Azərbaycan Respublikası adından HÖKM Şəmkir rayon İş № 1(076)-203/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı–Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi– Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və təqsirləndirilən şəxs– Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.2002–ci il tarixdə Şəmkir rayonu, Yeni-Həyat kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, Şəmkir rayonu, Yeni-Həyat kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə işgəncə verməklə Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütamadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Belə ki, o, 14 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Şəmkir rayonu, Yeni-Həyat kəndində həmkəndlisi, fiziki sağlamlıq imkanları məhdud olan, İİ Qarabağ Müharibəsinin qazisi, psixi cəhətdən sağlam hesab edilməyən Zərərçəkmiş şəxs ona olan 5 (beş) manat borcunu qaytarmadığına irad bildirməsini bəhanə gətirərək sonuncunu cəzalandırmaq məqsədi ilə mütamadi və dəfələrlə qəsdən yumruqla baş və bədəninin müxtəlif nahiyələrindən vuraraq, sonradan əli ilə üz və başının tüklü hissəsidən dəfələrlə tutub yolaraq və boyun nahiyəsindən əli ilə güc tətbiq edib itələyərək ona güclü fiziki ağrı və psixi iztirablar və işgəncə verməklə həmin nahiyələrin yumşaq toxmalarında ağrı halında əzniklərin və qançırların əmələ gəlməsi ilə müşayiət olunan qəsdən sağlamlığa zərər vurmayan xəsarətlər yetirərək Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütamadi döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində həmkəndlisi Coşqun onu öz toy məclisinə dəvət etdiyi üçün həmin gün baş tutan toy məclisinə getmişdir. Toy məclisində həmkəndlisi Zərərçəkmiş şəxs onun əyləşdiyi məclis stolunda olmuş, birlikdə onunla və digər həmkəndliləri ilə yemək yeyib araq içkisi qəbul etmişdir. Həmin gün saat 17 radələrində o, toy məclisindən çıxmış, həmin vaxt Zərərçəkmiş şəxs onunla birlikdə toy məclisindən çıxmış, onunla birlikdə piyada olaraq Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində tanımadığı şəxsə məxsus çay evinə getmiş və çay evində Zərərçəkmiş şəxslə birlikdə çay içib sonra çıxmışlar. X1 istifadəsində olan mobil telefona zəng edib Şəmkir rayonu, Çinarlı qəsəbəsinə gəlməsini və onları oradan götürüb yaşadıqları kənddə yerləşən Pərvizə məxsus çay evinə aparmasını bildirmişdir. Onunla dostluq münasibəti olduğu üçün Rəvan özünə məxsus “BMV” markalı avtomobillə gəlib Zərərçəkmiş şəxs və onu yaşadıqları Yeni-Həyat kəndində yerləşən çay evinə aparmış, Rəvan onu və Zərərçəkmiş şəxs düşürdükdən sonra özünə məxsus “BMV” markalı avtomobillə çıxıb getmişdir. Zərərçəkmiş şəxslə birlikdə çay evinə gedib əyləşərək çay içərək domino oynamağa başlamış, Zərərçəkmiş şəxslə təxminən 1 saat çay içib domino oynadıqdan sonra çay evindən çölə çıxmışlar. Çay evinin qarşısında Zərərçəkmiş şəxs ona 5 manat pul borcunun olduğunu demiş, o, Zamana onun heç kimə borcunun olmadığını bildirən zaman həmin vaxt Məcid yanlarına gəlmiş, Məcidin yanında Zərərçəkmiş şəxs ona söyüş etməyə başlamış və ona çay evinin arxa tərəfinə keçmələrini bildirmişdir. O, Məcid və Zərərçəkmiş şəxs birlikdə çay evinin arxa hissəsinə keçmiş, onunla borc üstündə söhbət edən zaman Zərərçəkmiş şəxs onu qəfildən yumruqla dodaq nahiyəsindn vurmuşdur. Zaman onu vuran zaman ona “gəl söhbət edək” sözünü demiş və bu vaxt o, əynində olan kurtqanı çıxarmış, onun üzərinə gedib yumruqla sifət nahiyəsindən vurmuş və Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Onun üzərinə cəld formada gedib sağ əli ilə boynundan tutub baş nahiyəsindən yumruqla yenə vurmuş, əsəbi olduğu üçün ardıcıl olaraq saqqalından tutub söyüş edərək yolmuş, yumruqla baş nahiyəsindən yenə vurmuş, əli ilə baş nahiyəsindən əli ilə itələyərək ona nə üçün söyüş etdiyini soruşmuş və bir daha ona söyüş etməməsini ona bildirmişdir. O, yuxarıda qeyd etdiyi hərəkətələri Zərərçəkmiş şəxs edən zaman Şahid1 onları öz telefonu ilə çəkmişdir. Təxminən Zərərçəkmiş şəxs 15-20 dəqiqə ardıcıl olaraq yumuruqla və əli ilə bədəninin müxtəlif nahiylərindən döydükdən sonra ümumi kənd camaatına məxsus arteziana nəzarət edən Elmir və yanında onu taksi kimi gətirən həmkəndlisi Vüsal onları görüb yaxınlaşaraq onları aralamışdır. O, Zərərçəkmiş şəxs döyən zaman yanında Şahid1 başqa digər şəxs olmuşdur, lakin həmin vaxt içkili olduğu üçün həmin şəxsləri xatırlamır. Sadəcə olaraq həmin şəxs onun Zərərçəkmiş şəxs döyməsini seyr etmişdir. Elmir və Vüsal onları aralaşdırdıqdan sonra hadisə yerindən çıxıb evə getmişdir. Həmin günün səhəri, yəni xx.xx.2023-cü il tarixdə saat 13 radələrində əmisi Ramal Aslanov onun istifadəsindı olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edib onun Zərərçəkmiş şəxs döyməsi barədə “Tik Tok” səhifəsinə yerləşdirildiyini demiş, ona həmin videgörüntünü ona atmasını bildirmişdir. Əmisi oğlu Ramal həmin videonu ona atmış və oda həmin videonu qardaşına göndərərək həmin videonun kim tərəfindən yayıldığını öyrənmək istəmiş, qardaşı ona özü tərəfindən videonun “Tik Tok” səhifəsinə yerləşdirildiyini bildirmişdir. O, qardaşı Vüsala həmin videonu silməsini demiş və qardaşı Vüsalda həmin videonu ona dedikdən sonra səhifəsindən silmişdir. Bununla belə hadisədən sonra zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmiş, onunla barışmışdır və onon ondan heç bir şikayət və tələbi yoxdur. Hazırda törətdiyi əməldən səmimi peşmandır. Özü İİ Qarabağ müharbə iştirakçısıdır. Müharibədən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Odur ki, ifadəsində göstərdiyi halları nəzəra alaraq, məhkəmədən ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxsla həmkəndli kimi münasibətləri əvvəllər yaxşı olmuş, aralarında heç bir narazılıqları və ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində dostunun toy məclisindən çıxıb yaşadığı Şəmkir rayonu, Yeni- Həyat kəndində yerləşən həmkəndlisi Pərvizə məxsus çay evinə gəlib çatmış, həmin vaxt çay evinin qarşısında həmkəndlisi Təqsirləndirilən şəxs görmüş, Təqsirləndirilən şəxs ona olan 5 manat pul borcunu verməsini demişdir. Təqsirləndirilən şəxs ona nalayiq ifadələr işlədərək ona borcu olan 5 manat pulu verməyəciyini bildirmişdir. O, Təqsirləndirilən şəxs söyüş etməməsini, kənardan çay evinin qrşısında olan şəxslərin onlara baxdığını bildirib çay evinin arxa hissəsinə keçib söhbət etməyi demişdir. Təqsirləndirilən şəxs onunla razılaşaraq həmkəndlisi Pərvizə məxsus çay evinin arxa hissəsinə keçmiş, o, Təqsirləndirilən şəxs nə üçün ona qarşı söyüş etdiyini bildirib ondan 5 manat ona olan borcunu yenidən istəmiş, Təqsirləndirilən şəxs ona pulu verməyəcəyini deyərək Cavid onun sifət nahiyəsindən yumruqla vurmuş, həmin vaxt o, yerə yıxılmışdır. O, yerdə olan zaman onun üzərinə hücum edərək sifət nahiyəsindən yumruqla 3-4 dəfə ardıcıl olaraq vurmuş, davamı olaraq onun üz saqqalından tutub yolmağa, sillə ilə onun baş nahiyəsindən vurmağa başlamışdır. Təqsirləndirilən şəxs onu vuran zaman ona hərəkətlərini davam etdirməsinin qarşısını almaq üçün mane olmasına baxmayaraq Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirməyə başlamışdır. Təqsirləndirilən şəxs davamlı olaraq yumruqla, sillə ilə vuran zaman həmkəndlisi Şahid1 onları video görüntüyə almışdır. Təqsirləndirilən şəxs onu döyən zaman o, huşunu itirməyə başlamışdır. O, bir müddət sonra ayılaraq evdə olduğunu görmüşdür. Sonradan Təqsirləndirilən şəxs onu döyməsi ilə bağlı video görüntüyə alınmış görüntülərin “Tik-Tok” sosial şəbəkəsində yerləşdirildiyini, həmin görüntləri Təqsirləndirilən şəxs tərəfindən yerləşdirildiyini bilmişdir. Hadisədən sonra Cavid Asanov ondan üzr istəmiş, o da sonuncunu bağışlayaraq barışmışdır. Hazırda ondan şikayəti və tələbi yoxdur. Ona görə də, məhkəmədən, ifadəsində göstərdiyi halları nəzərə alaraq, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı iclasında qanuni nümayəndəsi X3 iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər ikisi onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, həmkəndlisi Pərvizə məxsus çay evindən çölə çıxan zaman həmkəndliləri Zərərçəkmiş şəxslə Təqsirləndirilən şəxs aralarında narazılıq baş verdiyini görmüş, onlar aralarında olan narazılığı həll etmək üçün çay evinin qarşısından kənarlaşıb arxa tərəfə keçmişlər. Onlar arxa tərəfə keçdikdən təxminən 3-4 dəqiqə sonra o da onların yanına getmişdir. Həmin vaxt Rəvanı və Fuadı onların yanında görmüş, onlardan əlavə Zərərçəkmiş şəxs yerdə olduğunu, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs əli ilə boyun nahiyəsindən tutduğunu və yumruqla onun baş nahiyəsindən vurduğunu görmüşdür. Hətta Təqsirləndirilən şəxs hərəkətlərini davam etdirib Zərərçəkmiş şəxs üz tükünü yolur, təkrar baş nahiyəsinə yumruqla zərbələr vururdu. O, onları video görüntüyə almaq qərarına gəlmiş və özünə məxsus “İPHone 12 Pro MAX” markalı telefonla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döydüyünü video görüntüyə almış, həmin vaxt Fuad və Rəvan isə Cavidin Zamanı döyməyinə kənardan dayanıb baxmağa başlamışlar. Mübahisə zamanı həmkəndliləri Vüsal və Elmir səsi eşidib hadisə yerinə gəlmiş, onlar çatan kimi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ayırmağa başlamışlar. Onları araladıqdan sonra hər kəs öz evinə çıxıb getmişdir. Həmin gecə Təqsirləndirilən şəxs onun istifadəsində olan mobil nömrəsinə zəng edib həmin videonu ona göndərməsini bildirmişdir. Oda həmin videonu istifadə etdiyi “Vhatsapp” sosial şəbəkəsi vasitəsi ilə ona göndərmişdir. O, Cavidə həmin hadisə ilə bağlı olan video görüntünü göndərdikdən sonra Cavid qardaşı Vüsala göndərib və Vüsalda həmin görüntüləri “Tik Tok” sosial şəbəkəsinə yükləmişdir. Həmin videonun Vüsal Aslanov tərəfindən “Tik Tok” sosial şəbəkəsinə yüklənildiyini öyrəndikdən sonra ona nə üçün belə hərəkət etdiyini deyəndə Vüsal Aslanov ona bilmədiyini, səhv etdiyini bildirmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs baş nahiyəsindən dəfələrlə ardıcıl olaraq mütamadi döyməsini və üz tükünü yolduğunu görmüşdür. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində evdən yaşadığı küçəyə çıxmış və həmin vaxt küçdə olan azyaşlı uşaqlar ona evlırinə yaxın olan həmkəndlisi Pərvizə məxsus çay evinin yaxınlığında kiminsə dava-dalaş etdiyini eşidib həmin yerə yaxınlaşmışdır. O, kimin dava-dalaş etdiyini öyrənmək üçün həmin yerə çatmış, həmkəndlisi Pərvizə məxsus çay evinin arxa tərəfindən keçən zaman həmkəndlisi Zərərçəkmiş şəxs yerdə olduğunu və onun üzərində Təqsirləndirilən şəxs onu yumurqla döydüyünü, üz tükünü əli ilə yolduğunu, təkrar-təkrar Zərərçəkmiş şəxs baş nahiyəsindən yumurqla vurduğunu görmüş, həmin vaxt orada həmkəndliləri Rəvanı və Məcidi görmüşdür. Məcid əlində telefonla Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyüdüyünü videoçəkilişə aldığını görmüşdür. O, sonra Pərvizə məxsus çay evinə getmiş, onun mübahisənin sonrasından heç bir məlumatı olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri baradə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq Şahid3 məhkəmə iclasına gəlməmişdir. İşdə olan Şəmkir RİHB–nin Yeni-Həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli arayışdan görünür ki, Şahid3 halhazırda hərbi xidmətdədir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş Şahid3 da məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Belə ki, ibtidai araşdırma zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu, Yeni-Həyat kəndində yaşayır. O, rəsmi olarq heç bir yerdə işləmir. Fərdi işlə məşğul olaraq ailəsinə köməklik edir. 14 dekabr 2023-cü il tarixdə saat 20 radələrində o, həmkəndlisi Vidadiyə məxsus isitilikxanadan çıxıb yaşadığı kənd ərazisində yerləşən həmkəndlisi Elmirin işlətdiyi çay evinə gəlmiş, həmin vaxt çay evinin arxa tərəfindən səs gəldiyini eşidib həmin yerə getmiş, həmin vaxt həmkəndlisi Təqsirləndirilən şəxs digər həmkəndlim Zərərçəkmiş şəxs yerə yıxaraq döydüyünü görmüş, onlaraın dava etmələrinə həmkəndliləri Məcid Rəşad oğlu və Rəvan Cehun oğlunun baxdıqlarını, Məcidin telefonla həmin davanı video görüntüyə aldığını, lakin aralaşdırmadıqlarını görmüş, o da onların yanına gələrək onlarla bərabər Cavidin Zərərçəkmiş şəxs döydüyünə tamaşa etməyə başlamışdır. Təxminən 20 dəqiqədən sonra həmkəndlisi Elmir və onun yanında taksi sürücüsü Vüsal gələrək onları arlaşdırmışlar. Mübahisə qurtardıqdan sonra Məcidlə o, çıxıb çay evinə getmiş, onların ardınca Cavid çay evinə gəlmiş və Zərərçəkmiş şəxs isə Elmir və Vüsal evlərinə aparmışlar. O, həmin gecə Məcidlə birlikdə çay evində domino oynadıqdan sonra çay evindən çıxıb evə getmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2024–cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin 18 yanvar 2024–cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsə alınmanın əvvəli 16 yanvar 2024–cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan 23 yanvar 2024-cü il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs döyməsi ilə bağlı görüntülər olan diskə baxış keçirilmiş, video görüntüdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərində fiziki gücünü mütəmadi və ardıcıl olaraq tətbik etməsi aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 17 mart 2024-cü il tarixli, N-247 nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni səthində aşkar edilmiş xəsarətlər – başın, boyunun, döş qəfəsinin ön səthinin, hər iki yuxarı ətrafların, sağ budun ön səthinin İİ-İİİ dərəcəli termiki yanıqları yüksək hərarətin (alovun) təsirindən törənmişlər, törənmə müddətləri 15 yanvar 2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər. Eyni zamanda Zərərçəkmiş şəxs bədən səthində yanıq xəsarətləri fonunda yanıq xəsarətlərindən başqa digər xəsarət və xəsarət izi aşkar edilməmiş, 14 dekabr 2023-cü il tarixdə baş vermiş hadisədən uzun müddət keçdiyindən və hadisə vaxtı tibbi yardıma müraciət etmədiyindən 14 dekabr 2023cü il tarixdə Zərərçəkmiş şəxs yumruqla, təpiklə, yetirilmiş zərəbələr nəticəsində onun bədən səthində hər hansı bir xəsarətin olub-olmamasını təyin etmək mümkün olmamışdır. Sağlamlığa zərər vurmanın məhkəmə-tibbi ekspertizası qaydalarına görə məhkəmə-tibbi ekspertizada təqdim edilmiş videogörüntü və şəkillər əsasında yetirilmiş xəsarətlərin xarakteri, lokalizasıyası və ağırlıq dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin 23 aprel 2024-cü il tarixli, N-01/Ə nömrəli “canlı şəxsin ekspertizası barədə” ekspert rəyindən görünür ki, təqdim edilmiş videogörüntüdən məlum olur ki, Zərərçəkmiş şəxs baş, boyun, qulaq nahiyəsinə əl və yumruqla zərbələr, saçından, qulağından dartılaraq fiziki ağırılar və psixi iztirablar yetirilmişdir. Zərərçəkmiş şəxs yetirilmiş zərəbələr nəticəsində həmin nahiyələrin yumşaq toxumalarında ağrı halında əzniklər və qançırlar əmələ gələ bilərdi. Bunları da sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirmək olar. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİdən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan Şəmkir RİHB–nin Yeni-Həyat kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, o təqsirləndirilən şəxslə barışmış və təqsirləndirilən şəxsdən şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş İ-91224 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli 1040s nömrəli Sərəncamı ilə “Vətən Müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-2508 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2364 nömrəli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş İ-5080 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2020-ci il tarixli 2362 nömrəli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə düzgün tövsif edilmişdir. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi məhkəmə istintaqı nəticəsində tamamilə sübut olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs dəymiş ziyanı tamamilə ödəməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələblərinin olmamasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə, cinayət əməlini etiraf edib, əməlindən səmimi peşman olmasını, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, İİ Qarabağ müharibəsi iştirakçısı olmasını, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, Azərbaycan Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61–ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğunu, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini, əməlin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 133.2.6cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət törətməsini, hazırda törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, habelə İİ Qarabağ müharbə iştirakçısı olmasını, müharibə dövründə göstərdiyi xidmətlərə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə”, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə tərtif edilməsini nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra əməlinin ictimai təhlükəli xarakterini dərk edərək, zərəçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş, onunla razılıq əldə etmiş, törətdiyi əmələ görə peşman olduğunu bildirmiş, bununla da o, əməlinin zərərli nəticələrini aradan qaldırmaq məqsədilə real davranış nümayiş etdirmişdir. Bu da məhkəməyə o nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayəti törətdikdən sonra öz hərəkətləri ilə islah olunduğunu sübut etmişdir. Bununla da məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını çəkməyə başlamadan islah olunmağa başlamışdır və o, hazırda təyin edilmiş cəzasını real olaraq çəkmədən də islah olunmasını davam etdirə bilər. Həmçinin, məhkəmənin qənaətinə görə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsində cəzanın məqsədinin sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarət olduğu göstərilmişdir. Azərbaycan Respublikası CM-in 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd olunan göstərişinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 70-ci maddəsinin tələblərinə əsasən sınaq müddəti müəyyən edilməli, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası CPM–nin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilməlidir. İş üzrə məhkəmə xərci yoxdur. Bundan əlavə, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Şəmkir Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 17 saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2 və 193.4–cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001–ci il tarixli Qərarına (03 may 2018–ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət–Prosessual Məcəlləsinin 193.2, 193.4–cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–i:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası 01 il 06 ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və öz davranışı ilə islah olunduğunu sübut etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Hökmün icrası Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 102 manat məbləğində pul Şəmkir rayon Vəkil Bürosunun hesablaşma hesabına (Hesab: Azərbaycan Beynəlxalq Bankının Şəmkir Filialı; Kod: 8051630; Bankın VÖEN–:**********; Müxbir hesab: AZ03NABZ**********000002944; S.W.İ.F.T İBAZAZ2X, hesab nömrəsi İBAN AZ03İBAZ********************, Müştəri VÖEN–i: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №1(076)-203/2024
Şəmkir Rayon Məhkəməsi Hökm — İş №1(076)-203/2024
24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver