxta çarpayının, qızı Sivilya üçün aldığı cehizlik qabqacaqların, ətçəkənlərin, sokçəkənlərin, plazma televizorun, 2 ədəd qabaq stolların, 12 ədəd stulun, sı qızdırıcının, su çəninin, həyətdə olan köhnə evin materiallarının, yorğan döşəyin, həmçinin qızıl üzüklə qızıl kolyenin Orxan tərəfindən oğurlanaraq satıldığını görmüşdür. Bundan sonra Zərərçəkmiş şəxs ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, bacısı oğlu Orxan onun evindən ümumilikdə 5000 manat dəyərində 100 kvadrat metr ölçüdə metlax, təxminən 10 il əvvəl 1500 manata alınmış, 97 ekran LG markalı televizor, 10 il əvvəl 1000 manata alınmış işlənmiş vəziyyətdə iki qapılı soyuducu, bir ədəd 2x3 metr ölçüdə, 7 ədəd 4x5 metr ölçüdə İran İslam Respublikasının istehsalı olan xalçaları, 2 ədəd Zinger markalı 10 il qabaq alınmış ətçəkən maşın, bir ədəd 120 manat dəyərində Eurolux markalı ütü, bir ədəd 100 manat dəyərində eurolux markalı sokçəkən maşını, hər biri 700 manat olan üzəri muncuqlu işlənməmiş 03 ədəd pakrıvalı (gəlincik), 12 ədəd yerli istehsal olan qoyun yunundan hazırlanmış 1.5x2.5 metr ölçülərində hər biri 100 manat olan yorğanı, 6 ədəd qaz tükündən hazırlanmış yerli istehsal olan balıncı, 6 ədəd qoyun yunundan hazırlanmış yerli istehsal olan 1.5x2.5 metr ölçülərində hər biri 150 manat olan döşəyi, iki ədəd 0.9x2 metr ölçülərində bir bir nəfərlik çarpayını, bir ədəd 2x1.8 metr ölçülərində iki nəfərlik olan taxta çarpayını, 5000 manat dəyərində Türkiyə istehsalı olan cehizlik 92 predmet yemək dəstindən, 12 predmetdən ibarət qazan dəstindən və 36 predmet çay dəstindən ibarət qab qacağı, 2 ədəd 2 metr uzunluğunda taxta stollar, hər stolun 6 ədəd stulu, 500 manat dəyərində 3 ton su tulan su çənini, 100 litrlik qazla işləyən dəmir materialdan olan su qızdırıcını, 1000 manat dəyərində 1994-cü ildə alınmış 2.5x3 metr ölçülərində dolab, 2000 manat dəyərində 12x12 sm ölçüdə, 6 metr uzunluğunda olan 50 ədəd döşəmə taxtasını, bir ədəd 585 əyarlı 10 qram çəkisi olan qızıl üzüyü, bir ədəd 12 qram çəkisi olan 585 əyarlı qızıl kolyeni oğurlayıb satmışdır. Hazırda Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bağışlayıb ona qarşı heç bir şikayəti yoxdur. Odur ki, məhkəmədən qeyd edilənləri nəzərə alaraq qanuni qərar qəbul etməsini xahiş etdi. Məhkəmə iclasında Şahid4 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Dəllər qəsəbəsində inşaat mallarının satışı ilə məşğul olur. 2022-ci ilin mart ayının əvvəllərində iş yerinin yaxınlığında divan kreslo təmiri ilə məşğul olan Vahid onun yanına gəlmişdir. Vahidin yanında adının sonradan Orxan olduğunu bildiyi Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşayan şəxs olmuşdur. Vahid ona Orxanın anasının xəstə olduğunu, anasına iynə dərman almaq üçün pul lazım olduğunu, bu səbəbdən də evində olan stulları satmaq istədiyini bildirmişdir. Ona elə bir stullar lazım olduğundan baxıb bir söz deyə biləcəyini demişdir. Orxan evdə 6 ədəd stul olduğunu bildirmişdir. O, özünə məxsus avtomobillə Orxanın Şəmkir rayonu, Dəllər Cəyir kəndində yaşadığı evə getmişdir. Vahid isə işi olduğundan gələ bilməyəcəyini demişdir. Orxan evə çatdıqda avtomobildən düşərək həyətə daxil olmuş və az sonra dörd ədəd stul gətirib gəlmişdir. O, baxanda stulların köhnə olmasını görmüş, lakin Orxan dərman almaq üçün pul lazım olduğunu dediyindən həmin stulları 30 manata ala biləcəyini demişdir. Orxan da onunla razılaşmış, o da 30 manat pulu Orxana verdikdən sonra stulları avtombilinə qoyaraq iş yerinə gəlmiş və həmin stullarıda aparıb yaşadığı evə qoymuşdur. 2022-ci ilin may ayının sonlarında xatırlamadığı tarixdə polis əməkdaşları gələrək onun aldığı stullar barədə soruşmuşlar, o da Orxandan stulları aldığını bildirmişdir. Daha sonra isə yaşadığı evdən dörd ədəd stuları gətirərək polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra polis şöbəsinə gəldiyində o, Orxanın yaşadığı xalasına məxsus evdən müəyyən əşyaları gizlin olaraq satdığını, həmçinin ona satmış olduğu stulları da oğurlayaraq satdığını bilmişdir. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, rayon ərazisində evlərin dam örtüyünün təmiri və yığılması ilə məşğul olur. 2022-ci ilin yanvar ayında həmkəndlisi olan Təqsirləndirilən şəxs onu öz yaşadıqları evə çağıraraq evin dam örtüyünü təmir etmək lazım olduğunu bildirmişdir. O, Orxanla razılaşmış və evin dam örtüyünü 700 manata dəyişə biləcəyini bildirmişdir. Həmin vaxtı Orxana o, hesablayaraq evin üzərini dəyişmək üçün 25 ədəd şifer lazım olduğunu bildirmişdir. Evə lazım olan digər əşyaları isə həyətdə olan köhnə evdən istifadə edəcəyini bildirmişdir. Bir neçə gün sonra Orxan onu çağıraraq şiferi aldığını demişdir. O, özü getmiş, dörd gün ərzində Orxangildə işləmiş və evin dam örtüyünü dəyişmişdir. Dam örtüyü dəyişən zaman Orxangilin həyətində olan köhnə evlərindən sökülmüş taxtalardan istifadə etmişdir. Həmin vaxtlar Orxan ona həyətdə olan köhnə evin taxtasını satıb onun pulunu verəcəyini demiş, əgər müştəri olsa xəbər etməsini xahiş etmişdir. O da yaşadığı kənddə avtomobilini sexlərin birində təmir elətdirən zaman orada Şəmkir rayonu, Çaparlı kəndindən olan adını bilmədiyi şəxsi görmüş, həmin şəxs taxta almaq istədiyini bildirdikdə o, həmin şəxsə Orxan barədə məlumat vermiş və Orxanda taxta olduğunu, istəsə ala biləcəyini demişdir. O, sonradan bilmişdir ki, Orxan həyətdə olan köhnə evin döşəməsinə döşənmiş olan 12x12 santimetr ölçülərində olan 6 metr uzunluğunda olan sayını bilmədiyi qədər taxtaları 350 manata onun göndərdiyi, lakin tanımadığı şəxsə satmışdır. Orxan həmin puldan 200 manatını zəhmət haqqı kimi ona vermişdir. Bundan sonra isə o, evi tam təmir edib qurtardıqda bir qədər sonra Orxan iki dəfəyə ona 250 manat pul vermiş və həmin pulu həbsdən çıxdığına görə dövlətdən aldığı pul olduğunu bildirmişdir. Qalan pulu isə verəcəyini bildirmişdir. Bir müddət sonra isə Orxanın nənəsi Salatın ona 150 manat pul vermişdir. Bundan bir müddət sonra o, Orxanın nənəsi Salatın onu gördüyündə o, Orxanın həyətdə olan navesi söküb satmaq istədiyini, ona satmaq istəyərsə Orxanı navesi satmaması barədə başa salmağı demişdir. Eyni zamanda Salatın Orxanın evdə olan bir çox əşyaları satdığını bildirmişdir. 2022-ci ilin may ayında o, kənddə olan söhbətlərdən eşitmişdir ki, Orxan həmin evdə olan xalası Yeganəyə məxsus bir çox əşyaları satmış, Yeganə də Rusiya Federasiyasından gələrək Orxan barədə polisə şikayət etmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş 19 may 2023-cü il tarixli “Hadisə yerinə baxış” protokolundan görünür ki, hadisə Zərərçəkmiş şəxs yaşadığı Şəmkir rayonu, Dəllər Cəyir kəndində yerləşən fərdi yaşayış evində baş vermişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 01 iyun 2023-cü il tarixli 9/4066 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən əşyaların 2023-cü ilin yanvar-may aylarına olan orta bazar qiyməti nəzəri qaydada – hər kvadrat metri 8 manat olan 100 kavadrat metr ölçüdə metlax 800 manat, bir ədəd 10 il əvvəl alınmış 97 ekran LG markalı televizor 180 manat, bir ədəd 10 il əvvəl alınmış iki qapılı soyuducu 150 manat, bir ədəd 2x3 metr ölçüdə İran İslam Respublikası istehsalı olan xalça 240 manat, hər biri 450 manat olan 7 ədəd 4x5 metr ölçüdə xalça 4200 manat, hər biri 30 manat olan iki ədəd “Zinger” markalı ətçəkən maşın 60 manat, bir ədəd “Eurolux” markalı ütü 20 manat, bir ədəd “Eurolux” markalı sokçəkən maşın 20 manat, hər biri 150 manat olan üzəri muncuqlu, işlənmiş 3 ədəd 2x3 metr ölçüdə pakrıval(gəlincik) 450 manat, hər biri 100 manat yerli istehsal olan qoyun yunundan hazırlanmış 1.5x2.5 metr plçüdə 10 ədəd yorğan 1200 manat, hər biri 10 manat yerli istehsal olan qaz tükündən hazırlanmış 6 ədəd balınc 60 manat, hər biri 40 manat yerli istehsal olan, qoyun yunundan hazırlanmış 6 ədəd döşək 240 manat, hər biri 100 manat olan bir nəfərlik 0.9x2 metr olçüdə iki ədəd taxta çarpayı 200 manat, bir ədəd iki nəfərlik olan 2x1.8 metr ölçüdə taxta çarpayı 180 manat, Türkiyə istehsalı cehizlik qab qacaq (92 predmetdən ibarət yemək dəsti, 12 predmetdən ibarət qazan dəsti, 36 predmetdən ibarət çay dəsti) 1000 manat, hər biri 150 manat, 2x1.5 mürt ölçülü taxta stollar, 6 ədəd stulları ilə birlikdə iki dəsti 3000 manat, bir ədəd 3 tosn su tutan dəmir materialdan hazırlanmış su çəni 400 manat, bir ədəd 100 lirtlik qazla işləyən dəmir materialdan olan su qızdırıcı 80 manat, bir ədəd 1994-cü ildə alınmış 2.5x3 metr ölçülü şfaner 150 manat, bir ədəd 585 əyarlı 10 qram çəkisi olan qızıl üzük 800 manat, bir ədəd 585 əyarlı 12 qram çəkisi olan qızıl kolyen 960 manat, oğurlanmış əşyaların ümumi dəyəri isə 11690,00 manat müəyyən olunur. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 01 avqust 2022-ci il tarixli qərardan görünür ki, ********* nomrəli cinayət işi üzrə icraat dayandırılmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nomrəli cinayət işi üzrə dayandırılmış icraat xx.xx.2022-ci il tarixdə təzələnmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxs qismində cəlb etmək barədə” 31 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddə nəzərdə tutulan ittiham ona elan edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Cinayət əməlinin tövsif edilməsi haqqında” 03 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsindən həmin Məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmiş və cinayət işinin ibtidai istintaqı Cinayət Məcəlləsinin həmin maddəsi ilə davam etdirilmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-128/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs qətimkan tədbiri” seçilməklə axtarış elan edilmişdir. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş “Təqsirləndirilən şəxsin barəsində Şəmkir Rayon Məhkəməsinin həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarın nəzərə alınması haqqında” 20 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində Şəmkir Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli qərar ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli 1(076)-128/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək qəti olaraq 09 ay 04 gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmündən gğrünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 04 il 06 ay müddətə azadlıqdan məhrüm etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci tarixli Salyan Rayon Məhkməsinin qərarı ilə cəzası 04 il 03 aya endirilmişdir və xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən cinayət işi xx.xx.2022-ci il tarixdə Şəmkir Rayon Məhkəmsinə göndərilmiş və Şəmkir Rayon Məhkəməsinin 18 oktyabr 2022ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq gizli yolla ələ keçirmək ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxs X1 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isdinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir. Cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona isnad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, cinayət təqibini istisna edən hallar və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası hüdudlarında, cəza təyin etmənin ümumi əsasları nəzərə alınmaqla cəzalandırılmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(076)-128/2022-ci il nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinirək, CM-in 69.3-cü maddəsinə əsasən qəti olaraq 09 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, Şəmkir Rayon Məhkəməsinin 1(076)-128/2022 nömrəli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası xx.xx.2023-cü il tarixdə başa çatmış, Təqsirləndirilən şəxs cəzanın sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran və yüngülləşdirən halları müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha ağır cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Təqsirləndirilən şəxs müxtəlif Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə uyğun olaraq cinayətlərin məcmusu üzrə ona az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə ona qəti cəza təyin edilməlidir. Bu zaman Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraqona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesabı ilə hesablanmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-128/2022 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, hazırki iş üzrə təyin ediləcək cəza həmin hökmlə təyin edilmiş 09 ay 04 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə təqsirləndirilən şəxsə qəti cəza təyin edilməli və xx.xx.2023-cü il tarixdə həmin cəzası başa çatdığı üçün cəzasını çəkmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Hazırda Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzasının başa çatdığı nəzərə alınmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılmalıdır. Hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsinin saxlancına verilmiş cinayət işi üzrə maddi sübut dörd ədəd stul, 2 ədəd xalça qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 68.1.1-1-ci maddəsinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablansın və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.5-ci maddələrinə əsasən hazırkı hökmlə təyin olunmuş 09 ay müddətinə azadlıqdan məhrumetmə cəzası Şəmkir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(076)-128/2022 nömrəli hökmü ilə təyin olunmuş 09 (doqquz) ay 04 (dörd) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 09 ay 04 gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin və cəzası çəkilmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Şəmkir Rayon Polis Şöbəsinin saxlancına verilmiş cinayət işi üzrə maddi sübut dörd ədəd stul, 2 ədəd xalça qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılsın. İş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatı kodu: 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, dövlət xəzinədarlığı agentliyi kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22) keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (bir yüz iyirmi) manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (hesab: Azərbaycan Beynləxalq Bankının Şəmkir Filialı; Kod:805670; VÖEN:**********; Müxbir hesab: **********944; S.W.İ.F.T, İBAZAZ2X, hesab nömrəsi ********************, VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən bu müddət ərzində apelyasiya protesti və ya şikayəti verilməzsə, həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün bu hökm qanuni qüvvəyə minir. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №1(076)-203/2023
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-203/2023
17.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver